MONTE MELKONYANI KİM ÖLDÜRÜB?

Söhbətdə 708-ci briqadanın keçmiş komandir müavini Ümudvar Mirzəyev və ayrıca batalyon komandiri İlham Binnətov da iştirak edib.

- İlk sual Xətai Baxışovadır: Monte Melkonyanı kim qətlə yetirdi?
- Bütün məsuliyyəti ilə bildirirəm ki, İbad Hüseynovun Monte Melkonyanı məhz onun öldürməsi haqqında versiyası yalandır və saxtakarlıqlar əsasında qurulub. Həm də bu yalan daim “təkmilləşdirilir”. Amma gəlin ardıcıllıqla gedək. Bir neçə il əvvəl İbad Hüseynov (həmin vaxt özünü Vüqar Həsənov adlandırırdı) iddia edirdi ki, Melkonyanı təsadüfən Xocavənd rayonunun Muğanlı kəndində erməni qərargahının yaxınlığında görüb və onun başını kəsib. Bu zaman o qətlə yetirdiyi şəxsin kim olduğunu bilmirdi, bunu yalnız 12 iyun 1993-cü ildə Moskvadan “Vremya” verilişində yoldaşları ilə birlikdə Melkonyanın Qarabağda qətlə yetirildiyini eşitdikdə başa düşüb. Və həlak olan şəxsin şəkli göstərildikdə İbad və yoldaşları kimin başını kəsdiklərini anlayıblar. “525-ci qəzet”in 23 iyul 2005-ci il sayında məhz bu versiya təqdim edilib. Lakin bir neçə il sonra İbad Hüseynov haqqında film çəkilib. Bu filmdə tamamilə başqa versiya irəli sürülüb. Burada deyilir ki, ermənilərin Avo adlı komandiri olması haqda kəşfiyyat məlumatı var idi və İbadın qrupunu xüsusi olaraq onu aradan qaldırmaq üçün göndəriblər. Avonu görən İbad və silahdaşları onu tanıyıblar və hücuma keçməyi qərara alıblar. Filmdə belə bildirilir. Bundan başqa filmdə 2005-ci ildə olmayan yeni personajlar ortaya çıxır. Bu, guya fəaliyyəti təshih edən, kəşfiyyat məlumatları alan və döyüş əməliyyatları aparan hissə komandiri, habelə guya bu əməliyyatları təshih edən MTN əməkdaşı idi. Hərbçi olaraq qeyd etmək istərdim ki, sözügedən döyüş əməliyyatları zonası müntəzəm hissələrin nəzarəti altında idi və bu, bizim briqadamız idi. Heç kim bizimlə razılaşdırmadan hər hansı əməliyyat həyata keçirə bilməzdi və filmdə bəhs edilən əməliyyat əslində olmayıb. Bu zonada həmçinin yerli özünümüdafiə dəstəsi fəaliyyət göstərirdi. Bu dəstə 1993-cü ilin avqustunda hərbi hissəyə göndərildi. Lakin filmdə bu bölmənin komandiri 1993-cü ilin iyun ayından danışır! Bundan başqa bu zonada ayrıca kəşfiyyat rotasına rəhbərlik edən Tofiq Cəfərov (Rafiq) təsdiq edir ki, 1992-93-cü illərdə İbad Hüseynov və ya başqa kimsə hələ Avonun aradan qaldırılması üzrə tapşırıq almırdı və əməliyyat həyata keçirmirdi.

- Növbəti sual Ümudvar Mirzəyevədir: İbad Hüseynov kimin başını nümayiş etdirir?
- İbad və dostları kəsilmiş başın şəklini uzun müddət haqlı olduqlarının sübutu kimi nümayiş etdirirdilər, lakin bir müddət əvvəl onlar buna son qoydular. Gəlin 2005-ci ilə, bu mövzuda ilk obyektiv jurnalist araşdırmasının aparıldığı və Melkonyanın aradan qaldırılmasının real iştirakçılarının adı çəkilən dövrə qayıdaq. Bu məqalə 9 iyul 2005-ci ildə “Gün Səhər” qəzetində dərc edilib və orada Melkonyanın bizim əsgərlərimiz tərəfindən öldürüldüyü sübut edilib. Amma “birdən”, iki həftə sonra bu məqalə “525-ci qəzet”də çıxır və müəllif bu xidmətləri İbad Hüseynovun (Vüqar Həsənovun) adına yazır. Bu zaman kəsilmiş baş sübut olaraq nümayiş olunur. Amma elə həmin məqalədə Melkonyanın dəfninin Yerevanda yüz min nəfərin iştirakı ilə keçirildiyi, başsız bədənin dəfn edildiyi deyilir. Moskva televiziyasına istinad inkarolunmaz dəlil kimi təqdim edilir. Moskva televiziyası ilə Melkonyanın ölümü haqqında heç bir xəbər yayıla bilməzdi. Belə ki, ermənilər Melkonyanın öldüyünü dərhal açıqlamayıblar və onu ayın 19-da dəfn ediblər. Yalnız bundan sonra “Frans Press” agentliyi, daha sonra isə “Komsomolskaya pravda” Melkonyanın öldüyü barədə xəbər yayıb. Odur ki, nə İbad, nə də onun dostları iyunun 12-də Moskva televiziyasında məlumat eşidə və Melkonyanın üzünü görə bilməzdilər. Amma Melkonyanın dəfninin nümayiş etdirildiyini ehtimal etsək belə, İbad və yoldaşları terrorçunun başının yerində olduğunu görməli idilər! Onun başının üst hissəsi sarğılı idi, vəssalam. Bu gün də İnternetdə onun dəfnindən video görüntülər var və arzu edən hər kəs baxa bilər. Gəlin İbadın nümayiş etdirdiyi başın şəklinə baxaq. Heç bir normal kriminalist və ya ekspert bunun eyni insan olduğunu deyə bilməz. Burnun, çənənin, dodaqların, üzün hissələri arasındakı məsafələrin şəklini və uzunluğunu müqayisə edən mütəxəssislər asanlıqla bunların iki fərqli insan olduğunu sübuta yetirə bilərlər. Bir neçə nəşrdə başın Melkonyana məxsus olduğu təkzib edildikdən sonra İbad və dostları şəkli göstərməyə son qoydilar. Lakin indi də onlar Melkonyanın aradan götürülməsi haqqında tapşırıq aldıqları və onu yerinə yetirdikləri barədə “arayış və sərəncamlar” çıxarsalar, təəccüblənmərəm.

- Bu onların nəyinə lazımdır və bu necə mümkün olur?
- Görünür, kimsə bu süjetdən istifadə etməyi və bundan siyasi və ya başqa bir sərmayə qazanmağı qərara alıb. Amma başa düşmürəm, gəncləri bunlarla necə tərbiyə etmək olar? Melkonyanı və digərlərini qətlə yetirərək döyüşdə həlak olan şəhidlərin xatirəsini necə tapdalamaq olar?

- İlham Binnətova sual: Döyüş necə keçirdi?
- Bu məsələdə hər şeydən başqa sırf hərbi aspekt də var. Söhbət qeyd edilən ərazidə cəbhə xəttindəki döyüş vəziyyətindən gedir. Belə ki, Ağdamın sol cinahında Mərzili-Novruzlu-Yusifcanlı xətti boyunca ağır döyüşlər gedirdi. Bu, erməni qüvvələrinin əsas zərbə istiqaməti idi. İyunun 12-də onlar sözügedən kəndləri ələ keçirdilər və kəndləri geri almaq üçün bizi bu sahəyə göndərdilər. Böyük səy və itkilər sayəsində buna nail ola bildik. Demək olar ki, fasiləsiz ağır döyüşlər davam edirdi. Məlum olduğu kimi, Melkonyan bu hücumlara komandanlıq edirdi, sizcə bu vaxt o harada olmalı idi? Hücuma rəhbərlik etməli idi, yoxsa onlarca kilometr aralıda, ümumiyyətlə döyüş olmayan Muğanlı kəndində meşədə gəzməli idi? Məncə, hərbiçi olmayan insan belə doğru cavab verər. Bundan başqa günün ikinci yarısında sol cinahdan ermənilərin hücumu anidən dayandı və Mərzili-Novruzlu-Yusifcanlı xətti boyunca sakitlik, demək olar ki iki həftə sürdü. Yalnız bir müddət sonra biz nə baş verdiyini öyrəndik, ermənilər isə Melkonyanın qətlindən düşdükləri şokdan özlərinə gələ bilmirdilər və onun silahdaşlarının əksəriyyəti Yerevana dəfnə getmişdi. Eyni zamanda sağ cinahda- Yeddixırman yüksəkliyi ətrafında ermənilərin hücumu güclənmişdi. Melkonyanın qardaşı Markar Montenin həyatı haqqında iki kitab dərc edib və onun ölümünə qədər Qarabağda həyata keçirdiyi əməliyyatları təsvir edir. İbad və yoldaşlarına inansaq, Markar Montenin bizim PDM-dan atəş açılması nəticəsində ölməsi haqqında versiyanı uydurub, bəs bizdə olan döyüş əməliyyatlarının təsvirinin kitabda bütün yazılanlarla üst-üstə düşdüyünə nə deməli?

- Kitabda nə yazılıb ki? (Xətai Baxışov cavab verir)
- Kitabda yazılıb ki, ermənilər Mərzili, Novruzlu və Yusifcanlı kəndlərini ələ keçirdikdən sonra azərbaycanlılar əks hücuma keçdilər və erməniləri oradan sıxışdırıb çıxarmağa başladılar. Bu haqda xəbər alan Monte dərhal oraya yola düşdü. O bir neçə hərbçi ilə birlikdə UAZ avtomobili ilə gedirdi. Onlar kəndə girdikdə atəşə tutulublar. Monte özünü maşından atıb və daş hasarın arxasında gizlənməyə çalışıb. Lakin bizim PDM-dən açılan atəş nəticəsində mərmi qəlpələri onu başından ölümcül yaralayıb. Həmin döyüşdə Montenin müavini Saribeq Martirosyan da ölüb. Mərzilidə bu döyüşə mən rəhbərlik edirdim və biz bütün bunları gözlərimizlə gördük. Əlbəttə, biz onun Melkonyan olduğunu bilmirdik, bilə də bilməzdik. Melkonyanın maşınını atəşə tutan PDM ekipajı üç nəfərdən ibarət idi, onlardan ikisi – Şaiq Kəlbiyev (Biləsuvar) və Asəf Mütəllimov (Neftçala) qəhrəmancasına həlak oldu. Allah onlara rəhmət etsin! Üçüncüsü, həmin vaxt 19 yaşında olan Azəddin Musayev sağ-salamatdır və hazırda ordumuzda xidmət edir. Budur əsl qəhrəmanlar, haqqında məqalə yazılmalı, televiziyada göstərilməli və yetişməkdə olan nəslə nümunə olaraq göstərilməli olan, ucaldılacaq və mükafatlandırılacaq şəxslər bunlardır!

- Hansı addımları atmaq niyyətindəsiniz?
- Biz, Qarabağ veteranları bütün düzgün yollarla həqiqəti müdafiə edəcəyik. Bütün bu möhtəkirliklərə son qoymaq üçün hərbçilərdən, ekspertlərdən, hüquqşünaslardan və kriminalistlərdən ibarət müstəqil komissiya yaratmağı təklif edirik. Qoy tərəflərdən hər biri öz dəlillərini və sübutlarını təqdim etsin, komissiya isə düzgün və qərəzsiz araşdırma aparsın. Zənnimcə həqiqəti müəyyən etmək çətin olmayacaq, belə ki Müdafiə Nazirliyinin, Kəşfiyyat İdarəsinin arxivləri, video və fotomateriallar, o hadisələrin şahidləri var. Həmçinin mətbuata diqqətli olmaq, materialları dərc etməzdən əvvəl faktları dəqiqləşdirmək və yoxlamaq xahişi ilə müraciət etmək istərdim. /contact.az/
шаблоны для dle 11.2
10-12-2020 21:47 Baxılıb: 1480    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}