Kaspi-Toloş çı ğəşənqe, çımı dıl

Yusif Rəhimi
 
Ana torpağımın cavan ürəyi,
Səndən gəlib keçir Gilan küləyi,
Həzilərin, Babəklərin dirəyi,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.
 
Dədə Zərdüşt torpağından boy atdı,
Avestanı Əli Nasir yaşatdı,
Adımızı zirvələrə ucaltdı,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.
 
Lankon bizim ürəyimiz, gözümüz,
Əzəl gündən doğru olub sözümüz,
Tarixlərdən ağ çıxıbdır üzümüz,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.
 
"Vaz ğələ"dən Anbarana salamlar,
Masal, Taleş, "Rudxan ğələ" duyanlar,
Çox olubdur heyrət ilə baxanlar,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.
 
Səvəlonun zirvəsinin başı qar,
Çox igidə şahid oldu Burovar,
Peştəsərim buludlara ucalar,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.
 
Hər daşında tarix yatır, iz yatır,
Şindan qalasıtək sirli göz yatır,
Şeyx Səfi babamda çoxlu söz yatır,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.
 
Sənin tarixini unutsam əgər,
Xıdo yaşamağı haram eyləyər,
Hər qarış cənnətin qəlbi titrədər,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.
 
Yusif bir parçadır sənin canından,
Səninçün o keçər şirin canından,
Talışam, güc verdin o saf qanından,
Kaspi-Toloş çı ğəşənqe, çımı dıl.
20-11-2017 11:35 Baxılıb: 1350    
Şərh bildir