Kəmaləddin Heydərovun həbsi reallaşır

Fövqəlnazirin qələmini Türkiyə də "qırdı”; AKP höküməti FHN rəhbərindən niyə narazı düşüb?

AKP hökümətinin FHN rəhbərindən narazı düşməsi və bu narazılığın onun məsuliyyətə cəlb olunmasının tələb edilməsinə qədər gedib çıxması "fövəqlnazir”-in "Korrupsiya Əleyhinə Böyük Əməliyyatlar”- da hədəf olması ilə yanaşı onun Suriyada və xüsusən qardaş ölkə ilə düşmən münasibətdə olan İsraıldə rəsmi Ankaranın maraqlarına zidd fəaliyyəti ilə bağlıdır

Təkcə qardaş Türkiyədə deyil, dünya çapında kifayət qədər özünə izləyici qazanmış "Kurtlar Vadisi Pusu” filminin son 2 seriyasında Azərbaycanla bağlı çox ilginc məqamlar yer alır. Filmin ölkəmizlə bağlı bölümündə diqqəti artıran nüans serialda "Kəmaləddin” ismidir.
"Kurtlar Vadisi”-ndə Kəmaləddin kimdir? Serialın son 2 hissəsində "ixtiyarların” adamı Karanın Azərbaycanda axtardığı, kürü fabriki və limonad sexi olan, "rusların yeni uşağı” kimi qələmə verilən, «Hani Azərbaycanda bütün dövlət səndən sorulurdu” deyə müraciət edilən, İran və İsraılla geniş bağlantıları olan bu şəxs bir çox xarakterlərinə görə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun prototipidir. Filmdə kifayət qədər mənfi xarkterizə edilən "Kəmaləddin” türklərə düşmən kimi təqdim olunur və sonda güllələnir. Amma xatırlayırsınızsa "Kürtlar Vadisi Pusu” teleserialının baş qəhrəmanı Polad Ələmdar rolunu oynayan Necati Şaşmaz bir müddət öncə Kəmaləddin Heydərovun dəvəti ilə Azərbaycana gəlmişdi. Ölkəmizdə yüksək səviyyədə FHN şefi tərəfindən qəbul olunub yola salınan film qəhrəmanından çoxları bu hörmət- izzətin əvəzini başqa cür gözləyirdi.
Burda haşiyəyə çıxıb önəmli bir məqamı qeyd edək ki, artıq "Kurtlar Vadisi Pusu” filmi son zamanlar qəhrəmanlıq dastanından çıxıb Türkiyənin maraqlarını və siyasətini həyata keçirən filmə çevrilib. Hətta təkzib olunmaz şəkildə irəli sürülən bəzi fikirlərə görə filmin bu şəkildə yönləndirilməsi birbaşa qardaş ölkənin hakim partiyası AKP- dən və baş nazir Ərdoğandan qaynaqlanır. Yəni kinodakı Polad Ələmdar əslində Ərdoğanın özüdür və o Türkiyənin xilaskar qəhrəmanı kimi təqdim olunur. Teleserialda son baş verənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, əslində Kəmaləddin Hedyərova dostluqdan düşmənçiliyə dəyişən münasibət "Kurtlar Vadisi Pusu” filminin yaradıcı heyətinin deyil, Türkiyə hökümətinin mövqeyidir. Maraqlıdır, doğrudanmı qardaş ölkə rəhbərliyinin Azərbaycanda geniş səlahiyyətlərə və imkanlara malik FHN rəhbərinə  münasibəti dəyişib. Əgər doğrudan da dəyişiklik baş veribsə buna səbəb nədir?
17 dekabr əməliyyatlarının pərdəarxası. Xatırlayırsınızsa ötən saylarımızda dərc etdiyimiz və geniş rezonans doğuran "Türkiyədən İlham Əliyevə həbs tələbi” adlı araşdırma yazıda qardaş ölkədəki mənbəmizə istinadən qeyd etmişdik ki, 17 dekabr 2013- cü ildə qardaş ölkədə başlayan "Korrupsiya Əleyhinə Əməliyyatlar”- la bağlı AKP hökümətinin Azərbaycan hökümətindən bəzi narazılığı və tələbləri var; "Türkiyədə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı başlanan böyük bir kampaniya regional mütəşəkkil cinayət olduğundan bu cinayətin kökləri və onu həyata keçirənlərin Azərbaycanda çox ciddi bağlantıları və himayədarları var. Verilən bilgilərə görə həmin şəxslərin dövlətin ən üst qatlarında təmsil olunmaqla böyük çevrəyə, dövləti səlahiyyətlərə, maddi və hərbi gücə malikdirlər. Çirkli pulların hər hansı bir formada- nəğd və ya əmtəə şəkilində ölkədən çıxarılması Dövlət Gömrük Xidməti tərəfindən həyata keçirildiyini, bu sahəyə uzun müddət birbaşa və ya dolayısı ilə kimin rəhbərlik etdiyini, eyni zamanda yuxarıdaki imkanları nəzərə alsaq bu şəxsin kim olduğunu təxmin etmək olur. Eynən mənbəmiz də bu məlumatı təsdiqləyir. Bu şəxs ölkədə az qala 2- ci prezident statusuna malik, əvvəlcə Dövlət Gömrük Komitəsinin, hazırda isə Fövqəladə Hallar naziri işləyən Kəmaləddin Heydərovdur. Yalnız o müxtəlif sahələrə, çeşidlərə və mənbələr məxsus çirkli pulları və mal- materialları bir əldə cəmləyib ölkədən ixrac və idxalına, eləcə də həmin malların beynəlxalq dövriyyəsinə rəhbərlik edə bilər.
Türkiyədəki qaynaqların məlumatına görə "17 dekabr operasiyonu”- da adı keçən azərbaycanlı dövlət məmurları içində ilk sırada dayananlardan biri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Onun adı korrupsiya əməliyyatlarında, çirkli pulların yuyulmasında keçir. K. Heydərov bu prosesi özünün firmaları və şirkətləri vasitəsi ilə həyata keçirib. Daha sonra adı Beynəlxalq təhlükəsizliklə bağlı Hesabatlarda qaçaqmalçılıq edən, PKK ilə əlaqədə olan adamlar gəlir, bunları isə biz zaman- zaman yerli və beynəlxalq mediada eşidirik.
İlham Əliyevdən həbsi tələb olunan 11 nəfərlik siyahı. Türkiyədəki mənbənin "Yeni Cumhiriyyət” qəzetinə daxil olan məlimata görə Kəmaləddin Heydərovun adı müxtəlif növ gizli yükdaşımalarından tutmuş dini qrupların maliyələşməsinə qədər geniş bir çətəni əhatə edir. Çox maraqlıdır ki, bu çətənin Azərbaycandan başlayan bağlantıları nəinki Türkiyə, İran, hətta Suriyaya qədər gedib çıxır. Bu barədə verilən bilgiləri təsdiqləyici faktlarımız hələ ki yetərli olmadığından araşdırmalarımızı davam etdirəcəyik. Amma bir şey faktdır ki, son zamanlar Azərbaycanlıların Suriyada peyda olması, gizli bazarlaşmalarda iştirak etmələri, hətta döyüş meydanlarında həlak olmaları ilə bağlı həm statsitik rəqəmlər, həm də gələn məlumatlar artmaqda və narahatlıq doğurmaqdadır.
Mənbəmizin verdiyi məlumata görə beynəlxalq və daxili güclərin diqtəsi ilə 17 dekabrda qardaş ölkədə başlayan anti korrupsiya əməliyyatından sonra iqtidarının onurunu zədələyən və hətta hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən Ərdoğan hakimiyyəti bu ləkəni təmizləmək üçün bəzi addımlar atmaq məcburiyyətindədir. Bu üzdən Türkiyə höküməti regional cinayətkar şəbəkəyə himayədarlıq edən, Türkiyə, İran, Suriya və Azərbaycanda daxil olmaqla geniş bir siyahı hazırlanıb ki, həmin siyahıda olanlar dərhal məsuliyyətə və ya istintaqa cəlb edilməlidirlər. Həmin siyahıda Azərbaycanda vəzifə tutan 11 nəfərin adı var. Çox maraqlıdır ki, siyahıya Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir”
AKP höküməti FHN rəhbərindən niyə narazı düşüb? Xatırladaq ki, bu yazı qəzetimizin təminən 1 ay öncəki saylarından birində dərc olunub. Göründüyü və eyni zamanda "Kurtlar Vadisi Pusu” filmində xarakterizə olunduğu kimi Türkiyə hökümətinin Əliyev iqtidarı ilə, bir az da konkret ifadə etsək FHN rəhbəri və ona yaxın çevrəyə qarşı ciddi etirazları var. Verlən məlumatlara görə dekabr ayında Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun həbs olunması da bu narazılığın tərkib hissədir. Və yenə nəzərə alaq ki, ölkədə Gömrük xidmətinə və gömrüklə birgə çalışan Sərhəd xidmətinə K. Heydərovun yaxın adamları və qohumları nəzarət edir.
Apardığımız araşdırmalara və Türkiyədəki mənbələrin verdiyi məlumata görə AKP hökümətinin FHN rəhbərindən narazı düşməsi və bu narazılığın onun məsuliyyətə cəlb olunmasının tələb edilməsinə qədər gedib çıxması "fövəqlnazir”-in "Korrupsiya Əleyhinə Böyük Əməliyyatlar”- da hədəf olması ilə yanaşı onun Suriyada və xüsusən qardaş ölkə ilə düşmən münasibətdə olan İsraıldə rəsmi Ankaranın maraqlarına zidd fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyətin nədən ibarət olması barədə bizdə müəyyən bilgilər olsa da hazırda bu yöndə araşdırmalarımız davam etdiririk.
"Kurtlar Vadisi Pusu” filminin son 213 və 214- cü seriallarından sonra Azərbaycanda Kəmaləddin Heydərov ətrafı çevrədə böyük narahatlıq baş qaldırıb. Sözü gedən serialın və AKP hökümətinin əleyhinə çıxışlar başlanılıb. Bütün bunlar da "”fövqəlnazir”ə qarşı hücumların təsadüfi olmadığını göstərir.
Başqa bir mənbəmiz son zamanlar K. Heydərovun Azərbaycan ictimai- siyasi həyatında kölgəyə çəkilməsini Əliyev rejiminin ona heç də yaxşı münasibət sərgilmədiyindən qaynaqlandığını bildirir. Mənbəmiz qeyd edir ki, ölkə içi və xarici çox ciddi dayaqlarını, eləcə də etimadları itirən Kəmaləddin Heydərovun son zamanlar ona əks düşərgədə olan hakimiyyətin hakim ailə komandası olan Paşayevlərə sığınması da bu narahatçılığın və çıxılmaz durumun gösəricisidir.
Göründüyü kimi son zamanlar FHN rəhbəri Kəmaləddin Heydərovun ətrafında müəyyən proseslər cərəyan etməkdədir. Baş verən prosesləri diqqətdə saxlayacayıq, araşdırmalarımız davam edəcək.

cumhuriyyet.az

12-02-2014 22:53 Baxılıb: 82980    
Şərh bildir