Qəlbində arzu və istək yoxsa...

Ehtiram Gözəlov
 
Qəlbində arzu və istək yoxsa kam əriyər,
Bu ömür fanidi, kam olmasa bədnam əriyər.

Aşiq ol kəsdi ki, canan üçün isar eliyər,
Pərkanə dövrə vursa, Şövqə gələr kam əriyər.

Əsil aşiq alışıb yanmaqilən canı yaxar,
Gündüzü alovlanar, düşəndə axşam əriyər.

İlahi kainatı buraxsa bir an başına.
Kül olar cümlə-cahan, nizam-intizam əriyər.

Kafir üçün haramdır ayaq atsın hərəmə,
Tövbəsiz geyinsə, əynindəki ehram əriyər.

Paklayıb ruhunu bismillahinən, qoy qədəmin
Sabit olsun, qədəmin olmasa iqdam əriyər.

Kəbədən hicrət edib Kufəyə üz tutdu imam,
Dedi mən getməliyəm, getməsəm İslam əriyər,

Elə bir gün gələcək ki, düşər insan həşirə,
Dünyada öz işinə qılmasa əncam, əriyər.

Ramazan tonqaldır, at günahından yandır,
Verməsən sönməyə imkan, günahın tam əriyər.

Allahın dərdi min olsa, min bir dərmanı var,
Ağlasan Hüseynə, daş qəlbin, Ehtiram, əriyər.
шаблоны для dle 11.2
15-03-2021 18:42 Baxılıb: 1110    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}