İsrailin azərbaycanlı generalın şəhid edilməsindəki rolu barədə

2020-ci ilin iyul döyüşlərində ermənilər artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərinə zərbələr endirəndə, Azərbaycan ordusu “strateji müttəfiq” kimi xalqa sırınan İsrailin istehsalı olan pilotsuz uçuş aparatları vasitəsi ilə düşmənə cavab verməyi qərara aldı. Amma bu hücumlar Azərbaycan ordusu tarixində, eləcə də döyüşdə istifadə edilən PUA-ların tarixində ən böyük uğursuzluqla yadda qaldı. Belə ki, erməni tərəfi 35-40 il əvvə SSRİ-də istehsal edilən “9К33 Osa” markalı adi özüyeriyən zenit raket kompleksilə Azərbaycan ordusuna məxsus - İsrail istehsalı, və öz sinifində dünyanın ən modern və güclü PUA-sı sayılan, 30 milyon dollar dəyərində olan “Elbit Hermes 900” pilotsuz uçuş aparatını vurub yerə salmağa müvəffəq oldu ki, indiyədək dünyanın heç bir ordusu bunu etməyə nail olmamışdı! Bu təyyarədən sonda Azərbaycanın daha iki PUA-sını vurdu. Qiyməti 30 milyon dollar olan bir hərbi texnikanın 40 il əvvəl istehsal edilən bir sadə raketlə vurulması ondan xəbər verir ki, İsrail istehsalı olan silahlar barədə uydurulan miflərin hamısı puç və yalandır! Xatırladaq ki, bu bahalı, əslində isə puç İsrail silahından 15 ədəd alınıb. Nəticədə Azərbaycan ordusu İsraildən aldığı və birgə istehsal etdiyi PUA-lar vasitəsilə ermənilərə qarşı effektli cavab verə bilmədiyini, əvəzində isə “Elbit Hermes 900” PUA-larını ermənilərin vurmasını, Azərbaycanın yüksək rütbəli say-seçmə zabitlərinin dəqiq koordinatlarının ermənilərə məlum olduğunu və bu üzdən də şəhid edildiklərini görəndən sonra, İsrail tərəfindən aldadıldığını və İsraillə hərbi əməkdaşlığın ölkəyə necə baha başa gəldiyini anladı... 
İsrail isə yenə də media və informasiya təbliğatı vasitəsilə Azərbaycanı aldatmağa qalxdı. Belə ki, məşhur Mossad cəsusu - vahhabi Səud rejimi və İsrail arasındakı münasibətlərin yaxşılaşdırlması məqsədi ilə Səudiyyə Ərəbistanına leqal səfər edən ilk İsrail vətəndaşı, icazəsiz olaraq işğal altında olan Dağlıq Qarabağa səfər etdiyinə görə və orada Qarabağın müstəqilliyinin tanınmasına çağırışlar edərək erməni separatçıların xeyrinə təbliğatlar apardığına görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olunmasından sonra, Ukrayna pasportu ilə qanunsuz Azərbaycan ərazisinə daxil olması və ölkənin sərhəd xidmətini aldatması ilə öyündüyünə görə Belorusiyada həbs edilərək Azərbaycana ekstradiyisa olunan, Azərbaycanda 1 il həbsdə yatandan sonra Mossadın və İsrail hakimiyyətinin təzyiqləri ilə əfv edilərək İsrailə qaytarılan blogger Aleksandr Lapşin öz feysbuk səhifəsində “Elbit Hermes 900” pilotsuzunun vurulması ilə bağlı status paylaşaraq, bu statusu Rusiya və Ermənistanın aparıcı KİV-lərində yaydı. Mossad cəsusu Lapşin sözü gedən statusda, “Elbit Hermes 900” pilotsuzunu tərifləyərək, “bu təyyarələrin 2009-cu ildən bəri Suriya, İraq, Livan, Sudan, Əfqanıstandakı hərbi əməliyyatlarda istifadə olunduğunu, ABŞ və Meksikanın sərhədinə nəzarət etdiyini, həm Kolumbiya, həm də Braziliyada narko-kartellərinin hərəkətlərini izlədiyini önə çəkərək, indiyə qədər heç kimin onu vura bilməməsindən” ağızdolusu danışır. Daha sonra cəsus Lapşin təyyarənin vurulmasının günahını İsrailin üstündən götürüb Azərbaycan ordusunun üzərinə ataraq həyasızcasına iddia edir ki: “Yalnız fərsiz və səriştəsizlər bütün orduların “uçan beyini” olan bu aparatı zərbə altına qoya bilərdi”...

Həmid Türki

https://hemidturki.livejournal.com/3333.html?fbclid=IwAR0-YKT5-6o0z65cfP6q5shffxYB5K4FTsqjadCpN4w8lv-CQs7uNR0iDoAшаблоны для dle 11.2
17-07-2020 19:41 Baxılıb: 1 8150    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}