QIZILBAŞ – ARİYA-SLAVYAN ORDASI

 Səfəvi və Tatarıstan əlaqələrinə tarixdə çox az diqqət yetirilib. Həmin epoxada şimalda və cənubda hərəkətverici qüvvəsinin türklər olduğu iki dövlət formalaşmışdı: biri Rusiyadakı Qızıl Orda, digəri İrandakı Qızılbaş. Hər iki dövlətin adında eyni “Qızıl” sözünün olması bizi düşündürməlidir. Bu elə eyni coğrafiyanı əhatə edən eyni subkultural ariya-slavyan imperiyası demək idi. Sadəcə hərəkətverici qüvvə türklər idi. Bura mancurların (əsl adları moğol) Çində qurduqları möhtəşəm Tsin (Çin dilində Qızıl) İmperiyasını da əlavə edək. Mənbələrdə qeyd olunur ki, mancurlar öz keçmiş dövlətlərinin xatirəsinə uyğun olaraq Çində yeni qurduqları dövlətə Qızıl adı vermişdilər. Bundan başqa bir sıra yerli hakimlərin qurduqları sultanlıq-zolotanlıqları (zoloto- rus dilində qızıl) da yada salaq. İranda Qızılbaş dövləti formalaşdığı ərəfədə Orta Asiyada faktiki olaraq Türkmənbaş dövləti də fəaliyyət göstərirdi. Diqqət edirsinizsə, yenə də hər iki dövlətin adında eynilik- “Baş” komponenti nəzərə çarpır.
 İranda Qızılbaş dövlətinin yaranması ilə paralel Misirdə Kazak-Məmlük dövləti də bərqərar olub möhkəmlənmişdi. 1250-ci ildə kazaklar Misirdə hakimiyyətə yiyələnib Məmlük dövləti qurmuşdular. Həmin dövlət 1517-ci ildə İstanbul (qadim adı Çarqrad) hakimlərinin təsiri altına düşsə də, 1585-ci ildə yenidən müstəqil olub, 1798-ci ildə Napoleonun Misiri fəth etməsinə kimi ayaqda qaldı. 1811-ci ildə ingilislər kazak-məmlükləri qıraraq regionun slavyan izlərini yox etdilər. Məmlüklərin slavyan kökənli olması barədə bir sıra dəlillər vardır. Bizans tarixçisi Georgi Paximerisin (1242-1310) qeydlərindən məmlüklərin slavyan olduqları aydınlaşır. Polyak tədqiqatçısı Leopold Savaşkeviç 1846-cı ildə yazırdı ki, məmlüklər ilk əvvəl xristian olmuş, islamı sonradan qəbul etmişlər. Alman səyyahı Martin fon Baumqarten (1473-1535) də məmlüklərin xristian olduqlarını bildirir. Məmlüklərin xristian olmasını Misirin qədim abidələrindəki xristian simvolikaları da nişan verir. Misirin əsl adı Eqipt- Qipt, Qiptsaq, yəni Qıpçaq sözü ilə bağlıdır. Misir-Eqipt qədim qıpçaq-polovets slavyanlarının torpağıdır. Hadisələrin dərin analizi göstərir ki, həm Qızıl Orda, həm Türkmənbaş, həm Qızılbaş, həm də Məmlük dövlətləri eyni ariya-slavyan (tartar-moqol) qövmü tərəfindən idarə edilmiş, vaxtilə Avrasiya qitəsini əhatə edən vahid imperiyanın ayrı-ayrı subyektləri olmuşlar. Rus-pers-kazak-ari-slavyan konqlomeratının təşkil etdiyi vahid idarəçi zümrə Böyük Tartariya İmperiyasının dağılma ərəfəsində onun ayrı-ayrı subyektlərinə yiyələnərək dövlətçiliyi ayaqda saxlamış, qədim mirası ləyaqətlə daşıyaraq imperiya ənənələrini yaşatmışar.

 Tanınmış tədqiqatçılar Nosovski və Fomenko “Yeni xronologiya” əsərində yazırlar ki, Rusiya və Türkiyə vaxtilə eyni imperiyanın tərkibində olmuşlar. 16-cı əsrə kimi bu iki ölkə arasında düşmənçilikdən əsər-əlamət olmayıb. Yalnız Tartariya İmperiyası dağıldıqdan sonra Rusiya və Türkiyə aralanmışlar. 1754-cü ilə aid “I-e Carte de lʼAsie” xəritəsində Rusiya və Türkiyə eyni rəngdə rənglənmiş, eyni imperiya kimi göstərilmişlər. Minilliklər boyu bu ərazilər slavyanların ton verdiyi ərazilər olmuşlar. Ərəb salnaməçiləri Moğol İmperiyasının pravoslav (Rusiya) hissəsini hərbi nöqteyi nəzərdən ən güclü hissəsi kimi xarakterizə edirlər. Təsadüfi deyil ki, Osmanlı imperiyasının əsl adı Ottomanlı- kazakların sərkərdələri olan atamanların adı ilə bağlıdır. Orta əsrlərdə yazılmış “Yeniçəri məktubları” adlı sənəddə osmanlı sultanı “getmanların oğlu” adlandırılır. Həmin mətndən aydınlaşır ki, ilk türk sultanlarının ataman-ottoman kökləri kazak getmanları ilə bağlı olmuşdur. Ataman- getman, qetman, hetman kəlmələrinin digər formada deyilişidir. Osmanlı dövlətçiliyinin speçnazı sayılan əzəli qvardiyası- yeniçəri qoşunu slavyanlardan ibarət idi. Araşdırmalar göstərir ki, əsrlər boyu Türkiyənin aparıcı qüvvələri serblər və bolqarlar olmuşlar və Osmanın adına yazılan zəfərlər də əslində slavyan döyüşçülərinə bağlı zəfərləridir. Osmanlını Osmanlı eləyən slavyan əsgərləri olmuşdur. Osmanlıda vəzirlərin, hərbi sərkərdələrin, eləcə də strateji vəzifə sahiblərinin çoxu slavyanlar idi. Rus uşaqlarına təhsil verilib vacib dövlət işlərinə irəli çəkilməsi üçün Osmanlı xüsusi məktəblər açmışdı. Osmanlı ordusu yeniçərilərin qatıldığı bütün döyüşləri udmuşdu. Yeniçərilər Varna, Kosovo kimi vacib döyüşlərdə qələbə qazanmışdılar. Konstantinopolun fəthi də məhz slavyan döyüşçülərinin əməyinin məhsuludur. Osmanlı bütün dünyada məhz rus gücünün və silahınının hesabına şöhrətlənmişdi. Osmanlını İmperiya edən slavyanlar olmuşdu. Qərbyönümlü Romanovlar Rusiyada hakimiyyəti ələ keçirəndən sonra Türkiyənin də slavyan mahiyyətinə son qoyuldu. 1-ci Pyotr (1672-1725) Avropa tipli ordu yaradılmasını qarşıya məqsəd qoyaraq əsl ruslardan təşkil olunmuş strelets ordusunu məhv etdi. Streletsləri Moskvanın Qırmızı Meydanına yığıb qırdılar. Eyni qayda ilə Osmanlı sultanı 2-ci Mahmud (1785-1839) da “ordu islahatları” apararaq slavyan yeniçərilərini ippodroma yığıb qırdırdı.
 Nosovski və Fomenko göstərirlər ki, 17-ci əsrə kimi Rusiya, Türkiyə və Polşa eyni imperiyanı ehtiva etmişlər. Bu mülahizəni ərəb mənbələri də təsdiqləyir. 16-cı əsrdə Moskvada “İngilis tacirlərinin Rus cəmiyyəti”nin rəhbəri olmuş Cerom Qorsey yazırdı: “Slavyan dili həm Türkiyədə, həm Persiyada, həm də Hindistanın çox hissəsində işlənir”. Hindistanda kasta ayrı-seçkiliyi sisteminin hesabına slavyanlar nəhəng qara kütlənin içində öz ilkinliklərini qoruya bildilər, mədəni ənənələrini, hətta qədim sanskrit dilini də günümüzə kimi saxladılar. Hal-hazırda Hindistanda kahin brahman və döyüşçü kşatriya kastalarına məxsus insanlar öz sarı saçları və göy gözləri ilə yerdə qalan qara əhalidən kəskin seçilirlər. Kasta ayrı-seçkiliyi sayəsində slavyanlar burada Çindən fərqli olaraq yerli əhali ilə assimilyasiya olub itmədilər. Digər bölgələrdə isə kastaçılığa riayət olunmadığından dövlət idarəçiliyi türklərin əlində cəmləşdi. Bizim regionda tədricən Daariya-Persiya mahiyyəti öz əlamətlərini Orda-İrana ötürdü. Ariya-slavyan kahinləri passionar enerjini türk-tatarlara yüklədilər.
Beləliklə Qızılbaş İmperiyası ariya-slavyan mahiyyətli Böyük Tartariya İmperiyasının son qırıntılarından biri idi. Qızılbaşlara həm də başları sarı olduğuna görə belə deyirdilər; qızılbaşlar- Rus Qızıl Ordasının varisləridir. Qızılbaş İmperiyası- ənənəvi tarixşünaslığa Monqol İmperiyası kimi düşmüş səltənətin dublikatıdır. Mənbələrdə Monqol İmperiyasının paytaxtı Xarxorin kimi göstərilir ki, bu elə Ərdəbil yaxınlığında Şah İsmayılın doğma kəndi Kəlxuranın dublikatıdır.
 Sibir-Bolharı skif-rusları minilliklər boyu mükəmməl maddi və mənəvi mədəniyyətə, istehlak bazasına, kazakçılığın eyni olan hərbi ənənələrə malik olmuşlar; məhz onlar Avrasiya qitəsinə yiyəlik edə biləcək möhtəşəm ordu yaratmaq iqtidarında idilər. Monqol potensialı yox, məhz Rus potensialı bütün materiki nəzarətə almaq qüdrətində idi. Avrasiya qitəsinin sahibi tarixən Rus mahiyyətli Şıx-Skif-Sibir-Biləsuvar etnoqrupu olmuşdur. Avesta ənənələri üstündə köklənən Tartariya İmperiyası İbrahimi dinlərin materikə girməsindən sonra süquta uğramış və cilalanaraq meydana yeni formatlarda çıxmışdır. İslamın Şərqdə yayılmasından sonra əsl kosmoenergetik irq- şıxlar sıxışdırılmış, yerini seyidlər tutmuşlar. Süleyman (Solomon) peyğəmbərin soyundan gələnlərin özlərini Məhəmməd Əleyhüssəlamın kökündən gələnlər kimi göstərmələri regionun İudey nəzarətinə düşməsində açar rolu oynamışdır. Ərəb-semit-iudey qruplaşmasının islamlaşma və xristianlaşma adı altında planetar masştabda təcavüzü Böyük Tartaromoqol İmperiyasını süquta uğratmış və hissələrə parçalamışdır. Mötəşəm kontinental imperiyanın xarabalıqları üzərində Moskva Rusu, Qızıl Orda, Türkmənbaş, Qızılbaş, Məmlük, Moğol dövlətləri meydana çıxmışdır. Moskva tədricən Avrasiya mahiyyətli yeni kontinental imperiyanın mərkəzi kimi aktivləşməyə başlamış və imperiyanın digər passiv subyektlərinə passionar enerji ötürmüşdür.

İbrahim Sel, “Avrasiya tarixi”

Şəkildə: Fransız səyyahı və coğrafiyaşünası Andre Teve 1584-cü ildə çəkdiyi şəkildə Şah İsmayılı rus milli naxışları olan geyimdə göstərmişdir...

22-06-2017 17:41 Baxılıb: 2080    
Şərh bildir