SSRİ-ni kim və necə dağıtdı. Bütün ölkə kimə işləyirdi

Andrey Fursov “Fulton başlanğıcı” məqaləsində SSRİ-nin dağılma səbəbləri haqda

1987-ci ildə ABŞ-ın xarici borcu 246 milyard dollara kimi artmışdı. 1987-ci ilin 19 oktyabrında Uoll-Strit katastrofik şəkildə alt-üst oldu. Belə vəziyyətdə ABŞ-ı yalnız möcüzə xilas edə bilərdi. Və bu möcüzə Qorbaçovun simasında ortaya çıxdı. Qorbaçov nüvə bərabərliyinin demontajından başlayaraq hərbi və siyasi arenada SSRİ-nin bütün mövqelərini təslim etdi.
Amma əlavə edim ki, Qorbaçov SSRİ iqtisadiyyatını da məhv etdi. 1987-ci ilin yanvarında xarici ticarətdəki məhdudiyyətlər ləğv edildi – o məhdudiyyətlər ki, SSRİ-nin daxili bazarını çökmədən qoruyurdu. Çünki bu məhdudiyyətlər olmadan SSRİ-nin daxili bazarı xarici bazara nəzərən ərzağa və əhalinin istehlak etdiyi əmtəə məhsullarına olan qiymət bərabərsizliyi ilə bir gün də olsun davam gətirə bilməzdi. Və birdən müəssisələrə və fiziki şəxslərə bütün əmtəələri - ərzaq, xammal, elektronika, enerji, kimya sənayesə məhsullarını, biz sözlə hər şeyi ölkədən ixrac etməyə icazə verildi. Sanki, SSRİ-nin böyük ərazisi üzərindən güclü qasırğa keçdi və ani olaraq ölkədən bütün maddi nemətləri sorub apardı. Ərzaq və sənaye məhsulları mağazalarının rəfləri boşaldı.
T.Karyaqina SSRİ iqtisadiyyatındakı “qara dəlikləri” yalnız 1988-ci ilin oktyabrında aşkar  etdi. Həmin ildə xaricə fiziki şəxslər tərəfindən 500 000 rəngli televizor, 200 000 paltaryuyan maşın aparılmışdı.
Tək bir əcnəbi ailə 1988-ci ildə bunları aparmışdı: 392 soyuducu, 74 paltaryuyan maşın,142 kondisioner.
Yüz minlərlə xarici təşkilatdan yalnız birinin əməkdaşları isə - 1400 ütü,138 tikiş maşını, 174 ventilyator.
Həmçinin:
3500 sabun parçası və 242 kq yuyucu toz – hansılar ki, xalq deputatlarının təkidi ilə guya Sovet insanları üçün pulla alınmışdı.
Bu həmin dövrlər təsadüfən mətbuatda keçən məlumatlardır.
SSRİ-nin saysız-hesabsız gömrüklərinin yalnız birindən təkcə 1989-cu il ərzində fiziki şəxslər tərəfindən 2 milyon tondan artıq defisit məhsullar çıxarılıb.
Krasnoyarsk pambıq-parça kombinatının məhsulları tamamilə çıxarılırdı. Həmin vaxt yaxşı mələfə 5 rubl, yorğan ağı 8 rubl idi.
Hətta “İzvestiya” qazeti həmin günlər ölkənin halına acıyırdı. “Qiymətlər, pul və sosial ədalət haqqında” məqaləsindən: “Bir qayda olaraq, bizdə dövlət məhsullarına olan qiymət bazar qiymətlərindən aşağıdır. Amma bu o demək deyil ki, o bizə ucuz başa gəlir. Bununla belə, heç kim bilmir nə qədər daha keyfiyyətli və ucuz mallar məhz keyfiyyət səbəbindən - piştaxtaya kimi gedib çata bilmir, bilinmir hara gedir. Və bu defisitlər üzərində nə qədər kriminal dollarlar qazanılır”. (22 may 1990-cı il).
Hətta “AiF” qəzeti “Çit və parça hanı?” məqaləsi ilə münasibət bildirmişdi: “1985-ci ildən sonra indiyə kimi görünməmiş eksport partlayışı başladı: xaricə parça tədarükü 3 dəfədən çox artdı, pambıq-parça tədarükü təxminən 4 dəfə, kətan 7 dəfə. Xarici ticarət daxili tekstil bazarının stabilliyini pozan faktora çevrilməyə başladı”.
Özü də “AiF”-də söhbət yalnız dövlət ixracatından gedirdi. Amma xüsusi ixracat dövlət ixracatını çox qabaqlayırdı.
Həm də ixracatın miqyasını müəyyən etmək mümkün deyildi. Elə həmin “İzvestiya” o zaman yazırdı: “Bizim derjava dünyada nadir derjavalardandır ki, orda gömrük statistikası aparılmır”.
QIZIL EHTİYATININ QARƏT EDİLMƏSİ. 21 iyul 1989-cu ildə yeni Gömrük qaydaları ilə SSRİ-dən qızıl və qiymətli daşların daşınmasına olan bütün məhdudiyyətlər götürüldü. Sovet gömrüyünün 70 illik əməyi bir anda məhv edildi.  O zamana qədər görünməmiş miqyasda qızıl daxili bazara atılırdı, sonra isə SSRİ-nin daxili qiymətlərinə əldə edilən qızıl okeanın o tayına aparılırdı.
Həmin dövrlərdə zərgərlik ticarətini “Moskovskiy komsomolec” belə təsvir edirdi: “ Ajiotajın, coşan təbii hadisənin, Dövlət Xəzinəsi hesabına zərgərlik məmulatlarının satışı normalarının dəfələrlə yerinə yetirilməsinin parlaq təsviri... Piştaxtalara hücum, yeni qızıl və qiymətli daşlar tədarükü tələbi ilə Dövlət Xəzinəsinin məktubları ilə topa tutmaq...”
Bu “Sunami hansı istiqamətə gedir?” adlı təsirli başlığı olan məqalədən sadəcə bir neçə sözdür.
O zaman “İzvestiya”dan qızıl və brilliantlara növbə üçün mübarizə  tələb edirdilər: “Dövlətin qızıl ehtiyatı kimi güclü rezervi işə salmaq”.
“Sovetskaya kultura” qızıl daşınmasının yolunda dayanan gömrük kimi baryeri ümumiyyətlə aradan götürməyə səsləyirdi (bax: "Границы без замков", 25.08.90).
Bir müddət sonra Q.Yavlinskiy mətbuatı qızıl ehtiyatının yox olması bəyanatı ilə vəlvələyə saldı. Amma tez də sakitləşdi. Nə qədər qızıl aparılmışdı?
2002-ci ildə iqtisadçı V.A.Qryaznov – Dövlət Xəzinəsinin əsas eksperti – qızıl və qiymətli daşların çıxarılması və bazarının tarixi və dinamikası haqda 3 böyük məqalə nəşr etdi. V.Qryaznovun məlumatları bunlardır: 1985-ci ildə SSRİ-nin qızıl ehtiyatı 2500 ton təşkil edirdi; 1991-ci ildə bu ehtiyat 250 tona kimi azalmışdı; 2250 ton qızıl ehtiyatından əlavə 1986-1990-cı illərdə əldə edilən əlavə 1500 ton da yox olmuşdu!
Məqalələrdən götürülmüş məlumatlardan başqa müxtəlif dövrlərdə qızılın və qiymətli daşların dəyəri haqda geniş məlumatları, dünya ölkələrində onların çıxarılma miqdarı barəsində  mütəxəssis tərəfindən yazılmış ensiklopediyanı da oxuya bilərsiz ki, burda qiymətli metallarla və qiymətli daşlarla maraqlananlar üçün məlumatlar xəzinəsi var.
Qızılı ölkədən çıxarmaq sərfəli idimi? Həmin günlərdə qızılın qramı SSRİ-də təxminən 50 rubl dəyərində idi, amma dünya bazarında qızılın 1 qramı 13 dollar təşkil edirdi (“AiF”, №8, 1990).
Ölkədən qızıl və qiymətli daş çıxaranlar nə “qaymaq” qazanırdılar?
Hazırda qızıl və qiymətli daşların qiyməti bütün mümkün sərhədləri aşıb. Görəsən Qərb SSRİ-dən çıxarılmış qızıllar hesabına nə qədər piylənib?
Müxtəlif “mütəxəssislərin” haqqında xəbər yaydığı "Balçeroviç möcüzəsi" nədir?
Amerika ekspertləri Balçeroviçə istehsalatı və normal ticarəti ixtisara salmağı və xırda ticarəti hər vasitə ilə genişləndirməyi təklif etdilər. Yəni, zəhmətkeş əhalini öz sinfindən uzaqlaşdırmağı və onu “spekulyantlar millətinə” çevirməyi. Bütün bu milyonlarla sinifsizləşdirmə elementləri çəyirtkə sürüsü kimi SSRİ üzərinə uçdular və qopara bildikləri hər şeyi tonlarla ölkədən apardılar – xarici mebeldən tutmuş diş pastası tübikinə kimi.
Həmin günlərdə deputatların Qurultayında diş pastası çatışmazlığına görə dəhşətli skandal və səs-küy qalxdı. Xalq deputatlarının boğazını üzən bu çatışmamazlığın səbəbləri haqda düşünmək ağıla gəlmədi. Onlar sadəcə xaricdən 60 milyon dollarlıq diş pastası almağa qərar verdilər. Bu 60 milyon kimi varlandırdı?
Diş pastalarının gətirildiyi Fransada onun qiyməti 15 frank idi. SSRİ-də isə o 1 rubla satılırdı. Təbii ki, 60 milyon dollarlıq bütün həmin pasta bir anda yenidən xaricdə oldu. Pastaları Polşaya hərəsi 500 tübiklik bağlamalarda göndərirdilər, amma  belə bağlamaların miqdarına məhdudiyyətlər yox idi. Bu bağlamaları  avtomobillərin dolu baqajları ilə aparırdılar. Qatarlarda dolu kupelərlə,  gəmilərin göyərtələrində dolu konteynerlərlə.
Fransa ətirlərini yeşiklərlə sərhədin bu tərəfindən flakonг 40 rubla və digər tərəfindən flakonu 80-100 dollara daşıyırdılar. Daha sonralar Polşadan Almaniyaya daşıyırdılar, amma artıq Avropa qiymətlərinə. Hər şeyi daşıyırdılar və qarışqalar böyük şir bədənindən yalnız çılpaq sümüklər saxladıqları kimi, orada da bu “Balçeroviç piranyaları” Sovet insanlarına boş piştaxtalar saxlayırdılar. Elə bir adda istehlak predmeti – qida məhsullarından tutmuş texnikaya qədər – yox idi  ki, daşınmasın. Bizim gözəl parçalarımız da daşınırdı.
Başqa mənbə. “Leninqradskaya pravda”, 1992-ci il: “SSRİ-də 1990-91-ci illərdə adambaşına illik 38 metr parça istehsal edilirdi.  Onlardan 75%-i dünya kətan parça istehsalını, 16% yun parça, 13% pambıq-parça və 12% ipək təşkil edirdi. Təkcə rəsmi olaraq ölkədən 50% kətan və 42% yun parça çıxarılmışdı”. 
Amma bu rəqəmlərdə ayrı-ayrı fiziki şəxslər tərəfindən çıxarılanlar nəzərə alınmayıb. Onlar isə çəyirtkə kimi qopara bildikləri hər şeyi aparırdılar. Yəni, ölkədən xaricə daşınma total 100 %-lik idi! Ərzaqlar daşınırdı.
YAĞ DAŞINMASI. SSRİ dünya kərə yağı buraxılışının 21,4%-ni istehsal edirdi (SSRİ əhalisi isə dünya əhalisinin 4,88%-ni təşkil edirdi). Yağ istehsalı artmağa davam edirdi, amma daşınma nəticəsində yağ üçün talonlar meydana çıxdı. Bir SSRİ sakini üçün kərə yağının miqdarı Britaniyadakından 26% çox idi. Böyük Britaniyaya kərə yağı tədarükü aparılmırdı, amma London mağazalarında var idi. Sovet kərə yağı Afrikaya, məsələn, Efiopiyaya göndərilmirdi, amma Ədis-Əbəbə-də Sovet kərə yağı satılırdı. Və əlbəttə ki SSRİ-də olduğundan 4 dəfə baha qiymətə.
ƏT DAŞINMASI. 1991-ci ildə ət istehsalı dünya səviyyəsinin 11,7%-ni təşkil edirdi. SSRİ-də ət istehlakı onun istehsalından 668 min ton aşağı idi. Amma vəziyyət daha pis idi. Bu rəsmi statistika məlumatlarıdır. Həmin illərin statistik tələsi də məhz bundan ibarət idi. Statistika ərzaq mağazaları üçün anbarlara göndərilən bütün yağ və əti SSRİ daxilində istehlak olunan hesab edirdi. Yağ və ət satışında heç kim pasport tələb etmirdi, və ona görə də SSRİ-də alınmış, amma onun hüdüdlarından kənara daşınanlar guya Sovet xalqının rifah halını yüksəldirdi. Axı ticarət üçün nəzərdə tutulmuş çox tonlarla yağ və ət mağazalardan yan keçərək birbaşa anbarlardan çıxarılırdı və SSRİ-dən xaricə aparılırdı – dənizdən konteynerlərlə, quru ilə qatarlarla, avto nəqliyyatla, havadan təyyarələrlə. Statistika isə hesab edirdi ki, bütün bunları Sovet xalqı yeyib.
Niyə kapitalistlər hələ də fəğan edirlər ki, Qaydar “ölkəni aclıqdan qorudu”?! Çünki o həmin yağa olan qiyməti elə qaldırdı ki, kiçik alverçilər üçün onu ölkədən daşımaq əlverişsiz oldu (kiçik olmağına kiçik alverçilər idilər, amma çəyirtkə kimi bir sürü idilər).
Pavlov bəzi çatışmayan  malların qiymətlərini faizin az bir hissəsi qədər qaldırmağa çalışdı – heç nə də qalxmadı! Yəni, kütləvi daşınma SSRİ-ni məhv etməkdən başqa, qaydarları və şaxrayevləri hakimiyyətə gətirən mexanizmlərdən biri idi. 80-cı  illərin sonu 90-cı illərin əvvəllərində hər şey yox oldu: corablar və soyuducular, mebel və ütülər, televizorlar və bişqablar, mələfələr və paltaryuyan maşınlar! Kolbasa və  balıq, şəkər və yarma – hamısını hücum çəkmiş çəyirtkələr yedi! Alüminium qazançalar, kasalar, qaşıqlar - ən çox enerji sərf edilmiş və ekoloji təmiz olmayan hazırlanma mərhələsini keçmiş ucuz və qiymətli xammal daşınırdılar.
Tülkülər-daşıyıcılar Sovet iqtisadiyyatının vaxtilə ən güclü gəmisini çürüntüyə çevrilənə kimi yedilər. Və 1991-ci ildə o süqut etdi.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
шаблоны для dle 11.2
28-08-2020 18:36 Baxılıb: 5850    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}