Talış xalqı barədə

Bu yaxınlarda alimlər arasında əsl çaxnaşma baş vermişdir. Onlar müəyyən etmişlər ki, yalnız qohumlar arasında nikah bağlayan talışlar irsi xəstəliklərin nə olduğunu bilmirlər. Bu xalqın xüsusi genitik aparatının mövcud olması da aşkar edilmişdir. Nəslin saflığını qoruyan da məhz odur. Bu birincisi. İkincisi, bəlkə də elə həmin genetik aparatın olmasına görə talışlar arasında uzunuömürlülərin sayı daha çoxdur.
Qəribədir, əlli yaşlı talış kişinin orqanizmi bəzi parametrlərinə görə on yeddi yaşlı oğlanın orqanizminə uyğun gəlir. Tibb işçiləri onları ''xalqın yeniyetmə növü'' adlandırılır.
Talışların dili fars dilinə çox oxşayır. Onlar da islam dininə mənsubdurlar, şiədirlər. Maraqlı haldır ki, onların islama qədərki inamları da saxlanılmışdır. Belə ki xalqın hafizəsində müxtəlif inamlar birləşmişdir.
Talış xanlığından başqa Şərqin hər yerində qadınlar çadra örtürdülər. Orada indi də ''jaşmaq'' adəti davam edir (baş örtüyü ilə ağzı və burunu örtürlər). Yad qadınların sifətinin o hissəsini kişilərin görməsi qəbahət sayılır.
Talış qadınlarının nəyə qadir olduğunu isə vaxtilə Aleksandr Düma təsvir etmişdir. Qafqazda səfərdə olan dahi öz gördüklərini (bəlkə də eşitdiklərini) təsvir edərək yazır ki, bir nəfər talış qadın pələnglə üz-üzə gəlmiş və balta ilə onu doğramışdır...
Yeri gəlmişkən, belə məlumat alandan sonra başa düşdüm ki, nə üçün talış kişilər çayxanalarda dostları ilə saatlarla qayğısız vaxt keçirirlər: onlar arxayındırlar ki, evdə qeyrətli qadınları var.
Lakin evə kişi daxil olan kimi onlar uşaqlarını da götürüb səssiz-səmirsiz otaqdan çıxırlar. Talış evinə qonaq olan hər kəs bilməlidirlər ki, ona ilk növbədə isti və ətirli çay verəcəklər. Bundan sonra stolun üstünə plov, ov quşu əti, duza qoyulmuş tərəvəz düzüləcək... Yalnız kişilər axşam yeməyini qurtarandan sonra qadınların və digər ailə üzvlərinin otağa daxil olmağa ixtiyarı var. O vaxta qədər isə bir-iki dəfə qapı açılacaq, qadın iti gözlərilə stolu nəzərdən keçirəcək, onun yanında isə maraq dolu nəzərlərini qonaqlara zilləyən uşaq dayanacaq.
Talışların yaşayış evləri bir-birinə çox bənzəyir. Otaqların təmizliyi, boşluğu (minimum dərəcədə mebel) və güllərin bolluğu adamı heyrətə salır. Güllərə bütün otaqlarda rast gəlinir. Pəncərələrin üstündəki taxçalar qab-qacaq şkafını əvəz edir. Özləri isə həsir üstündə yatırlar. Səhərlər onu rulon kimi bükür və divara söykəyirlər. Üstünə çoxlu yastıq yığırlar. Mebel isə bir qayda olaraq soba və televizordan ibarətdir. Sözsüz ki divara vurulan fotoşəkilləri hesaba almırıq...
Lakin xarici görünüşcə biri-birinin eyni olan iki ev tapmaq mümkün deyildir. Hər evdə nəhəng, geniş eyvan, həjətdə isə şitillik bağ var. Belə evlərdə 8-10 uşağı olan ailələr yaşayır.
Talışlar ölkədə əhalinin bəlkə ən sıx yaşadığı rayonda- Lənkəran ovalığında İranla həmsərhəd zonada yaşayırlar. Bir çox əsrlər bundan əvvəl talışlar burda məskən salmış, ən əziyyətli bitki olan çəltik əkməyə başlamışlar.
Lənkəran sözü isə talış dilində Qamış şəhəri mənasını verir. Şəhər əslində uzun əsrlər boyu qamışdan tikilmiş, kiçik daxmacıqlardan, əyri-üyrü, tozlu- torpaqlı küçələrdən ibarət olmuşdur. Arx suları bütün şəhəri dolaşdıqdan sonra ətrafdakı çəltik tarlalarına axıdılırdı. Keçilməz qamışlıq şəhəri daim əhatə etmişdi.
İndi Lənkəran tamamilə başqa arxitekturaya malikdir-panel qutular, bir qədər də müasir dəmir-beton binalar. Təkcə Xəzər sahilindəki köhnə mayak və Xan sarayı dəyişilməz qalmışdır. ''Tarixin atası'' Heredotun xatırlatdığı kimi, əsl cənnət. Lakin talışlar Herodotdan da əvvəl yaşamışlar...
 
Murad Acıyev (XMA)
"Kommunist", 3 oktyabr, 1989
08-03-2018 16:25 Baxılıb: 3090    
Şərh bildir