Bundan gündə ikisini yazaram!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -77
Davamı    
 

Görəsən o qızıl təbəqə hara yox oldu?!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -76

Müşfiq Heybətov: Qardaşların yadına gələr, səhv etmirəmsə Elçibəyin dövründə idi, istəyirdilər bizim dilin adını dəyişib Türk dili etsinlər. Hətta “Türk Dili” adlı dərslik kitabı da hazırlamışdılar. Xülasə, Bəxtiyar Vahabzadə iclasda deyir ki, X hərfinə ehtiyac yoxdu, əlifbadan çıxardaq, H bəsdi. Yazıçı Anar da cavabında demişdi ki, insan can verəndə xırıldayır, hırıldamır. X-nı çıxartsaq hırıldayacaq))) Ölkə olaraq ağır periodlardan keçmişik sən öl.
Zahid Bərdinski: Rusiyadan bizə çörək gəlir, Türkiyədən boş-boş vədlər.
Oktay Quliyev: Turizmdə çalışan bir şəxslə yol yoldaşı olmuşduq. Maraqlandım ki, ölkəyə gələn qonaqlar hansı bölgələrimizə səfər edirlər, hara maraqlıdı onlara. Deyir ki, ruslar daha çox Qobustana, qayalıqlara, Yanardağa səfər edir, tarixi abidələrlə maraqlanırlar.
Davamı    
 

Göydə günəşi dananlara nəsə izah etmək mənasızdır

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -75

Nəbi Mehtiyev: Bütün millətlərin içərisində faşisti var. Bir neçə nəfərə görə bütün milləti düşmən etmək olmaz. Millətçilikdənsə insanları iki qrupa bölmək lazımdır: yaxşı insanlar, pis insanlar.
Orxan Həbib: Dünya dövlətləri bəşəriyyəti xarabaya çevirən ABŞ-a qarşı nə vaxt birləşəcək?
Dadaş Dadaşov: Deyirəm bizdə nə qədər millətçi var, hamısını yığıb bir kolxoz düzəldəsən. Sədrlik üstündə bir-birini qırıb qurtaralar. Hamının da canı qurtara. Necə məsləhətdi?
Zahid Bərdinski: Sovet dövlətinin haqqını itirdik. İndi burnumuzdan gəlir.
Camal Həsənov: Bizi aldatdılar, SSRİ-dən ayrılın, müstəqil olun dedilər. Torpağınızın üstü 5 santimetr qızıl olacaq dedilər. İndi də İrandakı milləti aldadıb İranın təbii sərvətlərinə sahib olmaq istəyirlər.
Hüseynova Gülnarə: Talışlar aborigen millət olduğu üçün əsasən su olan və münbit torpaqlarda yaşamışlar. Anam rəhmətlik deyərdi ki Cəlilabad ərazisi boşluq olub su olmadığına görə.
Davamı    
 

Xalq çarəsizdir, bıçaq sümüyə dirənib!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -74
 
Rəfail Ağayev: Sovetdən sonrakı illərdə Azərbaycanda kasıblara məxsus bütün sanballı evlər Rusiyada qazanılan pullarla tikilib.
Ədalət Abdinov: Sosializm qadını ilahiləşdirir, göylərin ucalığına qaldırır, kapitalizm şəraiti isə onu göydən yerə salıb, yerdə tapdalayır!
Rahib Hətəmov: Nicat nə Türkdə, nə Qərbdə, nə də digərlərindədi. Nicat Şiəliyimizi qorumaq və Rusiya ilə ittifaqdadlr. Onda milli-mental dəyərlər qorunub saxlanar.
Nihad Seyidov: Yad dəyərlərə sahib olan ölkələrin Sovet İttifaqına üzv olması mümkünüz idi. Şovinizmi, faşizmi, kapitalist iqtisadi sistemini, Qərbin marionetkalığını özünə “yol” seçmiş ölkələr bu ittifaqa qoşula bilməzdi.
Davamı    
 

Yerli gürzə yad ərəbdən daha çox xeyir gətirirdi

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -73
 
Qəmlo Əsədullah: Müstəqillik belə olmur. Sovet vaxtı bütün layihələr yerli xalqa xidmət edirdi, baxmayaraq ki Azərbaycan müstəqil deyildi. Azərbaycan axırıncı 25 il qarətə məruz qalıb. amma iqtisadiyyatdan hırnan zırı qanmayanlar Sovet dövrünə istismar deyirlər. Yaxşı, bəs Azərbaycanın Sovet mərkəzindən aldığı milyardlarla dotasiyalar nə idi? Hansıdır istismar? Hansıdır qarət? Azərbaycandan axırıncı 25 il daşınan 100 milyard dollardan çox pullar, yoxsa Sovet vaxtı Azərbaycanın imkanları olmayanda ölkəyə mərkəzdən verilən milyardlarla dollar? Boş lozunqlarla xalqın qarnı dolmur. Reallıq budur. Statistikalar var. Rəqəmlər var, göstəricilər var.
Zaur Musayev: Bir taksi sürücüsü danışır ki, Həzrət Əlinin ə.s. şəhadət gunlərindən biri imiş.
Davamı    
 

Elçibəyin istədiyi quruluş bizi ibtidai icma quruluşuna qaytardı

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -72
 
Prosta Roma: Allah Avropa dəyərlərinə lənət etsin. Ölkədə geylər, lezbiyankalar, translar, biseksuallar kütləvi şəkildə vüsət alır.
Rauf Qubadov: Biri yazıb ki, bunlar nefti satır, amma Rusiyaya heç nə satılmır, neftin pulundan çox pul gəlir Rusiyadan. Gələn pul da xalqa çatır...
Fərhad Həsənzadə: Nəyimizə gərəkdir bu Qərb? İsrail hara, qardaşlıq hara? Nə vaxtdan belə yəhudilər müsəlmanlarla dost-qardaş olub?
Rəfail Ağayev: Sumqayıtın “Karvan” ticarət mərkəzində nəvələrimin hərəsinə bir cüt qızıl sırğa aldıq. Arxangelskdə hər ikisini iki yerdə yoxlatdırmışıq. Hər iki yerdə də: “Eto ne zoloto” - “Bu qızıl deyil” deyiblər.
Davamı    
 

Gic gülmək tutmasın adamı, bəs neynəsin?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -71
 
Yaşar Şahbazov: Müstəqillikdən, vətənpərvərlikdən dəm vuranların çoxu bankların qarşısında boynunu büküb pul dilənir. Milli qürurdan dəm vuranlar da var ki, qohum əqrəbəsi evlilik proqramlarında ər axtarır. Adama deyərlər rus düşməndirsə, niyə uşaqlarınızın çoxu rus sektorunda oxuyur? Qohumlarınız Rusiyada çalışır.
Vüsalə Məmmədova: Sözün düzü mən illərdi şəhərə gəzintiyə çıxmıram, çünki artıq o intellligent insanlar gözə dəymir. 1970-80-ci illər arası Torqovı adlanan (bizlər belə öyrəşmişik deməyə) şəhərin mərkəzində ən mədəni insanlar, istər yaşlı, istərsə də cavanlar gəzintiyə çıxırdılar. İndi isə..?
Davamı    
 

Ay dəli, bambılı, bədbəxt!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -70
 
Mahmud Babayev: Mənə elə gəlir ki, uzaq qohumdan yaxın qonşu dəfələrlə yaxşıdır. Azərbaycana nə Türkiyə, nə də Avropa lazımdır. Yaxın qonşularımızla qonşuluq əlaqələrimizi qarşılıqlı münasibətdə qursaq, güzəranımız çox gözəl və firavan olar. Sadəcə bir az siyasətdə ağıllı hərəkət etmək lazımdır.
Rahib Hətəmov: Bayaq göldəydim, Bakının təbii landşaftı məhv edilir, Qanlı göl tam qurudulur, ordakı balıqlar və qaz, ördək, qaşqaldaq kimi quşlar məhv olur. Bakıda göl qalmayıb hamısını qurudub göydələn tikirlər.
Rüstəm Hüseynov: Sovet İttifaqının dağılmasının başlıca səbəbi onun həddindən artıq humanizmi idi. Əgər Sovet hökuməti xalqla indiki milli hakimiyyətlər kimi rəftar etsəydi heç bir zaman dağılmazdı.
Davamı    
 

Afrikadan oyunçu almışıq, sağ ayağı işləmir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -69
 
Həmid Herisçi: Azərbaycan teleefiri, mətbuatı, ədəbiyyatı, musiqisi istedadsız, səviyyəsiz adamların inhisarındadır. Həvəskərkar bu sahələri tam qəsb edib peşəkarları burdan qovublar. Azərbaycan teleefirindən, ədəbiyyatından, mətbuatından ciddi heç nə gözləmirəm. Teleaparıcılarınızın hamısı ucdantutma zaydır. Yazıçılarınız maraqsızdırlar. Jurnalistləriniz -kiçik istisnalarla- heç cümlə qura bilmirlər. Gözünüzü açın. Reallıq sizin əleyhinizədir.
Rauf Qubadov: Azərbaycanda o adam rahat yaşayar, o Azərbaycandan başqa olkədə yaşayışın necə olduğunu görməyib.
Elçin Bayramlı: Şimali Koreya haqda mediada yayılanların azı 99 faizi yalandır, hər xəbərdən bir az sonra yalan olduğu ortaya çıxır.
Davamı    
 

Rus olmasaydı indi Yupiterə uçardıq!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -68
Davamı    
 

Amerika yolda itən 36 raketini axtarır

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -67
Davamı    
 

Rusiya dağılajax deyənlərin qulaqlarına pıçıldayıram

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -66
Davamı    
 

Bədbəxt tayfa necə olur bəs?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -65
Davamı    
 

Sonra deyirlər Ruslar pisdi

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -64
 
Elçin Məmmədov: Koreyalılların yaşayışı sosial durumdan tutmuş ta qanunlarına kimi, bəlkə də analoqu yoxdu həyatda. Çox fərq edir, onların yaşayışı nəinki SNQ, hətta Avropa ölkələrindən deyərdim ki yüksəkdi. Nəyi yoxdu? İnterneti? Hə, nəyinə lazımdı ki? Camaatın başı işə-gücə, istirahətə qarışır. Hər şeyi də realdı. Bəli, tam olaraq demək olmaz ki super dövlətdi, amma məsələn, bizim gözəl və dəqiq olan hökumətlə, həyat səviyyəsilə müqayisədə biz mantiyada yaşayırıq, onlar Everestdə. Məmnuniyyətlə o ölkənin vətəndaşı olardım. Ev havayı, iş doludu, rüşvət yoxdu! Başa düşmədim mənə daha nə lazımdı? Bəlkə kiməsə daha nəsə lazimdı? Bir çeçələ barmağını qatlasın görək.
Davamı    
 

Gəzən məzənnə

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -63
 
Elxan Zaman: İndiyə qədər İran bircə dəfə də olsun deməyib ki, Azərbaycan İrana birləşməlidir.
Davamı    
 

Sovet vaxtı indikindən milyon dəfə müstəqil idik

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -62
 
Həmid Herisçi: Hər bir gürcü, ən ucqar kəndən olanı belə öz paytaxtını- Tiflisi sevir. Ən ucqardan gəlmə erməni öz Yerevanını sevir. Tək bizdən başqa. Bizdə kənd yazarlarının hamısı öz kəndini sevir, öz kəndlərini ölkənin paytaxtı görmək istəyirlər. Bakıya nifrətlərini gizlətmirlər. Niyə sevmirlər onlar Bakını? Niyə? Niyə Bakıya öz kəndlərini qısqanırlar? Niyə bakılı ola bilmirlər? Niyə öz kəndlərindəki axmaq çobanı dünyanın ən ağıllı adamı hesab edirlər? Kənd yazarları artıq bizi bezdirdi lap... Dəyişin. Şəhərli olun. İlk növbədə bədii mətndə.
Qızıbaşlar Fədai: Bizim ən yaxın dostumuz Rusiyadır ki, əhalinin 45%-i ordan qazanır və ailələrini dolandırır.
Elxan Xəlilov: Jirinovski deyir ki, 1988-89-cu illərdə ölkəyə soxulmuş “demokratların” 50%-i İsrail və ya Amerika kəşfiyyatının cəlb etdikləri agentlər idi. Müstəqillik və demokratiya adı altında SSRİ-ni dağıtdılar.
Davamı    
 

JEK-dən arayış ala bilmir, deyir Turan qurajam!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -61

Günel Məmmədova: Mən cəmi 10 il yaşadım SSRİ-də, amma çox gözəl tanıdım. Atam adi konstruktor idi. Heç 150 manat maaş almırdı. Ama o maaşla ailəsini dolandırırdı, həm də hər yay Kislovodskiyə, Qaqraya, Yaltaya, Yevpatoriyaya gəzməyə gedirdik. Babam tək pensiyasıyla Pribaltikada, Sxaltubada, Yesentukidə sanatoriyada dincəlirdi. Məktəb şagirdləri pioner düşərgələrinə göndərilirdi. O vaxt fəhlə bir dəfə desəydi ki, Moskvaya yazacam, direktorun qanı batırdı. Fəhləyə, kəndliyə nəsə deyib incitmək olardı?
Kamran Məmmədov: Əslində İran əhalisinin səksən, doxsan faizinin məqsədləri var-dövlət yığmaq deyil. Onlar bir-birlərinə pula görə yox, sadəcə insani münasibətlər saxlayırlar.

Davamı    
 

Sizə qızıl asfalt lazım idi?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -60
 
İlham Əlisoy: Əgər bir liberal azərbaycanlı “Qərb mətbuatı yazır ki” ifadəsi ilə cümləsinə başladısa, çox da şey eləməyin. Məsələ bitmişdir.
Zahid Mikayilov: Çörək tapa bilməyəndə Rusiyaya qaçırıq, sevgimizi də Amerikaya bildiririk.
Akif Məmmədov: İranda olarkən onlardan soruşdum, dedi heç bilmirəm qaz bizdə neçəyədir. Qaz pulu yığanlar evə gələndə xanımlar cibindəki quruşla onları yola salırlar gedir.
Elxan Xəlilov: Rəsulzadəni Stalin aparıb Moskvanın mərkəzində ev verib. Millətlər Komissarlığında iş verib. Hər cür şərait yaradıb. Amma nədənsə arvad-uşağını aparmayıb. Niyə? 2-3 ildən sonra Rəsulzadə Stalinə deyib ki, mən xaricə getmək istəyirəm. Stalin ona şərait yaradıb.
Davamı    
 

Həzin melodiyalı dramatik hekayələr

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -59
 
Arzu Abdulla: İŞİD terror təşkilatı Türkiyə ilə İsraili birləşdirən ortaq dəyərdir. İŞİD terrorçularının hazırda NATO-nun nəzarətində olan Türkiyənin İncirlik hərbi hava bazasında ABŞ-İsrail ordusu tərəfindən təlim keçdiyi də dəfələrlə dünya mediasında yazılıb və dərin müzakirələrə səbəb olub. Eyni zamanda Suriyada, İraqda yaralanan İŞİD terrorçuları İsrail və Türkiyədə müalicə olunaraq, yenidən terror əməliyyatlarında iştirak edirlər.
Ramin Qardaşxanov: Yaşadığım evi atama HÖKUMƏT verib. 5 otaqlıdır. Açarı verəndə 25 manat şirinlik vermişik, vəssalam. Verməsək də olardı. Təkcə bizim kimi Azərbaycanda millyonlarla insanlar havayı ev yiyəsi olublar, sənət sahibi olublar.
Davamı    
 

Müstəqillik və azadlığımızdan qazancımız bu olmalıydımı?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -58
 
Həmid Herisçi: Bir İran solçusu kimi son 40 ilin təcrübəsi yaddaşıma yaxşı hopub. Biz solçuların Axilles dabanı din məsələsi oldu. Marksizmin, leninizmin məhz ateizm doqması İranda özünü doğrultmadı. Bu, məhz İran inqilabı zamanı özünü sübut etdi. Bu səbəbdən biz- indiki İran solçuları, solaxayları artıq ateizmdən canımızı qurtarmalıyıq. İslamın sosial dəyərləri bu gün bizə daha yaxındır, nəinki demokratların ateizmi.
Dadaş Vəliyev: Krımın ilhaqı deyilən şey baş verəndə, günorta xəbərlərində ATV xəbər verdi ki, Rusiya Krımı işğal etmək üçün Ukraynaya qoşun yeridib. Çoxlu da adam öldürüb. Hamı Rusiyanı söydü, mən isə dedim, ola bilməz.
Davamı    
 

Söyün rusları nəyi var!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -57
 
Zeynəb Cəfərli: İndi bəzilərinin yekə-yekə danışmağı məni əsəbiləşdirir. Sovet dövründə uşaq doğulandan dövlətin himayəsindəydi. Böyütmək, analıq haqqını ödəyirdi. Orta məktəb məcburi və pulsuz idi. Ali məktəbdə də hər kəs qabiliyyəti və seçimi üzrə oxudurdu (bəzi hallar istisna olmaqla). Heç təhsili başa vurmamış iş yeri, təyinat hazırlanırdı. İki il işlədikdən sonra gənc kadr kimi ev növbəsinə alırdılar. Əgər imkanı az olurdusa, toyunu edirdilər. Növbəsi çatanda evini verirdilər. Əgər qabiliyyəti çatırdısa, daha yüksək pillələrə çatırdı. Bir sözlə, dövlət vətəndaşının başına pərvanə kimi dolanırdı. Belə bir quruluşu, hakimiyyəti niyə bəyənmədik, bilmirəm! Sosial şəbəkələrdə bəziləri “öz dərin zəkaları” ilə qabiliyyəti nəyə çatır, onu yazır. Axı Sovet hakimiyyətinin nəyi pis idi ki?
Davamı    
 

Ayı yoldadır

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -56
 
Mir Möhsün: Türkiyə deyəndə “Nurçu” fitnəsi ilə nazirlərimizi şantaj edib, neft fondumuzdakı pullarımızı Türkiyəyə daşımayanadək əl çəkməyən (20 milyard) Ərdoqan yadıma düşür. Bir də Təbrizdə 40 yox, 40 000 şiəni qətl edən şərəfsiz Səlimlər...
Rauf Qubadov: Azərbaycandakı qanunlar vətəndaşı, iş adamlarını və digərlərini istədikləri vaxt əzməyə imkan verir. Məsələn, nəinki Rusiyada, dünyanın heç yerinde belə vergi qanunu yoxdu.
Həsən Həsənzadə: Deyirlər millətçidir, hörmət elə...
Davamı    
 

Türkiyə çoxdan türklər tərəfindən idarə olunmur

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -55
 
Elxan Zaman: Nə qədər axmaq olmaq lazımdır ki, qonşu iki Rusiya və İran dövlətinə qarşı kin təbliğ edib bu ölkədə siyasətlə məşğul olduğunu və hakimiyyətə gəlmək arzusunu bildirmək iddiasında olasan! Nə qədər gönü qalın olmalısan ki, Elçibəyin 23 il bundan qabaq etdiyi səhvi bu gün bu informasiya savaşı, bu geopolitik maraqların toqquşduğu zaman və məkanda təkrar edəsən. Və bir də utanmadan ölkənin taleyinin həll olunmasına iddialı olasan! Bütün bunlarla da yanaşı hələ bir özünü ağıllı da hesab edəsən.
Müttəqi Bərməki: İranda millətçiliyi ziyalı, bilikli, savadlı insanlar sevməz.
Davamı    
 

Bu da qapazaltı müstəqilliyin formulu!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -54
 
Fərhad Həsənzadə: Hərdən bəzi ağzı göyçəklər Rusları Qarabağ münaqişəsində günahkar görəndə adamın həmin insanlara tüpürməyi gəlir. Deyən lazımdır ki, ay gədələr, birincisi Qarabağı elə bəzi anası, arvadı ermənilərin satqınlığı nəticəsində, ikincisi isə öz aralarındakı pul-vəzifə bölgüsü nəticəsində erməni daşnaklarına təhvil verdiniz. O ki qaldı Rusiya kimi böyük dövlətə, əgər o Qarabağı Abxaziya kimi tanısa, guya kimin... çatıb Rusiyaya nə deyəcək ki?
Arzu Abdulla: Bu gün Fətullahı puluna görə sevirlər. Çünki vaxtı ilə Səid Nursi Kürdi pul verənlərin diqtəsi ilə Türkiyəni uçuruma aparan ideologiyanı ortaya atmışdı. Fətullahın bu gün başında dayandığı nurçuluq ideyasını.
Davamı    
 

Geyləşdirmə siyasətinin tərəfdarları Rusiyanı sevməzlər

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -53
 
Nizami Məmmədov: İosif Vissarionoviç Sralin elə bir böyük potensial qoyub getmişdi ki, onun bəhrələrindən hələ də istifadə edilməkdədir.
Səxavət Əliyev: Mən SSRİ-də cəmi 9 il yaşadım. Sovet dağılana qədər atam hər il bizi ailəvi sanatoriyalara aparırdı. Müstəqil olandan sonra atamın üzünü ildə bir, ya iki dəfə görürdük. Yazıq kişi ailəsini dolandırmaq üçün düşdü çöllərə...
Kərbəlayi Tofik Səfərzadə: Şəxsən mənim üçün şərabxor əyyaş daha çox ləyaqətlidir, vahhabilərlə müqayisədə. Səbəb: güman var ki əyyaş nə vaxtsa tövbə edib Allahın haqq yoluna dönsün, amma vahhabilərin Allahın haqq yoluna dönməsi qeyri-mümkündü. Uzunqulaqdan nə vaxt adam olarsa, vahhabidən də o zaman adam olar.
Davamı    
 

Çeçendən canını, Azəridən malını, Türkdən karını qoru

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -52
 
Rüstəm Hüseynov: Sabahın xeyir, ölkə! Zimbabvedən nə xəbər? Bakıda adına otel tikilmiş Kempinski Bzejinskinin qohumu deyil ki?
Təhmasib İsayev: Məlumatsız insanların hissləri ilə oynayıb onları aldatmaq üçün yalandan video və şəkillər paylaşıb, qətliam var adı ilə nifrət aşılamaqla məşğul olurlar. Buna dəstək kimi BBC, CNN kimi tv-lər, tvitter və fb üzərindən saxta propaqanda yayırlar. Baxırsan sübut kimi paylaşımlarına, klipdən görüntü çəkib, Pakistanın köhnə baş naziri Benazir Bhuttoya olunan terrordan, İŞİD-in etdiyi qətliamlardan, Ərəbistan təyyarələrinin Yəməndəki bombardmanda öldürdüyü uşaqların şəkillərini qoyub, bunların Hələbdə olduğunu deyirlər.
Davamı    
 

Qoyun otaranların əlində qalmışıq

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -51
 
Arzu Abdulla: Əslində bu təriqətin bünövrəsi əyri qazılmışdı. Nurçuluq ideyasını ortaya atan kürd millətçisi Nursi Səid Kürdinin məqsədi nur paylamaq deyildi, ara qarışdırmaq, parçalamaq, dağıtmaq idi. Eyni zamanda özünü peyğəmbər kimi sırımağa çalışan bu savadsızın ortaya qoyduğu kitablar da onun bəlli xarici kəşviyyata yalmandığından xəbər verirdi.
Elxan Xəlilov: Sovet dövləti vətəndaşını maarifləndirdi, ağ günə çıxartdı. Kişlaklardan, aullardan xalqı işıqlı mənzillərə köçürtdü. Eşşəklərdən düşürtdü, Jiqulilərə, Moskviçlərə, Volqalara mindirdi, hansı ki indi də hələ kasib xalq sürür.
Davamı    
 

Şikayət olunan da yeraz, şikayətə baxan da yeraz!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -50
 
Tərana Əliyeva: Nədən Rusiyanın pulu ilə evlər tikən, toylar edən maşınlar alan bir məmləkətin insanları nankordurlar, xəbislikdən yaxşını da görmək istəmirlər?.. Rusiya və İran olmasa, bizi burda o eybəcərlər nə günə qoyarlar! Sadəcə bəxtimiz gətirib ki sərhədlərimiz güclü və terrora qarşı olan dövlətlərlədir.
İlyas Qiyas oğlu: Naxçıvanlılar birbaşa məsuliyyət daşıyırlar bu 26 illik Azərbaycanın bu günə qalmasına.
Zamiq Hüseyn: Elçibəyin yersiz düşüncəsi milləti gözdən saldı. Necə yəni bizə nə olursa olsun, Türkiyəyə heç nə olmasın? Türkiyədə yaşayanlar bəyəm antikvardı, biz kələm kötüyüyük?
Davamı    
 

Nə mutlu türküm deyib, kürd çıxanlara!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -49
 
Smerş: Kapitalizm ancaq güzəştlərmizi, sosial hüquqlarmızı əlimizdən almadı, 70 ildə yaradılan sənaye müəssələrinin 80%-i Azərbaycanın iqtisadi-coğrafi xəritəsindən silindi.
Davamı    
 

Ölkədə nə kasıblığı olsa da, dezinformasiya bolluğu var

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -48
 
Elxan Zaman: Bəzi bədbəxtlər elə hesab edirlər ki, Rusiya və İran öz dövlət və milli mənafelərini bu boşboğazların təkid və tələbi ilə bunlara qurban verməlidir. Sən gedib İran ərazisinə iddia edəndə, Rusiyaya qarşı qara piarda iştirak edəndə onlar nə etməlidirlər? Sənə xoş gəlsin deyə Ermənistanı xəritədən silməlidirlər ki?
Rafiq Eyyubov: Sovet hökuməti insanlara insanlıq, düzlük, dürüstlük öyrədib.
Mahir Əliyev: Bizim bəxtimiz onda gətirib ki, dar günümüzdə xəbərimiz belə olmadan təəssübümüzü çəkən bir dostumuz var!
Davamı    
 

Gərək elə Putin Xəzərdən raket atsın ki, gözünüz açılsın?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -47
 
Aftandil Babayev: Təsəvvur edin bir amerikalı deyir ki, “mənə amerikalı deməyin, mənim dədə-babalarım ingilis olub”. Ya da desin ki, “ABŞ-a nə olur olsun, təki İngiltərəyə bir şey olmasın''. Deməz də, bu köpəyin oğlu deməz! Ona görə də elə amerikalıdı, Amerika bu qədər güclüdü. Bizdə isə hələ də “bizə azəbaycanlı demööön, biz azərbaycanlı dəyilik, Stalin admızı dəyişif” və s. kimi əcayib, iyrənc fikirlər səsləndirirlər. 
İndi gəl bu bədbəxtlərə başa sal ki sən bir vətəndaş kimi azərbaycanlısan, milliyyətin turkdu, talışdı nədi, fərqi yoxdu.
Davamı    
 

Çaldıran davam edir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -46
 
Rasim Hüseynov: Mən çox xoşbəxt insanam ki, sovet dönəmində yaşadım. Vicdanın, bacarığa görə verilən dəyərin dadını gördüm. Vay indikilərin halına. İnanın, uşaqlara yazığım gəlir.
Davamı    
 

ABŞ olmasa pullularımız, Rusiya olmasa kasıblarımız qırılar

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -45
 
Oktay Quliyev: Ərdoğandan, Səud kralından və ərəb satqın başçılarındansa Putin çox kişi adamdı, vahhabi və İŞİD qaniçənlərini qətlə yetirdiyinə görə qəhrəman sayılır, bu hətta öz mənafelərinə görə olsa da, İŞİD-ə qarşı olduğu üçün bu işi təqdirə layiqdir.
Kamal Babayev: Ey “qardaş millət” deyənlər, sizə bir sual verim. Hanı Türkiyə ərazisində yasayan etnik azərilər? Niyə onlar İranda vardırlar, hətta dünənədək Ermənistanda da olublar, amma “qardaş” dediyimiz Türkiyədə yoxdurlar?! Heç Suriyada və İraqda yaşayan “türkoman” adlı millətlə ünsiyyətiniz olubmu? Mənim olub. Eynilə bizim kimi.
Davamı    
 

Sovet dönəmində şah kimi yaşamışıq

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -44
 
Martin Lüter: 94 təvəllüd ağzından su axan yeniyetmə iddia edir ki, Rusiya bizə mane olur, bizim yolumuz Qərbədir, bizə azadlıq, demokratiya lazımdır. Bu gənc tarixi bilsəydi (oxumaq yox, məhz bilmək!), başa düşərdi ki, eyni söhbət 1988-ci ildən bəri gündəmdədir.
Bərməki Müttəqi: Onlar gözəl bilirlər ki, türk dili (tati-türk koynesi) onlar üçün sonradan gələn bir dildi. Odur ki, bir düstur kimi ifadə deyərlər- “biz iraniyığ, vəli türki danışarıx”. Bunu onların təfəkküründən qəti çıxarmaq olmur. Buna görə neçə-neçə AR-in cəsusları orda dərhal yaxalanıb getdilər gedər-gəlməzə.
Davamı    
 

Qarabağlıları öz torpaqlarına hansı diviziya döndərəcək?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -43
 
Elçin Ağazadə: Aranızda körpəsi olanlara, yaxud azyaşlı bacı-qardaşı olanlara səslənirəm. O günahsızlara yazığınız gəlsin, izləməsinlər türk kanallarını. Gic-gicə dublyajlı cizgi filimlərdən, türk seriallardan uzaqlaşdırın. Uşaqlarınızın zövqünü kor eləməyin. yoxsa sonra gec olacaq. Yazıqdılar.
Fiko Messenger: ANS kanalı Suriya ordusuna Əsəd qüvvələri deyir. “Nusra Cəbhəsi” terrorçularına da üsyançı. Biri bunlara çatdırsın ki, adı çəkilən terror təşkilatı BMT-nin terrorçu təşkilatlar siyahısındadır. Suriyanın yeganə legetim prezideti isə Bəşər Əsəddir.
Davamı    
 

Mənə belə müstəqillik lazım deyil

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -42
 
Ağalar Qut: Şah İsmayıl Xətainin ölkəsinə soxulub, Ona, yəni bir Şaha, “Ay qorxaq, niyə qabağıma çıxıb mənnən vuruşmursan?! Get başına ləçək bağla!” məzmunlu təhqiramiz məktublar göndərib, Onu inadla döyüşə çağıran və məktublarında Ona heç vaxt “şah” deyə müraciət etməyən (ancaq Çaldıranda qələbədən dərhal sonra dünyanın dörd bir yanına Şaha qalib gəldiyini fəxrlə xəbər verən) bu Sultan Səlim, Çaldıranda vuruşma vaxtı bilirsinizmi harada idi? Öz çadırında gizlənmişdi! Çadırın deşiyindən cəng meydanına tamaşa edir, Şahın topla vurulmasını əmr edirdi.
Davamı    
 

Qayıtdıq quldarlığa

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -41
 
Ağalar Qut: Maraqlıdır ki, osmanilər Əmir Teymura basılıblar, Şah İsmayılı isə udublar, ancaq buna baxmayaraq, Teymura yox, İsmayıla nifrət edirlər, özü də 500 il keçməsinə baxmayaraq hələ də. Görəsən, nə üçün?
Etibar Qaramanoğlu: Kim deyir ki biz Sovet vaxtı müstəqil deyildik? Biz Sovet vaxtı müstəqil olmuşuq. Bayrağımız, sərhədimiz, himnimiz və birlikdə güclü pulumuz, birlikdə güclü ordumuz var idi. ABŞ yəhudiləri burunlarını bizim işimizə soxa bilmirdilər. Onlar ki donuz burunlarını bizim işimizə soxdular, biz də bu hala düşdük.
Davamı    
 

Yaponu belə loxlayıblarsa...

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -40

Kənan Hacı: Azərbaycanlı yazarların ən böyük problemi imitasiyadır. Ona görə də üslubu olan yazıçı çox azdır. Əlbəttə, dünyada üslubçu və üslubu olmayan yazıçılar var. Hansısa yazıçıdan təsirlənmə də normal bir haldır. Təsirlənmə başqa bir şeydir, imitasiya başqadır. Təsirlənmə ədəbiyyatı qidalandırır, amma tam doyurmur. Təfəkkür tərzi özünəməxsus olmalıdır, yazıçı yeni söz deməyi bacarmalıdır. İkinci Kafkaya, ikinci Markesə ehtiyac yoxdur.
Hüseyn Zadə: Elçibəyin qulağına səslər gəlirmiş: Ey Manaqua, mən dəniz qurduyum! Bunu Elçibəy özü müsahibəsində deyir. Elçibəyin problemi cəsarət və mərdlik problemi deyildi. Onun problemi tibbi problem idi.

Davamı    
 

Əsl düşmənimiz Türkiyədir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -39
 
Nadir Qocabəyli: Sovet İttifaqı dağıldıqdan sonra qaldıq öz universitet və institutlarımızın ümidinə. Bizim ali məktəblərin filologiya fakültələrində isə nəinki çağdaş, heç antik, klassik dünya ədəbiyyatını öyrədən doğru-dürüst proqram, dərs vəsaiti və kitab, müəllim və mütəxəssis yoxdur. Ona görə də bizim filologiya fakültələrinin tələbələri oxuduqları müddət ərzində daha çox folklor, türkçülük və millətçilik öyrənir, dünyadakı ədəbi proseslərdən xəbərsiz qalırlar.
Tosif Həsənli: Vaxtilə Xaqani Hass Azərbaycanın siyasi düşərgəsini iki cəbhəyə bölmüşdü: qrantyeyənlər və xalqyeyənlər.
Davamı    
 

Ay şərəfsiz, hara qaçırsan?!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -38

Ekonomist Politikan: Ləzgilərin və Şimal bölgəsinin adı çıxıb, amma heç kəs bu faktı demək istəmir ki, Azərbaycandakı vahhabilərin çoxu yerazlar və qarabağlılardır. Xüsusən Suriyaya gedənlərin çoxu yeraz və Qarabağ əsilli məcburi köçkünlərdir.
Oktay Quliyev: Bəzi şüvənlər Qarabağ məsələsində Putini günahkar bilir, onu tərifləyənləri vətən xaini hesab edirlər. Elə bil ki Qarabağı Putin satıb ermənilərə, yaxud da Qarabağı atıb döyüşdən qaçan Putin idi. Deyəsən Çingiz Mustafayev rəhmətlik o vaxt Putinə deyirdi ki, ay şərəfsiz, hara qaçırsan?!

Davamı    
 

Nə mutlu türküm deyib, kürd çıxanlara!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -37
 
Buta Compüter: Düşməni dəqiq tanımaq lazımdır. Türk-Rus probleminin kökündə türklərin qatı düşməni ingilislərin Osmanlını dağıdıb onun torpaqlarına sahib olduqdan sonra hakimiyyətə gətirdiyi geydirmə hökümət vasitəsilə Türkiyəni şeytani NATO üzvü etməsi durur.
Davamı    
 

Postmodern çevriliş


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -36

İntiqam Əhmədli: Həqiqətən də şiələrin birliyi və mübarizə əzminin yüksəkliyi Britaniyalı millətpərəstləri çoxdan narahat etməyə başlayıb. Britaniyanın sadiq agenti olan Səudiyyə Ərəbistanının Şeyxi Suriyaya tez-tez silahlı terroristlər göndərir oradakı şiələri məhv etmək üçün. Göndərilənlərin hamısının vahhabi olduğu dəfələrlə sübut olunub.

Davamı    
 

Gözünüz götürmür uğurlarımızı!


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -35

Elçin Bayramlı: Kim özünün və ailəsinin əxlaqını qorumaq istəyirsə, Azərbaycan və türk kanallarından imtina edib rus kanallarına baxmalıdır.
Fariz Babayev: Özünü müxalifət adlandıran qurumun qrexi çoxdur, ponyatkası zəifdir. İqtidar isə bezpredeldir!

Davamı    
 

Qiblələri Pentaqondur

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -34
 
Elçin Bayramlı: Amerikan tulaları əl-ayağa düşüblər. Adama deyərlər, ay oğraş, hər il 100 milyard dollarlıq sərvətini talayan Qərb, sənə demokratiya əvəzinə GMO və əxlaqsızlıq təbliğ edən vasitələr göndərən ABŞ ola-ola Rusiyanı niyə söyürsən? 3 milyon azərbaycanlı ABŞ-damı çörək qazanır, Rusiyadamı?
Davamı    
 

Koperfild Bakıdadır


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -33

Elçin Bayramlı: Hər bir insanın ana dilindən sonra yaxşı öyrənməli olduğu dil rus dilidir.
İbrahim İmanlı: AtamIn bir sözü vardı, deyirdi, a kişi, ayıbdı, bunlar kimə gəldi xaricdə ağlaşma qururlarki 1 milyon qaçqınımız var, nə bilim, Xocalıda bizi belə elədilər, orda elə. Adama deməzlər ki, bəs siz nə kişisiz onda? Nə cür millətsiz ki, sizi belə ediblər? Adam utanır vallah. Ən çox da bu hal Cənubi azərbaycanlıları dəhşətə gətirir. Onlar o qədər qoçaq millətdilər ki, Qarabağı bir həmləyə alarlar.

Davamı    
 

Bezdik ateist əlindən!


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -32

Lalə Mehralı: Bəs Suriyada nədir Obamanı narahat edən? Bəlkə Əsədin 12 illik hakimiyyəti dövründə ölkədə inşa etdirdiyi 8 min məktəb, 2 min institut, 40 universitet açılması “Ağ Ev”i narahat edib. Suriyada adam başına düşən milli gəlirin 300 % artması da ABŞ-ı narahat edə bilərdi. Son 12 ildə bu ölkədə tikilən 11 600 min yaşayış massivi, 6 min xəstəxana, poliklinika da, yeni qurulan 5 iri sənaye şəhəri, 600 % artan əkinçilik və sənaye istehsalı, canlanan turizm sektoru da qlobal quldur dəstəsini qıcıqlandıra bilərdi.

Davamı    
 

“Özlərinə yer axtarsınlar, o ölkə bizim!”


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -31

Chivas Regal: Siz qərbin gicdırnaq mətbuatında gedən xəbərlərə önəm verməyin. Qərb mətbuatı elə bir güzgüdür ki, çox düzü əyri, çox əyrini düz göstərir.
Fariz Babayev: Türkiyə tək masonların yox, görünməyən, bilinməyən sektaların, etniklərin əlindədir. Üzdə olan siyasi partiyalar, teleyayım, xəbər manşetləri, mətbuat ancaq şablondur, heç bir təsir mexanizminə malik də deyil.

Davamı    
 

Ətsiz dolma yemisinizmi?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -30

Elxan Zaman: Allah şahiddir ki, “şiəlik” damarımın tutması mənə ləzzət eləmir, çünki burda Azərbaycanda sünnü qardaşlarımız içində çox dəyərli, çox gözəl insanlarımız, dostlarımız, qardaşlarımız var. Fikirləşəndə ki, hansısa sözüm onların da damarlarına toxuna bilər, həqiqətən də çox üzülürəm... ancaq bizi də anlayın... Türkiyə boyda bir dövlətin, hansını ki özümüz, canımız bilirik, başçısından tutmuş tanınmış din xadimlərinə qədər, ictimai və siyasi fəallarına qədər böyük əksəriyyəti şiəyə qarşı olsun deyə, canımızı, qanımızı, namusumuzu halal bilən vahhabiyə və vahhabizmə dəstək verirlər və bizdə də belə bir damarın, belə bir reaksiyanın yaranmasına səbəb olurlar. Bizdə yaranan damar isə sizdə damar yaradır, yəni qohum və qardaş olduğumuz adamlarda. Bunun isə nə bizə xeyri var, nə də ki sizə...

Davamı    
 

Monqolla birləşsəm nə olacaq ki?


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -29

Şıxızadə Rizvan: Bu gün dünyada gedən mübarizə nə pula görədi, nə sərvətə görədi. Rus mətbuatı yazır amerikalılar İraqı işğal edəndə bunkerlərdə olan milyard dollarları götürüb aparmadılar, o qədər pulu yandırdılar (Çünki o dollarları ABŞ özü kağız kimi istehsal edir, heç bir dəyərə söykənməyən o dollar kağızlarını bütün dünyaya müəyyən faizlərlə borc verir). Sionistlərin bircə məqsədi var: 1 milyard əhalidən ibarət yeni qlobal dünya yaratmaq!

Davamı    
 

Belə müstəqillik bizə lazım deyil

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -28
 
Şeyx Nəbil Naim: Mən Suriyada döyüşənlərin niyyətinə şübhə etmirəm. Sadəcə siz ABŞ tərəfindən idarə edilərək onun bölgə hədəflərini həyata keçirən vasitəsiniz. Sizlərdən bəzisi ABŞ demokratiyasından danışır. Siz İraqda demokratiya gördünüzmü? Siz elə bir döyüşçüsünüz ki, müharibə bitən kimi ABŞ-ın İstanbul və London otellərində hazırladığı hökumətlər Bəşər Əsədi əvəz edəcək.
Davamı