Azərbaycanın məhkəmə tarixində nadir hallarda rastlanan hadisə baş verib. Belə ki Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib. “Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı "Azem&Partners" hüquq şirkətinin direktoru Emil Qurbanov yayıb. O bildirib ki, təmsil etdiyi Ambiance.med MMC-dən Bakı Baş Gömrük İdarəsi ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi: “Sahibkar razılaşmadığı üçün malları nə anbara buraxmırdı, nə də rəsmiləşdirmirdi. Belə ki idxal edilən malların dəyəri 20 922 avro və ödənilməli rüsum 17 000 manat olsa da gömrük orqanı guya invoys azaldılıb iddiası ilə təqdim edilən malların alğı-satqı müqaviləsi və invoysu qəbul etmirdi. Hətta malların idxal edildiyi Avropa Birliyi üzvü ölkənin səfirliyi, gömrük orqanı və istehsalçı zavod rəsmi sənəd təqdim etmişdi.
Nazirlik: "Hər hansı xəstəliklər üzrə vahid təlimat sənədi yoxdur. Əks göstəriş sertifikatının hansısa xəstəliyə görə verilməsi üzrə həkim rəyi olmalıdır".
Koronavirus əleyhinə vaksinə görə əks göstəriş sertifikatının kimlərə veriləcəyi geniş müzakirə mövzusuna çevrilib. Sosial platformada bəzən koronavirusa əks göstərişi olanlara belə əks göstəriş sertifikatı verilmədiyi, onların vaksin olunduğu, bu səbəbdən də ölüm hallarının baş verdiyi narazılıqlara səbəb olub. Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Ədəbi-dram verilişləri" Baş redaksiyasının rejissoru Arzu Mövludun və onun həyat yoldaşının peyvənddən sonra vəfat etməsi isə peyvənd olunanların sağlamlıqları yoxlanıldıqdan sonra vaksin olunmaları problemini daha da aktuallaşdırıb. Arzu Mövludun bacısı Zümrüd Məmmədova Sputnik Azərbaycan-a açıqlama verib.
Putinə ən azı 3-4 klip çəkilməlidir
Dostluğumda Türkiyədə olan kimsə varmı? Varsa zəhmət olmasa yazsın görək İstanbulda, Ankarada, Antaliyada və s şəhərlərdə insanlar maşınlarına, darvazalarına, balkonlarına, binalarına, ofislərinə, "moykalarına", taxta sexlərinə, yanacaq doldurma məntəqələrinə, restoranlarına, dövlət idarələrinə Azərbaycan, Rusiya, İran, Ukrayna bayraqları vurmayıblar?! Bu ölkələr, əsasən də Rusiya təyyarələri olmasaydı Türkiyənin yarıdan çoxu yanıb kül olacaqdı axı, vurmasalar ayıb olar. Musiqi ilə maraqlananlardan da xahiş edirəm məlumat versinlər görək Putin üçün mahnı zad bəstələməyiblər? Məncə, ən azı Putin üçün 3-4 klip çəkilməlidir. Allah yanğından əziyyət çəkənlərə kömək olsun.
Türkiyə NATO ölkəsi olmaqla 90-cı illərin Çeçen müharibəsində Rusiyaya qarşı aparılan Çeçenstan şəbəkə müharibəsinin əsas oyunçularından biri olduğu üçün ABŞ çeçen separatçılarına Azərbaycandan kömək etmək işini Türkiyəyə tapşırmışdı. Rusiyanın başı isə öz daxili problemlərinə qarışmışdı. Ona görə də o illərdə Türkiyənin Azərbaycana “girişməsinə” mane olan amil olmadı. Beləliklə, Türkiyənin Azərbaycan üzərində xeyli təsir imkanlarına yarandı. Xüsusilə də media və təhsil sahəsində. Hal-azırda Azərbaycan Türkiyə üçün ucuz enerji mənbəyidir. Türkiyənin məqsədi Azərbaycanın resurslarından özünə sərfəli şərtlərlə istifadə edib Cənubi Qafqazda hərbi güc kimi peyda olmaq və möhkəmlənməkdir. *** Azərbaycan 1828-ci ildən Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin tərkibində olmuşdur. Eyni sistemin tərkibi olmuşuq.
Ölkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb. Əməliyyat tədbirləri göstərir ki, "patı"nın ölkəmizdə satışı geniş miqyas alıb və bu hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur. Hətta "patı"nın ölkəmizdə istehsal edildiyini söyləyənlər də var. Metbuat.azxəbər verir ki, Sputnik Azərbaycan "patı" adlandırılan narkotik vasitənin ölkəmizə necə gətirildiyi, digər narkotik vasitələrdən fərqi, fəsadları və sair məqamları araşdırıb.
Bu ilin ilk 3 ayında Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb. Ölkədən çıxarılan kapitalın artmasına iqtisadçı münasibət bildirib.
Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunub. Ötən ilin ilk rübündə Azərbaycandan 990 milyon dollar məbləğində kapital çıxarılıb. Nəticədə cari ilin ilk rübündə Azərbaycandan kapitalın çıxarılması 29,1% artıb. 2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% artaraq 4 milyard 472,2 milyon dollar təşkil edib. Ölkədən çıxarılan kapitalın daha çox Türkiyədə, Gürcüstanda daşınar və daşınmaz əmlaka, biznesə qoyulması son illərin trendinə çevrilib.
Çimərlik mövsümü açılar-açılmaz Bilgəh qəsəbəsi ilə Nardaran qəsəbəsinin arasında yerləşən, sahilboyu kilometrlərlə uzanan dəniz çimərliyi sadə vətəndaşların üzünə bağlanıb. Sabunçu rayon İcra Hakimiyyəti Bilgəh və Nardaran arasında olan “Bağçılar” çimərliyinin qapadılmasının səbəbi kimi ərazidəki antisanitariya ilə bağlı dözülməz vəziyyəti göstərib. “Bəzi vətəndaşlar bu çimərliyi intim görüşlər üçün məkana çevirmişdilər. Əyyaşlarla narkomanlar da oraya yığışırdılar. Onlar adətən axşam 20 radələrindən sonra həmin məkana yollanır, orada çadır qurur, çirkin işlərlə məşğul olurdular. Bundan başqa, ərazidə bir neçə zibil konteyneri qoyulsa da, vətəndaşlar onlardan istifadə etmir, zibilləri hara gəldi, atırdılar. Nəticədə ərazi az qala zibilxanaya çevrilmişdi. Sözügedən ərazidən çimərlik qismində istifadəni FHN də yasaqlayıb.
İran və Səudiyyə Ərəbistanının növbəti toqquşacağı region Bəhreyn ola bilər. Bu Səudiyyə Ərəbistanından sonra ikinci İsraili çox narahat edir! Çünki İran geopolitik cəhətdən həm İsraili, həm də Səudiyyə Ərəbistanını regionda sıxışdırmaq üzrədir. İranın son bir neçə ildə Yaxın Şərqdə nüfuzu sürətlə artmaqdadır və demək olar ki İsrailin sərhədlərinə tam yaxınlaşıb. Suriyada möhkəmlənməsi, Livanda güclənməsi, İraqda daha sürətlə nüfüzunun artması, Həmas vasitəsilə Fələstindəki təsiri İsraili həm geopolitik və geostratejik cəhətdən dəhşətli dərəcədə narahat edir. İranın Vyana danışıqlarındakı nüvə razılaşması və dünyanın supergücləri ilə (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya + Almaniya) bir masada oturması İsrailin demək olar ki yuxusunu ərşə çəkib.
Şəkildə: Xəlil bəy Menteşə (Osmanlının Ədliyyə Naziri, Batum müqaviləsi zamanı Osmanlının nümayəndə heyətinin rəhbəri)
Bu Azərbaycanda Hollandiya ya Belçikadakı kimi demokratiya qurmaq üçün səhərdən axşama beynimizi aparanlar başa düşmürlərmi ki, bizim regionda bu mümkün deyil? Bura keçmiş Sovet məkanı, Rusiya, bir tərəfi Türkiyə, o birisi İran. Coğrafi vəziyyət, obyektiv şərait və xalqın psixoloji durumu bunu imkansız edir. Bundan başqa Azərbaycan daim müharibədədir. Müharibə aparan ölkə üçün Avropa demokratiyası ölüm hökmü deməkdir. Bizim şəraitdə ölkəni ancaq möhkəm və iradəli hakimiyyət yönləndirə bilər. Odur, Gürcüstan ya Ermənistan demokratiya oyununun oynadılar - nə günə düşdülər? Ya da biz özümüz Elçibəy dövründə nə günlərə qaldıq? Bunu başa düşürlərsə, onda nə üçün demokratiya, Avropa standartları, insan hüquqları, liberallaşma və s. bu kimi anlayışlardan danışırlar? Halbuki bu onların beyinlərində olan fantaziyadan başqa bir şey deyil.
|