Mənə bir eşq yükü ver

İlqar Fəhmi

Mənə bir eşq yükü ver, 
Daşıyım,
Bir qələm ver, kağızı
Qaşıyım,
Bir bəyaz ömrüm ola, 
Yaşıyım.
Yaşıyım, sonra ölüm…

Simi qaçmış kamanam,
Nə çalım?
Qanadım kəsmə daha,
Ucalım, 
Saçıma dən səpələ, 
Qocalım…
Qocalım, sonra ölüm.. 

Yuxudan səslə məni,
Oyanım,
Mənə daş çarpayı ver,
Uzanım,
Qapımı cənnətə aç, 
İnanım,
İnanım, sonra ölüm.

08-09-2018 14:02 Baxılıb: 220    
Şərh bildir