Rusiya, rus dili, elmi və mədəniyyəti bizə lazımdır

Arif Rəhimzadə:
-Rusiya, rus dili, elmi və mədəniyyəti bizə lazımdır. Bu ilk növbədə bizim özümüzə lazımdır. Çünki biz ruslarla tarixən əlaqədə olmuşuq. Çünki biz indiyədək rus dili vasitəsilə Avropa və dünyaya çıxmışıq. Rus dilindən də imtina edək və təcrid olunmuş vəziyyətdə qalaq, o zaman biz dünyaya hansı dillə çıxacağıq? Biz bir məsələni anlamalıyıq ki, Azərbaycan xalqının və dövlətinin formalaşmasında Rus İmperiyasının, Sovet İttifaqının, Rusiyanın böyük rolu olub. Azərbaycanda və müsəlman Şərqində ilk demokratik və müstəqil ölkənin yaradılmasında Rusiyanın böyük rolu var. 1918-ci ildə Cənubi Azərbaycanda da demokratik respublika yaradaydılar da, bəs nə üçün yarada bilmədilər? Deməli, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması da məhz Rusiyanın təsiri nəticəsində mümkün olub. Buna rəhbərlik edənlər Rusiyada təhsil almış insanlar idi. Gəlin etiraf edək də! Rus dilini atıb ingilis və ya digər xarici dillərə üstünlük vermək doğru deyil. Mən rus dilini ingilis dilindən o mənada üstün bilirəm ki, bu dil artıq Azərbaycan xalqı bilir. Ona görə də mən deyirəm ki, biz dünyaya daha çox rus dili vasitəsi ilə çıxmalıyıq.
17-06-2017 23:02 Baxılıb: 1100    
Şərh bildir