Dəvət

Yusif Rəhimi

Xəlq edəndən cahan məni söz məni
Ətrafında dövr elədim dünyanın
Qərinələr ötüb getdi zamansız
Qiymətini mən bilmədim cahanın

Lazım deyil dünya mənə mülk mənə
Bü dünyaya amma ki mən lazımam
Şəhid olmaq bir şərəfdir fəxrdir
Şəhadətə öz canmla hazıram

Gözüm toxsa demək doğrudur yolum
Haqqın ac quluyam haqq dilənirəm
Nəsimi yolunda addımlamışsa
Məndə öz yoluma çox güvənirəm

Ədalət hamının bərabər payı
Hamıya çatmalı bu pak qidadan
Yox əgər kimlərsə bunu pozursa
Uzaqdır bir xeyli nəcib şəfadan

Yusif itirməmiş öz keçmişini
Keçmişə baxaraq irəli gedir
Düz sözü yazmasa qələmdə küsər
Onunçün düz olan sözləri deyir
***
Qayğıkeş səmimi insanlarıq biz
Bir parça çörəyi bölərik yarı
Qonaq baş tacımız ürəyimizin
Sevinci ilqarı uca vuqarı

Astara dənizdən qüvvət alanda
Talış dağlarında bəbir qaçanda
Bülbüllər avazla hey oxuyanda
Bıbən Tolışədə bomıro ğonəğ

Lankon təbiətin ana vəhdəti
Səndə cəm olubdur xıdo qüdrəti
Talışın neməti Xanın qüdrəti
Bıbən Tolışədə bomıro ğonəğ

Masallı şairi söz söyləyəndə
Tolışi kinələr halay gedəndə
Tovıston elimə qonaq gələndə
Bıbən Tolışədə bomıro ğonəğ

Lerikdə təndirdə çörək bişəndə
Dağlardan sərin meh gəlib keçəndə
Şirin bulaqlardan şərbət içəndə
Bıbən Tolışədə bomıro ğonəğ

Varqadız keçilməz qayadır qaya
Talış dağlarından qalxır səmaya
Baxanda sərhəddən o biri taya
Bıbən Tolışədə bomıro ğonəğ

13-03-2018 15:08 Baxılıb: 2290    
Şərh bildir