Qurtulaq qüssədən, kədərdən birgə

Nuhəmməd Cəfərov

Sənin gözündəki o qüssə, o qəm
Mənim ürəyimi məskən seçibdir.
Bulaq tək gözündən süzülən o nəm,
Qəlbimdə bir şırım, bir yol açıbdır.

Zamanı sevgiylə cüt aşardıq biz,
Bir eşq sevdasında alışardıq biz.
Daha dünənləri dəlilər kimi,
Səbəbsiz küsərdik, barışardıq biz.

İllər sevgimizə rəngini qatmış,
Xırda fidanlar da qol-budaq atmış.
Səni Nənə kimi bir ucalığa,
Məni də bəxtəvər bir Baba yapmış.

Üzürük arzular ənginliyində,
Tanrıdan bir ömür "borc" istəyərək.
"Yapışıb ümüdün bəxt zəncirindən"
Sabah müjdəsini biz gözləyərək.

Bəs nədir səbəbi qəmin, qüssənin?
Bu qədər sıxan, nə, qəlbini sənin?
Yanağından axan o göz yaşların,
Hansı acılara cavabdı sənin.

İnsanlıq yol gedir zamanla bəlkə,
İnsan yorulsa da yorulmur zaman.
Qurtulaq qüssədən, kədərdən birgə,
Gözünün yaşını sil yanağından...
шаблоны для dle 11.2
08-09-2020 02:11 Baxılıb: 2600    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}