Evimizin çardağında

Yusif Rəhimi

Qazancımız nifrət oldu
Xoş günümüz əziyyət oldu
Dərd bizə qismət oldu
Evimizin çardağında

Gülən üzlər şeytansayaq
İnsanlar da insansayaq
Dostlarımız nadansayaq
Evimizin çardağında

Papağımız uçub getdi
Namus bizdən küsüb getdi
Qızımız da qaçıb getdi
Evimizin çardağında

Xəstəmizin dərdi böyük
Təbiblər də çıxdı dönük
Ocaqlar da qaldı sönük
Evimizin çardağında

Bülbül olduq gül xətrinə
Müsəlmanıq el xətrinə
Salam aldıq əl xətrinə
Evimizin çardağında

Günahlarım başa gəldi
Arzularım daşa dəydi
Qəddimi də yaman əydi
Evimizin çardağında

Yusif odla oynayırsan
Çox şeyləri saxlayırsan
Şeirləri odlayırsan 
Evinizin çardağında

03-07-2018 08:00 Baxılıb: 1030    
Şərh bildir