Ay üzlü nigarım

Tahir Fikri

Sevgilim sözünü az demişəmsə
Bağışla sevgilim, bağışla məni.
Nə vaxtsa xətrinə mən dəymişəmsə, 
Bağışla sevdiyim, bağışla məni.

Bəlkə də bu sözü işlətməmişəm,
Bu demək deyil ki, sevməmişəm mən. 
Hər zaman səninlə fəxr eyləmişəm, 
Eşqimi qəlbimdə gizlətmişəm mən. 

İlahi tərəfdən bəxş edilmisən, 
Bəxtəvər deyirlər arxamca mənə. 
Çöhrəsi nur saçan leylivəşimsən, 
Doymuram baxdıqca sənin çöhrənə. 

Saçmasaydı günəş inan səmada, 
Yetərdi üzünün nuru cahana. 
Quşlar da uçardı aydın fəzada,
Çatardı bu nurun inan hər yana. 

Ay üzlü nigarım qaldınmı razı, 
Söylə bir şeirimi bəyəndinmi sən?
Sən Allah lütv elə, qalma narazı, 
De ki bu əşarı tam bəyənmisən.

25-08-2018 08:43 Baxılıb: 1340    
Şərh bildir