Getdi qayıtmaz

İlqar Bədəlov
 
Minlərlə şəhidlər verərək mustəqil olduq,
Avropa sayaq qeyrətimiz getdi qayıtmaz.
Şeytan bizə at verdi və biz də onu çapdıq,
Çox ənənəmiz, adətimiz getdi qayıtmaz.
 
Nakəs bizə yol göstərərək biz də göturduk,
İllərlə qorunmuş şərəfi biz yan öturduk.
Miras atalardan nə ki qalmışdı itirdik,
Az-çox böyuyə hörmətimiz getdi qayıtmaz.
 
Qırx-birdəki qeyrətləri görduk nənələrdən,
İllər boyu yol gözlədilər pəncərələrdən.
Tək arzusu qeyrət diləyirlər nəvələrdən,
Əfsus ki istiqamətimiz getdi qayıtmaz.
 
Oldu bizə qismət zamanın gör harasından,
Ağ gunləri satdıq, geri aldıq qarasından.
İlqar dözə bilmir yenə qəlbin yarasından,
Xoş anlar olan səadətimiz getdi qayıtmaz.
14-12-2018 16:10 Baxılıb: 490    
Şərh bildir