Türk - bu kişidir!

Timeryan Habuloviç Zinatov. Başqırdıstanda doğulmuş tatar.
Bilirsiz, Avropanın birləşmiş faşistləri SSRİ-yə hücum edəndə ilk zərbəni üzərinə götürən yerlərdən biri Brest qalası olub. Həmin qalanı Sovet əsgərləri ac-susuz aylarla müdafiə edə biliblər. Faşist işğalçıları hücumu davam etdirərək irəliləyirdilər, cəbhə xətti dərinləşirdi, Brest qalası ilə Qızıl ordunun əlaqəsi itmişdi, amma bu qəhrəmanlar döyüşməyə, müdafiə olunmağa davam edirdilər.
Həmin qəhrəmanlardan biri Timeryan Zinatov "Brest qazanından" sağ çıxmışdır.
SSRİ dağıdıldıqdan sonra, 1992-ci ildə o Brest dəmiryolu vağzalında özünü qatarın altına ataraq intihar etdi.
Vağzalda onu görmüş şahidlər sonra "perronda uzun vaxt dayanmış səliqəli qocanı" xatırlayacaqlar.
Onun ciblərində dəfni üçün topladığı 7 min rubl və bir neçə ölümqabağı məktub tapırlar.
Məktublarının birində antisovetçi, qərbçi liberal (Azərbaycan xalqının bir nömrəli- Qorbaçovdan da çox düşməni) Boris Yeltsinin və onun neoliberal komandasının ünvanına lənətlər vardı:
"... Əgər mən onda, müharibədə aldığım yaralardan ölsəydim, bilərdim ki, vətən üçün həlak olmuşam. Amma indi- it həyatından ölürəm. Qoy mənim məzarımda belə də yazsınlar. Məni dəli hesab etməyin. Mən dik dayanaraq ölmək istəyirəm, dizi üstə dayanıb dilənçi payı ilə qoca olub ölmək istəmirəm. Hörmətli vəətndaşlar, məni mühakimə etməyin, mənim yerimə özünüzü qoyun. Vəsait saxlayıram, oğurlamasalar dəfnimə bəs edəcəyinə ümid edirəm. Elə bu paltarda dəfn edin, bəsimdir, amma gələcək nəsillər üçün cibimə şəhər icra komitəsinin vəsiqəsini qoymağı unutmayın. Biz qəhrəman idik, amma səfalət içində ölürük. Salamat qalın, hamının yerinə tək başına etiraz edən tatar üçün kədərlənməyin. Mən ölürəm, amma təslim olmuram. Əlvida, Vətən!.."
"Mən ölürəm, amma təslim olmuram. Əlvida, Vətən!"
Bu, elə-belə cümlə, ifadə deyil. Onun Brest qalasındakı cəbhə, döyüş yoldaşları, dostları qalanın divarlarında öz qanı ilə yazırdılar bu ifadəni...
Və inanın ki, bunu oxuyanda artıq göz yaşımı saxlaya bilmədim.
Neçə-neçə belə Sovet igidi həyatını verdi faşistlər üzərində Qələbə üçün... İndi həmin faşistlərin tör-töküntüsü boynumuzda oturub.
İndi baxırsan bu türkçülüklə alver edən bu faşist-çaqqal sürüsünə...
Türk- bu kişidir. Və onu əks-inqilabçı qəhbələr öldürdü. Onu türkçülüklə alver edən siyasətbaz qəhbələr öldürdü.
Və inanın ki, söhbət onun pis dolanmağında deyildi. O, onun kimi digər Sovet igidləri müharibə illərində aclıq da görüblər, səfalət də... Hər bir çətinlikdən alnıaçıq, üzüağ çıxıblar. Onu öldürən o idi ki, gözü görə-görə, qulağı eşidə-eşidə sağçı-liberal qəhbələr tarixi saxtalaşdırırdılar, BVM iştirakçılarına, Qızıl Orduya, Sovet sosializminə, ali baş komandan Stalinə miqdarsız böhtan, şər atırdılar.
Sizcə bu igid qadın zorlayar? Amma bunun kimi ləyaqətli kişilər haqda "gördüyü bütün alman arvadlarını zorladılar" dedilər... Qəhbələr dedilər. Özləri indi insan ləyaqətini, insan şərəfini zorlamaqla məşğuldular.
Timeryan Habuloviç Zinatov. Bu kişini unutmayın. İmkan verməyin ki, qəhbə intellektuallar, musavatçı psevdoziyalılar bizim coğrafiyanı işğal etmiş, daş üstə daş qoymamış, on minlərlə əcdadımızı vəhşicəsinə öldürmüş, uşağa-qadına zərrə qədər mərhəmət göstərməmiş topal Teymuru beyinlərinizə "türk oğlu türk, böyük sərkərdə" və s. kimi yeritsinlər. Türk- bu kişidir. Mənim üçün belədir.
Bəli, faşistin, millətçinin etnik, dini və s. mənsubiyyəti olmur. Onların bir etnik kimliyi var, ola bilər- QƏHBƏ.
 
https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/photos/a.176832712454475/1160557120748691/?type=3&theater
14-10-2018 17:57 Baxılıb: 660    
Şərh bildir