Qoruyaq bu eşqi

Tahir Fikri

Qovuşduq bir zaman bu dünyada biz,
Sevincdən bu gün də coşur qəlbimiz.
Hər zaman saf olub bizim eşqimiz,
Qoruyaq biz gərək hər an bu eşqi.

Arzumdur daima mehriban olaq,
Bu ülvi sevgidən biz ilham alaq.
Eşqin özündə əbədi yurd salaq,
Qoruyaq biz gərək hər an bu eşqi.

Sevilib sevmək gözəldir, ey yar,
Hər bir kəsə sevgi gərəkdir, ey yar.
Saf eşq mükəmməl bir təməldir, ey yar.
Qoruyaq biz gərək hər an bu eşqi.
Qoruyaq biz gərək hər an bu eşqi.

11-11-2018 13:03 Baxılıb: 500    
Şərh bildir