Özbəkistanda iş imkanları məhdud olduğu üçün insanlar Rusiyaya axın edir

Təxminən 3 milyon özbək, yəni ölkədəki işçi qüvvəsinin altıda biri xaricdə yaşayır. Onların çoxu Özbəkistandakı ailələrinə pul göndərə bilmək üçün Rusiyada işləyir. Daşkənd hökümətinin mərhum prezident İslam Kərimovun 25 illik hakimiyyəti dövründə ölkədə genişmiqyaslı işsizlik yaranıb.
Hazırda İslam Kərimovun sələfi Şavkat Mirziyayevin əsas narahatlıqlarından biri də məhz işsizlik problemidir. O, təbii ehtiyatlarla zəngin keçmiş Sovet respublikasının dur]un iqtisadiyyatını yenidən qurmağa söz verib.
Rəsmi göstəricilərə əsasən, işsizlik səviyyəsi 5 faizdədir, lakin Mirziyayev özü dövlət statistikalarını “qondarma” adlandırıb. Adi özbəklər deyir ki, Kərimovun hakimiyyəti dövründə rəsmilər inəyi olan hər bir şəxsi fermer kimi qeydiyyata alırdı.
Kiçik Uçkuprik şəhərindən 62 yaşlı özbək qadın Ruqiyaxon Fərqanə vadisindəki həyətində toxumları Moskva, Sankt Peterburq və Nijni Novqoroddan gələn gülləri sulayarkən ağlayır. Bu toxumları ona illər öncə Rusiyaya köçən uşaqları göndəriblər. “Bu güllərin toxumlarını mənə Leninqraddan (Sankt Peterburq) qızım və kürəkənim göndərib. Onlar çox gözəldir, amma artıq mövsüm bitir. Bunları Moskvadakı oğlum və gəlinim göndərib. Bunlardan çoxdur. Bunları isə Nijni Novqoroddan kürəkənim göndərib”- o gülləri göstərərək deyir.
Onun ailəsinin vəziyyəti Özbəkistanın kənd yerlərində yaşayan insanların vəziyyətinə çox bənzəyir. Orada bəzi iş yerləri olsa da, maaş dolanmaq üçün kifayət deyil. Ruqiyaxonun ən balaca oğlu evdə qalıb və həkimlik sahəsində oxuya bilib, çünki qardaşı Rusiyada qazandığı pulla onun universitet pulunu ödəyib. “Mənim böyük oğlum Rusiyada işləyə-işləyə ən balaca oğlumun həkim təhsili almağına yardım etdi. Onun köməyi olmadan biz onun universitet pulunu ödəyə bilməzdik. İndi o yerli xəstəxanada işləyir. Çox istərdim ki, oğlum və gəlinim də gəlib burada işləsin”- Ruqiyaxon söyləyir.
İş çatışmazlığı və cüzi maaş problem ilə yanaşı az maaş alan işçilər bəzən işdə qalmaq üçün maaşlarının bir hissəsini rəislərinə verməyə məcbur edilirlər. Cizzax regionunun Marcanbuloq şəhərində məktəb müəllimi işləyən Şaxnoz 2011-ci ildə müdirə pul verə bilmədiyi üçün işdən çıxarılıb. O zaman o kimyəvi terapiya ilə müalicə olunurdu və evdə yeganə pul qazanan insan idi. “Mənim hətta dərmanlarıma belə pulum çatmırdı”- o deyir.
Özbəkistanda məktəblərdə iş tapmaq cəhdlərindən və onun işdən çıxarmaq qərarının ləğvinə çağıran bir çox petisiya imzalayandan sonra o, 2013-cü ildə Moskvaya köçüb və orada xadimə olaraq işləməyə başlayıb. Şaxnoz deyir ki, o geri dönməyi çox istəyərdi, amma Özbəkistanda iş yoxdur. O valideyinlərinin qayğısına qalmaq üçün normal maaş almalıdır, bu cür pulu isə yalnız Moskvada qazana bilər.
Kabgil kəndində yaşayan 72 yaşlı Odinaxon Nizomova deyir ki, onun iki oğlu, bir kürəkəni və bir nəvəsi də Rusiyada işləyir və geri dönməyi rədd edir, çünki Özbəkistanda normal iş tampağın mümkün olmadığını düşünür. “Mən onlara geri dönmələrini söyləyirəm. Onlar isə deyir ki, zamanı gələndə gələcəyik, indi gəlib orda nə edəcəyik? Burdakı vəziyyəti görürsünüz. Ona görə də onlar deyir ki, uşaqlarına təhsil verməli, onları bir peşə ilə təmin etməlidirlər. Bu səbəbədən hələ də Rusiyada qalıb işləyirlər”- Odinaxon bildirir.
Ailədən ayrı qalmaq miqrant işçilərin üzləşdirkəri çox sayda çətinlikdən biridir. Lakin miqrasiya özbəklər üçün gəlir mənbəyinə çevrilib. Nəticədə Özbəkistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətə düşüb və rublun məzənnəsindəki dəyişikliklər ölkə iqtisadiyatına böyük təsir göstərir. /amerikaninsesi.org/

18-01-2019 20:28 Baxılıb: 560    
Şərh bildir