YAXŞI Kİ BİLMİRİK...

Bəxtiyar Vahabzadə

İmkanın həddini bilsə də insan
Xəyala, arzuya yenə təşnədir.
Bizi yuxularda kama çatdıran,
Arzunu güldürən yuxular nədir?

Sonsuz arzularla həyat tək olsa
O şırın olmazdı yuxular kimi.
Yuxular həmişə əgər çin olsa
Yaşamaq insanı bezdirməzdimi?

Davamı    
 

Vaqif Bayatlı Odər - QONŞU TOYUNA ON HASAR O YANA OYNAYAN UŞAQ

Qonşu toyuna
on hasar o yana
oynayan uşaq,
bir gül yarpağı altında,
gül yarpağı şəkilində
yazılır alın yazın.

Qonşu toyuna
on hasar o yana oynayan uşaq,
çıx yarpaq altından
ay sənə baxır.

Təzəcə yağışdan çıxmış göyüzü.

Davamı    
 

Əliağa Kürçaylı - Mən sənin nəğmənin əks-sədası

YADINA DÜŞÜRƏMMİ?
 
Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?
 
Səadət fürsətini qaçırtdıq sən də, mən də.
Davamı    
 

Mətləb Ağa - Səndə nöqtəni qoydum

Kiməm, nəyəm burda mən,
Sən orda kimsən, nəsən?!
Bir “O” hərfi yerinə, 
Nə uzundu “mən və sən”...
 
Fikri nəydi Tanrının, 
Niyə belə buyurdu?.. 
Bir qitəni uçurdu, 
Bir dənizi ayırdı...
 
Sənsiz nə olmuşam mən, 
Nə gündə yaşamışam?
Davamı    
 

Qabil - KÜLƏKLİ HAVALARDA, YAĞIŞLI HAVALARDA

Külək əsir... üşüyür yenə daş-divar,
Səkilərin üstünə düşür damlalar,
Küçələrdən tələsik keçib gedirlər.
Səni xatırlayıram qəlbimdə kədər,
Biz də belə gedərdik
Küləkli havalarda, yağışlı havalarda.

Külək əsir... titrəyir qapı-pəncərə.
Yağış yağır... şırhaşır düşür şəhərə,
Dalda yerə çəkilir bir qız, bir oğlan
Qorxub yağışdan.

Davamı    
 

Hüseyn Cavid - Eşq atəşi can yıxıyor...

Eşq atəşi can yıxıyor,
Ürəkdən qanlar axıyor.

Tale mənə yan baxıyor,
Həm gülümsər, həm ağlarım.

Gönül həp sızlar, həp inlər,
Xəzan fəryadını dinlər.

Anıldıqca keçən günlər
Həm gülümsər, həm ağlarım.

Hər səfada cəfa buldum,
Açmadım saraldım-soldum.

Davamı    
 

Fikrət Qoca - Kədərlə boylanma

İNSAN

Gecənin bəzəyi layla səsidi, 
Gündüzü bəzəyir şirin nəğmələr.
İnsan bu dünyanın möcüzəsidi
İstəsə ağlayar, istəsə gülər.
Həyatı gah muğam, gah da cəngidi, 
Amma dinləyəsən, yada salasan.
İnsan canlıların ən qəşəngidi,
Qoysan yaşaya, ləzzət alasan.
Zülmətin ən qatı burulğanında
Səsi bir səhranın günəşi olur.

Davamı    
 

Əli Kərim - QAYIT

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, kölnümü dindir;
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.

Davamı    
 

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Mikayıl Müşfiq

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dunyadan necə əl çəkim?
Bu yerlə çarpışan, gölə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

Dönmə bir şəbnəmə yaz səhərində 
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qavğadan necə əl çəkim?
        
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi,                    
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?

Davamı    
 

Xəlil Rza Ulutürk - NƏ QƏDƏR Kİ MACAL VAR

Əslinə baxsan elə
Ömür- bircə macaldı.
Çoxu hədər yaşadı
Azı ondan bac aldı.
Nə qədər ki, macaldı,
    Böyük işlər görməyə 
    Tələs, qardaşım, tələs!
Bu səadət, bu fürsət
    Həmişə ələ düşməz, 
Nə qədər ki, qolların 
    Quca bilir göyləri,
Nə qədər ki, oynaşar 
    Palıd kökünə bənzər.
Davamı    
 

Etibar Salmanov - BƏNZƏYİRSƏN

Bəzən baxdıqca sənə,
Bənzədirəm güllərə.
Xasiyyətin, görkəmin,
Həmahəngdir güllərlə.

Ətrində qızılgülə,
Zəriflikdə nərgizə,
Utananda laləyə
Bənzəyirsən gözəl qız.

Küsəndə bənövşəyə,
Güləndə yasəmənə,
Yağışda zəng gülünə
Bənzəyirsən gözəl qız.

Davamı    
 

Lotu Bəxtiyar - Qəzəllər

Mən mərdliyə məhkum olanam, möhkəmə məhkum,
Məhkum edə bilməz məni heç məhkəmə, məhkum.
 
Min şadlığı bir göz yaşına, nəşəni dərdə,
Yüz zövqü-səfanı edərəm bir qəmə məhkum.
 
Öz kölgəmin ardınca düşüb caniyə döndüm,
Kölgəm mənə hakimdi, mən öz kölgəmə məhkum.
 
Bəs pərdədə zildən oxuyub, zildə pəs oldum,
Bəmdən güc alan zil, yenə oldu bəmə məhkum.
Davamı    
 

Böyükağa Qasımzadə - ŞİRİN SÖZLƏR

Mən bir güləm, qızıl rəngim salıb sayə bu aləmə,
Gülər üzlə atılmışam bu dünyaya, bu aləmə
Çağır gəlsin dostu, yarı, ürək desin, qələm yazsın.
Saqi, sən də durma, tələs, sevinc doldur piyaləmə!

Uç, ey xəyal, tut  qolumdan, buludlara apar məni,
Yol salamat, gün aydındır, kim bu yerdə çapar məni?!
Mən insanlıq yollarında cəfa çəksəm, düşsəm dara
Nə dərdim var, gər itsəm də ürək yenə tapar məni...
  
Bu yerlərdə gecə bilməz, sus, ey bayquş, yubanma keç,
Mən azadlıq carçısıyam, dan sökülür məni görcək.
Çox dolanma tülkü kimi igid aslan çevrəsinə,
Tarix boyu işıq səpən nurlu günəş sönərmi heç?

Davamı    
 

Yavər Əbdülov - Söz deyirəm dost yana

Söz deyirəm dost yana, səbrlə diqqət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

İnsanlığın qaydası bil ədəb-ərkandadu,
Şərafətli adamlar bizim bu dövrandadu.
Fikri, zikri, məqsədi gözəl arzu-kamdadu.
Fikir versən görərsən budur həqiqət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

Hər sözə assan qulaq, peşman olmazsan sonra,
Buxar bu nadanlığı, xər gedəcəksən gora.

Davamı    
 

Bütün nağıllarda, əfsanələrdə...

Əhməd Cəmil

Bütün nağıllarda, əfsanələrdə
Qızlar bir Günəşdir, oğlanlarsa Ay.
Bütün mahnılarda, xoş nəğmələrdə  
Dinən bir könüldür, susan min haray.    

Bütün ulduzların parıltısında                       
Əlçatmaz bir eşqin şikayəti var.
Bütün bulaqların şırıltısında
Ötən bir sevdanın hekayəti var.

Dünyanın əzəli yaraşığında
Dünyadan əzizmiş ilk sevgi andı.
Bütün gecələrin ay işığında
Sevənlər özünü bəxtiyar sandı.

Davamı    
 

Məmmədqulu Əhmədov - Sən ki olmasan...

Sən ki olmasan, mən də olmaram,
Sənsiz dünyaya meyl salmaram.

Ömrümüz keçir o yan, bu yanda- 
Bir gün xeyirdə, bir gün ziyanda.
Bizim günəşli Azərbaycanda
Sən ki olmasan, mən də olmaram,
Sənsiz dünyaya meyl salmaram

Allah saxlasın səni fələkdən,
Heç üzülməsin əlin çörəkdən.

Davamı    
 

Əliağa Vahid - Gülşəndə idim seyrdə...

Vardır indi, gözəlim, başqa məlahət Bakıda,
Gəl edək sövq ilə hər yanı səyahət Bakıda.

Gələcək nəslə bu tarixi şərafətdir ki,
Görürük özgə səfa, özgə lətafət Bakıda.

Bu gözəl ölkə işıqlandırır hər bir tərəfi,
Gülür insan üzünə nuri–səadət Bakıda.

Çıx tamaşaya, xüsusən Xəzərin sahilinə,
Baği-cənnət, daha tərifə nə hacət Bakıda!

Davamı    
 

Fikrət Sadıq - Cəmisi 24 misra məhəbbət

YENƏ SƏNİ GÖRDÜM

1
Üç qitə, hərəsi səkkiz sətirdən,
cəmisi 24 misra məhəbbət.
Az bilib küsmə ha, orda görərsən
Bir ömürlük ümid, bir dünya həsrət.

Orda şəfqət var ki, üfüqə deyil,
Yayılır hər səhər yanaqlarına.
Orda təbəssüm var– nurdur elə bil
Günəşdən düşübdür dodaqlarına.

Davamı    
 

Çingiz Əlioğlu - Səni düşünürəm

PAKIM MƏNİM - BAKIM MƏNİM

Sən mənim gözümə köçmüsən, Bakı,
Ən təmiz sözümə köçmüsən, Bakı.
Köçmüsən qəlbimə gecələrinlə,
Bütün evlərinlə, küçələrinlə.
Qəlbimdir ünvanın, ürəyim, Bakı,
Hər coşğun arzumun sahili sənsən,
Tufanlı ümmanın– ürəyim, Bakı.
Mən pöhrə, sən isə bitdiyim torpaq,
Şəhdinlə böyüdüm, əzizim, bir bax.
Yığmışam qəlbimə ulduzlarını.
Yığmışam qəlbimə arzularını.

Davamı    
 

Dünya gözəl dünyadır, dünyada gözəl yaşa!

Rəfiq Zəka

BAHAR NƏĞMƏSİ

Yenə güllər, çiçəklər açılmış könül kimi,
Seyr et, könlün açılsın çiçək kimi, gül kimi.
Bağlarda, bağçalarda ötüncə bülbül kimi,
İlk bahara nəğmə qoş, sevgilinlə gəz qoşa, 
Yurdumuzun baharı tamaşadır, tamaşa!

Dal bir səmalıqlara, maviliklər açılmış, 
Göydən yerə şəfəqlər, təbəssümlər saçılmış.
Sanarsan ki, cahanın əzəl rəngi yaşılmış.
Bu firavan yer üzü uğramasın savaşa,
Dünya gözəl dünyadır, dunyada gözəl yaşa!

Davamı    
{sape_links}{sape_article}