Tatarlar və ruslar - qardaşdırlar


“Rusiya tatarları- slavyanların genetik qardaşlarıdır. Tatar və monqollar heç vaxt rusların düşməni olmamışlar. Tarixşünaslığın çirkli əlləri ilə ləkələnmiş heç bir günahı olmayan millətlərə bəraət qazandırmaq vaxtıdır. Sanballı müəlliflər tərəfindən ciddi-cəhdlə ən iri milli qruplar- ruslar və tatarlar arasında ədavət toxumu səpilməkdədir. Bütün tarix kursu tatarların ruslara hücumları, onların bir-birini qırıb çatmaları haqqında nağıllarla aşıb daşır. Amma heç bir yerdə deyilmir ki, tatarlar da rus, mordva, belorus və digərləri kimi genetik cəhətdən ağ irqin nümayəndələridir. Yəni bizim doğma qardaşlarımızdır. Tatar qoşunları həmişə Rus ordusunun tərkibində olmuşlar- istər xarici düşmənə qarşı, istərsə də daxili müharibələrdə onlar da ruslarla birgə vuruşmuşlar. Tatarları Rusiyanın yüngül süvari qoşunu da saymaq olar. Və yaxud rusları tatarların zirehli döyüşçüləri saymaq olar. Tatarlar Kulokov çölündə moskvalılarla birgə Mamaya qarşı döyüşdülər. Tatarlar şved və Livon müharibələrində düşmənə ilk hücuma keçdilər. 1410-cu ildə Qrünvald yaxınlığında polyak-rus-tatar birləşmiş qoşunları Xaç cəngavərlərini darmadağın edərək Tevton ordeninin onurğa sütununu sındırdı; yeri gəlmişkən, həmin döyüşdə də ilk zərbəni tatarlar endirdilər. Monqollar Rusiya hakimiyyətinə petisiya ünvanladılar ki, onlar tarixən ruslarla dost olublar və indi də dostdurlar; Monqolustan tarixində monqolların öz şimal qonşularına hücum etmələri barədə xırda bir qeyd də yoxdur. Monqollarda hansısa Çingizxan barədə bircə dənə əfsanə belə yoxdur. Arxeoloqlar Monqolustanda Ordanın varlığına aid bircə sübut da tapmayıblar. Hələ indiyədək qazıntılar zamanı Ordaya aid bircə dənə də olsun sikkə, yazılı abidə, döyüşçünün qəbri, heç olmasa “monqol-tatar” qılıncı da aşkarlanmayıb. Yoxdur. Amma məktəblərdə uşaqların başını monqolların rusları zorlaması və qılıncdan keçirməsi haqqında nağıllarla doldurmaqda davam edirlər. Göstərirlər ki, tatarlar şəhərləri talayıb yandırırdılar və uşaqlara belə rəhm etmirdilər. Axı bu gün genetiklər tərəfindən sübut olunub ki, tatarlar və ruslar- genetik qardaş xalqlardır, əsrlər boyu yan-yana yaşayıblar və ailələr quraraq qaynayıb qarışıblar. Rus adamlarının müasir nəslində monqoloid genetikası müşahidə olunmur. Rusiya torpaqlarında həmin dövrlərə aid monqol qəbri də yoxdur. Deməli, monqollar heç vaxt Rusiyaya gəlib çıxmayıblar, burda qətliamlar törətməyiblər. Millətlərarası münaqişələrin məqsədyönlü şəkildə qızışdırılmasına son qoymaq, belə müəllifləri və nəşriyyatçıları cəzalandırmaq lazımdır. Qərəzli yalanlar uyduran və əcdadlarımızın xatirəsini ləkələyən bu adamların məqsədi qardaşlıq və mehriban qonşuluq şəraitində yaşayan xalqlar arasına ədavət toxumu səpməkdir”.

Professor Stoleşnikov, zarubezhom.com

05-06-2017 22:58 Baxılıb: 2110    
Şərh bildir