Qəlbim Hüseynin şəhridir

Rəvan Məhərrəmli
 
Qoy duyulsun bu səda, qəlbim Hüseynin şəhridir,
Son bular aləm, bəqa qəlbim Hüseynin şəhridir.
 
Bu şəhər dərvazəsindən Şimri keçməz, ol səbəb,
Bivəfadir Kərbəla, qəlbim Hüseynin Şəhridir.
 
Mən Yəzidi sevmərəm qəlbimi məskun eyləsin.
Kərbəladan bavəfa qəlbim Hüseynin şəhridir.
 
Ol cəhənnəm atəşindən hifs olan ali mənəm.
Çün əzəldən mübtəla qəlbim, Hüseynin şəhridir.
 
İxtiyari yox, cəhənnəm bir telimdən yandira,
Sən bilirsən, ey Xuda, qəlbim Hüseynin şəhridir.
 
Mürtəzanın eşqi ilə nurə qərq olmuş bu yer,
Ol səbəbdən Tavü ha qəlbim Hüseynin şəhridir.
 
Vəqt olar aciz Rəvan səndən inayət gözləyər,
Ey əzizi-Müstəfa, qəlbim Hüseynin şəhridir.
31-01-2018 16:57 Baxılıb: 400    
Şərh bildir