Tanınmış şair Əkrəm Əylislini təhqir etdi: Qoduğun yazdığı nəyə lazımdı ki?

Tanınmış şair-yazar Murad Köhnəqala məşhur yazıçı Əkrəm Əylislini və onu sevən oxucuları təhqir etdi.
Köhnəqala öz feysbuk hesabında yazıb: “Erməni aşiqi Əkrəm Əylisli sevgisi hardandı sizdə, yəni, bunca namussuzsunuz?”.
Statusa yazılan şərhlərdə Muradın bu fikirlərini tənqid də edən, doğru da qəbul edən olub. Köhnəqala isə davam edərək yazıb ki, qocaldığını boynuna alır: “Ancaq, gurultulu çıxmasın, mənim xalqım erməni kimi murdarla müqayisəyə gəlməz. Bizim bu immunitetsiz gənclər elə bilir öz xalqına həqarət eləmək bəşəridir. Ey oğul, sivil plankaya qalxan heç bir millət, məsələn, heç bir avropalı Əkrəmin yediyi p… yeməz. Yəni heç bir sivil dünya adamı öz xalqına həqarət etmir, o ki qala haqsız ola. Əkrəm kimi p….. başına çıxaran daxildəki manqurd və etniklərdi. Əkrəmin indiyə qədər yazdıqlarının heç bir ictimaii çəkisi yoxdu. Qoduğun yazdığı nəyə lazımdı ki?”. /pressclub/
18-06-2017 14:31 Baxılıb: 1250    
Şərh bildir