İbrahim Sel – Stalin fenomeni

GİRİŞ

 Siseron Mark Tulli deyirdi: “Tarixi bilməmək əbədi uşaq qalmaq deməkdir”. Bir çox dəyərlərimizi təhrif etdikləri kimi, gənc nəslə Stalini də qaniçən və tiran kimi tanıdırlar. İnsanlarımız bu dahi insan haqda düzgün məlumatlanmayıblar. Əslində Stalinə ona görə nifrət yaradırlar ki, o Beynəlxalq Maliyyə Mafiyasının nümayəndəliyi olan trotskizmə SSRİ xalqlarını əsarət altına salmaqda mane olmuşdur.
 Hələ 1936-cı ilin sentyabrında Almaniyanın təbliğat naziri Yozef Gebbels Nürnberqdə keçirilən qurultay zamanı açıq şəkildə bildirdi ki, Almaniya bolşevizmi məhv etmək məqsədilə SSRİ-yə hücum edəcək. Müasir demokratlar kimi yəhudi Adolf Hitler və onun əlaltısı Yozef Gebbels də Rusiyada xalqa qarşı həyata keçirilən ən ağır cinayətlərin Stalin tərəfindən deyil, məhz trotskist qrup tərəfindən törədilməsi barədə bircə kəlmə də danışmırdılar. Onlar Sovet dövlətinin ilk rəhbərləri olmuş yəhudi komissarların həyata keçirdikləri qətliamlar barədə susurdular və bütün günahları Stalinin üzərinə yıxırdılar. Onların gözündə yalnız bir düşmən vardı: Stalin. Çünki məhz Stalin SSRİ-nin ənənəvi siyasi kursunu dəyişdirmişdi- yəhudi bolşevikləri idarəetmə rıçaqlarından ayırıb əsl dövlətçiliyi bərpa etmişdi. Hitler SSRİ-yə hücum edəndə Sovet hökuməti artıq yəhudi kosmopolit elementlərdən tam təmizlənmişdi, milli dövlətçilik xarakteri daşıyırdı. Stalin Trotskinin ortaya atdığı qondarma “dünya inqilabı” layihəsini zibil yeşiyinə tullayıb ölkədə minlərlə məktəb, texnikum, institut tikmiş, milyonlarla səmərəli mütəxəssis yetişdirmişdi. Stalinin hesabına ölkə xarabalıqdan çıxıb industriya xəttinə qədəm qoymuşdu. Stalin Rusiya İmperiyasının xarabalıqları üzərində əsl fəhlə-kəndli dövləti qurmuşdu. Stalin acgöz iudey idarəçilərini küncə sıxışdırıb məzlumlara normal yaşayış yaratmışdı. Əlbəttə ki bu Qərb və onun mason xadimləri üçün yolverilməz idi və məhz bu səbəbə görə dünya imperializmi Almaniyada Hitleri hakimiyyətə gətirib SSRİ-nin üzərinə yönəltdi. İudey hakimliyini rədd etmiş dövləti cəzalandırmaq üçün 90 milyonluq alman xalqı qurban verildi.
 General Konstantin Petrovun dediyi kimi, biz bu gün əyri güzgülər səltənətində yaşayırıq. Birdəfəlik başa düşmək lazımdır ki, ilk Qırmızı Terror Trotskinin rəhbərliyi altında yəhudi komissarlar tərəfindən həyata keçirilmişdir, Stalin isə hakimiyyətdə oturuşandan sonra həmin terroru həyata keçirən yəhudi komissarların özlərini terror etmişdir. Çar hakimiyyətini devirən sionist-bolşeviklər Rusiya İmperiyası ərazisində yaşayan rus və digər xalqların milyonlarla adamını qırıb çatmışlar, Stalin isə sadəcə bu qisası onlardan almışdır, vəssalam.
 Tanınmış rus publisisti və filosofu Aleksandr Gertsen demişdir: “Keçmişi daha dolğun dərk etməklə biz indini başa düşür, keçmişim mənasına daha dərindən vardıqca gələcəyin mənasını aşkar edir, geriyə nəzər saldıqca irəli addımlayırıq”.
 Stalin şəxsiyyətinin, onun idarəçilik epoxasının obyektiv qiymətləndilməsinin müasir dövr üçün, Avrasiya məkanı üçün, eləcə də xalqımızın taleyi üçün vacibliyini nəzərə alaraq bir daha xatırlatmaq istəyirik ki, Rusiyada Stalinin hakimliyinə kimi Lenin və Trotskinin hakimliyi dövrü olmuşdur- məhz onlar Qırmızı Terror yaradaraq Rus və digər xalqların aristokratiyasını məhv etmişlər. Əvvəlcə Trotskinin rəhbərliyi altında yəhudi komissarlarının həyata keçirdiyi Qırmızı Terror həyata keçirilmişdir ki, nəticədə qoy xalqların milyonlarla aktiv nümayəndəsi öldürülmüş, keçmiş Rusiya İmperiyasının yerli əhalisi genosidə uğradılmışdır. “Stalin repressiyaları” isə bundan sonra həmin genosidi həyata keçirənlərin özlərinə qarşı yönəlmişdir ki, beynəlxalq iudey təşkilatları məhz “Stalin repressiyaları” barədə hay-küy qaldırır, əvvəlki geniş və masştablı repressiyalar barədə isə danışmırlar. Trotskinin həyata keçirdiyi genosid barədə onlar məqdəsyönlü şəkildə susurlar. Səbəb-nəticə əlaqələrini aydın gördüyümüz indiki zamanda Stalinin Sovet xalqlarının taleyində oynadığı rol bizə heç də iudey qurumlarının təlqin etdiyi kimi bədxah görünmür. Anlaşılır ki, Stalin sadəcə ölkəmizi inqilabdan sonrakı yəhudi faşizmindən xilas etmişdir.

ÇAR RUSİYASINDA YƏHUDİLƏRİN VƏZİYYƏTİ

 Rusiyada uzun müddət yəhudilərə heç bir hüquq verilməyib və onların bu ölkədə yaşaması qanunsuz sayılıb. Rus çarları bir neçə dəfə qanun imzalayaraq yəhudiləri ölkədən qovublar. Hələ 1113-cü ildə Rus knyazları fərman verərək öz ərazilərinə yəhudilərin köçməsini qadağan etmişdilər. Monqol-tatarlar yəhudiləri ucdantutma qırırdılar. Rus pravoslav kilsəsi yəhudiliyi eres (küfr və bidət) adlandırmışdı. 1504-cü ildə Rusiyada “cühudların” kəskin təqibi başlandı. İvan Qroznının (1530-1584) dövründə pravoslavlığı qəbul edən yəhudilərə toxunmurdular, qəbul etməyənləri isə öldürürdülər. 1-ci Pyotr (1672-1725) yəhudilərin Rusiyaya girişini məhdudlaşdırmışdı. O deyirdi: “Mən öz ölkəmdə yəhudilərdənsə Məhəmməd dinindən olanları və bütpərəstləri görməyə üstünlük verirəm. Yəhudilər yalançı və fırıldaqçılardır. Onlara köçmələri və işlərini qurmaları ilə bağlı icazə verilməyəcək. Mənim sərəncamlarıma baxmayaraq, onlar bərabərhüquqlu olmaq üçün mənim məmurlarımı pulla almaq yolu tutaraq buna nail olmağa çalışırlar”. 1742-ci ildə İmperatriça Yelizaveta Petrovna (1709-1762) fərman verdi: “Cinsindən, yaşından və rifahından asılı olmayaraq bütün cühudlar Rusiya İmperiyası ərazilərini tərk etsin”. Rus mütəfəkkiri və dövlət xadimi Vasili Tatişev (1686-1750) özünün “Rusiya tarixi” əsərində bu fərmanı belə şərh edir: “Yəhudilərin, yəni cühudların, yüngül desək iudların, bu vətənsiz satqınların tələfedici ziyankarlığını qeyd etmək lazımdır ki, bütün Rus knyazlarının 1113-cü ildə ümumi şəkildə onları Rusiyadan qovmasının səbəbi başa düşülsün, əks təqdirdə əziz oxucularda cühudlar haqqında səhv fikir formalaşar. İudlar Rusiyadan şiddətli və zalım qaniçənliyə görə, ən yaxşı insanları, rus insanlarını zəhərləyib öldürmələrinə görə qovulublar. Zəhərli maddələrin, öldürücü, yoluxucu xəstəliklərin müxtəlif hiyləgər üsullarla yayılmasına, dövlət işinə gətirdikləri üfunət və dağıntıya görə qovulublar. Cühudların nə vicdanı, nə şərəfi, nə də düzgünlüyü olmadığına görə onları yenidən geriyə- Rusiyaya buraxmaq dövlətə xəyanətdən də pis günahdır. Yəhudilərin çox olduğu dövlət və ya respublika enişə və məhvə tez gələcək, belə ki onlar hər yerdə dağıntı toxumu səpirlər, doğma adətlərlə, xeyirxah əməllərlə ziyanverici şəkildə davranırlar. Bu anadangəlmə qansoran sələmçilər, gizli qatillər və daimi fitnəçilər Böyük Rusiya üçün olduqca təhlükəlidirdlər. Böyük Rusiya xalqı dünyanın ən igid, düz və zəhmətkeş xalqıdır, amma sadəlöhv və təmizqəlblidir ki, bu xüsusiyyətlər cühudları, gizli yezuitləri və masonları tanımaqda mane olur. Rus xalqının qonaqpərvərliyinin həddi-hüdudu yoxdur. Bu xüsusiyyətdən istifadə ediblər, əgər biz və övladlarımız müdrik 1742-ci il fərmanını unutsaq, gələcəkdə də istifadə edəcəklər”.
 Onların hüquqlarının məhdudlaşdırılmasını az-çox yüngülləşdirən 1-ci Pavelin (1754-1801) dövründə yəhudilərin Rusiyadakı vəziyyətinin araşdırılması ilə ədliyyə naziri, tanınmış şair Qavriil Derjavin məşğul olurdu. Derjavin diqqət yetirmişdi ki, yəhudilər məhz iudaizmin sayəsində cəmiyyətə qaynayıb-qarışa bilmirlər və ayrı yaşayırlar. O Çara məruzəsində yazırdı: “Sinaqoqlar xurafat və antixristian nifrətin yuvasıdır. Kaqallar dövlət içində dövlət yaradırlar ki, düzgün qurulmuş siyasi orqanizm buna yol verməməlidir”. Derjavin Çarın diqqətinə onu da çatdırmışdı ki, spirt satılmasına lisenziya almaqla yəhudi alverçiləri kəndliləri içkiyə alışdırırlar: “Yəhudilərin məskunlaşdıqları ərazilərdə açdıqları içki evlərində kəndlilər düşkünləşir və həyatlarını puç edirlər. 1650 içki mağazasından 1548-i cühudlara məxsusdur. 1297 tütün dükanından 1293-ü cühudların əmlakıdır”. Yəhudilərin belə siyasətinə qarşı sərt mövqe tutan Derjavin Çar 1-ci Aleksandrın (1777-1825) da baxışlarının formalaşmasında böyük rol oynamışdır. 1-ci Aleksandr yəhudilərin cəmiyyətdən izolyasiyasının qarşısını almaq üçün çoxlu cəhdlər göstərdi və Kaqalın hakimiyyətini məhdudlaşdırdı. Derjavin belə hesab edirdi ki, yəhudi məsələsinin həlli üçün Moisey Mendelsonun fəaliyyəti dövründə Almaniyada olduğu kimi hərəkət etmək lazımdır; “nəticədə Talmudun çarlığına son verilmişdir”- şair yazırdı.
 1-ci Pavelin dövründə olduğu kimi, Derjavin yenə də yəhudiləri “düzgün və xeyirli işlərlə məşğul olmağa və mənəvi cəhətdən təkmilləşməyə” məcbur etməyə çağırırdı. 1-ci Aleksandr ümid edirdi ki, emansipasiya nəticəsində yəhudilərin xristanlığı qəbul etməsi sürətlənəcək və bu yolla onların assimilyasiyası mümkün olacaq. Bu ideyaların həyata keçməsi üçün Çar yəhudilərin işi üzrə xüsusi komitə yaratdı. 1802-1803-cü illərdə dövlət quruluşunun reformasiyası çərçivəsində Derjavin ədliyyə naziri kimi qanunvericiliklə kaqalların qərb quberniyalarındakı hegemonluğuna son verməyə çalışdı. Amma buna imkan vermədilər və onu işdən çıxardılar. İddialara görə onun işdən çıxarılması üçün 1 milyon rubl rüşvət verilmişdi. Derjavinin “Məni niyə işdən çıxarırsız?” sualını Çar 1-ci Aleksandr belə cavablandırmışdı: “Sən çox qısqanc şəkildə xidmət edirsən”. Yəhudilərə qarşı kəskin siyasət formalaşdırmasını kaqallar Derjavinə bağışlamamışdılar. Derjavinin ölümündən sonra, 1817-ci ildə Çar yəhudiləri xristian uşaqlarının ölümündə günahlandırmağı qadağan etdi. Yəhudiləri qanlı əməllərdə günahlandıran cinayət işləri hamısı bağlandı. Həmin il xristianlığı qəbul etmiş yəhudilərə dəstək verən İsrail Xristianları Cəmiyyəti yaradıldı.
 Çar 1-ci Nikolay Belorusiya səfəri zamanı kəndliləri çapıb talayan yəhudi sələmçilərinin əməllərini görüb riqqətə gəlmişdi. O yazırdı: “Yəhudilər yazıq əhalini zorla istismar edirlər. Bunlar əsl zəlidirlər, hər yerə dağılıblar və əhalinin qanını sorurlar. Kəndlilərin müflisləşməsinin başlıca səbəbkarı yəhudilərdir. Öz əhəmiyyətlərinə görə onlar əkinçilərdən sonra ikinci yeri tuturlar və yazıq əhalini bacarıqla istismar edirlər. Onlar burda hər şeydirlər: alverçilər, işə götürənlər, kabak sahibləri, dəyirmançılar, mal gətirənlər, sənətkarlar və s. İnsanları aldatmaqda o qədər hiyləgərdirlər ki, əkilməmiş buğdaya görə pulu qabaqcadan verirlər və biçin vaxtı gələn kimi qiyməti ucuzlaşdırırlar. Onlar hər şeyi somuran və əyalətləri taqətdən salan adi zəlilərdir”. 1844-cü ildə yəhudi özünüidarəetmə orqanı sayılan kaqallar likvidasiya olundu. Yəhudilərin gicgahlarında hörük saxlaması, qadınlarının başlarını qırxması və s. adətləri qadağan olundu. 1-ci Nikolayın xüsusi sərəncamı ilə yəhudilərin vətəndaş xidmətinə götürülməsi də yasaqlandı, “belə ki onlar yəhudi qanunları ilə yaşayırdılar”.
 Çar 2-ci Aleksandrın (1818-1881) dövründə isə yəhudilərə münasibət kəskin dəyişdi. 1859-cu ildən 1880-ci ilə kimi verilən fərmanlarla yəhudilərin çox hissəsi Rusiya ərazilərində maneəsiz məskunlaşmaq hüququ qazandılar. Azad məskunlaşma icazəsini yəhudi tacirləri, sənətkarları, həkimləri, hüquqşünasları, universitet qurtaranları, onların ailələri və xidmətçiləri, o cümlədən “azad sənət sahibləri” aldılar. 1880-ci ildə daxili işlər nazirinin əmri ilə qanunsuz məskunlaşmış yəhudilərə həmin yerdə qalaraq yaşamaq icazəsi verildi. Yəhudi tarixçisi Felks Kandel “Rusiya yəhudilərinin tarixinə dair zaman və hadisə oçerkləri” kitabında həmin dövrü görmüş adamların sözlərinə istinadən belə yazır: “1850-ci illərin axırlarından varlı yəhudi tacirlərin paytaxta və digər şəhərlərə axını başladı, ardınca onların xidmətçiləri və adamları gəldilər, onlar da öz doğmalarını və tanışlarını gətirdilər. Beləcə Peterburqda Nikolayın ehtiyatda olan əsgərlərinin idarə etdiyi əvvəlki icmanın yerində yeni icma yarandı. Köhnə yəhudi sakinlərindən biri bu fərqi belə izah edirdi: “Peterburq əvvəl nə idi? Çöllük. İndi isə Berdiçevə çevrilib!”. Yeni gələnlərlə əsl metamorfoza baş verirdi: icarə pulu yığan bankirə, podratçı imkanlı sahibkara, xidmətçilər paytaxt modabazlarına çevrilirdi. Çox qarğalar özlərinə tovuzquşu lələkləri geymişdilər. Balta və Konotopdan gələn bambılılar qısa müddətdən sonra özlərini “aristokrat” sanırdılar və “əyalətdən gələnlərə” gülürdülər. Qiymətli kağızların spekulyasiyasının artdığı birja bədxərcliyə gətirib çıxarmışdı. Bir neçə yüz rubldan ibarət hər qısamüddətli qazancdan sonra yoldaşlarla Dodonun restoranına təmtəraqlı nahara gedirdilər. Nəhəng dövriyyədən asanca qazanan “dovşanlardan” ibarət birja maklerləri ordusu yaranmışdı. Bəziləri bu yollarla özlərinə sərvət qazandılar, bəziləri isə bu burulğanda həlak oldular”.
 1861-ci ildə Polşada antirus çaxnaşmaları balşayanda yəhudilər də polyaklarla birləşib ruslara qarşı çıxdılar. Varşava ravvini Beruş Mayzelsin çağırışından sonra yəhudilər də nümayişlərə çıxıb Polşanın azadlığını tələb etdilər. Yəhudilər fəhlələr arasında aqitasiya apararaq onlara gizlicə silah daşıdılar. 1863-cü ildə Polşa, Litva və Belorusiyada rus qoşunlarına qarşı vuruşan üsyançılar arasında çoxlu yəhudi də vardı. Varşavanın yəhudi icması müqavimət üçün pul topladı. Üsyançılara pul lazım olanda onlar varlı yəhudilərin yanına gəlirdilər. Yerlərdə yəhudilər rus qoşunlarının hərəkəti barədə məlumatları üsyançılara çatdırırdılar. Üsyan yatırılandan sonra çoxlu sayda yəhudi də həbs olundu, şallaqlandı və Sibirə sürgünə göndərildi.
 2-ci Aleksandrın öldürülməsindən sonra onun yerinə oturan 3-cü Aleksandr (1845-1894) yəhudilərə qarşı sərt tədbirlər həyata keçirdi. Daxili işlər naziri Nikolay İqnatyev bildirirdi ki, yəhudilər yerli əhalini istismar edirlər. O 12 mart 1881-ci ildə yazırdı: “Peterburqda qüdrətli polyak-cühud qrupu vardır ki, əllərində bankları, vəkilliyi, mətbuatın çox hissəsini və digər ictimai işləri cəmləyiblər. Rus həyatının istənilən haqq səsini polyak-cühud hay-küyü içərisində batırırlar, rus tələblərini geridəqalmış və qaragüruh kimi səciyyələndirərək rədd edirlər”. 1881-ci ilin avqustunda quberniyalarda “yəhudilərin iqtisadi fəaliyyəti nəticəsində yerli əhaliyə dəyən zərəri” müəyyənləşdirən xüsusi komissiyalar yaradıldı. 3 may 1882-ci ildə daxili işlər nazirinin rəhbərliyi ilə “May Qaydaları” adlı sənəd qəbul edildi. Bu sənədə əsasən yəhudilərə kənd yerlərində məskunlaşmaq, şəhərkənarı ərazilərdə daşınmaz əmlak almaq, torpaq sahələrini icazəyə götürmək, bazar günü və xristian bayramlarında alver etmək qadağan olunurdu. Ali Komissiya Çar 3-cü Aleksandra yəhudilərin hüquqlarını genişləndirməyi təklif etsə də, Çar bu təklifi rədd etdi və “May Qaydaları”nı qüvvədə saxladı. Kəndlərdə ticarətlə məşğul olma qadağası yəhudi dükançılarını əsas gəlirlərindən məhrum etdi. “May Qaydaları” yalnız 1917-ci ilin martında ləğv olundu. 3-cü Aleksandr “May Qaydaları”nın tətbiqi ilə yəhudilərin hərtərəfli sıxışdırılması siyasətini yürütdü. 1887-ci ildə yəhudilərin gimnaziya və universitetlərə qəbuluna limit qoyuldu. 1890-cı ildə həyata keçirilən “Zemskaya reforma” nəticəsində yəhudilərə özünüidarəetmə orqanlarında işləmək qadağan olundu. 1891-ci ildə Moskvaya rəhbərlik edən Çarın qardaşı, böyük knyaz Seyqey Romanov şəhərdən 20 min yəhudi sənətkarını və alverçisini qovub çıxardı. 11 iyun 1892-ci ildə qəbul olunmuş qanunla yəhudilər şəhər özünüidarəetmə orqanlarına seçkilərdə iştirakdan kənarlaşdırıldılar. 1895-ci ildə dövlətin qəbul etdiyi çaxır monopoliyası içki evləri işlədən və sələmçiliklə məşğul olan yəhudilərə böyük zərbə vurdu. Demək olar ki yəhudi hüquqşünasların hamısı dövlət işlərindən sıxışdırılıb çıxarılmışdılar. Yəhudilərə hətta bir kənddən başqa kəndə getmək belə yasaqlanmışdı. 20-ci əsrin əvvəllərində isə yəhudilərə Rus ordusunda zabit rütbəsi verilməsi qadağan olunmuşdu.
 İmperiya boyunca artan yəhudi qırğınları yəhudilərin ölkədəki vəziyyətini daha da pisləşdirdi və onlara qarşı mənfi əhval-ruhiyyə yaratdı. Qeyd edək ki, ilk yəhudi qırğınını ruslar yox, yunanlar başlamışdılar. İstanbulda yunan pravoslav patriarxı Qriqorinin ölümünə görə yəhudiləri günahlandıran Odessa yunanları 1821-ci ildə onların üstünə qalxmışdılar. 1859-cu ildə Odessada yunanlar yenidən yəhudiləri qırıb çatdılar. Yunanlarla yəhudilərin düşmənçiliyi həm də ticarət rəqabəti üstündə idi. 1871-ci ildə Odessada yunan tacirləri yəhudiləri banklar və xarici ticarət üzərində nəzarəti onların əllərindən almaqda günahlandırdılar və qırğın təşkil etdilər. Yüzlərlə yəhudi evi, dükanı və içkixanası dağıdıldı. 1862-ci ildə Ukraynanın Akkerman şəhərində yunanlar yəhudilərin üstünə getdilər.
 Çar 3-cü Aleksandrın dövründə yəhudi qırğınlarının sayı lap çoxalmışdı; 1881-ci ilin yazında Rusiya İmperiyası boyunca baş verən qırğınlarda yəhudilərin 150 şəhər və kənd icması zərər çəkmişdi. 1881-1882-ci illərdə İmperiyanın 166 şəhərində xalq yəhudilərin üstünə qalxmışdı. Minlərlə yəhudi evi dağıdılmış, çoxlu yəhudi ailəsi əmlakından məhrum olmuş, yüzlərlə kişi, qadın və uşaq yaralanmış, bir çoxu öldürülmüşdü. Aparıcı siyasi təşkilatlar bu qırğınları dəstəkləmişdilər. Xalq arasında söhbət gəzirdi ki, hökumət “cühudları döyməyə” icazə verib. Nijni Novqorod qubernatorunun məruzəsində göstərdiyi kimi, “xalqda belə fikir formalaşmışdı ki, yəhudilərə qarşı ağır cinayətlərə görə heç kəs onları cəzalandırmayacaq”. 1891-ci ildə Çerniqov quberniyasının Starodub şəhərində, 1895-ci ildə Gürcüstanın Kutaisi şəhərində, 1897-ci ildə Kiyev quberniyasının Şpola və Xerson quberniyasının Kantakuzenka məntəqələrində yəhudi qırğınları baş verdi. 19 aprel 1899-cu ildə Nikolayev şəhərində pravoslav Pasxa bayramı keçrilən zaman xalq yəhudilərin üstünə axışdı və qırğın üç gün davam etdi. Ən məşhur və böyük yəhudi qırğını isə Kişinyovda 1903-cü ilin 6-7 aprelində, pravoslav Pasxa günlərində baş verdi; 49 nəfər öldürüldü, 586 nəfər yaralandı. 1904-cü ilin avqust-sentyabr aylarında Ukrayna və Belorusiyanın şəhər və kəndlərində rus-yapon müharibəsinə yeni çağırılmış əsgərlər yəhudilərin üstünə yeridilər. Xerson quberniyasının Aleksandriya şəhərində kütlə sinaqoqa doluşdu və 20 yəhudini döyərək öldürdü.
 Çar 3-cü Aleksandrın yaxın adamlarından olan dövlət xadimi Konstantin Pobedonosçev həmin qırğınlarla bağlı belə demişdi: “Yəhudilərin üçdə biri Rusiyadan gedəcək, üçdə biri xristianlığı qəbul edəcək, üçdə biri isə öləcək”. Daxili işlər naziri Nikolay İqnatyev yəhudilərin şəhərlərə buraxılmaması, onların yaşaması üçün xüsusi yerlər ayırılması ilə bağlı şikayətlərinə belə cavab vermişdi: “Yəhudilərçün şərq sərhədləri bağlıdırsa, qərb sərhədləri açıqdır”- yəni köçüb Avropaya gedə bilərlər. Həmin dövrdəki vəziyyəti maliyyə naziri Serqey Vitte belə ifadə edirdi: “Yəhudiləri mühacirət etməyə həvəsləndirirdilər. Məsələn, dallarına təpik vurmaqla”. 19-cu əsrin sonunda Rusiyadan qaçan on minlərlə yəhudi Almaniya və Avstriya-Macarıstanda sığınacaq tapdı və ABŞ-a köçməyə çalışdı. 1881-1914-cü illərdə Rusiya İmperiyasını 1 milyon 980 min yəhudi tərk etdi; onun 1 milyon 557 mini ABŞ-a, qalanları Fələstinə, Argentinaya və s. getdi. 1904-cü ildə Amerikada buraxılmış plakatda yazılmışdı: “Rus çarı, yəhudiləri sıxırdırmağı dayandır!” Qeyd edək ki, dövrünün avtoritet simaları 3-cü Aleksandrın antisemit addımlarını alqışlamışlar, bir çox müasir rus siyasətçiləri də onu bacarıqlı idarəçi kimi səciyyələndirmişlər və ehtiramla yad etməkdədirlər. Prezident Vladimir Putinin dövründə 3-cü Aleksandra Krımda möhtəşəm heykəl qoyulmuşdur; heykəlin açılışında iştirak edən Putin onu “görkəmli xadim və vətənpərvər” adlandırmışdır.
 Professor Con Klier “Britannika” ensiklopediyasında yazır: “İmperiya hökumətinin yəhudilərə qarşı mövqeyi yəhudilərin inqilabi və “burjua” müxalifətinə keçməsinə stimul verən şərait yaratdı. Yəhudilərə qarşı qırğınlar Çar tərəfindən rejimə xalq dəstəyi kimi başa düşülürdü. Bu, hökuməti antisemitizmi ideoloji platforma kimi istifadə edən sağ elementlərin fəaliyyətinə simvolik də olsa xeyir-dua verməyə yönləndirirdi”. 1897-ci ildə Ümümdünya Sionist Təşkilatının Rusiyada filialı yaradıldı. Bundan sonra Rusiya və Polşada sionist təşkilatların sayı yağışdan sonra göbələk kimi artdı. Rəhbərlərinin sağçı və ya solçu olmasından asılı olmayaraq bu təşkilatlar yəhudilər arasında millətçilik yayır və assimilyasiyaya qarşı çıxırdılar. 
 Yəhudilərə qarşı sərt tədbirlər Çar 2-ci Nikolayın dövründə də yumşalmadı. 1903-cü ilin iyununda Rusiyanın daxili işlər naziri Vyaçeslav Pleve sionistlərə qarşı həlledici tədbirlər görmək barədə göstərişlər verdi. Onun sözlərinə görə, sionistlər ilkin məqsədlərindən uzaqlaşıblar, belə ki Fələstinə köçmək əvəzinə qalıb inqilabi təbliğat aparmaqla və gizli təşkilatlar yaratmaqla məşğuldurlar. Pleve dəfələrlə bildirmişdi ki, “yəhudilərin dərsini vermək lazımdır”. Liberallar onu yəhudi qırğınlarının təşkilində günahlandırırdılar. Məhz həmin dövrdə yəhudilərin Bund və digər sol təşkilatları öz fəaliyyətlərində terrora start verdilər. Bund təşkilatı özünün 5-ci konfransında “çarizmin ağ terroruna təşkilatlanmış qisasla cavab verməyə” çağırdı. 1905-ci il baş tutmayan inqilabından sonra, 14 mart 1906-cı ildə ingilis publisisti Uilyam Kertis “Yəhudi qisası” məqaləsində yazırdı: “İnqilab liderlərinin demək olar ki hamısı yəhudi irqinə mənsubdurlar. Ən çox effektiv inqilabi agentlik isə mənzil-qərargahı bu yaxınlarda qırğın törədilən Belostokda yerləşən yəhudi “Bund”udur. Başqa irqlərin hamısını bir yerdə götürəndə Rus hökuməti daha çox yəhudi irqindən əziyyət çəkir. Harda təhlükəli cinayət törədilir- orda həmişə yəhudi var. Bütün imperiya ərazisində bircə nəfər də olsun loyal yəhudi tapmazsınız. Kütləvi tətillərə başçılıq edən Peterburq Sovetinin sədri Xrustalyov (Nosar) yəhudidir. Pribaltikada inqilab təşkil edən Maksin yəhudidir. Terrorçuların lideri Qerşuni də yəhudidir. Mən burda inqilabi və terrorçu liderləri saydıqca sayaram- onların hamısı yəhudidir”.
 Tanınmış rus tarixçisi, publisisti, dərsliklər müəllifi Dmitri İlovayski 1905-ci il indilabi hadisələrində yəhudilərin rolu barədə belə yazırdı: “Rus cəmiyyəti cühud mətbuatının onun orqanizminə buraxdığı dumandan ayılmalıdır. Artıq üç ildir həyasızcasına beyinlərə yeridirlər ki, Rusiyada guya vətəndaş azadlığı mənasında azadlıq hərəkatı baş verir. Bu hərəkat mənəviyyatın tam çökməsi, tinlərdən saysız-hesabsız qətllər, soyğunçuluqlar, fəhlələrinin özünə də ziyan verən mənasız fəhlə tətilləri ilə müşayiət olunur... Belə nəticələrin başlıca səbəbi odur ki, dediyimiz hərəkat rus deyildir, milli deyildir, cühudluğun nəzarətində və əlindədir. Onların əlində olan mətbuat bütün rus milliliyini təqib edir və ləkələyir”.
 Qərbdən maliyyələşən yəhudi bolşevik terrorçuları təkcə 1905-ci ilin oktyabrından 1906-cı ilin aprelinə kimi Rusiya Daxili işlər nazirliyinin məmurlarına 827 basqın etmişdilər ki, bu terror aktları zamanı 288 nəfər öldürülmüş, 383 nəfər isə yaralanmışdı. Bolşevik terroru nəticəsində 1906-cı ilin oktyabrına kimi Rusiyanın 3611, ilin axırına kimi isə 4500 məmuru öldürülmüş və yaralanmışdı. Yəhudi bolşevik terrorçuları nəinki məmurlara, hökumətə loyal münasibət göstərən dinc əhaliyə də rəhm etmirdilər; onlar 1905-1907-ci illər ərzində 2180 dinc sakini öldürmüş, 2580 dinc sakini isə yaralamışdılar. Nəticədə Rusiya dövlətçiliyini xilas etməyə çalışan daxili işlər naziri Pyotr Stolıpin 1500-ə yaxın terrorçunu asmışdı- buna görə o da Stalin kimi liberalların qara siyahısına düşmüşdür.
 1917-ci ildə Rusiya əhalisinin cəmi 1,1%-i yəhudi idi. Amma Çarı devirməyə çalışan narazı aktivistlərin əksər hissəsi yəhudilər idi. Rusiyadakı inqilabda iştirak edən partiyalarda yəhudilərin iştirakı belə idi: Bolşeviklərin Mərkəzi Komitısi – 12 nəfərdən 9-u yəhudi; Menşeviklərin Mərkəzi Komitəsi – 11 nəfərdən 11-i də yəhudi; Sağ İnqilabi-Sosialistlər – 15 nəfərdən 13-ü yəhudi; Sol İnqilabi-Sosialistlər – 12 nəfərdən 10-u yəhudi; Anarxistlər Komitəsi – 5 nəfərdən 4-ü yəhudi.
 1917-ci il Fevral İnqilabını Rus inqilabı adlandırırlar, amma tanınmış rus mütəfəkkiri Mixail Menşikovun dediyi kimi, “nə rus olub, nə inqilab olub, sadəcə yəhudi ekspropriasiyası olub”. Gözlənildiyi kimi, Fevral İnqilabından sonra mason hökumətinin ilk işi Rusiya ərazisində yaşayan bütün yəhudilərə tam vətəndaşlıq hüququ və dəstək vermək oldu. O cümlədən, yəhudilərə təzyiq edənlərin, yəhudi qırğınlarını təşkil edənlərin cəzalandırılması üçün xüsusi komissiyalar yaradıldı. Rusiyada yəhudilərin bərabərhüquqluluğu elan olundu. 1917-ci ilin martında sionistlər Moskvada Yəhudi Milli Fondunun Ümumrusiya Şöbəsinin Mərkəsi Bürosunu bərpa etdilər. Yüzlərlə yerli sionist təşkilatı yaradıldı. Əgər 1915-ci ildə ölkədə 18 min aktiv sionist vardısa, 1917-ci ilin mayında onların sayı 140 minə qalxdı. 1917-ci ilin aprelində dindar sionistlər Moskvada Masoret ve-Herut partiyasını yaratdılar.
 İsrail dövlətinin yaradıcısı və ilk prezidenti Xaim Veysman öz memuarlarında maraqlı məsələlərə toxunur. Veysman Rusiyadan köçmə yəhudidir. O 1874-cü ildə Belorusiyanın Motol kəndində doğulmuşdur. Maraqlıdır ki, Veysman kimilər Çarı düşmən elan etsələr də, onun valideynləri heç də kasıb yaşamamışdılar. Anası 15 uşaq doğmuşdu, onun 12-sini böyütmüşdü, 8-i ali təhsil almışdı. Anası ömrü boyu heç yerdə işləməmişdi, uşaqları saxlamaqla məşğul olmuşdu. Veysman memuarlarında bildirir ki, tətil vaxtları evimiz vağzala dönürdü: “Hamı ata-ana evinə gəlirdi və evdə bütün gün ərzində fasiləsiz hərəkət olurdu. Böyümüş uşaqlar və onların dost-tanışları inqilabi hərəkatların müxtəlif çalarlarını təmsil edirdilər: sionizm, assimilisionistlər, sosialistlər, kommunistlər, anarxistlər və s. Fasiləsiz diskussiyalar olurdu və ehtiraslar səhəri kimi qızışırdı. Hətta bəzən bu mübahisələr nəticəsində qardaş və bacılarımız aylarla bir-biri ilə danışmırdılar”. Göründüyü kimi, hətta 19-cu əsrin 80-cı illərində belə yəhudilər siyasətlə yaxından maraqlanırdılar və məsələlərin mahiyyətinə varmağa çalışırdılar. Veysman yazır ki, həmin dövrdə yəhudilər arasında iki cərəyan üstünlük təşkil edirdi: Çar hökumətinin devrilməsi üçün mübarizə aparan internasional inqilabçılar və sionist nasionalistlər.
 Xaim Veysmanın 20-ci əsrin birinci yarısı boyunca Rotşildin Fələstində İsrail dövləti yaradılması üzrə şəxsi komissarı olması faktını sionist tarixçiləri qeyri-yəhudilərdən ciddi-cəhdlə gizlətməyə çalışırlar. İngilis hərbi kəşfiyyatının rəisi general Corc Makdunou 1918-ci ildə demişdi: “Sionistlərin bir çoxu, xüsusən də doktor Xaim Veysman məni inandırmağa çalışırlar ki, əgər yəhudi xalqına Fələstin verilməsə, onda onlar bütün yəhudiliklə birgə bolşevik olacaqlar və Rusiyadakı bolşevizmi dəstəkləyəcəklər”.

YƏHUDİLƏRİN RUSİYA İNQİLABLARINDAKI ROLU

 Araşdırmalar göstərir ki, Rusiyada 1917-ci il inqilabını yəhudilər törətdilər. Həmin inqilab amerikan yəhudilərinin koordinasiyası ilə həyata keçirildi. Rusiyanın yəhudi bolşevikləri Almaniyanın yəhudi kommunistlərinin ideyalarını əldə rəhbər tutdular və amerikan yəhudilərinin pulu ilə xalq kütlələrini səfərbər edib hakimiyyəti devirdilər.
 Hələ 20-ci əsrin başlanğıcında “Veçe”, “Kolokol”, “Russkoe znamya”, “Kiyevlyanin” kimi sadə xalq kütlələri arasında populyar rus qəzetləri həyacan təbili çalırdılar ki, “jido-mason”lar Rusiyanı məhv sürükləyirlər. Rus ziyalıları öz intuisiyaları ilə başa düşürdülər ki, ölkənin başının üstünü yavaş-yavaş buludlar alır.
 Peterburqdakı “mason çevrilişi” cəbhədə vuruşan ordu üçün gözlənilməz olmuşdu. Ordu çevrilişi alqışlamadı və ölkənin gələcəyi üçün təhlükə kimi qarşıladı. Aydın təfəkkürlü zabitlər bu çevrilişə cinayət aktı kimi yanaşdılar. Ordu inqilabın ilk günlərindən anladı və hiss etdirdi ki, bu akt Rusiya üçün böyük bəlalar gətirəcək.
 Oktyabr inqilabından sonra Rus xalqının bolşevik yəhudilərə nifrətinin həddi-hüdudu yox idi. Həmin dövrdə bolşevizmə “jido-bolşevizm” deyirdilər- yəni yəhudilərin bolşevizmi. Çünki bolşeviklərin əksər rəhbərliyi yəhudilərdən ibarət idi. İngiltərənin “The Times” qəzeti həmin dövrdə yazırdı ki, “bolşevizm- yəhudi məhsuludur”. Bolşevizm yəhudilərin ideologiyası hesab olunurdu.
 Talmud və Tora ruhunda böyümüş trotskist yəhudilər hakimiyyəti tutandan sonra xristian keşişlərini və müsəlman ruhanilərini məhv edirdilər, kilsələri və məscidləri dağıdırdılar. Ən çox zülmü isə Rus xalqı gördü. Vəziyyət elə gərgin hala çatmışdı ki, əgər ölkədə bolşevik rejimi devrilsəydi, xalq yəhudiləri qırmağa başlayacaqdı. İsa peyğəmbəri satmış İudaya Rusiya şəhərlərində heykəllər ucaltmaqla trotskist bolşeviklər bir daha satanist xislətlərini ortaya qoymuşdular və xalqın niftərini qazanmışdılar. Ağqvardiyaçılar üçün “cühud və bolşevik” anlayışları eyni mənanı kəsb edirdi və onlara zərrə qədər də rəhm etmirdilər. Araşdırmalar göstərir ki, həmin dövrdə xalq bolşevikləri dəstəkləmirdi, general Kornilovun hakimiyyəti öz əlinə almasını və dəmir nizam-intizam yaratmasını istəyirdi. Trotskinin yeznəsi Kamenyevin rəhbərlik etdiyi “Pravda” qəzeti yazırdı: “Onlar Kornilovun diktaturasını arzulayırlar, biz isə onlara Proletariatın diktaturasını verəcəyik!” Tarix elmləri doktoru, general-polkovnik Dmitri Volkoqanovun sözlərinə görə, bəzi yerlərdə ÇK-dan olan yəhudilərin törətdiyi özbaşınalıqlar o həddə çatmışdı ki, onları Qırmızı Ordu əsgərləri özləri öldürürdülər. Trotskinin cəlladlarından olan Yakov Sverdlovu Morozov manufakturalarından birində keçirilən mitinqdə fəhlələrin özləri o qədər döymüşdülər ki, o ölmüşdü. Ancaq mətbuatda Sverdlovun ağciyər iltihabından öldüyü bildirilmişdi.
 İnqilaba əsas dəstəyi Birinci Dünya Müharibəsi dövründə ölkənin qərb quberniyalarından qaçaq düşərək mərkəzə axışmış yəhudilər verdi. Onların içindən çıxmış kadrlar yeni dövlət üçün lazım olan administrativ karkas yaratdılar. Yəhudi professor Samuil Qoldelman göstərir ki, Leninə əsas dəstəyi əyalətlərdən gəlmiş yəhudilər verdilər və onların fəaliyyəti inqilabı xilas etdi. Lenin yəhudi dosti Dimanşteynə bildirmişdi ki, onlar yəhudi elementlərini rusların sabotajına qarşı mobilizasiya etdilər və həmin elementlərin sayəsində administrativ aparatı ələ keçirə bildilər. Həmişə belə siyasi hadisələrin gedişində olduğu kimi, həmin yəhudilər aparıcı dövlət vəzifələrini tutdular. Leninin sözlərini Novak adlı yəhudi kommunisti də ABŞ-da çıxan “Saterdey ivninq post” jurnalının 28 may 1960-cı il nömrəsində dərc olunmuş məqaləsində təsdiqləmişdir. O yazırdı: “Çarın təqib etdiyi rus iudeyləri öz talelərini 1917-ci il inqilabı ilə bağladılar və ilk əvvəldən kommunizm ideallarını dəstəklədilər. İudey intelligensiyası inqilabın başında durdu və ən çətin dönəmlərdə ona rəhbərlik etdi. Amma Sovet İnqilabı da başqa inqilablar kimi öz övladlarını yedi...” Burda daha bir “paradoksu” qeyd etmək lazımdır. Fransa yəhudilərinin “Böyük Şərq Lojası” özünün Rusiyadakı “qızları” vasitəsilə bu böyük ölkədə hakimiyyəti ələ keçirirdi. Əlbəttə ki qənimətin həddi-hüdudu yox idi. Amma masonlar həmin yağlı tikəni uda bilmədilər; iş elə gətirdi ki, ən axırıncı anda qənimət onların əlindən çıxdı...
 Lenin alman kəşfiyyatının köməyi ilə Avropadan, Trotski isə amerikan bankirlərinin dəstəyi ilə Nyu-Yorkdan yüzlərlə “inqilab mütəxəssisi” gətirib Rusiyaya doldurdular. Onların çox hissəsi əlbəttə ki yəhudilər idi. Yəhudi inqilabçılarının Rusiyaya ixracının əsas təşkilatçısı yəhudi teoretik Aleksandr Parvus idi. Onun Peterburqa yönəltdiyi yəhudi bolşeviklər çürüməkdə olan mason Müvəqqəti Hökumət devriləndən sonra hakimiyyətə oturdular. Müvəqqəti Hökumətin başçısı Kerenski qadın paltarı geyinərək Finlandiyaya qaçdı. Rusiyada yəhudi bolşeviklərin qan-qada ilə müşayiət olunan qorxulu idarəçiliyi başlandı. Ölkə vətəndaş müharibəsinə qərq oldu.
 1917-ci il Fevral İnqilabı müharibə aparan Rusiyaya arxadan zərbə vurmuşdu, 1917-ci il Oktyabr İnqilabı ölkəni xarici və daxili düşmənlərin cənginə verdi. Kerenskinin “dünyanın ən demokratik hökuməti” adlandırdığı mason hökuməti yəhudilərə hərtərəfli vətəndaşlıq hüquqları vermişdisə, yeni Sovet hökuməti yəhudilərin daha da qol-qanad açaraq alver və təsərrüfat sahələrini ələ keçirmələrinə şərait yaratdı. Yeni hökumətdə bütün vacib postlarda yəhudilər oturdu. Ələ keçirilən xalq əmlakının bölüşdürlməsinin hansı acgözlüklə həyata keçirilməsini təsəvvür etmək çətin deyil. Heç kəs və heç vaxt bunun hesabını aparmayacaq, axı həmin talan adi bəndələr tərəfindən yox, “Allahın seçilmiş xalqı” tərəfindən həyata keçirilmişdir. Yerləşdilər. Müvəqqəti Hökumət yəhudiləri “hamı ilə bərabər” elan etmişdi, bolşevizm isə onları qoyların ağası etdi. Ölkənin bütün həyati rıçaqları yəhudi bolşeviklərin əlində toplandı. İudaizmin çoxəsrlik arzuları gerçək oldu.
 Bolşevik hökuməti daha da irəli gedərək antisemitizmin cinayət hesab olunması barədə qərar qəbul etdi. Maraqlıdır ki, “despotik” Rusiya İmperiyasında Çarı təhqir etməyə görə 1 ay həbs cəzası və ya 300 rubl cərimə nəzərdə tutulurdusa, “humanist” bolşevik rejimində yəhudini təhqir edən adam 3 il müddətinə Sibirə sürgün olunurdu. Yəqin məhz bu məziyyətlərinə görədir ki, tanınmış sionist liderlərinin, İsrail məmurlarının bir çoxu ilkin Sovet hökumətinə pozitiv yanaşır, bu hökumətin məziyyətlərindən ağızdolusu danışırlar.
 Uinston Çerçill 8 fevral 1920-ci ildə “Sionizm bolşevizmə qarşı” məqaləsində yazırdı ki, beynəlxalq yəhudilik, əsasən də ateist yəhudilər bolşevizmin yaradılmasında və Rusiyada baş verən inqilabda böyük rol oynadılar. Əsas aparıcı fiqurlar yəhudilər idi və müsadirələr zamanı yəhudilərin əmlakına və sinaqoqlara toxunmurdular. 1917-ci ilin Oktyabr İnqilabından sonra ölkənin yəhudi ziyalıları kütləvi şəkildə bolşevizm cərgələrinə qatılmağa başlamışdılar. Tam aydın idi ki, onların əksəriyyəti kommunist mahiyyətindən qat-qat uzaq idilər, sadəcə yağlı tikənin iyini duyub cildlərini dəyişmişdilər. Yeni partiya biletləri onlara sadəcə sionist xislətlərini ört-basdır etmək üçün lazım idi. Tədqiqatçı Nikolay Xoxlovun dediklərindən bəlli olur ki, Kommunist Partiyası sıralarına qoşulmuş yəhudilər öz iudey və sionist mahiyyətlərini dəyişməmişdiər və nəticədə partiya “iudey qaydasına” köklənmişdi.
 Rusiyanın administrativ aparatını tam ələ keçirən yəhudilər ölkənin əsl ağalarına çevrildilər. Araşdırmalar göstərir ki, həmin dövrdə ölkənin yüksək dövlət vəzifələrində oturanların 83 faizi yəhudilər idi. Tədqiqatçı Qriqori Klimov SSRİ dövlət arxivləri əsasında 1917-1921-ci illərdəki Sovet hökumətinin tərkibini belə göstərir: Xalq Komisarları Şurası (Nazirlər Kabineti) – 77,2 % yəhudi; Hərbi Komissariat (Müdafiə Nazirliyi) – 76,7%; Xarici İşlər Üzrə Xalq Komitəsi (Xarici İşlər Nazirliyi) – 81,2%; Maliyyə Nazirliyi – 80%; Ədliyyə Nazirliyi – 95%; Təhsil Nazirliyi – 79,2%; Sosial Təminat Nazirliyi – 100%; Əmək Nazirliyi – 87,5%; Əyalətlərdə komissarlar (yəni icra başçıları) – 91%; Müxbirlər – 100%.
 İnqilabın əsas simalarından olan 545 nəfərdən 447 nəfəri yəhudi idi. Yəni Sovet inqilabçılarının və rəhbərlərinin 82 faizi yəhudi olmuşdur. Daxili İşlər Nazirliyində rəhbər vəzifədə çalışan 64 nəfərdən 43-ü yəhudi idi- elə əsas terror maşını da bu orqan idi. Moskvada təşkil olunan Sovet Fəhlə Və Əsgər Şurasında 23 komitə rəhbərindən 19-u yəhudi idi.
 Niderlandın Peterburqdakı səfiri Uilyam Audendayk 6 senytabr 1918-ci il teleqramında bildirirdi ki, hakimiyyət cinayətkar elementlərin əlinə keçib. O vəziyyəti belə xarakterizə edirdi: “Bolşeviklər görürlər ki, onların ömürlərinə az qalıb, ona görə də cinayətkar dəlilik yoluna üz tutublar”. Audendayk yazırdı ki, yəhudilərin öz vətənləri olmadığına görə başqa ölkələrin taleyi onlara maraqlı deyil, buna görə də onlar rahat şəkildə dağıdıcılıqla məşğul olur və mövcud nizam-intizamı pozurlar. ABŞ-ın Rusiyadakı səfiri David Fransis 1918-ci ilin yanvarında Vaşinqtona göndərdiyi teleqramda yazırdı: “Bolşevik liderlərinin əksəriyyəti yəhudilərdir. Onların 90 faizi Amerikadan qayıtmış emiqrantlardır. Öz mahiyyətlərinə görə internasionist olduqlarından onları Rusiyanın taleyi az maraqlandırır və inqilab yolu ilə öz təsirlərini bütün dünyaya yaymağa çalışırlar”. ABŞ-ın general konsulu Şumers 2 may 1918-ci ildə Dövlət Departamentinə göndərdiyi sənəddə göstərirdi: “Sovet hökumətində yəhudilər üstünlük təşkil edirlər və rus əhalisi arasında antiyəhudi əhval-ruhiyyəsi artır”. Konsul Koldvell Dövlət Departamentinə göndərdiyi sənəddə bildirirdi: “İstənilən şəhərdə Sovet hökumətinin 50 faizi ən alçaq yəhudi tiplərindən ibarətdir”. ABŞ-ın Rusiyadakı konsulu mayor Şuler 1 mart 1919-cu ildə Omskdan göndərdiyi teleqramda yazırdı: “Bəlkə də ABŞ-da bu barədə açıq danışmağa ehtiyac yoxdur, amma bolşevik hərəkatı ilk əvvəldən rəzil yəhudi tiplərinin nəzarəti altındadır”. Şuler 9 iyun 1919-cu ildə Vladivostokdan göndərdiyi teleqramda bildirirdi: “384 komissardan 2-si zənci, 13-ü rus, 15-i çinli, 22-si erməni və 300-ü yəhudidir ki, bu yəhudilərin 264-ü Çar hökuməti çökərkən Amerikadan gəlmişlər”. Şuler 11 yanvar 1920-ci ildə Nyu-Yorkda deyirdi: “Rusiya hökuməti büsbütün yəhudilərdən ibarətdir”. 1919-cu ildə ABŞ Senatında dinləmələr zamanı Rusiyadan qayıtmış pastor Corc Simons bildirirdi: “Petroqradda cənab Zinovyevin rəhbərlik etdiyi hökumətin 338 üzvündən cəmi 16-sı rus idi, qalanları özünü professor Qordon adlandıran amerikan zəncisindən başqa hamısı yəhudilər idi”. Amerikada çıxan “Yəhudi xronikası” qəzeti 6 yanvar 1933-cü ildə yazırdı: “Rusiya yəhudilərinin üçdə bir hissəsi dövlət vəzifələrində oturublar”. Rusiyada olmuş fransız jurnalisti R.Vaucher 1919-cu ildə yazırdı: “Bolşevik hökuməti məmurları ilə ünsiyyətimiz zamanı ilk nəzərə çarpan fakt bu oldu ki, onların praktiki olaraq hamısı yəhudilərdir. Mən antisemitizmdən uzağam, amma bildirməliyəm ki, hər yerdə- Petroqradda, Moskvada, əyalətlərdə, bütün komissarlıqlarda, rayon müəssisələrində, Smolnıda, keçmiş nazirliklərdə, Sovetlərdə mən ancaq və ancaq yəhudilərlə rastlaşdım. Bu inqilabı nə qədər çox öyrənirsənsə, daha çox əmin olursan ki, bolşevizm- bir yəhudi hərəkatıdır”.
 İnqilabdan sonra yəhudilərin Rusiya idarələrində çoxluğu ingilis siyasətçilərini və jurnalistlərini də heyrətə salmışdı. 1918-ci ildə “London Tayms” qəzetinin Rusiyadaki müxbiri Robert Uilton göstərirdi ki, ölkənin yüksək dövlət vəzifəsi tutan 556 məmurundan 447-si yəhudidir. Rusiyada fəaliyyət göstərmiş ingilis agenti Brus Lokkartın memuarlarından aydın olur ki, Rusiyanın ilk bolşevik hökumətində ruslar az idi- əksəriyyət Gürcüstan, Litva, Almaniya və başqa ölkələrdən gəlmiş yəhudilərdən ibarət idi. Henri Pirson 1919-cu ildə yazırdı: “Bolşeviklər xalqa qarşı bütün vəhşilikləri tətbiq edirdilər və beləcə acıqlarını çıxırlar. Onlar öz qurbanlarının iztirablarından həzz alırlar. Bu siyasi hərəkatın üzvləri büsbütün yəhudilərdir. Praktiki olaraq hər bir komissar- yəhudidir. Onlar hamısı ingilis dilinin amerikan aksenti ilə danışır”. İngilis jurnalisti Artur Hovell Qvinne 1920-ci ildə “Dünya hərc-mərcliyinin səbəbləri” kitabında yazırdı: “Praktiki olaraq bolşevik liderlərinin hamısı yəhudilərdir. Bu, başlıca vacibliyə malik faktdır”. Kapitan Piter Rayt 1920-ci ildə yazırdı: “Bolşevizmin administratorları və təbliğatçıları o həddə yəhudilərdir ki, bolşevizm hərdən sırf yəhudi hərəkatı kimi görünür”. Trotskinin yaxın rəfiqəsi, ingilis jurnalisti və yazıçısı Kler Şeridan yazırdı: “Kommunistlər- yəhudilərdir. Rusiya administrasiyası büsbütün yəhudilərdir. Onlar bütün dövlət idarələrinə rəhbərlik edirlər və rusları işdən çıxarıb tullayırlar”. 1920-ci illərdə İngiltərənin hərbi naziri olmuş Uinston Çerçill “Sionizm və bolşevizm” məqaləsində yazırdı: “Avropa və Amerikanın böyük şəhərlərindən qaçıb gəlmiş əclaflar sürüsü rus xalqının saçından yapışıb və nəhəng imperiyada hegemonluq yaradıb”.
 Həmin hadisələri yaşamış akademik Vladimir Vernadski yazırdı ki, Moskva gəlmə yəhudilərlə dolmuşdu: “Moskva- Berdiçevə çevrilib; yəhudiliyin gücü dəhşətlidir- antisemitizm isə (kommunist dairələrdə də) dayanmadan artır... Zəfər çaldığından şənlənən yəhudilər hər yerdə nəzərə çarpır və istər-istəməz əsəbləri pozur. Hər yerdə, parkda, küçədə onlar çoxdurlar. Nəcib, mənəviyyat yağan, alicənab sifətlərə az rast gəlinir, eybəcər, bic, pozğun sifətlər çoxluq təşkil edir. İndi məhz onlar- yəhudi kütləsi özlərini hakim hiss edirlər”.
 Yəhudilərin Oktyabr İnqilabındakı rolunu bir çox tanınmış yəhudi ziyalıları özləri də qeyd etmişlər. ABŞ-da çıxan “Universal Yəhudi Ensiklopediyası”nda deyilirdi: “Trotski, Zinovyev, Kamenyev və Sverdlov kimi yəhudi mənşəli indiviual inqilab liderlərin sayəsində bolşeviklər dövlət aparatını tuta bildilər”. “Universal Yəhudi Ensiklopediyası” daha sonra yazırdı: “Liderlərinin ardınca Sovet komissarlıqları da yəhudilərdən təşkil olunmuşdu. Rusiyanın kommunist hərəkatında yəhudilərin vəziyyəti tam aydın idi”. Maraqlıdır ki, həmin ensiklopediyada müasir kommunizmin yaradıcıları kimi müxtəlif yəhudi liderlərindən danışılsa da, nədənsə Lenin və Stalinin adı çəkilmir.
 Yəhudi bolşevik M.Koqan 12 aprel 1919-cu ildə Xarkovun “Kommunist” qəzetində yazırdı: “Mübaliğəyə yol vermədən demək olar ki, Rus inqilabı yəhudilərin əli ilə həyata keçirilmişdir. Yəhudilər Rus proletariatını ələ keçiriblər və Sovetlərə rəhbərlik edirlər. Qırmızı Orduya Trotski rəhbərlik edirsə, biz rahat yata bilərik. Qırmızı Ordusunun əsgərləri arasında yəhudilər olmasa da, komitələr və sovetlər yəhudilərin əlindədir. Odur ki Sovet təşkilatlarına seçkilər zamanı yəhudilər böyük qələbələr çalırlar”.
 Ortodoksal ravvin Mixail Finkel 2012-ci ildə öz açıqlamasında bildirmişdir ki, yəhudilər Rusiya İmperiyasının dağılmasında, 1918-1922-ci illər Vətəndaş Müharibəsi dövründə çoxsaylı cinayətlərin baş verməsində, pravoslavlığın, ruhaniliyin, aristokratiyanın və intelligensiyanın məhvində günahkardırlar.
 “İlk Sovet hökumətinin 80-85 faiz yəhudilərdən təşkil olunduğunu” Rusiya prezidenti Vladimir Putin də vurğulamışdır.
 Stalin məhz həmin yəhudi hökumətini məhv edərək yerində qoyların hökumətini formalaşdırmışdır.

RUSİYADAKI ÇEVRİLİŞLƏRİ 5 YƏHUDİ MİLYARDERİ TƏŞKİL ELƏDİ

 1917-1918-ci illərdə Nyu-Yorkda çıxan yəhudi icması bülletenində göstərilirdi: “Yakov Şiff Rotşildin qohumudur... Cənab Şiff hər zaman öz var-dövlətini və nüfuzunu yəhudi xalqının maraqları yolunda istifadə etmişdir. O aristokratik Rusiyanın düşmənlərini maliyyələşdirmişdir və öz maliyyə təsirindən istifadə edərək rus-amerikan əlaqələrinin inkişafının qarşısını almışdır. Yakov Şiff öz yetmiş illiyini qeyd edərkən bütün yəhudi qrupları birləşmişdilər ki, ona öz təşəkkürlərini bildirsinlər”. 
 ABŞ-ın Şiff kimi yəhudi bankirləri Rusiyanın düşmənləri idilər. Şiff “Rus Azadlığının Dostları Cəmiyyəti” təşkil etmişdi ki, bu cəmiyyətin əsas məqsədi Çarın devrilməsi yolunda aqitasiya idi. Cəmiyyətin üzvləri Rusiyaya bu ölkədə yəhudi inqilabı törətmək yollarını araşdırmaq məqsədilə gedib gəlirdilər. Şiff Rusiyada inqilab həyata keçirmək üçün kadrlar hazırlayırdı və pul buraxırdı. Rusiyada Fevral İnqilabı baş verərkən Şiff “Rus Azadlığının Dostları Cəmiyyəti” üzvlərinə təbrik teleqramı göndərərək yazmışdı ki, “biz bu iş üçün uzun illər idi çalışırdıq, mən həyəcan keçirirdim və ümidlərim böyük idi”. Öz yaxın dostları ilə söhbətlərində o açıq-aşkar öyünürdü ki, Rusiyadakı inqilab onun cibinin pulu ilə başa gəlib.
 ABŞ-ın rəsmi federal hesabatında deyilirdi: “1916-cı ilin fevralında ABŞ hökumətinə məlum oldu ki, Rusiyada inqilab gözlənilir və bu destruktiv fəaliyyətdə amerikan biznesindən Yakov Şiff, milyarder Quqenqeym və bankir Maks Breytunq iştirak edirlər”.
 Londonun “Tayms” qəzetinin redaktoru Vikxem Stiid 1924-cü ildə yazırdı ki, Rusiyadakı proseslərdə “əsas hərəkətverici qüvvə Yakov Şiff, Varburq qardaşları və Qərbin digər bankirləri idilər, hansılar ki Rusiyanın yəhudi istismarını qurmaq üçün yəhudi bolşevizmi yaradırdılar”.
 Amerikan tədqiqatçısı Frank Kapell 1940-cı ildə yazdığı “İnternasional bankirlər və kommunizm əlbirliyi” kitabında bildirir: “Rotşildin və Varburqların yaxın qohumu olan bankir Yakov Şiff Rus Çarının və Kerenskinin devrilməsinə və Trotskinin bolşevik rejiminin dəstəklənməsinə on milyonlarla dollar xərcləmişdir”. Yakov Şiffin nəvəsi 3 fevral 1949-cu ildə “Nyu-York Journal Amerikan”a bildirmişdi ki, onun babası Rusiyada inqilabın qələbə çalması üçün Trotskiyə 20 milyon dollar pul vermişdir. Xatırladaq ki, o vaxtın milyonları indinin milyardları ilə ekvivalentdir.
 Amerikan tədqiqatçısı Entoni Satton özünün “Uoll-Strit və bolşevik inqilabı” kitabında sənədlərlə sübuta yetirir ki, Rusiyadakı inqilab ABŞ Federal Rezerv Sisteminin vitse-prezidenti Pol Varburqun pulu ilə həyata keçirilmişdir. Məqsəd Rusiyanı məhv etmək, onu iqtisadi konkurent kimi sıradan çıxarmaq, “konkurensiyaya bağlı satış bazarına və texniki cəhətdən geridəqalmış koloniyaya çevirmək, bir neçə qüdrətli amerikan maliyyəçisi və onların nəzarətində olan korporasiyalar tərəfindən istismarına şərait yaratmaq” olmuşdur.
 Hələ 1900-cü illərdən xarici dairələr Rusiyadakı narazı qüvvələri nəzarətə götürüb onlarla iş aparırdılar. Qərbin siyasi və maliyyə qrupları Rusiyada inqilab etmək istəyənləri müəyyənləşdirir, onlara pullar ötürür və dəstək verirdilər. Bu əməliyyatlarda əsas rolları Avstriya-Macarıstan kəşfiyyatı ilə əlaqəli olan Avstriya sosialisti Viktor Adler, eləcə də Almaniya və İngiltərə kəşfiyyatı ilə əlaqəli olan Aleksandr Parvus oynayırdılar. Adler Rusiyada inqilab edə biləcək “perspektiv” kadrları tapıb müəyyənləşdirmişdi, Parvus isə Lenini öz qanadı altına almışdı və solçuların “İskra” qəzetinin buraxılmasını qaydasına qoymuşdu. İnqilabdan sonra Rusiyada qanı su yerinə axıtmış Trotski də vaxtilə Adlerin mənzilində qalmış, Londonda Leninlə birgə yaşamış, Parvusla yaxın əlaqələr quraraq təlimatlar və maddi yardımlar almışdı.
 20-ci əsrin əvvəllərində Rusiyanın get-gedə artan hərbi və iqtisadi qüdrəti Qərbin siyasətçilərini və iqtisadçılarını narahat etməkdəydi. 1901-ci ildə Rusiya İmperiyası neft hasilatına görə ABŞ-ı üstələyərək Rokfellerin Standart Oyl korporasiyasına ağır zərbə vurmuşdu. Çar 2-ci Nikolayın dövründə Rusiya ildə 1500 kilometr dəmiryolu çəkirdi. Hər il ölkədə 10 min məktəb açılırdı. Hərbi-Dəniz Donanmasının inkişaf etdirilməsi proqramı hazırlanmışdı ki, 1905-ci ildə başa çatmalıydı. Rusiyanın əhalisi başqa ölkələrlə müqayisədə sürətlə artmaqdaydı. 2-ci Nikolayın Uzaq Şərq layihəsinin realizasiyasına başlamasını elan etməsi Avropanı təşvişə salmışdı. Sibirin, Uzaq Şərqin tərəqqisini, Transsibir Magistralının tikilməsini, Kvantun, Qavan və Port-Arturdakı donmayan limanların təkmilləşdirilməsini nəzərdə tutan bu layihəyə start verən kimi Qərbin maliyyə dairələri Yaponiyanı Rusiyanın üstünə qızışdırdılar.
 Beynəlxalq maliyyəçilər Rusiyaya ilk zərbəni 1904-cü ildə vura bildilər- onu Yaponiya ilə üz-üzə qoydular. Rusiyanı gücdən salmaq üçün Yaponiyanı onun üstünə qaldırdılar. Amerikanın yəhudi bankirləri Morqan, Rokfeller və Şiff Yaponiyaya müharibəyə başlamaq üçün pullar ötürdülər. Şiff Yaponiyaya ordusunu gücləndirmək üçün 200 milyon dollar pul ayırdı. İngiltərə Yaponiya ilə hərbi ittifaq müqaviləsi bağladı, ona hərtərəfli, o cümlədən diplomatik dəstək verdi və Rusiya beynəlxalq izolyasiyaya salındı. Müharibə başlayan kimi ABŞ da açıq şəkildə Yaponiyaya dəstək verməyə başladı. ABŞ prezidenti Teodor Ruzvelt yazırdı: “Bu müharibə alışan kimi mən Almaniya və Fransanın nəzərinə səmimi şəkildə çatdırdım ki, Rusiya ilə ittifaqa girib antiyapon kombinasiyasına getmək istəsələr, mən Yaponiyanın tərəfini tutacağam və onun maraqları üçün lazım olan hər şeyi edəcəyəm”.
 1903-cü ildə yapon kəşfiyyatının polkovniki Motodziro Akasi Qərb dairələrindən gələn pullar hesabına Rusiyadakı inqilabçı təşkilatlarla iş aparmağa başladı. Akasi ilk əlaqəni Finlandiya müxalifətçiləri ilə qurdu. Sonra fin siyasətçisi Konni Tsilliakus vasitəsilə Polşa sosialist və eserləri ilə, o cümlədən gürcü federalistləri və ermənilərin Daşnaksütyun inqilabçı təşkilatı ilə təmasa girdi. 1904-cü ildə Tokioda Polşa inqilabçıları Pilsudski və Dımovski yapon hökumətindən 20 min funt sterlinq pul aldılar. Elə həmin il polkovnik Akasi yazıçı Vera Zasuliç vasitəsilə Lenin və Plexanovla əlaqə yaratdı. Lenin yapon maliyyəsi hesabına “İrəli” qəzeti buraxmağa başladı. Akasi 1904-cü ilin iyununda gürcü inqilabçısı Dekanozişvili və ermənilərin Daşnaksütyun təşkilatının rəhbəri Loris-Melikov ilə görüşdü; fin siyasətçisi Tsilliakusun təşkil etdiyi bu görüşdə onlar Qafqazda hərbi üsyan qaldırmaq barədə danışıqlar apardılar. Akasi bütün Avropanı gəzərək Rusiyanın zəif cəhətləri barədə informasiya yığdı. O Rusiya müxalifət partiyalarının 1904-cü il Paris və 1905-ci il Cenevrə konfranslarını maliyyələşdirdi ki, bu görüşlərdə Rus hökumətinə qarşı birgə mübarizə proqramı hazırlandı, silahlı üsyanlar qaldırmaq üçün planlar quruldu. Ümumilikdə Akasi Rusiyada dağıdıcılıq fəaliyyətinə 35 milyon dollara yaxın pul buraxdı. O Rusiyaya silah-sursat və qeyri-leqal ədəbiyyat gətirilməsini təşkil etdi. Rus kəşfiyyatçısı Manasyeviç-Manuylovun sayəsində Akasinin ətrafına rus agenti yerləşdirilmişdi. Məlum olmuşdu ki, Rusiyada pozuculuq işlərini maliyyələşdirmək üçün Akasinin ona verdiyi pulları Tsilliakus belə sərf etmişdir: “Eserlər üçün 4000 tüfəng, gürcü inqilabi partiyası üçün 5000 tüfəng, Finlandiya üçün 8000 tüfəng, Polşa sosialist partiyası üçün 5000 tüfəng. Cəmi 23 000 funt sterlinq sərf olunub”. 1905-ci ildə Tsilliakus yapon puluna “Con Qrafton” gəmisi aldı və bu gəmidə Londondan Finlandiyaya silah daşıdı. “Sirius” gəmisində Qara dənizin Poti portuna 8,5 min tüfəng, 2 milyon patron gətirildi, gürcü və erməni inqilabçılarına verildi.
 Həmin dövrdə Rusiya inqilabçılarını maliyyələşdirməyə Yaponiyanın kifayət qədər pulu vardı, belə ki ABŞ-ın yəhudi bankirləri bu iş üçün yapon hökumətinə 30 milyon dollar pul vermişdilər. 1905-ci ildə 5 amerikan milyarderi- Mortimer, Şuster, Run, Levi və Şiff görüşərək Rusiya inqilabçılarını maliyyələşdirmək üçün pul qoymuşdular və bu görüşün stenoqramı Rusiya kəşfiyyatının əlinə keçmişdi. Çar 2-ci Nikolay amerikan bankirləri ilə danışığa girmək istəmişdi ki, onlar inqilabçıları maliyyələşdirməyi dayandırsınlar. Bu məqsədlə Rusiya dövlət xadimi Serqey Vitte bankir Yakov Şiff ilə görüşmüşdü. Lakin Şiff Çarın təklifinə yox deyərək Vitteyə bildirmişdi: “İşlər çox uzağa gedib və ümumiyyətlə Romanovlarla sülhdən söhbət gedə bilməz”. Şiff həm də Çara yəhudilərə neqativ münasibətinə görə nifrət edirdi (Çar yəhudiləri qovaraq onlara Rusiyanın mərkəzi hissəsində yaşamağa icazə vermirdi).
 Amerikan bankirlərinin maliyyəsi ona gətirib çıxardı ki, rus-yapon müharibəsində Rusiya uduzdu. Amma Rusiya samuray qılıncından uduzmadı, arxadan vurulan zərbədən uduzdu. Bu müharibədə verdiyi dəstəyə görə yapon hökuməti amerikan bankiri Şiffi 1905-ci ildə Müəddəs Sərvət və 1907-ci ildə Gündoğan ordenləri ilə təltif etdi.
 Müharibənin gedişində Qərb dairələri Rusiyanın daxilindəki narazı qüvvələri qızışdırdılar, onlara pul buraxdılar və çevriliş törətməyə cəhd göstərdilər. Həmin ərəfədə siyasi meydana Trotski girdi. Amma 1905-ci il inqilabı baş tutmadı- Rusiyanın vətənpərvər qüvvələri yad elementlərə sinə gərə bildilər və iğtişaşların qarşısını aldılar. Uğursuz yəhudi inqilabçıları Qərbə öz ağalarının yanına qaçdılar. Bundan sonra Yakov Şiff 1912-ci ildə Stokholmda “Nia Bank” yaradaraq isveç yəhudisi Ulof Aşberqi bu banka direktor təyin etdi. Şiff Avropaya səpələnmiş Rusiya bolşeviklərini bu bank vasitəsilə maliyyələşdirməyə başladı və onlara milyonlarla dollar pul ötürdü. Rusiyanın pozucu qüvvələri ilə Qərbin yəhudi bankirlərinin sıx işbirliyi yarandı. Trotski ABŞ bankirlərinin sevimli qonağı oldu.
 Trotskinin əmisi, rusiyalı bankir və milyoner Abram Jivotovski ABŞ Federal Rezer Sisteminin təsisçilərindən biridir. Trotski ikinci nigahda onun qızı ilə evlənmişdi. Jivotovski Stokholmdakı “Nia Bank”ın rəhbəri Ulof Aşberqlə sıx əlaqələr qurmuşdu, onunla müştərək “İsveç-Rus-Asiya kompaniyası” yaratmışdı. Jivotovskinin ABŞ-dakı biznes nümayəndəsi isə Sidney Reyli kimi ad çıxarmış superşpion- İngiltərə kəşfiyyarının agenti Solomon Rozenblyum idi. Tanınmış inqilabçı Lev Kamenyev (əsl familiyası Rozenfeld) Trotskinin yeznəsi idi, digər tanınmış inqilabçı Yuliy Martov (əsl familiyası Çederbaum) da Trotskinin qohumu idi və onlar eyni qaynaqdan maliyyələşirdilər. Menjinski qardaşlarının da biri inqilabçı olsa da, digəri tanınmış bankir idi. Yakov Sverdlov Rusiyada “alovlu inqilabçı” kimi tanınırdı, amma onun qardaşı Veniamin ABŞ-da bankir idi. Veniaminin Nyu-Yorkdakı kontoru Brodvey-120 ünvanında yerləşirdi. Yuxarıda adını çəkdiyimiz ingilis superşpionu Sidney Reylinin də ofisi bu binada yerləşirdi. Veniamin ilə Reyli yaxın dost idilər. Həmin binada Reyli ilə yanaşı kabinetdə onun şəriki Aleksandr Vaynşteyn otururdu. İngiltərə kəşfiyyatının agenti olan Vaynşteyn Nyu-Yorkda rusiyalı inqilabçıları başına toplayaraq onlarla iş aparırdı. Qardaşı Qriqori Vaynşteyn “Novıy mir” (Yeni dünya) qəzeti buraxırdı ki, Trotski bu qəzetə redaktorluq edirdi. Buxarin, Kollontay, Uritski, Volodarski, Çudnovski kimi tanınmış inqilabçılar bu qəzetin redaksiyasından çıxmışlar. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya inqilabçıları İngiltərə kəşfiyyatı tərəfindən kurasiya olunurdular və amerikan bankirlərinin tapşırıqlarını yerinə yetirirdilər. Tədqiqatçıların fikrincə Trotski- bolşeviklərin içində İngiltərənin Mİ-6 kəşfiyyatının əsas agenti idi. İngiltərə kəşfiyyatının rezidenti Vilyam Vaysman “Rusiyada kəşfiyyat və təbliğat işi” kitabında Amerikada əməkdaşlığa cəlb etdikləri “çox tanınmış internasionalist-sosialistdən” danışır ki, onun təsvirləri Trotskiyə çox uyğun gəlir.
 Amerikanın yəhudi maliyyəçiləri maraqlı idilər ki, Avropa metropoliyaları dağılsın. 1913-cü ildə ABŞ-da Rotşildin pul maşını- Federal Rezerv Sistemi (FRS) yaradılmışdı. O vaxta kimi müstəqil olan ABŞ-ın maliyyə sistemi FRS-dən asılı hala gələrək Rotşildin idarəçiliyinə düşmüşdü. ABŞ-ın pul buraxan dəzgahı yəhudi bankirlərinin əlinə keçmişdi. Dolları ABŞ hökuməti yox, Rotşild buraxırdı. Dolların dünya valyutasına çevrilməsində əsas maneə rus rublu və alman markası idi. ABŞ-ın yəhudi bankirləri istəyirdilər ki, bu iki valyutanın sıradan çıxarsınlar və kağız kimi ürəkləri istədikləri miqdarda buraxdıqları yeni dolları yeganə ümumdünya valyutasına çevirsinlər.
 Amerikanın yəhudi maliyyəçiləri 1914-cü ildə Rusiyanı Birinci Dünya Müharibəsinə çevrilən yeni müharibəyə cəlb etdilər, ardınca Yakov Şiff ölkədə inqilab törətmək üçün daha 200 milyon dollar pul buraxdı. Onun Rusiyadakı işlərini Trotski həyata keçirdi.
 Birinci Dünya Müharibəsi dövründə Rusiya İmperiyası dünyanın ən stabil və qüdrətli dövlətlərindən biri sayılırdı. Müharibənin gedişində Rusiya və müttəfiqləri Almaniya və Avstriya üzərində qələbənin bir addımlığında idi. Rus ordusu ən yaxşı təminata malik və yüksək döyüş ruhlu ordulardan biri idi. Əsgərdən tutmuş generala kimi dövlətə, Çara sadiq idilər və qələbəyə inanırdılar. Arxa cəbhədə də dövlət üçün təhlükəli sayıla biləcək inqilab əhval-ruhiyyəsi yox idi.
 Amma birdən birə inqilab oldu. Publisist Qriqori Aronson 1959-cu ilin oktyabrında Nyu-Yorkda çıxan “Novoe Russkoe Slovo” qəzetində dərc olunan məqaləsində həmin tarixi ana müəyyən qədər aydınlıq gətirir. Müəllif göstərir ki, Rusiyada Fevral İnqilabı Fransanın yəhudilərdən ibarət “Böyük Şərq Lojası”na bağlı gizli mason lojalarının “əməyinin” nəticəsi idi. Müvəqqəti Hökumətin rəhbəri Aleksandr Kerenski də sonradan məqalə müəllifinin fikirlərini təsdiqləyərək bildirmişdi ki, o “Mason Andı” içdiyinə görə bu barədə susmalı olmuşdur. Aronson göstərir ki, Kerenski qarışıq Müvəqqəti Hökumətin bütün üzvləri masonlar idi. Demək, “qaliblər” əllərinin altında bütün kadrları hazır vəziyyətdə hakimiyyəti zəbt etmişdilər.
 İnqilabın baş verdiyi ərəfədə masonlar artıq İmperiyanın administrativ aparatında bütün vacib postları ələ keçirmişdilər. Onlar Rusiya ərazisində baş verən bütün hadisələrə tam təsir göstərə bilirdilər. Elə bir dövlət sirri yox idi ki, masonlara məlum olmasın və onlar bu məlumatları Parisə- “Ana Loja”ya ötürürdülər. Əgər Çarın əmisi, vacib dövlət arxivlərinə girişi olan tanınmış tarixçi, Böyük Knyaz Nikolay Mixayloviç özü mason idisə, hansı dövlət sirrindən və dövlətçilikdən söhbət gedə bilərdi? İndi məlum olur ki, Çar 13 qvardiya polkunun cəbhədən Petroqrada göndərilməsini və şəhərdəki iğtişaşı yatırmalarını əmr verərkən bu əmr masonların təsiri nəticəsində yerinə yetirilməyibmiş. Böyük Knyaz Aleksandr Mixayloviç xatirələrində yazır: “Mən sonradan öyrəndim ki, Stavkada oturan xəyanətkarlar Dövlət Dumasının liderlərinin təsiri ilə həmin əmrin ləğvinə cəsarət ediblər”. Başqa sözlə, Dumada oturan masonlar özlərinin hərbi komandanlıqda oturan mason qardaşlarına əmr veribmişlər ki, dövlət başçısının əmri yerinə yetirilməsin və inqilabın baş tutması üçün şərait yaradılsın. Yəqin Çarın gündəliyində rast gəlinən “Ətraf xəyanət, qorxaqlıq və yalanla doludur” sözləri məhz bu epizodla bağlıdır ki, həmin epizod Çarın, eləcə də ailəsinin axırını gətirdi və Rusiyanın başına olmazın bəlalar açdı.
 İnqilabdan əvvəl Rusiya dövlətçiliyinin əsas dayağı daxili işlər naziri təyin edilmiş Pyotr Stolıpin sayılırdı. Böyük iradəyə, administrativ istedada malik bu mərd və qorxmaz adamın timsalında masonlar öz əsas düşmənlərini görürdülər və onu məhv etmək üçün fürsət axtarırdılar. Stolıpin 1 sentyabr 1911-ci ildə Kiyevdə öldürüldü. Varlı Kiyev yəhudisinin oğlu Mordka Boqrov tamaşa zamanı Stolıpinə yaxınlaşdı və tapançadan atəş açdı. Bir əli ilə öz ölümcül yarasını tutan Stolıpin digər əli ilə yanında oturan Çarı qorumağa çalışdı. Boqrov Kiyev polisinin gizli agenti idi və hansısa müəmmalı səbəblərdən Çarı və Stolıpini qoruyan dəstəyə üzv təyin olmuşdu. Qəzəblənmiş xalq kütlələri Kiyevdə yəhudiləri qırmaq üçün küçələrə çıxdı, lakin hökumət 3 kazak polku çağıraraq şəhərdə sakitlik yaratdı. Boqrov sorğu-sual zamanı heç kəsin adını vermədi və tezliklə asıldı. Sonradan məlum oldu ki, sui-qəsd günü səhər tezdən o Kiyev kafelərinin birində Trotski ilə görüşübmüş və ondan təlimat alıbmış. Qeyd etmək lazımdır ki, özünün siyasi karyerasının başlanğıcında Trotski artıq 9-cu dərəcəli mason idi. Kiyev Polis Departamentinin rəisi Lopuxin də mason idi...
 Stolıpinin ölümü Rusiya İmperiyasının sonunu gətirən ilk zəng oldu. Konspiroloqlar göstərirlər ki, Stolıpin Rusiya üçün müharibə təhlükəsini hamıdan yaxşı anlayırdı və Birinci Dünya Müharibəsinin qarşısını ala bilərdi. Qeyd edək ki, Avstriya ershersoqu Frans Ferdinandı öldürmüş, bununla da Birinci Dünya Müharibəsinin başlanmasına bais olmuş yəhudi Qavriil Prinsipin mənsub olduğu “Qara Əl” terrorçu qruplaşması Avropanın mason lojaları ilə bağlı idi. Knyaz Feliks Yusupov və dostları tərəfindən Rusiyanın tanınmış və qüdrətli simalarından biri Rasputinin öldürülməsi də dövlətçiliyə vurulan böyük zərbələrdən biri oldu. Yusupovun mason olması haqqında məlumat olmasa da, mason Böyük Knyaz Nikolay Mixayloviçin yeznəsi olduğu bəllidir.
 Mason dairələrinə yaxınlığı ilə tanınan Yekaterina Kuskova 1955-ci ildə yazmışdı: “Masonluq özünün yüksək dairələrə və hərbiyə təsiri ilə inqilabın hazırlanmasında böyük rol oynamışdır”. Çarların böyük əməyi ilə 300 il ərzində ərsəyə gəlmiş böyük Rusiya İmperiyası masonların məkri nəticəsində 6 aya süquta uğradı. Birinci Dünya Müharibəsi başlayanda Rusiyanın 130 milyon əhalisi vardı. Birinci Dünya Müharibəsindən, inqilabdan və vətəndaş müharibəsindən sonra Rusiyanın 100 milyon əhalisi qalmışdı. İudey məkri nəticəsində Rusiya 30 milyon insan itirmişdi.
 Qərb dövlətlərinin və kəşfiyyatlarının agentləri təkcə inqilabi hərəkatda deyil, Çar hökumətində də vardı: dəmir yolu naziri Yuri Lomonosov (inqilab zamanı Çarın qatarını Çarskoe Seloya göndərmək əvəzinə üsyançıların əlində olan Pskova göndərmişdi), daxili işlər naziri Aleksandr Protopopov (amerikan milyoneri Maks Varburqun bankından mütəmadi pul alan bu adam fitnə və paytaxtdakı qatma-qarışıqlıq barədə polisin məlumatlarını Çardan gizlətmişdi), maliyyə naziri Pyotr Bark (inqilab ərəfəsində Petroqradda Amerikanın “Neyşnl Siti Bank”ının açılmasına kömək etmişdi ki, bu bank iğtişaşçılara o dövr üçün nəhəng məbləğ olan 100 min dollar ötürmüşdü). Fevral iğtişaşları ərəfəsində İngiltərənin hərbi naziri, kolonial administratoru və bankiri Alfred Milner Petroqrada gəlmişdi və özü ilə çoxlu pul gətirmişdi. Məhz onun gəlişindən sonra İngiltərənin Rusiyadakı səfiri Corc Bükenenin agentləri Petroqradda iştişaşlara start vermişdilər. ABŞ-ın Almaniyadakı səfiri Uilyam Dodd demişdi ki, Fevral hadisələrində vacib rolu ABŞ prezidenti Vudro Vilsonun Rusiyadakı nümayəndəsi Çarlz Kreyn oynamışdır. Fevral İnqilabı baş verəndə ABŞ prezidentinin müşaviri Eduard Xauz ona belə yazmışdı: “Rusiyadakı indiki hadisələr sizin təsiriniz sayəsində baş vermişdir”. Həmin Xauzun məşhur sözləri qalmışdır: “Qalan dünya yalnız onda rahat yata bilər ki, Rusiya dörd yerə parçalansın- biri Sibir, digərləri isə ölkənin bölünmüş Avropa hissələri”.
 Təəccüblü deyil ki, Fevral İnqilabı nəticəsində devrilmiş Çar hökumətinin yerində yaradılmış Müvəqqəti Hökuməti Qərb dövlətləri ildırım surəti ilə tanıdılar: ABŞ 22 martda, İngiltərə, Fransa və İtaliya isə 24 martda. Fevral inqilabından dərhal sonra Qərbdəki narazı mühacirlər Rusiyaya göndərildilər. Müvəqqəti Hökumət Qərbin tələblərini canla-başla yerinə yetirməyə başladı. Rusiyaya Qırmızı Xaç təşkilatının amerikan missiyası göndərildi; bu təşkilatın 24 nümayəndəsindən cəmi 7-si həkim idi- qalanları kəşfiyyatçı və biznesmenlər idi. 1915-ci ildə Rus əks-kəşfiyyatı tərəfindən həbs olunmuş və ABŞ Dövlət Departamentinin təkidi ilə buraxılmış tanınmış kəşfiyyatçı Con Rid də missiyanın tərkibində idi. Missiyada gələn tərcüməçi katiblərdən Aleksandr Qomberq ABŞ-da Trotskinin “ədəbi agenti” olmuşdu. Missiyadakı Boris Reynşteyn sonradan Leninin katibi işləməyə başladı. Missiyanın rəhbəri Uilyam Boys Tompson ABŞ-ın Federal Rezerv Sisteminin direktorlarından biri idi. “Pravda” qəzeti yazırdı ki, Tompson bu gəlişi ilə eserlərə 1 milyon dollar pul ayırmışdı. Tompson və müavini polkovnik Raymond Robins Müvəqqəti Hökumətin rəhbəri Kerenskinin müşaviri işləməyə başlamışdılar. Kerenskinin digər müşaviri isə tanınmış ingilis yazıçısı, İngiltərənin Mİ-6 kəşfiyyatının agenti Somerset Moem idi.
 ABŞ kəşfiyyatının 12 dekabr 1918-ci il arayışında qeyd olunurdu ki, Lenin və Trotskiyə ABŞ Federal Rezerv Sisteminin vitse-prezidenti Pol Varburq vasitəsilə çoxlu pullar verilmişdir. İnqilabdan sonra isə Trotski ilə amerikan bankirləri arasında əlaqələndirici xarici ticarət narkomu Lev Krasin oldu. Bolşeviklər hakimiyyətə oturandan sonra həmin Tompson və köməkçisi Robins ABŞ bankiri Com Morqana məktub göndərdilər ki, Rusiya hökumətinə 1 milyon dollar pul ayırsın. Bu barədə 2 fevral 1918-ci ildə “Vaşinqton Post” qəzeti xəbər vermişdi və Morqanın pul ayırması barədə sənədin şəklini yaymışdı.
 Öz “missiyasını” uğurla yerinə yetirən Tompson Rusiyanı tərk edərək İngiltərəyə getdi və İngiltərənin baş naziri Lloyd Corca belə bir maraqlı memorandum təqdim etdi: “Rusiya tezliklə dünyada misli görünməmiş böyük hərbi trofeyə çevriləcək...” ABŞ vətəndaşı, Rusiyada heç kəsin tanımadığı Trotski birdən birə ölkənin hərbi və dəniz naziri oldu. Onun məşhur zirehli qatarında daim İngiltərə və Fransa ilə əlaqə saxladığı güclü radiostansiya vardı. Onun müşavirləri isə... ingilis kəşfiyyatçıları Lokkart, Xill, Kromi, amerikan Robins, fransız Lavern və Sadul idilər.
 İlk Sovet hökumətinin vacib fiqurları Qərbin təsir agentləri olan yəhudilər idi: Trotski, Kamenyev, Zinovyev, Buxarin, Rakovski, Sverdlov, Kollontay, Radek, Krupskaya. Leninə “iqtisadiyyat dühası” kimi sırıdılmış yəhudi Mixail Larin (Lurye) ölkə iqtisadiyyatını faciəli duruma saldı. Amerikan tarixçisi Riçard Payps yazır: “Leninin dostu, paralic olmuş əlil Larin-Luryeyə rekord məxsusdur: o 30 ay ərzində nəhəng məmləkətin iqtisadiyyatını məhv etdi”. Larin ticararəti qadağan etmişdi və pulun aradan qaldırılmasını irəli sürmüşdü; vətəndaşlar bir qarın çörəyə dövlət üçün işləməliydilər. 1923-cü ildə o Krımda, Ukraynada və Belorusiyada yəhudi əkinçilik məskənlərinin yaradılması layihəsi ilə çıxış etdi. Dövlətin pulları yəhudi kəndlilərinin maddi vəziyyətinin gücləndirilməsinə sərf olunmalı idi. Sovet dövlətində dövriyyədə olan Larinin layihələri ona gətirib çıxardı ki, ölkədə aclıq və dağıntılar başladı, vətəndaş müharibəsi alovlandı.
 1 mart 1918-ci ildə Trotski Qərb qoşunlarını Murmanskdan keçməklə Rusiyaya dəvət etdi. 5 mart 1918-ci ildə o Robinslə söhbətində bildirdi ki, Transsibir Magistralını amerikanlara vermək niyyətindədir. 1918-ci ilin yayında onun yaratdığı təxribatlar nəticəsində Qərb qoşunları Sibirə doluşdular. Başlı-başına qalmış ölkə ərazisinə soxulan xarici interventlər Şimalda, Qafqazda və Sibirdə böyük soyğunçuluqlar törətdilər. Estoniyada rusların genosidi həyata keçirildi.
 Tədqiqatçı Alfred Rozenberq bildirir ki, amerikanlar Rusiyada baş vermiş inqilabda öz rollarını ciddi-cəhdlə gizlətməyə çalışırdılar. Amerikanın yəhudi bankirləri istəyirdilər ki, ictimaiyyətə bu inqilabda onların yox, alman kəşfiyyatının əli olduğunu yeritsinlər və hətta bu barədə təbliğat kitabçaları da buraxıb yaymışdılar. Diqqəti ona görə Almaniyanın üzərinə cəmləmək istəyirdilər ki, gələcəkdə Almaniyadan da öz məqsədləri üçün istifadə etmək və ondan da qurbanlıq qoyun qismində yararlanmaq fikrindəydilər. Həm də ABŞ kəşfiyyatı əsas diqqəti Sovet hökumətinə rəhbərlik edən Trotskinin Amerikadan paroxodla üzüb gəlməsi faktından yayındırmaq istəyirdi.

MARKSİZM VƏ BOLŞEVİZM- İUDAİZMİN GİZLİ QOLLARI KİMİ

 Rusiyadakı inqilabi prosesləri araşdırarkən istər-istəməz İngiltərənin baş naziri Bendjamin Dizraelinin fikirləri yada düşür. O hələ baş nazir olmamışdan qabaq Avropa hökmdarlarına xəbərdarlıq edərək “dünya inqilabı planının mövcudluğu” ilə bağlı ehtiyatlı olmağı tövsiyyə edirdi. 1-ci İnternasionalın yaradılmasından və Avropada 1848-1849-cu illərdə ard-arda inqilablardan sonra o bildirmişdi ki, bu inqilablara yəhudilər rəhbərlik və təşkilatçılıq edirlər. 1852-ci ildə İcmalar Palatasında çıxışı zamanı Dizraeli demişdi: “Avropada dağılma prinsipinin axırıncı partlayışında yəhudilərin ağalığı qurula bilər. Burda ənənəçiliyə və aristokratiyaya, dinə və mülkiyyətə qarşı qiyam məsələsi vardır. Dağıtma və pozma- yəhudilərin dinindən irəli gələn semit prinsipidir. Bütün qoyların bərabərliyi və qoy mülkiyyətinin ləğvi müvəqqəti hökumətlər formalaşdıran gizli təşkilatlar tərəfindən bəyan edilmişdir, hansı ki bu təşkilatların başında yəhudilər dururlar”. Dizraeli onu da əlavə edirdi ki, “kommunistlərlə ittifaqa ağıllı işbazlar girir və onlar Avopanın aşağı təbəqələrindən olan əclaflarla əl-ələ hərəkət edirlər- dindar yəhudilər ateist yəhudilərlə, yəhudi bankirləri yəhudi kommunist liderlərlə kooperasiya yaradırlar və heç kim bunda heç bir ziddiyyət görmür, belə ki naşükür xristianlığın məhv edilməsi üçün bütün vasitələr işə salınır”.
 Moris Mürrey özünün “Yəhudi ruhu” kitabında yazırdı: “Yəhudi idealizminin Avropada hər intensiv təzahürü üsyanlarla, aclıqla, genosidlə və dağıntıyla müşayiət olunur”. Rotşildlərin şəxsi bioqrafı olmuş Fransa yəhudisi Markus Eli Ravaj 1928-ci ildə “Yəhudinin etirafı” məqaləsində qeyri-yəhudilərə müraciətlə yazırdı: “Siz hələ bizim günahımızın dərinliyini başa düşməmisiniz. Biz- diversantlarıq. Biz- dağıdıcılarıq. Biz- sabotajçılarıq. Biz- terrorçularıq. Biz sizin bütün müharibələrin və inqilabların səbəbkarlarıyıq- təkcə rus inqilabının deyil, tarixin hər böyük inqilabının!” Yəhudi ədəbiyyatşünası, sionizmin ideoloqlarından biri Moris Samuel 1924-cü ildə çıxmış “Siz- qoylar” kitabında kommunist himninin məşhur “Bütün zorakılıq dünyasını biz kökündən dağıdacayıq” sözlərini belə interpretasiya edirdi: “Biz yəhudilər- dağıdıcılarıq, biz həmişə başqalarının qurduqlarını sındıracayıq və məhv edəcəyik”. Fransa yəhudilərinin “Xalqçı yəhudi” qəzeti 8 fevral 1919-cu ildə yazırdı: “Gözlənilən dünya inqilabı tam bizim əlimizdə olacaq. Bu inqilab bizim başqalarının üzərində hökmranlığımızı yaradacaq”. İngiltərənin “Tayms” qəzeti 8 may 1920-ci ildə Rusiyadakı yəhudi inqilabı ilə bağlı yazırdı: “Məgər bir German Dünyasından ona görə qaçırdıq ki, İudey Dünyasının altına düşək?”
 Moris Samuel 1940-cı ildə “Böyük nifrət” kitabında yazırdı: “Yəhudi kommunistləri və yəhudi bankirləri Qərb sivilizasiyasının məhv olması üçün əl-ələ verib çalışırlar”. Tədqiqatçı Artur Nelson Fild “Maskasız sosializm” əsərində yazır: “Beynəlxalq bankirlər Rusiyadakı bolşevik inqilabı dəyirmanına pulu şəlalə kimi axıdırdılar. Filadelfiyadan sabun zavodunun rəhbəri yəhudi Jozef Fels hələ 1907-ci ildən Trotski və Leninə pullar verirdi. Bu balacaboy kişi bütün Avropa boyu gəzərək krallarla, şahzadələrlə, baş nazirlərlə, hökumət üvləri ilə, din xadimləri ilə danışıqlar aparırdı, hər yerdə kommunist inqilabının xeyrinə sağa və sola pullar səpirdi”.
 Hələ 1881-ci ilin martında Çar 2-ci Aleksandr öldürülərkən tanınmış rus publisiti, tarixi dərsliklər müəllifi Dmitri İlovayski Rusiyada inqilabi hərəkatın yad xarakterini açaraq bildirmişdi ki, rus inqilabçıları polyakların və yəhudilərin əlində küt silaha çevriliblər. Amerikanın İngiltərədəki səfiri Con Devis 23 iyul 1919-cu ildə Vaşinqtona dövlət katibinin adına göndərdiyi hesabatında deyirdi: “İndi açıq-aşkar sübutlar var ki, bolşevizm- yəhudilərin nəzarəti altında olan internasional hərəkatdır. Amerika, Fransa, Rusiya və İngiltərədəki yəhudi liderləri arasında əlaqə vardır və ümumi səylər koordinasiya olunur”.
 Roma Papası 11-ci Piy diplomatik tərzdə demişdi: “Rusiya adamları üçün biz öz dərin simpatiyamızı izhar edirik. Bizə məlumdur ki, onların çoxu ölkənin real maraqlarına yad adamlar tərəfindən çiyinlərinə yüklənmiş əsarətdən əziyyət çəkir. Biz bilirik ki, çoxları saxta ümidlərlə aldanmışlar. Biz Rusiyanı öz planının eksperimenti üçün məkan kimi görən sistemi müəllifləri və yaradıcıları ilə birgə pisləyirik. Bu plan uzun illər qabaq hazırlanmışdı və indi dünyanın bir başından o biri başına yayılmaqdadır”.
 Sionistlərin “Yəhudi xronikası” qəzeti 4 aprel 1919-cu ildə yazırdı: “Bolşeviklərin içində yəhudilərin çox olması o faktı göstərir ki, bolşevizm ideyaları bir çox cəhətlərinə görə elə İudaizmin ən yaxşı ideyalarıdır”. Rusiya inqilabının Zinovyev, Kamenyev kimi əsas simaları da sionizmi aktiv şəkildə dəstəkləyirdilər. İsrail Kommunist Partiyasının 2011-ci ildə verdiyi bəyanata görə, Lenin özünü İsraildə basdırmağı vəsiyyət etmişdi. Amerikada çıxan “Yəhudi xronikası” qəzeti 16 dekabr 1932-ci ildə yazırdı: “Lenin İsveçrədəki yəhudi toplantılarında hələ 30 il əvvəl iştirak edirdi. Onun rus olmasına şübhələr vardır”. Yəhudi icmalçısı İlana İven 1955-ci ildə yazırdı: “Trotski-Bronşteyn, Kamenyev-Rozenfild, Zinovyev-Apfelbaum kimi tanınmış bolşevik liderlər daim kütləni aldadaraq onları yəhudilərlə heç nə bağlamadığını göstərirdilər”. Quqo Valentin 1937-ci ildə “Yəhudilər və bolşevizm” məqaləsində yazırdı: “Şübhəsiz ki yəhudi nöqteyi-nəzərindən kommunist liderlərinin yəhudi olmaları böyük nailiyyət idi”.
 “Amerikan yəhudisi” qəzeti 20 sentyabr 1920-ci il nömrəsində yazırdı: “Rusiyadakı bolşevik inqilabı yəhudi beyinlərinin, yəhudi narazılığının, yəhudi planlaşdırmasının məhsuludur və ümumdünya yəhudi nizamı yaratmaq məqsədi güdür. Rusiyada möhtəşəm həyata keçirilmiş bu iş həmin yəhudi əqli və fiziki gücü hesabına bütün dünyaya yayılmalıdır”.
 Londonda sionistlərin ruporu sayılan “Yəhudi xronikası” qəzeti 12 aprel 1919-cu il nömrəsində yazırdı: “Bolşevizm konsepsiyası iudaizmin əksər müddəaları ilə harmoniya təşkil edir”. “Çikaqo Tribune” qəzeti 19 iyun 1920-ci il nömrəsində bolşevizmi “yəhudilərin dünya üzərində nəzarət aləti” adlandırmışdı. Amerikalı maqnat Henri Ford 1920-ci ildə yazdığı “Dünya yəhudiliyi” kitabında deyirdi: “Proletariat diktaturası adı verilmiş məsələdə proletariat heç bir səsə malik deyil. Sadəcə Rusiyada yarandığına görə rus adlanır, amma rus xalqından çıxmadığına və onunçün olmadığına görə mahiyyətcə rus sayıla bilməz. Bolşevizm Sion Protokollarının beynəlxalq proqramıdır; bu proqram hər bir ölkədə azlıq tərəfindən həyata keçiriləcəkdir ki, rus tamaşası burda sadəcə general repetisiyadır”. 1930-cu illərdə Avropanın sağ dairələri bolşevizmi “bir dəstə yəhudi ədəbiyyatçısının və birja banditinin rus xalqı üzərində diktaturası” sanırdılar. 1950-1960-cı illərdə bir çox Avropa konspiroloqları sionizmi və kommunizmi iudaizmin törəmələri kimi xarakterizə edirdilər və bildirirdilər ki, hər ikisi dünya yəhudiliyi, konkret olaraq “ümumdünya yəhudi kaqalı” tərəfindən yemlənmişdir və istiqamətləndirilmişdir. Rus monarxisti və publisisti Vasili Şulqin də sionizmin və bolşevizmin sıx bağlılığını vurğulayır: “Sionizm ilk əvvəl xəyalpərvərlərin arzusu idi və yəhudilərin çox hissəsi bunu dəstəkləmirdi. Sonra bu ideyaya yəhudi inqilabçıları yiyələndilər və bunu öz inqilabi məqsədləri yolunda doyunca işlətdilər”. “The Councillor” nəşri 1 fevral 1965-ci ildə “Yakobinlər və bolşeviklərlə bağlı köhnə sui-qəsd” adlı məqaləsində bolşevizmin yaradıcısının əslində Karl Marks yox, İllüminatlar Ordeninin banisi Adam Veysqaupt olduğunu bildirərək yazırdı: “Fransa İnqilabının yakobinlərinə Bavariya illüminatları nəzarət edirdilər. Sui-qəsdçilər bu gün kommunizmə nəzarət edirlər. İllüminatçılıq- teoretik yakobinliyin məktəbidir; yakobinlər isə illüminat-praktiklərdir”.
 Bir çox tədqiqatçılar yəhudilərin Rusiyadakı inqilabi proseslərdə yaxından iştirakını iudaizmin zühur edəcək Xilaskarla bağlı esxatoloji tezisi ilə əlaqələndirirlər; həmin dövrün bir çox yəhudi sol təşkilatları Xilaskar rolunda tək bir nəfəri yox, bütov yəhudi xalqını görürdülər. Tədqiqatçı Moris Pinye “Kilsəyə qarşı sui-qəsd” kitabında yazır: “Sionizmə messian hərəkat kimi baxış iudaizmdə geniş yayılmışdır və bu baxış Marksın kommunizmi üçün də tipik neomessiandır. Hər ikisi eyni İsrail sprutunun öz messian idealını realizasiya etməyə və dünyaya yiyələnməyə çan atan caynaqlarıdır”. Müvəqqəti Hökumətin həbs etdiyi və xaricə qaçmış rus generalı Aleksandr Meller-Zakomelski də Marksın sosializmini iudaizm ilə əlaqələndirirdi və İsrail xiliazmının (Yer üzündə cənnət gözləntisi) məntiqi xülasəsi olduğunu bildirirdi. İlk marksist dərnəklərin liderləri olan, sonradan solçu Bund partiyasını yaratmış Kopelzon, Kremer, Mil, Berman, Ayzenştadt kimi yəhudilər marksizmi yəhudi xalqının xüsusi missiyası haqqında ənənəvi Bibliya təqdimatı ilə paralellər aparmaqla şərh edirdilər. Təsadüfi deyil ki, rus marksizminin yaradıcısı Georgi Plexanov Bundçuları “ardıcıl olmayan sionistlər” adlandırırdı və deyirdi ki, onlar “Sionu Fələstində yox, Rusiya dövləti hüdudlarında yaratmaq istəyirlər”. Sionizmin ideoloqlarından Vladimiz Jabotinski yazırdı: “Mən bundçuların inamlı və qızğın pərəstişkarlarındanam. Onların şücaətlərinin Rusiyanın taleyində önəmli rol oynamasına şübhəm var, amma məni bir sionist kimi daha çox yəhudiliyin taleyi maraqlandırır ki, bu xüsusda Bundun rolu nəhəngdir”. Jabotinskinin fikrincə, Bund “sionizmin ən geniş siyasi məqsədlərinin həyata keçirilməsini əhəmiyyətli dərəcədə yüngülləşdirmişdir”. Jabotinski özünün “Bund və sionizm” məqaləsində daha da dərinə gedərək maraqlı mətləblərə işıq salır: “Bund və sionizm- eyni kökdən gələn iki xoldur; bu böyük gövdənin budaqlarından biridir. Bund- sionizmin nümunəvi ruhani məktəbində hazırlanmış sinifdir. Bund- sionizmin epizodlarından bididir”.
 Marks və Engelsin müəllimi Almaniyanın yəhudi filosofu Mozes Qess olmuşdur. Tədqiqatçı Mark Leon “Marks marksizmdən əvvəl” kitabında yazır: “Yalnız 1-ci İnternasionalin baniləri olan Marks, Engels və Bakuninə böyük təsir etmiş Mozes Qessi başa düşməklə kommunizmin satanist dərinliyini anlamaq olar”. Yəhudi Ensiklopediyası Qessi “ilk alman sosialistlərin biri, ilk sosialist yönlü sionizmin çağırışçılarından biri” kimi xarakterizə edir. Özünün “Rim və Yerussəlim” kitabında Qess Fələstində “yəhudi sosialist dövləti yaratmağa” səsləyirdi. Onun fikrincə ancaq bu yolla yəhudilər get-gedə onlara qarşı artan nifrətdən yaxa qurtara bilərdilər və öz identikliklərini saxlayardılar. O bu dövlətin sosialist prinsiplərini də izah edirdi. Qessin fikrincə bu dövlətdə yəhudilər həm də öz dinlərini- iudaizmi saxlamalıydılar. Yeni yəhudilər sosialist və dindar olmaqla yanaşı həm də millətçi olmalıydılar- Qess millətçiliyə qarşı çıxan yəhudiləri “dönük və xəyanətkar” adlandırırdı: “Hər bir yəhudi ilk növbədə yəhudi patriotu olmalıdır”. Qess sosialist olmaqdan da çox sionist idi və bunu açıq-aydın bildirirdi. “İlk əvvəl- irqi mübarizə. Sinfi mübarizə ikinci dərəcəlidir”- o yazırdı. “Hər bir yəhudidə Xilaskar Məsih qabiliyyəti var” deyən Qessin fikrincə, Xilaskar gözlənildiyi kimi bir nəfər yox, yəhudi xalqının özü olmalıdır. O yazırdı: “Bizim Tanrımız- məhəbbətlə birləşmiş insan irqidir. Belə birləşməyə nail olmağın yolu on milyonlarla insanın əziləcəyi və öləcəyi sosialist inqilabıdır”. Qess “sosialist inqilabının ümumdünya qələbəsini” yəhudilərin messian, yəni xilas dövrü adlandırırdı.
 Maraqlıdır ki, ardıcıllarının və soydaşlarının Rusiyada inqilab həyata keçirdiyi bu adam özü Rusiyaya və slavyan xalqlarına nifrət edirdi və o bu nifrəti şagirdləri Marksa və Engelsə də aşılamışdı. Marks slavyanları “varvarlar” adlandırırdı və slavyanlığın kökünü kəsməyə çağırırdı. İlkin marksistlər də almaniyalı olduqlarından Rusiyaya müəyyən qədər Qərb həqarəti və ideoloji nifrəti ilə yanaşırdılar.
 Karl Marksın digər müəllimi ravvin Barux Levinin ona yazdığı məktub da maraq doğurur. Barux Levi “Elm və sivilizasiyanın inkişafı üçün yəhudilərin ittifaqı” təşkilatına rəhbərlik etmiş, uzun müddət Almaniya və Avropa yəhudiləri arasında sionist təbliğatı aparmış bir adamdır. O Mozes Qesslə birgə sionizmin neomessian ideya əsasında yaradıcılarından biridir. Levi öz məşhur tələbəsinə məktubunda fəhlə sinfindən kor alət kimi istifadə etməklə ümumdünya yəhudi hegemonluğuna nail olmağın yolunu ona belə başa salırdı: “Yəhudi xalqı özü özünün Xilaskarı olacaq. Onun dünya üzərində hökmranlığı qalan insan irqlərinin birləşdirilməsi, monarxiyaların və sərhədlərin ayrılıq bünovrələri kimi ləğvi, hər yerdə vətəndaş hüquqlarını tanıyan Ümumdünya Respublikasının elan olunması yolu ilə həyata keçiriləcək. İnsanlığın indiki yeni təşkilatlanmasında İsrail övladları Yer səthi üzərində səpələniblər; bir irqdən, eyni ənənəvi quruluşdan olanlar güclü müqavimətə rast gəlmədən hər yerdə idarəedici elementə çevriləcəklər, xüsusən də fəhlə kütlələrinə yəhudilərin rəhbərliyini yeridə bilsələr. Beləcə proletariatın qələbəsi bütün millətlərin hökumətlərini Ümumdünya Respublikasının yaradılması ilə İsrailin əllərinə verəcək. Onda yəhudi irqinin hökuməti şəxsi mülkiyyəti ləğv edə biləcək və hər yerdə xalqların sərvətlərinə sahiblənəcək. Bu yolla Talmudun gələcək messian zamanlar barədə vədləri reallaşacaq, hansı ki yəhudilər bütün dünya xalqlarının mülkiyyətinə yiyələnməliydilər”.
 Rusiyada 1917-1927-ci illərdə baş verənlərin əsl məğzi budur! Qəddar diktatura quruluşu, yad fikirlilərin ucdantutma öldürülməsi, qoy cəmiyyətlərinin ruhani, elmi, ədəbi, texniki elitalarının likvidasiyası, ailə institutunun dağıdılması, əxlaqın, tərbiyənin və mənəviyyatın məhvi, arvad və uşaqların ümumi olduğu, bir yorğan altında yatdığı cəmiyyət yaratmaq istəyi, cinsi pozğunluğun yeridilməsi, abortlara icazə verilməsi, ölkənin təbii sərvətlərini xaricilərin daşıyıb aparması, yeni yaradılmış ordu vasitəsilə Avropanın milli hökumətlərini devirmək və Ümumdünya Respublikası yaratmaq cəhdi. Məhz Rusiya kəşfiyyatının işçisi Stalin bütün bu bəlalara son qoydu; o bu planları həyata keçirən trotskist yəhudiləri qırıb SSRİ-də əsl xalqçı quruluş və sosialist sistem qurdu. Stalin kommunizmin və marksizmin satanist mahiyyətini dəyişdirdi, onların yerində stalinizm və sovetizmə söykənən əsl xalq sosializmi yaratdı.
 Karl Marks əsl adı Mozes Mordexey Levi olan yəhudidir. Marksın iki babasının ikisi də ravvin olmuşdur. Alman cəmiyyətində vəziyyətini yaxşılaşdırmaq və irəli getmək üçün o xristianlığı qəbul etmiş və alman adı götürmüşdür. Lakin məlumdur ki, müəllimi Mozes Qessin sayəsində sosialist dünyagörüşünə gəlməzdən əvvəl o dinə qarşı çıxırdı. “Yuxarıda hökm eləyəndən qisas almaqdan ötrü alışıb yanıram”- tələbə şeirlərinin birində o Tanrıya həqarətlə yazırdı. “Oulanem” adlı poemasında isə bütün insanlığı lənətləyirdi. Marksın bu kimi digər poetik əsərləri onun satanist olmasına dəlalət edir. Marks kasıb yaşasa da, varlı qohumlarından miras almaq arzusu ilə aşıb daşırdı. Əmisi ölüm ayağında olanda yazmışdı: “Bu it ölsə, mən kasıblıqdan çıxaram”. Marks nəinki qohumlarına, heç partiyadaşlarına da hörmətlə yanaşmırdı. Engelsə yazdığı məktubunda deyirdi: “Proletariat axmaq fəhlələrin mənə qarşı duyduğu nifrətdən məni qorumalıdır”. Marks insanlığı sevmirdi və onun xarakterinə yaradıcılıq yox, dağıdıcılıq xas idi. Onu yaxından tanıyan Friç Radeç yazırdı: “Onun qəlbi insanlara sevgi ilə yox, nifrət ilə aşıb daşırdı”. İnsanlığı sevən Marks- ölümündən sonra onun haqqında planlı şəkildə quraşdırılmış mifdir. Marksizm öz satanist mahiyyətini gizlədir. Lenin əbəs yerə demirdi ki, heç bir marksist Marksı düzgün dərk edə bilmədi. Marksistlər Allaha, cənnət-cəhənnəmə inanmayan ateistlər sayılırlar. Amma yaxından baxanda marksizmin ateist maskasının arxasından satanist sifəti görünür. Dinə kəskin kommunist hücumunu heç bir insani motivlə izah etmək mümkün deyil. Moris Mürreyin məşhur fikirləri yada düşür: “Kütlələr dindən üz döndərdikcə yəhudi ruhu onlara daha çox hopur”. Moris Mürrey özünün “Yəhudi ruhu” kitabında yazırdı: “Qanı və ənənəsi ilə Karl Marks İudaizmin bətninə və qəlbinə mənsubdur... Karl Marks və Rotşild yəhudi xalqının iki qütbünü təmsil edirlər, amma bunlar elə əksliklərdir ki uzlaşırlar. Karl Marks və Rotşild hər ikisi öz apogeyina qaldırılmış yəhudi idealizmini təcəssüm etdirirlər”.
 Marksizmin şeytani təbiəti açıq-aydın ortalıqdadır. Araşdırmalar göstərir ki, Marksın ətrafı- satanistlərdən ibarət idi. Yeznəsi Eduard Evelinq teosofiyanın yaradıcılarından biri Enni Bizandın dostu idi. Teosofiya okkultizmi təqdir eləyən dini məktəbdir. Dünyanı ələ keçirmək üçün Yeni Dünya Nizami yaratmağa çalışan qlobalistlərin söykəndiyi “Nyu Eyc” (hərfi mənada yeni era, mahiyyətcə yeni din) fəlsəfəsini məhz bu məktəbdən çıxan satanistlər yaratmışlar. Eduard Evelinq özü “Tanrının alçaqlığı” mövzusunda mühazirələr oxuyurdu. Qeyd edək ki, satanistlər ateistlərdən fərqli olaraq Tanrının varlığını qədul etsələr də, onu ali yox, aşağı və yaramaz sayırlar və onun əvəzinə Şeytanı alqışlayırlar. Marksın ətrafı belə ünsürlərdən ibarət idi. Marksın dostu filosof Pyer-Jozef Prudon da şeytana sitayiş edirdi. Prudon yazırdı: “Tanrı- axmaqlıq və qorxaqlıqdır. Tanrı- riyakarlıq və yalandır. Tanrı- zülm və kasıblıqdır. Tanrı- şərdir. Ey Tanrı, mən qollarımı göyə açaraq bildirirəm ki, sən mənim düşüncəmin qatilindən, vicdanımın qırmancından başqa bir şey deyilsən”. Belə fikirlər məhz satanist kultu üçün xasdır. Marksın həmfikri, marksizmin yaradıcılarından olan Fridrix Engels bir dəfə öz məqsədlərini açıq şəkildə belə bildirmişdi: “Bizim yeganə vacıb işimiz dini dünya nizamı ilə mübarizədir”. Qeyd edək ki, Allaha qarşı müharibə elan etmələri onların həyatında müdhiş rol oynamışdır. Engels ağız boşluğu xərçəngindən ağır əzablar içində ölmüşdür. Marksın 7 övladı oldu. 3 oğlu və 1 qızı uşaqkən öldü, 2 böyük qızı isə intihar etdi. Böyük qızı Jenni 39 yaşında sidik kisəsinin xərçəngindən öldü. Ortancıl qızı Lauranın üç uşağı öldü, bundan sonra o əri Pol Lafarqla birgə 1911-ci ildə zəhər içib intihar etdilər. Kiçik qızı Eleonoranın övladı olmadı, əri içib gəzdi, o da həyatdan bezərək kislota içib özünü öldürdü. Müəllimi, tanınmış alman filosofu Ferdinand Lassalın, eləcə də öz valideynlərinin də yasına getmədi. Marksın öz yasında cəmi 6 nəfər iştirak etdi. Nəticəsi Konrad Hitlerin dövründə Gestapoda xidmətə girdi və SS qoşunlarının tərkibində Sovetlərə qarşı döyüşərkən Novqorod yaxınlığında həlak oldu.
 İngilis jurnalisti Duqlas Rid “Sion haqqında mübahisə” kitabında yazır: “Avropa düzgünlüyünə 18 əsrin təsdiqləməsi ilə əmin olduğu bir yolla gələcəyə getdiyi bir vaxtda Rusiyanın talmudik yerlərində sionizm kommunizm ilə birləşdi. Kommunizmin vəzifəsi insan kütlələrini yoldan çıxarıb azdırmaq idi; bu Dizraelinin öncəgördüyü həmin o “böyük xalq hərəkatı” idi ki, onun köməyi ilə “gizli cəmiyyətlər” Avropanın dağılması üzərində işləyirdilər. Sionizm isə yuxarıda oturan hökmdarları tovlamaqla məşğul oldu. Bu qüvvələrin heç biri o birinin köməyi olmadan uğur qazana bilməzdi; ləkələnməmiş və avtoritetini saxlamış dövlət kişiləri inqilabın öhdəsindən gələrdilər, necə ki 1848-ci ildə gəldilər. Sionizm Rusiyadakı talmudik mərkəzin Qərb yəhudilərinin azadlığına verdiyi cavab idi ki, onlara başqa xalqlarla qarışmamağı və ayrı qalmağı əmr etdi. Ta Vavilon çağlarından idarəedici sekta vəd olunmuş torpaqlar kartını oynatmağa cürət etməmişdi və əgər onların indiki siyasəti fiaskoya uğrasa bu kartı gələcəkdə bir daha işə salmaq alınmayacaqdı. Talmudçuların ehtiyat etməsi də bununla izah olunur; onlar bu axırıncı vasitəyə yalnız yəhudilərin azadlığının inkişafı onların həyati maraqlarına- yəhudilər üzərində hakimliyinə təhlükə yaratdığı zaman əl atdılar. Bu vaxta kimi onlar “Əməl günü” özünü yetirdiyini iddia edənlərin hamısını yalançı Məsih adlandırmışdılar. Əgər Sabbatay Svi, Kromvel və ya Napoleon Fələstini onlara vermək iqtidarında olsaydılar, onları Məsih adlandırardılar; indi onlar özləri özlərini Məsih elan etdilər- belə bir riskli addım çətin ki gələcəkdə bir də təkrarlansın”. Duqlas Rid mövzu ilə bağlı davam edərək yazır: “Kommunizm və sionizm ekizlərinin qohum kökləri haqqında ətraflı informasiyanı öz kitabında Xaim Veysman verir. Veysman sionizmin doğulmasında iştirak edib, bir çox ölkələrdə onun səlahiyyətli kommivoyajeri olub. 40 yaşında monarxların, prezidentlərin və nazirlərin sevimlisinə çevrilib, sonra sionist dövlətin ilk prezidenti işləyib. Veysmanın sözlərinə görə, 100 il qabaq olduğu kimi yəhudilərin mərkəzdən kənar məskunlaşdığı ərazilərdə strategiya hazırlandı ki, bu strategiyanın nəticələri Avropa xalqlarını və bütün Qərbi burulğanda olduğu kimi gicəlləndirdi. Amerikanlar, ingilislər, almanlar, fransızlar, italyanlar, polyaklar, ruslar, Skandinaviya, Baltika, Balkan və başqa yerlərin xalqları bu hadisələrə ilişdilər. Məqsədlərinə çatmaq üçün kommunistlərə və sionistlərə bütün dünyanın insan qanı və var-dövləti açıq krandan axan kimi axdı. Sağ və ölmüş milyonlarla insan iki müharibədə iştirak etməklə bu iki bir-birini tamamlayan qüvvəyə kömək etdilər. İndi doğulanlar da bu iki qüvvənin insanlığı sürüklədiyi qaçılmaz partlayışlardan öz miraslarını götürüblər. Onların hərəkətlərindən başqa xalqların geniş kütlələri ilə müqayisədə az da olsa, yəhudilər də əziyyət çəkirlər. Veysmanın kitabı müasir tarixçilərə bütün bunların başlanğıcını və mənbəyini göstərir; indi bu iş gündən günə püxtələşərək və yeni formaya düşərək günümüzün reallığına çevrilmişdir”.
 Veysman Rusiyadakı yəhudiləri 3 qrupa ayırırdı. Birinci qrup “şəhərdə sülh” axtaran və Rusiyanın loyal vətəndaşları olmağa çalışan yəhudilərdir, necə ki Qərbdə yəhudilərin çoxu loyal almanlara, fransızlara və s. çevrildilər. Bu qrup epansipasiyaya can atır və əsasən işləyən, talmudçuların hakimliyindən qorxan və yelərdəki məngənədən qurtulmağa çalışan adamlardan ibarətdir. Qalan yəhudilər- yerlərdə Talmudun hakimiyi altında yaşayanlardır ki, 2 qrupa bölünürlər: “inqilabçı kommunistlər” və “inqilabçı sionistlər”. Hər iki qrup inqilab yolunda əl-ələ verib Rusiyanın dağılması üçün çalışırlar. Onların yalnız sionizmə münasibətdə fikir ayrılığı vardır. Veysmana görə, “inqilabçı kommunistlər” qrupu hesab edir ki, yəhudilərin tam “emansipasiyası” dünya inqilabı milli dövlətləri məhv edərək onları özü ilə əvəzləyəndə baş verəcək. “İnqilabçı sionistlər” qrupu isə onların işlərinə xeyir verəcək dünya inqilabının vacibliyini qəbul etsə də, bildirir ki, bu “emansipasiya” yalnız yəhudi milli dövləti yarandıqdan sonra baş verə bilər. Veysmanın həmin bölgüsü ilə bağlı Duqlas Rid yazır: “Aydındır ki, sionist qrup ortodoksal talmudizmə daha yaxın idi, belə ki Qanuna əsasən dağıntı- hökmranlığa nail olmaq vasitəsidir, hakimlik edəcək millət isə Yerussəlimdə məskunlaşacaqdı. İcmalarda və ailələrdə kəskin mübahisələr gedirdi; kommunistlər sionistləri “irq və dini” inkar edən inqilabi işi pozmaqda suçlayırdılar, sionistlər isə cavab verirdilər ki, inqilab “seçilmiş millətin” hakimliyinə gətirib çıxarmalıdır, hansına ki irqi mənsubiyyət elə dini mənsubiyyət deməkdir... Yerli yəhudiliyin başı üzərindən daha uzaqları görən idarəedici ravvin sektası hər iki qrupu ümumi məqsədə çatmaq üçün xeyirli hesab etdi. Dizraeli həmin məramın motivlərini belə açıqlayır: «18-ci əsrin ortalarından başlayaraq inqilab tarixi- eyni mərkəzdən müxtəlif yollarla eyni məqsədə aparan kommunizm və sionizmdir»”.
 Solçu konsepsiya ilk markisistlərə yəhudi bankirləri və sənayeçiləri ilə əməkdaşlıqda mane olmurdu. Rotşildlər klanı aktiv şəkildə markisist qruplara dəstək verir və maliyyələşdirirdi, Komminternin büdcəsinə digər yəhudi bankirləri də köçürmələr edirdilər. Rusiyada inqilab ərəfəsində də eyni tendensiya müşahidə olunurdu. Lev Trotski və digər bolşevikləri amerikan bankiri və qatı sionisti Yakob Şiff, bankir Varburqlar, Rotşildlər və s. maliyyələşdirirdilər. Maraqlıdır ki, sadaladığımız yəhudi varlıları eyni qayda ilə sionistləri də maliyyələşdirirdilər. Məsələn, Edmund Rotşild Fələstində ilk yəhudi məskənləri üçün torpaqlar almışdı, amma eyni zamanda sosialist hərəkatına da pul buraxırdı, belə ki Qərbi Avropanın bir çox yəhudiləri kimi o da sosialist hərəkatını sırf yəhudi işi hesab edirdi. Yəni həm sionistlər, həm də sosialistlər eyni qaynaqdan- yəhudi kapitalından maliyyələşirdilər.
 Rus mütəfəkkiri və ictimai-siyasi xadimi Mixail Bakunun “Mənim Marksla münasibətlərim” memuarlarında yazırdı: “Marks yəhudidir. Londonda da Fransada, xüsusən də Almaniyada olduğu kimi onun ətrafında böyük bir dəstə cühud var; balacaboy, az-çox intelligent, intriqaçı, diribaş, möhtəkir- hər yerdə olan adi yəhudilərdir. Bunlar- kommersiya və bank agentləri, yazıçılar, siyasətçilər, müxtəlif istiqamətli qəzet müxbirləri, ədəbi dəllallar eynən maliyyə dəllaları kimi, bir ayaqları bankda, bir ayaqları sosialist hərəkatındadır. Onlar bütün qəzetləri tutublar və siz təsəvvür edə bilərsiz bu qəzetlərdə necə iyrənc materiallar gedir”. Bakunun vurğulayırdı ki, Marks və ətrafı yəhudi burjuaziyası ilə sıx kontaktdadırlar: “İstismarçı sektanı, qaniçən xalqı formalaşdıran, nəinki dövlət sərhədlərini, həm də hər cür siyasi təsisatları adlamaqla sıx və əlbir təşkilatlanmış bütün bu yəhudi dünyası indi bir tərəfdən Marksa, o biri tərəfdən Rotşildə xidmət göstərir. Mən əminəm ki, həm Rotşildlər Marksın xidmətlərini qiymətləndirirlər, həm də Marks Rotşildlərə instinktiv meyl və dərin hörmət hiss eləyir”. Bakunin memuarlarında yəhudi varlılarının inqilab işindəki rolunu tam açıb göstərir. 
 Beləliklə, Kommunist İnternasionalı sırf proletar təşkilatı kimi təqdim olunsa da, proletariatın sinfi düşməni sayılan kapitalistlərin bu təşkilatdakı rolu gizlədilir. Reallıqda proletariat İnternasionalında proletariatın “sinfi düşməni” sayılan Rotşild, Arone kimi bankirlər, Zinger, Engels, Kremye kimi sənayeçilər də işləyirdilər və pul buraxırdılar. Yəhudi publisisti Ferdinand Lassalın yaratdığı Alman Fəhlə İttifaqına onun ölümündən sonra yəhudi milyoneri Paul Zinger rəhbərlik edirdi. “Di sosialistişe monatsxefte” qəzetini kasıb yəhudi Blox redaktə etsə də, multimilyoner yəhudi Arone buraxırdı. Fransa kommunistlərinin “Yumanite” qəzeti yəhudi bankirlərinin pulu ilə çıxırdı. Bu cür nümunələr yetərincədir.
 Amerikan tarixçisi və politoloqu Valter Laker yazır: “Birinci Dünya Müharibəsinə və Avropada millətçi əhval-ruhiyənin yaranmasına kimi yəhudi sosialistlər belə hesab edirdilər ki, yəhudi məsələsini yalnız sosialist inqilabı həll edəcək, odur ki hər bir yəhudini öz ölkəsində fəhlə sinfinin azadığı uğrunda mübarizəyə aktiv şəkildə qatılmağa səsləyirdilər”. Tədqiqatçı Vladimir Bolşakov “Talmudla və qırmızı bayraqla. Dünya inqilabının sirləri” kitabında yazır: “Sovet dövründə SSRİ-də və onun dağılmasından sonra Rusiyada “odlu inqilabçıların” dürlü-dürlü bioqrafiyaları peyda oldu, elə İsrailin özündə də onlar haqqında heyranlıqla danışırdılar və danışırlar. Nə uğrunda onlar hamısı qoltuqlarında Talmud və əllərində qırmızı bayraq “köhnə dünyanın üzərinə hücuma” keçmişdilər? Bu hansısa idealizm və insanlığa, o cümlədən rus xalqına xoşbətlik gətirmək cəhdi idi, yoxsa söhbət yalnız “seçilmiş xalqa” xidmətdən gedirdi? Həm o, həm də bu vardı. Qaponu asmış eser yaraqlısı Pinxus Rutenburq ömrünün axırında etiraf etmişdi: «Bax mən marksistəm, amma açıq şəkildə boynuma alıram ki, sosializmin bərqərar olması üçün yox, sionizmin bərqərar olması üçün çalışmışam. Mən kapitalist yəhudi dövlətinin yaranması uğrunda mübarizə aparmışam»”.
 İngiltərənin baş naziri Uinston Çerçill “internasionalist yəhudilər” haqqında danışarkən yazırdı: “Onlar- müxtəlif fitnələrin mənbəyidirlər. Bəd əməllər sahiblərinin toplaşdığı bu təşkilatın üzvləri əsasən yəhudilərin təqib olunduğu ölkələrdə imkansız ailələrdən çıxıblar. Onların çox hissəsi ata-babalarının dinlərindən üz döndəriblər və dünyanın yaxşılaşacağı ilə bağlı bütün ümidləri öz fikirlərindən atıblar. Yəhudilərin arasında bu hərəkat yeni deyil; Spartak-Veysqauptdan başlayaraq Karl Marks vasitəsilə Trotskiyə, Bela Kuna (Macarıstan), Roza Lüksemburqa (Almaniya) və Emma Qoldmana (ABŞ) kimi. Bütün sivilizasiyanın məhvi və inkişafdan dayanaraq donub qalmış, bədxah paxıllığın, yontalamağın kök saldığı cəmiyyətin yaradılması Ilə bağlı bu ümumdünya fitnəsi get-gedə artmaqdadır. Müasir yazıçı missis Nesta Vebsterin aydın göstərdiyi kimi, həmin fitnə Fransa inqilabında həlledici rol oynamışdır. Bu 19-cü əsrin hər bir gizli hərəkatının qapalı hərəkətverici qüvvəsi olmuşdur. Nəhayət bu ağlasığmaz ünsürlər bandası, bu Avropanın və Amerikanın böyük şəhərlərinin bulanıq çöküntüsü öldürücü hücumla rus xalqının xirtdəyindən yapışdı və nəhəng imperiyanın məhdudiyyətsiz sahibinə çevrildi”.
 Ravvin Doktor Litvin 1952-ci ildə Londonda buraxılmış “Sion darvazaları” toplusunda maraqlı fikirlər səsləndirir: “Birinci Dünya Müharibəsi zamanı İsveçrədə, Simmervald kəndində məlum sosialist konfransı keçirildi. Lakin konfransın hansı dildə keçiriləcəyi məsələsi ortalığa çıxdı, belə ki nümayəndələr müxtəlif ölkələrdən gəlmişdilər. Birdən nümayəndələrdən biri zarafatla idiş dilini təklif etdi və hamı razılaşdı- məlum oldu ki, bütün nümayəndələr yəhudilərdir”. Həmin konfransda Lenin də iştirak edirdi; o bir neçə Avropa dilində, o cümlədən yəhudi dilinin alman dialekti olan idişcə də rahat danışırdı... Rus marksizminin atası sayılan Georgi Plexanov 1890-cı ildə Cenevrədə Leninlə görüşü zamanı ona sosialist hərəkatına yəhudiləri topladığına görə irad tutmuşdu və demişdi: “Yəhudilər hamısı şovinist və millətçildirlər. Rus partiyası rusların olmalıdır, özünü “nacins soyun” əsirliyinə verməməlidir. Cənab Ulyanov, sizin sadəcə yəhudilik barədə bilikləriniz və yəhudilərlə işləməkdə həyati təcrübəniz çatışmır”. Yəhudilərin inqilabi “aktivliyi” hətta “üzü üzvlər görmüş” Rusiya liberallarında da heyrət doğurmaqdaydı. Yəhudilərə sevgisi ilə tanınmış filosof Fyodor Stepun yazırdı: “Fəhlə və aqrar məsələləri ilə məşğul olmaqla inqilabi yəhudilik əslində öz bərabərhüquqluluğu uğrunda mübarizə aparırdı. Ömrü boyu rus torpağını və rus kəndlisini görməmiş Vilnyus ravvinin nəvəsi və Kaunas maklerinin oğlu dəqiqəbaşı Karl Marksdan istinad gətirməklə bir biri ilə qızğın mübahisə edirlər ki, Ryazan, Sibir və Poltava kəndlisi öz torpağını hansı formada idarə etməlidir- mən bunda heç bir canlı məna görmürəm”.
 1903-cü ildə Ümumdünya Sionist Təşkilatının rəhbəri Teodor Hertzel Ilə görüşündə Rusiya nazirlər kabinetinin sədri Sergey Vitte ondan soruşmudu ki, necə olur yəhudilər Rusiya əhalisinin cəmi 5 faizini təşkil etdikləri halda ölkədəki inqilabçıların 50 faizini onlar təşkil edirlər? 19-cu əsrin 40-cı illərində Londonda yaradılmış Kommunistlər İttifaqının rəhbərləri- Karl Marks, Stefan Born və Yozef Mol yəhudi idilər. 1-ci İnternasional kimi tanınmış “Fəhlələrin Beynəlxalq Yoldaşlığı”nın Baş Şurasına üzv olan 100 nəfərdən yarısı yəhudi adı daşıyırdı. Maraqlıdır ki, Baş Şurada heç fabrik və zavod fəhləsi də yox idi; dərzilər, tipoqrafiya işçiləri, pianino düzəldənlər, saat ustaları, dülgərlər, rəssamlar, jurnalistlər, xırda və orta ticarətçilər vardı. Onların əksəriyyəti Londona qaçmış, yəhudi varlılarının pulu ilə dolanan siyasi mühacirlər və professional inqilabçılar idi. 2-ci Aleksandrı öldürmüş İqnati Qrinevetski, Peterburqda “Xalq İradəsi” terror qrupunun rəhbəri Yozef Lukaşeviç, təhsil naziri Nikolay Boqolepovu öldürmüş Pyotr Karpoviç yəhudi idilər. Solçu hərəkatda mühüm yer tutan Bund partiyasının Mərkəzi Komitəsində oturan Aron Kremer, Abram Mutnik və Naxum Levinson üçü də yəhudi idilər. Təkcə 1898-1900-cü illərdə Bund Rusiyanın şimal-qərbində və Polşada 312 tətil təşkil edərək dövlətin işini iflic vəziyyətinə salmışdı. Tanınmış bolşevik, Stalinin əmri ilə güllələnmiş Mixail Rafes Bundu “Rusiya inqilabının avanqardı” adlandırırdı. Dünya ölkələrinin kommunist partiyalarını birləşdirən Komminternin rəhbəri Qriqori Zinovyev (əsl adı Ovsey-Qerşon Aronoviç-Radomıslski) Bunda yüksək qiymət verərək bildirirdi ki, solçu hərəkatda Bundun rolu böyükdür: “Demək kifayətdir ki, 1898-ci ildə bizim partiyanın qurultayının əsas təşkilatçısı Bund idi. Heç də təsadüfi deyil ki, bu qurultay yəhudilərin sıx yaşadığı Minsk şəhərində, Bundun fəaliyyət ərazisində keçirildi”.
 Çar 2-ci Nikolay 1905-ci il baş tutmayan inqilabından sonra anasına yazdığı məktubda deyirdi ki, “inqilabçıların 9/10-u cühudlardır”. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasını yaradan 9 nümayəndənin içində rus yox idi, hamısı yəhudi və yarıyəhudi idi; partiyanın birinci və ikinci qurultaylarının demək olar ki bütün nümayəndələri yəhudilər idi. Tədqiqatçı İqor Şafareviç yəhudilərin inqilabi təşkilatlardakı çoxluğunu vurğulayaraq yazır: “İlk əvvək sual olunur ki, bəyəm sosialist hərəkatında iştirak edən yəhudilər internasionalist və ateist idilər? Onlar öz milli kökləri ilə üzülüşmüşdülər? Onların yəhudi mənsubluqları sosialist hərəkatına təsirlərində heç cür ifadə olunmurdu? Çox hallarda görünür ki, sosialist hərəkatının aparıcı simaları milli düşüncəyə malik yəhudilər idilər. Bunun parlaq nümunəsi Mozes Qessdir. Kremye əvvəl “Ümumdünya İsrail İttifaqı”nı yaratdı, sonra isə Fransa Fəhlə Partiyasının yaranmasına kömək etdi. Alman sosial-demokratiyasının rəhbərlərindən olan Bernşteyn ömrünün axırlarında Fələstində məskunlaşdı. Rusiyanın sosialistlər partiyasının yaradcılarından biri, inqilabçı, “Rus fəhləsi” qəzetinin redaktoru Xaim Jitlovski həmin dövrdə həm də öz xalqını qayıdışa səsləyən “Yəhudidən yəhudilərə” broşürünü yazmışdı. Kautski “Demokratiyadan dövlət əsarətinə” kitabında Trotski ilə polemikasında Qırmızı Terrordan doğan ən dəhşətli qorxu kimi “yəhudilərə qarşı qırğınları” göstərirdi. Belə misalları çox çəkmək olar- onlar ancaq əsas sualın qoyuluşunu təsdiqləyir: Sosialist hərəkatının inkişafına yəhudi təsirinin xarakteri necə idi?”
 Qeyd edək ki, Rusiyada Çara qarşı ən düşmən mövqe tutan partiya yəhudilərin “Bund”partiyası idi. Nyu-Yorkda çıxan yəhudi icması bülleteni yazırdı: “Bundun köhnə rus aristokratiyasına qarşı qəhrəmancasına mübarizəsi ona gətirib çıxardı ki, Bundun minlərlə üzvü Rusiyadan qaçmağa məcbur qaldılar. Amerika və Kanadaya yayılsalar da sakitləşmədilər. Uzun illər ərzində Bund təşkilatlarının əsas fəaliyyəti Rusiyadakı fəaliyyət üçün pul toplanması oldu. Rusiyada aktiv yəhudi radikal təşkilatları fəhlə sinfinin avanqardını formalaşdırmışdılar. Bu, baş tutmayan 1905-ci il yəhudi inqilabından sonra daha kəskin hiss olunmağa başladı. Belə ki bu inqilabdan sonra Amerika sahillərini yəhudi emiqrantlarının yeni dalğası bürüdü”.
 Yəhudi emiqrantlar Amerikada aqitasiya büroları yaratmışdılar və sionizm-sosializmi təbliğ edirdilər. Onlar “Yəhudi fəhləsinin xronikası”, “Çəkic”, “Proletar ideyası”, “Forverts” qəzetləri, “Çəkic” seriyasından kitablar buraxaraq Rusiyaya göndərir, bu yolla ölkədə narazılığı çoxaldır və ictimai-siyasi vəziyyəti gərginləşdirirdilər. Yəhudi emiqrantlar həm də Rusiyada yaranmış sol partiyaların Amerika, İngiltərə, Avstriya və ən nəhayət Fələstin şöbələrini təmsil edirdilər. İş o həddə çatmışdı ki, Türkiyədə sol hərəkat sionizmi özünün ayrılmaz hissəsi bəyan etmişdi. Qərb ölkələrində sionizm elə bir nüfuzlu vəziyyətdəydi ki, beynəlxalq sosialist hərəkatına sionizmin və yəhudi milli maraqlarının xeyrinə təsir etmək iqtidarındaydı. Həmin dövrdə beynəlxalq sosialist və kommunist hərəkatları rəhbərlərinin, eləcə də fəhlə liderlərinin əksəriyyəti sionistlər idi. Kommunist İnternasionalı İsrail dövlətinin yaradılmasını özünün əsas məqsədlərindən biri kimi görürdü. 1917-1918-ci illərdə Nyu-Yorkda çıxan yəhudi icması bülletenində sionizm marksist hərəkat kimi xarakterizə edilirdi. Yəhudilər Fələstinin Hayfa liman-şəhərini tutanda şəhəri “Qırmızı Hayfa” adlandırmağa başlamışdılar. Onlar yuxarı qaldırılmış yumruqlarla və qırmızı bayraqlarla hər gün şəhərin küçələrində marş keçirdilər. Rusiyada 1917-ci il inqilabından sonra hakimiyyəti tutan bolşeviklər ölkənin ağır maddi durumuna baxmayaraq Qərb ölkələrindən silah alaraq Fələstindəki öz yəhudi qardaşlarına göndərirdilər. Fələstin yəhudiləri isə bu silahdan yerli ərəblərə qarşı istifadə edir və öz torpaqlarını genişləndirirdilər. Amerikan tarixçisi Teodor Drayper göstərir ki, Amerika sionistləri Rusiyanın yəhudi solçuları ilə sıx əlaqədə idilər. Tanınmış sionist Naxum Sokolov özünün “Sionizm tarixi” kitabında göstərir ki, təşkilatlanmış sionizm Rusiyadakı bolşevik fəaliyyətinin əsas hissəsini təşkil edirdi. İngiltərənin baş naziri Uinston Çerçill 1920-ci ilə deyirdi: “Bu internasional və əksəriyyətinin ateist olduğu yəhudilərin Rusiyada bolşevizmin yaradılmasında və inqilabın həyata keçirilməsində rolu danılmazdır. Bolşevik liderlərinin böyük əksəriyyəti yəhudilərdir. Bundan başqa, qızışdırıcı və təhrikçi qüvvələr də yəhudilərdir. Sovet idarələrində yəhudilərin çoxluğu heyrətamizdir. Əks-inqilaba qarşı terror da yəhudilər, hətta yəhudi qadınlar tərəfindən həyata keçirilir. Bela Kunun Macarıstandakı terroruna da yəhudilər rəhbərlik edirdilər”.
 İsralin ilk baş naziri David Ben Qurion (1886-1973) Rusiya İmperiyasının Polşa ərazisində, Plonsk şəhərində doğulmuşdur. Gənc yaşlarından sionizmin sosialist variantına meyl göstərmişdir. Bioqrafları qeyd edirlər ki, 1920-ci illərdə Ben Qurionun siyasi baxışları sosializmlə kommunizmin qarışığından ibarət olmuşdu. Ben Qurion özünü bolşevik adlandırırdı. O 1923-cü ildə SSRİ-yə gəlmişdi və Moskvada kənd təsərrüfatı sərgisində Fələstin malları nümayiş etdirmişdi. Həmin dövrdə SSRİ sionistlərin əlində olduğundan o Lenindən və Sovet hökumətindən heyranlıqla danışırdı. Lakin Stalin hakimiyyətdə möhkəmlənəndən və SSRİ-də sionistlərin təqibi başlanandan sonra Ben Qurionun da Sovetə münasibətləri neqativləşdi və o Sovet “rejiminin” kəskin tənqidçisinə çevrildi. Təsadüfi deyil ki, o 18 iyun 1957-ci ildə belə demişdi: “İsrail ilk yarandığı vaxtlarda Rusiyadan mənəvi və Çexoslovakiyadan maddi dəstək alsa da, təəssüflər olsun ki indi hər iki ölkə İsrailə düşmən kimi yanaşırlar”.
 Ben Qurion kimi digər əvvəli solçu olmuş yəhudi xadimlərinin də baxışları dəyişdi; bu həm də onunla əlaqədar idi ki, 20-ci əsrin ortalarında İsrailin xəritədə peyda olması ilə dünyanı yeni geopolitoloji təlatümlər bürüdü. Sionizm və neotrotskizm mahiyyətcə birləşərək dünyanın əsas aparıcı siyasi qüvvəsinə çevrildilər. Bu iki cərəyan vəhdət halına gələrək dünyada sionist diktaturanın qurulması üçün mühüm addımlar atdı və SSRİ-nin dağıdılmasında mühüm rol oynadı. Yəhudi İnternasionalı ilk əvvəl əldə bayraq etdiyi sosializm və kommunizm ideologiyalarını bir kənara tulladı, belə ki İsrail dövlətinin yaranması ilə yəhudi maraqlarını “fəhlə sinfinin və bütün dünya zəhmətkeşlərinin” maraqları adı altında pərdələməyə ehtiyac qalmadı. Trotskinin taxtdan düşüb Stalinin hakimiyyətdə möhkəmləndiyi ərəfələrdə sionizmin vacib simalarında Zeev Jabotinski belə demişdi: “Kim ki sionizmə xidmət etmək istəyir, kommunizmə qarşı mübarizə aparmaya bilməz. Bütün kommunizm quruculuğu prosesi -hətta bu planetin o başında, Meksikada və ya Tibetdə həyata keçirilsə belə- İsrailin qurulması işinə ziyan vurur. Kommunizmin hər bir uğursuzluğu- sionizmin xeyrinədir. Həyatda bu cür kəskin uyuşmayan iki hərəkata nadir rast gəlinir”.
 Stalin Qərbli ağaların maraqları dairəsində olan marksist, trotskist-internasional ideologiyanı dəfn etdi. Bu ideologiya Rus sivilizasiyasının, Rus superetnosunun və qoy xalqların məhvi üçün ortaya atılmışdı. Stalin SSRİ-də yeni sivilizasiya və cəmiyyət yaratdı. İvan Kotomkinin dediyi kimi, Stalinin sayəsində “faktiki olaraq Yer kürəsinin altıda bir hissəsində yeni sivilizasiya yarandı ki, bu unikal sivilizasiyanın insanlıq tarixində analoqu nə keçmişdə olub, nə də gələcəkdə olacaq”.
 Konspiroloqların fikrincə, yəhudi manipulyatoru Vladimir Lenin kommunizm adı altında əslində İudey Kabalasının hakimliyini bərqərar etmişdi. Rus ruhanisi və filosofu Serqey Bulqakov yazır: “Mahiyyət etibarilə yırtıcı və hakimiyyətpərəst İudeylik bolşevizm vasitəsilə Rusiya üzərində zorakılıq həyata keçirmiş, xüsusən Müqəddəs Rus ruhunu boğmağa çalışmış, mənəvi və fiziki cəhətdən öldürmək istəmişdi. Amma Allah bizə rəhm etdi və Vətənimiz mənəvi ölümdən xilas oldu. Şeytan yenidən Allahın evi olan Müqəddəs Rusiyanı məhv etməyə cəhd göstərir. Azğın bolşevik-iudey hakimiyyəti isə onun silahıdır”.
 Bu antiqlobalist şairin təbirincə desək, Allah yenə də əsrin Musalarının əli ilə Fironları məğlub etdi. Stalin hakimiyyətə oturuşduğu 1930-cu illərdən patriotizmin və milli dəyərlərin yüksəldilməsinə təkan verdi. Yəhudi internasionalı yerini rus idarəçiliyinə güzəştə getməyə məcbur qaldı. Stalin yırtıcı internasionalı süpürüb ataraq yeni milli dövlətçiliyin təməlini qoydu. O iudeylərin ortaya atdığı kosmopolit ideyaları yerli-yeksan edərək ziyalıları Rus milli ideyasının daşıyıcılarına çevirdi. Partiya və Sovet aparatındakı yad qövmdən olan antixalq elementləri təmizlədikdən sonra Stalin öz hakimiyyətinin sosial bazasını yaratdı. O Rusiyanın vətənpərvər və milli qüvvələrini öz ətrafında birləşdirdi. Ölkə amansız talan dövründən dövlət quruculuğu dövrünə adladı. Stalinin yaratdığı sovetizm ideologiyası qoy xalqları öz ətrafında sıx birləşdirdi. Sovetizm ideologiyası yəhudilərin bolşevizm ideologiyasını sıxışdırıb ortadan çıxardı. Nəticədə dövlət strategiyası və quruculuğunun koordinat sistemi dəyişdi. Bolşeviklərin hakimliyi zamanı əsaslı zədələr almış Rusiya dövlətçilik gəmisi yenidən təpərləndi və qüdrətləndi. Stalin aysberqə dəyib parçalanmağa az qalmış dövlət gəmisinin istiqamətini dəyişdi, onu normal məcraya yönəltdi. Tədqiqatçı Oleq Platonovun dediyi kimi: “Stalinin dahiliyi onda idi ki, o kommunizmi Rusiyanı dağıdan silah olmaqdan çıxarıb Rus milli siyasəti alətinə çevirdi, onun vasitəsilə Rus dövlətini möhkəmləndirdi və inkişaf etdirdi”.
 Marksizm, kommunizm, leninizm, liberalizm, kapitalizm, trotskizm, neokonservatizm görünməyən sıx tellərlə bir-birinə bağlıdır- bunlar hamısı sionizmin gizli qollarıdır. Solda ən düzgün yol stalinizm və onun yaratdığı sovetizmdir. Sosializmi məhz Stalin sionizmin bir qolu olmaqdan çıxarıb xalqçı istiqamətə yönəltmişdir. Sionizmin qolları adlandırdığımız sol cərəyanlar yəhudi fikrinin müxtəlif variantları olmaqla Ümumdünya Yəhudi İmperiyasının qurulması üçün ortaya atılmışdır. Sionistlər dünyanı idarə edəcək İmperatorlarını- öz Messiyalarını gözləyirlər və bu gəliş üçün müxtəlif oyunlar qurublar. Odur ki insanlarımız ayıq olmalı, ağı qaradan seçməyi bacarmalıdırlar.

STALİN – QÜDS ƏSGƏRİ: ÇARIN ƏMİSİ OĞLU, GİZLİ DİNDAR, QRU AGENTİ

 Stalinin atası rəsmi sənədlərdə gürcü sapojniki Vissarion göstərilsə də, belə deyil. Stalin Çarın əmisi oğludur. Onun atası rus ordu general-mayoru Nikolay Mixayloviç Prjevalski (1839-1888), anası isə osetin qızı Yekaterina Qeorqiyevna Qeladzedir (1858-1937). Biz Prjevalskini məşhir səyyah kimi tanıyırıq ki, Asiyanın dözümlü yük atı növünə onun adı verilmişdir. Prjevalski QRU-nun (Qlavnoe Razvedıvatelnoe Upravlenie – Baş Kəşfiyyat İdarəsi) xüsusi missiyalı zabiti və Çarın yaxın qohumu- əmisi oğlu idi; onun atası İmperator 2-ci Aleksandr olmuşdur. 1837-ci ildə gənc knyaz 2-ci Aleksandr Rusiyaya səyahətə çıxmış, Smolenskdə Yelena Karetnikova adlı gözəl qızla tanış olmuş, onların sevgisindən Nikolay doğulmuşdur. Yelena sonradan Çar ordusunun zabiti Mixail Prjevalskiyə (Zaporojye kazaklarının soyundandır) ərə getmişdi ki, uşağa onun familiyasını və atalıq adını vermişdi.
 Nikolay Prjevalski Hərbi Akademiyanı bitirdikdən sonra Mərkəzi Asiyaya kəşfiyyat xarakterli səfərlərə göndərilmişdir. Ömrünün 18 ilini coğrafi səhayətlərdə keçirən Prjevalskinin Mərkəzi Asiyanın tədqiq olunmasında böyük əməyi olmuş, rus coğrafiya elminə dünya şöhrəti qazandırmışdır. Prjevalskinin ekspedisiyalarının gizli bir məqsədi də vardı ki, bu da Rusiya Genştabı üçün yeni xəritələrin çəkilməsi ilə bağlı idi; o rus ordusunun keçəcəyi yerləri aydınlaşdırır, hərbi hissələrin tikilməsi üçün uyğun gələn nöqtələri xəritəyə salırdı. Bu xüsusda onun Tibetə səfərlərini qeyd etmək yerinə düşərdi. Həmin dövrdə Tibet vacib geopolitik region kimi Rusiyanın İngiltərə ilə mübarizəsində əhəmiyyət daşıyırdı və Prjevalski bu mübarizənin ciddi fiquruna çevrilmişdi. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir; Rusiya Elmlər Akademiyasına fəxri üzv seçilmişdir və general-mayor rütbəsi verilmişdir. 
 Prjevalski 1878-ci ildə Qafqaza, Qoriyə dincəlməyə gedəndə burda onun həyat yolu Stalinin anası ilə kəsişmişdir. Qoridə Prjevalski dostu knyaz Maminoşvilinin qonağı olarkən burda knyazın uzaq qohumu Yekaterina Cuqaşvili (qızlıq familiyası Qeladze) ilə tanış olmuşdur. Vissarion Cuqaşvili adlı gürcü ilə nigahda olan qadının əri həmin vaxt Tiflisdə ayaqqabı fabrikində işləyirdi. İçkiyə meyl etdiyinə və qadını tez-tez döydüyünə görə onların ailə həyatı rəvan getmirdi, faktiki olaraq ayrı yaşayırdılar. Yaraşıqlı, vüqarlı və mötəbər rus hərbçisi ilə Yekaterina arasında sevgi romanı yaşanmış, bu sevgidən İosif Cuqaşvili doğulmuşdur. Prjevalski Qafqazdan getdikdən sonra Yekaterinaya daim pul göndərmiş, uşağının normal böyüməsinin və oxumasının qayğısına qalmışdır.
 Rusiya Ordusunda belə bir ənənə var: zabit öldükdə xidmət yoldaşları onun uşaqlarını himayədarlığa götürürlər. Prjevalski öləndən sonra hərbçi dostları onun oğluna qəyyumluq etdilər. Atasının zabit dostlarının dəstəyi sayəsində İosif dövrün prestijli təhsil ocaqları sayılan Qori və Tiflis Seminariyalarında təhsil aldı. Daha sonra onlar Stalini Sankt-Peterburqa gətirdilər, Genştabın İmperiya Akademiyasının xüsusi fakultəsində oxutdular (Çar 2-ci Nikolay da həmin fakultəni bitirmişdir) və kəşfiyyatçı kimi yetişdirdilər. Rusiyada iğtişaşlar başlananda isə Stalini bolşevik adı ilə yəhudilərin içinə saldılar.
 Stalin hələ Tiflis Seminariyasında oxuduğu dövrdə əqli keyfiyyətlərinə görə ona himayədarlıq edən kəşfiyyat zabitlərinin diqqətini cəlb etmişdi. Sənədlər göstərir ki, Stalin şagirdlər arasında fərqlənmiş, riyaziyyat, ilahiyyat, rus dili və yunan dili fənlərindən yüksək qiymətlər almışdır. O ədəbiyyatla da yaxından maraqlanmış, gürcü dilində gözəl şeirlər yazmışdır. Onun şeirləri 1895-1896-cı illərdə “İveriya” və “Kvali” qəzetlərində dərc olunmuşdur. Tələbəlik illərində o Qoqolu, Şedrini, Çexovu, Tolstoyu, Hüqonu, Spinozanı, Mendeleyevi, Darvini oxuyudu.
 Bir dəfə QRU zabitləri İosifi seminariyadan çağırtdırıb anası Yekaterina Qeorqiyevnanın iştirakı ilə onunla görüşmüşdülər. Həmin görüş Stalinin taleyində müdhiş rol oynamışdı. Zabitlərin içindən yaşca ən böyük olanı Stalinə atası Nikolay Prjevalskinin şərəfli həyat yolu, vətən qarşısında xidmətləri, axırıncı səfəri zamanı fədakarcasına həlak olması barədə aramla danışmışdı. Ağsaç polkovnik həmin söhbətində Prjevalskinin İmperator ailəsi ilə yaxın qohumluğunu da xüsusi vurğulamışdı. O Stalinin babası, taxt-tacın varisi əlahəzrət Aleksandr Nikolayeviçin ölkənin hüdudlarına maraqlı səhayətlərindən və bu səyahətlərin vətənin gələcək taleyindəki mühüm rolundan ağızdolusu söhbət açmışdı. Stalin yanında oturmuş anasının əlini sıxaraq ağsaç polkovnikin söhbətinə maraqla qulaq asmışdı. Ağsaç zabit Prjevalskinin müalicə üçün 1878-ci ilin əvvəlində Qoriyə gəlməsindən, burda Stalinin anası ilə tanış olmasından danışmışdı. Qeyd etmişdi ki, Stalin belə bir ata ilə fəxr etməlidir. Ardınca zabit Tibetə axırıncı- beşinci səfəri zamanı ingilislərin Prjevalskini dioksin ilə zəhərləmələrindən danışmışdı; həmin vaxt Prjevalskinin sayəsində Rusiya dövlətinin Tibeti öz təsiri altına alması üçün münasib şərait yaranmışdı.
 Zabitin söylədikləri Stalini riqqətə gətirmişdi. O anasının nurlu üzünü seyr etmiş və dərin düşüncələrə dalmışdı. O indi anlamışdı ki, doğulduğu gündən Rus kəşfiyyatı zabitlərinin qayğısı altında olmuşdur. Məhz həmin görüşdə zabitlər onu əməkdaşlığa dəvət etmişdilər. Ağsaç polkovnik demişdi: “Biz səni asan olmayan yola dəvət edirik. Bu yol Apostol Həqiqəti uğrunda mübarizə, İnam, Çar və Vətənin müdafiəsi, insanlığa qənim kəsilmiş, artıq planetin əksər hissəsini öz cənginə keçirmiş mason pərdəarxası ilə döyüş yoludur”.
 Bu sözlər Stalini sanki yuxudan ayıltmışdı və o daha da diqqətlə qulaq asmağa başlamışdı. Zabit davam etmışdi: “Biz sənə gizli silah- Rus Pravoslavlığının Ruhani Qılıncını verəcəyik. Bu qılınc düşmənlərlə ağır mücadilələrdə bərkimişdir. Onun sarsıdıcı zərbəsi Qərbdən baş qaldırmış yeni düşmənə endirilməlidir. Bu düşmənə bütün ölkələrin mason qansoranları kömək etməkdədirlər. Sən öz seçdiyin yolda mətin olmalısan, çünki bu seçimdə geriyə yol yoxdur. Yadında saxla, Vətənin parlaq qılıncı qəhrəmanların əlində olmalıdır, var-dövlət içində eşələnən, gücümüzü öldürən karliklərin əlində yox!”
 Bir müddət sükutdan sonra Stalin başını qaldıraraq cavab gözləyən zabitlərə baxmışdı və belə demişdi: “Mən həmişə sizinlə olacağam- İnam, Çar və Vətən uğrunda!” Bu sözləri eşidən anasının çiyinlərindən sanki ağır yük götürülmüşdü və onu çöhrəsi açılmışdı. Yekaterina Qeorqiyevna oğlunu qucaqlayaraq sinəsinə sıxmışdə və ona xeyir-dua vermişdi.
 Həmin axşamkı görüş Stalinin taleyində böyük rol oynamışdı. QRU zabitlərindən təlimat alan Stalin seminariyadakı tələbələr arasında aktiv siyasi iş aparmağa başlamışdı və bir müddət sonra gizli fəaliyyət göstərən dərnəyə rəhbər seçilmişdi. 1898-1899-cu illərdə Stalin artıq Tiflisdə bir neçə böyük fəhlə təşkilatına liderlik edirdi. Kəşfiyyat zabitləri Stalinin inqilabçı gənclər arasına yerləşdirilməsi və tədricən böyük siyasət meydanına çıxarılması üçün əməliyyat planı işləyib hazırlamışdılar. O marksist fəaliyyətə görə hökumətin Qazqaza sürgün etdiyi solçularla əlaqələr qurmuşdu.
 1902-ci ilin mayında Stalin Rus Ordusu Baş Qərargahının Nikolayevsk Akademiyasına qəbul edildi. Əvvəlki adı İmperator Hərbi Akademiyası olan bu ali məktəb “Baş Qərargahın xidmətində olan zabitlərin hazırlanması və orduda mühüm biliklərin yayılması üçün” yaradılmışdı. Hərbi nazir Aleksey Kuropatkin bu təhsil ocağını belə xarakterizə etmişdi: “Akademiya Çara və Vətənə sadiq, ruh və can cəhətdən güclü, fədakar, təfəkkürlü və ciddi xidmətçilər buraxmalıdır”. Akademiyada döyüş taktikası, strategiya, tarix, siyasət, idarəçilik, geodeziya, artilleriya, mühəndislik və beynəlxalq hüquq öyrədilirdi. Stalini kurasiya edən kəşfiyyat zabitləri onun Nikolayevsk Akademiyasını uğurla bitirməsinə köməklik etdilər. Bir çox tanınmış generallar kimi Stalinin atası Nikolay Prjevalski də bu akademiyanı qurtarmışdı. Stalinin inqilabçılar arasında fəaliyyətinə rəhbərlik edən, onu yönləndirən Baş Kəşfiyyat İdarəsinin şöbə müdiri knyaz Vasili Turkestanov da bu akademiyanın məzunu olmuşdu.
 Rus hərbi kəşfiyyatı Rotşildin Rusiya ilə bağlı niyyətlərindən xəbərdar idi. Rus hərbi kəşfiyyatı yaxşı bilirdi ki beynəlxalq yəhudilik daxili iğtişaşlar törətmək yolu ilə Rusiyanı çökdürmək İstəyir. Odur ki, qabaqcadan bolşeviklərin içinə öz adamlarını yeritmişdi. Belə adamlardan biri də, dediyimiz kimi Stalin idi. Stalin bir müddət hərbi kəşfiyyatda təlimatlandırılandan sonra solçu kimi partiya sıralarına qoşuldu, yəhudi bolşeviklərin içinə girdi və “inqilabi” iş aparmağa başladı. Stalinin kuratoru QRU-nun polkovniki Rayevski idi. Polkovnik Rayevski Stalinin çoxlu insanın gözü qarşısında, karnaval axşamında həbsini təşkil etdi. Hamı gördü və inqilabçılara xəbər çatdı ki, Stalin hökumətə qarşı fəaliyyətinə görə polis tərəfindən tutuldu. Stalin bir müddət Sibirə sürgünə göndərildi və beləcə onun “mətin inqilabçı” imici yaradıldı.
 Rus kəşfiyyatı Stalin vasitəsilə marksist hərəkatı nəzarətdə saxladı, inqilabdan sonra isə onu rəhbər vəzifəyə gətirdi. 1920-ci illərdə hələ Stalin baş katib kimi lazım olan avtoritetə malik deyildi. Bütün məsələləri Lenin qvardiyasından olan trotskist bolşeviklər həll edirdi. Stalin də çıxışlarında Lenin yolunun davamçısı olduğunu vurğulamağa məcbur idi. Ordu kəşfiyyatının dəstəyi sayəsində Stalin tədricən Rusiyanı sionist bolşeviklərdən təmizləməyə başladı. Hakimiyyətdə möhkəmlənəndən sonra isə Lenin və Trotski qvardiyasının kosmopolit klanını tam likvidasiya edə bildi. Yəhudi internasionalının Rusiyada 20 illik şad-xürrəm hegemonluğuna son verildi və hakimiyyət yenidən rusların əlinə keçdi. Amerikan tədqiqatçısı Stüart Kaqanın dediyi kimi, “Stalin Rusiyada yəhudi amansız diktaturasını demontaj etdi”.
 Konspiroloqların fikrincə, Stalinə Şər qüvvələr ilə mübarizədə qələbə çalmağa müqəddəs kitablar kömək etmişdir. Stalin Bibliyanı yaxşı bilirdi. Bibliya isə məlum olduğu kimi iudeylərin dünyanı idarəetmə doktrinasıdır. Onun müəllimlərindən biri tanınmış mistik və filosof Georgi Qurciyev olmuşdur. Qurciyev okkult biliklərə yiyələnmiş birisi idi. Stalin Qurana da yaxşı bələd idi. Kəşfiyyat generalı Konstantin Petrov bildirir ki, Stalin Şər ilə mübarizədə məhz Qurana arxalanmışdır: “Stalin trotskistləri Quranın köməyi ilə məhv etdi. O Quranı yaxşı bilirdi. 1924-cü ildən sionist bolşeviklərin içinə girən Stalin yalnız 1934-37-ci illərdə hakimiyyəti ələ keçirə bildi. O sionistlərə qarşı mübarizədə Qurandakı texnologiyalardan istifadə etdi. Stalin bu müqəddəs kitabda göstərilən xüsusi texnologiyaları işə saldı və sionistlər bir-birini qırıb çatmağa başladılar. Quranın sayəsində o trotskizm üzərində qələbə çala bildi”.
 Stalinin Koba ləğəbi də maraqlı məqamlarla bağlıdır. Qədim slavyan kilsə lüğətlərində bu sözün mənası “volxv, kahin, sehirbaz”, yaxud “öncəgörən” kimi tərcümə edilir. 5-ci əsrdə Şərqi Gürcüstanı zəbt eləmiş pers çarı Kobadesin də adına uyğun gəlir. Bizans tarixçisi Feofan yazır ki, Kobades dahi maq və qədim ordenin üzvü idi; onun mənsub olduğu orden üzvləri varidatı həmişə öz aralarında tən bölürdülər, ona görə də bu icmada nə varlı, nə də kasıb vardı.
 Stalin kommunist-bolşevik yox, əksinə onlara qarşı mübarizə aparan gizli dindar təşkilatın üzvü olmuşdur. Araşdırmalar Stalinin pravoslav ordeninin gizli monaxı olduğunu göstərir. QRU zabitləri Stalini gizli dindarlar cəmiyyəti olan Qara İsixastlar Ordeninə calamışdılar. Gizli təşkilatlar ta qədimdən təkcə masonik olmayıb, həm də qoy xalqların öz gizli təşkilatları olub ki, elə həmin masonik təşkilatlara qarşı mübarizə aparmışlar. Belə təşkilatlardan ən əsasları şiələrin Ayətullahlar Məktəbi və pravoslavların Qara İsixastlar Ordenidir.
 İlk əvvəl qeyd edək ki, şiələrin idarəedici Ayətullahlar Məktəbi ilə pravoslavların Qara İsixastlar Ordenini birləşdirən bir çox cəhətlər vardır. Əslində isə bunlar eyni təşkilatın ayrı-ayrı qollarıdır. Hər iki qrup Qədim Misir tanrıları Set və Qorun tarixən davam edən mübarizəsində birincinin tərəfini tutan eyni qüvvə olmuşlar. Set - Svet, yəni İşıq, Günəşin təzahürü olan Xeyir Allahı (şiit, şiə sözü də həmin kökdəndir), Qor isə - Qore, dağ, dərd, gor, qaranlıq dünya təzahürü olan Şər Allahı idi. Bu müharibədə Qor qələbə çalıb Yer üzünün sahibinə çevriləndən sonra Setə Şər, Qora isə Xeyir adı qoyuldu; yəni mahiyyət saxlansa da adlar dəyişdirildi. İlk əvvəl Xeyri təmsil edən Setin adı demonlaşdırıldı, bizim dildə desək, bədnamlaşdırıldı; Qorla Setin həmin dualistik mübarizəsində o protaqonostlikdən çıxarılıb antaqonistə çevrildi- beləcə qarışıqlıq və çaşqınlıq yaradıldı.
 Minilliklər boyu davam edən Xeyirlə Şərin mücadiləsində Ayətullahlar Məktəbi və Qara İsixastlar Ordeni daim Xeyirin tərəfində olmuşlar və Şərə qarşı mübarizə aparmışlar. Planeti bürüyən təlatümlərdə şiələr qədim müqəddəs kultu Ayətullahlar Məktəbində, pravoslavlar isə Qara İsixastlar Ordenində qoruyub saxlaya bilmişlər. Xeyirlə Şərin tarixi müharibəsinin daha kəskin şəkildə və qlobal masştabda davam etdiyi indiki dövrdə tanınmış İran ayətullahı Həmədani şiə və pravoslavların Şərə qarşı birgə mübarizəsini belə izah edir: “Xilaskarı gözləmə mədəniyyəti şiə və pravoslavları yaxınlaşdırır. Hər ikisi İkinci Gəlişi gözləyirlər. Peyğəmbərin hədislərinə əsasən, müsəlman və xristianlar final döyüşündə eyni cəbhədə olacaq və Dəccal-Antixristin düşmən ordusuna (atlantizmə, ABŞ-a, qloballaşmaya) qarşı birgə döyüşəcəklər”.
 İsixazm- pravoslavlığın əsas qaymağı sayılır. Bu orden mənəvi paklığınn qədim ənənəsini özündə qoruyan pravoslav asketizminin özəyini təşkil edir. Ayətullahlar şiəlikdə hansı rolu oynayırlarsa, isixastlar da pravoslavlıqda həmin rolu oynayırlar. İsiaxtlar insanlığı özünəməxsus şəkildə Allah yoluna yönəldirlər. Şiələrin Ayətullahlar Məktəbi sionizmə, satanizmə və amerikan imperalizmə qarşı mübarizə apardığı kimi, Qara İsixastlar Ordeni də ilk növbədə dünyada bütün antidini və antiinsani qüvvələrə qarşı döyüşür. Rusiyanın gücü ta qədimdən odlu-alovlu pravoslav cəngavərliyində- bu ali hərbi qardaşlıq ordenində olmuşdur. Rusiya bütün pozitiv irəliləyişlərinə və qlobal nailiyyətlərinə görə bu Ordenə borcludur. İsixastlar öz ölkələrini “dünyanın cənnəti” kimi görmək istəyirlər, xalqlarının rifah içində və şad-xürrəm yaşamasını arzulayırlar. Asketik həyat tərzlərinə görə bəzi tədqiqatçılar onları “xristianlığın raca-yoqaları” da adlandırırlar. İsixazm pravoslavlığın kşatriya və nordik ruhunu özündə saxlayır. İsixastlar pravoslavlığı daha dərin və nordik şəkildə qavrayırlar. Ordenin devizi belədir: “Özünü başqalarından üstün göstərməyə calışma, din uğrunda fədakarlığı gizlicə et”.
 İsixazm pravoslavlığın əsas daxili doktrinasını özündə gizlədir ki, Müqəddəs Vasili, İoann Zlatoust, Qriqori Palama kimi görkəmli din xadimləri bu doktrinanı mükəmməlləşdirərək zirvəyə qaldırmışlar. Ruslar – Allahın seçilmiş xalqıdır. Böyük Rus Qəlbi isixazm kontekstində Ali Rus Doktrinasının əsas özəyini təşkil edir. Dostoyevski bunu belə ifadə edir: “Biz Tanrının daşıyıcısı olan xalqıq”. Ruslar messian xalq kimi digər qoy xalqları öz arxalarınca aparırlar və onları Şərə qarşı mübarizəyə hazırlayırlar. Rusların tarixi və mistik təyinatı da bununla bağlıdır. Təsadüfi deyil ki, Qərb xristianlığı pravoslavlığa düşmən kimi baxır və onu ortodoks adlandırır; pravoslavlığın ortodoksluğu məhz onun şiəliklə eyni qədim kökə- zoroastrizm-zərdüştlüyə bağlılığı ilə əlaqədardır.
 İsixazmın mərkəzi və beşiyi Afon Dağıdır. Yunanıstanda “Müqəddəs Dağ Avtonom Monax Dövləti” adlanan bu ərazidə 20 pravoslav monastırı fəaliyyət göstərir ki, bura pravoslav monaxlığının vətəni sayılır. Rusiya prezidenti Vladimir Putin Afon Monax Respublikasına 2 dəfə səfər etmişdir: 2005-ci ilin sentyabrında və 2016-cı ilin mayında. Putin onu istiqanlı və mehriban qarşılayan Müqəddəs Dağın monaxlarına təşəkkürünü bildirdikdən sonra demişdi: “Burda pravoslav dünyası üçün mühüm və vacib olan xeyirxah əməl həyata keçirilir ki, cəmiyyətimizin mənəvi quruluşu ilə bağlıdır. Və siz bir çox hallarda bu quruluşun və nemətin mənbəyisiniz”. Putin Afon Dağındakı dindar ağsaqqalara üzünü tutaraq demişdi: “Əsrlər boyu ruslar Afondan mənəvi güc və biliklər almışlar. Bu gün tarixi yaddaşı, ənənəvi mədəniyyəti dirçəltməklə biz Afonla əlaqələri möhkəmləndirmək niyyətindəyik”.
 Bu, Rusiya rəhbərinin Afona ilk ziyarəti idi- Putinə kimi nə heç bir imperator, nə çar, nə də prezident Afona gəlməmişdi. Afon Dağı ruhaniləri Putini “Allahın seçilmiş bəndəsi” kimi səciyyələndirdilər. Onlar Putinə Bizans İmperatorunun taxt-tacına oturmağı təklif etdilər və Putin qəbul etdi. Beləcə, isixast kahinlər Stalin kimi Putini də taclandırdılar. Tanınmış Afon isixastı monax Qavriil Kareyski Putinə tutduğu yolda dəstək verməyə çağırdı: “O Rusiyanın xilası üçün öz üzərinə elə bir yük, elə bir öhdəlik götürüb ki, hətta hansısa günahları, hansısa qeyri-dəqiqlikləri olsa da, hardasa düz etməyibsə də, o səmimidir, həqiqətən də bizim dövlətimizə rəhbərlik etməyə layiq insandır. Biz ona öz möhkəm dualarımızla kömək etməliyik”.
 2017-ci ilin martında və 2019-cu ilin noyabrında isə Putin Rusiya staroobryadçılarının rəhbəri mitropolit Korniliy ilə görüşdü. Son 350 il ərzində ilk dəfə idi ki, Rusiya rəhbəri rəsmi şəkildə staroobryad ruhanisi ilə görüşürdü. Putin bu görüşdə məmnunluq hissi keçirirdi və yüksək əhval-ruhiyyədə idi. Məlum oldu ki, Putin xaricdəki staroobryadlçıarın Rusiyaya köçürülməsi barədə göstəriş verib; Latın Amerikasından Uzaq Şərqə 130 staroobryad ailəsi köçürülüb, onlarçün dövlət hər cür şərait yaradıb və daha 50 ailənin gətirilməsi planlaşdırılır.
 Stalin gizli dindar ordeni İsixastlar tərəfindən tərbiyə olunaraq hazırlandı. Təsadüfi deyil ki, Stalin hakimiyyətdə olarkən onun bağ evi Abxaziyada, isixastların yığışdığı Novo-Afon Monastırının yanında idi. Tanınmış rejissor Anna Moskvinanın çəkdiyi məşhur “Stalin- Tanrının qamçısı” sənədli filmində təsirli bir səhnə vardır. Tarixçilər göstərirlər ki, 1899-cu ilin mayında, Stalin axırıncı kursda axırıncı imtahana hazırlaşarkən seminariyaya qoca nuranı bir kişi gəlmişdir və onu öz yanına çağırmışdır. Stalin onun çağırışı ilə seminariyadan getdikdən sonra bir daha geri qayıtmamışdır. Məlum olmuşdur ki, həmin nurani qoca İmperiyanın tanınmış ruhani xadimi, isixastların Novo-Afon Monastırının baş keşişi arximandrit İeron Vasilyev olmuşdur. İosiflə təklikdə görüşən arximandrit ona belə demişdir: “Rusiyanı qarşıda yırtıcı heyvanın hökmranlığı gözləyir. Cühudlar rus xalqını məhv edəcəklər. Sən isə cühudları məhv edəcəksən. Get!” Beləliklə, Stalinin şər qüvvələrlə müqəddəs mücadiləsinə Rusiya Kilsəsi tərəfindən xeyir-dua verilmişdir.
 İsixast kahinləri Stalini Rusiyanı xilas edəcək Seçilmiş insan kimi müəyyənləşdirdilər, onu böyük müqəddəs missiyanı həyata yetirəcək sima kimi dəstəklədilər. Stalinin isixast monaxları ilə əlaqəsi Rus ordu kəşfiyyatının Moskva şöbəsinin rəhbəri polkovnik Vasili Turkestanovun qohumu yepiskop Trifon Turkestanov vasitəsilə həyata keçirildi. Stalinin Qara İsixastlar Ordeninin üzvləri ilə birgə sakral ayinlərə qatıldığı məbədlərdən biri Moskvanın 16 kilometrliyində yerləşən İosifo-Volotski monastırı idi. Bu monastır 16-cı əsrdə Rusiya mədəni-mənəvi həyatının əsas mərkəzlərindən biri olmuşdur. Bu monastırı 1479-cu ildə tanınmış Rusiya dindarı İosif Volotski tikmişdir. O Rusiyanın müqəddəslərindən biri hesab olunur. Rusiyanın yəhudilərin hegemonluğundan qurtarılmasında mühüm rol oynamış, xalqı və hakimləri onlarla mübarizəyə səsləmişdir. Bu dindar Rusiya Kilsəsini iudaizmin təsirindən qoparmaq üçün böyük işlər görmüşdür. İosif Volotski böyük məktəb yaratmışdır; bu məktəbdən çoxlu sayda missioner, publisist və din xadimi çıxmışdır ki, ümumilikdə bu məktəbin nümayəndələrini iosiflyanlar adlandırırlar.
 İosiflyanlar monastırlarında missinoner fəaliyyəti həyata keçirirdilər, çətinlik çəkən yerli əhalini ərzaqla təmin edirdilər, buna görə də xalq arasında böyük hörmət qazanmışdılar. İosiflyanlar Rusiyanın mənəvi-mədəni həyatının yüksəlişinə böyük töhfələr vermişlər, Moskva Knyazlığının genişlənməsində və möhkəmlənməsində mühüm rol oynamışlar. İosiflyanlar dinin və çarlığın rəsmi ideoloqları kimi çıxış edirdilər. Onların doktrinası dövlətçiliyin təşəkkülünə və çar hakimliyyətinin ilahiləşdirilməsinə söykənirdi. Rusiya dövləti məhz bu doktrinaya əsaslanaraq Konstantinopolun çökməsindən sonra pravoslavlığın yeganə dayağına və vətəninə çevrildi. İosiflyanlar məktəbinin yetirməsi olan pskovlu monax Filofeyin yaratdığı “Moskva – Üçüncü Rim” konsepsiyası Rus çarlarının rəsmi ideologiyasının əsası oldu. Nəticədə Rusiya Moskva knyazlığından imperiya səviyyəsinə yüksələrək Yer üzündə qoy xalqların qoruyucusu olan güclü dindar dövlət kimi təşəkkül tapdı. Rus çarları Rusiya dövlətinin sakral missiyasını anladılar və bütün dünyaya haqqı yaymağa can atdılar.
 Qara İsixastlar Ordeninin üzvləri Stalini həmin İosif Volotskinin varisi kimi görürdülər. İosifo-Volotski monastırında Stalin Çar İvan Qroznının sevimli opriçniki, qərblilərlə döyüşdə qərəmancasına həlak olmuş Malyuta Skuratovun qəbri özündə diz üstə çökərək Rus bahadırlarının şanlı yolunu davam etdirəcəyinə and içmişdi. Özü də dərin mistik olan Çar İvan Qroznı dindar hərçilərdən ibarət Opriçniklər adlı dəstələr yaratmışdı ki, bu dəstələrin süvariləri isixastlar kimi qara paltar geyinirdilər. Araşdırmalar bu təşkilatın orden xarakterli olduğunu göstərir. Şah İsmayılın qızılbaş şiələrdən ibarət ordusu kimi Çar İvan Qroznının həmin Qara Ordusu da Qiyamət Gününün Ordusu kimi simvolizə olunurdu; onlar özlərini Şeytanın (Antixristin) Yer üzündəki nökərləri ilə döyüşənlər kimi xarakterizə edirdilər. Opriçniklər hərbi qardaşlığını yaratmaqla Çar İvan Qroznı Rusiyanı Yəcus və Məcusun esxatoloji döyüşünə hazırlayırdı. İosif Volotski monastırında isixast monaxlar Stalini Allahın xüsusi missiya üçün seçilmiş bəndəsi elan etdilər və irəlidəki dəhşətli didişmədə xeyir-dua verdilər. Müqəddəs İosif Volotskinin ənənələrinə sadiq qalan Stalin ömrünün axırına kimi “Moskva – Üçüncü Rim” nəzəriyyəsini əldə rəhbər tutdu.
 Stalinin üzv olduğu Qara İsixastlar ordeninin nümayəndələri ilə görüşdüyü, gizli rituallara qatıldığı məbədgahlardan biri də Moskvanın 60 kilometrliyində yerləşən Novoierusalim (Yeni Yerussəlim, Yeni Qüds) monastırı idi. Onlar bu monastırın Voskresensk Soborunun altındakı dərin zirzəmilərdə yığışır və öz ayinlərini keçirirdilər. Monastır 1656-cı ildə patriarx Nikon tərəfindən Fələstindəki Qüdsün prototipi kimi tikilmişdir və əsrlər boyu slavyan dindarlarının əsas ziyarətgahlarından biri olmuşdur. Partiarx Nikon Pravoslav Kİlsəsinin prestijini qaldıraraq onu Çar hakimiyyəti səviyyəsinə qədər yüksəltmək istəyirdi. Tarix boyu Rus çarları bu monastıra böyük vəsaitlər xərcləmiş və burda misilsiz arxitekturaya malik tikililər ərsəyə gətirmişlər. Monastırın divarlarının uzunluğu 1 kilometr, hündürlüyü 9 metr, qalınlığı 3 metrdir. 1913-cü il qeydlərinə görə monastırı hər il 35 min dindar ziyarət edirdi. 1941-ci ildə alman faşistləri monastrın bir sıra dəyərli binalarını dağıdıb məhv etmişdilər. İsixazmın paytaxtı olan bu qala-məbədgahı konspiroloqlar Rusiyanın Fələstini- əsl Qüds sayırlar.
 Monastırda Yepiskop Trifonun rəhbərliyi altında Gizli İsixastlar Ordeninin üzvü olan monaxlar Stalinə belə xeyir-dua vermişdilər: “Sən Böyük Dinastiyadan olan varissən. Sən Ali hakimiyyətin ağır yükünü qorxulu ölüm-dirim vaxtında çiyinlərinə götürəcəksən, amma dindar qalacaqsan və Allahı heç vaxt unutmayacaqsan. Və nə vaxt ki Rusiyanı hər tərəfdən bürümüş mason lojasını məhv edəcəksən, onda hökmən Pravoslav Kilsəsinin bütün hüquqlarını bərpa edəcəksən və pravoslav inamını rus xalqına qaytaracaqsan. Hələ ki sən heç nə edə bilmirsən, çünki ətrafında cühudlaşmamış rus azdır. Hələ ki Müqəddəs Rusiyanı bürümüş iudey satanizminə son qoymaq üçün kiməsə arxalanmaq mümkün deyil, amma həlledici an yaxındadır, qapıdadır, hazırlaş!” Stalin monaxların qarşısında and içərək bildirmişdi ki, daim qəlbində dindar qalacaq və Allahı heç vaxt unutmayacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Stalin- Qüds əsgəri olmuşdur.
 Qeyd edək ki, Rusiyanın da İran kimi Qüdsə öz qanuni hüquqları vardır. Qüds Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Qüdsü müqəddəs hesab edən hər üç konfessiyanın nümayəndələri Rusiyada yaşayır. Hər il yüz minlərlə pravoslav bu müqəddəs şəhərə ziyarətə gedirlər. İsa peyğəmbərin qəbri olan məbəd burdadır. Klassik antik dövrlərdə Qüds- Tanrının məskunlaşdığı dünyanın mərkəzi sayılıb. Şiə və pravoslav esxatologiyasında Əl-Aksa məscidinin dağıdılmısı və onun yerində Solomon məbədəninin tikilməsi Şeytanın- Antixristin gəlişini səciyyələndirir. Pravoslav müqəddəslərinin hədislərinə görə, Dəccal taxt-taca məhz Qüdsdə oturacaq. Fələstin dövlətinin yaradılması və onun ayaqda qalması Rusiya dövləti üçün xüsusi önəm kəsb edir. Rusiyanın konservativ dairələri Fələstinə dəstək verilməsini xoşməramlı əməl hesab edirlər. Rusiya slavyanları ilə Fələstinin qədim xalqı arasında sıx mistik bağlılıq vardır. Fələstinlilərin çox hissəsi hələ İsa peyğəmbərin dövründən pravoslavdırlar. 19-cu əsrdə ruslar Osmanlı təcavüzü altında olan fələstinliləri müdafiə etmək üçün müharibəyə başlamışdılar ki, həmin dövrdə osmanlılara ingilislər və fransızlar dəstək verirdilər. Qüds Məbədinə gələn rusiyalı zəvvarlar burda fələstinli pravoslavlar və müsəlmanlar tərəfindən istiqanlılıqla qarşılanırdılar. Hal-hazırda İsrailin işğal etdiyi Fələstin torpaqlarının çox hissəsi, xüsusən də müqəddəs yerlər sayılan ərazilər vaxtilə Rusiyaya məxsus idi. Fələstinin İsrail işğalından qurtarması rusların bu müqəddəs torpaqlara qayıdışı deməkdir. Məhz buna görə də ruslar fələstinlilərin azadlıq mücadiləsinə dəstək vermək əzmindədirlər. İudey dindarları Qüdsü dünyanın gələcək mərkəzi kimi görürlər, odur ki hal-hazırda şəhərin təkcə şərq hissəsinə nəzarət edən İsrail şəhəri tam ələ keçirməyə can atır.
 19-cu əsrin ortalarında Qüds torpaqları Rusiyaya məxsus idi. Burda Rusiyanın böyük Ruhani Missiyası vardı. Qüds torpaqları həmin Ruhani Missiyasına mənsub idi. 1856-1864-cü illərdə Qüdsdə rusların Fələstin Komitəsi fəaliyyət göstərirdi ki, şəhərin mərkəzindəki görkəmli binalarının hamısını həmin komitə tikmişdir (İsrail yarananda ölkənin başqa heç bir yerində belə gözəl və möhtəşəm binalar olmadığından İsrailin dövlət orqanları Qüdsdə bu binalarda yerləşdirildi; məsələn, Rus Xəstəxanası binasında İsrail Səhiyyə Nazirliyi, Serqiyev Sarayında Kənd Təsərrüfatı Nazirliyi, Nikolayevsk Sarayında Polis, Ədliyyə və Maliyyə nazirlikləri, Yelizavetinsk Sarayında İstintaq İzolyatoru, Mariinsk Sarayında Türmə, Rus Ruhani Missiyasında Məhkəmə, Rus General Konsulluğunda Yerusəlim Meriyası oturdu). 1864-cü ildə Fələstin Komitəsi adını dəyişərək Fələstin Komissiyası kimi formalaşdırıldı. 1889-cu ildə Fələstin Komissiyası öz torpaqlarının və binalarının idarəçiliyini Rusiyanın İmperator Pravoslav Fələstin Cəmiyyətinə verdi ki, cəmiyyət bir sıra böyük tikinti layihələri həyata keçirdi. Rus Ruhani Missiyasının mülkiyyətində isə bu missiyanın öz binası və Svyato-Troitski Məbədi qaldı. Həmin dövrdə Osmanlının nəzarətində olan Fələstində Rusiya dövləti bir sıra yeni torpaqlar və obyektlər də aldı. Rusiya İmperiyası xristianlığın beşiyi sayılan müqəddəs torpaqlarda öz geopolitik təsirini və fəaliyyətini genişləndirmək niyyətindəydi. Fələstində müxtəlif ölkələrdən təşrif buyuran pravoslav zəvvarların gəlib-getdiyi böyük bir məkan Rusiya dövlətinin əlindəydi. Rusiya Pravoslav Kilsəsi burda sanballı bir infrastruktur yaratmışdı ki, rusların həmin torpaqları hal-hazırda İsrail işğalı altındadır.
 19-cu əsrin axırları 20-ci əsrin əvvəllərində Qüdsdə yeganə oturuşan dövlət Rusiya dövləti idi. Qüdsə girəndə uzaqdan görünən yeganə məbəd rusların Svyato-Troitski Məbədi idi. Qüdsə gələn ziyarətçilərə rus yeməkləri- şi, borş, qara çörək, kvas, qreçka kaşası verilirdi. 20-ci əsrin əvvəllərində Qüdsə ziyarətə hər il 12-14 min rus gəlirdi. İsrailin izi-tozu da olmadığı bir dövrdə Fələstində rusların 10 kilsəsi, 2 qadın monastırı, 5 xəstəxanası və 7 karvansarayı vardı. Birinci Dünya Müharibəsi başlananda Fələstində və Suriyada ruslar 93 məktəb açmışdılar. Səxavətli ruslar bu məktəblərdə təhsili pulsuz etmişdilər. Şərq xalqlarının övladları bu məktəblərdə havayı oxuyub savad qazanırdılar.
 1918-ci ildə İmperator Pravoslav Fələstin Cəmiyyətinin adı dəyişdirilərək Elmlər Akademiyası nəzdində Rusiya Fələstin Cəmiyyəti qoyulsa da, 1992-ci ilə Rusiya Ali Soveti Prezidiumunun qərarı ilə yenidən tarixi adı qaytarıldı. Xruşşov hakimiyyətdə olduğu dövrdə SSRİ-də ateizmin hökm sürdüyünü əsas gətirərək rusların Fələstindəki müqəddəs torpaqlarını İsrailə satmaq qərarına gəldi. 1964-cü ildə Apelsin sövdələşməsi adlanan möhtəkir sövdələşmə nəticəsində rusların Fələstindəki torpaqları cüzi məbləğə- 4,5 milyona İsrailə satıldı. Hətta həmin dövrdə İsrailin bu məbləği ödəməyə qara qəpiyi də olmadığından pulun əvəzinə apelsin verdi. Beləliklə, rus torpaqlarını sağa-sola paylamağa öyrəşmiş Xruşşov Fələstindəki rus torpağını apelsinə dəyişdi. İsrail aldatma yolu ilə Fələstindəki rus torpaqlarını da ələ keçirə bildi. Məhz bu sövdələşmədən bir neçə gün sonra SSRİ Mərkəzi Komitəsi Xruşşovu işdən qovdu.
 Rusiyanın Fələstindəki torpaqlarının çox hissəsi həmin möhtəkirlik nəticəsində əldən çıxsa da, Rusiya Ruhani Missiyasının binası, Svyato-Trotski Məbədi və Serqiyev Sarayı İsrailə satılmayan obyektlər sırasındadır. Hal-hazırda Rusiya Müqəddəs Torpaqda mülk sahibliyinə görə Vatikan və yunanlardan sonra üçüncü yerdədir. Rusiya dövləti Fələstində itirdiyi torpaqları geri qaytarmaq niyyətindədir və uzun müddətdir ki, bu yöndə çalışır. Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas 2008-ci ildə Vifleem şəhərində Rusiyaya torpaq verdi ki, İmperator Pravoslav Fələstin Cəmiyyəti burda Rusiya Mədəni və Elmi Mərkəzi tikdi. Fələstin rəhbərliyi İerixon şəhərində də Rusiyaya belə bir torpaq sahəsi verilməsi qərarına gəldi. İerixonda Rusiyaya Moskobiya adlanan ərazi, eləcə də İsa Peyğəmbərin böyük hörmətlə yanaşdığı, Pravoslav Kilsəsinin müqəddəslərindən sayılan Zakxeyin çıxdığı ağac olan ziyarətgah verildi. Bundan başqa Rusiya Eleon dağında da mədəni mərkəz tikmək niyyətindədir. Eleon dağının başında Voznesenski pravoslav qadın monastırı yerləşir ki, bu monastır Moskva Patriarxatının tərkibindədir. 2008-ci ildə isə İsrail Qüdsin mərkəzindəki Sergiyev Sarayını Rusiyaya qaytardı.
 Sadə rus insanları Fələstini daim əzəli yurd, ana vətən, doğma yer sayıblar. Filosof Nikolay Berdyayev Fələstinin rus milli şüuruna doğmalığı barədə belə yazırdı: “Mənəvi şeirlərimizdə Rus- kainatdır, rus çarı- çarlar çarıdır, Yerussəlim də Rusiyadır...” Rus insanları daim Fələstinə- pravoslavlığın taleyi ilə qırılmaz tellərlə bağlı olan xristianlığın beşiyinə can atıblar. Minlərlə rus insanı xristianlığın ərsəyə gəldiyi bu yerlərdə olmaq arzusundadırlar. Bu gün Qüdsə Rusiyanın hüququ qondarma İsrail dövlətinin hüququndan qat-qat çoxdur. İndi İsrailin başına min oyunlar açdığı Fələstin və Suriya xalqlarının dayağı tarixən ruslar olmuşlar. İŞİD Suriya və İraq xalqlarının qanını içdiyi bir dövrdə rusların onların köməyinə getməsi də məhz bu kontekstdən başadüşüləndir. Fələstinə rusların qayıdışını şərtləndirən proseslərə artıq başlanmışdır.
 Və sonra Stalinin ölümünə yaxın dövrdə yazdığı, Xruşşovun vaxtında gizlədilmiş, son zamanlarda üzə çıxarılmış vəsiyyətnaməsini sizə təqdim edirik:
 “Mənim ölümümdən sonra qəbrimə çoxlu zir-zibil tökəcəklər, amma tarixin küləyi hamısını süpürüb atacaq.
 Mən heç vaxt əsl inqilabçı olmamışam, bütün həyatım yəhudi burjuaziyasının başçılığı altında Yeni Dünya Nizami qurmaq istəyən Sionizmlə aramsız mübarizədə keçib.
 Məqsədlərinə nail olmaq üçün SSRİ-ni, Rusiyanı dağıtmaq, dini məhv etmək, qüdrətli Rus xalqını soysuz kosmopolitlərə çevirmək istəyirlər.
 Onların planlarının qarşısını ancaq İmperiya ala bilər. İmperiya olmasa, Rusiya da məhv olacaq, Dünya da...
 Utopiyaya son qoymaq lazımdır. Monarxiyadan yaxşı heç bir dövlət quruluşu fikirləşmək mümkün deyil, deməli heç lazım da deyil. Mən həmişə rus çarlarının dühası və əzəməti qarşısında baş əymişəm. Təkhakimiyyətlilikdən biz heç yana qaça bilmərik. Amma diktatoru gərək hökmdar əvəz etsin. Vaxtı gələndə.
 Yer üzündə bizim bir yerdə ola biləcəyimiz yeganə yer- Rusiyadır. Reformalar qaçılmazdır, amma öz vaxtında. Bu reformalar təbii, mükəmməl, ənənələrə söykənən, Pravoslav özünüdərkinin tədricən bərpası ilə olmalıdır. Onların əsasında realizm və sağlam düşüncə dayanır.
 Tezliklə torpaqlar uğrunda mübaribələri resurslar və enerji uğrunda “Soyuq” müharibələr əvəzləyəcək. Buna hazır olmaq lazımdır. Yeni enerji növlərinə yiyələnmək bizim alimlər üçün prioritet olmalıdır. Onların uğuru- gələcəkdə bizim azadlığımızın qarantıdır.
 Ordu yalnız o zaman güclü ola bilər ki, xalqın və hökumətin qayğısı və sevgisi ilə əhatələnsin. Ordunun böyük mənəvi gücü, məğlubedilməzliyinin təminatı da bundadır. Ordunu sevmək və əzizləmək lazımdır!
 Mən təkəm. Rusiya çox böyük ölkədir, ətrafda isə bir nəfər də düz-əməlli adam yoxdur... Yaşlı nəsil ucdantutma sionizmə yoluxub, bütün ümidlərimiz gənclərədir. İnternasionala qarşı yeni səlib yürüşü elan etməyin vaxtı çatıb. Bu yürüşə ancaq Yeni Rus ordeni başçılıq edə bilər ki, onun yaradılmasına yubanmadan başlamaq lazımdır.
 Yadda saxlayın: dünyaya güclü Rusiya lazım deyil, bizə heç kəs kömək etməyəcək, ancaq öz gücümüzə arxalanmalıyıq.
 Düşünürəm ki, ordenə- Aleksandr Nevski Ordeni adı vermək lazımdır, devizi isə “Allah gücdə deyil, Haqdadır” olmalıdır.
 Rus Ordeninin vəzifələri bunlar olmalıdır. Əsas və həlledici vəzifəsi- bütün qüvvələri Böyük Rus uğrunda mübarizədə birləşdirmək. İdarəedici elitanın kadrlarını hazırlamaq. Patriotizmin, Rus milli ideyasının, tarixi həqiqətlərin təbliği, Pravoslavlığın müdafiəsi. Rusiya İmperiyasının və hökmranlığının bərpası üçün şəraitin hazırlanması. Rusiyada mason və sionist nüfuzuna qarşı mübarizə- onun məhvi. Rus xalqının üstünlüyünü təmin etmək- gəlmələr və yadlar öz yerlərini bilməlidirlər. Vaxtı gələndə Rus Ordeni içindən öz Çarını seçmək.
 Rus Ordeninin üzvü necə olmalıdır? Rus ideyasına sadiq, haqqı sevən, uğura inanan, mərd, məsuliyyətli, qətiyyətli, ciddi, ayıq və müdrik. Çox şeyi bilmək vacib deyil, çox şeyi başa düşmək vacibdir. Nizam-intizamlı, sirr saxlamağı bacaran. Kommunist partiyası üzvləri sadalananlara qadir deyillər. Bu partiya rus olmaqdan çıxıb.
 Rus ordeninə münasibət gizli olmalıdır, ta o vaxta kimi ki dünya şəri qarşısında baş qaldırmaq məqamı yetişsin.
 Mən əlimdən gələni etdim, ümidvaram ki siz daha çoxunu və yaxşısını edəcəksiniz. Böyük əcdadlarımızın xatirəsinə layiq olun.
Yanvar-fevral, 1953-cü il. İosif Stalin”.

BAŞ KƏŞFİYYAT İDARƏSİ (QRU) BOLŞEVİK İNQİLABINA NİYƏ DƏSTƏK VERDİ?

 1932-ci ildə Parisdə yazıçı-publisist Nikolay Stepanovun “Rus emiqrasiyasında masonluq” kitabı nəşr olundu. Kitabda sənədlər əsasında sübut olunurdu ki, Müvəqqəti Hökumət üzvlərinin hamısı masonlar idi. Müəllif yazırdı ki, Oktyabr inqilabı “rus xalqı etməmişdi, sadəcə mason fitnəsinin və mason fəaliyyətinin nəticəsi idi”.
 1917-ci il Fevral burjua-demokratik (mason) inqilabı Rusiya sivilizasiyasının əsas özüllərindən birini- Rusiyanın spesifik təbii, tarixi və mədəni şəraitində formalaşmış dövlətçiliyini sarsıtdı və məhv etdi. Hətta hakimiyyətə gəlmiş liberallara da gün kimi aydın idi ki, Qərbin liberal-burjua dövlətçilik modelinə doğru yönəlmiş Müvəqqəti Hökumət ənənəvi Rus dövlətçiliyinin strukturunu dağıdır. Fransız tarixçisi Mark Ferro Kerenskinin etirafları əsasında yazırdı ki, Fevral İnqilabının məqsədi Rus dövlətçiliyinin məhvi olmuşdur.
 Məhz belə bir fəlakətli vəziyyətdə Rus ordu kəşfiyyatı hərəkətə keçdi. Rus ordu kəşfiyyatının rəhbəri general Nikolay Potapov bolşeviklərin içindəki adamlarından istifadə edərək mason hökumətinin devrilməsi üçün plan cızdı. Həmin hadisələr dövründə Müvəqqəti Hökumətin naziri olmuş gürcü İrakli Çereteli haqlı olaraq rusların xüsusi “dövlət instinktini” və təşkilatlanma meylini” vurğulayır. Ölkənin başının üstünü təhlükə aldığı dönəmlərdə daim rus insanları arasında alternativ dövlət modeli hazır olur. Rus ordu kəşfiyyatı bu modeli işə saldı. 1918-1921-ci illər proseslərini analiz edən tədqiqatçı Serqey Kara-Murza yazır: “Kapitalizmi qəbul etməyən, amma modernizasiyanın labüdlüyünü anlayan qüvvələr qırmızıların dalıyca getdilər. 20-ci əsrin başlanğıcında formasion konfliktdə Rusiyanın düşdüyü tarixi dalandan çıxış yolunu bu qüvvələr sosialist sovet sisteminin qurulmasında gördülər”.
 Fevral İnqilabı Rusiyanın dağılmasının başlanğıcını qoymuşdu ki, bu proses bir neçə il davam etdi. 1990-cı illərdə olduğu kimi, Ukrayna, Litva, Latviya, Estoniya, Gürcüstan, Azərbaycan, Ermənistan, hətta Uzaq Şərq Rusiyanın tərkibindən ayrıldılar və “müstəqil respublikalara” çevrildilər. Kerenskinin öz memuarlarında etiraf etdiyi kimi, Müvəqqəti Hökumət noyabra kimi də yaşasaydı, Rusiya adlı dövlət ümumiyyətlə olmayacaqdı. Həmin hadisələri yaşamış akademik Vladimir Vernadskinin yazdığı kimi, “köhnə Rusiyaya yad və düşmən olan yəhudilər irəli çəkilmişdilər”. Fevral İnqilabı yəhudiləri Rusiyanın aparıcı qüvvəsinə çevirmişdi. Kerenski yəhudilərə Rusiyada bərabər hüquqlar vermək və yəhudilərə qarşı keçirilmiş qırğınlara görə onlara kompensasiya ödəmək niyyətindəydi. Hakimiyyətdəki masonlar ən böyük zərbəni orduya vurmuşdular. Məşhur “1 nömrəli əmr” ordunun məhvinə hesablanmışdı. Bu əmr general Anton Denikinin sözlərinə görə “ordunun dağılmasına ilk və əsas təkanı vermiş”, general Aleksandr Lukomskinin sözlərinə görə “zabitlərin komanda heyətini əsgərlər üzərində hakimiyyətdən mərhum edərək nizam-intizamı pozmuşdu”. Bu gün açıq-aydın görünür ki, Fevral İnqilabı Qərb, ilk növbədə Britaniya kəşfiyyatının xüsusi hazırladığı əməliyyat idi. Britaniya İmperiyası Rusiyanın güclənməsindən və dünyada söz sahibi olmasından qorxurdu. Nəzərə almaq lazımdır ki, Fevral İnqilabı və Çarın devrilməsi Rus qoşunlarının İstanbulu fəth etməsi ərəfəsində baş vermişdi; bir az da keçsəydi İstanbul, ardınca da Qüds Rusiya İmperiyasının əyalət şəhərlərinə çevriləcəkdi.
 Məhz Rusiyanın məhvə sürükləndiyi bir ərəfədə Rus ordu kəşfiyyatı işə qarışdı. Tədqiqatçı Vladimir Karpets bildirir ki, Rus ordu kəşfiyyatı masonların Müvəqqəti Hökumətini devirmək üçün bolşeviklərlə əlaqələr qurdu, belə ki həmin dövrdə monarxist təşkilatlar qadağan olunmuş və dağıdılmış, aktiv üzvləri isə öldürülmüşdü. Ordu kəşfiyyatı Rus dövlətini qorumaq üçün bolşeviklərlə alyansa girməyə üstünlük verdi. Genştabın rəhbəri general Nikolay Potapov hələ 1917-ci ilin iyulundan bolşeviklərin içindən öz adamlarını yönləndirirdi. Maraqlıdır ki, həmin dövrdə bolşevik partiyasının Hərbi Bürosuna İosif Stalin rəhbərlik edirdi. Bir sıra tədqiqatçıların fikrincə, 1917-ci il oktyabr çevrilişini və Rusiyanın dağıdılmış Çar ordusunun yerində Qırmızı Ordunun yaradılmasını məhz general Potapovun rəhbərliyi altında Rus ordu kəşfiyyatı həyata keçirmişdir.
 Tədqiqatçı İsaak Deytşerin dediyi kimi, “konservativ” hərbi dairələrdə “cühud işğalına” qarşı kəskin nifrət vardı. Radikallar arasında Müvəqqəti Hökumətdən böyük narazılıq yaranmışdı. Bolşeviklərin tərəfində Kronştadtın matrosları və Petroqraddakı 1-ci Pulemyot Polku da aktiv şəkildə iştirak etdilər, nəticədə Müvəqqəti Hökumət devrildi. Kerenski hakimiyyəti kommunistlərə təhvil verib öz ağalarının yanına Amerikaya qaçdı, ömrünün axırına kimi orda varlı və təmanatlı həyat sürdü. Yəqin məhz buna görə Stalinin həbs etdirdiyi mason Xaim Rakovski istintaq izahatında göstərmişdi ki, “kommunizm qələbə çalmasına görə Lenindən də çox Kerenskiyə borcludur”.
 Rus ordu kəşfiyyatı niyə bolşeviklərlə əməkdaşlıq etdi? Dediyimiz kimi bütün başqa qüvvələr məhv edilmiş, siyasi meydandan qovulub çıxarılmışdı. Vladimir Karpets yazır: “Ölkə tam məhvə getdiyi zaman artıq heç bir “konservatizm” xilas etməzdi. Ancaq radikal inqilabi təşkilat güc qütbü yarada bilərdi”.
 Tədqiqatçı Oleq Strijak bildirir ki, artıq 1917-ci ilin sentyabrında Genştab kəşfiyyatının generalları başda general Aleksandr Samoylo olmaqla gizli plan qurdular. Məqsəd Müvəqqəti Hökuməti yıxmaq və idarəçiliyi Sovetlər Qurultayına vermək idi. Bunun üçün hərbçilər bolşeviklərdən istifadə etdilər. 1917-ci il Oktyabr çevrilişində bolşeviklərə ordunun Baltika donanması dəstək verdi ki, ona Çar kontr-admiralı Aleksandr Razvozov komandanlıq edirdi. Strijakın ehtimalını Leninin 1917-ci ilin 24 oktyabrında panika içində yazdığı məktubu da təsdiqləyir. Lenin bu məktubunda göstərirdi ki, hakimiyyəti “hərbi-inqilabi komitə” də götürə bilər: “Üsyanın işi hakimiyyəti götürməkdir; onun siyasi məqsədi hakimiyyəti götürəndən sonra aydınlaşacaq”. Müvəqqəti Hökumətin poçt və teleqraf naziri İrakli Çereteli 1917-ci ilin iyununda həyəcanla deyirdi: “Bolşeviklərin darvazasından general əks-inqilabı girəcək”. Kadet partiyasının liderlərindən olan Vladimir Nabokov mühacirətdə yazırdı ki, Oktyabr hadisəsi- inqilab deyil, əks-inqilabdır. Sionizmə heyranlıqla yanaşan Kamenyev və Zinovyev kimi “sadiq leninçilər” Oktyabr İnqilabının əleyhinə idilər. Həmin dövrdə “inqilabçı sosialistlər” də “inqilabçı sionistlərlə” birgə eyni mərkəzdən idarə olunurmuşlar kimi yeni yaranmış Sovet hökumətinə qarşı çıxmışdılar. Trotski tərəfdarlarını “Oktyabrdan dərs almağa” çağırırdı.
 Birinci Dünya Müharibəsi döyüşlərinə görə Belorusiyanın Mogilyov şəhərində qərar tutmuş Rus ordu Stavkası 22 fevral 1918-ci ildə Petroqrada yollandı. Həmin gün axşam Stavkaya daxil olan generalların böyük bir qrupu rəisləri general Mixail Bonç-Brueviç başda olmaqla Sovet hökumətinin rəhbərləri Lenin və Stalinlə (əslində Stalinin vasitəçiliyi ilə Leninlə) görüşdülər. Gərgin keçən söhbətdə generallar Leninin qarşısında şərt qoydular və Rusiyanın xilası üçün öz təkliflərini irəli sürdülər. Onlar müharibənin dayandırılaraq təcili sülh bağlanmasını, bütün müdafiə sənayesinin (dağ-mədən, metallurgiya və s.) milliləşdirilməsini, ümumi hərbi mükələfiyyət əsasında yeni ordu qurulmasını, əsgər komitə və şuralarının qadağan olunmasını, əmrlərin müzakirəsinə son verilməsini, dəmir nizam-intizam yaradılmasını, hərbi cinayətlərə görə güllələnmə kəsilməsini tələb etdilər. Lenin bütün tələbləri qəbul etməyə məcbur qaldı. 23 fevral 1918-ci ildə Lenin həyatının ən çətin günlərindən birini yaşadı. O ağır seçim qarşısında qalmışdı. Onun komandası- Mərkəzi Komitə müharibənin dayandırılmasına və Çar ordusu tipli yeni rus ordusunun yaranmasına qarşı idi. Lenin məcbur qalıb ultimatum verərək Mərkəzi Komitədən getməli oldu. 4 martda isə ölkədə general Bonç-Brueviçin rəhbərlik etdiyi Ali Hərbi Şura yaradıldı.
 Maraqlıdır ki, bolşeviklərin Oktyabr çevrilişindən sonra jandarm və polis xidməti dağıdılsa da ordu kəşfiyyatına nəinki toxunulmamışdı, bu struktur tam heyətində qalmışdı və hətta kəşfiyyat zabitləri orduda vacib vəzifələrə götürülmüşdülər. 23 noyabr 1917-ci ildə general Nikolay Potapov ölkənin hərbi naziri təyin olundu. Çar ordusu kəşfiyyatının yüksək rütbəli zabitləri Qırmızı Ordunun idarəçiyində əsas yerləri tutdular: polkovnik Pavel Lebedyev Qırmızı Ordunun Ştab rəisi, polkovnik İoakim Vatsetis Ali Baş Komandan, polkovnik Boris Şapoşnikov Genştabın rəisi, general-leytenant Dmitri Parski Şimal cəbhəsinin komandanı, general-mayor Nikolay Petin Qərb, Cənub və Cənub-Qərb cəbhələrinin komandanı, general Aleksandr Samoylo Şimal və Şərq cəbhələrinin komandanı postlarına oturdular. Hərbi donanma büsbütün Çar zabitliyinin əlində qaldı. Donanmaya kontr-admirallar Modest İvanov, Vasili Altfater, Aleksandr Nemits, vitse-admiral Aleksandr Razvozov kimi tanınmış Çar zabitləri rəhbərlik edirdilər.
 Köhnə Çar ordusunun 70-75 min zabiti yeni Qırmızı Orduda işləməyə başladı. Çar Genştabının 639 general və zabiti Qırmızı Orduda xidmətə keçdi. 1918-1922-ci illərdə Qırmızı Ordunun 100 komandirindən 82-si Çar ordusunun general və zabitləri idi. Araşdırmalar göstərir ki, Çar ordusunun 43 faiz, İmperiya flotunun isə 82,2 faiz zabitləri qırmızıların tərəfinə keçmişdi. Qeyd etmək lazımdır ki, zabitlərin çox hissəsi bolşeviklərin mövqeyini bölüşmürdülər və partiya sıralarına üzv olmamışdılar (Flotun admiral və kapitanlarının çox hissəsi bütün Sovet tarixi boyunca bitərəf qaldılar və partiyaya qoşulmadılar). Onlar bolşeviklərin tərəfini Rusiya dövlətçiliyini möhkəmləndirmək istəyinə görə tutmuşdular. Qeyd etmək lazımdır ki, Qırmızı Orduya qarşı vuruşan Ağ Ordu zabitlərinin çox hissəsi monarxistlər deyildi: Ağ Ordu əsasən “demokratik respublika” qurulması tərəfdarlarından təşkil olunmuşdu. Ağ Ordu generallarının bir çoxunun ingilis kəşfiyyatı ilə əlaqələri ortalığa çıxmışdı.
 Hərbi tarixçi, professor Yuri Rubtsov yazır: “Bolşevik rejimini biz nə cür mühakimə etsək də, tarixi reallıq belədir ki, Böyük Rusiyanın ərazisini bizimçün SSRİ siyasi formasında Müvəqqəti burjua (mason) hakimiyyəti deyil, məhz bu rejim qoruyub saxladı”. Müvəqqəti Hökumətin yerinə gələn Sovetlər Çar zabitlərinin köməyi ilə dövlətçiliyi möhkəmləndirdilər, idarəçilik institutları yaratdılar, nizam-intizam qurmağa səy göstərdilər. Lakin Vətəndaş Müharibəsindən sonra Leninin ətrafındakı trotskistlər ordu kəşfiyyatının bir sıra üzvlərini güllələməyə girişdilər. Orduda trotskist yəhudilər Tuxaçevski və Yakirin rəhbərlik etdiyi qruplaşmalar hegemonluq etməyə başladılar. Stalin ordu kəşfiyyatının Potapov və Şapoşnikov kimi vacib kadrlarını qoruya bildi, hakimiyyətdə möhkəmlənəndən sonra isə ordunu büsbütün trotskist qrupdan təmizlədi və idarəçiliyi yenidən rus zabitliyinin əlinə qaytardı.
 Araşdırmaçıların fikrincə, Rus ordu kəşfiyyatının bolşeviklərə əlaqəyə girməsi qaçılmaz tarixi addım idi. Vaxtilə inqilab və əks-inqilabın belə dialektinə Jozef de Mestr, Konstantin Leontyev, Yulius Evola kimi mütəfəkkirlər də nəzər yetirmişlər. Vladimir Karpetsin dediyi kimi, elə bir vəziyyət yaranmışdı ki, hadisələrin gedişatını dəyişmək mümkin deyildi; odur ki tarixin bu çağırışını qəbul etmək və mənimsəmək lazımdır.
 Politoloq, siyasi elmlər doktoru, Rusiya Hərbi Elmlər Akademiyasının həqiqi üzvü İqor Panarin yazır: “1917-ci ilin yayında Rus hərbi kəşfiyyatı general Potapovun rəhbərliyi ilə Stalinə London proyektləri ilə mübarizədə kömək etməyə başladı. Sonra Stalinə İqnatyev qardaşlarının xarici rus rezidenturası (Paris, Bern) kömək etməyə başladı. Nəticədə generalissimus Stalin tədricən bolşevik sıralarındakı Britaniya rezidenturasını da darmadağın etməyə qadir oldu. 1929-cu ildə Bronşteyn SSRİ-dən sürgün olundu və Stalin qızılın alınması ilə bağlı ingilislərlə SSRİ arasında bağlanmış soyğunçu müqavilələri ləğv etdi. Bronşteynin imzaladığı bu müqavilələrə görə gəlirin yalnız 3 faizi SSRİ-yə çatırdı.  Nəticədə 1929-cu ildə 150 ton olan SSRİ-nin qızıl ehtiyatı 1941-ci ildə 2800 tona qalxdı. Qızıl imkan verdi ki, xaricdən borc almadan industrializasiya həyata keçirilsin”.

STALİN REPRESSİYALARI XALQ DÜŞMƏNLƏRİNƏ QARŞI YÖNƏLMİŞDİ

 Liberal şarlatanlar bildirirlər ki, 1937-1939-cu illərdə Stalin 12 milyon adamı repressiya etmişdir. Amma Sovet hökumətinin mövcud olduğu bütün tarixi boyu- 1918-ci ildən 1987-ci ilə kimi təhlükəsizlik orqanları cəmi 7 milyon adamı həbs etmişlər. Şpionaj, Vətənə xəyanət, terrorçuluq, quldurluq maddəsi ilə tutulanlar da Qərb agenti Qorbaçovun dövründə qanunsuz həbs edilənlər və siyasi məhbuslar siyahısına salındılar, ona görə də bu rəqəm şişdi. Rəqəmləri məqsədyönlü şəkildə şişirdirlər ki, Stalindən qaniçən obrazı yaratsınlar. Səbəb isə budur ki, Stalin sionistlərə xalqın malını oğurlamağa imkan verməmiş, onların planlarını alt-üst etmişdir.
 Trotskist bolşeviklərin SSRİ-də törətdikləri cinayətlərin həcmi o qədər böyükdür ki, onların varisləri olan müasir neotrotskistlər bu cinayətləri Stalinin adına yükləyir, qoy xalqlara həqiqətən atalıq qayğısı göstərmiş böyük insanı bizə qaniçən diktator, tiran, manyak kimi sırımağa çalışırlar. Neotrotskistlər öz sələflərinin xalqa qarşı törətdikləri qanlı əməlləri Stalinin boynuna yıxırlar və onu bəşəriyyətin gözündən salmağa çalışırlar.
 Hətta qatı antisovet tarixçi Riçard Payps bildirir ki, Sovet xalqına qarşı terror və repressiya maşınını Stalin yaratmamışdı, hakimiyyəti ələ keçirmiş sionist-bolşeviklər yaratmışdı. Paypsın sözlərinə görə, hələ 1920-ci ilin axırında Sovet Rusiyasında 50 min məhbusun saxlanıldığı 84 həbsxana vardı və 1923-cü ilin oktyabrında həbsxanaların sayı 313-ə çatmışdı ki, bunlarda 70 min məhbus saxlanılırdı. Stalin sadəcə həmin həbsxanaları yaradanların özlərini bu həbsxanalara doldurub çürütdü. QULAQ həbs düşərgələri yəhudi bolşeviklər tərəfindən Rus və Sovet xalqlarının məhvi üçün tikilmişdi, amma 1937-1938-ci illərdə həmin düşərgələr yəhudi bolşeviklərin özünə qucaq açdı. Terrorun xarakteri dəyişdi. Əgər 1920-1930-cu illərdə milli, xalqçı, vətənpərvər qüvvələr güllələnirdisə, 1930-cu illərin ortalarından başlayaraq antimilli qüvvələr, xalq düşmənləri, vətən xainləri güllələnməyə başlandı. Stalin repressiyaları ilə əvvəlki repressiyalar arasındakı bu fərqə diqqət yetirmək lazımdır. Trotskistlərin repressiyaları xalqçı, dövlətçi qüvvələri, Stalinçilərin repressiyaları isə kosmopolitləri, təxribatçıları, sionist bolşevikləri, masonları, alman kəşfiyyatının agentlərini hədəfə almışdı. Trotskinin silahı qoy xalqlara tuşlanmışdısa, Stalinin silahı trotskist-sionistlərə tuşlanmışdı. Stalin repressiyaları 1920-1930-cu illərdə Sovet xalqlarını genosidə uğratmış həmin o köhnə bolşeviklərin özlərini likvidasiya edib aradan apardı. Trotskinin repressiyaları dövründə əsasən ruslar öldürülmüşdüsə, Stalinin repressiyaları vaxtı öldürülənlərin çoxu yəhudilər oldu. Kütləvi qətliam törədənlərin, terrora rəvac verənlərin özləri terrorun qurbanına çevrildilər. Terror maşını onu yaradanların özünə qarşı çevrildi.
 Professor Vasili Drojjin yazır: “Stalin başa düşürdü ki, trotskizm- sionizm adlı aysberqin yalnız görünən üzüdür. O sionizmin son məqsədini, Sovet İttifaqına hansı təhlükə törətdiyini gözəl bilirdi. Buna görə də sionizmin daşıyıcılarına ümumiləşdirərək “xalq düşməni” adı vermişdi”. Stalinçilər Trotskinin qırmızı terrorçuları ilə onların öz dillərində danışdılar. Yalnız şiddətli amansızlıq əlləri dirsəyə kimi qana batmış azğınları növbəti cinayətlərdən çəkindirə bilərdi. Köhnə Lenin qvardiyasının məhv edilməsi qanunauyğun və qaçılmaz idi. Sovet xalqının gələcək taleyi onların məhvindən asılı idi. Başa düşmək lazımdır ki, yüz minlərlə məkrli yırtıcının meydan suladığı bir şəraitdə dövlətçiliyin yaşaması mümkin deyildi. Stalinin 1937-ci ildə repressiya etdiklərinin əksəriyyəti həqiqətən xalq düşmənləri idi. 1920-30-cu illərdə xalqa qarşı terror həyata keçirənlərin çoxunun Stalin həbsləri zamanı xarici kəşfiyyatların agenti olduğu tam barizliyi ilə ortalığa çıxdı. Onlar tamah və hakimiyyət məqsədilə bütün cinayətlərə əl atmağa hazır idilər.
 Əgər SSRİ-də 1945-ci ildə 123 000 adam tutulmuşdusa, 1952-ci ildə 28 000 adam tutulmuşdu. Yejovun həbs etdiyi 349 min adam QULAQ-dan buraxılmışdı. 1948-1949-cu illərdə ölüm hökmü ləğv olunmuşdu. Stalin artıq 1948-ci ildə xarici kəşfiyyat agentləri, diversantlar, terrorçular, trotskistlər, menşeviklər, eserlər, anarxistlər, millətçilər üçün ayrıca həbsxanalar yaratmışdı və bu ünsürləri həmin həbsxanalara doldurmuşdu. Həmin həbsxanalarda 100 min məhbus yatırdı.
 Onlara qarşı müqavimət göstərən yerli xalqların nümayəndələri ilə daha effektiv mübarizə aparmaq üçün sionist bolşeviklər “troyka” adı alan məhkəməsiz-filansız güllələmə orqanı yaratmışdılar. “Troyka” “əks-inqilabi, terrorçu və antisovet fəaliyyətdə” şübhəli bildiyi adamları güllələmək səlahiyyətinə malik idi. Üç nəfər komissar birgə müşavirədə cəmiyyət üçün təhlükəli bildiyi şəxsi şahidsiz-filansız, bəzən hətta onun öz iştirakı da olmadan güllələmək barədə qərar çıxarırdı və heç kəsin onların işinə qarışmaq ixtiyarı yox idi. Bu cəza orqanını yaratmaqda məqsəd trotskistlərin işinə mane olacaq nüfuzlu şəxsləri aradan götürmək idi. Hakimiyyətdə möhkəmlənəndən sonra “troyka” aparatı Stalinin əlinə keçdi. Stalin “troyka”nı onu yaradanların özünə qarşı yönəltdi. 1934-cü ildən 1940-cı ilə qədər güllələnənlərin kimliyi ilə tanış olarkən məsələnin necə ciddi olduğu başa düşülür. Xalqa qarşı yönəlmiş terror maşını sionistlərin özünə qarşı kökləndi. “Troyka”nın köməyi ilə Stalin və komandası xalqın qanına susamış qırmızı terrorçuların özlərini aradan apardılar.
 Stalin öz işini gözəl bilirdi; o “inqilabçı” deyilən zümrənin iç üzünə yaxından bələd idi. Fevral İnqilabında aparıcı rol oynayanların çoxu hələ 1913-1918-ci illərdən Almaniya, Avstriya kəşfiyyatı, Qərbin mason və antirus dairələri ilə əlaqədar olan adamlar idi. Dövlətçiliyin möhkəmləndirilməsi yolunu seçmiş Stalin onların yaratdığı təhlükənin miqyasını gözəl başa düşürdü. Amma həmin cinayətkar elementlər ilə mübarizə Stalinin öz həyatı üçün də təhlükə yaradırdı. 1917-1920-ci illər hadisələrində yetişmiş hər bir professional inqilabçı artıq öz klanını yaratmış, dövlət dəstəyi, mühafizəsi və imtiyazıları ilə təmin olunmuşdu. Onların hər biri ətrafında əyan-əşrəfi olan nüfuzlu və müftəxor ağaya çevrilmişdi. Stalin belələrini klan qarışıq məhv etdi. Əksəriyyətinin həyat yoldaşının yəhudi olduğunu nəzərə alaraq 5 iyun 1937-ci ildə belə bir qərar verdi: “Aşkar edilmiş vətən xainlərinin- sağ təmayüllü trotskist şpionların həyat yoldaşları da 5-8 il müddətinə həbs olunsunlar”. Beləcə Stalin Rusiyanı fəlakətlərə düçar etmiş “Lenin qvardiyasının odlu inqilabçıları” adlanan zümrəni ətrafı ilə birgə məhv etdi. Stalin xalq düşmənləri ilə əlaqəsi olan öz qohumlarına belə rəhm etmədi. Qohumu və silahdaşı Aleksandr Svanidze Dövlət Bankının sədr müavini olarkən Millətlər Liqasının maliyyə komissiyasının nümayəndəsi kimi mondalist strukturlarının iclaslarında iştirak etdiyinə görə güllələndi, baldızının əri polyak Stanislav Redens Polşa kəşfiyyatına işlədiyinə görə güllələndi, baldızı isə 10 il müddətinə sürgünə göndərildi.
 Stalin günahsız insanları yox, ondan əvvəl xalqa qan uddurmuş satanist bolşevikləri qırırdı. Litvalı homoseksualist Nikolay Yejov (həyat yoldaşı yəhudi idi) daxili işlər naziri işlədiyi vaxt 100 minlərlə günahsız adam repressiya olunmuşdu. Stalin 1939-cu ildə onun günahsız yerə həbs otdiyi 330 min adamı azadlığa buraxdı. Yejov 1940-cı ildə Stalinin əmri ilə həbs olundu və güllələndi. İstintaq zamanı Yejov bildirdi ki, mən 14 min kadrı məhv etmişəm, amma azdır, gərək çox qıraydım.
 Qırmızı Terrorun yaradıcısı olan bolşevik komissarı, Latviya yəhudisi Martin Latsis 1918-ci ildə yazırdı: “Bizim müharibəmiz ayrı-ayrı şəxslərə qarşı deyil. Biz burjuaziyanı bir sinif kimi qırırıq. İstintaq materiallarında müttəhimlərin hansısa işdə və ya sözdə Sovet hökumətinə qarşı çıxmasının sübutlarını axtarmayın. Bizim müttəhimə verdiyimiz ilk sual onun mənşəyi, tərbiyəsi, təhsili və sənəti ilə bağlı olmalıdır. Elə bu suallar müttəhimin taleyini həll etməlidir”. Bu isə o deməkdir ki, hakimiyyəti ələ keçirmiş sionistlər məhz xalqın ziyalı və ayıq nümayəndələrini məhv etməyi qarşılarına məqsəd qoymuşdular. Həmin Latsis 1921-ci ildə yazdığı “Əsk-inqilaba qarşı Fövqəladə Komissiyalar” kitabında açıq-aşkar bildirirdi: “Bu gün biz israillilər daimi qorxu altında gələcək dövlətçiliyimizi qurmaqdayıq...”
 Latsisin təşəbbüsü və rəhbərliyi altında Çarın övladları Böyük Knyazlar general Nikolay Mixayloviç, general-leytenant Qeorqi Mixayloviç, general Pavel Aleksandroviç, polkovnik Dmitri Konstantinoviç güllələndilər. Rusiya Elmlər Akademiyası və Maksim Qorki güllələnməyə mane olmaq istələr də, Lenin qəti şəkildə bildirdi: “İnqilabın tarixçilərə ehtiyacı yoxdur”. Ukrayna ÇK-sına rəhbər təyin olunan Martin Latsis düşmənlə döyüşlərdə fərqlənməsə də, dinc sakinlərə qan uddurması ilə dillərdə dastan olmuşdu. Onun Ukrayna ÇK-sının rəhbəri olduğu bir neçə ay ərzində Ukraynada qan su yerinə axmışdı. Latsisin Ukraynada verdiyi əndəbadi qərarlardan biri həkimlərin “burjua elementi” kimi yaşadıqları evlərdən qovulub çıxarılması idi ki, Ukrayna rəhbərliyinin səyləri nəticəsində bunun qarşısı alındı.
 Ağqvardiyaçıların Xarkova hücumu gözlənildiyindən Latsis şəhəri qoyub qaçdı və Kiyev ÇK-sına rəhbərlik etməyə başladı. Kiyevdə də şəhəri düşmən hücumuna hazırlamaq əvəzinə o yerlisi Yakov Peterslə birgə “daxili düşmən” axtarışına başladı. Bu iki latviyalı çekist qərar verdilər ki, şəhərdə bütün şübhəlilərin öldürülməsi şəhərin müdafiəsinin əsasını təşkil etməlidir. Yakov Peters 1919-ci ilin iyununda Petroqradın komendantı təyin olunan zaman bütün keçmiş polis işçilərinin və hərbçi zabitlərin həbs olunması barədə verdiyi əmrlə yadda qalmışdı. Dzerjinskinin müavini olduğu dövrdə ÇK-nı öz yerliləri olan latışlarla doldurmuşdu. Peters 1919-cu ilin avqustunda Kiyevin komendantı təyin olunanda şəhərə müxtəlif istiqamətlərdən Denikinin və Petlyuranın orduları hücum edirdilər. Peters, eləcə də Kiyev ÇK-sına rəhbərlik edən Martin Latsis düşmənə qarşı döyüşlərdə iştirak etməsələr və müdafiəni qura bilməsələr də (hər ikisi Latviyada çoban olmuşdu, bu sahəni bacarmırdılar), hərbi səriştəsizliklərini “daxili düşmənlərlə mübarizədə” gizlətmək istədilər. Onlar şəhərdə müxtəlif şübhələr əsasında həbs etdikləri adamları kütləvi şəkildə güllələməyə başladılar. Həbs olunanları sement döşəməsi olan böyük qaraja gətirərək güllələyir, bəzilərinin bədən üzvlərini kəsir, qarınlarını yırtır, yerə yıxıb başlarını ağır əşyalarla əzirdilər; ərazidə insan beynindən və qanından göl yaranmışdı. İnsanları bəzən diri-diri, canı tam çıxmamış dərəyə töküb üstünü torpaqlayırdılar. O qədər insan qanına susamışdılar ki, 8 yaşlı uşağı anasına kəndirlə bağlayıb basdırmışdılar.
 Rəsmi məlumatlara görə həmin vaxt Kiyevdə məhkəməsiz-filansız 3 min adam güllələnmişdi. Latsisin özü ilə birgə Ukrayna ÇK-sına vəzifəyə gətirdiyi yaxın qohumu Serqey Şvarts (inqilabdan qabaq “Bund” yəhudi terror təşkilatının üzvü olmuşdu) Kiyevin “Qırmızı qılınc” qəzetində “Yaşasın qırmızı terror!” adlı məqalə yazaraq bildirirdi: “Biz bütün düşmənlərimizi məhv etməliyik... Partiyadan olan yoldaşlarımız tutduğumuz adamlarla bağlı bizə xahiş edirlər və onları həbsdən buraxmağımızı istəyirlər. Bildirirlər ki, bu “intelligentləri” məhv etməklə biz reqress yaradırıq. Olsun, qoy biz müəyyən müddətə geriləyək, amma qırmızı süpürgə ilə bütün zibili təmizləməliyik... Ürəyiyumşaqlar, rədd olun bizim yolumuzdan!..”
 30 avqust 1919-ci ildə ağqvardiyaçıların hücumundan qorxan Latsis, Peters və Şvarts Kiyevi də qoyub qaçdılar. Peters Moskvada işlədiyi vaxt Sovet İttifaqının humanitar elminə ağır zərbə vurdu; onun rəhbərliyi altında Sovet İttifaqı Elmlər Akademiyasının 70-ə yaxın alimi işdən qovuldu, onların bir çoxu həbs olundu. Sovet tarixində qanlı iz buraxmış bu latış cəlladları Stalinin əmri ilə həbs olunaraq 1938-ci ildə güllələndilər.
 İstintaq zamanı Yakov Petersin ingilis cəsusu olduğu və qəsdən ziyanvericiliklə məşğul olduğu üzə çıxdı. Londonda mühacirətdə olarkən Peters qızıl dükanını yarmaq üstündə tutulmuşdu. Onu İngiltərə kəşfiyyatı rəhbərinin vəkil oğlu həbsdən qurtarmışdı. Çerçilin əmisi qızı Kler Şeridan da Petersin türmədən buraxılmasına köməklik göstərmişdi. Londonda Peters bankir qızı Meyzi Frimen ilə evlənmişdi və Fevral İnqilabından qabaq xarici ticarətlə məşğul olan böyük ingilis şirkətində işləmişdi. Rusiyada Vətəndaş Müharibəsi vaxtı ağqvardiyaçıların tərəfində vuruşan çexoslovak korpusu Kazan şəhərini tutmuşdu ki, burda Rusiya İmperiyasından qalma 500 ton qızıl saxlanılırdı. Sovet hökuməti cəbhənin həmin istiqamətinə ÇK-nın rəhbər məmurlarından olan Martin Latsisi məsul etmişdi. Lakin Latsisin bacarıqsızlığı ucbatından 500 ton qızıl Sovet hökumətinin əlindən çıxmışdı. Həmin vaxt Dzerjinskinin müavini olan Yakov Peters nəinki Latsisi buna görə cəzalandırmamışdı, əksinə onu qorumuşdu. İstintaq müəyyənləşdirdı ki, Kaplanın Lenini güllələməsini də Peters işlədiyi İngiltərə kəşfiyyatının sifarişi ilə təşkil edib- Lenin çexoslovakların əlinə keçmiş Kazandakı qızılı geri qaytarmaq üçün çalışırdı, ingilislər isə həmin qızılı çexoslovaklar vasitəsilə Rusiyadan çıxarıb aparmaq istəyirdilər.
 “10-20 ildən sonra bu əclafları kim xatırlayacaq? Heç kim! Xalq bilməlidir ki, bizim güllələdiklərimiz onun düşmənləridir. Qroznının qırdığı boyarları kim xatırlayır? Əvvəl-axır hər kəs layiq olduğunu almalıdır”- Stalin müşavirədə bildirmişdi. “Xalq başa düşür, İosif Vissarionoviç, başa düşür və dəstəkləyir”- yerdən Molotov demişdi. Uzun illər boyu ölkədə günahsız insanları ağına-bozuna baxmadan kütləvi surətdə qıran Trotskini, Zinovyevi, Kamenyevi, Buxarini, Rıkovu və başqa qanlı bolşevikləri kim xatırlayacaqdı? Bu məmurların xalq qarşısında günahları o qədər böyük idi ki, xalq onların güllələnməsinə sevinir, Stalinin kəskin addımlarını alqışlayırdı. Həmin məşəqqətli illərdə xalq bolşevik zalımlarına nifrət püskürməkdəydi.
 1941-ci ilin mayında Politbüroda çıxışı zamanı Stalin deyirdi: “Həbs etdiyimiz xalq düşmənləri üçün əsas məsələ iqtisadi və hərbi qüdrətin sarsıdılması, xarici aqressorlara SSRİ-yə hücum işində dəstək, SSRİ-nin hərbi məğlubiyyətini hazırlamaq olmuşdur. İstintaq zamanı onlar boyunlarına aldılar ki, Sovet dövlətinin onurğasını qırmaq istəyirdilər. Bu kampaniyanın, bu bandanın kökünü xarici kəşfiyyatlarda axtarmaq lazımdır. Xarici kəşfiyyatlar bu adamları alıb maliyyələşdirir, onlara sadiq nökər xidmətlərinə görə pul verir. Biz bu kökü araşdırıb tapdıq. Xarici kəşfiyyatçılar əli əl üstüə qoymadan bizim ölkəmizdə özlərinə müttəfiqlər axtarırdılar, Sovet quruluşuna düşmən adamların içindən mənəviyyatsızları tapırdılar. İfşa olunmuş və güllələnmiş xalq düşmənləri xarici düşmənə, aqressora qapılar açmaq istəyirdlər. Belələrinin tapılması və güllələnməsu ölkəmizin uğurlu müdafiəyə hazırlanmasının əsas tədbirlərindəndir. Alınmaz qalaları adətən içəridən alırlar”.
 B.Q.Solovyev və V.V.Suxodeyev “Sərkərdə Stalin” kitabında yazırlar: “Heç bir “Stalin repressiyaları” olmayıb. Sovet düşmənləri ilə- sionistlər, trotskistlər və hər cür liberallarla ağır mübarizə olmuşdur. Və məhz görülmüş təhlükəsizlik tədbirləri sayəsində həmin sionistlər, trotskistlər və liberalların bizə sırıdığı amansız müharibəni uda bilmişik”.
 1940-1941-ci illərdə alman kəşfiyyatının SSRİ-də ən güclü konspirasiya olunmuş 66 agenti tutuldu. Bundan başqa 1600 faşist agenti likvidasiya olundu ki, bunların 1400 nəfəri SSRİ-nin qərb rayonlarında fəaliyyət göstərirdi. Bütün bu tədbirlər imkan verdi ki, SSRİ müharibəni udsun. Kəşfiyyat tarixçiləri bildirirlər ki, Stalinin Almaniyada yetərli sayda agenti olduğu və faşist hökumətinin addımları barədə vaxtı-vaxtında məlumat aldığı halda, Hitler Sovet hökuməti barədə heç bir məlumat ala bilmirdi- alman kəşfiyyatının işi tam paralic olmuşdu. Həm də Almaniyanın SSRİ-də agentlərinin olmaması SSRİ-nin Almaniyadakı agentlərinə rahat işləməyə imkan verirdi. Alman xarici kəşfiyyatının rəhbəri Valter Şellenberq deyirdi: “Faktiki olaraq Reyxin hər nazirliyində məsul postlar tutan şəxslər arasında rus gizli xidmətinin agentləri vardı”. Alman hərbi kəşfiyyatının şefi admiral Kanaris deyirdi: “Sovet kəşfiyyat şəbəkəsinin Avropadakı fəaliyyəti Almaniyaya 200 min əsgər həyatı hesabına başa gəlib. Hələ mən strateji itkilərdən danışmıram”. Xatırladaq ki, müharibədə 50 milyon insan həlak olmuşdur ki, bunun 27 milyonu Sovet vətəndaşıdır. Əgər Stalin vaxtında ölkəni xarici agentlərdən təmizləməsəydi, qurbanların sayı daha çox olardı.
 Amerikaya qaçmış Trotski özünün SSRİ-dəki agenti, xarici işlər nazirinin müavini işləyən Nikolay Krestinskiyə təlimatlarında ordunun yüksək rütbəli zabitləri və məmurları ilə əlaqəyə girməyə və onlarla söhbətlər aparmağı məsləhət görürdü. Burdan aydın olur ki, əgər Stalin müharibədən qabaq ordunu Trotski ilə əlaqəli adamlardan təmizləməsəydi, almanlar qələbə çala və SSRİ-ni işğal edə bilərdilər. Təsadüfi deyil ki, müharibədə başlayanda prezident Ruzvelt ABŞ-ın Moskvadakı səfirindən soruşmuşdu: “SSRİ-də 5-ci kolon varmı?” Səfir cavab vermişdi: “Vardı, amma hamısını güllələdilər”.
 Sovet hakimiyyətinə arxadan xəncər vurmaq üçün xaricdən sadəcə bir siqnal, bir hərəkət gözləyən qüvvələr 1930-1937-ci illərdə tamamilə sıradan çıxarıldılar. Bakının açarlarını Hitler generallarına sinidə təslim etmək planlarını quranların, xəyanətkar “beşinci kolonun” tam tərksilah edilib təsirsiz vəziyyətə salınması 1930-cu illər repressiyasının ən böyük uğuru idi. 1941-1945-ci illərdə Hitlerin Azərbaycan daxilində cəsus şəbəkəsi və “partizan” hərəkatı təşkil etmək niyyətinin, neft mədənlərini partlatmaq planının uğursuzluğa düçar olması məhz 1937-ci illərin qələbəsiydi, 1941-1945-in yox. 1942-ci ildə Hitler qoşunlarına Azərbaycanın qapılarını taybatay açacaq əllər 1930-cu illərdə kəsilmişdi. Xaricdən Fətəlibəyli-Düdənginskilərin daxildə Bəhrambəylərlə birləşəcəyi təqdirdə Sovetlər ölkəsi faşizm qarşısında heç bir ay da tab gətirə bilməzdi. 1941-1945-ci illərdə satqın faşist generalı rütbəsinə layiq görülmüş Fətəlibəyli-Düdənginskilər vardı, amma onların uzanan əllərini daxildə sıxacaq Bəhrambəylər yox idi- faşistlər gələndə onlar ya türmədəydilər, ya da torpaq altda. Tədqiqatçı Vladimir Karpov özünün “Generalissimus” kitabında maraqlı bir müqayisə aparır. O müharibədən əvvəl İngiltərə, Fransa, Hollandiya, Belçika birləşmiş müttəfiqlər koalisiyasının hərbi-texniki göstəricilərini Hitler Almaniyasının anoloji göstəriciləri ilə qarşılaşdırır və məlum olur ki, müttəfiqlər istər canlı qüvvə, istərsə də ağır texnika baxımından faşistlərdən üstün olsalar da onlar faşist işğalına heç bir ciddi müqavimət göstərə bilmədilər. Belə ki Fransa kimi güclü bir dövlət Almaniya qarşısında cəmi 42 gün davam gətirərək süqut etdi. Amma müharibə başlayarkən Almaniyadan 3-4 dəfə zəif olan SSRİ müharibəni uddu. Karpov sual edir: Nə üçün? Çünki müttəfiq ölkələrdə, xüsusilə də Fransa hərbi elitası arasında nasistlərlə əməkdaşlıq edən çoxsaylı satqınlar -hansı ki onları adətən “beşinci kolon” adlandırırlar- var idi, amma SSRİ 1930-cu illər repressiyasında sözügedən xəyanət kolonunu tam sıradan çıxarmışdı. İndi artıq bir çox müəlliflər ABŞ-ın 1936-1938-ci illərdə SSRİ-də səfiri olmuş Cozef Devisin belə bir qənaətini paylaşmaqdadırlar ki, 1930-cu illər repressiyası göründüyü kimi vəhşilik, qisas kompaniyası yox, Sovet rəhbərliyinin uzaqgörən siyasəti olmuşdur, elə bir siyasəti ki, Sovetlərə 1941-1945-ci il müharibəsini 1937-ci ildə udmağa imkan vermişdi. Devis yazırdı ki, Stalin müharibəni 1937-ci ildə uddu- əgər o müharibə öncəsi təmizləmələr aparmasaydı, Sovetlərin aqibəti Fransadan heç də fərqli olmayacaqdı.
 Hitler öz çıxışlarında deyirdi ki, mən 1914-cü ildəki axmaqlar kimi müharibə aparmayacağam və beşinci kolonlardan istifadə etməklə ölkələri tutacağam: “Düşmən ölkələrdə bizə kömək edəcək dostlarımız var. Şüurlarda təlaş, ziddiyyətli hisslər, qətiyyətsizlik, panika- bizim əsas silahımız bu olacaq. Ordular Baş Ştabsız qalacaq. Bütün siyasi xadimlər yolumuzdan kənarlaşdırılacaq...” Məhz beşinci kolonun əli ilə Hitler tez bir zamanda Avropanı fəth edə bilmişdi: Daniya 24 saata, Hollandiya 5 günə, Krit adası 11 günə, Yuqoslaviya 12 günə, Belçika 18 günə, Yunanıstan 5 günə, Norveç 23 günə, Polşa 27 günə, Fransa 42 günə tutulmuşdu. Amma SSRİ-də bu variant alınmadı. Qərbli müşahidəçilərin hesabına görə, Hitler Moskvanı 2-3 aya tutmalı idi. Amma tuta bilmədi. Çünki Stalin Qərbin SSRİ-dəki beşinci kolonunu büsbütün məhv etmişdi.
 B.Q.Solovyev və V.V.Suxodeyev “Sərkərdə Stalin” kitabında yazırlar: “Stalin repressiya həyata keçirmirdi- o xalq düşmənlərini və satqınları məhv edirdi”. Məsələn, elə götürək Tuxaçevskinin məhkəmə prosesini. Trotskinin sağ əli Tuxaçevski özünü açıq-aşkar “Rusiyanın işğalçısı” adlandırırdı. 1930-cu illərdə onun alman hərbi elitasıyla əlaqələri ifşa edilmişdi və faktlarla sübuta yetirilmişdi. İngilis tədqiqatçısı Bill Blande yazır ki, əgər Tuxaçevski vaxtında həbs olunmasaydı, elə birinci zərbədəcə faşistlər Moskvanı ələ keçirəcəkdilər. Molotovun şər fiquru adlandırdığı Tuxaçevski xaricdən Trotskinin tapşırığı ilə Stalini devirmək üçün konkret plan hazırlamışdı. Trotski-Tuxaçevski-Hitler planına görə SSRİ-nin bir hissəsi şüurlu şəkildə Almaniyaya təslim edilməli, Stalin devrilməli, qalan coğrafiyada isə Almaniyayla təslimçi sülh müqaviləsi imzalamış revizionistlərin rejimi başda Trotski olmaqla bərqərar edilməliydi. Amma 1930-cu illər repressiyası düşmənlərin planını pozdu.
 Bu gün bir çoxları Tuxaçevskinin Oktyabr İnqilabı zamanı oynamış olduğu rolu şişirdərək belə bir yanlış görüntü yaratmağa çalışırlar ki, guya repressiya ən əqidəli “Lenin qvardiyası” deyilən kommunist nəslini məhv etmişdir. Amma istintaq materialları sübut etdi ki, 20-ci illərdə inqilab üçün çalışmış bu sima 30-cu illərdə Trotskinin fitvasıyla SSRİ-nin üçdə birini alman faşistlərinə güzəştə getməyə hazırlaşırdı. Bill Blande yazır ki, Tuxaçevskinin alman faşistlərini tərifləyən, onların yenilməzliyini mədh edən tostları Fransa qəzetlərində belə dərc olunurdu.
 Trotskinin Azərbaycandakı kadrlarından biri Kommunist Partiyasının Bakı komitəsinin rəhbəri Sarkis Danielyan idi. Şuşa doğumlu bu adam vəzifəyə ancaq erməniləri götürürdü, azərbaycanlıları isə nəinki irəli getməyə qoymurdu, müxtəlif bəhanələrlə partiyadan qovub ləkələyirdi. O Azərbaycan Kommunist Partiyası sıralarından 500 azərbaycanlını qovmuşdu. Sarkis Danielyan 25 avqust 1937-ci ildə Stalinin əmri ilə güllələndi. Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün rəhbər heyəti də millətçilik etdiklərinə görə repressiyaya məruz qaldılar. Həbs olunmuş Mardakert rayon partiya komitəsinin katibi O.Kotanjyan onu millətçi erməni təşkilatına cəlb edənlər arasında Dağlıq Qarabağın birinci katibi Pyotr Poqosovun da adını qeyd etdi. Poqosov 1937-ci ilin oktyabr ayında Mərkəzi Komitə sıralarından qovularaq digər partiya işçisi olan ermənilərlə birgə mühakimə edildi.
 Şaya İtsikoviç Qoloşekin (adını dəyişdirib Filipp İsayeviç yazdırmışdı) Çar ailəsinin güllələnməsinin və cəsədlərinin yandırılmasının təşkilatçılarından biridir. Qoloşekin 1925-ci ildən 1935-ci ilə kimi Qazaxıstanın rəhbəri işləmişdi və respublikada aclıq yaradaraq əhalini fəlakətə sürükləmişdi. O Qazaxstanda 700 kəndli təsərrüfatını konfiskasiya siyahısına salmış, nəticədə camaatdan 150 min baş mal-qara müsadirə olunmuşdu. 1 milyon qazax bu konfiskasiyadan ağır ziyan çəkmişdi. 1931-ci ildə Qazaxıstandan 1 milyon 300 nəfər adam köçüb getməyə məcbur qalmışdı ki, onun 616 mini bir daha geri qayıtmamışdı. Yüz minlərlə qazax Çinə qaçmışdı. Tarixçilərin dediyi kimi, bu sionist yoldaş qazaxları adam saymırdı. Stalinin əmri ilə Şaya Qoloşekin 15 oktyabr 1939-cu ildə həbs edildi. O xalqa qarşı trotskist aktda günahlandırılaraq güllələndi.
 Sovet insanlarının Stalindən və “kütləvi repressiyalardan” qorxmaları üçün əsasları vardımı? Son onilliklər hər cür yalançı televiziya verilişləri və qəzet məqalələri ciyildəyirlər ki, bəli, vardı, hər şey dəhşətli idi, “kütləvi repressiya ətçəkənində” sağ qalmaq böyük uğur idi və bütün xalq qorxudan sarsılmışdı. Guya insanlar səhər işə necə gedəcəyini və ya Daxili İşlər Komissarlığının zirzəmisinə düşüb-düşməyəcəyini bilmədən gecə soyuq tərlə yatırdılar. Bu halda hansısa “şahidlərin” və “həmin dövrlərdə yaşamış” nənələrin sözlərinə istinad edirlər, hansı ki guya bütün həyatlarını qorxu altında keçiriblər. Amerikan tarixçisi Robert Terston bu məsələlərə aydınlıq gətir. Onun Stalin repressiyaları ilə bağlı 1990-cı illərin ortalarında çap olunmuş kitabı Qərbin antisovet və rusofob cəmiyyətində şok effekti yaratmışdır. Terstonun gəldiyi nəticələrə görə, Stalin repressiyalarıın həcmi heç də bizə təqdim olunduğu kimi dəhşətli dərəcədə deyildi. İddia edildiyi kimi, kütləvi güllələnmələr olmamışdır. Repressiyalar məhdud çərçivədə həyata keçirilmişdir ki, Sovet xalqının çox hissəsinə toxunmamışdır. Bu repressiyaların Sovet cəmiyyətinə mənfi təsiri az olmuşdur. Əksinə Sovet insanları Stalinin kəskin addımlarını bəyənirdilər və onun repressiyalarını dəstəkləyirdilər. Stalin dövründə iddia edildiyi kimi, SSRİ-də qorxu və psixoz atmosferi yox idi. Stalin sadə Sovet insanları üçün hər cür şərait yaratmışdı; sadə kəndli balası vəzifə pillələrinə yüksələ bilirək dövlət idarəçiliyində asanlıqla yer tuta bilirdi.

TROTSKİ – XALQ DÜŞMƏNİ

 Politoloq, siyasi elmlər doktoru, Rusiya Hərbi Elmlər Akademiyasının həqiqi üzvü İqor Panarin yazır: “Rusiya xalqı və elitası daim bilməlidir ki, məhz Britaniya imperiyası 1917-ci ildə Fevral Mason dövlət çevrilişini təşkil etdi, Rusiyanı qanlı vətəndaş müharibəsi girdabına sürüklədi. Britaniya agentləri həm bolşeviklərin içində (Trotski-Bronşteyn və s.), həm də ağların içində (admiral Kolçak və s.) vardı. Sonra isə London Hitlerin seçki kampaniyasını maliyyələşdirdi, onu hakimiyyətə gətirdi və Münhen Sövdələşməsinin köməyi ilə faşist Almaniyasının SSRİ-yə hücumunu təşkil etdi. Ardınca ingilislər SSRİ-nin rəhbərliyinə Trotskini qoymağı planlaşdırmışdılar. Trotski Britaniya kəşfiyyatının bolşeviklər arasında əsas agenti idi. Britaniyanın Mİ-6 kəşfiyyatının rezidenti Vilyam Vaysman (müharibədən əvvəl və sonra bankir olub, “Kun, Leyb və Ko” firmasına işə götürülüb) Trotskini ABŞ-da əməkdaşlığa cəlb etmişdir və 1917-ci ildə gəmi ilə Nyu-Yorkdan Rusiyaya göndərmişdir”.
 Tarixçi Pol Conson “Yəhudilik tarixi” kitabında yazır: “Trotski bolşevizmin zorakılığını və şeytani hakimiyyətini simvolizə edirdi. O dünyanı alova qərq etmək fikrindəydi”. Bilmək vacibdir ki, inqilabdan sonra Sovet xalqlarına qarşı törədilmiş ağır cinayətlərin baiskarı ənənəvi tarixçilərin iddia etdiyi kimi Stalin deyil, məhz Trotskidir. 1920-ci ilin martında Moskvada Kommunist İnternasionalının iclasında çıxışı zamanı Trotski belə deyirdi: “Qan və amansızlıq bizim lozunqlarımız olmalıdır”.
 Konspiroloqlar Trotskiyə “inqilabın Lüsiferi” adı qoymuşlar. O hakimiyyətə oturan kimi xalqa qarşı çoxlu sərt dekret və qərarlar verdi. O fəxrlə bildirirdi ki, mənim müdafiə və transport komissarı olmaqdan başqa əsas vəzifəm dinə qarşı mübarizədir. İnqilabdan sonra Trotski din işləri üzrə nazir təyin olundu və mason stilində məbəd və kilsələrin dağıdılması fəaliyyətinə başladı. Ölkədəki dini məbədlər söküldü, dindarlar həbsə göndərildi və ya güllələndi. Maraqlıdır ki, bolşevik-trotskistlər başqa dinlərə məxsus məbədləri dağıtdıqları halda sinaqoqlara toxunmurdular, hətta yenilərini tikirdilər. Bolşevik antidini terrorunun baş alıb getdiyi həmin dövrdə bir sıra rus şəhərlərində İsa peyğəmbəri satmış və ölümünə bais olmuş İudaya heykəllər ucaldıldı. Jurnalist Qriqori Bostuniç “Masonluq və Rus inqilabı” kitabında yazır ki, bolşeviklər Sviyajsk şəhərində ucaltdıqları bu heykəllərdən birinin açılışı zamanı şeytanın- Lüseferin özünə də heykəl qoymaq lazım olduğunu bildirirdilər. Ölkədə vəziyyətin həddən artıq kritik olduğu bir ərəfədə bolşevik hökuməti Fələstinə yəhudi könüllüləri göndərməyə başladı ki, Balfur deklarasiyası əsasında yaradılmış yəhudi dövlətinə hərbi dəstək versinlər. Yəhudi məsələsində olduqca həssas olan Trotski 1918-ci ildə yəhudilər haqqında anekdot danışanlara ölüm hökmü verilməsi barədə qərar çıxardı.
 İnqilabdan əvvəl Rusiyada 55 173 pravoslav kilsəsi və 1 250 monastırı vardı. Təkcə 1917-ci ildə 94 kilsə və 26 monastır bağlandı. 1919-cu ilin axırına kimi minlərlə dindar öldürüldü. Ural qəzetlərindən birində boleviklərin öldürdüyü keşiş və monaxların siyahısı dərc olunmuşdu; hər birinin adının qarşısında öldürülmə metodu göstərilmişdi- suda boğmaqla, xəncərlə o üz bu üz deşməklə, tüfəngin qundağı ilə döyməklə, güllələməklə, qılıncla doğramaqla... Hətta orda belə bir qeyd də vardı: məhkum özü öz qəbrini qazdı. Rusiyada dinə qarşı amansız mübarizə nəticəsində 10 minlərlə dindar və onların ailə üzvləri öldürüldü. İnqilaba qədər Rusiyada 100 min ruhani var idisə, 1919-cu ildə onların cəmi 40 mini sağ qalmışdı! Xatırladaq ki, həmin dövrdə ölkədə Trotskinin bloku at oynadırdı, Stalinin bloku hələ hakimiyyətə gəlməmişdi.
 Masonların məlum Ümumdünya Respublikası ideyasını həyata keçirməyə çalışan Trotski ruslardan ibarət ordu yaradaraq Avropanın üzərinə yeridi. O əvvəl Polşanı, sonra isə Almaniyanı tutaraq hər yerdə Sovet hakimiyyəti elan etmək niyyətindəydi. Lakin iş elə gətirdi ki, Polşa marşalı Yuzef Pilsudskinin rəhbərlik etdiyi ordu 1920-ci ildə Varşava hüdudlarında Tuxaçevskinin rəhbərlik etdiyi Trotskinin Qırmızı Ordusunu darmadağın etdi. Beləcə bütün dünyada “permanent inqilab” həyata keçirmək planı iflasa uğradı. Trotskinin həmin avantürası nəticəsində Qırmızı Ordunun 25 min əsgəri öldürüldü, 60 min əsgəri polyaklara, 45 min əsgəri almanlara əsir düşdü. Bu sadəcə mason ideyalarını yerinə yetirmək üçün Trotskinin rus xalqının başına gətirdiyi oyunlardan biri idi.
 General Konstantin Petrov trotskizmi “müasir şəraitə uyğunlaşdırılmış iudaizm” adlandırır. Trotskinin tapşırığı ilə dövlət işçiləri arvadlarını bir biri ilə bölüşməliydilər və uşaqlarını tam cinsi azadlığın təbliğ olunması üçün açılmış xüsusi məktəblərdə oxutmalıydılar. Trotski yazırdı: “İnqilab ailə ocağının dağıdılması üçün qəhrəman bir cəhd həyata keçirdi”. Yeni dövlətdə nigaha kişi ilə qadın arasında “fizioloji birlik” forması kimi baxılırdı; bu “birlikdən” doğulan uşaqları dövlət müsadirə edib internatlara götürməliydi ki, valideynlərə rahat işləməkdə mane olmasınlar.
 Trotskinin bu satanist əməllərinə məhz Stalin son qoydu. 1927-ci ildən başlayaraq Stalin ailə institutunu dirçəltməyə başladı, mənəviyyata və əxlaqa önəm verdi, abortları qadağan etdi. Stalin trotskistlərdən fərqli olaraq elə bir cəmiyyət formalaşdırdı ki, nigahdankənar uşaq dünyaya gətirmək biabırçılıq hesab olundu.
 Trotski daim amerikan ağalarının təlimatları əsasında fəaliyyət göstərmişdir. Kaqanoviçin qardaşı oğlu, amerikan jurnalisti Stüart Kaqan Trotskini belə xarakterizə edirdi: “O Qərbdən gəldi, Qərbə getdi və daim Qərbdən maliyyələşdi”. ABŞ prezidenti Vudro Vilsonun şəxsi tapşırığı ilə Trotskiyə ABŞ vətəndaşlığı verilmişdi. Dövlət qanunlarına zidd olsa da, Amerikaya gələn kimi o, eləcə də Buxarın heç bir problemsiz və yubatma olmadan ABŞ vətəndaşlığı almışdılar. Nyu-Yorkda yaşadığı dövrdə o təmtəraqlı evdə qalırdı, xidmətçisi və personal maşını ilə birgə sürücüsü vardı, hərtərəfli təmin olunmuşdu. Buxarinlə birgə o “Yeni Dünya” yəhudi qəzetində işləyirdi, müxbir kimi maaş alırdı və Rusiyadan köçüb gəlmiş iki milyon yarım yəhudinin yaşadığı İst-Sayd rayonunda mühazirələr oxuyurdu (“Bir dəfə Amerikada” məşhur Hollivud filmi bu bandit rayonunda çəkilmişdir).
 Trotski 1917-ci ilin mayında “Kristianford” gəmisində Nyu-Yorkdan Petroqrada təxribat törətməyə göndərildi. Silahla dolu olan bu gəmidə Nyu-York küçələrində quldurluq edən 300 yəhudi də Trotski ilə birgə Rusiyaya gəldi. Bu “İnqilab gəmisi”ndə gələnlərin içində demək olar ki rus yox idi. Çarın vaxtında Rusiyada yəhudilərin çox hissəsi Belorusiya, Polşa və Ukrayna ərazilərində yaşayırdılar və onların Rusiyanın mərkəzi ərazilərinə girməsi qadağan olunmuşdu. ABŞ yəhudiləri də məhz bu ərazilərdən ora köçmüşdülər. Trotskinin gəmisində gələnlər də həmin narazı yəhudilər idi; onları Rusiya paytaxtında yağlı vəzifələr gözləyirdi.
 Nyu-York bankirləri Trotski dəstəsinə daxil olan mühacirləri amerikan koltları ilə silahlandırmışdılar. Trotski Petroqradda olduğu müddətdə İsveçin “Nia Bank”ı vasitəsilə Uoll-Stritdən maliyyə almaqda davam etdi. Pullar Trotskinin öz adına göndərilirdi, çünki bankir Yakov Şiff Trotskini şəxsən tanıyırdı. Rusiyaya yola düşməzdən qabaq o Trotski ilə dəfələrlə görüşmüşdü və təlimatlar vermişdi. Sənədlərdən aydın olur ki, Varburq Bank Evinin ofisi Trotskinin adına hesab açmışdı və həmin hesaba köçürülmüş pullara Rusiyaya göndərilən trotskistlərə silah alınmışdı. Qərbin yəhudi maliyə akulaları Trotskini Rusiya üzrə nəzarətçi qoymuşdular.
 Rusiyada qarışıqlıq yaranarkən ABŞ hökuməti Trotskini zirehli qatarla təmin etmişdi. Trotski başının dəstəsi ilə həmin qatarda ölkənin müxtəlif ərazilərini gəzərək böyük qətliamlar törədirdi. Xalq həmin qatara “təkər üstə gilyotina” adı qoymuşdu. Trotskinin dəri gödəkçəli komissarlarının peyda olduğu yerlərdən ahu-zar əskik olmurdu. Qoy xalqların qanına susamış Trotski günahsız insanların kütləvi və amansız şəkildə öldürülməsini əmr verirdi. O deyirdi: “Biz Rusiyanı ağ zəncilərin məskunlaşdığı səhraya çevirəcəyik. Biz onlara elə bir tiraniya verəcəyik ki, Şərqin ən dəhşətli despotlarının da yuxusuna girməyib. Fərq yalnız ondadır ki, bu tiraniya sağdan yox, soldan olacaq, ağ yox, qırmızı olacaq. Sözün hərfi mənasında qırmızı, çünki biz qanı sel kimi axıdacayıq və bu qan qarşısında kapitalist müharibələrinin bütün insan itkləri diksinib qorxuya düşəcək. Okeanın o üzündə ən böyük bankirlər bizimlə sıx əlaqədə işləyəcəklər. Əgər biz inqilabı udsaq və Rusiyanı darmadağın etsək, onun hüznlü xarabalıqlarında sionizmin hakimiyyətini möhkəmlədəcəyik. Terror və qanlı təmizləmə yolu ilə biz rus intelligensiyasını tam dəlilik, heyvanilik dərəcəsinə çatdıracayıq. Görün bizim dəri gödəkçəli cavanlarımız- Odessa, Orşa, Qomel və Vinnitsadan olan saat ustalarının oğulları Rusa necə nifrət edirlər! Görün onlar Rus intellegensiyasını- zabitləri, mühəndisləri, müəllimləri, akademikləri, yazıçıları necə ləzzətlə məhv edirlər!”
 Trotskinin dövründə Rusiyada xalqa qarşı “Qırmızı Terror” həyata keçirilmişdi. Trotskinin əmri ilə neçə-neçə rus kəndi Yer üzündən silinmişdi, əhalisi qarışıq məhv edilmişdi. Trotskist-sionistlərin ölkəni qərq etdiyi Vətəndaş Müharibəsi on milyonlarla insanı həyatdan aparmışdı. Evpatoriyada yüzlərlə adamın bədəninə dəmir parçaları bağlayıb dənizə tulladılar və boğdular. Bu formada Odessa və digər sahilyanı məntəqələrin minlərlə sakinini boğub öldürdülər. Qara dəniz sahillərində 10 minlərə insan qeyri-insani üsullarla məhv edildi. Trotski yəhudi komandir Bela Kuna əmr vermişdi ki, “Qara dəniz Qırmızı dənizə çevrilməlidir”. Bela Kun ağasının əmrini can-başla yerinə yetirərək qanı su yerinə axıdırdı. Bela Kun Rusiya və Ukraynada o qədər günahsız kişi, qadın, uşaq və qoca qırmışdır ki, onun adı tarixə qara hərflərlə yazılmışdır.
 Məqsəd dediyimiz kimi, iudaizmin qanunlarına uyğun olaraq qoy xalqların axırına çıxmaq, planeti qeyri-yəhudilərdən təmizləmək idi. Serafim Sarovskinin sözləri ilə desək, onların məqsədi “dini məhv etmək, Dəccalın gəlişi və hakimliyi üçün münbit şərait hazırlamaq idi”. Təsadüfi deyil ki, ilk inqilabçılar Dəccalın simvollarından gen-bol istifadə edirdilər. Yəhudi komandir Vasili Blüxerin ordusu Sevastopola girərkən qabaqda gedən zirehli avtomobilin korpusuna böyük qırmızı hərflərlə “Antixrist” yazılmışdı. Şəhəri zəbt edən Blüxerin əsgərləri özlərini elə həmin yazının mahiyyətinə uyğun apardılar.
 Bolşevik adı altında gizlənmiş satanistlərin insan qanına susadığı bir daha ortalıqdaydı. Rəsmi Sovet məlumatlarına görə, 1920-1921-ci illərdə Simferopolda 20 min, Sevastopolda 12 min, Feodosiyada 8 min, Kerçdə 8 min, Yaltada 4-5 min adam güllələnmişdi. Qızıl Ordunun generalı Danilovun məlumatına görə, 1920-ci ilin noyabrından 1921-ci ilin aprelinə kimi Krımda 80 min adam öldürülmüşdü. Həmin qətliam yəhudi komissarlar Bela Kun, Rozaliya Zalkind və Artur Mixelsonun rəhbərliyi altında həyata keçirilmişdi. Qəddarlığı ilə ad çıxarmış yəhudi komissar Rozaliya Zalkind tapşırıq vermişdi ki, güllə heyfdir, onları dənizdə boğmaqla öldürün. Xerson vilayətində yaradılmış konslagerlərdə insanlara elə zülmlər verərək öldürürdülər ki, alman SS-çiləri onlara həsəd aparardılar.
 Tədqiqatçılar qeyd edirlər ki, bu terror aktları ritual xarakter daşıyırdı; yəhudi bolşeviklər öz tanrıları Satanaya qurban mənasında insanları öldürürdülər, qoy xalqların ən sayseçmə oğullarını və qabaqcıl nümayəndələrini qırırdılar, millətlərin qızıl genefondunu məhv edirdilər. 14 dekabr 1921-ci ildə Sovet məmuru Yuri Qavenin Politbüronun üzvü Nikolay Krestinskiyə yazırdı ki, Bela Kun “kütləvi terror dahisinə çevrilmişdir”. İttiham materiallarındakı “Günahı nədir?” qrafasında yazırdılar: “kazak”, gizir”, “kapitan”, “məmur” və s. İnsanlar Rus dövlətçiliyinə xidmət göstərdiklərinə görə günahkar bilinirdilər və öldürülürdülər.
 Rusiya İmperiyasının tarixən əsas qaymağını və möhkəm təbəqələrini kəndlilər, ruhanilər, tacirlər və kazaklar təşkil etmişlər. Trotskistlər ilk növbədə onları hədəfə alıb məhv etməyi qarşılarına məqsəd qoymuşdular. Yakov Sverdlov 1918-ci ildə açıq-aşkar deyirdi ki, biz şəhərdə olduğu kimi kənddə də əhalinin bir təbəqəsini digəri ilə üzə qoymalıyıq, araya qan salmalıyıq və vətəndaş müharibəsi yaratmalıyıq. Trotskist bolşevik Nikolay Buxarin 1919-cu ildə yazırdı: “Keçmiş mülkədarlar, aristokratiya, iri bürokratlar, generallar, arxiereylər, sahibkarlar, təşkilatçılar, direktorlar, iri mühəndislər, kavilifikasiyalı bürokratiya- mülki, hərbi və ruhani olmaqla, texniki intelligensiya, o cümlədən müəllimlərin çox hissəsi, zabitlik, imkanlı kəndlilər, müəyyən qədər kasıb kəndlilər, şəhər bujuaziyası likvidasiya edilməlidir”. M.Sultan-Qaliyevin müşahidələrinə görə, çoxlu sayda fəhlə elementlər də ağına-bozuna baxmadan güllələnmişdi. Onun sözlərinə görə, “elə bir ailə yox idi ki, üzvlərindən kimsə güllələnməsin: birinin atası, birini qardaşı, birinin oğlu və s.”
 Yəhudi bolşeviklər ən böyük zərbəni orduya endirdilər. Böyük Vətən Müharibəsinə kimi Sovet Ordusunun 30 min yüksək çinli zabiti və hərbi kadrı onların badına getdi. Ordunun döyüş qabiliyyətinə əsaslı surətdə zərbə endirildi və düşmənin ölkəyə basqını üçün qapılar açıldı. Hitler məhz bundan istifadə edib SSRİ-yə əminliklə hücum etdi; o arxayın idi ki, Sovet ordusu zəiflədilmişdir.
 Sionist şəbəkənin üzvü, Sovet hökumətinin Almaniyadakı səfiri Nikolay Krestinski 1920-ci illərdə alman ordu komandanı general Qans fon Sekt ilə əlaqə yaratmışdı. O Trotskinin tapşırığı ilə alman kəşfiyyatından Stalin blokuna qarşı mübarizə aparmaq üçün maliyyə istəmişdi. Razılaşma belə olmuşdu ki, Sekt onlara qızılla 250 min alman markası verəcək, əvəzində isə Trotski dövlətin hərbi xarakterli gizli məlumatlarını Almaniyaya ötürəcək. Bundan başqa, Trotski Sovet İttifaqına göndərilən alman kəşfiyyatçılarına viza verilməsi işində də köməklik göstərirdi. Trotskinin amerikan bankirləri ilə əlaqələri də genişlənmişdi. O keçmiş ağaları ilə əlaqələrini xarici ticarət naziri təyin edilmiş keçmiş terrorçu Lev Krasin vasitəsilə davam etdirirdi.
 1919-cu ilin yanvarında Trotskinin köməkçisi yəhudi Yakov Sverdlov Rusiya dövlətçiliyinin əsas dayağı olan kazaklığı məhv etmək barədə direktiv imzaladı. Direktivdə göstərilirdi: “Kazakları axırınca adamına kimi məhv etmək. Heç bir kompromisə getməmək. Hər hansı qətiyyətsizlik yolverilməzdir. Kazakların ununu, eləcə də bütün kənd təsərrüfatı məhsullarını müsadirə etmək”. Trotski kazakları məhv etməyin labüdlüyünü belə izah edirdi: “Kazaklar- rus millətinin özləri təşkilatlanmağa qadir olan yeganə hissəsidir. Ona görə də onları axırıncı adamına kimi qırmaq lazımdır”. Trotski kazakların ölkəni işğal etmiş sionistlərə böyük təhlükə olduğunu anlayaraq onları “zooloji mühit” adlandırırdı və tapşırırdı ki, onlara “Karfagen yaşatmalıyıq”: “Təmizləmə alovu ilə Donu başdan başa yandırmalıyıq, onların hamısında qorxu və dini dəhşət yaratmalıyıq. Kazakların axırıncı qalıqlarını Evangeliya donuzları kimi Qara dənizə tökməliyik”.
 Bolşeviklərin kazaklara qarşı qanuniləşdirilmiş terroru başlandı. Stalinlə Trotskinin ilk toqquşması da məhz burda- kazak məsələsində baş verdi. Stalin kazakların uşaq və qadınları ilə birgə kəndbəkənd total məhvinə qarşı çıxdı və buna imkan vermədi. Bu işdə onu tanınmış sərkərdə Kliment Voroşilov dəstəklədi. Trotski özü həmin konflikt barədə belə deyirdi: “Mən Stalinin Çaritsın axınına himayədarlıq etməsinə hər cür xəyanət və satqınlıqdan da pis baxıram”. Stalin öz xalqının ləyaqətli oğlu kimi hakimiyyətdəki sionist bolşeviklərin “yandırılmış torpaq” taktikasına qarşı çıxdığına görə onların hədəfinə düşdü. Trotski qeyzlə bildirirdi: “Voroşilov və onun arxasında duran Stalinin simasında müxaliflərimiz işlərimizi həyata keçirməyə mane olurlar”. 10 yanvar 1919-cu ildə o öz köməkçisi Yakov Sverdlova yazırdı: “Stalin və Voroşilov liniyası bizim işimizin məhvi deməkdir”. Göründüyü kimi hələ 1920-ci illərdən Rus ordu kəşfiyyatına mənsub olan hərbi qanad Trotski və komandasına xalqın genosidini həyata keçirməyə mane olmağa başlamışdılar.
 Stalindən əvvəlki Kommunist Partiyası faktiki olaraq yəhudilərdən təşkil olunmuşdu. Partiyanın aparıcı simaları və hərəkətverici qüvvəsi leninçi adı altında maskalanmış sionistlər idi. Sözdə ədalətdən danışılsa da, reallıqda ruslar və digər millətlərin nümayəndələri vəzifələrə buraxılmırdılar. Bu biabırçılığın kəskin şəkil aldığını görən Lenin vəziyyətə düzəliş etmək istəsə də onun özünü oyundan kənarlaşdırdılar. 30 avqust 1918-ci ildə öldürmək məqsədilə Leninə basqın etdilər. Yəhudi Kaplanın açdığı atəş nəticəsində Lenin ağır yaralandı və sağlamlığını itirdi. Bundan sonra Leninin bircə adı qaldı, real hakimiyyət qatı sionist Trotskinin əlinə keçdi. Trotski ordu və flota nəzarəti əlinə aldı. Leninə basqının Trotski tərəfindən təşkil olunmasına dəlalət edən amillərdən biri odur kiu, Trotski özü yüzə yaxın cangüdənlə gəzdiyi halda Lenin heç bir qoruyucusu yox idi. Trotskinin sağ əli Çar ailəsinin qatili Sverdlov (əsl adı Yankel-Aaron Movşeviç) idi. Onların hər ikisi qoylara nifrət edirdilər və qan axıtmaq üçün istənilən provokasiyaya hazır idilər.
 Trotski və onun bolşevik adı altında gizlənmiş sionist bandası iudaizmin “Qoyların ən yaxşılarını öldür” qanununa əməl edərək Rusiyanın sayseçmə oğullarını məhv etdilər və ölkə əhalisini İudanın quluna çevirdilər. Onlar xüsusi qəddarlıqla rus intelligensiyasının kütləvi terrorunu həyata keçirdilər. 4 sentyabr 1918-ci ildə “İzvestiya” qəzetində “Burjuaziya və zabitlərdən girov götürmək və güllələmək” əmri dərc olundu. Sionist bolşeviklər xalqın kütləvi terrorunu və məhkəməsiz-filansız güllələnməsini qanuniləşdirdilər. Həmin əmr nəticəsində qoy xalqların ən qabaqcıl nümayəndələri qətlə yetirildi. Stalinin 1938-ci ildə güllələtdirdiyi trotskist məmur Valerian Obolenski özlərinin xalqa münasibətlərini belə açıqlayırdı: “Aktivləri və təhlükəliləri qıracayıq. Digərlərini həbsə atacayıq. Üçüncüləri qara işlərdə işlədəcəyik, işləmək imkanı olmayanları isə düşərgələrə göndərəcyik”.
 Trotskinin təşkilatçılığı ilə yəhudi bolşeviklər yerlərdə kütləvi aclıq təşkil etdilər. Anbarlardakı un müsadirə olunur, yerlərdə ərzaq istehsalının və regionlara ərzaq daşınmasının qarşısı alınır, beləcə camaat aclığa düçar edilirdi. Bu yolla Ukrayna, Don və Volqaboyunda süni ərzaq qıtlığı yaradılmışdı. Hesablamara görə təkcə 1921-1922-ci illərdə trotskist bolşeviklər 6 milyon, 1932-1933-cü illərdə isə ən azı 7 milyon insanı acından qırmışdılar. Rusiya İmperiyasının zavallı xalqlarını genosid etməklə iudey bolşeviklər əcdadlarının 2500 əvvəl İranın şimalında və Muğanda 75 min persi qıraraq Pirum bayramının qeyd olunması ilə “şərəflənmiş” həmin “qələbə yolunu” davam etdirirdilər. Tanınmış yəhudi komissarı Uritski gənc yəhudi varlısı Kanneqiser tərəfindən öldürüldü, Lenin isə yəhudi qızı Kaplan tərəfindən ağır yaralandı- amma trotskist bolşeviklər bu sui-qəsdlərin qisasını da nədənsə yəhudilərdən yox, ruslardan çıxdılar. Uritskinin ölümünə görə yəhudi bolşeviklər 100 minə yaxın rus zabitini güllələdilər. Qırmızı terrora start verildi. Siyasətə qarışmayan milyonlarla insan məhv edildi.
 Yəhudi Trotski 1918-ci ilin dekabrında Kursk şəhərində partiya aktivlərinin toplantısında çıxışı zamanı açıq-aşkar deyirdi ki, sıralarımızda bizim həyata keçirdiyimiz terrora qarşı çıxanlar var və partiyanı belələrindən təmizləmək lazımdır. Trotski təkid edirdi ki, biz terroru durmadan davam etdirməliyik: “Ardıcıl və amansız terror həyata keçirmək lazımdır! Əgər indiyədək yüzlərlə, minlərlə adam məhv etmişiksə, elə bir təşkilat, aparat yaratmaq gərəkdir ki, on minlərlə insanı məhv edə bilsin. Fəaliyyətdə olan aktiv düşmənlərimizi axtarmağa vaxt və ehtiyac yoxdur- hakimiyyətimizin mümkün düşmənlərini, bizə qarşı çıxa biləcək bütün insan qruplarını fiziki cəhətdən məhv etməliyik!”.
 1923-cü ildə lord Sidenxem İngiltərə parlamentində çıxışı zamanı bildirmişdi: “Yəhudilərin rəhbərliyi altında Rusiyada 30 milyon xristianın məhv edilməsi- tarixin ən dəhşətli cinayətlərindən biridir”. Sovet hakimiyyətinin ilk illərində Rusiyada faktiki olaraq dünyada analoqu olmayan kütləvi genosid həyata keçirilmişdir. Lakin dünya ictimaiyyəti bu barədə susur, çünki bu genosidi yəhudi bolşeviklər həyata keçirmişlər. Nəhəng cinayətlərin törədildiyi inqilabdan sonrakı illərin üstündən sükutla keçsələr də, əsas diqqəti 1937-ci illərdə baş vermiş güllələnmələrə yönəldirlər. Niyə? Çünki bu dövrdə hakimiyyətdə möhkəmlənmiş Stalin məhz xalqa qarşı cinayətlər həyata keçirmiş həmin trotskist yəhudi bolşeviklərin özlərini qırıb çatmışdır. Ona görə də Stalin “dünya ictimaiyyətinin” qara siyahısına düşmüşdür və bizə qaniçən, totalitar, diktator kimi göstərilir. Stalin satanistlərin qoy xalqların axırına çıxmaq və Rusiya İmperiyası xarabalıqları üzərində İsrail dövlətçiliyi qurmaq planlarına mane olmuşdur- onun əsas “günahı” da məhz budur.
 Ukraynada dəyirmançı ailəsində doğulmuş Trotski ilə bütün dünya yəhudiləri fəxr edirdilər. Yəhudilər onun məziyyətlərini göylərə qaldırırdılar və Napoleona bərabər tuturdular. Elə indi də yəhudilər onunla qürur duyurlar. Amerikanın istənilən yəhudi kitabxanasında uşaqlar üçün “Böyük yəhudilər” adlı toplu var- bu kitabda Abram, Yakov, Moisey, David, Maymonid, Moisey, Mendelson kimi yəhudilərlə yanaşı Trotskinin də adı yer alıb. Yəhudilər Trotskini öz millətlərinin böyük şəxsiyyətlərindən biri bilirlər. Dünyanın müxtəlif ölkələrində milyonlarla yəhudi uşağı ona təlqin edir, ona bənzəməyə çalışır. Axı İsrail hələ yerli-dibli olmayan vaxtlarda Trotski Rusiyada ilk yəhudi dövlətçiliyi formalaşdırmışdı. O dövrdə Qərbdə Sovetləri beləcə də adlandırırdılar: yəhudi respublikası. Trotski ideoloqları müharibə yolu ilə yəhudi diktaturasını bütün dünyaya yaymaq istəyirdilər- “ümumdünya proletar inqilabı” adı altında, əslində isə Ümümdünya Yəhudi Hegemonluğu- Böyük Sion İmperiyası yaratmaq məqsədi ilə. Lakin Stalinin siyasi meydana girməsi masonların köhnə planının üstündən xətt çəkdi. Gözlənilirdi ki, Leninin ölümündən sonra onun yerinə Trotski keçəcək. Lakin tarixin paradokslarından biri də budur ki, Lenin 1924-cü ildə 54 yaşında öləndə onun yerinə həmin vaxta qədər az tanınan Stalin seçildi. Stalin Trotskinin likvidasiyası ilə kifayətlənmədi, Rusiyada yəhudi hegemonluğuna tam son qoydu və hakimiyyəti rusların əlinə qaytardı.
 1922-ci ildə partiyanın 11-ci qurultayında Stalin Mərkəzi Komitənin baş katibi seçilmişdi. Stalinə ağır miras çatmışdı; Rusiyanın bütün həyati rıçaqları artıq Trotski və onun satanist təşkilatının əlində idi. Lakin xalq arasında Stalinin avtoriteti yəhudi Trotskidən qat-qat yüksək idi. Partiyada da Stalinin reytinqi Trotskini üstələyirdi. İdeya mübarizəsində trotskistlərin Stalinə qarşı heç bir şansları yox idi. 1927-ci ildə keçirilən seçkilərdə iştirak edən 730 min partiya üzvündən Stalinə 724 mini səs vermişdisə, Trotskiyə cəmi 6 min üzv səs vermişdi. Stalinin səyləri nəticəsində Trotski 1926-cı ilin oktyabrında Siyasi Bürodan, bir il sonra isə Mərkəzi Komitədən qovuldu. İnqilabın 10 illiyində, 7 noyabr 1927-ci ildə Trotski nümayişçilərdən istifadə edərək hərbi çevriliş törətmək istədi. Onun əlinin altında təpədən dırnağa kimi silahlanmış adamlar vardı, o cümlədən Moskva ali məktəblərinin yəhudi tələbələri ona kömək etməliydilər. Lakin xalq Trotskiyə dəstək vermədi. Nümayişçilər Trotskini daş-qalaq etdilər, hətta onun maşınına güllə atdılar. Çevriliş baş tutmadı və Trotski qaçaraq aradan çıxdı. 14 noyabr 1927-ci ildə Trotski partiya sıralarından qovuldu. Trotskistlərin çoxu həbs olundu. Stalin bəyanat verdi: “Bu təsadüfi deyil ki, bizə qarşı müxalifətə yəhudilər başçılıq edir. Rus sosializmi ilə gəlmə-gəlintilər arasında əsl mübarizə gedir”. Xalq bu mübarizədə gəlmə-gəlinti yəhudilərin yox, rus sosializminin tərəfini tutdu. Xalq başa düşürdü ki, Stalin ilə Trotskinin mübarizəsi rus dövlətçiliyi ilə yəhudi idarəçiliyinin mübarizəsidir.
 Leninin ölümündən sonra əsas mövqelərini itirən Trotski Sovet rəhbərliyi və Sovet dövlətçiliyinə qarşı kəskin mübarizəyə başladı. Bu məqsədlə o Qərb kəşfiyyat orqanları ilə əlaqəyə girdi. O öz adamları vasitəsilə çevriliş həyata keçirmək istəsə də alınmadı. Nəticədə Sovet rəhbərliyi Trotskinin hakimiyyətdəki agentləri olan Kamenyev, Zinovyev, Pyatkov və Radeki həbs etdi. Trotski Alma-Ataya sürgünə göndərildi. Lakin hökumətə qarşı fəaliyyətini öz şəbəkəsi vasitəsilə davam etdirdiyinə görə Trotski 1929-cu ildə SSRİ ərazisindən qovuldu. Ona 1500 dollar pul verildi və gəmi ilə Türkiyəyə yola salındı. Trotski bir müddət Meksikada yəhudi milyoner dostu Dieqo Riverin dəbdəbəli villasında qaldı, sonra isə Rusiyadan oğurladığı pullar hesabına Amerikada KFC (Kommunistin Bişirdiyi Toyuq) adlı yeməkxanalar şəbəkəsi açdı. Tədqiqatçı İsaak Markusonun təbrincə desək “demoqogiya ustası” olan Trotski xaricdə də antisovet fəaliyyətini davam etdirdi. Çerçill “Böyük müasirlər” kitabında yazırdı: “Trotski Avropanın bütün əclaflarını Rus ordusu ilə mübarizəyə səfərbər etməyə çalışırdı”. Amerikan jurnalisti Con Hünter Trotski ilə görüşdən sonra bildirirdi ki, o özünün xaricdəki antikommunist təşkilatını mükəmmələşdirməyə can atır. Sovet İttifaqında gedən proseslərə təsir göstərməyə çalışan Trotski sonda Sovet kəşfiyyatı tərəfindən öldürüldü. 1930-cu illərdə Berlində yaşayan oğlu Lev Sedov da antisovet hərəkatın əsas koordinatorlarından biri idi.
 Hitler qələbə çalsaydı, SSRİ-nin rəhbəri Trotski olacaqdı. Trotskinin bu posta namizədliyi barədə almanlar hələ 1930-cu illərin axırlarından fikirləşirdilər. Bu barədə Trotskinin nəvəsi Esteban Volkov 1989-cu ildə müsahibə verərkən bildirmişdir. O demişdir ki, SSRİ almanlar tərəfindən tutulacağı təqdirdə Trotskinin ölkə rəhbəri təyin edilməsi ideyası Almaniyanın ABŞ, İngiltərə və Fransa ilə birgə istəyi idi.
 Məhz Trotski hakimiyyətdən gedəndən sonra beynəlxalq imperializm SSRİ-nin üstünə yeridi. Hitler pafoslu çıxışlar edərək kütlənin qəlbinə girirdi. Onun yəhudi sələminə və yəhudi maliyyəsinin hegemonluğuna qarşı fikirləri xalqın xoşuna gəlirdi. O bildirirdi ki, Rusiya 1917-ci ildən yəhudilərin əlinə keçib və o Rusiyanı yəhudi işğalından azad edəcək. Amma Hitler ardını demirdi və əsas məsələlər barədə susurdu. Hitler Stalinin yəhudi bolşeviklərini qırıb hakimiyyəti yenidən ruslara qaytarması məsələsinin üstündən sükutla keçirdi. Sirr bundaydı ki, Hitler Rusiyada hakimiyyəti rusların əlindən alıb yenidən yəhudilərin əlinə vermək niyyətindəydi və onu maliyyələşdirib meydana çıxaranların da məqsədi elə bu idi. General Konstantin Petrovun dediyi kimi, Hitler- yəhudi bankçılığının məhsulu, onun doktiranısı isə Bibliya doktrinası idi: “SSRİ-yə hücum üçün Avropanın bütün potensialı- sənaye, iqtisadi və insan potensialı Hitlerin ixtiyarına verilmişdi. Qlobal mafiya Hitleri SSRİ-ni məhv etmək üçün müvəkkil etmişdi. Faktiki olaraq Hitler onların adamı idi”.
 Xaricdə olarkən Trotski hakimiyyətdəki agentlərinə məktublar yazaraq aşağıdakı təlimatları verirdi: Stalin və tərəfdarlarının devrilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmək (yəni ölkə rəhbərliyinə qarşı terrora əl atmaq); bütün antistalinist qüvvələri birləşdirmək (xarici kəşfiyyat orqanları və SSRİ-yə düşmən olan dövlətlərlə əməkdaşlıq nəzərdə tutulurdu); Sovet hökuməti və partiyanın həyata keçirdiyi bütün tədbirlərə, xüsusən iqtisadiyyat sahəsində maneçilik törətmək (bu isə diversiya və ziyankarlığa çağırış idi). Amerikan jurnalistləri Maykl Seyers və Albert Kan “Sovet Rusiyasına qarşı gizli müharibə” kitabında göstərirlər ki, 1934-cü ildə trotskist təxribatçı qruplar bütün SSRİ ərazisində fəaliyyət göstərirdilər. Onlar Ukrayna, Belorusiya, Gürcüstan, Ermənistan, Özbəkistan, Azərbaycan və Uzaq Şərqin Primosk vilayətində daha aktiv idilər. Əsas diqqətlərini millətçilərlə işləməyə və antisovet əhval-ruhiyyəsini gücləndirməyə yönəltmişdilər. Bir çox yerlərdə onların işini alman kəşfiyyatı koordinasiya edirdi. Hakimiyyətin yüksək pillələrində oturan trotskistlərin qarşısında Sovet hökumətinin Stalin, Voroşilov, Molotov, Kirov, Kaqanoviç, Jdanov, Menjinski, Qorki, Kuybışev kimi vacib simalarını öldürmək tapşırığı qoyulmuşdu. Trotski dəfələrlə bildirmişdi ki, əsas məsələ Stalini öldürməkdir. Həmin dövrdə trotskist şəbəkəyə Gestaponun rəisi Henrix Himmlerin SSRİ-yə göndərdiyi alman agenti mühəndis Frans Vays nəzarət edir və istiqamət verirdi. Vays hakimiyyətdəki trotskistlər vasitəsilə informasiya toplayır və sui-qəsdlər həyata keçirməyi planlaşdırırdı. Trotski alman kəşfiyyatı ilə ilk əvvəl Alfred Rozenberq, sonra isə Hitlerin köməkçisi Rudolf Qess vasitəsilə əlaqə saxlayırdı. O SSRİ-də xarici işlər nazirinin müavini işləyən agenti Krestinskiyə belə demişdi: “Hitlerə təkcə şpion informasiyası yox, koloniyalar lazımdır... Bizə isə təkcə 250 min qızıl marka yox, alman silahlı qüvvələri lazımdır ki, onların köməyi ilə hakimiyyətə gələ bilək”.
 Karl Radekə göndərdiyi məktubda Trotski bildirirdi ki, o SSRİ ilə düşmən olan dövlətlərin rəhbərliyi ilə əlaqələr qurub, almanların müharibəni udacağı təqdirdə hakimiyyətə öz blokunu gətirəcək, bir sıra əraziləri və iqtisadi sahələri almanlara güzəştə gedəcəkdir. Bu gün artıq sirr deyil ki, Hitleri hakimiyyətə ABŞ-ın yəhudi bankirləri gətirmişlər; məqsəd SSRİ-yə hücum edib Stalini devirmək və yerinə Beynəlxalq Yəhudi Maliyyəsinin köhnə adamı Trotskini otuzdurmaq idi. Trotski və SSRİ-nin xarici işlər naziri Maksim Litvinov (əsl yəhudi adı Meer-Qenox Moiseyeviç Vallax) ABŞ vətəndaşı idilər. Hitler bu avantürada Sovet hakimiyyətindəki trotskistlərin gizli dəstəyinə arxayın idi. Təsadüfi deyil ki, Hitler Trotskidən fəxrlə danışırdı. Trotskinin “Mənim həyatım” kitabı çıxanda onun ilk oxucularından biri Hitler olmuşdu. Hitlerin bioqrafı Konrad Qeyden xatırlayır ki, Hitler 1930-cu ildə Trotskinin kitabını əlində yellədərək dostlarına belə demişdi: “Möhtəşəmdir. Bu kitab mənə çox şey öyrətdi, sizə də öyrədə bilər”. Trotskist blokun gizli üzvlərindən olan, bir müddət SSRİ-də kəşfiyyatın rəhbəri işləmiş Qenrix Yaqoda da Hitlerin pərəstişkarı idi. Hitlerin “Mayn kampf”ını oxuduqdan sonra o katibi Pavel Bulanova demişdi: “Bu doğrudan da layiqli kitabdır”. Stalinin yaxın silahdaşı Kirovun öldürülməsi Yaqodanın əli ilə trotskist blokun həyata keçirdiyi çoxsaylı sui-qəsdlərdən biridir. Yaqoda müharibənin başlanğıcında silahlı dövlət çevrilişi etməyi planlaşdırmışdı. O katibi Bulanova bu barədə belə demişdi: “Çevriliş üçün silahlı çıxışlar, provokasiyalar, hətta zəhərləmələrə kimi bütün vasitələr işə salınacaq. Bəzi anlarda yavaş və ehtiyatla, bəzi anlarda isə cəld və qəfildən hərəkət etmək lazımdır”.
 1930-cu illərdən trotskist blok alman və yapon agentləri ilə əlaqəli şəkildə ölkədə sistematik sui-qəsd və sabotaj kampaniyasına başladı. İlk növbədə sənaye və kənd təsərrüfatı sahəsində pozuculuq və ziyanvericilik işləri aparıldı. Məqsəd gözlənilən hücum ərəfəsində ölkənin müdafiə qabiliyyətini zəiflətmək idi. Trotskist blokun Moskvadakı gizli yığıncağında SSRİ ağır sənaye naziri müavini işləyən trotskist Qriqori Pyatakov deyirdi: “Enerjili və təkidli hərəkət etmək, heç bir sədd qarşısında dayanmamaq gərəkdir. Bütün vasitələr işə salınmalıdır- trotskist mərkəzin dəstəklədiyi Trotski direktivi belədir”. 1935-ci ilin axırında Trotski Moskvaya Karl Radekə göndərdiyi məktubda göstərirdi ki, “trotskistlər alman və yapon ali komandanlığının göstərişi ilə hərbi sənəye sahəsində diversiya aktları həyata keçirməlidirlər”.
 Trotski onu hakimiyyətə gətirmək şərti müqabilində alman faşistləri ilə razılaşma imzalamışdı. Razılaşmada deyilirdi: Almaniya hökuməti ilə əməkdaşlığın labüdlüyünə qarantiya vermək; Ərazi güzəştlərinə razılaşmaq; Alman sahibkarlarını SSRİ-nin xammal müəssisələrinin istismarına buraxmaq; SSRİ-də alman özəl müəssisələrinin fəaliyyəti üçün əlverişli şərait yaratmaq; Müharibə dövründə alman genştabının göstərişi ilə hərbi müəssisələrdə və cəbhədə diversiya əməliyyatları aparmaq. Pyatakov ilə söhbətlərin birində Trotski öz doktrinasını belə açıqlamışdı: “Əgər biz fürsəti əldan qaçırsaq, ikili təhlükə yaranacaq: bir tərəfdən trotskizmin ölkədə tam likvidasiyası təhlükəsi, digər tərəfdən isə Stalin dövlətçiliyinin hələ onillər boyu özünün bir sıra iqtisadi uğurlarına rəğmən, xüsusən də Sovet sosialist dövlətçiliyi ənənələri əsasında yetişmiş yeni gənc kadrlar hesabına davam etməsi təhlükəsi. Bizim vəzifəmiz bu dövlətçiliyə qarşı durmaqdır... Biz Stalin dövlətçiliyinə xidmətə getməliyik, amma ona görə yox ki quruculuq işlərinə kömək olaq, ona görə ki həmin dövlətçiliyin qəbirqazanları olaq. Bax budur bizim vəzifəmiz!”
 Hələ 1920-ci illərdən Trotskinin yəhudi komandası müxtəlif üsullarla dəyərli rus oğullarını- tanınmış dövlət xadimlərini, yazıçılarını və mədəniyyət işçilərini likvidasiya edib sıradan çıxarmaqla məşğul idi. Trotskinin dəstəsindən olan həkim Uşer-Leyb Levin Fövqəladə Komissiyanın (ÇK) sədri Feliks Dzerjinskini və yazıçı Maksim Qorkini səhv müalicə edərək öldürdü. Müdafiə naziri Mixail Frunzeni də Trotskinin həkimləri cərahiyyə əməliyyatı zamanı öldürdülər. Trotskinin adamı Meyer Zayder tanınmış Sovet hərbi sərkərdəsi Qriqori Kotovskini güllələdi. Trotskistlərlə kəskin mübarizə aparan Leninqradın rəhbəri Serqey Kirov da iş yerində Nikolay adlı şübhəli biri tərəfindən güllələndi.
 1938-ci ildə Rostov NKVD-sinin rəisi Qreçuxa və onun müavini Koqan tanınmış rus yazıçısı, qatı stalinçi Mixail Şoloxovun öldürülməsini planlaşdırmışdılar. Onlar bu tapşırığı çekist Poqorelova vermişdilər, o isə bir rus adamı kimi hiumanistlik göstərərək Şoloxovun yanına gəlib sui-qəsd planını açmışdı. Şoloxov cəld hərəkətə keçmişdi. O tez çekisti maşına otuzdurub Stalinqrada gətirmişdi, burdan Moskvaya zəng edərək Stalinin qəbuluna düşmək üçün danışmışdı. Şoloxov və Poqorelov Kremlə Stalinin və digər Politbüro işçilərinin yanına dəvət olunmuşdular. Qreçuxa və Koqan da ora gətirilib Poqorelovla üzləşdirilmişdilər. Poqorelov açıqlamışdı ki, Koqan ona Şoloxovun kazak üsyanı hazırladığını, buna görə də Stalin və Yejovun onu öldürmək əmri verdiyini bildirib. Yalan üzə çıxmışdı və fitnəçilər həbs olunmuşdular. Stalin Şoloxova mühafizəçi ayırmışdı və onun təhlükəsizliyini təmin etmişdi. Məlum olmuşdu ki, Şoloxovu likvidasiya edəndən sonra Poqorelovun özünü də aradan götürəcəkdilər və yazıçını ağ kazakların öldürdüyü məlumatını buraxacaqdılar. Jurnalist Vladimir Çivilixinin yazdığı kimi, yalnız “xoşbəxt təsadüf böyük yazıçının həyatını xilas etmişdi”.
 Bu gün Trotski və cəlladlarının törətdiyi bütün cinayətləri Stalinin və Sovet hökumətinin ayağına yazırlar. Trotskist yəhudilərin etdiyi günahları Stalinin üstünə atırlar. Fakt isə ondan ibarətdir ki, Trotski aradan aparılandan sonra Sovet dövlətçiliyi satanist mahiyyətdən qurtularaq xalqçı mahiyyətə qədəm qoydu. Stalinin trostkizm üzərində qələbəsi nəticəsində kommunizm SSRİ-də özünün xazar kosmopolitik mahiyyətini itirdi, xalqçı və vətənpərvər mahiyyətə kökləndi.
 Başa düşmək lazımdır ki, kommunizm məhz Trotskinin tədqim etdiyi şəkildə yabançıdır, zərərlidir və məhvə aparır, Stalinin ərsəyə gətirdiyi sovetizm isə öz mahiyyətincə xalqçıdır, vacibdir və  xeyirlidir. Qərb bu iki tendensiyanı qarışdıraraq özünün nəhəng təbliğat maşınını işə salmaqla Sovetizmə qarşı ikrah və nifrət yaratmaq istəyir. Bu məqsədlə insanların şüuruna güclü psixoloji və siyasi təsir göstərirlər. Dünya ağalığı sevdasında olan sionistlər insanlığa sovetizmin ziyanlı olduğunu yeritmək istəyirlər. Şanlı keçmişimizi diskreditasiya etməyə və vətəndaşları özlərinə lazım olan istiqamətdə yönləndirməyə çalışırlar.
 Vaxtilə babaları rus və digər qoy xalqlara qarşı genosid həyata keçirmiş İsrail oğulları bu gün hamıdan bərk bar-bar bağırırlar ki, Sovet hökuməti bizim qanımızı içmişdir! Amma fakt faktlığında qalır ki, Rusiyada inqilabı məhz sionistlər təşkil etmiş, maliyyələşdirmiş və həyata keçirmişlər. Stalin isə hakimiyəti onların əlindən alaraq yenidən xalqa qaytarmışdır- sionistlər məhz bu səbəbə görə Stalindən yanıqlıdırlar.
 Mahiyyətinə görə Stalin dövlətçilik blokunun Trotskinin antidövlət bloku ilə mübarizəsi xazar təcavüzünə və işğalına qarşı əsl azadlıq müharibəsi kimi başa düşülməlidir. Bu müharibə iki siyasi qruplaşmanın müharibəsi deyildi, yerli qoy xalqların qabaqcıl oğullarının xarici intervantlara və işğalçılara qarşı müharibəsi idi. Dediklərimizi milliyyətcə yəhudi olan Ariadna Tırkova-Vilyams özünün 1919-cu ildə çapdan çıxmış xatirələr kitabında belə təsdiq edir: “Bolşevik kuklaoynadanları içində ruslar çox azdır. Bunların heç biri keçmiş quruluşda hansısa görkəmli mövqe tutmayıb. Bolşeviklər özləri ilə çoxlu sayda həyatlarının əhəmiyyətli hissəsi xaricdə keçmiş emiqrantlar gətirmişdilər. Onların bir çoxu əvvəllər heç vaxt Rusiyada olmamışdılar. Çoxu yəhudilər idi. Rusca güc-bəla ilə danışırdılar. Ələ keçirdikləri millət onlara yad idi və özlərini əsl işğalçı kimi aparırdılar. İnqilab boyunca və bolşevizm dövründə bütün vəzifələrdə yəhudilər oturmuşdular. Bu çox bir maraqlı fenomendir. İlk Sovetlərə seçilənlərin hamısı yəhudilər idi”.
 Amerikan tədqiqatçısı Stüart Koqan yazır: “Stalin trotskistlərin qurbanlarını minimuma endirmişdi. Stalin olmasaydı, indi rus xalqı da yoxdu”. Həmin dövrdə SSRİ-də bir tərəfdə Rusiyanın, bir tərəfdə Qlobal Gizli Xazariyanın dayandığı dünya müharibəsi gedirdi. Elə itkilər də adi müharibədə olan itkilərdən qat-qat çox idi. Dünya müharibələrinin heç birində Rusiya bolşevik inqilabı qədər itki verməmişdir. Stalin dəhşətli cinayətlər törətməklə revanşa can atan xazar antisisteminə qarşı ölüm-dirim mübarizəsinə girmişdi. Həmin dövr tarixin kulminasiya nöqtəsi sayılmalıdır, belə ki məhz həmin dövrdə dünya xalqlarının taleyi həll olunurdu; qoy xalqların həyatı təhlükə altında düşmüdü və tükdən asılı idi. Trotskistlər qələbə çalsaydı qoyların əziləcəyi və genosid olunacağı Böyük Sion yaranacaqdı. Stalin qələbə çalsaydı xalqı qoruyan və ona xidmət edən qoy dövləti yaranacaqdı. Ordunun keçmiş Çar kəşfiyyatının köməyi sayəsində bu mübarizədən Stalin qalib çıxdı. Qoy xalqların böyük oğlu Stalin Gizli Xazariya şaykasına ilk zərbəsini endirdi. Sonrakı tutarlı zərbələr isə xalqlarımızın Böyük Vətən Müharibəsində faşizm üzərində qələbəsini təmin etdi. Bu cəhətdən Stalini 10-cu əsrdə Avrasiya xalqlarına qan udduran Xazariyanı darmadağın etmiş rus xalqının böyük oğlu knyaz Svyatoslavın davamçısı da saymaq olar.
 Rus-xazar mücadiləsi meydanında Stalin qvardiyasının qələbəsinə müqavimət aktı, qoy xalqların xilası, iud aqressorlarının apardığı amansız müharibədə müdafiə kimi baxmaq lazımdır. Stalin satanist bolşeviklərdən qılıncdan keçirilmiş kazakların, güllənmiş Kronştadt dənizçilərinin, türmələrə doldurulmuş ruhanilərin, süni aclıq yaratmaqla öldürülmüş dinc sakinlərin, qətlə yetirilmiş Çar və ailəsinin, heç nədən bada getmiş sıravi kommunstlərin qisasını aldı. Başa düşmək lazımdır ki, inqilabdan sonra milyonlarla insan Stalin tərəfindən yox, məhz amerikan bankirləri tərəfindən maliyyələşdirilən inqilabçılar tərəfindən məhv edilmişdi. Stalin sadəcə xazar yırtıcılarından həmin insanların qisasını almışdı. Milyonlara insanı məhv edən Stalin yox, Rusiyada hakimiyyəti ələ keçirən xazar ordusu və onun okeanın o üzündə oturan yəhudi bankirlərindən ibarət ali baş komandanlığı olmuşdur.

STALİN DÖVLƏTÇİLİYİ

 General Konstantin Petrov trotskizmi “müasir şəraitə uyğunlaşdırılmış iudaizm” adlandırır. Trotskinin tapşırığı ilə dövlət işçiləri arvadlarını bir-biri ilə bölüşməliydilər və tam cinsi azadlığın təbliğ olunması üçün açılmış xüsusi məktəblərdə oxutmalıydılar. Trotski yazırdı: “İnqilab ailə ocağının dağıdılması üçün qəhrəman bir cəhd həyata keçirmişdir”. Yeni dövlətdə nigaha kişi ilə qadın arasında “fizioloji birlik” forması kimi baxılırdı; bu “birlikdən” doğulan uşaqları dövlət müsadirə edib internatlara götürməliydi ki, valideynlərə rahat işləməkdə mane olmasınlar. Trotskinin belə satanist əməllərinə məhz Stalin son qoydu. 1927-ci ildən etibarən Stalin ailə institutunu dirçəltməyə başladı, mənəviyyata və əxlaqa önəm verdi, abortları qadağan etdi; o trotskistlərdən fərqli olaraq elə bir cəmiyyət formalaşdırdı ki, nigahdankənar uşaq dünyaya gətirmək biabırçılıq hesab olundu.
 Stalinin Trotski ilə mübarizəsi- Xeyirlə Şərin mübarizəsidir. Hakimiyyət daxilində iki qruplaşma üz-üzə gəlmişdi: biri dövlətçilik ənənələrinin qorunması yolu tutan xalqçı qruplaşma, digəri beynəlxalq sionizmin idarə etdiyi yabanı qruplaşma. Xalqçı qruplaşma hələ milli-dini formatı açıq-aşkar dəstəkləyə bilməsə də, sovetizm ideyaları üzərində köklənmiş sekulyar dövlət qurulmasına çalışırdı. Xalqçı qruplaşmanın rəhbəri Stalin sovetizm ideologiyasını marksizm nəzəriyyəsi içərisindən qopararaq mövcud şəraiti nəzərə almaqla dövlət quruculuğu üçün uyğunlaşdırmışdı. Stalinin interpretasiyasında marksizm və kommunizm- sovetizmin fasadı rolunu oynayırdı. Yəni, əslində Stalin marksizm və kommunizmlə maskalanaraq Rusiyanın dövlət maraqlarını qorumağa çalışırdı. Stalinçilər hətta marksizmin dar zümrəni əhatə edən “proletariat” termini əvəzinə geniş xalq kütlələrini əhatə edən “zəhmətkeşlər” ifadəsini ortaya atmışdılar.
 Rusiyada əsrlərlə oturuşmuş dövlətçilik ənənəsi ilə kommunist abstraksiyasının naturalizasiyası toqquşmuşdu. Bu çarpışmada dövlətçilik ənənəsi üstünlük qazandı. Stalinin sovetizmi İsrail övladlarının gətirdiyi kaqalçılığa qalib gəldi. Məqam yetişəndə isə kommunist frazeologiyasına, boşboğaz ibarəçiliyə son verilib milli üslubda danışığa, yeni metodikaya başlanacaqdı, nomenklaturaçılıqdan uzaqlaşıb real işlərə və xalqçı layihələrə start veriləcəkdi.
 Həyatının axır illərində Stalin dövlət aparatını Çar Rusiyasında olduğu formada reorqanizasiya etmək istəyirdi. O çalışırdı ki, milli islahat həyata keçirsin və dövlətçiliyi yəhudi bolşevizminin ortalığa doldurduğu kosmopolit kadrlardan tam təmizləsin. Stalinin sayəsində Rus dövlət aparatı tədricən ənənəvi məzmununa qayıdırdı. Stalin dövlətçilikdə Çar sistemini qaytarmaq fikrindəydi. Yazıçı Vladimir Soluxin bu barədə belə deyir: “Stalin 10 il də hakimiyyətdə qalsaydı, hökmən taclandırılacaqdı. Hər şey buna doğru gedirdi: xalq onu sevirdi, düşmənlər qorxurdulər və hörmətlə yanaşırdılar, onun avtoriteti həddən artıq böyük idi”. Xalq Stalini sevir, onu özünə lider bilir, Aleksandr Nevski, İvan Qroznı, Aleksandr Suvorov, Mixail Kutuzov kimi sərkərdələrə tay tuturdu.
 Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Valeri Korovinin dediyi kimi, “Stalin dağılmış Romanov Rusiyasının yerində milli dövlətçilik quruluşu elementlərinə malik imperiya tipli yeni kontinental dövlət yaratdı”. Stalin rus xalqının təsəvvürlərinə və ənənələrinə uyğun gələn dövlət konstruksiyası qurmaq istəyirdi. Hələ 1920-ci ildə Serqey Kirov Mərkəzi Komitənin, Siyasi Büronun ölkə idarəçiliyindəki rolu barədə danışarkən Stalin ona demişdi: “Partiya, Mərkəzi Komitə Siyasi Büro öz yerində, amma nəzərə alın ki, Rusiya əsrlər boyu Çar tərəfindən idarə olunub. Rus xalqı- çarçıdır. Rus xalqı, Rus kişiləri öyrəşiblər ki, başda həmişə bir nəfər dursun”. Sovet rejissorları ilə söhbətində İvan Qroznı haqqında danışarkən Stalin demişdi: “İvan Qroznının müdrikliyi ondadır ki, o milli nöqteyi-nəzərdə dayanırdı və xalqı xarici təsirlərdən qoruyaraq əcnəbiləri öz ölkəsinə buraxmırdı”. Və yaxud: “İvan Qroznının səhvi onda oldu ki, 5 nəhəng feodal ailəsini qırmadı. Əgər Qroznı həmin o 5 boyar ailəsini məhv etsəydi, ölkə fəlakətlərə tuş gəlməzdi. Qətiyyətli və əzmkar olmaq lazım idi”. Daha sonra əlavə etmişdi: “Vətənini düşmənin cəngindən qurtarmaq istəyirsənsə, tüfənginə 10 güllə qoy- 9 gülləni daxildəki vətəni, milləti talayanlara və xainlərə vur, 1 güllə isə düşmənə kifayətdir”.
 Stalin ənənəvi tarixçiliyin iddia etdiyi kimi heç də marksist olmamışdır. Stalin bir müddət çıxışlarında marksist-leninçi frazeologiyadan istifadə etməyə məcbur idi, çünki marksizmdən imtina etmək üçün şərait hələ yetişməmişdi və xalq buna hazır deyildi. Stalin fikirlərini tam açıqlasaydı, insanlar onu başa düşməzdi. Kəşfiyyat generalı Konstantin Petrovun dediyi kimi, “Stalinin həyata keçirmək istədiyi konsepsiya oturuşmuş marksist-leninçi aparatın konsepsiyası ilə uzlaşmışdı”. Stalin vəziyyətə uyğun hərəkət edirdi və kartları tam aça bilmirdi; onun fikirləri marksist-leninçi terminologiya ilə məşdudlaşırdı. İlk əvvəl çıxışları tam marksizm-leninizm üzərində köklənmişdi. Çünki formalaşmış hökumət siyasəti “sinfi mübarizə” üzərində oturuşmuşdu. Amma Böyük Vətən Müharibəsi vaxtı Stalin artıq milli ifadələr işlətməyə başlamışdı. Ölkənin başı üzərini təhlükə aldığı bir vaxtda o kommunist leksikonunu kənara tullamışdı və vətən, ulular, doğma torpaq, müqəddəs diyar, ənənələr kimi sadə sözlərlə danışırdı. Məhz dini köklərə doğru istiqamət götürmüş belə vətənpərvər təfəkkür Sovet insanını mükəmməlləşdirmişdi və onu müharibədən qalib çıxarmışdı. Vətənpərvərlik dini köklər olmadan heç nədir. Tarixçi Aleksandr Panarin yazır: “Böyük Vətən Müharibəsi doktriner azlığın aksiyası olan kommunist oktyabr çevrilişinin alternativi oldu. Müharibə yeni cəmiyyəti real, aktual dünya kateqoriyaları ilə fikir yürüdən patriotik çoxluğun cəmiyyəti kimi stabilləşdirdi”. 1952-ci ildə ölkədə faktiki olaraq marksist çığır-bağır tam rədd edilmişdi və onun yerinə milli ideologiya işə düşmüşdü. Lakin Stalin öləndən sonra dövlət frazeologiyası yenidən mücərrəd marksist-leninist frazeologiya üzərinə fokuslandı.
 Valeri Korovin yazır: “Dövlətçilik ideyasının dağılması, tənəzzülü və geriləməsi Stalinin ölümündən sonra Xruşşovla başladı. Xruşşov Stalin tərəfindən yaradılmış ideoloji modeli sərt reviziya etdi. Stalin dövlətçiliyi Lenin prinsipləri üzərində qurulmamışdı. Xruşşov dövlətçiliyimizi Lenin prinsiplərinə qaytardı ki, bu da tənəzzülə gətirib çıxardı. Bunu bir çox Sovet tədqiqatçıları da göstərmişlər ki, Stalin Lenin prinsiplərindən fərqli dünyagörüş əsasında dövlət qurmuşdu. Stalin dövlətçiliyi yalnız üzdə leninçi idi. Leninin təkid etdiyi marksist dövlətdən fərqli olaraq Stalin dövləti milli-bolşevik, yəni siyasi cəhətdən sağçı dövlət idi. Lenin ideologiyası tam solçu idi; həm iqtisadi cəhətdən solçu idi- yəni əsasında sosializm ideyası dururdu, həm də siyasi cəhətdən solçu idi- sosial modernizasiyanı, insan azadlığını, bütün ənənəvi dəyərlərin parçalanmasını və tullanmasını, ənənəvi, təbii birliyin (xalqın) yerində süni birliyin (siyasi sinfin) yaradılmasını nəzərdə tuturdu. Lenin sırf sol model təklif edirdi. Stalin isə bu modeli dəyişərək milli-bolşevik ruha köklədi. O konservatizm, ənənə, təbii birlik- xalqçılıq, hətta din kimi sağ siyasi dəyərləri leqallaşdırdı. Stalinin dövləti təkcə iqtisadi cəhətdən sol idi, siyasi cəhətdən isə sağ idi. Yəni sosial ədalət ideyası konservatizmin, patriotizmin, qüdrətli dövlətçiliyin dirçəldilməsi fonunda saxlanmışdı ki, Stalin bu formanı bizim Sovet dövlətində reallaşdırmışdı. Stalin dövlətçiliyinin sirri və uğuru da bunda idi. Leninin və Trotskinin inadlı istəklərindən fərqli olaraq Stalinin dövlətçiliyi sırf sol deyildi. Xruşşovun Lenin prinsiplərinə qayıtması dövləti güclü şəkildə laxlatdı. Bir müddət sonra Brejnev bu prosesi dondurdu, yəni sadəcə heç nəyə toxunmadı, dəyişmədi və hətta buna görə müəyyən Stalin renessansı da baş verdi. Lakin Qorbaçov yenidən Lenin prinsiplərinə qayıtdı, bununla da dövlətçiliyi yerli-dibli dağıtdı”.
 Stalinizmi aradan aparmaqla Xruşşov sosializm işinə böyük zərbə vurmuş, SSRİ-nin dağılmasına yol açmışdır. 1959-cu ildə Çerçilin yubileyi keçirilərkən qonaqlardan biri badəni qaldıraraq kommunizmə və SSRİ-yə qarşı mübarizə işinə öz töhfələrini vermiş böyük insan kimi Çerçilin sağlığına içməyi təklif etmişdi. Lakin Çerçilli onun sözünü kəsərək demişdi: “Yer üzündə elə bir adam var ki, SSRİ və kommunizmə məndən də böyük zərbə vurmuşdur”. Məclisdəkilər onun kim olduğunu soruşduqda Çerçill bildirmişdi: “Həmin adam Xruşşovdur”. Xatırladaq ki, Xruşşovun bütün qohum-əqrəbası hal-hazırda ABŞ-da yaşayır.
 Lenin və Trotskinin arzuladığı cəmiyyətdən fərqli olaraq Stalinin formalaşdırmağa çalışdığı cəmiyyət mənəvi kriteriyalar üzərində qurulmuşdu. Stalin kommunist doktrinasını milli ideologiya ilə əvəz etməyə çalışırdı, ancaq bunu etməyə ona imkan vermədilər. V.Solovyev, E.Klepikova “Yuri Andropov: Kremldəki sirli gediş” kitabında yazırlar: “Stalin təcili, qəza qaydasında kommunizmi başqa ideoloji yanacaqla- böyük dövlətçilik millətçiliyi ilə əvəz etməyə cəhd etdi, lakin bunu çatdırmadı- vəfat etdi...” Bu xüsusda tədqiqatçı Anton Blaqinin də fikirləri maraqlıdır: “Stalin yəhudiləri Uzaq Şərqə qovmaq istədiyi ərəfədə onlar tərəfindən zəhərlənib öldürüldü. Marks və Leninin yaratdığı marksizm-leninizm təlimi yalan, hiylə və plagiat üzərində qurulub. Marksizm-leninizm təliminin birinci məqsədi Rusiyada hakimiyyəti ələ keçirmək, hakimiyyəti yalan və fırıldaqla saxlamaq, Rusiya xalqlarını qul etmək idi. Digər məqsəd Rusiya xalqlarının beyinlərinə yalan dünyagörüş yeritmək idi. Üçüncü məqsəd isə fundamental elmləri öz təbii tarixi inkişaf axarından dayandırmaq idi. Marksizm təlimi sionizmin “Rusiyanın var-dövlətini heç bir hərbi xərc çəkmədən, ölkə əhalisinin çoxunu qırmaqla və qul etməklə ələ keçirmək” proqramına uyğun gəlirdi. Digər tərəfdən inqilabın eksportu məsələsi ortaya atılmışdı; Marks, Lenin və silahdaşları inqilabın eksportu ilə bütün dünyanı qanda boğmaq və dünya xalqlarını əsarətə almaq istəyirdilər”.
 Tanınmış Rusiya publisisti Aleksandi Nikişin yazır: “Dönməz kommunist və marksist Lev Davıdoviç Trotskinin 1937-ci ildəki etirafına görə, Stalinin SSRİ-də qurduğu cəmiyyətin Marksın kommunizmi ilə heç bir əlaqəsi yox idi. Marksizmdən Stalin təkcə kommunist ritorikasını və zahiri atributikanı götürmüşdü, bunun üstündə yeni ideologiya və yeni tarix yaratmışdı. Heyf ki Stalinin yaratdığı sosial ədalət cəmiyyəti uzun çəkmədi, onun ölümündən sonra məzhəkəyə çevrildi, sonra isə müasir trotskizmin reinkarnasiyası olan demokratik liberalizmin təzyiqi altında dağıldı. Demək olar ki, 60 il sonra Trotskinin ideyaları yenidən qanlı və qeyri-insani şəkildə Rusiyanı başına götürdü. Və bütün rus tarixi boyunca olduğu kimi, bizdə yenidən lider ortaya çıxdı ki, möcüzəli şəkildi, praktiki olaraq qansız vətəndaş konfliktlərinə və qurbanlara yol vermədən, inanılmaz ustalıq, müdriklik və səbrlə, addım-addım, sakitcə Rusiyanı nəinki dirçəltdi, həm də rus insanlarına öz qüvvələrinə ümid və inam verdi, son 100 ildə dağılmış məmləkəti yenidən topladı və dirçəltdi. Mənəvi dirçəlişimizlə birgə bütün bunlar xalqımızın və dövlətimizin inkişafında əsl sıçrayış oldu. Həmin adam- Vladimir Vladimiroviç Putindir”.

STALİN LENİN QVARDİYASINI NİYƏ MƏHV ETDİ?

 İnqilab baş verdiyi dövrdə Rusiya dünyanın ən güclü dövləti idi. 1890-cı ildən 1900-cü ilə kimi Rusiyanın iqtisadi potensialı 2 dəfə, 1890-cı ildən 1913-cü ilə kimi isə 4 dəfə artmışdı. Bolşevik çevrilişindən sonra isə Rusiyanın xammal resursları beynəlxalq yəhudi oliqarxatının nəzarəti altına düşdü. Tədqiqatçı alim Anatoli Kuzmiç göstərir ki, bu planın detalları hələ 1884-cü ildə keçrilimiş “Berlin Konferensiyası Aktı”nda cızılmışdır. Həmin konferensiyaya yığışmış dünyanın aparıcı kapitalist ölkələri “effektiv işğal” prinsipi ortalığı qoymuşdular- Rusiyanın yəhudi bolşeviklər tərəfindən ələ keçirilib beynəlxalq yəhudi oliqarxatının sərəncamına verilməsi də həmin planın tərkib hissəsi olmuşdur. Kuzmiç bildirir ki, Rusiya xammalı və resursları Qərbin iudey idarəçiləri tərəfindən onlara məxsus sərvət kimi görülür və daim bu istiqamətdə planlı iş aparılırdı. 1918-ci ildə maliyyəçi Tompson İngiltərə baş naziri Loyd Corca məktubunda bolşeviklərə dəstək verməyə çağıraraq Rusiyanı “tarixdə misli-bərabəri olmayan hərbi trofey” adlandırırdı.
 1919-cu ildə ABŞ-da çıxan “Nyu-York gerald tribun” qəzeti yazırdı: “Rusiyada baş verən bolşevik inqilabı əslində möhtəşəm maliyyə əməliyyatıdır- məqsəd nəhəng pul vəsaitlərini rusların əlindən çıxarıb Avropa və Amerika banklarının nəzarətinə salmaqdır”.
 Hakimiyyəti ələ keçirmiş yəhudi bolşeviklər tez-tələsik Rusiya İmperiyasının qızıl ehtiyatını Amerikaya daşımağa başladılar. İlk əvvəl Rusiyadan ABŞ-a 3 gəmi yola salındı: “Qautod” gəmisinə 216 yeşik, “Karl Layn” gəmisinə 216 yeşik, “Ruxeleva” gəmisinə 108 yeşik qızıl yüklənmişdi. Hər yeşikdə 3 pud- 48 kiloqram qızıl vardı ki, hər pud- 60 min qızıl rubl dəyərində ölçülürdü. Bu üç gəminin ardınca daha bir qızılla dolu “Vilinq Mould” gəmisi göndərildi. 1920-ci illərdə trotskistlər ingilis emissarların “köməyi” ilə “müstəqilliyini” elan etmiş Estoniya ərazisindən keçirməklə 700 milyon qızıl rubl dəyərində 500 ton qızılı Avropaya və Amerikaya göndərməyə müvəffəq oldular. Qızılın bir hissəsi Skandinaviyaya aparılmış, İsveç Sikkə Evində əridilərək üstünə İsveç möhürü vurulmuşdu. İçveç Sikkə Evi 1 yanvar 1921-ci ildən 22 aprel 1921-ci ilə kimi 24 milyon dollar dəyərində 70 ton rus qızılı əritmişdi ki, bu qızılın çox hissəsi ABŞ-a göndərilmişdi. Həmin dövrdə Stokholm banklarında 120 milyon dollar həcmində bolşevik qızılı vardı.
 “Nyu-York Tayms” qəzetinin məlumatına görə, ABŞ-ın Əyar Palatasına o qədər qızıl axmışdı ki, palatanın bütün seyfləri ağzına kimi qızılla dolmuşdu və qəbulu dayandırmaq məcburiyyətində qalmışdılar. Nəticədə 1913-cü ildə 1,9 milyard dollar həcmində olan ABŞ-ın qızıl ehtiyatı 1927-ci ildə artaraq 4 milyard dollar həcminə qalxmışdı. ABŞ qəbulu dayandırdıqdan sonra bolşevikər qızılı digər ölkələrə daşımağa başladılar; məsələn, 29 aprel 1921-ci ildə bağlanmış müqavilənin birinci partiyasına uyğun olaraq Parisə 10 milyon həcmində Sovet qızılı göndərildi. “İnternasional” qəzetinin məlumatına görə, bundan əvvəl də Fransaya 50 milyon dollar həcmində 200 yeşik qızıl göndərilmişdi ki, həmin qızıl ordan İsveçrə və İngiltərəyə yola salınmışdı.
 1917-ci ildə Rusiyanın 1500 ton qızılı vardı. Təkcə 1921-ci ilin 8 ayı ərzində Rusiyadan ABŞ-a 767 ton qızıl aparılmışdı. Rusiyanın qızıl ehtiyatı 1911-ci ildə 2 milyard 90 milyon rublluq idisə, 1923-cü ildə cəmi 12 milyon qızıl rubla enmişdi. Beləcə Rusiyanın bütün qızıl ehtiyatı ABŞ-a axmışdı. Kilsələrdən müsadirə edilmiş 5 milyardlıq, o cümlədən əhalinin əlindən alınmış bir neçə milyardlıq qızıl da Qərbin yəhudi banklarına çökmüşdü.
 Trotski hökuməti parovoz almaq üçün xaricə nümayəndə heyəti göndərmişdi, halbuki həmin vaxt Rusiyanın özündə parovoz düzəldən 10 zavod vardı. Trotskistlər İsveçdən və İngiltərədən parovozların alınmasına görə 200 ton qızıl vermişdilər; aydındır ki bu sövdələşmə real qiymətindən qat-qat baha sənədləşdirilmişdi. Trotskinin fırıldaqçı sxemi əsasında qızıl xaricə ucuz qiymətə hesablanmış, parovozlar isə qat-qat şişirdilmiş qiymətə göstərilmişdi. Beləcə Sovet hakimiyyətinin ilk illərində yəhudi bolşeviklər büdcəni çapıb talayaraq xalqı aclığa sürükləmişdilər.
 Trotskistlər hakimiyyətdə olduqları dövrdə bütün Çar qızılını xaricdəki yəhudi ağalarına göndərdilər. Uoll-Stritdən olan akulalar inqilabı maliyyələşdirmələrinin əvəzində ölkənin qızılını götürmüşdülər. Rusiyaya ingilis-amerikan qoşunları məhz bu məqsədlə daxil olmuşdular ki, qızılın Qərbə təhlükəsiz daşınmasını təmin etsinlər. Trotski xarici və fiziki şəxslərə ticarət və istehsalat icazəsi verən Baş Konsessiya Komitəsinə rəhbərlik edirdi və birbaşa xaricilərlə işləyirdi. Bu komitə bir neçə il ərzində Rusiyanın faydalı qazıntı yataqlarının hamısını Qərb şirkətlərinə ərməğan etmişdi. SSRİ-nin bütün təbii sərvətləri xarici kapitalın sərəncamına verilmişdi. Məsələn, Bakı nefti ingilislərin “Şell” kompaniyasının əlində idi. Trotskinin adamları Rusiyanın sərvətlərinin çapılması işində Rotşildun “Lena Qold” kompaniyasına da hərtərəfli dəstək verirdilər. Hələ Çarın vaxtından “Lena Qold” kompaniyası Rusiyanın Lena çayındakı qızıl yataqlarını ələ keçirmişdi, fəhlələri qul kimi işlətməklə böyük pullar qazanırdı. Məntiqlə götürəndə “proletar inqilabından” sonra “Lena Qold” ölkədən qovulmalıydı. Amma trotskistlər nəinki Rotşildin bu qaniçən kompaniyasını ölkədən qovdular, əksinə Şərqi Sibirin bütün yataq və mədənlərini ona verdilər. Xaricilərin əlində olan müəssisələrin geri qaytarılmasına Stalin industrializasiyası zamanı start verildi. Stalin hakimiyyətdə möhkəmlənəndən sonra bütün Qərb şirkətlərini ölkədən qovdu, yataq və mədənləri dövlətin sərəncamına keçirdi.
 Trotskist komissarların xaricdəki işlərini aparan Armand Xammer belə deyirdi: “Qızıl qayda belədir: kimin ki qızılı var, qaydaları da o qoyur”. Armand Xammer 1898-ci ildə Nyu-Yorkda Ukraynadan gəlmiş yəhudi mühacirin ailəsində doğulmuşdu. Atası Lev Trotski ilə dost və yerli idi. Armandın tibbi təhsili vardı və Rusiyaya getməmişdən qabaq atası ilə birgə evdə gizli abortlarla məşğul olmuşdu, hətta atası abort zamanı qadın öldüyünə görə 12 il həbs cəzası almışdı. Armand Xammer ilk əvvəl Leninin Riqadan qara kürü, xəz və digər qiymətli məhsullarla doldurulmuş bir neçə gəminin Qərbə yola salınması tapşırığını yerinə yetirmək üçün Rusiyaya gəldi. 27 oktyabr 1921-ci ildə Rusiya xarici ticarət komissarlığı ilə Xammer arasında müqavilə bağlandı ki, həmin müqaviləyə əsasən o Rusiyadakı amerikan şirkətlərinin eksklüziv nümayəndəsi təyin olundu. Bundan sonra Xammer Rusiya sərvətlərinin xaricə daşınması işinə rəhbərlik etdi və ona bununçün hər cür şərait yaradıldı. Yəhudi bolşeviklər Xammerin əli ilə Rusiya İmperiyasının qızılını, incəsənət əsərlərini, muzey kolleksiyalarını, hətta taxt-tac ləl-cəvahiratını Qərbə satdılar. İşin axına düşdüyünü görən komissarlar o qədər azğınlaşdılar ki, kilsənin, burjuaziyanın, mühacirlərin əmlakının konfiskasiyası ilə yanaşı, adi rus insanlarının da qızıl və qiymətli əşyalarının əllərindən alınması barədə dekret verdilər. Xammer bolşeviklərin müsadirə etdiyi Rusiya muzeylərinin, kitabxanalarının, kilsələrinin, o cümlədən sadə vətəndaşlarının qiymətli əşyalarını daşıyıb aparmaqla məşğul oldu. Rus əsrarəngiz ikonaları, realist rəssamlarının bahalı əsərləri, adlı-sanlı zərgər şirkətlərinin məhsulları Xammerin əlindən gəlib keçdi. O Leninqrad Ermitajının tarixi əşyalarından, rəsmlərindən və heykəllərindən özünə böyük kolleksiya düzəltmişdi. Moskvada özünə tikdiyi malikanəsi əsl incəsənət muzeyini xatırladırdı ki, burda tanınmış rəssamların əsərlərindən tutmuş Kuznetsov farforuna, Çar mebel və qab-qaşığından tutmuş Faberje yumurtalarına kimi hər şey vardı. Əldə etdiyi gəlirin hesabına Xammer Rusiyada karandaş fabriki açdı. Çarın Qış Sarayındakı xalçalardan ev şapşapısı tikib Qərbdə satdı. O Rusiya barəsində belə deyirdi: “İş işliyində, amma Rusiya- mənim romansımdır”.
 1930-cu illərdə Stalin hakimiyyətdə möhkəmlənərkən Xammer başının üstünü təhlükələr aldığını hiss edərək soyğunçu biznesini yarımçılıq qoyub ana vətəni ABŞ-a qaçmalı oldu. Neyl Lindon “Sandi tayms” qəzetinə müsahibəsində onu “hər alçaqlığa qadir, amma həmişə sudan quru çıxan” birisi kimi xarakterizə etmişdi. ABŞ-da Xammer yığdığı pullara spirt şirkəti açdı və ölkənin “spirt kralına” çevrildi. 1946-cı ildə alkoqol kampaniyası ona 40 milyon dollar qazanc gətirdi. Stalin öləndən və Xruşşov hakimiyyətə gələndən sonra Xammer yenidən SSRİ-yə ayaq açdı və ölkənin sevimli qonağına çevrildi. O Xruşşova qiyməti milyon dollar hesab olunan, amma real qiyməti 60 min dollar olan Fransisko Qoyyanın rəsminin saxta dublikatını bağışladı, əvəzində isə Xruşşov ona Tretyakov Qalereyasında saxlanılan Kazimir Maleviçin rəsmini bağışladı. Xammer həmin rəsmi Berlində 750 min dollara satdı. Sovet rəhbərləri Xammerə Liviyada neft biznesi qurmaqda kömək etdilər. 1985-ci ilin iyununda isə Xammer Qorbaçov ilə görüşdü. Bundan sonra o jurnalistlərə bildirdi ki, Qorbaçovun Reyqanla görüşünü hazırlayır.
 1922-1923-cü illərdə trotskist bolşeviklər hakimiyyətə oturuşan kimi Rus Pravoslav Kilsəsinin qızılını və qiymətli əşyalarını talan etməyə girişdilər. Amerikan tarixçisi Riçard Spens bu xüsusda yazır: “Biz deyə bilərik ki, rus inqilabı tarixdə ən möhtəşəm soyğunçuluqla müşayiət olunmuşdur”. Bolşevik Partiyasının “Almaz Fondu” əsl adı Eşua-Solomon Movşeviç olan Yakov Sverdlovun əlində idi. Yakovun bir qardaşı Veniamin Amerikada bankir olmuşdu, müflisləşərək dilənçi vəziyyətinə düşmüşdü, amma Yakov onu Amerikadan gətirib Rusiyada dəmir yolu naziri təyin etdirmişdi. “Mətin inqilabçının” həmin sələmçi qardaşını Stalin 1938-ci ildə güllələtdirdi. Yakov Sverdlovun digər qardaşı Zinoviy isə fransız kəşfiyyatına işləyirdi. Zinoviy Fransanın Xarici Legionunda xidmət keçdi, general rütbəsinə kimi yüksəldi, Şarl de Qolun yaxın dostu oldu. Stalin məhz belə “internasional” ailələrdən olan sionistləri qırırdı. Yakov Sverdlovun böyük bir seyfi vardı ki, onun ölümündən sonra Stalin həmin seyfi açdırdı; seyfdən kilolarla qızıl, külli miqdarda pul, müxtəlif adamların adına saxta xarici ölkə pasportları çıxdı.
 Trotskistlərin dəstəyi ilə amerikan və ingilis biznesmenləri Sovet bazalarını ələ keçirmək, sənaye müəssisələrinə və faydalı qazıntı yataqlarına yiyələnmək üçün ölkəyə doluşmuşdular. Xarici dairələrlə maliyyə əməliyyatlarını həyata keçirmək üçün trotskistlər Roskombank yaratmışdılar və inqilabdan qabaq onları maliyyələşdirmiş Yakov Şiffin nümayəndəsini- isveç yəhudisi Ulof Aşberqi bu banka rəhbər qoymuşdular. Aşberq Rusiyadan konfiskasiya olunmuş 250 ikona apardı ki, hal-hazırda bu qiymətli kolleksiya İsveç Milli Muzeyində saxlanılır. Xarici sahibkarlara icazə kağızını Trotski verirdi. Kilsə əşyalarının müsadirə olunması kampaniyasına da o başçılıq edirdi. Qədim, bahalı ikonalar və incəsənət əsərləri xaricə göndərilərək satılırdı. Trotskinin bacısı Olqa (Kamenyevin arvadı) və əmisi Jivotovski də Rusiyadan oğurlanmış qiymətli əşyaların realizasiyasında yaxından iştirak edirdilər. Yakov Sverdlovun qardaşı Veniamin Sverdlov yaxın dostu, ingilis kəşfiyyatçısı Sidney Reyli vasitəsilə Rusiyanın xəzini, neftini və antikvariatını xaricə daşıyıb satırdı. Rusiya aclıq və səfalət içində çabalasa da yəhudi trotskistlər qaz vurub qazan doldururdular. Nəticədə həmin dövrdə aclıq, epidemiya və terrordan 20 milyon rus insanı öldü.
 Öldürülmüş Çarın sarayından misilsiz marka kolleksiyasını şəxsən Trotski özü oğurlamışdı. Söhbət gəzir ki, bu kolleksya indi də Nyu-Yorkun yəhudi banklarından birinin seyfindədir. Böyük Knyaz Georgi Mixayloviçin topladığı rus monetləri kolleksiyasını bir qrup yəhudi oğurladı, gizli şəkildə Amerikaya aparıb orda varlı numizmatlara satdılar. Rusiyadan aparılmış “Sinay Kodeksi” tarixi kitabı yəhudilər tərəfindən Britaniya muzeyinə 100 min funt sterlinqə satıldı. Həmin kodeks, eləcə də qanla yazılmış Ömərin “Quran”ı Ermitajın kitabxanasında saxlanılırdı və dünyanın ən qiymətli kitablarından sayılırdı. Kodeksi açıq-aşkar satsalar da, “Quran”ın izi-tozu da tapılmadı. Tanınmış yəhudi Sol Barnato Rusiya kilsələrindən oğurlanmış və varlılarından götürülmüş qiymətli əşyaların dəllallığı ilə məşğul olaraq milyonerə çevrilmişdi.
 26 oktyabr 1920-ci ildə Lenin “Qiymətli antikvar əşyalarının xaricdə satılması” barədə dekret imzalamışdı- bu imkan vermişdi ki, Rusiyadan oğurlanmış var-dövlət Parisdə, Londonda və Florensiyada təşkil olunmuş auksionlarda qanuni şəkildə hərraca çıxarılsın. Rusiyadan konfiskasiya olunmuş qiymətli əşyalar o qədər çox idi ki, minlərlə tonla, hətta bəzən kubmetrlərlə ölçülürdü. Avropa qəzetçilərini təəccübləndirən o idi ki, hərracdan əldə olunmuş gəlirləri “Sovet ekspertləri” Rusiyaya yollamağı yox, Avropa və Amerika banklarındakı hesablara köçürməyi xahiş edirdilər, bəziləri hətta nağd pulu çemodanlarına doldurub aparırdılar. Yəhudi bolşeviklər açıq-aşkar Rusiyanın var-dövlətini talayıb xaricdə satmaqla məşğul idilər.
 “Nyu-York Tayms” qəzeti 1921-ci ilin aprelində yazırdı: “Belə görünür ki, bolşevik Rusiyasının “fəhlə” liderlərinin maniakal arzusu ikinci Harun ər-Rəşidə çevrilməkdir, fərq bircə bundadır ki, əfsanəvi xəlifə öz var-dövlətini Bağdaddakı sarayının zirzəmilərində saxlayırdı, bolşeviklər isə öz sərvətlərini Avropa və Amerikanın banklarında saxlamağa üstünlük verirlər”. Qəzetin məlumatına görə, təkcə bir il ərzində bolşevik liderlərdən Trotski ABŞ bankına 11 milyon dollar, İsveçrə bankına 90 milyon frank, Zinovyev 80 milyon frank, Uritski 85 milyon frank, Dzerjinski 80 milyon frank, Qanetski 60 milyon frank və 10 milyon dollar, Lenin 75 milyon frank pul qoymuşdular.
 “Nyu-York Tayms” qəzeti 1921-ci ilin avqustunda yazırdı: “Özünün alman filialları vasitəsilə Rusiyadakı çevrilişi maliyyələşdirmiş “Kun, Leyb və Ko” bankı qədirbilən klientlərinin sayəsində ziyanda qalmadı. Təkcə cari ilin birinci yarısında banka Sovetlərdən 102 milyon 290 min dollar məbləğində qızıl daxil olub. İnqilab rəhbərləri ABŞ banklarındakı hesablarına yatırımlarını artırmaqda davam edirlər. Trotskinin təkcə 2 amerikan bankındakı hesabı son dönəmdə 80 milyon dollara kimi artmışdır. Leninə gəldikdə isə, o öz “əmanətlərini” İsveçrə bankında saxlamağa üstünlük verir”.
 Yəhudi bolşeviklər xarici banklardakı milyonlarını sürətlə çoxaltsalar da, SSRİ-də xalq səfalət içində idi. Ölkəni aclıq bürümüşdü. Lenin həm tribunalardan, həm də xarici biznesmenlərlə söhbətlərində daim təkrarlayırdı: “Bizim pulumuz yoxdur”. Yazıçı Maksim Qorki Leninin yanına gəlib ac əhali üçün yardım istəyəndə Lenin demişdi: “Bizim aclara kömək etməyə imkanımız yoxdur. Burjuaziyadan bizə xarabalıq, ehtiyac, yoxsulluq miras qalıb”. Əvəzində o Qorkiyə təklif etmişdi ki, ziyalılardan ibarət komitə yaratsın və kömək üçün Qərbə müraciət etsin.
 Yerlərdə aclıqdan əziyyət çəkən əhali qiyam qaldırırdılar və bolşeviklər onları gülləbaran edirdilər. 1921-ci ilin iyununda Yekaterinoslavın ac dəmiryolçuları tətil elan etdilər. Bolşeviklər fəhlə-proletariat kütləsinə pulemyotlardan atəş açdılar. 240 nəfər yerindəcə həbs olundu, onlardan 53-ü Dnepr çayı qırağına gətirilib güllələndi və suya atıldı, qalanları isə mühakimə olunmaq üçün Xarkova göndərildi. Trotskinin cəza dəstələri aclıq çəkən narazı kəndlərə doluşub əhalini güllələyirdilər və “eser-menşevik qiyamı” kimi sənədləşdirirdilər. Ölkədə milyonlarla evsiz-eşiksiz uşaq dolaşırdı, hansıların ki valdeynlərini yəhudi bolşeviklər qırmışdı. Xarici şirkətlər Petroqradın, Odessanın və Nikolayevin elevatorlarından taxılı gəmilərə yükləyib satmağa aparırdılar, ölkədə isə xalq yeməyə çörək tapmırdı. Lenin milyard manatlıq rus ağacını xaricə satmağı müzakirə edirdi. Amerikanlar Rusiyanın yeraltı sərvətlərini almaq üçün Leninlə danışıqlar aparırdılar. Amerikanlar onlarçün şaxtalarda və mədənlərdə ağır işlərdə çalışacaq rus fəhlələrinə günə dollar yarım verməyi təklif edəndə Lenin əsəb içində bildirmişdi: “Ehtiyac yoxdur, cənablar, narahat olmayın, qara qəpik də verməyin, özümüz verəcəyik!”
 İstər 1927-ci ildə Maks Varburqun qardaşı Feliks Varburq, istərsə də 1931-ci ildə Yakov Şiffin nümayəndəsi Otto Kann Rusiyaya gələrkən hakimiyyəti ələ keçirmiş yəhudi mühacirlər onları şahzadələrə layiq təntənə ilə qarşıladılar. 1932-ci ilin Otto Kannın həyat yoldaşı Moskvaya gələndə də yəhudi bolşeviklər öz ağalarının xanımının önünə təmtəraqla çıxdılar, Sovet əsgərlərini fəxri qarovula düzdülər. Xanımla yüksək səviyyədə görüşlər keçirildi və ziyafətlər verildi. Proletar rəhbərlərinin bankir arvadının qulluğunda can-başla durmaları Fransanın “Fiqaro” qəzetinin təəccübünə səbəb olmuşdu. 1933-cü ilin iyununda ABŞ konqressmeni Luis Makfedden öz çıxışında demişdi: “Nyu-York, İngiltərə və Almaniya bankları ABŞ-ın Federal Rezerv Sistemindən pullar götürürək həmin pulları yüksək soyğunçu faizlə bolşevik hökumətinə borc verirlər. Onlar bunu SSRİ daxilində öz satışlarının və mühəndis işlərinin maliyyələşdirilməsi üçün edirlər”. Xatırladaq ki, ABŞ-ın Federal Rezerv Sistemi belə təmtəraqlı adlanmasına baxmayaraq Rotşildin şəxsi bankı idi.
 Stalin hakimiyyətdə oturuşandan sonra Lenin qvardiyasından olan qırmızı oliqarxların oğurlayaraq Qərbə daşıdıqları məbləğlərin marşrutunu öyrənməyə başladı. Kəşfiyyat yəhudi bolşeviklərin xarici banklardakı hesablarını araşdırdı. Trotski SSRİ-dən qovulduğu ərəfədə Stalinin tələbi ilə ölkənin kəşfiyyat rəhbəri Yaqoda bolşevik rəhbərlərinin xaricdəki bank hesablarının və məbləğlərinin siyahısını gətirdi. Yaqoda Stalinə təkcə öz hesabını verməmişdi, amma bilmirdi ki, Stalinin məsələni araşdıran öz kəşfiyyat orqanı var. Stalinin kəşfiyyatçıları həmin bolşevik rəhbərlərini dənləməyə başladılar və xaricdəki pulları ölkəyə köçürməyə məcbur etdilər. Stalin onlardan oğurladıqları pulları qəpiyinə kimi geri aldı. Yaqoda başda olmaqla hamısı dağılmış iç-çalatlarının qanını tüpürərək hesablarını verdilər. Tökülmüş dişləri, sınmış qabırğaları onları məcbur etdi ki, “könüllü” şəkildə oğurladıqları pulların xaricdəki banklardan Moskvaya köçürülməsinə imza atsınlar. Zinovyev, Kamenyev, Buxarin, Menjinski, Qanetski, Unşlixt, Bokiy- hamısı yedikləri milyonları geri qusdular. Hətta həmin vaxt dünyadan köçmüş Leninin də xaricdə yığdığı sərvət geri alındı; Stalinin Nadejda Krupskaya ilə təkbətək söhbətindən sonra qadın onu nə gözlədiyi anladı və Leninin İsveçrə bankındakı pullarını ölkəyə qaytarmağa razılaşdı. Krımda xalqın qanını içmiş “mətin inqilabçı” Rozaliya Zalkind də düşüncəli çıxdı- yığdıqlarını könüllü verdi. Krımda kütləvi qətliamlar həyata keçirmiş, Zalkindlə birgə yığdıqları qızılı Sevastopoldan daşıyıb aparmış yəhudi Bela Kun isə inadkarlıq etdi- onu o qədər vurdular ki, sınmayan sümüyü qalmadı. Kun işgəncələrə dözməyib yığdıqlarını geri verməli oldu, bundan sonra onu güllələdilər. Məhkəmə prosesi zamanı Zinovyev bolşevik liderlərinin xarici banklardakı gizli hesablarını sadaladı. Üzə çıxdı ki, hələ Leninin sağlığında “alovlu inqilabçı”ların hər birinin hesabına 5 milyon frank köçürülmüşdür- vəziyyət “gərginləşəndə” xaricə qaçmaları və orda dolanışıqlarını qurmaları üçün.
 Stalin kəşfiyyatçıları xalqın pulunu yeyərək xaricdə gizlənmiş “internasionalistləri” də tapıb cəzalandırdılar. Lakin stalinçilər təkcə şəxsi hesablarda yığılanları geri qaytara bildilər- “Partiyanın Qızılı” adı verilmiş sərvət əvvəl-axır tapılmadı və ölkəyə gətirilmədi. Mütəxəssislərin fikrincə məhz həmin havayı qızıl ABŞ-a imkan verdi ki, 1929-1939-cu illərin ağır krizisindən- Böyük Depressiyadan çıxa bilsin. Məhz yəhudi bolşeviklərin ABŞ-a daşıdığı qızılın hesabına prezident Ruzveltin “Yeni kursu” uğur qazandı və amerikanlara iqtisadi bum yaşatdı.
 Stalinin sərt reaksiyası nəticəsində milyardlarla pulun və qızılın xaricə çıxışının qarşısı alındı. Rus qızılının Qərb, xüsusən də amerikan iqtisadiyyatının dirçəldilməsinə axını dayandırıldı. Rus qızılı ölkədə sosializm quruculuğuna sərf olundu və xalqa xərcləndi. Stalinin büdcənin çapılmasının qarşısını alması sayəsində ölkədə iqtisadi sıçrayış baş verdi, böyük industrializasiya həyata keçirildi, tez bir zamanda çoxlu sayda energetika və sənaye müəssisələri tikilib istifadəyə verildi. Stalin dövründə SSRİ-nin qızıl ehtiyatı tez bir zamanda artdı, 1941-ci ildə 2800 tona çatdı. İkinci Dünya Müharibəsi və bununla müşayiət olunan dağıntıların aradan qaldırılması ölkənin qızıl ehtiyatını əritsə də, 1953-cü ildə Stalin vəfat edərkən SSRİ-də 6 tondan 12 tona kimi qiymətləndirilən qızıl ehtiyatı toplanmışdı. Xruşşov və Brejnevin qızılı sağa-sola israf etməsi nəticəsində 1985-ci ildə cəmi 1300 ton qızıl qalmışdı. 1991-ci ildə isə Qorbaçovun “əməyi” sayəsində cəmi 140 ton qızıl qalmışdı, halbuki təkcə 1990-cı ilə 640 ton qızıl çıxarılmışdı.

STALİNİN MASONLARA QARŞI MÜBARİZƏSİ

 1930-cu illərin axırlarında Sovet İttifaqı artıq Stalinin sayəsində yəhudi bolşeviklərin işğalından azad oldu. İdarəçilik qoy xalqların öz əlinə keçdi. Qoy xalqların fiziki və mənəvi genosidinə son qoyuldu. Rus xalqı bolşevizm adı altında pərdələnmiş sionizmin cəngindən qurtardı. Rusiya dövlətçiliyi möhkəmləndi, xalqlar abadlıq və quruculuq yoluna qədəm qoydular. Stalin xalqın qanını içmiş Lenin qvardiyasının bütün üzvlərinı qırıb çatdı. Köhnə inqilabçıların və bolşeviklərin ortadan təmizlənməsi cəmiyyəti stabilləşdirdi, ölkədə əmin-amanlıq yaratdı.
 Stalin Leninin köhnə sionist qvardiyasını məhv etməklə yanaşı masonluğu da məhv etdi. Çekistləri dindarların və vətənpərvər qüvvələrin axırına çıxmağa yönəldən Sovet masonları Stalinin onlara qarşı şiddətindən dəhşətə gəldilər. Stalinin əmri ilə “Avtonom Rus Masonluğu”nun 21 üzvü güllələndi, “Həqiqi Xidmət Qardaşlığı” üzvlərinə cinayət işi açıldı. 1930-cu illərdə artıq masonluqla əlaqəli şəxslər sürgünə göndərildi ki, onların arasında ölkənin bir çox tanınmış şəxsləri də vardı.
 Stalinçilər müharibənin ilk aylarında Lenin qvardiyasından olan köhnə yəhudi bolşeviklərinin qalıqlarını da məhv etdilər ki, müharibə zamanı təxribat törətməsinlər. 1941-ci ilin sentyabrında Stalinin əmri ilə inqilabın mogikanlarından sayılan M.Spiridonova, V.Arnold, Q.Apresov, rus xalqının cəlladı L.Kamenyevin arvadı, P.Petrovski, alman şpionu X.Rakovski, A.Ayxenvald, T.Dzasoxov, Çar ailəsinin məhvini təşkil edən Şaya İtsikoviç da daxil olmaqla 161 nəfər dövlət işçisi güllələndi.
 Stalinin bu gün liberallar tərəfindən aşağılanmasının əsas səbəblərindən biri də odur ki, Xomeyni kimi o də masonların anasını ağlar qoymuşdu. Sovet dövlətinin masonluğa qarşı mübarizəsi xaricdəki masonları əvvəlcə təəccübləndirmiş, sonra Stalinə qarşı kəskin nifrət yaratmışdı. Əgər Qərbin mason arxivlərində 1920-ci illərdə bolşevik hakimiyyətini dəstəkləmək barədə rezolyusiyalara rast gəlinirsə, artıq 1930-cu illərdəki rezolyusiyalarda Sovetlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanır. Masonlar Stalin təhlükəsinə qarşı həyəcan təbili çalır və Qərb cəmiyyətini Sovet hakimiyyəti üzərinə qaldırmağa çalışırdılar. Qərb qəzet və radiolarında Stalin Rusiyasını yırtıcı dövlət kimi qələmə verən qızğın təbliğat kompaniyasına start verilmişdi. SSRİ-nin Millətlər Liqasına üzv olduqdan sonra düzələcəyinə və yola gələcəyinə ümid bəsləyən mason dairələrin sonuncu ümidləri də öldükdə onlar əməli hərəkətə keçdilər.
 1930-cu illərin ortalarında Parisdə “Üzü Rusiyaya sarı” adlı kölgə mason hökuməti yaradıldı. Bu hökumətin başında Kerenski hökumətinin keçmiş daxili işlər naziri, 33-cü dərəcəli mason Nikolay Avksentyev dururdu. Bu qrupa Rusiyanın dağılması işinə öz “töhfələrini” vermiş, 1905 və 1917-ci il inqilablarında fəal iştirak etmiş, inqilabdan sonra hakimiyyət strukturlarında və müxtəlif təşkilatlarda yer tutmuş adlı-sanlı masonlar daxil idi. Kölgə hökuməti özünün əsas məqsədini “vətəndə yaşamağa və işləməyə hazırlıq” kimi müəyyənləşdirmişdi. Qrupun əsas diqqəti Rusiyaya soxulmaq üçün zəif nöqtələr və dayaq məntəqələri axtarmağa yönəltmişdi. Onlar bu işdə Qərb kəşfiyyat orqanlarının köməyinə ümid bəsləyirdilər. Lakin qrupun Sovet İttiqafındakı masonlarla əlaqə qurmaq cəhdləri heç bir nəticə vermədi, belə ki Stalin ölkədəki masonların hamısını qırmış və neytrallaşdırmışdı. Ölkənin hakimiyyət koridorları mason kadrlarından büsbütün təmizlənmişdi.
 Masonluğun əsas simalarının və qoy xalqlara qənim kəsilmiş bolşevik xadimlərinin məhv edilməsi xaricdəki mason funksionerlərində qorxu və qəzəb yaratmışdı. Məhz həmin dövrdə Millətlər Liqası adlanan, əslində isə mason lojasından başqa bir şey olmayan beynəlxalq struktur Almaniyanı Rusiya ilə toqquşdurmaq qərarına gəldi. Qərb masonları Almaniyanın SSRİ ilə müharibəyə başlaması üçün bütün imkanlarını səfərbər etdilər. İngiltərə və Fransanın Millətlər Liqasına daxil olan mason nümayəndələri alman faşistlərinin aqressiv əməllərini məhdudlaşdıran bütün qərarlara mane oldular və müharibə üçün hərtərəfli şərait yaratmağa çalışdılar. Millətlər Liqasındakı masonlar ilk növbədə Almaniya və İtaliyaya qoyulmuş iqtisadi və maliyyə sanksiyalarının aradan qaldırılmasına nail oldular.
 Çexoslovakiyanı alman aqressorlarının cənginə verən Münhen sazişi də Qərbin mason hakimiyyətlərinin məkrli planı idi ki, məqsəd alman ordusunu SSRİ sərhədlərinə gətirib çıxarmaq idi. 1936-cı ilin dekabrında Amerikanın mason prezidenti Franklin Ruzvelt “Qərb yarımkürəsinin kollektiv müdafiəsi” siyasətini elan etdi ki, bu Rusiyanın izolyasiyası və onu Hitler Almaniyası ilə gələcək müharibədə tək qoymaq məqsədini güdürdü. Qərbin mason dövlət xadimləri və siyasətçiləri sözdə Hitleri qınasalar və tənqid etsələr də, əməldə ona hərtərəfli dəstək verirdilər. Fransanın Böyük Lojası Ruzveltə onun “kollektiv müdafiə” siyasətini dəstəkləmələri barədə müraciət ünvanladı ki, həmin müraciəti İspaniya, Belçika, Avstriya, Daniya, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Çexoslovakiya və digər Avropa ölkələrinin masonları da imzaladılar. Onlar “kollektiv müdafiə” siyasətinin Rusiyanı çökdürəcəyinə ümid bəsləyirdilər.
 1943-cü ilin payızında prezident Ruzveltin tapşırığı ilə ABŞ Strateji Xidmət İdarəsi müharibənin nəticələri ilə bağlı gizli memorandum hazırladı. Mason general U.Donnovanın imzaladığı bu memorandumda deyilirdi ki, Almaniya SSRİ-ni çökdürdükdən sonra biz İngiltərə ilə birləşərək Almaniyanın özünü məhv etməliyik. Nüfuzlu amerikan qəzeti “Nyu-York Deyli Nyus” SSRİ və Almaniyanı bir-birini gəmirən iki ilan şəklində dərc etmişdi və altından yazmışdı: “Onlara bir-birini yeməkdə mane olma”.
 1945-ci ildə Sovet Ordusu Aşağı Sileziyadakı alman qəsrlərinin birində mason sənədləri ilə dolu onlarla vaqon ələ keçirmişdi. Vaqonlara Qərbi Avropanın gizli sirləri, Almaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq, Polşa və Çexoslovakiyanın mason təşkilatları haqqında sənədlər yüklənmişdi. Avropanın tutulmuş ölkələrindən yığılmış həmin arxiv Hitlerin əmri ilə bura gətilmişdi. Əldə edilən sənədlər “azad bənnaların” gizli hakimiyyəti və təxribat xarakterli fəaliyyətinin mexanizmi barədə aydın və dərin təsəvvür yaradırdı. 18-ci əsrdən tutmuş 1939-cu ilə qədər olan mason arxivlərindən on minlərlə mason lojası funksionerlərinin və agentlərinin siyahıları, şəxsi işləri, iclas protokolları, məktubları, təlimati göstərişləri, maliyyə hesabatları və s. sənədlər dünya pərdəarxasının görünməz texnologiyalarını, masonluğun cinayətkar xarakterini açmağa imkan verirdi. Mason təşkilatlarının dövlətləri siyasi təsir altına almaqla bağlı fəaliyyəti və dünya hökmranlığına yönəlmiş siyasəti aydınlaşırdı. Mason arxivləri Stalinin əmri ilə dərhal Moskvaya gətirildi. Moskvada bu sənədlərin etibarlı qorunub saxlanması üçün hərbi əsrlərin əlilə xüsusi bina inşa edildi. Binanın pəncərə və qapıları dəmirdən hazırlandı və ilk gündən mason arxivlərinə SSRİ-nin ən məxfi xüsusi statusu verildi. Arxiv yaradılan gündən Stalinin ölümünə qədər onun sənədləri diqqətlə öyrənildi, bəzi sənədlər tərcümə edildi. Sovet mütəxəssisləri Qərbin gizli hakimiyyət texnologiyasını öyrənir və nəticə çıxarırdılar. SSRİ-nin qəniməti olan mason axivləri Sovet rəhbərliyinə Avropa siyasətinin pərdəarxasını tam açmağa imkan yaradırdı. Aydın oldu ki, Qərbi Avropanın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan siyasəti mason lojalarının mətbəxində hazırlanmışdır. Ələ keçmiş sənədlər Stalinə imkan verirdi ki, Qərbin hakim dairələrinə təsir göstərə bilsin və öz mövqeyini möhkəmləndirsin. Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Sovet ordusunun böyük qan bahasına əldə etdiyi hərbi qənimət olan bu məxfi sənədləri Qorbaçovun əmri ilə özləri də mason sayılan Aleksandr Yakovlev və Eduard Şevardnadze Qərb masonlarına qaytardılar.
 Ələ keçirilmiş sənədlər masonluğun sionizmlə əlaqəsini, axırıncıların masonluqda hakim vəziyyətdə olması faktını bir daha təsdiq etdi. Masonluğun yəhudi dairələri və sionist təşkilatları tərəfindən maliyyələşdirilməsi Stalində böyük narahatlıq yaratdı. Xüsusilə bu məsələ Fələstində yəhudi dövlətinin yaradılması və belə bir dövləti Krımda qurmaq cəhdinə təsadüf edirdi. Araşdırmalar göstərir ki, bu məsələlər Stalinin siyasi dünyagörüşünə mühüm təsir göstərmiş, kosmopolitizmə, masonluq və sionizmə qarşı kəskin mübarizəyə şövq etmişdir.

İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ QƏRBİN İKİÜZLÜ SİYASƏTİ

 Almaniya ilə müharibədə Qərb sözdə SSRİ-yə dəstək verəcəyindən danışsa da, reallıqda antirus qüvvələrə hərtərəfli kömək göstərirdi. Qərb kəşfiyyatı Şərqi Avropada SSRİ-yə qarşı gizli təşkilatlar yaratmağa çalışırdı. Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya, Çexoslovakiya, Yuqoslaviya və Avstriyadan olan millətçilər İngiltərə, ABŞ və Kanadaya aparılır, burda onlara müvafiq dərs və təlim keçirilirdi. Qərb istəyirdi ki, Almaniyanın uduzacağı və Şərqi Avropaya Sovet qoşunlarının girəcəyi təqdirdə burda ruslara qarşı üsyanlar başlasın. Şərqi Avropadan olan millətçilərin təşkilatlandırılması və təlimatlanlandırılması ilə bağlı həmin layihələr Nyu-Yorkdakı Rokfeller Mərkəzi tərəfindən maliyyələşirdi.
 1944-cü ildə ikinci cəbhəni açana kimi özünə müttəfiq adı qoymuş Amerika və İngiltərənin SSRİ-yə real köməyi Lend-lizlə göndərilmiş müəyyən ərzaq və hərbi texnika oldu. Araşdırmalar göstərir ki, həmin göndərişlər Sovetin öz istehsal etdiyi hərbi-iqtisadi resursların çox cüzi hissəsini təşkil edirdi. ABŞ və Kanadanın göndərdiyi buğda, un və yarma SSRİ-nin özünün istehsal etdiyi həmin məhsulların cəmi 2,8 faizi həcminəydi. ABŞ və İngiltərə birlikdə SSRİ-yə onun özünün həmin dövrdə istehsal etdiyinin 2 faizi qədər top, 10 faizi qədər tank və 12 faizi qədər təyyarə göndərmişdilər. Hətta Stalinqrad döyüşünün getdiyi müharənin həlledici dövründə həmin cüzi köməyi də dayandırıb gözləmə mövqeyi tutmuşdular ki, bəlkə SSRİ uduzdu. Əlbəttə belə xırda kömək müharibənin gedişatına əsaslı təsir edə bilməzdi. İngilis tarixçisi A.Klarkın haqlı olaraq qeyd etdiyi kimi, “Qərbin göstərdiyi cüzi kömək müharibənin müddətinə təsir edə bilərdi, nəticəsinə yox- ruslar onsuz da qələbə çalacaqdılar”.
 Qərb SSRİ-yə necə kömək etmişdi ki, müharibə qurtaran kimi SSRİ-dən təcili borcunu tələb etməyə başladı? Özü də şişirdilmiş formada- 2,7 milyard dollar məbləğində. 1948-ci ildə Sovet tərəfi “yardımın” həqiqi məbləğini ödəməyə razılıq versə də, amerikanlar buna razılaşmadılar və dedikləri məbləği tələb etdilər. Danışıqlar uzandı, 1951-ci ildə Amerika hökuməti məbləği azaldaraq 800 milyon dollara endirsə də, Sovet tərəfi real məbləğin 300 milyon dollar olduğunu bildirdi. Əvvəl-axır 722 milyon dolların üzərində dayandılar və Rusiya ilk ödənişi 1973-ci ildə 48 milyon dollar məbləğində verilmiş “təmənnasız qardaş köməyini” 2006-cı ildə ödəyib qurtara bildi. Bu müstəvidə ABŞ-ın SSRİ-yə Lend-liz göndərməsi “qardaş köməyindən” də çox adi iudey biznesini xatırladır. Mahiyyətcə ABŞ öz silahının satışı ilə məşğul idi.
 Müharibə dövründə ABŞ hökuməti öz şirkətlərinə SSRİ-yə bir sıra strateji materialları, ilk növbədə Sovet aviasiya zavodları üçün vacib olan nikel satışını qadağan etmişdi. Bu isə Sovet hərbi mütəxəssislərinə onu deməyə əsas vermişdi ki, amerikanlar hava döyüşlərində almanların sovetlər üzərində üstünlüyünü arzulayırlar. Hələ 1941-ci ildə İngiltərə və ABŞ Avropada almanlara ikinci cəbhə aça bilərdilər və buna hər cür imkanları vardı, amma açmadılar. Rusiyanın çökəcəyi günü gözlədilər. Avropalı siyasətçilərin çoxu düşünürdülər ki, SSRİ Almaniya qarşısında tab gətirə bilməyəcək. Amma Rus xalqının qəhrəmanlığı və Stalinin komandanlıq bacarığı sayəsində işlər tam fərqli məcraya yönəldi.
 İngiltərənin mason baş naziri Uinston Çerçill həmin dövrdə şərq cəbhəsində cərəyan edən hadisələrlə bağlı açıq-aşkar belə demişdi: “Almaniyanı quruda əsasən Sovet İttifaqı darmadağın etməlidir, İngiltərə isə bu mübarizədə ona təkcə “həmrəylik” göstərməlidir. İngiltərə bu “həmrəyliyə” nə qədər gec qoşulsa, bir o qədər yaxşıdır; belə olan halda həm finişə təzə-tər çatacaqdır, həm də dünya konferensiyasında aparıcı rol oynamaq ona asan olacaqdır”.
 Qərbin mason ağalarının məkrli siyasəti ABŞ senatoru Harri Trumenin məşhur sözlərində də öz əksini tapmışdır. Sonradan ABŞ prezidenti seçilən bu şəxs İkinci Dünya Müharibəsi ərəfəsində belə demişdi: “Əgər biz görsək ki, Almaniya udur, Sovet İttifaqına kömək etməliyik. Əgər görsək ki, Sovet İttifaqı udur, Almaniyaya kömək etməliyik. Bir-birlərini nə qədər çox qırsalar, o qədər yaxşıdır”.
 ABŞ və İngiltərə nəinki ikinci cəbhənin açılmasına tələsmirdilər, hətta SSRİ-ni “ağıllandırmaq” üçün bu ölkəyə atom bombası atmaq niyyətindəydilər. Amerikan xalqını artıq buna hazırlayırdılar- təbliğat aparırdılar ki, ideoloji cəhətdən SSRİ-nin qələbəsi faşizmin qələbəsindən daha təhlükəlidir. Sovet kəşfiyyatının da məlumatı vardı ki, ABŞ üzücü müharibədən sonra gücdən düşmüş SSRİ ərazisinə atom zərbəsi endirməyi planlaşdırır. 3 noyabr 1945-ci ildə ABŞ-ın Birləşmiş Kəşfiyyat Komitəsində 329 nömrəli plan hazırlanmışdı. Bu planın 1-ci paraqrafında deyilirdi: “SSRİ və onun nəzarət etdiyi ərazilərdə strateji atom bombardmanı üçün tutarlı olan təxminən 20 vacib hədəfi seçmək”. ABŞ-ın 1948-ci ildə hazırladığı “Troudjen” planına görə 70 Sovet şəhərinə 133 atom bombası atmaq nəzərdə tutulmuşdu. 1949-cu ildə hazırlanmış “Dropşot” planına görə Sovet iqtisadiyyatının 85 faizini məhv etmək məqsədilə SSRİ-yə 300 atom və 250 min adi bomba atmaq nəzərdə tutulmuşdu. 1950-ci ildə hazırlanmış “Troyan” planına görə 100 Sovet şəhərinə 300 atom bombası atmaq nəzərdə tutulmuşdu. ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atması ilə bağlı üzə çıxan gizli “Pinçer” və “Offtekl” planları da maraq doğurur. Hər iki planda Sovet xalqının məhvi yer almışdır. “Pinçer” planında deyilirdi: “Sovet İttifaqı sürətli milli yüksəliş dövrü yaşayır və öz milli iqtisadiyyatını inkişaf etdirir”. Plan yandırıcı hərbi zərbə yolu ilə bu prosesin qarşını almağı nəzərdə tuturdu. Pentaqon generalları bildirirdilər: “SSRİ ilə müharibə ABŞ və onun müttəfiqlərinin bütün hərbi potensialının tam işə salınmasını tələb edən total müharibə olmalıdır. ABŞ və müttəfiqlərinin hücumçu hərbi potensialı maksimal dərəcədə istidadə edilməlidir”. Planda “SSRİ-nin sənaye ürəyininin” sıradan çıxarılması pedantik şəkildə təsvir olunur, ABŞ-ın İngiltərədəki, Şimali Afrikadakı və digər ölkələrdəki hərbi bazalarından SSRİ-yə necə atom zərbələri endiriləcəyi göstərilirdi. “Offtekl” planında təkcə atom deyil, bioloji və kimyəvi silahdan da istifadənin vacibliyi vurğulanırdı. Lakin SSRİ-nin get-gedə güclənən silahlı qüvvələri, hərbi təhdidlərə cavab vermək qabiliyyəti, ən əsası da tez bir zamanda atom silahına yiyələnməsi Qərb dairələrini bu müdhiş planların icrasından çəkindirdi.
 Müharibə dövründə Sovet kəşfiyyatı məlumat almışdı ki, almanların üstünlük qazanacağı təqdirdə ingilis və amerikan qoşunları da Uzaq Şərq, Şimal və Cənub portlarından SSRİ-yə hücum edəcəklər. Çerçill Stalinə alman aqressiyasına qarşı müttəfiqlik dəstəyi söz versə də, Almaniyanın da qatıldığı “Birləşmiş Avropa haqqında” gizli memorandum hazırlamışdı. Çerçill həmin memorandumda Avropa ölkələrini “bolşevik varvarlığına qarşı mübarizədə birləşməyə” və Almaniya ilə müharibə aparmamağa səsləyirdi. ABŞ və İngiltərə müharibənin başlanğıcında SSRİ ilə “dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi” bağlasalar da, Almaniya və onun müttəfiqi Türkiyə ilə gizli danışıqlar aparırdılar. ABŞ-ın diqtəsi ilə Türkiyə Almaniyaya qoşularaq SSRİ üzərinə hücum etmək fikrindəydi. Türk hökuməti türkçü faşistlərin “Bozqurd” və “Çinar altı” jurnallarının nəşrinə icazə vermişdi; bu jurnallar, eləcə də bir çox türk qəzetləri açıq-aşkar və təkidlə SSRİ ilə müharibəyə çağırırdılar. Bildirirdilər ki, Qafqaz və Xəzər dənizi Türkiyənin tərkibində olmalıdır. Volqanı türk çayı adlandıraraq bildirirdilər ki, türk atları əsrlərlə bu çaydan su içib. Ölkəin hər yerində “Böyük Türkiyənin” xəritələri yayılırdı ki, bu xəritələrdə Qafqaz və Orta Asiya respublikaları Türkiyənin tərkibində göstərilirdi. Türkiyənin baş naziri Şükrü Saracoğlu alman diplomatları ilə söhbətində demişdi: “Bir türk kimi mən Rusiyanın məhvini səmimi qəlbdən istəyirəm. Rus problemi Almaniya ilə yalnız o zaman həll oluna bilər ki, heç olmasa rusların yarısı məhv edilsin”. Gizli sövdələşməyə əsasən, SSRİ-nin müharibəni uduzacağı təqdirdə Almaniya, İngiltərə və Türkiyə Qafqaz ölkələrini və Xəzər regionunu öz aralarında böləcəkdilər. Almaniya Gürcüstanın bir hissəsini Tbilisi qarışıq, Bakı və Dağıstan portlarını götürəcəkdi. Azərbaycanın cənub bölgəsi, Lənkəran və Astara portları, o cümlədən Türkmənistanın Krasnovodsk portu İngiltərəyə çatacaqdı. Batumi, Mesxeti, Naxçıvan, Qarabağ və Krımın bir hissəsi Türkiyəyə veriləcəkdi. Xəzər dənizindəki Sovet flotu İngiltərə və Almaniya, Qara dənizdəki Sovet flotu ilsə Almaniya, Türkiyə, İngiltərə və Rumıniya arasında bölünəcəkdi.
 Maraqlı cəhətlərindən biri də budur ki, İngiltərə və ABŞ həmin dövrdə SSRİ-yə dəstək vermək, almanlara ikinci cəbhə açmaq müqabilində Azərbaycanın onlara verilməsi şərtini qoymuşdular. Onlar Azərbaycandan Sovet qoşunlarının çıxarılmasını və bura ingilis-amerikan qoşunlarının yerləşdirilməsini istəyirdilər. Azərbaycan neftini ələ keçirmək üçün İngiltərə və ABŞ iudeyləri hətta beynəlxalq hüququn kobud şəkildə pozulmasına da razı idilər- onlar Azərbaycanın əvəzinə SSRİ-yə Norveç və Findandiyanı götürməsini təklif edirdilər; Sovet qoşunlarının bu ölkələri tutmasına razı idilər, təki Azərbaycan onlara verilsin. Lakin Stalin onların “barter” təklifini rədd etdi. 1942-ci ildə Çerçill Stalinə təklif etdi ki, “alman hücumuna birgə müqavimət” üçün İngiltərə-Kanada qoşunlarının Orta Asiyaya yerləşdirilməsinə razılıq versin. Daha bir təklif isə “Bakıdakı neft yataqlarının qorunması” məqsədi ilə bura İngiltərə qoşunlarının yeridilməsi idi. Lakin aparılan oyunların pərdəarxasını yaxşı bilən Stalin bu təkliflərin heç birinə razılıq vermədi.
 1944-cü ilin yayında ABŞ və İngiltərənin ikinci cəbhə açmaları heç nəyi həll etmirdi, çünki müharibənin taleyi artıq həll olunmuşdu. Həmin dövrdə Almaniyanın məğlub olacağı gün kimi aydın idi. Sadəcə müttəfiqlər alman mirasından yağlı tikə qoparmaq üçün meydana girmişdilər.
 Təcrübəli strateq olan Stalin müttəfiqlərin ikiüzlü siyasətini gözəl başa düşürdü. O 1944-cü ildə belə demişdi: “Müttəfiqlərimizin imkanı olsaydı, bizi əzərdilər”. Amma belə bir imkan yox idi, çünki həmin dövrdə Sovet ordusu dünyanın ən güclü ordusu idi və Qərb dövlətləri SSRİ-nin nəyə qadir olduğunu görürdülər. Stalinqrad və Kursk qələbələrindən sonra Çerçilin SSRİ haqqında təsəvvürləri alt-üst olmuşdu. Tarixçi Cuzeppe Boffa yazır: “Üzə çıxdı ki, Sovet İttifaqı alman ordusunu nəinki öz ərazisində darmadağın edə bilər, həm də sərhəddən kənarda da onu qova bilər. Müharibə bitərkən Sovet İttifaqı qitənin ən qüdrətli hərbi-siyasi məmləkətinə çevrilmişdi. Dünyanın müharibədən sonrakı quruculuq işlərində hamı bütün məsələlərdə Sovet İttifaqı ilə hesablaşmağa məcbur idi”.
 Hitler və Üçüncü Reyxin digər rəhbərləri son günlərinə kimi inanırdılar ki, ingilis-amerikan komandanlığı verdikləri gizli vədin üstündə duracaqlar və silahı Rusiyaya qarşı çevirəcəklər. Lakin Sovet ordusunun ardıcıl zəfərləri və sürətlə irəliləməsi dünya ağalarının planlarını alt-üst etdi.
 Müharibədən sonra İngiltərənin baş naziri Çerçill açıq-aşkar bildirdi ki, Almaniya ilə bağlı məsələ həll olundu, indi növbə SSRİ-yə çatdı. Qərb SSRİ-yə qarşı “soyuq müharibəyə” başladı.
 Qeyd edək ki, Birinci Dünya Müharibəsi zamanı da anqlosaksonlar eyni mövqe tutmuşdular. ABŞ prezidenti Vudro Vilsonun “boz kardinalı” sayılan Edvard Xauz narahatlıqla bildirmişdi ki, Antantanın qələbəsi “Rusiyanın Avropada hegemonluğuna səbəb olacaqdır”. Eyni zamanda o Almaniyanın da qələbəsini məqsədəuyğun saymırdı. O belə bir nəticəyə gəlmişdi ki, Antanta qələbə çalmalıdır, amma Rusiyasız! Xauz hələ digər amerikan strateqi Bjezinskidən qabaq belə bir fikir söyləmişdi ki, Qərb yalnız o zaman sakit yaşaya bilər ki, “nəhəng Rusiyanın yerində dörd Rusiya olsun; biri Sibir, qalanları isə ölkənin bölünmüş Avropa hissələri”. Müharibəni uğurla davam etdirmək və udmaq üçün Rusiya hökuməti İngiltərənin “Armstronq və Vikkers” zavodlarından 5 milyon mərmi, 1 milyon tüfəng, 1 milyard patron və digər silah-sursat sifariş vermişdi. Bu sifariş 1915-ci ilin martına kimi göndərilməliydi ki, yay kampaniyasına bəs eləsin. Lakin İngiltərə Rusiyanı pis vəziyyətdə qoydu və pulu ödənilmiş silah-sursatı göndərmədi. Nəticədə “mərmi aclığı”, “tüfəng aclığı”, “böyük geriləmə” deyilən fəlakətlar baş verdi. Rus ordusu Polşanı, Pribaltikanın, Belorusiyanın, Ukraynanın bir hissəsini düşmənə qoyub geri çəkilməli oldu. Beləcə həlledici anda İngiltərə Rusiyaya arxadan zərbə vurdu. Üzə çıxdı ki, Rusiyaya özünü dost kimi təqdim edən ölkələr əslində düşmənlə eyni mövqedədirlər.

KRIM TATARLARI VƏ ÇEÇENLƏRİN DEPORTASİYASI BARƏDƏ

 Sovet xalqlarının bəzilərinin nümayəndələri düşmənlə aktiv əməkdaşlığa girmişdilər və yerlərdə rusların kütləvi şəkildə öldürülməsini təşkil etmişdilər. Belə bir vəziyyət Stalini məcbur etmişdi ki, onların ölkənin ucqar ərazilərinə köçürülməsi barədə qərar versin. Deportasiyalar Sovet rəhbərliyinə SSRİ-ni tutmaq istəyən işğalçılara qarşı mübarizədə uğur qazanmağa şərait yaratmışdı.
 Almanların sıx yaşadığı Povoljye avtonom respublikasında Hitlerin kəşfiyyat strukturları on minlərlə adamı asanlıqla öz tərəflərinə çəkmişdilər və onlar Sovet hökumətinə arxadan zərbə vurmaq üçün hazır vəziyyətdə idilər. Kalmıkiyada, Çeçen-İnquşda, Qaraçay-Balkariyada və digər Rusiya ərazilərində əhalinin əksər hissəsi almanlara meyllənmişdi və dövləti zəiflətmək üçün iş aparırdılar. Alman kəşfiyyatı bu ərazilərdə millətçiliyi gücləndirməklə yerli əhalini rusları qırmağa yönəldirdi. Nəticədə bu ərazilərdə minlərlə rus ailəsi məhv edilmiş, heç bir günahı olmayan qadın və uşaqlar qətlə yetirilmişdi. Krımda tatar millətçiləri 60 minə yaxın dinc rusu öldürmüşdülər. Rusların qətliamı həmin ərazilərdə yerli əhalinin susqun razılığı fonunda həyata keçirilmişdi. Belə acınacaqlı vəziyyət Sovet hökumətini məcbur etmişdi ki, sərt tədbirlərə əl atsın. Müharibə şəraitində arxada böyük miqdarda narazı kütlənin, ölkəyə və orduya düşmən münasibət bəsləyən kontingentin saxlanması təhlükəli idi. Hərbi zərurət Stalini məcbur edirdi ki, bəzi xalqlara qarşı güc metodunu işə salsın.
 Böyük Vətən Müharibəsi başlayanda Krımdan Sovet Ordusuna çağırılmış 90 min adamdan 20 mini tatar idi. 1941-ci ildə 51-ci ordu Krımdan geri çəkilərkən həmin 20 min tatar fərarilik etdi. Tatarların demək olar ki hamısı qaçaraq almanların tərəfinə keçdi və onlara xidmət etməyə başladı. 20 min tatar o vaxt Krımda yaşayan tatar əhalisinin hərbi mükəlləfiyyət yaşı düşən bütün kişi əhalisi demək idi. Əli silah tutan bütün tatarlar Sovet ordusuna qarşı silah çevirdilər. Krım tatarları alman ordusunda, cəza və mühafizə dəstələrində, polis aparatında, səhra jandarmeriyasında, türmə və həbsxana düşərgələri aparatında xidmətə girmişdilər. Alman təhlükəsizlik orqanları 10 minə yaxın tatardan əməkdaşlıq barədə razılıq almışdı.
 Tatar hərbi birləşmələri Vermaxtın cəza dəstələrindən də beşbetər dinc əhaliyə olmazın divan tuturdular və amansızlıqları ilə fərqlənirdilər. Tutulan Sovet əsirlərinə Vermaxtın rumın, italyan hərbçiləri rəhm etsələr də, tatar hərbçiləri vəhşicəsinə öldürürdülər. Əsir xəstələndisə və ya büdrədisə, yerindəcə güllələyirdilər, hətta gölməçədən su içməyə belə qoymurdular. Almanların Simferopoldakı düşərgəyə göndərdikləri 3 min Sovet əsirinin yarısı yolda tatar konvoirləri tərəfindən güllələnmişdi. Baxçasaray yaxınlığındakı filtrasiya düşərgəsində tatar əsgərlər xüsusi amansızlıqları ilə yadda qalmışdılar.
 Tatarlar partizanlara qarşı da ciddi-cəhdlə vuruşaraq müqavimət ocaqlarını məhv edirdilər. Baxçasaray şəhər merinin nəvəsi və fabrikant oğlu A.M.Ablayev Hitlerə müraciətində yazırdı: “Biz Krım meşələrindəki yolları və çığırları yaxşı tanıyırıq, odur ki partizan qruplarının likvidasiyası üçün bizdən istifadə olunmasını xahiş edirik. Alman komandanlığının rəhbərliyi altında silahlı dəstələr yaratmaqla ən qısa müddət ərzində meşədəki partizanları ən axırıncı adamına kimi məhv edəcəyimizə söz veririk. Yaşasın Zati Alilləri cənab Adolf Hitler”. Feldmarşal Erix fon Manşteyn bildirirdi: “Krımın tatar əhalisinin böyük əksəriyyəti bizə qarşı olduqca dost münasibət bəsləyirdi. Biz hətta tatarlardan öz kəndlərini Yayla dağlarında gizlənən partizanlardan müdafiə edəcək silahlı müdafiə rotalar yarada bildik. Krımda lap əvvəldən bizə çox başağrısı verən güclü partizan hərəkatının olmasının səbəbi Krım əhalisi içərisində tatar və digər kiçik milli qruplardan başqa xeyli rusların olması idi”.
 Krımın almanlar tərəfindən işğalından sonra başlayan olaylar ümumiyyətlə sağlam düşüncəyə sığmır. Faşistlər tərəfindən çoxsaylı dəstələr şəklində təşkilatlanan Krım tatar satqınları əsl partizan ovu aparırdılar. Onlar partizanların bazalarını məhv edir, gizlənənləri izləyir, tapıb SS orqanlarına təhvil verir və öldürürdülər. Krım tatarlarının vəhşiliklərinə dair minlərlə nümunə saymaq olar. Krımlılar sovet paraşütçülərini tutub diri-diri yandırırdılar. Bu faktları təsdiqləyən çoxlu sənədlər var. 1942-ci ildə tatarlar Sudak rayonuna atılmış 12 Sovet paraşütçüsünü tutaraq diri-diri yandırdılar. 4 fevral 1943-cü ildə Beşuy və Kouş kəndlərinin tatarları 4 partizanı tutaraq bədənlərini bıçaqla deşik-deşik etdilər, sonra tonqal qalayıb yandırdılar. 1942-ci ilin yazından “Krasnıy” sovxozunun ərazisində konsentrasiya düşərgəsi fəaliyyət göstərirdi ki, burada tatar cəza dəstələri tərəfindən 8 min Krım sakini öldürülmüşdü. 1942-ci ildə tatarlar Yaltanın rus əhalisini büsbütün qırmaq istəmişdilər. Ruslar almanların yanına gedib xahiş-minnət etdikdən sonra almanlar tatarları bu işdən çəkindirmişdilər.
 Tatarlar almanları Krımı azad etmiş xilaskarlar kimi vəsf edirdilər. Hitlerə Adolf Əfəndi deyirdilər. Alman zabitlərinin qabağına hər yerdə duz-çörək, mer-meyvə ilə çıxır, xələt verirdilər. Tatarların “Azat Krım” qəzeti 3 mart 1942-ci ildə yazmışdı: “Alman qardaşlarımız Perekop darvazaları yanındakı tarixi səddi keçəndən sonra Krım xalqları üçün böyük azadlıq və xoşbəxtlik günəşi doğdu”. Qəzet xəbər verirdi ki, Aluştada keçirilən müsəlman komitəsinin yığıncağında “müsəlmanlar Böyük Fürer Adolf Hitler Əfəndiyə müsəlman xalqına azadlıq verdiyinə görə təşəkkür ediblər, sonra isə ona dualar edərək Allahdan uzun ömür arzulayıblar”. Qəzet 10 mart 1942-ci il nömrəsində məlumat verirdi: “Kokkozı kəndində 2 min tatar məscidə yığışaraq alman şəhidlərinə rəhmət oxudular... Bütün tatar xalqı hər dəqiqə almanların qələbəsi üçün Allaha yalvarır. Ey böyük Hitler, biz bu sözləri sidqi ürəkdən deyirik, bizə inan! Ey böyük ağamız, biz tatarlar alman döyüşçüləri ilə bir cərgədə mübarizə aparacağımıza söz veririk”. Qarasubazar şəhərindən 500 nəfərlik tatar icmasının Adolf Hitlerə ünvanladığı 10 aprel 1942-ci il tarixli müraciətdə deyilirdi: “Elə bir qüvvə ola bilməz ki, bizi alman xalqından və Sizdən ayırsın. Tatar xalqı alman ordusu sıralarına könüllü olaraq yazılaraq and içib və söz verib ki, sizin qoşunlarla birgə düşmənə qarşı son damla qanına kimi mübarizə aparacaq. Allahdan Sizin ordununuza cansağlığı və Sizə- müsəlman dünyasının rəhbəri qazi Adolf Hitlerə uzun ömür arzulayırıq”. Simferopol Müsəlman Komitəsi üzvlərinin Hitlerin doğum günü münasibətilə 20 aprel 1942-ci il tarixli təbrikində deyilirdi: “Məzlum xalqların xilaskarı, alman xalqının sadiq oğlu Adolf Hitlerə. Biz müsəlmanlar Böyük Almaniyanın şanlı oğullarının ilk gəldiyi gündən, Sizin icazənizlə və çoxillik dostluğumuzun xatirinə, alman xalqı ilə çiyin-çiyinə  dayandıq. Əlimizə silah aldıq və Sizin irəli sürdüyünüz bəşəri ideyalar- bolşevik taununun tamamilə və sona kimi məhv edilməsi uğrunda son qanımıza qədər döyüşəcəyimizə and içdik... Sizin şanlı yubileyiniz günündə Sizə ürək dolusu salamlarımızı və arzularımızı göndəririk. Sizin xalqınızın, bizlərin, Krım müsəlmanlarının və Şərq müsəlmanlarının sevincinə görə Sizə uzun xeyirli həyat arzulayırıq”. Bu kimi təriflər həmin dövr tatar milli mətbuatında dəfələrlə təkrarlanırdı. Misal üçün, 11 yanvar 1942-ci ildən nəşr olunmağa başlayan “Azat Krım” işğalın sonuna kimi bu kimi mədhiyyələr dərc edirdi: “Bütün xalqların və dinlərin xilaskarı Böyük Hitlerə- biz tatarlar bolşevik sürüsünə qarşı alman döyüşçüləri ilə bir sırada mübarizə aparmağa söz veririk! Allah Sizdən razı olsun, bizim böyük ağamız Hitler!”
 1943-cü ilin mayında köhnə Krım tatar millətçilərindən olan Amet Ozenbaşlı Hitlerin adına Almaniya ilə Krım tatarları arasında əməkdaşlıq proqramını əks etdirən memorandum tərtib etmişdi. Memorandumda aşağıdakı müddəalar öz əksini tapmışdı: 1.Krımda Almaniyanın protektoratlığı altında tatar dövlətinin yaradılması; 2.“Şum” batalyonları və digər polis dəstələri əsasında milli tatar ordusunun yaradılması; 3.Bütün tatarların Türkiyədən, Bolqarıstandan və digər dövlətlərdən Krıma qaytarılması, Krımın digər millətlərdən “təmizlənməsi”; 4.Bütün tatar əhalisinin, ən qoca insanlar belə daxil olmaqla bolşeviklər üzərində tam qələbəyə qədər silahlandırılması; 5.“Ayağa qalxana qədər” Almaniyanın tatar dövləti üzərində qəyyumluğu.
 Hitlerçilər tatar əsgərlərinin sədaqətini yüksək qiymətləndirirdilər; vlasovçulara və polisaylara Birinci Dünya Müharibəsindən anbarlarda qalmış köhnə hərbi forma verdikləri halda, tatarlara öz geyindikləri müasir formadan vermişdilər. 1943-cü ildə Almaniyanın müttəfiqi olan Türkiyənin emissarı Amil paşa Feodosiyaya gəldi, tatarları alman ordusunda vuruşmağa ruhlandırdı və gələcəkdə Krımın Türkiyəyə birləşdiriləcəyinə işarə vurdu. Paulsun 6-cı ordusu Stalinqrad döyüşlərində məğlub olanda tatarlar bir milyon manat toplayıb alman ordusuna yardım üçün göndərdilər. Onlar Krıma girən Sovet ordusuna qarşı kəskin müqavimət göstərdilər. Alman arxiv materiallarından aydın olur ki, 1945-ci ilin yanvarında 10 minə yaxın tatar Almaniyanın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişdir.
 Bu faktları sadalayandan sonra Krım tatarlarının ölkənin içərilərinə tərəf köçürülməsi artıq deportasiya kimi deyil, sərhədləri qorumaq cəhdi, xəyanətkar elementləri strateji nöqtələrdən uzaqlaşdırması aktı kimi görünür.
 Krım almanlardan azad olunandan sonra Vermaxta işləyən 5381 tatar aktivisti həbs edildi, 5395 tüfəng, 337 pulemyot, 250 avtomat, 31 minomyot, çoxlu qumbara və patronlar götürüldü. Tatarların kütləvi surətdə vətənə xəyanətini görən Stalin onların Krımdan sürgün olunması barədə əmr verdi. Köçürülərkən hər ailəyə 500 kiloqramlıq əşya götürməyə icazə vardı. Köçürülənlərə yol boyu o dövrün meyarlarına görə normal yemək payı verilirdi. Onlara ev heyvanlarını, ərzağı, taxılı, kənd təsərrüfatı avadanlıqlarını yerindəcə təhvil verib qəbz alaraq əvəzini köçürüldüyü ərazidə ala bilmək imkanı yaradılmışdı. Köçürüldükləri Özbəkistanda onlara torpaq sahələri ayrılır və yeni yaşayış evləri tikilməsində yardım edilirdi. Hər ailəyə ev tikmək üçün 7 ilə ödəmək şərtilə 5 min rubl verilirdi. Qeyd etmək yerinə düşərdi ki, Stalinin bu addımı olduqca humanist addım idi: 5 min pula o dövrdə imarət tikmək olardı və bu pul 7 il müddətinə cəmi 1 %-ə verilmişdi ki, belə kredit hətta indiki dövrdə neft səltənətlərində belə öz xalqına rəva görülmür.
 67 eşalona yerləşdirilərək 180 014 tatar köçürülmüşdü. Köçürülənlər kolxoz, zavod və kənd tərərrüfatı sahələrində işlə təmin olunurdular. Krım tatarlarının öz sözlərinə görə, özbək camaatı onlara yaxşı baxmış, diqqət və qayğı ilə yanaşmışdı. 1967-ci ildə isə humanist Sovet hökuməti Krım tatarlarının reabilitasiyası haqqında qərar çıxardı və onlar tədricən öz torpaqlarına qayıda bildilər.
 Bu gün Krım tatarlarının köçürülməsini qabardan, bunu vandalizm aktı və genosid kimi qələmə verən demokratik Qərb dövlətlərinin özündə belə hərəkətlərə görə heç kimin nazı ilə oynamırdılar. Qərb hakimiyyətləri müharibələr zamanı dəfələrlə olmuşdu ki, hansısa xalqı və ya etnosu nəinki satqınlığa, hətta düşmən tərəfə milli və tarixi mənsubluğa görə kütləvi surətdə qırmışdı.
 Krımın Evpatoriya şəhərində alman faşistlərinin və onların tatar əlaltılarının qırdığı 100 min qadın, uşaq və qocanın şərəfinə heykəl qoyulub. Şahidlərin dediyinə görə, güllələməyə SS zabitləri rəhbərlik etsələr də, aksiyanı tatar və rumınlardan ibarət könüllülər qrupu həyata keçirirdi, belə ki alman əsgərləri dinc sakinləri güllələməkdən imtina edirdilər. 1 yaşına kimi uşaqları güllələmirdilər, dodaqlarını sianid zəhəri ilə mazlayıb ölülərin yığıldığı dərəyə tullayırdılar. Güllələnmə əməliyyatı başa çatdıqdan sonra tatar könüllüləri dərəyə düşüb süngü ilə hələ canı çıxmayanların, nəfəsi gələnlərin bədənini deşirdilər. Bir çoxları belə fikirdədirlər ki, əgər 1944-cı ildə tatarlar Krımdan Orta Asiyaya göndərilməsəydi, yerli xalqlar bu qisası onlarda qoymayacaqdılar, qan su yerinə axacaqdı. Belə çıxır ki, Stalin sürgünlə həm də tatarları böyük fəlakətdən xilas etmişdir.
 Akademik, tarix elmləri doktoru Andrey Qonçarovun bu məsələ ilə bağlı fikirləri maraqlıdır: “Mən artıq sübut etməkdən yorulmuşam ki, bu Vətən xainlərinə və faşist əlaltılarına qarşı tamamilə əsaslı və ədalətli hərəkət idi. Eyni zamanda Sovet hökumətinin fürerə sədaqətlə xidmət edən banditlərə qarşı humanizmini qeyd etmək lazımdır. Müharibə dövrünün qanunlarına görə, o zamankı RSFSR Cinayət məcəlləsinin 193-22-ci maddəsinə əsasən bizim komandanlığın Krım tatarları adlandırılan kişi əhalisini dezertirliyə və satqınlığa görə güllələməyə tam haqqı vardı. Faktlar göstərir ki, praktiki olaraq əsgərlik yaşına çatmış bütün Krım tatarları faşist Almaniyasının tərəfində idi. Cəbhə Krıma yaxınlaşan kimi əhalinin böyük əksəriyyəti düşmənin tərəfinə keçməyə başladı. Bu barədə maraqlı, həmin hadisələri şərh edən məlumatlar var. Belə ki təmiz tatar kəndi olan Kouşda Qızıl Orduya 130 insan çağırılmışdı, onlardan 122-si almanların gəlişindən sonra evlərinə qayıtmışdılar. Beşuy kəndində 98 hərbi xidmətə çağırılandan 92-si evinə dönmüşdü. Gözəl “patriotizm” nümunələridir, deyilmi? Bəs onlarla necə davranmağı istərdiz?.. Onu da qeyd etmək lazımdır ki, sürgünə göndərməklə Stalin Krım tatarlarını xilas edib. Onlar Stalinə dua etməlidirlər. Stalin onları ədalətli xalq qəzəbindən, dağıntılardan qoruyub. Siz sadəcə təsəvvür edin: alman işğalı zamanı tatar polis hissələri Almaniyaya katorqa işlərinə göndərmək üçün Krımın 50 min rus əhalisini toplamışdı. Üstəgəl onların öz qonşularına qarşı törətdikləri qeyri-insani pisliklər. 1945-ci ildə Berlindən qayıdan Krımlı cəbhəçilər -tatarların tikə-tikə etdikləri, qul kimi satdıqları Sovet vətəndaşlarının ata, qardaş və oğulları- onların başına nə oyun açardılar?! Krım tatarlarından heç nə qalmazdı. Daha bir məsələni qeyd edim. Deyirlər ki, 1949-cu ilin martında Stalin yüz minlərlə pribaltikalını da Sibirə deportasiya etmişdir. Burda yüz min nə gəzir? Siz sadəcə indiyə kimi NATO propaqandası dinləmisiz. Estoniyadan 20 173 nəfər, Litvadan 31 917 nəfər, Latviyadan 42 149 nəfər deportasiya edilmişdir. NKVD-KQB-nin bu arxivləri çoxdan hamının ixtiyarına verilib. Bununla belə 1959-cu ildə Xruşşovun dövründə Krım tatarlarından fərqli olaraq bütün pribaltlara evlərinə qayıtmağa icazə verildi. İndi isə bu insanların kim və niyə deportasiya olunduqlarını aydınlaşdıraq. Meşə qardaşları adlandırılanları və onların ailə üzvlərini deportasiya etmişdilər. Onları isə faşistlərlə əməkdaşlıq etdiklərinə görə sürgün etməmişdilər, bunu onlara bağışlamışdılar. Alman ordularının darmadağın edilməsindən sonra Pribaltika ərazisində bandalar formalaşdırdıqlarına görə sürgün etmişdilər. Həmin “meşə qardaşları” 1945-1949-cu illər arasında Litvada 25 108, Latviyada 4 780, Estoniyada 891 nəfər adam qətlə yetirmişdilər. Onlar niyə almanlar qarşısında bu qədər xidmət göstəriridilər? Ümid edirdilər ki, Hitler onlara öz dövlətlərini yaratmağa icazə verəcək. Əksər qudurğan millətçilər hələ də inanırlar ki, 1944-cü ildə “Sovet işğalı” olmasaydı elə belə də olacaqdı. Amma Almaniyanın Pribaltika üçün tamamilə fəqli planı vardı. Bu barədə bir çox sənədlər İqor Pıxalovun yeni işıq üzü görmüş “Stalin nəyə görə xalqları sürgün edirdi?” kitabında dərc olunub. Belə ki Berlində Pribaltika ölkələrində almanlaşdırma məsələləri üzrə yığıncaqda qərara alınmışdı: “Əhalinin böyük əksəriyyəti almanlaşma üçün yaramır. Əhalinin irsi mənada lazımsız hissəsi Qərbi Sibirə sürgün olunmalıdır”. Estoniyada əhalinin 50%-ini, Litva və Latviyada isə hər biri üzrə 30%-ini saxlamaq nəzərdə tutulurdu. Əvəzində Pribaltikada Vermaxt veteranları yerləşdirilməli idi. Yavaş-yavaş bu siyasət artıq həyata keçirilməyə başlamışdı. 1943-cü il noyabrın 1-inə Pribaltikada artıq 35 min alman müstəmləkəçisi yaşayırdı. Əvəzində isə Sibir üçün nəzərdə tutulmuş 300 min pribaltikalı, əsasən 17 yaşından 40 yaşına kimi qadınlar alman əmək konslagerlərinə göndərilmişdi. Pribaltika respublikaları da Krım tatarlarının ardınca Stalinə minnətdar olmalıdırlar. Onlar Hitlerə qalsaydılar indiyə kimi Sibir mədənlərində xutorlar tikirdilər. Ümid edirəm ki, həqiqət nə vaxtsa Pribaltikaya da çatacaq. Və o zaman insanlar Tallinin mərkəzi ilə addımlayan, “qanlı cinayətkar” Stalinin xeyirxahlığından sağ saxladığı Estoniya SS-nın veteranlarını pomidor atəşinə tutacaqlar... Mən stalinizm tərəfdarı deyiləm. Mənim də ailəmdə bir çox Rusiya ailələrində olduğu kimi repressiyadan əziyyət çəkənlər olmuşdu. Amma o zaman müharibə gedirdi. Kürəyin arxasında istənilən anda səni sata biləcək 200 min insan saxlamaq cinayətdir! Özü də milli əlamətlərə görə xalqların deportasiyası yenidənqurma “demokratlarının” bizi əmin etdikləri kimi Stalin rejiminin nou-xausu deyildi. Elə həmin İkinci Dünya müharibəsində, bundan bir az əvvəl- 1941-ci ildə Perl-Xarbordan bir neçə ay sonra amerikanlar tamamilə sakit şəkildə təxminən 200 minə yaxın yapon, alman və italyan əsilli vətəndaşları ölkənin daxili rayonlarına deportasiya etmişdi və konslaqerlərə yerləşdirmişdi. Bilirsiz yaponların boynuna nə qoyurdular? Boynuna qoyurdular ki, onlar Kaliforniyada gül klumbalarını qəsdən hərbi obyektlərin yanında salırlar ki, onların yerini bəyan etsinlər, Havay adalarında isə yapon təyyarəçilərinə siqnal vermək üçün şəkər qamışlarını xüsusi şəkildə, ABŞ aviabazalarına istiqamətlənmiş nəhəng oxlar formasında qırırlar. ABŞ Konqresində repressiya olunmuş alman və italyan əsilli amerikan vətəndaşlarının övladlarının dinlənilməsi baş tutmuşdu. Orada bir qadın danışdırdı ki, onun atası uzun illər “Hitlerin dövründə Almaniyada yaxşı yolar salınmışdı” söylədiyinə görə həbsdə saxlanılmışdı. Yeri gəlmişkən, elə həmin illərdə yaponların amerikanlar tərəfindən tutulması praktikası da geniş yayılmışdı. Bütün Latın Amerikası üzrə kütləvi şəkildə, ailəliklə. Onları konslagerlərə salırdılar və gələcəkdə amerikan hərbi əsirləri ilə dəyişmək üçün həbsə atırdılar. Belə bir olay baş vermişdi. 1941-ci ildə yaponların Aleut adalarına hücumu gözlənilərkən amerikanlar eskimosları etibarsız saymışdılar və dərhal hamını -400-dən artıq insanı-, heç bir günahı olmayan aborigenləri Kanzas səhrasına aparmışdılar. Özü də aqressorların ayağının ABŞ torpağına ümumiyyətlə dəymədiyi halda! Bəs bizim variantda necə olsun? Krım tatarları açıq şəkildə düşmənin tərəfini tutan zaman onlarla necə davranılmalı idi? Qızıl Ordunun deportasiya zamanı hədsiz qəddarlığı haqda dəfələrlə təkrarlanan yalanlarla gəldikdə isə sənədlərə baxın. Bu olduqca sadədir, bütün arxivlər açıqdır. Sadəcə təsəvvür edin: müharibə gedir, ölkənin yarısı düşmən tərəfindən tutulub, ərzaq çatışmır. Bununla belə, hər deportasiya olunan şəxsə gündəlik isti yemək, 500 qram çörək, ət, balıq, yağ düşürdü. Stalinin əmri ilə Krım tatarları özləri ilə hər böyük adama görə 500 kiloqram mülk apara bilərdilər. Yerdə qalan mülkiyyətə görə arayış verilirdi ki, bu arayışla Özbəkistana və Qazaxıstana gəldikləri yerdə onlara həmin dəyərdə mülkiyyət verilirdi. Bundan başqa, hər ailəyə məskunlaşmağa görə 7 illik faizsiz kredit verilirdi”.
 Andrey Qonçarov onu da qeyd edir ki, Krım tatarları “tatar” adını anlaşılmazlıq üzündən daşıyırlar. Əslində etnik planda tarixi tatarlarla və ya tatar-monqollarla onların heç bir ortaq şeyləri yoxdur. Krımın tatar adlandırılan əhalisi əslində karaim yəhudiləridir. Karaimizm (karaizm) iudaizmin qollarından biridir. Ravvinist mənbələrə əsasən, karaimizmin əsasını 8-ci əsrdə öz sektasını yaratmaq qərarına gəlmiş bağdadlı yəhudi dindar Anan ben David qoymuşdur. Sözün kökü “kara”- qədim yəhudi dilində “oxumaq” deməkdir ki, karaim- “oxuyanlar”, “kitab əhli” mənasındadır. Karaimlər özlərini iudaizmin əsl davamçıları hesab edirlər. 9-cu əsrdə Avropada yəhudi ravvinləri həm də karaim adlanırdı. Orta əsrlərdə bir çox xristian və müsəlman xalqları yəhudilərə karaim deyirdilər. Krımın yerli əhalisi karaimləri yəhudilərdən ayırmırdılar. Orta əsrlərdə karaimlər də digər yəhudilər kimi İspaniya, Portuqaliya və Litvadan qovulmuşlar, Boqdan Xmelnitskinin dövründə Ukraynada karaim icmaları dağıdılmışdır. Tarix boyu karaimlərin ən rahat yaşadıqları və artıb çoxaldıqları ərazi Krım olmuşdur. Avraam Qarkavinin fikrincə, karaimlər Krıma 13-cü əsrdə digər yəhudilər və talmudistlərlə birgə gəlmişlər. Karaimlər Krımda möhkəmləndikdən sonra yarımadanın yerli əhalisi olan alanları genosid edərək qırmışlar. Krımda karaimlərin əsas mərkəzi Çufut-Kale (Cühud qalası) olmuşdur; karaim-yəhudilər əsl adı Fullı olan bu qədim Bizans qalasını ələ keçirib onu Krım xanlığının mərkəzinə çevirmişlər. Karaimlər Krmın varlı əhalisi içərisindən əsir aldıqları adamları bu qalanın zindanında saxlayır və regiondan çapıb taladıqları var-dövləti qaladakı xəzinəyə toplayırdılar. Hal-hazırda dünyada 30 min özünü karaim adlandıran adam var ki, çox hissəsi İsraildə yaşayırlar.
 Stalinin sürgünə göndərdiyi xalqlardan biri də çeçenlərdir. Faşistlərin SSRİ-yə hücumu ərəfəsində çeçenlər Xasan İsrailovun və Meyrbek Şeripovun rəhbərliyi altında iki yerdə üsyan qaldırdılar. Xasan İsrailova ruslar təhsil və dolanışıq vermişdi, o uzun illər Sovet hökumətindən maaş alıb qəzet müxbiri işləmişdi. Moskvaya Kommunist Universitetinə oxumağa göndərilmişdi. Dövlət işində işləyə-işləyə antisovet təbliğatı aparmışdı və buna görə iki dəfə məsuliyyətə cəlb olunmuşdu. Alman faşistləri SSRİ-yə hücum edən zaman İsrailov qeyri-leqal fəaliyyətə keçdi və çeçenləri üsyana hazırlamağa başladı. Özünün dediyi kimi, məqsədi “Alman imperiyasının mandatı ilə Qafqazda azad federativ respublika yaratmaq” idi. O faşist manerasında “Qafqazlı qardaşların nasional-sosialist partiyasını” yaratdı. Sənədlərə görə, “partiyanın” 5 min üzvü vardı. İsrailov 1942-ci ilin payızında Mujiçi kəndində alman zabitləri ilə görüşərək “hücuma keçən alman qoşunlarına dəstək vermək” barədə danışıqlar apardı. Rəhbərlik etdiyi qruplaşma Meyrbek Şeripovun dəstəsi ilə birləşdikdən sonra üsyançıların sayı 15 minə çatdı. Meyrbek Şeripova da ruslar təhsil vermişdilər, hüquqşünas işləmişdi. 1941-ci ildə Çeçenistan Meşə Sənayesi Soveti sədri vəzifəsinə irəli çəkilmişdi. Amma o 1941-ci ildə ətrafındakı adamları silahlandırıb Sovet hökumətinə qarşı üsyana qalxdı. Üsyançılar Çeçenistanın dağlıq hissəsinə tam nəzarət edirdilər və öz təsirlərini Gürcüstanın, Dağıstanın və Qafqazın digər dağlıq rayonlarına yaymaq fikrindəydilər. Çeçenlərin üsyana qalxması xəbərini eşidən almanlar 25 avqust 1942-ci ildə Qalaşkin rayonuna avar Osman Saydnurovun rəhbərliyi altında böyük bir diversiya qrupu tökdülər. Lakin NKVD vəziyyəti tez bir zamanda nəzarət altına aldı. Şeripovun dəstəsi İtum Kali kəndində darmadağın edildi, Şeripov öldürüldü. Gəlişindən 4 ay sonra diversiya qrupu tam likvidasiya olundu. Xasan İsrailovun dəstəsinə çoxlu NKVD agenti yeridildi və nəticədə o 25 dekabr 1944-cü ildə öldürüldü.
 Kəşfiyyat məlumatlarından aydın olurdu ki, Çeçenistan rəhbərliyinin bir qismi, o cümlədən NKVD rəisi İdris Əliyev, daxili işlər orqanlarının rayon rəhbərləri üsyançılarla əlaqədə idilər və onlara dəstək verirlər. Milisionerlərin bir qismi üsyançıların tərəfinə keçmişdi. Sovet kəşfiyyatı tanınmış çeçen siyasi xadimi Abduraxman Avtorxanovu danışıqlar üçün üsyançıların rəhbəri Xasan İsrailovun yanına göndərsə də, Avtorxanov nəzərdən itmişdi və almanların tərəfinə keçmişdi. Avtorxanov İsrailovun uşaqlıq dostu idi. Avtorxanova Sovet hökuməti orta məktəb təhsili vermişdi, 7-ci sinifdən sonra partiya məktəbinə daxil olmuşdu və ardınca fəhlə fakultəsinə qəbul edilmişdi. Moskva Qırmızı Professura İnstitutunun hazırlıq kurslarına göndərilmişdi. Qroznı Neft İnstitutuna qəbul olsa da, dövlət işinə götürüldüyündən təhsilini yarımçıq saxlamışdı. Çeçenistanın təhsil nazirliyinin şöbə müdiri, Çeçen Milli Dram Teatrının direktoru, Çeçenistan Partiya Nəşriyyatının direktoru vəzifələrində işləmişdi. SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdu. Amma Avtorxanov dövlət tapşırığını yerinə yetirmək əvəzinə cəbhə xəttini keçərək almanlara könüllü təslim oldu. O alman komandanlığına Xasan İsrailovun Çeçenistanın müstəqilliyi ilə bağlı məktubunu verdi. Almanlar Avtorxanovu Qafqaz cəbhəsinin təbliğat şöbəsində işə götürdülər və o hitlerçilərə sədaqətlə xidmət göstərdi. Almaniyanın məğlubiyyətindən sonra Berlini tərk edərək amerikanların nəzarəti altında olan zonaya keçdi. Burada o amerikan hərbi administrasiyasının rəhbərliyi altında antisovet iş apardı, Sovet hakimiyyətinə qarşı məqalələr yazdı və materiallar hazırladı. 1948-ci ildə Amerikan Hərbi Akademiyasında Sovet İttifaqı haqqında mühazirələr oxudu. Rusiyaya qarşı fəal “akademik” iş apardığına görə ABŞ ordusunun medalına layiq görüldü. Antisovet “Azadlıq” radiosunun yaradılmasında da yaxından iştirak etdi.

AKŞİN SULTANOV: MƏSHƏTİ TÜRKLƏRİ TÜRKİYƏNİN DÜŞMƏN FƏALİYYƏTİ UCBATINDAN DEPORTASİYA EDİLMİŞLƏR

 Burjua mətbuatı üçün “obyektivlik” prinsipi var və ondan ibarətdir ki, özlərinə lazım olanda və sərf eliyəndə mövzuyla bağlı ekspert rəyinə, qarşı tərəfin fikrinə də müraciət edirlər. Heç olmasa bir şeydən yazanda axırda oxucu üçün məsələnin məzmununu az da olsa açıqlayırlar. Amma nədənsə Stalin deportasiyaları barədə yazarkən ekspert rəyinə ehtiyac durmurlar. Bircə kəlmə də bu köçürülmələrin səbəbindən yazmırlar. Məlumatsız və kəmsavad oxucu da elə anlayır ki, Stalin bekarçılıqdan və illaki kiməsə, hansısa xalqa pislik etmək naminə, elə-belə, mırta, sadist həzzi almaq üçün günahsız insanlara əzab verib.
 Əlbəttə, köçürülmüş xalqların hər bir fərdi günah sahibi olmayıb, aralarında günahsız insanlar da olub. Guya bunu sovet hökuməti bilməyib? Bilib. Əvvəla onu bilin ki, xalqları müharibə vaxtı köçürüblər. Bunu bilməyiniz çox vacibdir. Müharibədən sonra heç bir xalqı köçürməyiblər. Çünki lüzum qalmayıb. Müharibə vaxtı isə vardı.
 Müharibə başlayandan sonra səfərbərlik elan edildi. Çeçenlər və inquşlar kütləvi olaraq dağlara qaçdılar, əsgər getməkdən imtina etdilər. Əlbəttə ki çeçen və inquş gənclərini yoldan çıxaran qüvvələr var idi. Stalin elə-belə xəbərdarlıq etmirdi ki, sosializm quruculuğunda sinfi mübarizə daha da şiddətlənəcək. 1930-cu illərdə hələ də bir sürü gizli burjua ünsürləri qalmaqda idi. Səfərbərlikdən boyun qaçırmaları azmış kimi, onlar dağlarda quldur dəstələri yaradıb dövlət orqanlarına hücum, evləri və dövlət obyektlərini qarət edirdilər. Bir neçə il! Müharibənin ən qızğın vaxtında bütün bu cinayətlərdə çeçen və inquş əhalisinin az sayılmayacaq qədər hissəsi iştirak etdi. Hər halda dağlardakı cani dəstələri özbaşına hərəkət etmirdilər, onlara məlumat ötürənlər, necə deyərlər, logistik dəstək verənlər vardı. Və bütün o quldur dəstələri yaxınlaşan işğalçı faşist ordusuyla əlaqəyə girməyə və birləşməyə hazırlaşırdılar. Bünlara dair kifayət qədər tarixi faktlar var, həqiqət axtaranlar internetdən hər şeyi tapıb oxuya bilərlər.
 Krım tatarları haqda yazmışam. Məshəti türkləri çeçenlərdən və inquşlardan fərqli olaraq səfərbərlikdən boyun qaçırmayıblar, Krım tatarlarından fərqli olaraq işğalçıların tərəfinə keçməyiblər (işğal da görməyiblər- işğal edilsəydilər özlərini necə aparacaqlarını demək çətindir), kişi kimi Sovet ordusunda işğalçılara qarşı vuruşublar, 26 min şəhid veriblər. 8 məshəti türkü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bəs belə ləyaqətli insanları niyə köçürürlər?
 Bu məsələdə Türkiyənin altdan nasist Almaniyasına yardım etməsi, SSRİ ilə Türkiyə münasibətlərinin həddən artıq soyuması böyük rol oynayır. İkinci Dünya Müharibəsinin sonunda SSRİ az qala Türkiyə ilə müharibəyə başlayacaqdı- bax bu səviyyədə məsələ ciddi idi. Türkiyə prezidenti İsmət İnönü nasist Almaniyası ilə (SSRİ-yə hücum etməsindən cəmi 4 gün əvvəl) iqtisadi əməkdaşlıq haqda saziş imzalamışdı. Bu, Almaniyanın Fransanı asanlıqla işğal etdiyindən sonra baş vermışdi. Buna görə Türkiyəni qınamaq da olmur. Onsuz da bütün Avropa ölkələrinin, hətta SSRİ-nin özünün Almaniya ilə bənzər məzmunlu sazişləri vardı.
 Türkiyə “neytralitet” elan etmişdi, amma bəzi əməlləri onun neytral qalmaqdan uzaq olduğunu sübut edirdi. Əlbəttə ki, Sovet kəşfiyyatı və Stalin çox şeydən məlumatlı idi. 1941-ci ilin payızında, işğalçılar Moskvanı artıq işğal edəcəklərini zənn edən ərəfədə Türkiyə Hərbi Akademiyasının rəisi general Ali Fuad Erdenin başçılığı altında Türkiyə hərbi deleqasiyası Almaniya-SSRİ cəbhəsinə, alman hərbçiləri ilə görüşə yollanmışdı. Bu, Sovet rəhbərliyinin haqlı narazılığına səbəb olmuşdu.
 Türkiyə ilə ciddi gərginlik 1942-ci ilin yayında, Avropa faşistlərinin Stalinqrada və Qafqaza hücumu başlayanda artdı. Niyə? Türkiyədə səfərbərlik edildi və ordunun sayı bir milyon nəfərə çatdırıldı. Almanların Qafqaza və Stalinqrada hücumu başlayan kimi Türkiyənin həmin ordusunun 750 min əsgər və zabiti (yənı 75%-i) Batumi bölgəsində SSRİ-Türkiyə sərhədinə yığıldı. 1942-ci ilin iyulundan başlayaraq SSRİ-nin 1 may 1942-ci ildə formalaşdırdığı Zaqafqaziya cəbhəsinə qarşı Türkiyə 4 ordu korpusu, 16 piyada diviziyası, 2 süvari diviziya, bir motoatıcı briqada cəmlədi. SSRİ qoşunlarının sayı isə sərhəddə cəmi 200 min idi, çoxu da gənc və təcrübəsiz əsgərlərdən ibarət. Türkiyə Stalinqrad alınan kimi Almaniyanın tərəfində müharibəyə daxil olmağa. SSRİ-yə hücum etməyə hazırlaşırdı. Lakin Sovet Ordusunun əks-hücumu bütün bu planları alt-üst etdi. Yeri düşmüşkən, Yaponiya da eyni şeyi gözləyirdi: Stalinqrad alınan kimi Yaponiya da müharibəyə Almaniya tərəfində daxil olacaqdı.
 Almaniyadan qorxan və kimin qalib gələcəyini təxmin edə bilməyən Türkiyə formal olaraq neytralitet bildirsə də Almaniyanı bəzi mallarla təmin edirdi və alman hərbi iqtisadiyyatında müəyyən rol oynayırdı. Təkcə 1943-cü ildə Türkiyə nasist Almaniyasına 46,9 milyon ton xrom filizi, 17,9 milyon ton zeytun toxumu, 17,6 milyon ton balıq, 9,5 milyon ton çuqun, 7,4 milyon ton mis göndərmişdi. Bu SSRİ-ni bərk qıcıqlandırırdı. Xrom Almaniya üçün çox vacib idi. Xromdan tank (zirehinin) istehsalında istifadə edirlər. Xrom filizinin nə qədər vacib olduğunu anlamaq üçün SSRİ-də xromun ancaq Qazaxstanda olduğunu bilmək lazımdır.
 Türkiyənin coğrafi mövqeyi çox əlverişli idi. Ona görə də müharibənin qızğın vaxtında SSRİ, ABŞ və Britaniya rəsmiləri dəfələrlə Türkiyədən Almaniyaya qarşı müharibəyə qatılmağını istəyirdilər, hər dəfə də Ankaradan “Türkiyə müharibəyə hazır deyil” cavabını eşidirdilər. Açığı, ABŞ və Britaniyanın əslində heç veclərinə də deyildi, onların öz maraqları var idi. İş burasındadır ki, SSRİ onlardan Almaniyaya qarşı “qərb cəbhəsi” açmağı tələb edirdi, onlar isə bunu etmirdilər... Əvəzində Türkiyədən tələb edirdilər. Elə onlar da gözləmə mövqeyində idilər... Elə onlar da SSRİ-nin Stalinqradda yıxılacağını gözləyirdilər. Ona görə də 1943-cü ilə qədər “lend-liz” “kömək” layihəsi çərçivəsndə SSRİ-yə 1945-ci ilə qədər edilən “köməyin” cəmi 3-4 faizini etmişdilər. Elə onlar da SSRİ əks-hücuma keçəndən sonra, müharibənin və Avropanın gələcək taleyini təkbaşına SSRİ-nin həll edəcəyini görəndən sonra qərbdə Almaniyaya qarşı cəbhə açdılar.
 Bir sözlə, Stalinqradda qızğın döyüşlər gedəndə ölkələr gözləmə mövqeyi sərgiləyirdilər. Türkiyə və Yaponiya Stalinqrad alınandan sonra Almaniya tərəfdə SSRİ-yə qarşı vuruşmağa başlayacaqdılar. “Belə şey olmaz” deyənlər üçün: onsuz da Almaniyanın tərəfində bir çox Avropa ölkələrinin qoşunları vuruşurdu. Stalinqrad uğrunda döyüşlərdə Rumıniya, Macarstan, İtaliya və s. ölkələrin ordu hissələri Almaniya tərəfdə vuruşurdu.
 Türkiyə Almaniyanı xromla təmin etməyə yalnız 1944-cü ilin aprelində son qoydu. Və yalnız 1944-cü ilin avqustunda Türkiyə Almaniya ilə iqtisadi və diplomatik əlaqələri kəsdi. Və yalnız 23 fevral 1945-ci ildə Türkiyə Almaniyaya formal olaraq müharibə elan etdi, ancaq hərbi əməliyyatlarda iştirak etmədi (Ola bilsin buna görə SSRİ Türkiyəni bağışladı, cəzalandırmaqdan imtina etdi).
 Özümün və oxucunun vaxtını alıb hadisələrin tarixi fonunu -Sovet rəhbərliyinin verdiyi qərarların məntiqini izah etmək üçün- təsvir etdim, yekunlaşdıraq. Müharibənin qızğın, SSRİ-nin məğlub vəziyyətə düşdüyü vaxtında Türkiyə Almaniya ilə diplomatik və iqtisadi müstəvidə əməkdaşlıq edir, SSRİ-nin istəklərinə məhəl qoymur, səfərbərlik edib bir milyonluq ordu yığır, həmin ordunun mühüm hissəsini SSRİ ilə sərhədə yığır, üstəlik tez-tez sərhəddə atışmalar olurdu...
 İndi musavatçı tarixçilər deyərlər ki, bəs SSRİ Türkiyəyə hücum edəcəkdi, ona görə İsmət inönü ordunu SSRİ ilə sərhədə yığdı. Yalandır! SSRİ-nin həmin bölgədə olan ordu sayını yazdım. 200 minlik orduyla, özü də əsgərliyə təzə çağırılmış, təcrübəsiz gənclərdən ibarət 200 minlik orduyla SSRİ necə Türkiyəyə hücum edəcəkdi? O biri tərəfdən, niyə Türkiyə bütün ordusunu SSRİ ilə sərhədə, Batumi istiqamətinə yığmışdı? SSRİ-dən hücum gözləyirdisə, SSRİ elə İran, Cənubi Azərbaycan tərəfdən də hücum edə bilərdi. Xeyr, SSRİ o vaxtlar Türkiyəyə hücum barəsində qətiyyən düşünməyib- başqa bir cəbhədə müharibə aparmağa SSRİ-nin gücü və resursları olmayıb. Bakını və Bakı neftini itirmək riski vardı. Bu isə SSRİ üçün fəlakət demək idi. SSRİ Türkiyəyə yalnız müharibənin sonunda, Almaniyanın darmadağın edilməsinə şübhə qalmayanda müdaxilə etmək haqda düşünüb.
 SSRİ üçün çox ağır vaxtlarda İnönü rəhbərliyinin hərəkətlərinə görə Türkiyəni cəzalandırmaq lazım idi. Bundan da imtina edildi. Baxmayaraq ki, Stalinin ətrafındakı müəyyən qüvvələr Türkiyəyə müdaxilə etməyi istəyirdilər. Stalin qeosiyasi vəziyyəti nəzərə alaraq Türkiyəyə müdaxilə etmədi. Lakin Türkiyə ilə münasibətlər soyudu, 1953-də isə Türkiyə NATO-ya qoşularaq birdəfəlik tərəfini tutur.
 Nə isə... Məshəti türklərinin Türkiyənin güdazına getməsi söhbətinə qayıdaq. Türkiyə Almaniya ilə əməkdaşlıq edir, SSRİ-nin bitdiyinin an məsələsi olduğuna inanır. Hitlerin komandası cənab Rəsulzadəgilə “müstəqil Azərbaycan”, Qareqin Njdeyə “müstəqil Ermənistan-Qarabağ-Naxçıvan” sözü vermişdisə, Ankaraya SSRİ-nin məğlub edildiyində nələrin vəd etdiyini anlamaq çətin deyil. Əslində belə məsələləri tarixçilər araşdırmalı, yazmalıdır. Mən tarixçi deyiləm, arxivlərlə işləmək imkanım da yoxdur. “SSRİ-də tarix ideologiyaya bağlı idi” gileyini eləyən tarixçilər hamısı bu gün tarix elmini musavat ideologiyasının sərəncamında saxlayır. Onlar heç vaxt Türkiyənin Qafqaz cəbhəsində Almaniya tərəfində SSRİ-yə qarşı vuruşmaq planı haqda yazmayacaqlar.
 Almaniya Leninqradı blokadaya alıb, Moskvanın bir addımlığında, Stalinqradın içində, Kislovodskda, Şimali Qafqazdadır, məqsəd Bakını işğal etməkdir- belə bir şəraitdə Türkiyənin ordusu Batumi istiqamətində yığışıb, özünü aqressiv aparır. Müharibə haqda anlayışı olanlar bilir ki, kəşfiyyat və diversiya işləri müharibənin ayrılmaz hissəsidir. Ordusunu Batumi istiqamətində cəmləyən Türkiyə əlbəttə ki məshəti türkləri ilə əlaqə yaratmışdı, kəşviyyat şəbəkəsi yaratmışdı- bunu ən azı Almaniya kəşfiyyatı üçün edirdi.
 Hamı bilir ki, Stalinqrad döyüşü müharibədə dönüş nöqtəsi olur. Yüz minlərlə faşist əsgər və zabitinin əsir alınması həm də Almaniya və müttəfiqlərinə ağır mənəvi zərbə idi. Almaniyanın Stalinqradda aldığı ağır məğlubiyyət əlbəttə ki Türkiyənin mövqeyinə təsir edir. Stalinqraddan sonra Türkiyə Almaniya üçün Qafqazda ikinci cəbhə, Yaponiya isə öz istiqamətində üçüncü cəbhəni açmaq niyyətindən imtina edir. Cəbhə açılmasa da məshəti türklərinin yaşadığı bölgədə aparılmış işlər, işlərin nəticələri, kəşfiyyat və diversant şəbəkələri qalırdı.
 Ərazisini işğalçıdan azad edən SSRİ bəzi xalqları köçürməyə qərar verirdi. Arxa cəbhədə, “kürəyinin ortasında” Almaniyanın yaratdığı kəşfiyyat və diversant şəbəkələrini zərərsizləşdirmək lazım idi. Əhalinin çox hissəsinin işğalçı qüvvələrlə əməkdaşlıq etdiyinə, işğalçıya simpatiya ilə baxdığına dair məlumatlar köçürülmə qərarlarına təsir edirdi.
 Məshəti türkləri ilə bağlı qərara hər halda Gürcüstan rəhbərliyinin rəyləri, Gürcüstan kəşfiyyat orqanlarının məlumatları təsir göstərmişdir. İntuitiv səviyyədə onu deyə bilərəm ki, məshəti türklərinin düşdüyü vəziyyətdən Gürcüstan rəhbərliyindəki və xüsusi xidmət orqanlarındakı millətçilər öz istəklərinə uyğun sui-istifadə etdilər. Hər halda Sovet rəhbərliyinin qarşısına məshəti türklərinin kütləvi şəkildə Türkiyəyə və Almaniyaya simpatiya bəsləməsinə dair məlumatlar, sənədlər, sübutlar qoyulub ki, köçürülmə qərarı verilib. Ciddi səbəblər olmadan müharibə vaxtı belə qərarlar verilməzdi. Ən azı ona görə ki on minlərlə əhalini köçürmək üçün qatarlar, icraçılar, başqa resurslar ayırmalısan, buna isə imkan yox idi. Xalqları Orta Asiya respublikalarına köçürürdülər, oralıq isə onsuz da Rusiyadan, Belorusiyadan, Ukraynadan evakuasiya edilmiş əhali ilə dolu idi.
 Gürcüstan rəhbərliyi Sovet rəhbərliyini məshəti türklərinin öz ölkəsinə sadiq qaldığına əmin edə bilərdi. Etmədi, əksinə türklərin köçürülməsinin vacibliyinə inandıra bildi.
 Köçürülmələr 1944-cü ildə, yənı müharibənin qızğın, SSRİ-nin əks-hücuma keçdiyi vaxtda həyata keçirilir. O qədər insan, maddi və mənəvi itki vermiş SSRİ artıq risk edə bilməzdi. Mövzu on milyonlarla Sovet insanının, onlarla başqa Sovet xalqlarının həyatı və taleyi idisə, yüz minlik məshəti türklərinin köçürülməsi hansısa təhlükələri aradan qaldırırdısa, bunu etmək lazım idi. Əlbəttə, bütün məshəti türkləri Almaniya və Türkiyəyə simpatiya ilə baxmırdılar, nə də onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmirdilər. Və bunu o vaxtın texnologiyası ilə (indi təkcə mobil telefon vasitəsilə adamın nə vaxt, kimlə, harda nəfəs alıb-verdiyini müəyyən etmək olur) o şəraitdə araşdırmağa nə vaxt var idi, nə də imkan. O vaxtın şəraitini hələ də yaxşı anlamayanlara izah edim. Səfərbərliyin miqyasını 3,4 milyon əhalisi olan Azərbaycandan 681 min nəfərin Sovet Ordusu sıralarında olduğunu təsəvvür edin... Gürcüstanda da yəqin eyni vəziyyət idi. Demək olar ki, hər “başıpapaqlı” cəbhədə idi. Qadınlar da bütün günü işləyirdilər ki, cəbhənin hər şeylə təmin etsinlər. 100 minlik məshəti türklərini qısa vaxtda bir-bir araşdırmaq üçün ən azı min nəfərlik istintaq qrupu lazım idi. Bu qədər istintaqçını ayırmağa SSRİ-nin resursu yox idi. Müharibə ölkəni və insanlarını taqətdən salmışdı. Uzun araşdırmağa vaxt yox idi, risk isə böyük idi. Hamı bilir ki, Bakının özündə neft sənayesinə zərbə vurmağa çalışan diversiya qrupları vardı. Xaricdəki musavatçıların köməyi ilə Bakıda diversiya və kəşfiyyat şəbəkəsi yaratmış Almaniya hər halda Türkiyə xüsusi xidmət orqanları vasitəsilə məshəti türklərinin arasında daha geniş və dərin iş aparmışdı (İstintaq aparılsaydı, bəlkə də minlərlə məshəti türk müharibə vaxtının sərt qanunlarına görə güllələnəcəkdi).
 Yüz min məshəti türkünün SSRİ-nin bir bölgəsindən başqa bir bölgəsinə köçürülməsi dəhşətdirsə, yüz minlərlə sovet gəncinin, uşağının basabas dolu yük vaqonlarında Almaniyaya işləməyə, nasist konslaqerlərinə daşınması nədir?! Daha yüz minlərlə Sovet gənc qızların, yeniyetmələrin yük vaqonlarına əşya kimi atılıb harasa aparılmasının qarşısını almağa kömək edəcəkdisə, yüz min məshəti türkünü Türkiyə ilə həmsərhəd bölgədən köçürməyə dəyərdi. Müharibə vaxtı işləyən qayda-qanun sərtliyi heç kimin göz yaşına baxmır.

STALİNİN YƏHUDİLƏRƏ MÜNASİBƏTİ

  1939-cu ildə ictimai-siyasi xadim Aleksandra Kollontay ilə söhbətində Stalin bildirmişdi: “Partiyamızın və xalqımızın gördüyü işlərin çoxu ilk növbədə xaricdə, elə ölkəmizin özündə də eybəcərləşdiriləcək və qara yaxılacaq. Dünya hökmranlığına can atan sionizm uğur və nailiyyətlərimizə görə bizdən qisas alacaq. Onlar hələ də Rusiyaya varvar ölkəsi, xammal artığı kimi baxırlar. Mənim adıma iftira və böhtan atacaqlar. Çoxlu şər əməlləri mənim adıma yazacaqlar. Dünya sionizmi bütün gücünü vuracaq ki, bizim İttifaqı məhv etsin, Rusiya bir də qalxa bilməsin. SSRİ-nin gücü xalqlar dostluğundadır. Ən kəskin səylər dostluğun pozulmasına, vilayətlərinin Rusiyadan ayrılmasına yönələcək. Millətçilik xüsusi qüvvə ilə baş qaldıracaq. Millətçilik müəyyən müddət beynəlmiləlçiliyi və vətənpərvərliyi üstələyəcək. Amma müəyyən müddətə. Millətlərin arasında milli qruplar yaranacaq və konfliktlər baş verəcək. Öz millətlərinin içində çoxlu alçaq rəhbərlər, satqınlar ortalığa çıxacaq. Ümumilikdə gələcək inkişaf çox çətin və şiddətli yol keçəcək, sərt dönüşlər olacaq. İş ona doğru gedəcək ki, Şərq çalxalanacaq, Qərblə kəskin ziddiyyətlər yaranacaq. Amma hadisələr necə yön alırsa alsın, bir müddət sonra gələcək nəsillərin baxışları yenə bizim sosialist Vətənimizin işlərinə və qələbələrinə yönələcək. Onlar yenə öz ata və babalarının bayrağını qaldıracaqlar, bizi layiqincə qiymətləndirəcəklər. Onlar öz gələcəklərini bizim keçmişimizdə quracaqlar”.
 Araşdırmaçılar göstərirlər ki, Stalinin bioqrafiyasında tez-tez rast gəlinən antisemitizm dini, etnik və yaxud məişət antisemitizmi deyildi, sırf siyasi antisemitizm idi. Stalin antisemitizmi yudofobiya formasında deyil, antisionizm formasında təzahür edirdi. Sovet kəşfiyyatının işçisi olmuş, sonradan xaricə qaçmış Nikolay Xoxlov Stalinin antisemitizmini belə əsaslandırır: “İudeylər özlərini təkcə yaşadıqları ölkənin vətəndaşı hesab etmirlər. Onlar özlərini həm də beynəlxalq sionist hərəkatının üzvü hesab edirlər”. General Konstantin Petrov isə məsələyə belə yanaşır: “Trotskizmlə mübarizə şüarı altında Stalin yəhudiliklə mübarizə aparırdı. İttiham edirlər ki, “bəs QULAQ necə olsun?” Axı bütün bu QULAQlara yəhudiilər, yəhudi millətindən olanlar rəhbərlik edirdilər. Tutanlar da, ÇK-da işləyənlər də yəhudilər idilər. Onların siyahısı artıq hamıya məlumdur. Amma bütün günahları yalnız bir nəfərin- Stalinin üstünə yıxırlar”.
 Köhnə bolşeviklərdən biri Nikolay Bulqaninə danışmışdı ki, Stalin antisemitizmi hələ Sibir sürgünündə olandan təbliğ edirdi. Sibir sürgünündə Stalinlə bir yerdə olmuş Yakov Sverdlov onun yəhudilərə kəskin nifrət etməsindən şikayətlənirdi. 1905-ci ildə Batumi fəhlələri qarşısında çıxışı zamanı Stalin demişdi ki, yəhudilərlə işləmək olmur, çünki onlar qorxaq və alverçidirlər: “Yəhudilərlə nə mübarizə yoldaşı olmaq, nə də yeyib içib şənlənmək mümkün deyildir”. 1913-cü ildə yazdığı “Marksizm və milli məsələ” məqaləsində göstərirdi ki, yəhudilərə avtonomiya vermək düzgün olmazdı. Stalin həmin məqalədə yazırdi ki, yəhudilər özlərinə qapanaraq kasıb kütləyə ziyanlı əməllər planlaşdırırlar. O yəhudilərin özləri üçün xüsusi xəstəxanalar açmasını da pisləyirdi.
 Qızı Svetlana Alliluyeva yəhudi Lazar Kaplerə ərə getmək istədiyini bildirəndə Stalini qəzəb götürmüşdü və o belə demişdi: “Onu sionistlər ortalığa dürtüşdürüblər. Özünə rus ər tapa bilmədin?!” Stalin qızına izah etmişdi ki, yəhudi ziyalıları ucdantutma sionizmə yoluxublar və onlar gəncləri də buna sürükləyirlər. Svetlana xatırlayır ki, bir gün səhər atası təngənəfəs evə gələrək bildirmişdi ki, Kaplerin ingilis agenti olduğu üzə çıxıb və o həbs olunub. Stalin Kaplerin qızına göndərdiyi məktubları və şəkilləri cırıb zibil yeşiyinə tullayaraq demişdi: “Yazıçıma bir bax, rus dilində əməlli-başlı yaza da bilmir”. Svetlana 1944-cü ildə yəhudi tələbə yoldaşı Qriqori Morozova ərə gedəndə də Stalin razı qalmamışdı. Qızına demişdi ki, ərinə de mənim gözümə görünməsin. Qızı səbəbini soruşduqda Stalin demişdi: “O cəbhəyə getmir, arxada gizlənib”. Svetlana xatırlayır ki, evdə anası hansısa yəhudini müdafiə edəndə Stalin əsəbləşirdi. Onun sözlərinə görə, Stalin belə deyirdi: “Partiyanın tarixi- yəhudilərlə mübarizə tarixidir”. 11 fevral 1945-ci ildə Yalta Konfransında Ruzvelt ilə söhbəti zamanı Stalin yəhudi məsələsinin həllində çətinliklər barədə danışarkən belə demişdi: “Onlar Birobicana köçmək istəmirlər, böyük şəhərlərdə qalıb dəllallıqla məşğul olmaq istəyirlər”. Oğlu Yakov Cuqaşvili almanlara əsir düşərkən verdiyi ifadəsində yazmışdı: “Bildirirəm ki, Rus xalqı daim yəhudilərə nifrət etmişdir. Yəhudilər işləmək istəmirlər, onlar qaraçılarla eynidirlər”.
 Yakov Ayzenştat bilirir ki, Stalin yeyib içmək məclislərində slavyanların birliyindən danışır, yəhudilərə qarşı kəskin ifadələr işlədirdi. Molotov xatırlayır ki, Stalin daha çox öz familiyasını rus familiyasına dəyişən yəhudilərə pis baxırdı və deyirdi: “Elə bilirsiz onlar rus millətinə xəyanət etməyəcəklər?” Nikita Xruşşov da Stalini yəhudilərə dərin nifrəti olan biri kimi xarakterizə edir. Xruşşov xatırlayır ki, Stalin ona partiyanın Moskva təşkilatındakı yəhudiləri cəzalandırmağı əmr vermişdi. Xruşşovun sözlərinə görə, Stalin tapşırmışdı ki, rus cavanlarına dəyənək paylayın və onların azğınlaşmış yəhudi aktivistlərini döyməsini təşkil edin. Katibi Lev Mexlis ona komsomol işçisi Fayviloviçin hökumətin işini tənqid etməsindən şikayətlənərkən Stalin qəzəblənmiş və bildirmişdi: “Bu yaramaz cühud özünü nə yerinə qoyur?!” Stalin 1925-ci ildə partiyanın yəhudi liderləri Trotski, Kamenyev və Zinovyevi dövlət işlərindən uzaqlaşdıranda, o cümlədən onlarla əlaqəli bir çox digər yəhudiləri vəzifədən qovanda Karl Radek belə demişdi: “Moisey yəhudiləri Misirdən qovdu, Stalin isə Politbürodan”. Gebbels 1937-ci ildə gündəliyində yazmışdı: “Stalin yəhudiləri sıxışdırmağa başlayıb. O trotskist adı altında əslində yəhudilərlə mübarizə aparır”.
 Leninin ölümündən sonra bacısı Anna Ulyanova partiyanın tapşırığı ilə ailəsinin soykökünü araşdırmışdı. Arxiv sənədlərinə giriş əldə edən bacısı üzə çıxarmışdı ki, Leninin ulu babası Moyşa Blank adlı yəhudi olub. Anna Stalindən bunu mətbuata açıqlamaq barədə icazə istəmişdi və bildirmişdi ki, bu məlumat həm yəhudilərin, həm də Leninin xalq arasında hörmətini qaldırar. Lakin Stalin cavabında sərt şəkildə demişdi ki, bu fakt nə Leninə, nə də yəhudilərə başucalığı gətirməz, əksinə nifrət qazandırar.
 Stalin yaxın ətrafı ilə söhbətlərində tez-tez deyirdi ki, rəhbər vəzifələrdə yəhudilərin çoxluğuna son qoymaq üçün ölkədə kifayət qədər mütəxəssisin yetişəcəcəyi günü gözləyir. 23 avqust 1939-cu ildə Moskvada Molotov-Ribbentrop paktı imzalanarkən Stalin Ribbentropa bildirmişdi ki, SSRİ-də kifayət qədər ziyalı kütləsi yetişəndən sonra yəhudilərin hakimiyyət orqanlarındakı zorakılığına birdəfəlik son veriləcəkdir.
 Araşdırmalar göstərir ki, 1930-cu illərdə artıq bolşevizm, ilk növbədə leninizm və trotskizm can verməkdəydi. Partiyanın ənənəvi yəhudi funksionerlərinin yerini rus mənşəli vətənpərvərlər tutmaqdaydı. Xalqın trotskistlərə nifrəti Vətənin düşmənlərinə olan nifrəti idi. Həmin dövrdə kosmopolit və vətənpərvər qruplaşmalar arasında hakimiyyət uğrunda mücadilə gedirdi. Amma hər iki tərəf marksist-leninçi ideologiyanı və frazeologiyanı əldə qalxan etmişdi.
 Yakov Ayzenştat 1994-cü ildə Yerussəlimdə buraxılmış “Stalinin yəhudi genosidinə hazırlaşması haqqında” kitabında yazır ki, 1927-ci ildə Rusiyada “Cühudları vur, Rusiyanı xilas et!” şüarı populyar idi. Yəhudi internasionalının ölkədə törətdiyi qətliam, təcavüz və dağıntılar xalqda hakimiyyətə qarşı nifrət yaratmışdı. Ziyalılar bolşevik hakimiyyətinin çökəcəyi günü səbirsizliklə gözləyirdilər. Yerlərdə xalq aclıq və səfalət içində can çürütsə də, yəhudilər yağ-bal içində yaşayırdılar. İnternasional adı altında müxtəlif ölkələrdən gəlmiş kriptoyəhudilər hakimiyyət koridorlarına doluşmuşdular. Hökumət yəhudilərin kompakt yaşadığı yerlərdə həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edirdi. NKVD məlumatlarında deyilirdi ki, regionlardə fəhlələr Sovet hakimiyyətini söyür, onu “yəhudi hakimiyyəti” adlandırırlar; açıq-aşkar bildirirdilər ki, bolşeviklər xalqı aldatmış və fəlakətə sürükləmişlər. Xarkovda çıxan “Qızıl Ordu” qəzeti xəbər verirdi ki, əsgərlər yəhudilərə həqarətlə yanaşırlar və qabaqlarına çıxan yəhudiləri “cühud sifət” adlandırırlar. Antisemitizm intelligensiya arasında geniş yayılmışdı. Qapalı yığıncaqlarda masonlar və Talmud kitabı barədə müzakirələr aparılır, “Sion müdriklərinin protokolları” əldən ələ gəzirdi. Tarixçilər qeyd edirlər ki, o dövrdə “Sion müdriklərinin protokolları” “Kaplital”dan daha populyar idi. Protokollar maşinkalarda çap olunaraq və ya əllə köçürülərək xalq arasında yayılırdı. 1929-cu ildə xaricdən SSRİ-yə gəlmiş yəhudi kommersant bildirirdi: “İlk diqqətimi cəlb edən şey yəhudilərə qarşı nifrət oldu. Bolşeviklər, antibolşeviklər, fəhlələr, məmurlar- demək olar ki hamı yəhudilərə nifrətlə yanaşır. Antisemitizm müxtəlif xalq elementlərini birləşdirən əsas vəhdətdir. Yəhudilər hər addımbaşı təhqirə məcbur qalırlar. Yəhudilərə məxsus mağazalarda həmişə dava düşür. Zavodların çoxunda fəhlələri yəhudilərin üstünə elə kommunistlər özləri qaldırırlar. Tualetlərin divarlarında və hasarlarda yazılmış yəhudilərin ünvanına söyüşlərə və onları məhv etməyə çağırışlara rast gəlinir. İkinci diqqəti cəlb edən cəhət isə fəhlələr və ziyalılar arasında Stalinin populyarlığının artmasıdır. İnsanlar Sovet hakimiyyətinə nifrət etsələr də, yəhudi zülmündən azadlığa qovuşacaqları günü səbirsizliklə gözləyirlər və hakimiyyətin Stalinin əlində cəmləşməsini arzulayırlar. Şayiələr gəzir ki, Trotski, Radek və Sokolnikov Stalini yıxıb hakimiyyəti əllərinə almaq istəyirlər. Belə çevrilişin nəticəsində siyasi vəziyyəti saxlamaq şərti ilə bütün sənaye və ticarət sahələri yəhudi kapitalistlərinin əlində cəmləşməliydi”.
 Artıq bolşevizmin iki cərəyanı yaranmışdı: 1) Ümumdünya inqilabı tərəfdarı olan Trotskinin kosmopolitizmi və internasionalı; 2) Stalin adı ilə bağlı olan dövlətçiliyin möhkəmləndirilməsi. Hakimiyyəti ələ alan Stalin tədricən yerlərdə dövlətçilik dayaqlarının möhkəmləndirilməsinə başladı ki, bu da bolşevik ortodoksların narahatçılığı ilə qarşılaşdı. 1934-cü ildə Kommunist Partiyası üzvlərinə özü ilə şəxsi silah gəzdirmək qadağan olundu. Bu, əlbəttə ki 1917-ci ildən üzərində mauzer tapançası gəzdirərək at oynadan köhnə yəhudi bolşeviklərinə pis təsir etdi. Onlara mesaj verildi ki, siz adi Sovet vətəndaşlarından heç nə ilə fərqlənmirsiniz.
 Leninin təşəbbüsü ilə yaradılmış partiyanın Yəhudi Seksiyasını Stalin 1930-cu ildə qadağan etdi, aparıcı üzvlərini həbsə atdıraraq güllələtdirdi. 1930-cu illərin əvvəllərində yəhudilərin XABAD ruhani hərəkatı SSRİ-də “faşist sektası” kimi qadağan edildi və hərəkat üzvləri ABŞ-a köçdülər. Kommunist Partiyasının 17-ci qurultayından sonra köhnədən qalma yəhudi bolşeviklərin dövlət vəzifələrindən təmizlənməsinə start verildi. Müharibədən sonra sosialist blokuna daxil olan ölkələrin rəhbərlərinə də tapşırıq verildi ki, yerli sionist təşkilatlarının düşmən fəaliyyətini araşdırsınlar.
 Stalin yəhudi bolşeviklərin cinayətkar əməllərini açıb xalqa faş etmək üçün tutarlı addımlar atmaqdaydı. O Vətən tarixinin obyektiv şəkildə işıqlandırılmasını istəyirdi və kosmopolitik nihilizmə qarşı çıxırdı. Yazıçı Mixail Şoloxovun şəxsi katibi Fyodor Şaxmaqonovun sözlərinə görə, 1952-ci ildə Stalin Şoloxovdan xahiş etmişdi ki, “Sakit Don”un növbəti buraxılışında rus xalqının genosidinin təşkilatçısı kimi Yakov Sverdlovun iç üzünü açıb göstərsin.
 Stalin hakimiyyətdə möhkəmləndiyi ərəfələrdə “Amerikan yəhudisi” nəşri fəxrlə belə yazırdı: “Ya təsadüfən, ya da planlı şəkildə yəhudilər İngiltərədə, Fransada və Rusiyada nüfuzlu mövqelərə yiyələniblər. Milyonlarla insanın taleyi və həyatı ari olmayanların əlindədir. Fransada böyük təsir mövqeyinə malik yəhudi Leon Blyumdur. O bizim epoxanın yəhudiləri ardınca aparan Moiseyi ola bilər. Maksim Litvinov Stalinin sağ əlində oturur. İngiltərənin nüfuzlu yəhudisi isə ordunun yeni rəisi Lezli Xor-Belişadır”.
 Stalin hakimiyyətə gələndə nazirlərin, diplomatların, komissarların 80 faizi yəhudilər idi. Hökumətin idarə heyəti yəhudilərdən təşkil olunmuşdu və onlar vəzifələrə öz soydaşlarından başqa heç kəsi yaxın buraxmırdılar. Stalinin silahdaşı Lavrenti Beriya daxili işlər orqanlarından keçmiş komissar Qenrix Yaqodanın kadrları olan Frinovski, Zakovski, Berman və başqalarını təmizləyərək öz adamlarını- Merkulov, Kobulov, Qoqlidze, Çanavanı gətirdi. Bu əzmkar və qətiyyətli gürcülər Stalinin planlarına qarşı gedən köhnə Lenin qvardiyası üzvlərinin məhvi ilə məşğul oldular. Orduda da böyük təmizlik işləri aparıldı. 1937-1938-ci illərdə Trotskinin yəhudi bolşeviklərinin irəli çəkdiyi 40 min yad element ordudan təmizləndi, 100 min rus kadrı isə irəli çəkildi. Müəyyən mənada ziyan dəysə də, ordu potensial satqınların böyük kütləsindən azad oldu və hərbi idarəçilik daha monolit hala gəldi. Trotskistlər Çar Rusiyası dövründən oturuşmuş ordu quruculuğuna böyük zərbə vuraraq 1924-ci ildə milli hərbi hissələrin (tatar, yəhudi, erməni, latış və s.) yaradılması barədə qərar çıxarmışdılar. Məqsəd iudey komissarların əməllərinə qarşı rus xalqının üsyana qalxacağı təqdirdə həmin milli hərbi hissələrdən ruslara qarşı istifadə etmək idi. Stalin milli dəstələri ləğv etdi və vahid Sovet ordusu yaratdı.
 Stalin Xarici İşlər Komissarı yəhudi Maksim Litvinovu rus Vyaçeslav Molotovla əvəz etdi. Molotov öz xatirələrində yazır ki, Stalin onu bu vəzifəyə qoyanda demişdi: “Yəhudiləri ordan rədd elə!”. İngiltərənin baş naziri Bendjamin Dizraeli hələ 1852-ci ildə yazırdı ki, “Qərb ölkələrini narahat edən sirli Rus diplomatiyası prinsipial şəkildə yenidən formalaşdırılmışdır və yəhudilərin əlindədir”. Həmin dövrdə səfirlərin çoxu yəhudilər, az qismi isə latışlar idi. Hər biri də ətrafına öz soydaşlarını yığmışdı. Stalin bu ənənəyə son qoydu. 1922-1934-cü illərdə Rusiyada yaşamış ingilis jurnalisti U.Çemberlen yazırdı ki, Xarici İşlər Komissarlığında ağbaş qapıçıdan və çay daşıyan qocaman arvadlardan başqa rus yox idi. Molotov bildirir ki, həmin dövrdə xarici işlər komissarlığında işləyənlərin çoxu yəhudilər idi, işə yeni başlayanda onlar mənə yuxarıdan aşağı baxırdılar və həyata keçirdiyim tədbirləri ələ salıb gülürdülər. Molotov ilk iclasdaca bəyan etmişdi ki, komissarlıqdakı “sinaqoqa son vermək niyyətindədir”. O komissarlığın işçilərinə belə demişdi: “Litvinovun liberal yığınına son verilməlidir. Mən bu cühud arı yuvasını kökündən qoparacağam!”. Molotov xarici işlər komissarlığında vəzifə tutan yəhudilərin hamısını işdən qovdu. Onların çoxu tezliklə həbs olundu. Xarici İşlər Komissarlığı yəhudilərdən təmizləndikdən sonra SSRİ-nin xarici siyasəti dövlət maraqları üzərində kökləndi. Həmin dövrdən yəhudilərin diplomatik məktəblərə və hərbi akademiyalara qəbuluna da qadağa qoyuldu.
 11 noyabr 1938-ci ildə Gestaponun şefi Henrix Müller Moskvaya gələrək NKVD-nin rəhbəri Lavrenti Beriya ilə “SSRİ və Almaniya arasında qarşılıqlı yardım və birgə fəaliyyət sahəsində əməkdaşlıq barədə gizli general razılaşması” adlı sənəd imzaladı. Həmin razılaşmaya əsasən hər iki ölkə 1 nömrəli ümumi düşmən kimi “özünün beynəlxalq maliyyə sistemi ilə birgə beynəlxalq yəhudilik, iudaizm və yəhudi dünyagörüşü”nü müəyyənləşdirdi. Bundan 1 ay 10 gün sonra- 21 dekabr 1938-ci ildə Beriya “5-ci ulu babasına kimi kökündə yəhudi qanı olanların NKVD-də işə götürülməməsi” barədə təlimat verdi.
 Stalinin yaxın köməkçisi Lazar Kaqanoviç özü yəhudi olsa da, yəhudilərə neqativ münasibət bəsləyirdi. Araşdırmaçı Yuri Naqibinin fikrincə, Stalin yəhudi Kaqanoviçi ona görə müavin götürmüşdü ki, bütün dünyaya özünün yəhudilərə qarşı loyallığını göstərsin. Kaqanoviç özü barədə belə deyirdi: “Mən rus adamıyam, məndə zərrə qədər də yəhudilik yoxdur. Mən heç vaxt özümü yəhudi hiss etməmişəm, mənim tam başqa təfəkkür tərzim və fikirlər obrazım var. Yəhudilər anarxiyaya meyllidirlər, mən isə qayda-qanunu xoşlayıram”. 1988-ci ildə, qoca vaxtında müsahibə verərkən o bildirmişdi: “Yəhudilər həmişə suyu bulandırırlar, ona görə ki onlar yaşadıqları ölkənin ənənələrinə məhəl qoymurlar və daha çox xaricdəki soydaşları ilə əlaqəyə girirlər. Biz bütün sionist təşkilatlarını darmadağın etmişdik, yəhudi burjua millətçiliyini tam aradan götürmüşdük. Amma müharibədən sonra Qızıl Ordu yəhudiləri Hitlerdən xilas edəndə və Sovet hökuməti faciə ilə üzləşmiş yəhudilərə Fələstində dövlət yaratmağa dəstək verəndə yəhudi burjua millətçiliyi bizim ölkəmizdə yenidən baş qaldırdı. Sionistlərin psixologiya və taktikasını yaxşı bildiyimə görə mən narahatçılıq keçirdim və təhlükə barədə fikirlərimi Stalinlə bölüşdüm. İosif Vissarionoviç mənim dəlillərimlə razılaşdı, ABŞ, İsrail və Avropadakı sionist mərkəzlərlə sıx əlaqəli olan Yəhudi Antifaşist Komitəsinin fəaliyyətini qapatmağı, kosmopolitizmə, ilk növbədə kosmopolit əhval-ruhiyyəli yəhudi intelligensiyasına zərbə endirməyi məqsədəuyğun bildi. Düşünürəm bu həmin dövrdə düzgün addım idi ki, partiya və dövlətdə ideoloji vəziyyəti sağlamlaşdırdı. Kommunist ideallarının dağıldığı indiki dövrdə təəccüblü heç nə yoxdur ki, yəhudi araqarışdıranlar və iğtişaşçılar yenə də ön cərgədədirlər”.
 Yaxın silahdaşı Nikolay Bulqanin Stalinin antisemitizmini onunla əsaslandırırdı ki, Stalinin şəxsi düşmənləri olan Trotski, Zinovyev, Kamenyev kimi bolşeviklər milliyyətcə yəhudi idilər. Stalinin partiya daxilində yəhudilərdən ibarət böyük bir trotskist qrup ilə üz-üzə qalmışdı. Bulqanin xatırlayır ki, öz yaxın adamları ilə söhbətində Stalin belə deyirdi: “Yəhudilər- amerikan imperializminin beşinci kolonudurlar”. Və yaxud: “Amerikanı yəhudilər idarə edir- Amerikanın antisovet siyasəti də bundan irəli gəlir”. Mərkəzi Komitənin prezidiumunun 1 dekabr 1952-ci il iclasında çıxışı zamanı belə demişdi: “Hər bir millətçi yəhudi- amerikan kəşfiyyatının agentidir. Yəhudi millətçiləri hesab edirlər ki, onların millətini Birləşmiş Ştatlar xilas etmişdir. Onlar özlərini amerikanlara borclu hesab edirlər. Xüsusən yəhudi həkimlər arasında millətçilər çoxdur”.
 Stalin dövründə Rusiyada olmuş Polşa yəhudisi Yuri Marqolin bildirir ki, əhalinin yəhudiləri görməyə gözü yox idi. Akademik Lev Landau o dövr barədə yazır ki, əgər yəhudi olmasaydım, daha yüksək vəzifədə işləyə bilərdim. Aleksandr Soljenitsın göstərir ki, Stalin dövründə əhalinin böyük hissəsi yəhudilərə nifrət edirdi. O “200 il birgə” araşdırmasında təəccüblənir ki, Sovet hakimiyyətinin ilk illərində antisemitizm tam məhv edilmişdi və onun yenidən necə baş qaldırdığını anlamaq olmurdu. Ölkə əhalisinin antisemit əhval-ruhiyyəsi əlbəttə ki Stalinin məqsədyönlü şəkildə qurduğu təbliğat mexanizminin nəticəsi idi.
 Məhz Stalinin müdaxiləsi nəticəsində antisemitizmi cinayət hesab edən qanun 1922-ci ildə ləğv olundu. Əgər inqilaba qədər xalqın yalnız cüzi ziyalı hissəsi yəhudi-mason təhlükəsi barədə həyəcan təbili çalırdısa, Stalin maarifləndirməsi sayəsində 1930-cu illərdə artıq geniş xalq kütlələri bu təhlükənin ortaya çıxaracağı kolossal fəsadlar barədə məlumatlıydı. Xalq aydın şəkildə başa düşürdü ki, vətənin başına gələn bəlaların əsl baiskarı kimlərdir. SSRİ-də həyata ayıq gözlə baxan yeni nəsil meydana gəlmişdi. İudeylər üçün heç də xoş olmayan paradoks yaranmışdı: əgər inqilabdan əvvəl təkcə yəhudilərin sıx yaşadıqları rayonlarda, məsələn, Bessarabiyada onlara qarşı nifrət vardısa, indi bütün SSRİ-də bu nifrət müşahidə olunmaqdaydı. Tədqiqatçı V.Uşkuynik yazır: “Bütün etnik qruplar hamılıqla iudeylərə nifrət bəsləyirdilər və lənətləyirdilər. İudeylərə nifrət Sovet xalqlarını kommunizm doktrinasından daha çox birləşdirirdi”. SSRİ ilə qonşu olan sosialist ölkələrində vəziyyət daha dramatik idi; Uşkuynik yazır ki, kommunist hökumətlər xalqın qabağını almasaydılar, Macarıstanda olduğu kimi xalq yəhudiləri linç edərdi.
 Amerikan mətbuatının analizində göstərilirdi ki, SSRİ-də antisemitizm yuxarıdan aşağıya yönəlir, yəni siyasi səbəblərə görə hökumətin özü tərəfindən dəstəklənir. Amerikanın “Saterdey İvninq Post” jurnalının 19 noyabr 1965-cı il nömrəsindəki məqaləsində Eli Vizel bildirilirdi ki, Sovet yəhudiləri onlara qarşı dözülməz nifrət ucbatından ölkəni tərk etmək niyyətindədirlər: “İudeylər hökumətə olan nifrətlərinə görə və yaxud dolanışıq ucbatından yox, məhz yaranmış antiiudey atmosferə görə ölkədən köçmək məcbiriyyətindədirlər”.
 Qeyd edək ki, Rusiya cəmiyyətində antisemitizm 19-cu əsrin ikinci yarısından etibarən kök atmağa başlamışdı. 20-ci əsrin əvvəllərində isə Çar hökumətinin gizli polisi “Sion müdriklərinin protokolları” adlı sənəd üzə çıxarmışdı ki, həmin protokollarda yəhudilərin maliyyə sistemini və kütləvi informasiya vasitələrinə nəzarəti ələ keçirməklə dünyaya sahib olmaq planları öz əksini tapmışdı. Stalin bu hadisədən xəbərdar idi.
 Müharibə dövründə yəhudi məsələsi kəskin formada gündəmə gəlmişdi. Başqa millətlərə baxanda yəhudilər ön cəbhədə az görünsələr də, arxa cəbhənin və tibb xidmətinin əsas hissəsini təşkil edirdilər. Döyüş zonasında yəhudilərin azlığı rus əsgərlərində qıcıq və ikrah yaradırdı. Bəzi yəhudi millətçilərinin yəhudiləri müharibədə ən çox əziyyət çəkən, zərər görən xalq kimi qələmə vermələri, düşmən üzərində qələbəyə ən böyük tövfə verən xalq kimi təqdim etmələri də insanlarda əsəblə qarşılanırdı. Görünən o idi ki, yəhudilərin çoxu orduya getməkdən yayınır, müxtəlif komitələrin və vətəndaş cəmiyyətlarının tərkibində fəaliyyət göstərməyə üstünlük verirdilər. Həmin məsələ ilə əlaqədar tez-tez konfliktlər yaranırdı ki, buna rus yazıçısı Mixail Şoloxovla yəhudi millətçi xadimləri arasında olan toqquşmaları misal gətirmək olar. Amerikan deleqasiyası ilə görüş zamanı Sovet yəhudiləri İkinci Dünya Müharibəsində yəhudilərin xüsusi rolundan danışarkən Şoloxov etirazını bildirmiş, qəzəbli halda ayağa qalxaraq demişdi ki, bu müharibədə yəhudilər yox, daha çox ruslar həlak olmuşlar. Məhz buna görə yəhudi yazıçısı İlya Erenburq Şoloxovun müharibədə almanların tərəfinə keçmək istədiyi barədə şayiə buraxmışdı. Bir dəfə Şoloxov redaksiyaya gələrkən görmüşdü ki, stullarda oturan 16 nəfərin hamısı yəhudilərdir, hətta içlərində amerikan yəhudiləri də var. Şoloxov “Qalxın, alçaqlar!” qışqıraraq onları qovmuşdu. Yəhudilər mədəni olmağı xahiş etdikdə keçmiş hərbçi qeyzlə demişdi: “Rədd olun burdan! Sülh uğrunda mübarizlərimə bir bax! Sizin içinizdə bircə rus var, o da mənəm!” Bu konfliktdən sonra Şoloxov Stalinin yanına getmiş və onu məlumatlandırmışdı. Şoloxovun hərəkəti Stalinin ürəyincə olmuşdu və o demişdi: “Düz eləmisən”. Stalin Şoloxova danışmışdı ki, müharibədən qabaq onun bağ evinə müsahibə almaq üçün iki cavan yəhudi jurnalist gəlmişdi. Stalinin asketik həyat tərzi onları təəccübləndirmişdi. “Nə yaman kasıb yaşayırsınız, mənim atam sizdən yaxşı yaşayır”- onlardan biri Stalinə belə demişdi.
 Araşdırmalar göstərir ki, Böyük Vətən Müharibəsi ərəfəsində Sovet xalqı yəhudilərə nifrətlə yanaşırdı. Müharibə başlayanda Stalin marşal Georgi Jukovu Ali Baş Komandanlığın Ştabına rəis təyin etmişdi. Jukov hərbi dairələrdə antisemit kimi tanınmışdı və orduda yüksək avtoritetə malik idi. Almanlar Moskvaya yaxınlaşarkən təhcizat anbarlarının bir çoxu talan edilmişdi, mühafizəçiləri isə qaçmışdı. Jukov həmin anbarların müdirlərinin güllələnməsini və adlarının mətbuatda dərc olunmasını əmr vermişdi. Üzə çıxmışdı ki, arxa cəbhədə anbar müdirlərinin hamısı sırf yəhudilərdir- Rozenberq, Blümental və s. Jukov qəsdən onların adlarının mətbuatda işıqlandırılmasına göstəriş vermişdi ki, yəhudilər bundan sonra onlara güzəşt ediləcəyinə güvənməsinlər. Jukovun bu hərəkəti onun ordudakı avtoritetini daha da qaldırmış, əsgər və zabitlər arasında ona etibar qazandırmışdı.
 Köhnə yəhudi bolşeviki Solomon Lozovski yazırdı: “SSRİ-də antisemitizm yəhudilərin ayrı-ayrı təbəqələrinə almanların yəhudiləri qırmasından da pis təsir edir”. Müharibənin qurtarması münasibətilə qurulan məclisdə Stalin rus xalqının sağlığlına öz məşhur tostunu deyərkən yəhudi yazıçısı İlya Erenburqu az qala ağlamaq tutmuşdu. Erenburq incimişdi, çünki yəhudi xadimlərinin fikrincə, Stalin bu tostu məhz yəhudi xalqının sağlığına deməliydi, rus xalqının yox. Onların fikrincə SSRİ müharibədə yəhudilərin hesabına qələbə çalmışdı və bu müharibədə ən çox əziyyət çəkən də yəhudilər olmuşdu. Lakin Stalin yəhudi xalqına yox, məhz rus xalqına önəm verirdi. Stalin öz tostunu “faşizm üzərində qələbənin əsas səbəbkarı qəhrəman Rus xalqının sağlığına” içmişdi ki, bu da yəhudi xadimlərinin xətrinə dəymişdi.
 İ.Erenburq, S.Mixoels, V.Qrossman kimi aktivistlər Xolokost mifinin, 6 milyon yəhudinin qaz kameralarında yandırılması nağılının əsas quraşdırıcıları və yayıcıları idilər. Sionist qrup çalışırdı ki, yəhudiləri İkinci Dünya Müharibəsində ən çox zərər görmüş xalq kimi təqdim etsin, başqa xalqlarda yəhudi xalqına qarşı günah hissi yaratsın və bunun əsasında yəhudilərə kompensasiya ödənilsin. Amma faktlar ona dəlalət edir ki, müharibədə ən çox qırılanlar ruslar və slavyanlar olmuşlar, arxa cəbhədəki anbarlarda və idarələrdə oturmuş Sovet yəhudilərinə isə ciddi zərər dəyməmişdir. Obyektiv araşdırmalar göstərir ki, İkinci Dünya Müharibəsində 6 milyon yox, 500 min yəhudi ölmüşdür; onlardan 200 mini Sovet yəhudilərinin payına düşür. Əlbəttə bu qədər yəhudinin ölməsi dərin təəssüf hissi doğurur, amma həlak olmuş 22 milyon rusun yanında bu rəqəm heç nədir. Məhz ruslar İkinci Dünya Müharibəsindən ən böyük zərəri görmüşlər və dünyanı faşizm adlı bəladan məhz ruslar xilas etmişlər. 1941-ci ilin sentyabrında faşistlər Moskvaya yaxınlaşarkən SS rəhbəri Henrix Himmler Sovet əhalisini necə məhv etmək barədə instruksiya imzalamışdı. İnstruksiyaya orta əsrlərdə həyata keçirilmiş edam və işgəncə növləri salınmışdı; Himmler Sovet insanlarını başkəsmə, asma, təkərə bağlama, dartıb şaqqalama, diri-diri torpağa basdırma, payaya keçirtmə, suda boğma, yandırma, suda qaynatma yolu ilə öldürməyi əmr verirdi. Alman işğalçıları keçdikləri, xüsusən onlara müqavimət göstərilən slavyan məntəqələrində özlərindən sonra yandırılmış, doğranmış kişi, zorlanmış, boğulmuş, biabırçı vəziyyətə salınmış qız və qadın meyidləri, şikəst olunmuş uşaqlar, teleqraf dirəklərindən asılmış cəsədlər qoyub gedirdilər.
 Bu gün Qərb isteblişmenti Sovetləri antisemitizmdə günahlandırmağı sevir. Amma 1935-1943-cü illərdə almanların qovduğu yəhudilərin İngiltərə 2 faizini, ABŞ 7 faizini, hətta Fələstin 8,5 faizini qəbul etdiyi halda “totalitar” Sovet İttifaqı onların 75 faizini qəbul edərək sığınacaq vermişdi. ABŞ öz gəmilərinə yəhudi qaçqınların minməsini qadağan etdiyi, İngiltərə ərazisinə gələn yəhudiləri Avstraliyadakı konslagerlərə göndərdiyi halda, Sovet İttifaqı sərhədlərini yəhudi qaçqınlarına açıb onları yerbəyer edən yeganə ölkə oldu. Qərbi Polşa almanlar tərəfindən işğal olunarkən 500 min yəhudi Sovet ərazisinə qaçıb məskunlaşdı. 2 milyona yaxın yəhudi SSRİ-nin qərb vilayətlərindən Orta Asiyaya gətirildi ki, nasist işğalçıları onları qırmasın. Hətta ən qatı sionist, İsrailin baş naziri Menaxim Beqin bu barədə demişdi: “Mən bunu unuda bilmirəm və heç bir yəhudi unutmamalıdır. Sovet İttifaqının sayəsində yüz minlərlə yəhudi nasistlərin əlindən xilas oldu”.
 Həm də Sovet hökuməti yəhudilərin hərtərəfli qayğısına qalır, digər millətlərdən fərqli olaraq onları SSRİ-nin ən rahat və bərəkətli guşələrinə yerləşdirirdi. Hökumət müharibə gedən zonalardan rusları və ukraynalıları soyuq regionlara köçürdüyü halda yəhudiləri nisbətən isti regionlara köçürürdü. Məsələn, Azərbaycanın Zaqatala, Jdanov, İmişli və Puşkin rayonlarına 114 rus və 65 ukraynalı köçürüldüyü halda, 2545 yəhudi köçürülmüşdü. Dərbəndə 47 rus və 43 ukraynalı gətirildiyi halda, 212 yəhudi gətirilmişdi. Halbuki soyuq Arxangelsk vilayətinə 1869 rus və 102 ukraynalı göndərildiyi halda, cəmi 1 yəhudi göndərilmişdi. Müharibənin fəsadlarından əziyyət çəkmiş yəhudilərə hər cür şərait yaradırlmışdı və qayğı göstərilirdi. Sovet kəşfiyyat general-leytenantı Pavel Sudoplatov memuarlarında 1945-ci ildə Özbəkistanın birinci katibinin onun yanında Nikita Xruşşovla telefon danışığını xatırlayır. Xruşşov az qala ağlayaraq yəhudilərin Kiyevə kütləvi axını məsələsində ona kömək göstərməyi xahiş edirmiş. Sən demə yəhudilər özlərini köhnə evlərdə yox, təmtəraqlı və hər cür şəraiti olan evlərdə yerləşdirməyi tələb edirmişlər. Bu səbəbdən Kiyevdə hökumət nümayəndələri ilə köçkün yəhudilər arasında çoxlu konfliktli situasiyalar yaranırmış. “Allahın seçilmiş irqini” hökumətin onları yerləşdirmək istədiyi daxma evlər qane etmirmiş.
 Tədqiqatçı yazıçı Valdimir Uspenski “Rəhbərin gizli məsləhətçisi” kitabında bildirir ki, Stalin Mərkəzi Komitənin plenumunda demişdi: “Mənim ömrü boyu məşğul olduğum lənətlənmiş məsələ ilə yenidən məşğul olmaq lazım gələcək. Bu milli məsələdir... Bəzi yəhudi yoldaşlara elə gəlir ki, Böyük Vətən Müharibəsi yəhudi millətinin xilası üçün aparılır. Bu yoldaşlar səhv edirlər. Böyük Vətən Müharibəsi başda böyük rus xalqı olmaqla bizim Vətənimizin xilası, azadlığı və müstəqilliyi uğrunda aparılır”. 1944-cü ilin payızında Stalin Kremldə nazirliklərin və respublikaların rəhbərlərinin dəvət olunduğu geniş müşavirədə çıxış edərkən yəhudi məsələsini yenidən qaldırdı və tapşırıq verdi ki, yəhudiləri dövlət vəzifələrinə təyin edərkən ayıq və diqqətli olsunlar. Bundan sonra yerlərə dövlət vəzifələrinə yəhudilərin qoyulmasını qadağan edən direktiv məktub göndərildi. Yəhudilər Mərkəzi Komitədən, Moskva rəhbərliyindən, raykomlardan, “Pravda” qəzetindən, DİN orqanlarından, hərbi təşkilatlardan, Xarici Ticarət Nazirliyindən və digər əsas sahələrdən təmizləndi.
 17 avqust 1942-ci ildə Mərkəzi Komitəyə daxil olmuş şikayət məktubunda göstərilirdi ki, Böyük Teatrın 12 rəhbərindən (direktor, dirijyorlar, rejissorlar və s.) 10-u yəhudidir və içlərində cəmi 1 rus var. Stalinin tapşırığı ilə partiyanın Təbliğat və Aqitasiya İdarəsi yoxlama apardı və həyəcan təbili çaldı. Üzə çıxdı ki, ölkədəki vokalistlərin, musiqiçilərin, rejissorların, tənqidçilərin və incəsənət xadimlərinin əksəriyyəti yəhudilərdir. Tərtib olunan siyahılardan aydınlaşırdı ki, “incəsənət məsələləri komitəsində və rus incəsənəti idarələrində rəhbər vəzifələr yəhudilər tərəfindən tutulmuşdur”. Təbliğat və Aqitasiya İdarəsi belə vəziyyəti “pozğunluq” kimi qiymətləndirdi və bildirdi ki, bu “düzgün və möhkəm xəttin olmamasından irəli gəlir”. Analizdə göstərilirdi ki, musiqi tənqidi büsbütün yəhudilərin əlindədir, onlar ancaq öz soydaşlarını qabartmaqla məşğuldurlar, rus musiqiçilərinin uğurları barədə isə susurlar. İdarə qərara gəldi ki, “teatrlarımızı və musiqi müəssisələrimizi düşdükləri ağır vəziyyətdən çıxarmaq üçün rus kadrlarını irəli çəkmək lazımdır”. 1943-cü ildə ölkənin əsas ədəbi tənqid qəzeti olan “Ədəbiyyat və incəsənət” ilə bağlı vəziyyət araşdırılarkən də məlum oldu ki, qəzetin redaksiya heyəti tamamilə özününkülərə münasibətdə proteksion siyasət yürüdən yəhudilərdən ibarətdir.
 Ölkənin teatr, filarmoniya və sirklərində yəhudilərin başqa millətlərə nisbətən çoxluğu faktı dövlət orqanlarında dəhşət doğurdu. Həmin müəssisələrin hətta kassirləri belə yəhudilər idi. Xüsusən ideologiya sahəsində qorxunc vəziyyət nəzərə çarpmaqdaydı. Təbliğat və Aqitasiya İdarəsi 1949-cu ilin yazında SSRİ Ali Təhsil Nazirliyi ilə birgə ölkənin ən böyük şəhərlərində 213 ali məktəbin siyasi kafedralarının kadr heyətini yoxladı. Nəticələr göstərdi ki, siyasi fənlərin tədrisində də yəhudi müəllimlər başqa millətlərdən olan müəllimlərlə müqayisədə həddən artıq çoxluq təşkil edirlər. Hətta Qızıl Ordunun Siyasi İdarəsindəki 51 zabitin 50-si yəhudi çıxdı. Bu fakt Stalini o qədər qəzəbləndirmişdi ki, demişdi: “Ora çoxlu əclaf yığışıb”. Bir çox təhsil ocaqlarına yəhudi müəllimlər öz soydaşlarından başqa heç kəsi buraxmırdılar. 1943-cü ildə Moskva Dövlət Universitetinin partkom katibi Vasiliy Nozdryovun Mərkəzi Komitəyə yolladığı məktubda göstərilirdi ki, keçən il Universitetin fizika fakultəsini qurtaranların 98 faizi yəhudilər olmuşdur. İqtisadi profilli təhsil müəssisələrinin də əksəriyyəti yəhudilərin monopoliyasında idi. SSRİ Elmlər Akademiyasının 25 avqust 1949-cu il iclasında qeyd olunurdu ki, “İqtisadiyyat İnstitutunun elmi işçiləri arasında rus millətindən olan alimlər zəif təmsil olunmuşlar”.
 Aparıcı tibbi məktəblərin bir çoxunda ancaq yəhudi müəllimlər işləyirdilər. Moskvanın məşhur Botkin Xəstəxanasını yəhudilər öz “oylaqları” hesab edirdilər; 18 il ərzində bu xəstəxanaya tanınmış sionist B.Şimelioviç rəhbərlik etmişdi ki, 1952-ci ildə Stalinin əmri ilə güllələndi. Leninqrad sakinlərindən biri Mərkəzi Komitəyə ünvanladığı məktubda həyəcan təbili çalaraq yazırdı: “Sankt-Peterburq, Petroqrad, Leninqrad - əzəli rus torpağıdır, hətta rus fəhlələrinin sümükləri üzərində tikilib. Onun əhalisi daim ruslardan ibarət olub. Şəhər təsərrüfatının bütün sahələri həmişə ruslar tərəfindən idarə olunub. Lakin hal-hazırda şəhər təsərrüfatının bir çox sahələrində ruslar üçün dözülməz şərait yaradılıb. Ticarət, yerli sənaye, müxtəlif institutlar, elm, səhiyyə və digər sahələri yəhudilər inamla əllərində cəmləməkdədirlər. Səhiyyə sistemindən ruslar tam sıxışdırılıb çıxardılıb. Səhiyyə orqanlarında rusların işləməsi dözülməz hala gətirilib. Səhiyyənin bütün mərkəzi pozisiyaları yəhudilərin əlindədir, onlar rusları Leninqradın səhiyyə idarəsinə yaxın da buraxmırlar”. 1949-cu ilin sentyabrında həkim-psixiatrların Mərkəzi Komitəyə göndərdikləri məktubda deyilirdi: “Bu ilin iyun ayında SSRİ Səhiyyə Nazirliyinin Psixiatriya İnstitutunun elmi sessiyası keçirildi. Sessiyada Sovet İttifaqının müxtəlif guşələrindən gəlmiş 300-ə yaxın adam iştirak edirdi. Diqqətimizi çəkən o oldu ki, nevropatologiya və psixiatriya elmlərinə ton verənlərin əksəriyyəti yəhudilərdən ibarətdir...” Sovet hökuməti məktubun materialları əsasında yoxlama keçirdi. Yoxlama göstərdi ki, paytaxtın psixiatriya institut və klinikaları, əsəb-psixiatrik xəstəxanaları rəhbərlərinin, o cümlədən həkim və müəllim heyətinin əksər hissəsi yəhudilərdir.
 Yəhudilərin dövlət aparatında, elmdə, mədəniyyətdə, incəsənətdə yüksək konsentrasiyası sionizm üçün münbit şərait yaradırdı və Stalin ideoloqları təhlükənin miqyasını başa düşürdülər. Böyük Vətən Müharibəsindən sonra SSRİ-də sionistlər Yəhudi Antifaşist Komitəsi yaratmışdılar və bu ad altında pərdələnərək fəaliyyət göstərirdilər. Onlar hökumət qarşısında Rusiya ərazisində yəhudi dövlətinin yaradılması məsələsini qaldırmışdılar. 1948-ci ilin mayında Fələstində yəhudi dövləti yarandıqdan sonra Sovet sionistləri daha da vəcdə gəlmişdilər. Onlar Sovet dövlətinin İsrailə kifayət qədər dəstək verməməsindən və yəhudilərə düşmən münasibət bəsləməsindən narazı idilər. Onlar Sovet hökumətindən, o cümlədən rus xalqından İsrailə dəstək verməyi tələb edirdilər. Yəhudi Antifaşist Komitəsinin azğınlaşmış üzvləri hətta tələb qoymuşdular ki, Sovet ordusu Fələstinə daxil olsun və ruslar yəhudilərlə birgə ərəblərə qarşı vuruşsunlar. SSRİ-nin BMT-dəki nümayəndəsi, yəhudi bolşeviki D.Manuilski daha da irəli gedərək təklif edirdi ki, yəhudilərin Fələstində konfliktdə olduğu 500 min ərəb Orta Asiyaya köçürülsün və Sovet hökuməti ərəblərə burada respublika yaradıb İsraili təhlükədən qurtarsın. Bir müddət sonra Komitəyə daxil olan sionistlər İsrail ordusuna yardım etmək üçün SSRİ ərazisində pul toplamaq, o cümlədən könüllülər göndərmək məsələsini qaldırdılar.
 Rusiya dövləti ərazisində yəhudi respublikasının yaradılması niyyətinin özü Rus xalqına qarşı cinayət idi, belə ki Rus xalqının azadlığını və suverenitetini təhdid altına alırdı. Araşdırma göstərdi ki, Krımda yəhudi respublikasının yaradılması ideyası Sovet sionistlərinə okeanın o üzündən- amerikan sionistləri tərəfindən verilmişdi. “Coynt” sionist təşkilatının rəhbəri D.Rozenberq deyirdi: “Krım bizə təkcə yəhudi kimi deyil, həm də amerikanlı kimi maraqlıdır, axı Krım- Qara dəniz, Balkan və Türkiyə deməkdir”. Krımda yəhudi dövləti yaradılmasına nail olacaqları təqdirdə Sovet sionistlərinə amerikan havadarları maliyyə dəstəyi boyun almışdılar. Stalin ideoloqları musiqinin hardan sifariş verildiyini başa düşürdülər və Krımda yaradılacaq yəhudi respublikasını “amerikan plasdarmı” adlandırırdılar. Sovet hökuməti yəhudi respublikası ideyasının Dallesin planına daxil olduğunu və Sovet xalqına qarşı yönəldiyini gözəl anlayırdı.
 Tanınmış siyasət və idman xadimi Yuri Vlasov yəhudilərin Krım arzusunu “həyasızlıq” adlandıraraq yazırdı: “Rus xalqının Krımdan başqa istirahət bazası yox idi. Yəhudi aktivistləri bu gözəl təbiət guşəsinin onlara verilməsini istəyirdilər. Kareliya və ya Şimali Ural kimi rusların zəhmət çəkərək yaşadığı torpaqlar onları qane etmirdi, onlara Fransanın Lazur sahilləri kimi səfalı yerlər lazım idi. Rus xalqı qoy kartofunu əksin və mal-heyvanını otarsın, onun istirahət guşəsi nəyinə gərəkdir ki? Axı Krımın Rusiya tarixində xüsusi yer olub. Burdan tatarlar əsrlər boyu basqınlar edərək xalqı qırıblar, rus şəhərlərini, o cümlədən Moskvanı yandırıblar. Silah gücünə onları yerinə otuzdurmaq mümkün olub. Amma tatarlara heç kim dəyib toxunmayıb, Krımdaca qalıblar. Qara dənizin, Sevastopolun rolu və əhəmiyyəti barədə isə heç danışmağa dəyməz. Bu torpağın hər qarışı rus qanı ilə suvarılıb. İndi isə yəhudi aktivistləri bu torpağın onlara verilməsi məsələsini qaldırıblar, gələcək İsrailin filialını yaratmaq istəyirlər”.
 1948-ci ildə on minlərlə Sovet yəhudisi sinaqoqlara toplaşaraq İsrailin yaranmasını bayram etdilər. 1948-ci il 4 oktyabrda İsrailin SSRİ-dəki ilk səfiri Qolda Meir Moskva sinaqoquna gəldi. Sinaqoqun qabağına 30 min yəhudi yığışdı. Təhlükəsizlik orqanlarını təəccübə salan o oldu ki, bunlar təkcə Moskva yəhudiləri deyildi, çoxu SSRİ-nin müxtəlif ucqar guşələrindən gəlmişdilər. Üzə çıxdı ki, yəhudilərin gizli təşkilatları mövcuddur və onlar qısa bir zamanda, heç bir rəsmi qəzet və radio elanı olmadan on minlərlə adamı bir yerə toplamaq iqtidarına malikdirlər.
 Yəhudilər küçələrə axışdılar, Meirin qaldığı mehmanxananın qabağında gecə-gündüz növbə çəkdilər və onun hər çıxışını təntənəli alqışlarla qarşıladılar. Moskvada bu qədər yəhudinin olması Stalini təəccübləndirmişdi, axı onların çoxunun pasportunun milliyyət qrafasına rus yazılmışdı! Moskvada hələ indiyədək nəinki heç bir səfir, hətta heç bir dövlət başçısı belə təntənəli qarşılanmamışdı. Kaqanoviçin qardaşı oğlu Stüart Koqan yazır ki, bu hadisə Stalini çox qəzəbləndirmişdi. O təcili Politbüronun iclasını çağırmış və orda demişdi: “Görürsünüzmü biz sivil ölkə kimi görünməyə çalışmaqla və dünya pərdəarxasının oyunlarına uyaraq nəyə gəlib çıxmışıq? Bu da yəhudilərin bizə təşəkkürü! Yəhudilər hələ də başqa xalqlarla normal yola gedə bilmirlər. Yəhudilər həmişə və hər yerdə təhlükə törədirlər. Hər bir moskvalı yəhudinin xaricdə əlaqəsi vardır. Biz dünya sionizmi təhlükəsi ilə üz-üzə qalmışıq”.
 Meirin görüşünə gələn yəhudilər İsrailə getmək və ərəblərlə “müqəddəs müharibədə” iştirak etmək istədiklərini bildirdilər. İlk dəfə olaraq Sovet hökuməti ölkədə dövlətçiliyə qarşı yönəlmiş, Qərb dünyasını dəstəkləyən gizli sionist şəbəkəsinin fəaliyyət göstərməsindən xəbər tutdu. Hakimiyyət koridorlarında yəhudilərin sürgün edilməsi məsələsi onda gündəmə gəldi. Qolda Meir Xarici İşlər Nazirliyinə çağırıldı və ondan Sovet yəhudiləri ilə əlaqələri kəsmək tələb olundu.
 Ravvin İsxak-Meir Levin 19 yanvar 1953-cü ildı Knessetdə çıxışı zamanı deyirdi: “Hamımıza aydındır ki, biz 2,5 milyon yəhudinin fiziki məhvi təhlükəsi ilə üz-üzəyik. Biz bunu istəyirik, ya yox, təcili hərəkət etməliyik. Başqa yolumuz yoxdur: biz həyəcan təbili çalmalı, dünya ictimai fikrini yerindən tərpətməlyik. Çar Nikolay Aleksandroviçin yerini İsrailə köhnə nifrətlə aşıb-daşan İosif Vissarionoviç və silahdaşları tutub...”
 Araşdırmalar göstərdi ki, zavod və kombinatlarda rəhbər vəzifə tutan, şöbə müdiri işləyən yəhudilərin bir çoxu gizli şəkildə sinaqoqa pul yollayırlar, burdan isə həmin pullar antisovet fəaliyyətə görə türmədə yatan yəhudilərə göndərilir. Sionist təşkilatlardan ən böyüyü Moskva Avtomobil Zavodunda (ZİS) fəaliyyət göstərirdi. Burda sionistlər yəhudi müdirlərin kabinetlərinə yığışır, keçirilən müzakirələrdə Stalinin uzaq Birobicanda yəhudi avtonomiyası yaratmaq ideyasına qarşı çıxır, yəhudi dövlətinin səfalı Krım yarımadasında yaradılmasını istəyirdilər. Dövlət Təhlükəsizliyi Nazirliyinə daxil olan məlumatlardan aydınlaşırdı ki, sionist təşkilatlarında qruplaşan yəhudilər İsrailə lazımi dəstək verilmədiyinə görə Sovet hökumətinə və Rus xalqına düşmən münasibət bəsləyirdilər, ABŞ-a isə İsrailin böyük döstu və dayağı kimi ehtiramla yanaşırdılar.
 Professor Vasili Drojjin yazır: “Alman faşizminin darmadağın edilməsi o demək deyildi ki, artıq Sovet İttitaqının düşməni yoxdur. Faşizmin böyük qardaşı sionizm qalırdı və get-gedə qüvvətlənirdi”. 1948-ci ilin payızında Stalin SSRİ-də gizli sionist şəbəkəsinin miqyasını başa düşdü və bir sıra tədbirlər həyata keçirdi. “Soyuq müharibə” şəraitində ruslara nifrət və Amerikaya simpatiya sərgiləyən yəhudi millətçi təşkilatları Qərbin “beşinci kolonu” rolunu oynayır, Rus dövlətçiliyi üçün böyük təhlükə yaradırdılar. Qərb ilə müharibə başlayacağı təqdirdə onlar Rus xalqına arxadan zərbə endirəcəkdilər. Həmin dövrdə Stalinin əmri ilə Dövlər Təhlükəsizliyi Nazirliyi SSRİ-də sionist şəbəkəsini məhv etmək üçün hərəkətə keçdi. 1948-1949-cu illərdə tanınmış yəhudi millətçilərinin həbsinə başlandı. Gizli sinaqoqların və sionist qruplarının üzvləri sürgünə göndərildi. Sionist ideologiyası ocaqlarına çevrilmiş yəhudi teatrları bağlandı. Moskvada Stüart Koqanın təbirincə desək “İsrail mədəniyyət nazirliyinə tabe olan” Yəhudi Teatrı da qapadıldı. Yəhudi millətçi hərəkatının üzvləri işdən qovuldular.
 1952-ci ilin noyabr ayında Ukrayna qəzetləri Kiyevdə çoxlu sayda yəhudinin əksinqilabi sabotaj səbəbindən güllələnməsinə dair məlumatlar yaydı. Sibirdə, Qazaxıstanda və Birobicandakı həbsxanalar və islah-əmək düşərgələri xüsusi olaraq yeni yəhudi məhbuslarının saxlanılması üçün təyinatlandırıldı. Sovet KİV-ləri əhaliyə sionizmin mahiyyətini izah etməyə başladılar. Ölkə miqyasında böyük prosesə start verildi.
 Hələ 1947-ci ilin dekabrında ABŞ mətbuatında Stalinin şəxsi həyatının təfərrüatlarını əks etdirən məqalə dərc edilmişdi. Dövlət Təhlükəsizliyi Nazirliyi məlumatların kim tərəfindən ötürülməsi ilə bağlı araşdırma apardı və üzə çıxdı ki, Stalinin şəxsi həyatı ilə Yəhudi Antifaşist Komitəsinin rəhbəri Solomon Mixoels yaxından maraqlanırmış. Adı faşizmə qarşı mübarizə olsa da, Komitənin əsas işi beynəlxalq yəhudi təşkilatları ilə, faktiki olaraq sionizm ilə əməkdaşlıq idi. Komitənin sayəsində SSRİ-nin millətçi yəhudiləri xaricdəki tanınmış sionist lidelərlə həmrəylik əlaqələri qura bilmişdilər. Komitə “Coynt” beynəlxalq sionist təşkilatı tərəfindən kurasiya olunurdu. Bu təşkilat ABŞ kəşfiyyatı tərəfindən başqa ölkələrdə yaşayan yəhudilərə material kömək adı altında, əslində isə SSRİ-də cəsus fəaliyyəti, terrorçu təxribatçılıq həyata keçirmək məqsədilə yaradılmışdı. Üzə çıxdı ki, Komitənin rəhbərliyi qızı Svetlananın əri Morozov vasitəsilə Stalinin yəhudilərə münasibətinə təsir etmək istəyirmiş. Komitə bu yolla həm də Krimda yəhudi respublikasının yaradılmasına nail olmağa çalışırmış. Araşdırmalar göstərdi ki, Komitənin əlaqədə olduğu ABŞ-ın yəhudi cəmiyyəti Stalinin qızının Morozov ilə nigahına böyük ümidlər bəsləyirmiş. Komitə “Coynt” təşkilatının tapşırığı ilə Stalin və ailəsi haqqında informasiya toplayırmış. Komitə “Coynt” təşkilatına Sovet iqtisadiyyatının durumu haqqında da məlumatlar ötürürmüş. Dövlət Təhlükəsizliyi Nazirliyi Yəhudi Antifaşist Komitəsinin amerikan sionistləri ilə sıx əlaqələri və millətçilik fəaliyyətləri barədə məlumatları ortaya qoyduqdan sonra Stalin bu komitənin likvidasiyasına tapşırıq verdi. Komitənin sədri Solomon Mixoels Minskdə qastrolda olarkən öldürüldü, tanınmış üzvləri Solomon Lozovski, İtsik Fefer, Solomon Breqman, İosif Yuzefoviç, Boris Şimelioviç, Lev Kvitko, Perets Markiş, David Berqelson, David Qofşteyn, Veniamin Zuskin, Leon Talmi, İlya Vatenberq, Emiliya Teymin, Çayka Vatenberq-Ostrovskaya həbs olundular və güllələndilər. Komitə üzvləri “qeyri-loyallıqda, burjua millətçiliyində, kosmopolizmdə, amerikan maraqlarına xidmət etmək üçün Krımda yeni və azad yəhudi respublikası yaratmağı planlaşdırmaqda” ittiham olundular. 1948-1952-ci illər ərzində Komitənin işi üzrə 100-dən çox adam tutuldu.
 1952-ci ilin payızında Çexoslovakiyanın yəhudi rəhbərliyi büsbütün həbs olundu. Heç kimin gözləmədiyi halda Praqada partiyanın baş katibi Rudolf Slanski (əsl familiyası Zalçman) və rəhbər vəzifələrdə işləyən digər yəhudi ağalar tutuldular. Onlar Çexoslovakiyada İsrail dövlətinə kömək mərkəzi yaratmışdılar; bu mərkəz ərəblərlə mübarizə aparmaq üçün İsrailə silah göndərilməsini təmin edirdi. Noyabrın 25-ində Çexoslovakiyanın yəhudi rəhbərliyini təcili surətdə mühakimə etdilər və güllələdilər. Həmin prosesi Stalinin yaxın dostu və silahdaşı Klement Qotvald həyata keçirdi. Sovet hökuməti Slanski və komandasını sionizmdə və anti-ərəb siyasətində günahlandırdı. İlk dəfə olaraq SSRİ-də rəsmi şəkildə elan olundu ki, “sionistlər və İsrail hakimiyyəti amerikan imperializminin agentləridir”. SSRİ açıq şəkildə dünya yəhudiliyinə müharibə elan etdi. Sionizm ilə mübarizə ölkənin əsas prioritetinə çevrildi. Stalin sionizmi və kosmopolitizmi Rus dövlətinin əsas daxili düşmənləri kimi səciyyələndirdi.
 Stalin sionistlərin hökumətdəki mövqelərinə əsaslı zərbələr vurduqdan sonra sionistlər gizli fəaliyyətə keçib onu devirmək üçün mübarizəyə başladılar. 1938-ci ildə iki yəhudi bolşeviki Moisey Koreç və Lev Landau Antifaşist Fəhlə Partiyası yaratdıqlarını elan etdilər və təşkilatlanaraq Stalini devirməyə çağıran vərəqələr yaydılar. Lakin onlar tez bir zamanda təhlükəsizlik orqanları tərəfindən həbs olundular. 1951-ci ilin yanvar-fevral aylarında isə Dövlət Təhlükəsizliyi Nazirliyi yəhudi gənclərdən ibarət terrorçi qrupu aşkarladı. Üzə çıxdı ki, 1950-ci ildə Moskvada yəhudi tələbələr tərəfindən “İnqilab İşi Uğrunda Mübarizə Birliyi” adlı təşkilat yaradılmışdır. Təşkilatın üzvləri şəhərdə Stalin devirmək çağırışları ilə bağlı vərəqələr yayır, hökumət rəhbərlərini qətlə yetirmək üçün planlar qururdular. 13 fevral 1952-ci ildə təşkilat üzvlərinə hökm oxundu. Məhkəmənin qərarı ilə təşkilatın rəhbərləri B.Slutski, Y.Qureviç və V.Furman güllələnməyə, 10 üzvü 25 il, 3 üzvü isə 10 il müddətinə həbs cəzasına məhkum olundular.
 Gizli sionist şəbəkəsi aktivistlərinin həbsinin yeni dalğası yəhudi həkimlərin işi ilə əlaqədar gözlənilirdi. 1948-ci ildə Kreml xəstəxanasının həkim-kardioloqu Lidiya Timaşuk Stalinə məktub yazaraq bildirdi ki, yəhudi həkimlər Sovet dövlət xadimlərini səhv müalicə edirlər və məqsədyönlü şəkildə onların ölümünə səbəb olurlar. Stalinin yaxın dostu və silahdaşı Andrey Jdanovun elektrokardioqramması infarkt miokard göstərdiyi halda, həkimlər onu skleroz və hipertoniyadan müalicə etmişdilər. Yanlış diaqnoza görə müalicə alan Jdanov 31 avqust 1948-ci ildə ölmüşdü. Jdanov hakimiyyətdəki yəhudi hegemonluğuna qarşı Stalinin mübarizəsində ona dəstək verən əsas kadrlardan biri idi- Stalinin təlmatları əsasında köhnə yəhudi bolşeviklərinə və ölkədəki gizli sionist şəbəkəsinə qarşı sərt kampaniya həyata keçirirdi. Şikayət məktubundan sonra Kreml xəstəxanasının yəhudi həkimləri Timaşuku təqib etməyə başladılar, bir müddət sonra isə işdən qovdular. Lakin dövlət orqanlarının yoxlaması hakimiyyət nümayəndələrinin və yüksək eşelon mənsublarının müalicəsində bir sıra ciddi qüsurlar aşkarladı. Məktubda göstərilənlər öz təsdiqini tapdı. Ziyankar həkimlər qrupu həbs olundu. “Pravda” qəzeti 13 yanvar 1953-cü il tarixli nömrəsində yazırdı: “Dövlət təhlükəsizliyi orqanları ziyanverici müalicə yolu ilə Sovet İttifaqının aktiv xadimlərinin ömrünü qısaltmağı qarşısına məqsəd qoymuş həkimlərin terrorçu qrupunu üzə çıxarıblar”. İstintaq göstərdi ki, yəhudi həkimlər xəstələrin obyektiv müayinəsini iqnor edərək qərəzli şəkildə səhv diaqnozlar qoymuş, müalicəni yanlış istiqamətdə aparmış, həqiqi xəstəliyə aid olmayan dərmanlardan istifadə etməklə xəstələri məhvə sürükləşmişlər. Terrorçu həkimlər qrupu bu yolla Stalinin yaxın silahdaşı general-polkovnik Andrey Jdanovu, Moskva obkomunun birinci katibi general-polkovnik Aleksandr Şerbakovu, Sovet ictimai-siyasi xadimi Valerian Kuybışevi, hərbi xadim Mixail Frunzeni, yazıçı Maksim Qorkini, Çexoslovakiyanın rəhbəri Klement Qotvaldı, bolqar ictimai-siyasi xadimi Qeorqi Dimitrovu tələf etmişdilər. Onlar ilk növbədə ölkənin müdafiə qabiliyyətini zəiflətmək məqsədilə aparıcı hərbi kadrları hədəfə almış, marşal Aleksandr Vasilevskini, marşal Leonid Qovorovu, marşal İvan Konevi, general Sergey Ştemenkonu, admiral Qordey Levçenkonu və digərlərini sıradan çıxarmağı planlaşdırmışdılar.
 Həbs olunan yəhudi həkimlər qrupunun xarici kəşfiyyat orqanları ilə əlaqələri müəyyənləşdi, bir çoxları amerikan sionistlərinin “Coynt” beynəlxalq təşkilatı ilə sıx bağlı idilər. Cinayət iş ilə əlaqədar M.Vovsi, V.Vinoqradov, M.Koqan, B.Koqan, O.Yeqorov, A.Feldman, Y.Etinqer, A.Qrinşteyn, Q.Mayorov kimi Moskvanın tanınmış yəhudi həkimləri həbs olundular. Onlar SSRİ səhiyyəsində böyük cinayətkar şəbəkə qurmuşdular. Bir neçə ay ərzində ölkə ərazisində çoxlu sayda yəhudi həkim cinayət məsuliyyətinə cəlb edildi. “Ağ xalatlı qatillərin” işi Sovet cəmiyyətində antisemit əhval-ruhiyyəni gücləndirdi, böyük sənaye müəssisələrində mitinqlər keçirildi və bu mitinqlərdə yəhudi həkimlər “insan soyunun yırtıcılıarı” adlandırıldı. Ölkədə yəhudilərə həkimliklə məşğul olmağın qadağan ediləcəyi gözlənilirdi. Həmin hadisənin ictimailəşməsindən sonra sıravi yəhudilər Stalinə məktub ünvanladılar və “Sovet xalqının ədalətli qəzəbindən xilas olmaq üçün yəhudiləri Moskva və digər şəhərlərdən Birobicana deportasiya etmək” barədə xahiş etdilər.
 Stalin müstəntiqlərinin təhqiqatı zamanı yəhudi həkimlərinin Sovet xalqına qarşı gizli məkri üzə çıxdı. “Ziyanverici həkimlərin işi” ölkədə antisemit əhval-ruhiyəni gücləndirdi. Xalq arasında söz-söhbətlər dolaşdı ki, yəhudi həkimlər peyvənd adı altında uşaqlara zərərli iynələr vururlar. Şayiələr sayı iki milyondan artıq olan Sovet yəhudiləri üçün böyük təhlükənin yarandığından xəbər verirdi. İsraildə Sovet səfirliyində bomba partlayandan sonra isə SSRİ İsrail ilə bütün diplomatik əlaqələri kəsdi və Sovet yəhudilərinin kütləvi deportasiyası məsələsi gündəmə gəldi. 
 Tarix elmləri doktoru Yakov Etinqer Stalinin yəhudiləri deportasiya etməsi planına belə aydınlıq gətirir. İlk əvvəl “ziyanverici həkimlər”in məhkəmə işi yekunlaşmalıydı. Məhkəmə həmin yəhudi həkimlərə ölüm hökmü qərarı çıxacaqdı. Daha sonra yəhudi həkimlər Moskva, Leninqrad, Kiyev, Minsk, Sverdlovsk və digər böyük şəhərlərin mərkəzi meydanlarında asılacaqdılar. Onları şəhərlərin mərkəzi meydanlarında ona görə asacaqdılar ki, xalq kütləsinin yəhudilərə qarşı nifrəti oyansın. Ardınca yəhudi qırğınları təşkil olanacaqdı; camaat yəhudilərin evlərinə axışıb onlara divan tutacaqdı. Daha sonra yəhudilər kütləvi şəkildə yaşadıqları şəhərlərdən çıxarılıb Sibir və Uzaq Şərqin adam ayağı dəyməyən rayonlarına göndəriləcəkdilər.
 Dövlət xadimi Nikolay Bulqaninin sözlərinə görə, Stalin 1953-cü il fevralın ortalarında ona zəng etmişdi, Moskva və digər böyük şəhərlərin kənarına yüzlərlə qatar göndərməyi əmr vermişdi. Xruşşovun yazıçı İlya Erenburqa dediklərinə görə, Stalin tapşırıbmış: “Yəhudilərin köçürülməsi zamanı lazımdır ki, darvazalardan keçəndə onlara divan tutsunlar. Xalqa imkan vermək lazımdır ki, qəzəbini boşaltsın”. Deportasiya planını təsdiqləyərkən Stalin demişdi: “Mənzil başına onların yarısı gedib çatmalıdır”. Yol boyunca qəzəblənmiş kütlənin vaqonlara hücumu və qovulan yəhudiləri əzişdirməsi planlaşdırılmışdı.
 Beriya və digər məsul şəxslər Stalinə raport vermişdilər ki, əməliyyatın həyata keçirilməsi üçün hər şey hazırdır. Stalinin ölümündən iki həftə əvvəl Moskva və digər iri şəhərlərin kənarında həmin qatarlar hazır vəziyyətdə dayanmışdı. Professor Yuri Boryev yazır: “Daşkənddə yaşayan qocaman dəmiryolçulardan biri mənə danışmışdı ki, 1953-cü ilin fevralında həqiqətən də yəhudilərin köçürülməsi üçün vaqonlar hazırlanmışdı və artıq köçürülənlərin siyahısı tərtib olunmuşdu ki, bu barədə ona Dövlət Təhlükəsizlik Nazirliyinin vilayət rəisi xəbər vermişdi”. Mərkəzi Komitənin əməkdaşı Nikolay Polyakovun sözlərinə görə, bütün ölkə üzrə yəhudi milliyyətindən olan şəxslərin siyahısı hazırlanmışdı. Akademik Yevgeniy Tarlenin sözlərinə görə, Uzaq Şərqdə, Şimalın ucqarlarında və Kolımada köçürülən yəhudilərin yerləşdirilməsi üçün konslager tipli barak kompleksləri tikilməkdəydi. 
 Stalinin yəhudiləri deportasiya etmək niyyətləri barədə Politbüronun üzvü Aleksandr Yakovlev, akademik Andrey Saxarov da bildirmişdir. Aleksandr Soljenitsın özünün “Arxipelaq QULAQ” əsərinin 1978-ci ildə Londonda çap olunmuş variantında da Stalinin yəhudiləri qovmaq planından danışır. Edvard Radzinski “Stalin” kitabında bildirir ki, 1953-cü il fevralın axırında Moskvanı yəhudilərin köçürüləcəyi barədə şayiələr bürümüşdü. Böyük şəhərlərin Mənzil-Kommunal Təsərrüfatlarında yəhudi sakinlərin ünvanları siyahıya alınmışdı. Artıq bəzi yerlərdə “Kommunist Partiyası Mərkəzi Komitəsinin Sovet ictimaiyyətinə müraciəti” paylanmışdı ki, bu müraciətdə hökumətin yəhudiləri nə səbəbə sürgün etməsi əsaslandırılırdı. Stalin fəlsəfə elmləri doktoru Dmitri Çesnokova tapşırıq vermişdi ki, yəhudilərin deportasiyasını ideoloji cəhətdən əsaslandırsın; bununçün Çesnokov “Niyə yəhudiləri ölkənin sənaye rayonlarından sürgün etmək lazımdır?” adlı əsər yazmışdı və bu əsər kitab şəklində çap olunmuşdu. Stalinin yaxın adamlarından olan Çesnokov belə hesab edirdi ki, “yəhudilər kütləvi şəkildə satqınlığa meyllidirlər”. Onun “Niyə yəhudiləri ölkənin sənaye rayonlarından sürgün etmək lazımdır?” kitabı bir milyon tirajla çap olunmuşdu, anbarlara yığılıb saxlanılırdı ki, lazım olan anda kitab dükanlarına çıxarılaraq satışa buraxılsın. Stalinin ölümündən sonra həmin kitabın bütün tirajı məhv edildi.
 Xalq kütlələrinin xeyir-duasını qazanmaq üçün mətbuatda geniş təbliğat kampaniyasına start veriləcəkdi. Hökumətin yəhudiləri köçürmək qərarını xalq kütlələrinin yəhudiləri qırmasının qarşısını almaqdan ötrü verdiyi bildiriləcəkdi. Rus patriotları partiya instruktorlarının rəhbərliyi və təlimatı əsasında yəhudilərin evlərinə hücum çəkəcəkdilər. Hökumət də yəhudiləri xalqın qəzəbindən qorumaq üçün onları gözdən uzaq yerlərə köçürəcəkdi. Bununçün qəzetlərdə dərc olunacaq təbliğat materialları da qabaqcadan hazırlanmışdı. Məsələn, “Pravda” qəzetində “Rus xalqı yəhudi xalqını xilas edir” adlı məqalə veriləcəkdi.
 Lakin Stalinin qəflətən müəmmalı şəkildə ölməsi prosesi başa çatdırmağa imkan vermədi... Həmin vaxt Moskvada olmuş fransız kommunistləri iddia edirdilər ki, Stalin yəhudiləri Birobicana sürgün edəcəyini qəzəb içərisində bəyan edərkən qəfildən halı pisləşmiş, huşunu itirirək yerə yıxılmış, ətrafındakı yəhudilər onu yatağa uzatmış və üzünə yastıq basaraq boğub öldürmüşlər.
 Beləliklə, 5 mart 1953-cü ildə Stalin öldü və bəzi tarixçilərin fikrincə, bu hadisə ikinci xolokostu yarımçıq qoydu...
 Tədqiqatçı Vladimir Brovko yazır: “Belə görünə bilər ki, Almaniyanın kapitulyasiyasından sonra yəhudi məsələsi bağlandı. Amma belə olmadı. Müharibə qurtarandan 5 il sonra SSRİ-də yəhudi məsələsi kəskin şəkildə qalxdı. Bu məsələni xalqların böyük müəllimi və rəhbəri İosif Stalin özü qaldırdı. Hitlerlə danışığa girib məsələni həll etməyə çalışan dünya sionist hərəkatının liderləri bu dəfə Stalini zəhərləməklə likvidasiya etmək yolu tutdular. Stalinin özünün dediyi kimi: Adam var- problem var, adam yoxdur- problem yoxdur!”
 Tanınmış yəhudi rejissoru Pavel Lunqinin anası bildirmişdir ki, o vaxt yəhudilər Stalinin onları deportasiya edəcəyini gözləyirdilər və buna hazırlaşmışdılar. Onun sözlərinə görə, Moskva yəhudiləri onların 24 saat ərzində Birobicana köçürülməsi üçün Stalinin eşelonlar hazırlatdırmasını bilirdilər; onlar Stalinin buna görə öldürüləcəyini də təxmin edirdilər və Stalinin ölüm xəbərini eşidəndə uşaq kimi sevinmişdilər...
 1946-cı ildə Stalinin Yazıçılar Birliyinin katibliyinə təyin etdiyi dramaturq Leonid Leonov Stalinə məktubunda yazırdı ki, o təmizqanlı rusdur, amma Yazıçılar Birliyindəki yazıçıların əksəriyyəti yəhudilərdir. Yəhudi yazıçılar tənqid adı altında maskalanaraq slavyan mədəniyyətini məsxərəyə götürüb gözdən salmağa çalışırdılar. Qərbin SSRİ-yə qarşı “soyuq müharibəsi” dövründə və İsrail dövləti yarandığı ərəfədə bu cür yanaşma daha da gücləndi. Özünü kosmopolit adlandıran yəhudi yazıçıların bir çoxu gizli sionist şəbəkəsi vasitəsilə bir-birinə bağlanmışdılar. Beşinci kolon SSRİ-də öz fəaliyyətini kosmopolitizm üzərində quraraq milli adət-ənənələrdən, mədəniyyətdən, vətənpərvərlikdən, milli dövlət suverenitetindən imtinanı təbliğ edirdi. Onlar Qərb dəyərlərini tərənnüm edir, İsrailin ərəb xalqının genosidinə yönəlmiş fəaliyyətini alqışlayır, eyni zamanda rus mədəniyyətini aşağılayırdılar. Onlar öz siyasi demaqogiyalarını işə salıb canfəşanlıqla rus patriotizmini ləkələməyə çalışırdılar. Onlar Dostoyevski kimi vətənpərvər yazıçıları antiyəhudi fikirlərinə görə qaralayırdılar. Ostrovski kimi milli rus dramaturqlarının əsərlərini teatrlardan yığışdırıb xarici pyeslərin tərcümələrini səhnələşdirirdilər. Onlar özlərinin ziyankar fəaliyyətlərini Sovet internasional incəsənəti uğrunda mübarizə, proletariatın hegemoniyası və sosializm realizmi kimi gəlişigözəl cəfəngiyyatlarla bəzəyir, dövlət siyasəti donu geyindirirdilər. Stalinin 1946-cı ildə Yazıçılar Birliyinə sədr təyin etdiyi rus yazıçısı Aleksandr Fadeyev məhz belə ünsürlərlə mübarizəyə başladı.
 Araşdırmalar göstərdi ki, Sovet respublikalarının bir çoxunda yəhudi rejissorlar amerikan həyat tərzini tərənnüm edən əsərlər səhnələşdirirdilər. Onlar belə bir kontekst yürüdürdülər ki, yəhudi teatrı adi mədəni müəssisə yox, “xüsusi yəhudi işinin” mərkəzi olmalıdır. Onlar səhnələşdirdikləri əsərlərin mətnlərində dəyişiklik edərək yəhudi tamaşaçılar arasında sionist əhval-ruhiyyənin güclənməsinə çalışırdılar. Yəhudi incəsənət xadimlərinin bir çoxu qatı millətçi təbliğat aparmaqla məşğul idilər.
 Rus jurnalisti A.Beqiçeva 8 dekabr 1948-ci ildə Stalinə ünvanladığı məktubda yazırdı: “İncəsənətdə düşmənlər fəaliyyət göstərir”. O bildirirdi ki, ölkənin əsas aparıcı tənqidçiləri Yuzoski, Matskin, Qurviç, Altman, Boyadjiev, Varşavski, Borşaqovski, Qozenpud, Malyuqin kimi kosmopolit yəhudilərdir. Beqiçeva bildirirdi ki, kosmopolit yəhudilər incəsənətin bütün sahələrinə soxulublar, teatrların ədəbi hissələrini, Ümumrusiya Teatr Cəmiyyətini, Yazıçılar Birliyini ələ keçiriblər və ali məktəblərdə dərs deyirlər. Ölkənin “Pravda”, “İzvestiya”, “Sovet incəsənəti”, “Mədəniyyət və həyat” kimi vacib qəzetlərinə ton verənlər onlar idi. Jurnalistin sözlərinə görə, ədəbiyyata, mədəniyyətə və incəsənətə ağalıq edən “bu həssas qiymətləndiricilər dəhşətli dərəcədə ziyan vururlar və inkişafı tormozlandırırlar”. Sadalanan yəhudi tənqidçiləri aparıcı qəzetlərin ştatlarında oturaraq bir neçə psevdonimlə dərc olunur, səhifələri zəbt edir, buna görə qonorar alır və gənc müəlliflərin dərc olunmasına imkan vermirdilər. Qərbin təsir agentləri rolunda çıxış edən bu təndidçilər oxucularda və tamaşaçılarda skeptisizm, inamsızlıq yaradır, Sovet quruluşunun yeni nailiyyətlərindən iyrəndirirdilər. Onlar gənclərdə Qərbə heyranlıq və Sovet quruluşuna nifrət formalaşdırırdılar. Onların əsas məqsədi Sovet mədəniyyətini gözdən salıb Avropa-Amerika baxışlarını cəmiyyətə yeritmək idi. Bu tənqidçilər yəhudi yazıçılarını mədh edərək göylərə qaldırır və cəmiyyətə tanıdır, həqiqi rus sənətkarları barəsində isə susur və belələrinin əsərləri barədə resenziya yazmırdılar. Beqiçeva göstərirdi ki, onlar millətçi olmaqla yanaşı həm də karyeristdirlər və öz maddi maraqlarını güdürlər.
 Məsələnin qəliz tərəfi bu idi ki, yəhudi kosmopoiltlər gizli təşkilat halında bir birinə bağlanmışdılar, onlara qarşı çıxan rus sənətkarlarına mütəşəkkil formada təzyiq göstərirdilər. Onlara qarşı mübarizə olduqca çətin idi. Onlar cəmiyyətin hörmətli şəxslərinə çevrilmişdilər və məsul vəzifələrdə oturmuşdular. Vəzifədələrki yəhudilər kasta qapalılığı yaratmışdılar və başqa xalqların nümayəndələrinə yuxarıdan aşağı baxırdılar. Onlara qarşı çıxan rus ziyalılarını yerlərdəki adamları vasitəsilə hədəfə alır, ardıcılları və əlaltılarının əli ilə vururdular. Yəhudi kosmopolit qrupu ilə üz üzə gələn rus sənətkarları dövlətə qarşı çıxmış kimi qələmə verilir və belələrinin ətrafında dözülməz nifrət atmosferi yaradılırdı. Bu yolla bir çox rus yazıçısını məhv edib sıradan çıxarmış, meydanı öz soydaşları üçün boşaltmışdılar.
 1947-ci ildə Stalinin göstərişi ilə SSRİ-də ölkəni başına götürmüş kosmopolitizmə qarşı ideoloji və siyasi mübarizəyə start verildi. Qəti tapşırıq verildi ki, “Qərbin mədhiyyəsinə” son qoyulsun. Tələb olunurdu ki, “Sovet insanına yad olan soysuz kosmopolitizm aradan qaldırılsın, milli Sovet qüruru qabardılsın”. “Soysuz kosmopolit” dedikdə stalinçilər ədəbiyyat və mədəniyyətdə hegemonluq edən yəhudiləri nəzərdə tuturdular. Stalinin başlatdığı kosmopolitizmə qarşı kampaniya çərçivəsində bütün ölkə boyu yəhudi mədəni mərkəzləri, teatrları, klubları, nəşriyyatları və yaradıcı ittifaqların seksiyaları qapadıldı. Həmin dövrdə qəzetlərin yazdığı kimi, “Qərbin zərərli təsiri ilə, xarici mədh etmək və qabağında alçalmaqla” mübarizə bütün ölkəni bürüdü. Sovet insanları Qərb dünyasının yırtıcı istehlakçı sisteminə və parazitizminə sinə gərməyin vacibliyini başa düşür, ziyalılar Qərb iudey sivilizasiyasının elementlərini cəmiyyətdən itələyib çıxarırdılar.
 1949-cu ildə Sovet hökumətinin kosmopolitlərə qarşı əsl müharibəsi başlandı. Mərkəzi Komitənin məruzəsində qeyd olunurdu ki, “ədəbi tənqid, xüsusən teatr tənqidi sahəsində bərbad vəziyyət yaranmışdır”. Göstərilirdi ki, “Yuzoski, Qurviç, Malyuqin, Altman, Borşaqovski, Boyadjiev və b. ibarət antipatriotik qrup monopoliya vəziyyəti yaradaraq çap orqanlarına, Ümumrusiya Teatr Cəmiyyətinə, Sovet Yazıçıları Birliyi dramaturgiya komissiyasına ton verirlər; onlar Sovet dramaturgiyasının ən yaxşı əsərlərini, müasirliyin vacib mövzularına həsr olunmuş teatr tamaşalarını diskreditasiya etməklə məşğuldurlar”. Təbliğat və Aqitasiya İdarəsinin Mərkəzi Komitəyə hazırladığı məruzəsində bildirilirdi: “Ümumrusiya Teatr Cəmiyyətində anticəmiyyət əhval-ruhiyyəsinin yaranmasına səbəb olan pozuq, üfunətli və ətalətli vəziyyət formalaşmışdır”. Stalinin əmri ilə Ümumrusiya Teatr Cəmiyyətinin rəhbərliyi yəhudi kosmopolitlərdən təmizəndi və bura rus yazıçıları gətirildi.
 23 dekabr 1948-ci ildə “Pravda” qəzetində dərc olunmuş məqaləsində rus yazıçısı Anatoli Sofronov göstərirdi ki, teatr kritikaslnda “formalistlər və soysuz kosmopolitlər” at oynadır. Vətənpərvər rus ziyalıları o dövrdə qeyd edirdilər ki, kosmopolitizmin köklərini ilk növbədə yəhudi millətçliyində axtarmaq lazımdır. Həmin dövrdə Sovet ziyalılarının patriotik hərəkatı əsasən yəhudi zorakılığına və sionist şəbəkəsinə qarşı yönəlmişdi. 1949-1952-ci ildə Stalinin dəstəyi ilə yəhudi kosmopolitlərini mədəniyyət sahəsindən- redaksiyalardan, teatrlardan və yaradıcı təşkilatlardan sıxışdırıb çıxardılar. Oleq Platonovun “20-ci əsrdə rus xalqının tarixi” əsərində göstərdiyi kimi, bundan sonra yəhudi kosmopolitləri üzlərinə rus patriotu maskası taxdılar və konyukturanı dəyişdilər.

STALİN DİNDAR İDİ

 Tanınmış rus ruhanisi və mütəfəkkiri Dmitri Dudko yazırdı: “Stalin Allah tərəfindən göndərilmiş xüsusi adam idi. Stalin Rusiyanı qoruyub saxladı. Stalin ata kimi Rusiyanın qayğısına qaldı. Kənardan Stalin ateist kimi görünür, amma əslində o inanclı adam idi. Öləndə Rus Pravoslav Kilsəsi ona dualar oxudu və həmin Allahsız dönəmdə bu təsadüfi deyildi... Biz bunu başa düşmürük”.
 Stalin hakimiyyətdə oturuşduğu ilk illərdən dinə qarşı təzyiqlərin qarşısını aldı. Məbədlərin, səcdəgahların sökülməsi prosesini dayandırdı. Bolşeviklər Konstitusiyaya dini ayinlərin qadağan olunması, din xadimlərinin, keçmiş ağqvardiyaçıların, “xeyirli işlərlə məşğul olmayan bütün şəxslərin” seçici hüququndan mərhum edilməsi kimi maddələr salmaq istəyirdilər- Stalin buna imkan vermədi. O hakimiyyətə oturuşandan sonra dini qadağaların aradan qaldırılması sahəsində böyük işlər gördü. Bolşeviklərin qadağan etdiyi dini mərasimlər yenidən keçirilməyə başlandı. Ateizm yoluna qədəm qoymuş intelligensiya arasında dini məsələlərə maraq müşahidə olundu. Bolşeviklərin bağladığı məbədlərə yenidən insanlar axışdı. İnsanlar SSRİ-də sərbəst şəkildə ayinlər icra edir, rus müqəddəslərinə dualar oxuyurdular. Cəmiyyətdə dini kitablara böyük maraq yaranmışdı. Pravoslav müqəddəsi İoann Kronştadskinin, arxiyepiskop İlarion Troitskinin, antisionist mütəfəkkir Sergey Nilusun əsərləri əldən-ələ gəzirdi. Kilsənin ruhani həyatı canlanmışdı. Rusiyada 14,5 min kilsə və 89 monastr fəaliyyət göstərirdi, dövlətin dinə qarşı təzyiqləri heçə endirilmişdi. İnsanlar dini bayramları sərbəst şəkildə qeyd edə bilirdilər.
 1943-cü ildə SSRİ artıq azğın ateistik dövlətdən yeni pravoslav kilsələrinin, buddist məbədlərinin, müsəlman məscidlərinin problemsiz işlədiyi normal ölkəyə çevrilmişdi. Milli ruhun qaldırılması cəmiyyətdəki mənəvi atmosferi əsaslı dərəcədə yaxşılaşdırmışdı. Ədəbi və mədəni dairələrdə Xilaskar, Qiyamət günü barədə müzakirələr aparılır, dini kitablar paylanırdı. Rusiya şəhərlərində pravoslav bayramları günü hətta şagirdlər belə məktəblərə getməyib kilsələrə axışırdı. 1935-ci ildə Rusiya məktəblərində keçirilən sorğu zamanı şagirdlərin çox hissəsi Allaha inandığını bildirmişdi. Tikinti meydançalarında çalışan gənc fəhlələr dini bayramlar zamanı işə çıxmırdı. Mənbələrdən aydın olur ki, əgər inqilaba qədər dini bayramlar bir gün qeyd olunurdusa, 1930-cu illərdə 3-4 gün qeyd olunmağa başlanmışdı. Stalinin dəyanəti inanclı insanlara böyük ruh vermişdi. Yeni səcdəgahlar meydana çıxır, ikonalar təzələnir, ziyarətlər intensivləşirdi. On minlərlə uşaq və yeniyetmənin qatıldığı dini yürüşlər müşahidə olunurdu. Gənc nəslin inamının möhkəmləndirilməsi üçün aksyalar keçirildi. Rusiya milli ideologiyası Pravoslav Kilsəsi ətrafında yenidən nəşət alır və möhkəmlənirdi.
 Stalin özündən əvvəlki ateist rəhbərləri sevmirdi və onların antidini addımlarına qarşı mətinliklə mübarizə aparırdı. O deyirdi ki, yəhudi bolşeviklər yalnız başqa dinlərə münasibətdə ateistdirlər, onlar öz dinlərindən ikiəlli yapışıblar. Onun 12 sentyabr 1933-cü ildə verdiyi əmrdə deyilirdi: “Dini məbədlərin dağıdılaraq yerində bina tikilməsinə son qoyulsun, bundan sonra məbəd və kilsələr tarixi memarlıq abidəsi hesab olunsun”. Sovet hökumətinin rəhbəri Vladimir Lenin 1 may 1919-cu ildə 13666/2 nömrəli belə bir fərman vermişdi: “Din xadimləri və dinlə tez bir zamanda qurtarmaq lazımdır. Din xadimlərini əks-inqilabçı və sabotajçı kimi həbs etmək, rəhm etmədən güllələmək lazımdır. Dini məbədləri bağlamaq lazımdır. İbadət yerlərini möhürləmək və anbarlara çevirmək lazımdır”. Sovet hökumətinin dinlə və dindarlarla mübarizəsi da məhz bu fərmandan sonra başlamışdı. 1939-cu ildə hakimiyyətdə möhkəmlənən Stalin Leninin həmin fərmanını ləğv etdi. Stalinin 11 noyabr 1939-cu il tarixli qərarında deyilirdi: “Bundan sonra dindarların həbsi və təqibi məqsədəuyğun sayılmasın, Leninin “Dindarlarla və dinlə mübarizə barədə” 1 may 1919-cu il tarixli göstərişi ləğv olunsun, nahaq yerə həbs olunmuş din xadimləri azadlığa buraxılsın”. Stalinin bu qərarından sonra 800 min dindar həbsdən azad edildi. 1943-cü ildən sonrakı on il ərzində 22 min kilsə yenidən açıldı. Stalinin dini dəstəkləməsi və dindarları repressiyadan qorumasına dair saysız-hesabsız sənədlər mövcuddur. Dövlət təhlükəsizliyi orqanlarının rəhbərlərindən biri Menjinskiyə yazdığı məktubda göstərirdi ki, dini məbədlərin sökülməsinə imkan verməyin. “Bahadurlar” komik operası dini aşağılayan detalları olduğuna görə Stalinin əmri ilə repertuardan yığışdırılmışdı.
 Stalinin asketik həyat tərzi, vətənpərvərliyi, qüdrətli dövlət yaratmaq səyləri, rus xalqına böyük hörmətlə yanaşması onun dindarlığı, pravoslav tərbiyəsi ilə izah olunur. Məlumdur ki, 1922-ci ildə Gürcüstana gələndə anası ondan soruşmuşdu: “Oğlum, sənin əllərində Çarın qanı yoxdur?” Yəni sən Çarın ölümündə iştirak etməmisən? Stalin hamının gözü qarşısında xaç vuraraq demişdi: “Həqiqətən də yoxdur”. Stalinin mühafizə xidmətinin zabiti Yuri Solovyovun sözlərinə görə, Böyük Kreml Sarayında xırda dini hücrə vardı ki, Stalin burda daim xaç vurur və etiqad edirdi. Burda kilsə kitabları yığılmış, ikonostas qoyulmuşdu. Solovyov Stalini dindar adam kimi daim ehtiramla yad edirdi. Rusiya Müdafiə Nazirliyinin zabitləri də nazirliyin binasında belə bir otağın olduğunu bildirmişlər; Böyük Vətən Müharibəsi dövründə Stalin Ali Baş Komanda kimi nazirliyin binasında işlədiyi zaman bu otaqda dini ayinlərini icra edirmiş. General-polkovnik Leonid İvaşov bildirmişdir ki, Stalin müharibə dövründə gecələr kilsəyə dualar etməyə gedirdi. Stalinin daçasının yaxınlığındakı Pokrovski Məbədini hər həftə ziyarət etməsi barədə də məlumatlar vardır.
 Qeyd etmək lazımdır ki, 1939-cu ildən 1952-ci ilə kimi bircə dəfə də olsun Bolşeviklər Partiyasının qurultayı keçirilmədiyi halda, Rus Pravoslav Kilsəsinin üç dəfə yığıncağı keçirilmişdi. Mitropolit Serqiy Starqorodski 1944-cü ildə keçirilən yığıncaqda demişdi: “Biz ümümxalq rəhbərimiz, Sovet hökumətinin başçısı İosif Vissarionoviç Stalinin Rus Pravoslav Kilsəsinin ehtiyaclarına canıyanan münasibətinə görə dərindən təsirlənmişik. Hökumətimizə səmimi təşəkkürümüzü bildiririk”.
 Stalin bolşeviklərin qadağan etdiyi Rusiya Patriarxlığını da bərpa etdi. Mitropolit Serqiy rəhbər seçildi. Ona göndərdiyi təbrik teleqramında Livan Dağlarının mitropoliti İliya deyirdi: “Sizin seçilməyiniz qəlblərimizi sevinclə doldurdu. Livanda üç gün şadyanlıq keçirdik. Tanrıya Rusiya Patriarxlığının bərpasına görə şükr edirik. Rus cəngavərliyinin bəşəriyyətin böyük müdafiəçisi marşal Stalinin rəhbərliyi altında qələbə çalması üçün dualar edirik”. Həmin mitropolit İlya 1948-ci ilin iyulunda SSRİ-də olmuşdu və “Stalin güclü pravoslavlıq olması üçün çalışır” deməsi ilə bir çoxlarını təəccübləndirmişdi. Onun sözlərinə görə, “Stalinin sayəsində bütün dünyada Rus Pravoslav Kilsəsinin və Pravoslavlığın çiçəklənməsi təmin edilmişdir”. Aleksandriyanın və bütün Afrikanın pravoslav rəhbəri Patriarx Xristofor isə belə demişdi: “Marşal Stalin dövrümüzün ən böyük insanlarından biridir. O Kilsəyə güvənir və xeyirxahlıqla yanaşır”. 1945-ci ildə Patriarx Xristofor SSRİ-dən səfərdən qayıtdıqdan sonra bildirmişdi: “Hal-hazırda Rusiyada Pravoslav Kilsəsi dövlət rəhbərliyinin hərtərəfli sevgisi və hörmətinə malikdir”.
 Söylənilir ki, 1941-ci ildə Moskvanın ağır vəziyyətdə olduğu bir vaxtda Stalin hamının Blajennaya Matryona kimi tanıdığı müqəddəs ananın hüzuruna gəlmişdir. Matryona Stalini sakitləşdirərək demişdir ki, narahat olma, şəhər təslim olmayacaq və sən düşmən üzərində qələbə çalacaqsan. Müqəddəs ana Vətənin böyük oğluna xeyir-dua verərək mübarizəyə ruhlandırmışdı. 1941-ci ilin qışında Stalin Rus Pravoslav Kilsəsinin ali ruhani təbəqəsini yanına, Kremlə çağırmış və onlardan xahiş etmişdir ki, qələbə üçün dua oxusunlar. Stalinin əmri ilə Müqəddəs İkona təyyarəyə qoyulmuş və Moskvanın başına fırladıldılmışdır.
 Stalin 1942-ci ilin yazında Moskvada uzun illər qadağan olunmuş Pasxa bayramının keçirilməsinə icazə verdi. 4 sentyabr 1943-cü ildə o Kremlə Rus Pravoslav Kilsəsinin metropolitlərini çağırdı (leninçilərin hakimiyyəti dövründə onlar həbs olunmuşdular), onlara tapşırıq verdi ki, din təbliğ edilsin və kilsə həyatı dirçəldilsin. Stalin bildirdi ki, bundan sonra dövlət din xadimlərini təqib etməyəcək, əksinə tam dəstək verəcək. Stalinin tapşırığı ilə dini işlər üzrə şura yaradıldı, dini məbədlərin, məktəblərin tikilməsi və nəşrlərin buraxılması ilə əlaqədar planlar cızıldı. Sovet hökumətinin dinə qarşı təzyiqlərinə tam son qoyuldu. Pravoslav-Boqoslov İnstitutu, Moskva Ruhani Akademiyası və Seminariyası yaradıldı. SSRİ-də əvvəllər qapadılmış 20 min məbəd yenidən açıldı.
 Dini işlər üzrə şuranın Stalinə göndərdiyi gizli məruzələrdən aydın olur ki, həmin dövrdə dini məbədlərə üz tutan insanları sayı kəskin dərəcədə çoxalmışdı. 1944-cü ildə Pasxa qeyd olunarkən Moskvadakı 30 məbədi təkcə səhər tezdən 120 min adam ziyarət etmişdi. Dini ayinləri yerinə yetirmək üçün gələn insanların içində çoxlu sayda hərbçi də vardı. İnanclı insanların sayı get-gedə artmaqdaydı. Moskva vilayəti rayonlarının 90 kilsəsində Pasxa qeyd olunarkən 1943-cü ildə 95 min adam gəlmişdisə, 1944-cü ildə 148 min adam gəlmişdi.
 Stalin döyüş meydanına göndərdiyi sərkərdələr qarşısında çıxışı zamanı adətən belə deyirdi: “Allah kömək olsun”, ya da “Allah sizə dayaq olsun”. Müasirləri bildirirlər ki, həmin dövrdə Stalini Kremldə tez-tez dindarların əhatəsində görmək olurdu. Hakimiyyətdə möhkəmlənəndən sonra o ətrafına ateist kommunistləri yox, dini düşüncəli, imanlı insanları yığmışdı. Əvvəllər Çar zabiti olmuş, dini dünyagörüşlü marşal Boris Şapoşnikov Stalinlə yaxın dost idi. Orduda trotskistlərin əvvəllər yığışdırdığı Çar ordusu paqonlarını və formasını Şapoşnikovun tövsiyyəsi ilə Stalin yenidən bərpa etmişdi. Genştabın rəisi marşal Aleksandr Vasilevski keşiş oğlu idi. Bildirilir ki, Stalin marşallarının çoxu dindar adamlar idilər və döyüşdən qabaq xaç vururdular. Marşal Georqi Jukov da inanclı adam idi və kilsəyə dəstək verirdi. Belorusiyada keşişlərdən biri Jukova şikayətlənmişdi ki, almanlar kilsə zənglərini söküb aparıblar; Jukov ora bir vaqon zəng göndərmişdi və bir bölük əsgər ayırmışdı ki, qurmaqda kömək etsinlər. “Smerş” kəşfiyyatının 1942-ci il məlumatlarında bildirilirdi ki, Sovet Ordusu zabitlərinin yarısı döyüşdən qabaq xaç vururlar, əsgərlərin isə çoxu döyüşə boyunlarında xaç və dua oxuyaraq girirlər.
 1945-ci ilin aprelində Stalin Patriarx Aleksiyi qəbul etmiş, onunla vətənin taleyi ilə bağlı məsələləri müzakirə etmişdi. Bu görüşdə onlar ölkədə dini təhsilin və dini kitabların çapının genişləndirilməsi qərarına gəlmişdilər. Müharibə dövründə Rusiyanın qələbə çalması üçün daim dualar edən Livan mitropoliti İliyanı Stalin 1947-ci ildə ölkəyə dəvət etmiş, ona bahalı hədiyyələr bağışlamışdı. Stalinin ona münasibətindən təsirlənən mitropolit İliya belə demişdi: “Mən xoşbəxtəm ki, Müqəddəs Rusiyada Pravoslav İnamının dirçəlməsini görmək mənə qismət oldu. Allah və Müqəddəs Ana bizim ölkəmizdən üz döndərmədilər, əksinə xüsusi iltifatla yad etdilər”.
 Müharibədən sonra Rusiya, Belorusiya və Malorusiya ərazisində minlərlə dini məbəd fəaliyyətə başladı. Əgər 1946-cı ildə Rus Pravoslav Kilsəsinin 10 544 prixodu vardısa, üç ildən sonra bu rəqəm 14 477-yə qalxdı. Bolşeviklər tərəfindən qapadılmış Troitse-Serqiyeva Lavrı 1946-cı ilin Pasxa bayramında yenidən açıldı. Moskva və Leninqrad dini akademiyaları, o cümlədən 8 dini seminariya işə başladı ki, bu məktəblərdə hər il yüzlərlə ruhani yetişirdi. “Moskva Patriarxiyasının Jurnalı” rus insanlarının dini maariflənməsində mühüm rol oynayırdı.
 Müharibədən sonra praktiki olaraq ateist ədəbiyyatın çapına son verilmişdi. Stalin Mərkəzi Komitənin antidini qətnamələrini dayandırmışdı. O patriotik qüvvələrin konsolidasiyasında və Vətənin qüvvətlənməsində Pravoslav Kilsəsinin rolunu önə çəkirdi. Pravoslav Kilsəsinin mövqelərini möhkəmləndirməklə yanaşı Stalin yad sektalara qarşı da kəskin mübarizə aparırdı. Müharibə dövründə faşistlərlə aktiv əməkdaşlıq etmiş uniat, eləcə də Qərbin SSRİ-də təsir agentlərinə çevrilmiş katolik və protestant kilsələrinin fəaliyyəti məhdudlaşdırılmışdı. Rusiya dindar ictimaiyyəti arasında Vatikanın pozucu fəaliyyəti barədə müzakirələr aparılırdı. 1948-ci ilin iyulunda Moskvada keçirilən Ümumpravoslav Müşavirəsində masonların dinə təsiri kəskin tənqid olunmuş və “şeytanlardan” qorunmağın vacibliyi vurğulanmışdı.
 Stalin yeganə Sovet lideridir ki, Rus Pravoslav kilsəsinin dəfn ritualına və matəm duasına layiq görülmüşdür. Rusiyanın patriarx Serqiy Staroqorodski, patriarx 1-ci Aleksiy Simanski, mitropolit Nikolay Yaruşeviç, iqumen Evstafiy Jakov kimi tanınmış din xadimləri Stalini dindar hesab etmişlər, onu böyük ehtiramla yad etmiş, onu “Allahın vergisi olan rəhbər” adlandırmışlar. Gürcüstan patriarxı 2-ci İliya bildirmişdir ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Partiarx 1-ci Aleksiy Stalini sevirdi və ona böyük hörmətlə yanaşırdı. Rusiya kilsələrinin bir çoxunda Stalinin ikonası vurulmuşdur. Rus Pravoslav Kilsəsi Stalini Müqəddəslər cərgəsinə aid edib ad vermək məsələsini dəfələrlə qaldırsa da ölkədəki iudey 5-ci kolon buna imkan verməmişdir. Tanınmış din xadimi Dmitriy Dudko yazırdı: “Stalin inanclı adam idi, pravoslav idi. Təsadüfi deyil ki, müharibə dövründə o insanlara din xadimləri kimi “Əziz qardaş və bacılar” deyə müraciət edirdi. O da təsadüfi deyil ki, Kilsə ona “Əbədi xatirə” elan etdi. Pravoslav olması hesabına (ruhani seminariyasında təhsil almışdı) gürcü rusa çevrilmişdi. Dostoyevski belə deyirdi: pravoslavdırsa- demək rusdur”.  Rus Pravoslav Kilsəsinin yepiskopu, Sovet hökuməti tərəfindən sürgünə göndərilmiş, sonradan müqəddəslər cərgəsinə aid edilmiş tanınmış professor və cərrah Valentin Voyno-Yasenetski yazırdı: “Stalin Rusiyanı qoruyub saxladı və bütün dünya üçün onun nə məna kəsb etdiyini göstərdi. Odur ki mən bir pravoslav xristian və rus vətənpərvəri kimi Stalinin qarşısında baş əyirəm. Stalin- Allahın bizə bəxş etdiyi bir rəhbərdir”. Rusiya patriarxı 2-ci Aleksiy öz yaxın ətrafına demişdi: “Bilirsinizmi bizim ölkəmiz necə xilas oldu? Allah bizim torpağı necə sevirmiş!.. Mən bu sirlə yaşayıram... Ölkəmizi bizim gizli dindarımız Stalin xilas etmişdir”. Rus Pravoslav Kilsəsinin rəhbəri mitropolit İoann Snıçyov bildirmişdir: “Stalin bizə Allah tərəfindən verilmişdir. O elə bir dövlət yaratmışdır ki, hələ də dağıtmaq istəsələr də axıra kimi dağıda bilmirlər... Odur ki, əgər Allah-Təala nöqteyi-nəzərindən baxsaq, əsl həqiqətdə Stalin xüsusi bir adam olmuşdur: Allahın bəxş etdiyi, Allahın qoruduğu”.
 Tədqiqatçı Nikolay Losskinin yazdığı kimi, Stalinin dəstəyi sayəsində Rusiya patriarxı Serqiy Straqorodski “bolşeviklərin dinə satanist nifrətinə baxmayaraq, nəhəng kilsə təşkilatlanmasını saxlaya bildi və nəticə etibarilə Rus xalqını böyük bəladan- tam Allahsızlıqdan və sektant mistisizminin patoloji formalarından qorudu”. Çarın öldürülməsi, dinin təqib edilməsi rus yaşayışının heyrətamiz simfoniyasını pozsa da, tezliklə xalqın dini həyatı yenidən öz axarına düşdü. Keçilən iztirablı yol, bolşeviklərin xalqın başına gətirdiyi zülmlər dini inamı daha da gücləndirmiş, insanlar Allaha daha möhkəm və həqiqi sevgi ilə bağlanmışdılar. Çar hakimiyyəti dövründə Rusiyanın ruhani həyatı harmonik rahatlıq içində idi. Sadə rus insanları adi məişət güzəranından tumuş ictimai-sosial həyata kimi bütün problemlərin həllini Allahla bağlayırdılar. Dünyanın gözəlliyini və səadətini Allaha inamda tapırdılar. Lakin Fevral inqilabından sonra ateist bolşeviklər hakimiyyətə yiyələnərkən inanclı Rus camaatı qaranlıq dövrə qədəm qoydu, dinə qarşı müharibə elan olundu, fəlakətlər bir-birini əvəzlədi. Məhz bu səbəbə keçmişi nostalji hissi ilə xatırlayan dindar camiə Stalinin timsalında Xilaskarı görür, Rusiyanın yenidən dirçələcəyinə ümid bəsləyərək bu missiyanı Stalinin adı ilə bağlayırdılar.
 Qeyd edək ki, Stalin təkcə pravoslavlara deyil, şiələrə də böyük hörmətlə yanaşmışdır. Tehran konfransında Almaniyanın, Yaponiyanın, Polşanın gələcək taleləri ilə bərabər İranın da siyasi quruluşunun, ərazi bütövlüyünün toxunulmazlığı və qorunması barədə gizli razılaşmalar imzalanmışdı. Həmin dövrdə İran şahı Məhəmməd Rza Pəhləvi çox gənc idi- cəmi, 22 yaşı vardı və taxt-taca oturmasından heç üç ay da keçməmişdi. Şah konfrans keçirilən günlərdə ABŞ və İngiltərənin Tehrandakı səfirliyində saatlarla gözlədikdən sonra Ruzvelt və Çerçilin qəbuluna düşə bilmişdi. Amma şahın səlahiyyətli nümayəndəsi Sovet səfirliyində oturan Stalinə zəng vuraraq “İran şahı marşal Stalini ziyarət etmək istəyir, marşal Stalinin şahənşahı qəbul etməyə vaxtı varmı?”- soruşduqda Stalin gözlənilməz cavab vermişdi: “İran şahı Stalini nə zaman qəbul etmək istəyir?”. Cavab o qədər gözlənilməz olmuşdu ki, şahın səlahiyyətli nümayəndəsi özünü itirmiş və Sovet səfirliyi əməkdaşlarının onu yanlış anladıqlarını zənn etmişdi. Təkrar eyni cümləni söylədikdə Stalin yenidən soruşmuşdu: “Şah Stalini indi qəbul edə bilərmi?”. Az sonra Stalin öz heyəti ilə birgə şahın sarayına gəlmişdi. 1 dekabr 1943-cü ildə baş vermiş bu hadisə gənc monarxı çox təsirləndirmişdi. Stalin zala daxil olanda şah diz çökmüş və onun əlini öpmək istəmişdi. Lakin Stalin onu qaldıraraq qucaqlamışdı. O zaman SSRİ Baş Kəşfiyyat İdarəsinin Tehrandakı rezidenti olmuş polkovnik B.Q.Razin 2 dekabr 1943-cü ildə Moskvaya göndərdiyi şifroqramda Stalinin İran monarxına şəxsi qırıcı təyyarə hədiyyə etdiyini (Məhəmməd Rza Pəhləvi 1-ci dərəcəli hərbi pilot idi), İran qoşunlarına 20 hərbi təyyarə, 20 tank bağışladığını, Məşhəd şəhərində hərbi aviasiya, Tehranda isə tank məktəbinin yaradılması barədə göstəriş verdiyini bildirir. Şifroqram Stalinin çoxmənalı sözləri ilə bitir: “Vəziyyətə diqqətlə göz olun və iranlılara kömək edin”. Həmin dövrdə SSRİ Uzaq Aviasiya Uçuşları komandanı olmuş A.Y.Qolovanovun sözlərinə görə, Stalin bu jesti ilə iranlıların böyük rəğbətini qazanmışdı və tehranlılar uzun zaman saraya gedən küçəni “Stalin xiyabanı” adlandırmışdılar.

STALİN NAİLİYYƏTLƏRİ

 Yazıçı Zaxar Prilepin deyir: “Stalin – sivilizasiyanın inkişafının ən yüksək nöqtəsidir”.
 Stalinin qurduğu cəmiyyət işsizlik, narkomaniya, evsizlik nə olduğunu bilməyib. Qərbin kapitalist cəmiyyətləri üçün üçün adi olan bəlalar və sosial problemlər Stalin cəmiyyətinə yad olub. Stalin dövləti kasıb-kusuba havayı orta və ali təhsil verirdi, pulsuz tibbi xidmət göstərirdi, işləyənlərə havayı ev bağışlayırdı, pensiya ilə təmin edirdi, xəstələnəndə maaşlı məzuniyyətə buraxırdı, ildə bir dəfə kurorta göndərirdi ki, belə şeylər Qərb fəhləsinin heç yuxusuna da girə bilməzdi. Stalin Yer üzündə ən ədalətli sosial sistem yaratmışdı. Bu sistemdə hamı bərabər idi. Kasıb kəndli balası təhsil alıb akademikə, nazirə, hətta ölkə başçısına çevrilirdi. Sonradan Stalini söyən liberal liderlərin çoxu da elə kasıblıqdan çıxmaqlarına baxmayaraq Stalinin qurduğu sistem sayəsində yüksələ bilmişdilər; Qorbaçov gəncliyində kombayn sürmüşdü, Xruşşov isə kəndlərində çoban işləmişdi.
 Stalin dövrünün ordu generallarını araşdırarkən görürük ki, onlar indikilər kimi məmur balaları, klan mənsubları və ya hansısa bir bölgəyə bağlı adamlar deyildilər. Stalinin ordu generalları (qoy) xalqın içindən çıxmışdılar. Jukov, Konyev, Çernyaxovski, Çuykov- tanınmış generalların hamısı çoxuşaqlı kəndli ailələrinin yetirmələri idi. Məsələn, Çuykovun ailəsində 12 uşaq vardı və çətinliklə böyümüşdü. 1945-ci ildə Sovet ordusunun yüksək rütbəli komandirlərinin şəkilləri ilə tanış olan Almaniyanın təbliğat naziri Gebbels etiraf etmişdi ki, Stalin generalları bizim generallardan daha çox nordikdirlər, daha çox xəlqidirlər. Sovet İttifaqı marşalı Dmitri Yazov deyir: “Təkcə mən yox, həmyaşıdlarımın əksəriyyəti tutduğumuz mövqeyə görə ilk növbədə Stalinə borcluyuq. Onun yaratdığı sosializm mənim kimi milyonlarla insana təhsil, sənət, öz işində püxtələşmək imkanı verdi. Hansı başqa bir quruluşda Sibirin uzaq kəndindən olan bir uşaq gəlib marşal ola bilərdi? Axı biz ailədə 10 uşaq olmuşuq. Anam bu boyda dəstəni təkbaşına ayağa qaldırmışdı. Atam tez dünyasını dəyişmişdi, atalığım da Böyük Vətən Müharibəsində həlak olmuşdu. Anam hamımızı böyütmüşdü, yerbəyer etmişdi. Keçmiş dissident, tanınmış filosof Aleksandr Zinovyevin də kəndli ailəsi eyni taleyi yaşayıb. Onların ailəsində 11 uşaq olub. Hamısı da adam içinə çıxıb. Biri professor olub, biri zavod direktoru, üçüncüsü polkovnik və sair. Zinovyevin özünün yazdığı kimi, həmin dövrdə “milyonlarla insanın cəmiyyətin dibindən ustalığa, müəllimliyə, həkimliyə, artistliyə, zabitliyə, alimliyə, yazıçılığa, direktorluğa yüksəlməsi baş vermişdir ki, belə hal bəşər tarixində görünməmişdir”. Zinovyev belə bir nəticəyə gəlir ki, Stalin dövründə əsl xalq hakimiyyəti olmuşdur. Məhz bu səbəbə Zinovyevin sadə kəndli qadın olan anası Stalinin portretini “İncil”lə yanaşı saxlayırdı. O ki qaldı Zinovyevə, o Stalini “əsrin ən möhtəşəm şəxsiyyəti”, “böyük dahi”, həm də “ən düzgün və etibarlı marksist” adlandırırdı”.
 Stailinin dövründə təhsilin səviyyəsi əsaslı dərəcədə yaxşılaşmışdı. Bolşevik ideoloqlarının sinfi eksperimentləri sayəsində 1920-ci illərdə təhsil deqredasiyaya uğramışdı. Trotskistlər təhsilin başına min bir oyun açmışdılar. Onlar pedaqogikanı pedologiya ilə əvəz etmişdilər və bununla da təhsili öldürmüşdülər. Trotskistlərin fikrincə şagirdə məktəbdə tam sərbəstlik verilməliydi; heç bir təzyiq olmamalıydı- hətta şagird intizamı pozsa da cəzalandırıla bilməzdi. Evə tapşırıq verilmirdi. Qiymətlər, imtahanlar və diktantlar ləğv olunmuşdu. Sovet məktəblərində daha çox üstünlük əməyə verilməli idi. Məktəb şagirdlərə savad öyrətməli deyil, vərdişlər aşılamalıydı. Nəticədə məktəb küt uşaqlar ordusu buraxırdı. Vaxtilə dünyada analoqu olmayan Rus klassik məktəbindən əsər-əlamət qalmamışdı, təhsil Avropada dövriyyədə olan Freyd ideyaları üzərində köklənmişdi. 1936-cı ildə Stalinin səyləri nəticəsində pedologiya qadağan olundu. Təhsil naziri yəhudi Lunaçarski işdən qovuldu, təhsil nazirliyinin aparatı ixtisar olunaraq 8,5 min nəfərdən 335 nəfərə endirildi. Partiya rəhbərliyi trotskistlərin həyata keçirdikləri prosesi “məzhəkəçi, zərərli, neqativ faktlara və inkvizitor metodlarının istifadəsinə əsaslanan” adlandıraraq rədd etdi. Mərkəzi Komitənin məktəb şöbəsinə Stalin şəxsən özü rəhbərlik etməyə başladı. Stalin təhsili Çar dövrü məktəbinin təcrübə və metodikasına qaytardı. O Çar Rusiyasındakı köhnə dərs proqramını bərpa etdi. Predmetli öyrətmə sistemi və sistemli biliklərin xüsusi dövriyyəsi yenidən yaradıldı. Köhnə dərsliklər yenidən çap olundu. 1936-cı ildə yad müəlliflər Yuli Qurviç və Rudolf Qanqnusun hazırladıqları həndəsə dərsliyi “xaltura və bisavad şərh” kimi xarakterizə edilərək məktəblərdən yığışdırıldı, yerini Andrey Kiselyovun müəllifi olduğu mükəmməl dərslik tutdu.
 Mətbuatda və tarix dərsliklərində adi hal almış Rus milli xarakterinin aşağılanması və Çarizm siyasətinin tənqidi qadağan edildi. Hələ Leninin sağlığında hazırlanmış, kosmopolit bolşeviklərin ərsəyə gətirdikləri Rusiya tarixini ləkələyən dərsliklər yığışdırıldı. Rusiyanın şanlı keçmişini mədh edən yeni tarix dərslikləri çap olundu. Trotskistlərin həbs etdirdiyi və türmələrə doldurduğu çoxlu sayda vətənpərpər tarixçi azad edildi və onlar əvvəlki işlərinə qaytarıldılar. Trotskistlərin dəstəklədikləri latın əlifbası bütün SSRİ ərazisindən yığışdırıldı, Sovet xalqları kirilcə yazıb oxumağa başladı.
 Yer üzündə ilk dəfə hamıya məcburi təhsil verilməsi məsələsi qaldırıldı. Mason lojalarının əsirinə çevrilmiş Çar 1-ci Aleksandrın vaxtında yəhudi uşaqların pulsuz təhsil alması barədə fərman verilmişdi. Qeyri-yəhudi uşaqların kütləvi şəkildə pulsuz təhsil alması isə tarixdə ilk dəfə yalnız Stalinin vaxtında mümkün olmuşdur. Yəhudi uşaqlara pulsuz təhsil verilməsi ona gətirib çıxarmışdı ki, 100 il ərzində yəhudilərin intellektual səviyyəsi digər xalqlara baxanda müəyyən qədər fərqlənirdi. Məhz həmin pulsuz təhsilin sayəsində yəhudilər tarixin kritik anlarında sıçrayıb irəli çıxa bilmişdilər. Qeyri-yəhudilər isə yalnız Stalinin vaxtında intellektual səviyyə qazandılar və texniki sənətlərə yiyələndilər. İlk əvvəl bütün kəndlərdə yeddiillik məktəblər açıldı. Sonra ölkədə pedaqoji texnikumlar və institutlar şəbəkəsi yaradıldı, müəllimlər ordusu formalaşdırıldı. Beşballı qiymətləndirmə şkalası məqbul bilindi. Nəticədə Yer üzündə misilsiz təhsil sistemi ərsəyə gəldi ki, Amerikanın atom flotunun yaradıcısı Xayman Rikover 1957-ci ildə SSRİ kosmosa ilk peykini buraxarkən bu təhsil barədə belə demişdi: “Sovet İttifaqının bizdən hərbi cəhətdən güclü olması təhlükə doğurmur, bizə ən böyük təhlükə onun təhsil sistemidir”. ABŞ prezidenti Con Kennedi isə demişdi: “Sovet təhsili- dünyada ən yaxşı təhsildir. SSRİ kosmik yarışmanı məktəb partası arxasında udmuşdur”.
 Stalin dövrü yüksək iqtisadi göstəriciləri və dinamizmi ilə yadda qalmışdır. Deyildiyi kimi, Stalin Sovet ordusunu at-arabadan çıxarıb atom silahı və raketlərə malik dünyanın ən güclü ordusuna çevirmişdi. Stalinin rəhbərliyi altında aqrar, kasıb, xarici kapitaldan asılı qalmış ölkə dünyanın ən nəhəng hərbi-industrial dövlətinə dönmüşdü. Çar Rusiyanın ac və savadsız əhalisi dünyanın ən savadlı və mədəni əhalisinə çevrilmişdi. 1950-ci illərdə Sovet fəhlə və kəndlilərinin siyasi və iqtisadi savadı tərifli Qərb ölkələrinin fəhlə və kəndlilərinin savadından qat-qat irəlidə idi.
 İndi hamı təəccüblənir ki, necə oldu dünən müharibədən çıxan ölkənin sakinləri bu gün yazıb oxumağı öyrəndilər, tez bir zamanda saysız-hesabsız elmi kəşflərə imza atdılar. Stalin dövründə ölkədə minlərlə kəşflər oldu, ixtiralar yarandı, texnologiyalar ortalığa çıxdı. Stalinin formalaşdırdığı yüksək səviyyəli rəhbərlər komandası sayəsində SSRİ-də dünya elmi-texniki baş verdi. Kosmik tədqiqatların, atom energetikasının və elektronikanın əsası qoyuldu. Ölkədə elm və texnika kultu yarandı. Stalin dövrünün uşaqları alim, qəhrəman, ixtiraçı olmağa can atırdılar. SSRİ-də əsl elmi partlayış baş vermişdi, dünyanın tanıdığı, həsədlə baxdığı saysız-hesabsız alimlər ordusu meydana çıxmışdı. Stalin alimlərin yaradıcılığı üçün münbit atmosfer yaratmışdı. Məhz Stalinin sayəsində SSRİ ilk dəfə nüvə silahı əldə etmişdi və kosmosa adam uçurmuşdu. Stalin nailiyyətləri indi də Qərbin kapitalist ağalarında qorxu doğurmaqdadır. İndi də Stalinin adını qaralamaq, onu insanlıq üçün neqativ fonda göstərmək üçün təbliğata milyonlarla dollar pul ayırırlar.
 Stalin məmurların işləməsi üçün normal şərait yaratmışdı, amma onlardan konkret iş tələb edirdi. Stalinin dövründə məmurlara ciddi nəzarət vardı. Stalinin hakimliyi əsl xalq hakimliyi idi. Ən əsası, idarəçilikdə monopoliya aradan qaldırılmışdı: vəzifələrə kapitalist ölkələrdə olduğu kimi təkcə yəhudilər yox, xalq kütlələrinin içindən layiqli kadrlar götürülürdü. Bizə yeridirlər ki, əməyin iki növü vardır: əqli və fiziki əmək. Əslində əməyin növləri bunlardır: istehsaledici və idarəedici. Qoylar istehsal edirlər, iudeylər isə idarə etməyə can atırlar. Qlobal Prediktorun ölkələrə nəzarətçi qoyduğu iudey məmurlar xalqların əməyini istismar edirlər. Stalinin özəlliyi onda idi ki, o istehsaledici əməklə məşğul olanlara hər cür şərait yaratmışdı və geniş imtiyazlarla təmin etmişdi. Şaxtyorların maaşı nazirlərin maaşından çox idi.
 Stalinin dövründə hansısa etnosun hakimlik etməsinə yol verilmirdi. Stalin cəmiyyəti kütlə-elita modelindən çıxarıb xalq modelinə keçirmişdi. General Konstantin Petrov bu barədə belə deyir: “Stalinin xalq hakimiyyəti prinsipləri onların kütlə-elita modelinin Bibliya doktrinasına qarşı idi. Nəyə görə? Ona görə ki, Stalin cəmiyyətin bütün təbəqələrinə təhsil almaq hüququ vermişdi və onların maariflənməsini realizasiya etmişdi. Bizim atalarımıza, analarımıza, babalarımıza və nənələrimizə məktəblərdə, texnikumlarda və universitetlərdə təhsil verilirdi. Fəhlə-kəndli ailəsinə mənsub hər bir uşaq ürəyi istədiyi təhsili ala bilirdi. Cəmiyyətin kütlə halında idarə olunması isə savadın dozalı həddə- miqdarında verilməsi üzərində qurulur. Stalin bu doktrinanı dağıtmışdı”.
 Stalin kütlə içində yaranmış, dövriyyədə olan tendensiyaların ardınca getmirdi, o özü xalqı yönləndirirdi. Volter ikrahedici səmimiyyətlə deyirdi: “Xalq daim zövqsüz və kobud olub: Bunlar öküzdürlər və onlara çarvadar, boyunduruq, yem lazımdır”. Stalin xalqa nə lazım olduğunu ondan yaxşı bilirdi. O kütlənin nazı ilə oynamırdı, dividend qazanmaq üçün yerlərdən gələn şüarlara ləbbeyk demirdi. O yeni modullar ortaya atır, xalqın maddi rifahının yaxşılaşması üçün praktikada sınanmış metodlara üstünlük verir, öz addımlarının düzgün olduğunu əməli şəkildə sübuta yetirirdi. O haqlı olaraq partiya qarşısında belə tapşırıq qoymuşdu ki, partiya xalqın ardınca getməməlidir, xalqı ardınca aparmalıdır.
 Stalin hərtərəfli istehsalat bazası, nəhəng industriya, güclü hərbi-sənaye kompleksi, möhtəşəm maşınqayırma sistemi yaratmışdı. Trotskistlərin ortaya atdığı kollektivləşməni xeyirli məcraya yönəldərək ölkəni əsaslı şəkildə dirçəltmişdi. Leninçilər tərəfindən yarımcan hala salınmış fermer təsərrüfafı böyük ölkəni yemləmək, ərzaqla təmin etmək iqtidarında deyildi. Stalinin yeni format verdiyi kollektivləşmə SSRİ əhalisini gen-bol qida ilə təmin etmişdi, xalq təsərrüfatını işlək və rentabelli məcraya yönəltmişdi.
 1941-ci ildə faşistlərin hücumu zaman ölkənin qərb hissəsi işğal atına düşmək təhlükəsi ilə üzləşərkən Stalin həmin ərazidən 1000-ə yaxın zavod və fabriki böyük ustalıqla Ural istiqamətinə köçürtdü ki, bu gedişin dünya tarixində heç bir analoqu olmamışdır. Müəssisələr qabaqcadan normal fəaliyyət üçün hazırlanmış uyğun platformaların üstündə yenidən quruldu. Fəhlələr açıq havada düzülmüş dəzgahlarda işləməyə davam edirdilər, bu zaman onların yanındaca çöllükdə yeni zavodun korpusu qoyulurdu və tikinti aparılırdı. Belə taktiki gediş müharibədə qələbə çalmaqda əsaslı rol oynadı.
 Almaniyanın xarici işlər naziri Ribbentrop öz xatirələrində Stalin haqqında yazırdı: “Stalin ilk görüşümüzdən məndə güclü təəssürat oyatdı. Onun ayıq, demək olar ki, quru, lakin dəqiq manevri, açıqürəkli danışıq aparmaq üslubu göstərdi ki, öz familiyasını nahaqdan daşımır. Stalinlə apardığım danışıqlar məndə onun gücü və hakimiyyəti haqqında təəssürat yaratdı. Bir dəfə əlini yelləməsi Sovet İttifaqının itib-batan geniş çöllərində, uzaq bir kəndində əmrə çevrilən bu adam keçmişdə heç bir Çarın bacarmadığı bir işi bacarmışdır- 200 milyonluq imperiya əhalisini birləşdirmişdir”.
 Stalin epoxasının ən uğurlu nəticələrindən biri cəmiyyətin mənəvi və vətənpərvər birliyinə nail olunması idi. Stalinin məqsədyönlü və planlı fəaliyyəti nəticəsində çoxmillətli və çoxkonfessiyalı bir ölkədə xalqlar arasında möhkəm dostluq yaranmışdı. Faşistlər hücum edəndə müharibə gedən zonalardan milyonlarla adam ölkənin şərq və cənub regionlarına evakuasiya olundu ki, onların çox hissəsi Orta Asiyaya gətirildi. Yerli əhali onları hər yerdə öz doğmaları kimi qarşıladı. Türkmənistan 50 min, Tacikistan 100 min, Qırğızıstan 150 min, Qazaxıstan 500 min, Özbəkistan milyon yarım adamı qarşılayaraq ev-eşik verdi. Daşkənd vağzalında camaat bir gecənin içində tökülüşüb vağzaldakı adamları evlərində qalmağa apardılar. Özbəkistana gətirilən və əksəriyyəti yetim olan 200 min uşağın çox hissəsini özbəklər övladlığa götürdülər. Dəmirçi işləyən özbək Şaaxmed Şamaxmudovun ailəsi 15 yetim uşağı övladlığa götürüb böyütdü. 16 yaşlı qırğız qız Toktoqon Altıbasarova blokadada olan Leninqraddan gətirilmiş 150 uşağı öz himayəsinə qəbul edib böyütdü, onlara əsl analıq etdi. Bütün bu fədakarlıqlar tarixə qızıl hərflərlə yazılmışdır. Rusiyalı tarixçi və siyasətçi Nikolay Starikov yazır: “Leninqrad müqavimət göstərərkən heç nəyə baxmayaraq ac qadınlar və uşaqlar gün ərzində 12 saat dəzgah arxasında işləyib mərmi gövdəsi yonurdular. Bu zaman uzaq Qazaxıstandan şair Cambul onlara yazırdı: “Leninqradlılar, övladlarım mənim! Leninqradlılar, fəxrim mənim!” Bu şeiri Uzaq Şərqdə oxuyanlar ağlaşırdılar. Məgər bu ona dəlalət etmirdi ki, bütün ölkəni başdan ayağa görünməz bir qüvvənin mənəvi təməli birləşdirir? Əgər cəmiyyət didişmədə olsaydı, hakimiyyətlə soyuq müharibə vəziyyətində yaşasaydı, ölkə rəhbərliyinə etibar etməsəydi, bütün bunlar mümkün olardımı? Əslində cavab aydındır. Sovet ölkəsi, Sovet xalqı -hərə öz yerində, həmrəy səylərlə- tarixdə görünməmiş qeyri-adi şücaət göstərirdi”. Stalnin apardığı düzgün milli siyasət xalqar arasında bərabərlik yaratmışdı, bu da onların tərəqqisinə səbəb olmuşdu. Faşistləri ölkəmizə hücum edəndə Sovet xalqları yekdil şəkildə sevimli Vətənlərini qorumaq üçün döyüş meydanına atıldılar. Stalin təhsili Vətən uğrunda ölümə gedən gənclər ordusu hazırlamışdı. Azərbaycan xalqı da ümumi düşmən ilə mübarizədə misilsiz şücaətlər göstərdi. 43 azərbaycanlı Sovet İttifaq Qəhrəmanı adına layiq görüldü.
 Stalinə Lenindən talan edilmiş və dilənçi ölkə miras qalmışdı. Stalin öləndə isə artıq bu ölkə dünyanın ən qüdrətli və rifah səviyyəsi yüksək olan ölkəsi idi. İngiltərənin baş naziri Çerçilin dediyi kimi, “Stalin Rusiyanı xışla qəbul edib atom silahı ilə yola saldı”. Stalin fenomeni Qərbi heyran qoydu və dəhşətə gətirdi. İnqilabdan və müharibədən çıxmış, dağılıb gücdən salınmış ölkə tez bir zamanda öz inkişafına görə aparıcı Qərb dövlətlərini də qabaqladı.
 Stalinin həyata keçirdiyi iqtisadi proqram heç bir iqtisadi inkişaf nəzəriyyələrinə sığmırdı. Stalin dövründə 1500 nəhəng industrial obyekt tikilib istifadəyə verilmişdi. 10 il ərzində 9 min sənaye müəssisəsi ərsəyə gəlmişdi, bu isə o deməkdir ki, ölkədə hər gün 2-3 zavod tikilirdi. İlk atom elektrik stansiyaları və ilk atom buzqıran gəmiləri Stalinin dövründə SSRİ-də yaranmışdı. Sənayenin kimya, aviasiya, tibb və s. sahələri get-gedə çiçəklənirdi. Stalin dövründə iqtisadi inkişaf ilə 30 faiz təşkil edirdi ki, tərifli yapon iqtisadiyyatı ən pik dövründə belə ilə 15 faizdən çox arta bilməyib. SSRİ kartoçka sistemini müharibədən cəmi 2 il sonra- 1947-ci ildə yığışdırdığı halda, Fransa 1949-cu ildə, İngiltərə 1950-ci illərin başlanğıcında yığışdırmışdı, halbuki bu ölkələrin ərazisində müharibə getməmişdi. Həmin dövrdə İngiltərədə şaxtyorlar tətilə çıxırdılar və onlara SSRİ-dəki tək normal həyat şəraitinin qurulmasını tələb edirdilər. SSRİ-də kartoçka ləğv edilən kimi SSRİ-də çörəyin, ətin, yağın qiyməti 2,5 dəfə aşağı düşdü, halbuki ABŞ, İngiltərə, Fransada bircə dəfə də olsun qiymətlərin düşməsi müşahidə olunmadı, daim qiymətlər artdı. İqtisadi inkişafına görə dünyanın heç bir ölkəsi Stalin Rusiyasından irəlidə ola bilmədi.
 Beləliklə, 1946-1950-ci illərdə Qərbin kapitalist ölkələri ilə sərt hərbi-siyasi qarşıdurma şəraitində SSRİ xalq təsərrüfatının dirçəldilməsinə, əhalinin yaşayış səviyyəsinin davamlı inkişafına, yüksək iqtisadi sıçrayışa nail oldu. Amerikanın “Neyşnl biznes” jurnalının 1953-cü il sentyabr nömrəsində iqtisadçı ekspert Qerbert Qarris “Ruslar bizi ötürlər” adlı məqaləsində göstərirdi ki, SSRİ iqtisadi inkişafına görə istənilən ölkəni üstələyir və hal-hazırda inkişaf tempinə görə ABŞ-dan 2-3 dəfə irəlidədir. 1991-ci ildə Sovet-Amerikan simpoziumunda yeni peyda olmuş Sovet demokratları “yapon iqtisadi möcüzəsindən” ağızdolusu danışarkən yapon miliyarderi Xerosu Teravama onları məyus edərək demişdi: “Siz ən əsas məsələdən- özünüzün dünyadakı qabaqcıl rolunuzdan danışmırsınız. 1939-cu ildə siz ruslar ağıllı, biz yaponlar isə səfeh idik. 1955-ci ildə biz ağıllandıq, siz isə beş yaşlı uşaqlara çevrildiniz. Bizim iqtisadi sistemimiz tam olaraq sizinkindən götürülüb, onun surətidir. Fərq ondadır ki, bizdə kapitalizmdir, özəl istehsalçılardır və bu səbəbdən biz heç vaxt 15 faizdən artıq inkişafa nail ola bilməmişik, siz isə ümumi mülkiyyətdə istehsalın imkanları hesabına 30 faiz və daha çox inkişafa nail olurdunuz. Bizim bütün firmalarımızda Stalin dövrünün lozunqları asılıb”.
 Stalin dövründən başqa dünya tarixində heç vaxt heç bir dövlətdə qiymətlərin ardıcıl endirilməsi halı müşahidə olunmayıb. Dediyimiz kimi, həmin dövrdə SSRİ-də ərzaq məhsullarının qiyməti ildən ilə düşdüyü halda tərifli Qərb ölkələrində ildən ilə qalxırdı. Müharibədən çıxmış SSRİ-yə iqtisadiyyatını bərpa etmək üçün kapitalist ölkələri kredit təklif etsələr də, Stalin ölkəni heç bir borc-filan almadan dirçəltmişdi. 1946-cı ildə SSRİ-də atom silahı və energetika, raket texnikasl, texnoloji proseslərin avtomatikləşdirilməsi, yeni hesablama texnikası və elektronika, kosmik uçuşlar, ölkənin qazlaşdırılması, məişət texnikasının buraxılması sahəsində nəhəng işlərə start verilmişdi. Qərbin ölkəmizə qarşı apardığı “soyuq müharibə” şəraitində belə Stalin Sovet iqtisadiyyatını kapitalist ölkələrindən tam azad avtarkiyaya çevirmişdi. Sovet İttifaqı öz daxili tələbətı üçün lazım olan hər şey buraxırdı. Ölkə daxilində istehsalçılar arasında heç bir konkurensiya yox idi. Qərb dünyasının özgə resurslarının mənimsənilməsinə və aşağı əmək haqqı ödənişinə hesablanmış parazitik təsərrüfat sistemi bizim ölkəmizə girə bilmirdi. Məhz bu səbəbdən SSRİ faşizm hücumu nəticəsində dağıdılmış iqtisadiyyatını bərpa edə bildi, hətta tez bir zamanda dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrildi. Balanslaşdırılmış dövlət büdcəsi formalaşdı, Sovet rublu dünyanın ən güclü valyutaları sırasında yer aldı.
 1942-ci ildə Rusiya Pedaqoji Elmləri Akademiyası, 1943-cü ildə SSRİ Səhiyyə Elmləri Akademiyası yaradılmışdı. Müharibədən sonra SSRİ Elmlər Akademiyasında müxtəlif sahələri əhatə edən 30 yeni institut fəaliyyətə başlamışdı. 1950-ci ildə elmi müəssisələrin sayı 40 faiz, tələbələrin sayı 50 faiz artmışdı. 1946-1950-ci illərdə xalq təsərrüfatında 662 min ali təhsilli mütəxəsis işləməyə başlamışdı. Mağazalar cürbəcür ərzaq və sənaye malları ilə dolmuşdu, defisit aradan qaldırılmışdı. Qastronomlardakı ərzaqların seçimi müasir supermarketlərdən çox idi və ən əsası, indiki kimi GMO deyil, ekoloji təmiz məhsullardan ibarət idi. 1953-cü ildə fəhlənin maaşı 800 manatdan 3000 manata kimi idi. Şaxtyorlar və metallurqlar 8000 manat alırdılar. İşə yeni başlamış mühəndis 1300 manat, raykom katibi 1500 manat alırdı. Alimlərin maaşı 10000 manat idi. Xatırladaq ki, həmin dövrdə “Moskviç” maşınının qiyməti 9000 min manat, ağ çörək 3 manat, qara çörək 1 manat, südün litru 2,2 manat, mal ətinin kilosu 12,5 manat, balığın kilosu 8,3 manat, kartofun kilosu 45 qəpik, “Jiquli” pivəsi (0,6 litr) 2,9 manat, çitin metrəsi 6,1 manat idi. Yeməkxanada doyunca yemək 2 manat tuturdu, iki nəfərə restoranda gen-bol yeyib içmək 25 manata başa gəlirdi. Spitli içkilərin istifadəsi 1953-cü ildə 1938-ci illə müqayisədə 2 dəfə azalmışdı; SSRİ içmək sahəsində dünyada ən axırınc yerlərdən birində gedirdi- xalq ayıq və sağlam həyat tərzi sürürdü. SSR-nin bütün şəhərlərində Stalin dövründən parklar qalıb ki, bu parklar insanların kütləvi və ucuz istirahəti üçün nəzərdə tutulmuşdu. Bu parklarda oxu və oyun (şahmat, bilyard) zalları, pivəxana, dondurmaxana, rəqs meydançası və yay teatrı vardı.
 SSRİ Nazirlər Sovetinin 28 fevral 1950-ci il qətnaməsinə əsasən, Sovet rublu qızıla söykənirdi ki, bu da dolların Sovet məkanına təsirini yox edirdi. Stalin həmişə deyirdi ki, ölkəni dollardan qorumaq lazımdır. O yeganə liderdir ki, dollarla ticarətin qarşısını almışdı. 1944-cü ildə beynəlxalq güclər Bretton-Vuds müqaviləsi bağlayarkən SSRİ bu müqaviləni imzalamaqdan imtina etmişdi. Beynəlxalq yəhudi maliyyəçiləri 44 ölkəni bir yerə toplamışdılar və dolların hegemonluğuna nail olmaq niyyətindəydilər. Öz milli valyutasını buraxmaq istəyən ölkə həmin valyutanın miqdarında ABŞ-a qızıl verməliydi. Bu yolla həmin ölkələrin Mərkəzi Bankları avtomatik olaraq ABŞ-ın Federal Rezerv Sisteminin filialına çevriləcəkdi. Stalin beynəlxalq güclərin bu planın alt-üst etdi. Çoxları bilmir ki, dollar pul deyil, ABŞ-ın yəhudi bankirlərinə məxsus Federal Rezerv Sisteminin çap etdiyi kağızdır; məhz həmin kağızın ayaqda qalması hesabına yəhudi bankirlər dünya ölkələrinin resurslarını ələ keçirirlər və iqtisadiyyatlarını iflic edirlər.
 Stalin dollarla ticarətdən imtina etdikdən sonra SSRİ və onun himayə etdiyi sosialist ölkələrindən başqa dünyanın bütün ölkələri ABŞ-ın maliyyə nəzarəti altına düşdü. Həmin ölkələr ABŞ-ın faktiki koloniyasına çevrildilər. 1955-ci ildə Stalinin planı əsasında dollardan kənar dünya maliyyə sistemi yaradıldı ki, burda əsas rolu Sovet qızıl rubl oynayırdı. Dünyanın 25 ölkəsi dollardan kənar ticarət zonasında iştirak barədə sənəd imzaladılar. Lakin Stalinin ölümündən sonra həmin zona fəaliyyətini dayandırdı. Belə ki hakimiyyətə gələn Xruşşov qızıl rubl ideyasını kökündən baltaladı və SSRİ ticarətini dollarla aparmağa başladı. Qərb “ictimaiyyətinin” Stalinə hədsiz nifətinin səbəblərindən biri də budur: Stalin yəhudi bankirlərinə Sovet xalqlarını maliyyə asılılığına salmağa imkan verməmişdi. BMT-nin göstəricilərinə görə, dolların sıradan çıxarılması ilə Sovet eksportu iki dəfə çoxalmışdı. Bundan başqa, Sovet sənayesinin istehsalı dəfələrlə atmışdı və iqtisadiyyat sürətli inkişaf xəttinə qədəm qoymuşdu. Dollardan imtina etməklə həm də Sovet İttifaqı ABŞ-dan texnologiyalar almamışdı və öz texnikasının təkmilləşdirərək çoxaltmağa nail olmuşdu.
 Tədqiqatçı Serqey Jelenkov Stalini “Rus torpağının qoruyucusu” adlandırır. Demokratlar Stalinin milyonlarla insanı qırdığını iddia edirlər. Amma Stalin dövründə əhali azalmamış, əksinə 41 milyon artımışdı. Stalin necə tiran və despot olub ki, işlədiyi dövrdə dövlətdən qara qəpik də oğurlamayıb, büdcənin pulları xalq üçün məktəblər, xəstəxanalar, doğum evləri, uşaq bağçaları, teatrlar, stadionlar, kitabxanalar, kənd klubları, universitetlər, fabriklər, zavodlar, kanallar, elektrostansiyalar, atom reaktorları tikilməsinə, tanklar, gəmilər, tanklar, təyyarələr düzəldilməsinə sərf olunub! Stalin necə qaniçən olub ki, xalqın acından ölən aşağı təbəqəsi içindən alimlər, mühəndislər, arxitektorlar, inşaatçılar, təyyarəçilər, maşinistlər, həkimlər, müəllimlər, tələbələr, hərbçilər, şaxtyorlar, metallurqlar, kombaynçılar, traktorçular, rəssamlar, yazıçılar, dəzgahçılar, frezerçilər, aqronomlar, mexanizatorlar, ixtiraçılar yetişib və hamısı da layiqli maaş alıb!
 Stalin haqqında çirkli iftiralar Stalin proyektini məhv etməyi qarşısına məqsəd qoymuş Xruşşovun vaxtında quraşdırılmışdır. Ruslarda bir məsəl var, cırtdanlar üçün istənilən böyük adam- qorxu mənbəyidir. Stalin planına görə vətənimiz SSRİ möhtəşəm bir dövlət kimi dünya liderinə çevrilməliydi və bəşəriyyətə fərqli yaşam relsinə- yaradıcılıq və rifah yoluna adlamaqda kömək etməliydi. Stalindən sonra hakimiyyətə gələn Xruşşov bu misilsiz proyekti alt-üst etdi. Xruşşov SSRİ-ni Qərb dünyası ilə “süh şəraitində yaşamaq” yoluna yönəltdi. İnsanı kosmosa uçuracaq, humanitar inqilablar edəcək, bəşəriyyəti qullar və istifadəçilər toplusundan yaradıcılar və sənətkarlar toplusuna çevirəcək bir sıra analoqsuz proqramlardan imtina olundu. Stalin hələ hakimiyyətdə oturmayanda sionist bolşeviklərin törətdikləri bütün cinayətlər Stalinin adına yazıldı. Stalin kimi düha xalqa qara, şər qüvvə kimi sırıdıldı.
 Liberallar və demokratlar Stalinə ona görə nifrət edirlər ki, Stalin zəhmətkeş kütlənin arxasında dayanmışdı. Stalin indiki ac qurdlara fəhlə və kəndlinin əməyini istismar etməyə imkan vermirdi. Stalinin hakimiyyətdə olması və diktə etdiyi qayda-qanun büdcəni talamağa əl yeri qoymurdu. Kapitalist hakimiyyətlərinə xalqın güzaranı lazım deyil, gəlir lazımdır. Stalin indiki bəylərin, xanların anasını ağlar qoymuşdu, imkan vermirdi büdcədən oğurladıqları pulları ofşorlara köçürüb xalqı ac-yalavac qoysunlar, özləri və balaları xaricdə şad-xürrəm yaşasınlar. Stalinin liberallar və demokratlar qarşısında tək günahı da budur!
 Sovet vaxtı Qərbdə dövriyyədə olan əhalinin maddi rifahının yüksəldilməsinə hesablanmış bütün sosial proqramlar da elə SSRİ-nin nailiyyətlərinə görə idi; Qərb kapitalistləri qorxurdular ki, orda da fəhlələr Sovetlərdəki kimi yaşamaq istəsinlər, inqilab etsinlər, ona görə də ara-sıra xalqın qayğısına qalaraq yardım göstərirdilər. Qərbdə olan az-çox rifah SSRİ ilə rəqabətə görə yaradılmışdı. Sosialist düşərgə ilə mübarizə kapitalistləri məcbur edirdi ki, büdcə işçilərinin və fəhlələrin həyat şərtlərini yaxşılaşdırsınlar və yüksək maaş versinlər. Bəzən işçilərin dolanışığını yaxşılaşdırmaqla, onların maddi vəziyyətinin yüksəldilməsinə diqqət ayırmaqla öz xalqlarını bir növ ələ alırdılar. Əks təqdirdə xalqlar sosialist düşərgəyə meyllənəcəkdilər, SSRİ-dəki kimi həyat şəraiti istəyəcəkdilər, narazılıqlar baş qaldıracaqdı, inqilablar olacaqdı. Bu yolla özlərini ölkələrində baş verə biləcək sol inqilablardan sığortalayırdılar. İşçilərin həyat şəraitini yaxşılaşdırmaqla, sosial durumunu gücləndirməklə bir növ yerli kommunist partiyaların sosial bazasını zəiflədirdilər.
 Stalin tarixdə misli görünməmiş böyük reformalar həyata keçirmək istədiyi ərəfədə həyatdan getdi. Stalinin ən böyük arzusu əhalinin şad-xürrəm, sosial problemlərsiz yaşadığı kommunizm cəmiyyəti qurmaq idi. Stalin deyirdi ki, biz həmin cəmiyyətə çörəyi pulsuz etməkdən başlayacayıq: “Mənim hesabıma görə əgər beynəlxalq çətinliklər yaranmasa, yəni müharibə başlamasa, biz bu işə 1960-cı ildə başlayacayıq”.
 Stalin iş gününü 2 saata endirmək istəyirdi. O deyirdi ki, işçi gün ərzində 2 saat işləsə bizə bəsdir. Onun qurduğu dövlətin mexanizmi belə idi ki, hər bir adam öz sənətinə gündə 2 saat ürəklə can yandırardısa, bu qüdrətli dövlət inkişaf dinamikasında davam edəcəkdi.
 Bu gün Stalini söyən liberal şarlatanlar onu deməyi unudurlar ki, Stalinin rəhbərliyi dövründə Yer üzündə ilk dəfə fəhlənin iş günü 8 saata endirilmişdir. Stalin fəhləni 8 saatdan artıq işlətməyi qadağan etmişdi- Stalinə kimi Yer üzündə belə bir “möcüzə” olmamışdı- fəhlə ağaya canı çıxana kimi işləməliydi. Stalinin yaratdığı Sovet hökuməti fəhləni birbaşa, müdirin könlü belə istəyir deyə işdən çıxarmağı qadağan etmişdi. Liberallar onu deməyi unudurlar ki, Stalinin rəhbərliyi dövründə Yer üzündə ilk dəfə hər ilin axırında məzuniyyət üçün pul ödənilmişdir. Stalinin yaratdığı Sovet hökuməti ildə bir dəfə fəhləyə maaşını ödəmək şərtilə məzuniyyət vermişdir- o vaxta kimi Yer üzündə belə bir “özbaşınalıq” görünməmişdi. Liberallar onu deməyi unudurlar ki Stalinin rəhbərliyi dövründə Yer üzündə ilk dəfə xalqa pulsuz orta və ali təhsil verilmişdir. Bəli, dövlət xalqa pulsuz orta və ali təhsili rəva görmüşdü- Stalinə kimi Yer üzündə belə “tiraniya” görünməmişdi. Liberallar bunlar barədə susurlar, çünki belə məsələlər onlara və Qərbli ağalarına sərf etmir. Stalin pulsuz xəstəxanalar açmışdı- Stalinə kimi Yer üzündə belə bir şey də olmamışdı. Stalin zəhmətkeşlərə pulsuz mənzil verirdi- Stalinə kimi fəhlə nə idi, havayı ev nə idi?! Stalinə kimi fəhlə-kəndlini adam yerinə qoyan yox idi, amma Stalindən sonra onlar cəmiyyətin hörmətli təbəqələrinə çevrilmişdilər. Stalin zəhmətkeşi hər il pulsuz sanatoriyaya göndərirdi və başdan ayağa müalicə etdirirdi- Stalinə kimi bəşər tarixində belə “diktatura” görünməmişdi. Stalin dövründə mübahisə və ya konfliktli hal yaranarkən rəis və ya məmurun tərəfini yox, fəhlənin, kasıbın tərəfini tuturdular- o vaxta kimi Yer üzündə belə “qudurğanlıqlar” olmamışdı. Liberalların Stalinə nifrəti məhz bu səbəblərdən qaynaqlanır.
 Köməkçisi Beriya qeydlərində Stalinin planları barədə belə deyir: “Yoldaş Stalin fəhlənin iş gününün 5 saata endirilməsi kimi böyük məsələ qaldırıb. Əgər biz buna nail olsaq, böyük dəyişiklik olacaq. Səhər 9-da işə başladın, fasiləsiz işlədin, 2-də iş qurtardı. Günorta yeməyini yedin və azadsan. Biz bununla kapitalizmi üstələyəcəyik. Onlar bu cür bacarmazlar, onlara qazanc lazımdır. Fəhlələr isə onlara deyəcəklər ki, bəs necə olur ruslar cəmi 5 saat işləyirlər və bizdən də yaxşı yaşayırlar? Deyəcəklər yox, belə olmaz, bizə də sosializm və Sovet hakimiyyəti lazımdır, biz də adam kimi yaşamaq istəyirik. Bax məhz bu kommunizmin dinc zəfəri olacaq”. Beriya qeydlərində Stalinin fəhləyə münasibəti barədə danışarkən bildirir ki, Stalin insanların boş vaxtlarının çox olmasını, lakin bu boş vaxtdan istifadə edib ikinci ali təhsil almalarını istəyirdi: “İnsanlar işləməyi də, dincəlməyi də bacarmalıdırlar. İdmanla hamı məşğul olmalıdır. Əgər fəhlənin iş günü cəmi 5 saat olsa, onda o bütün ömrü boyu oxuyub öyrənə biləcək. 10 il keçdi, yenidən 2 ay parta arxasına otur, tarixi, coğrafiyanı yenidən öyrən. Əgər bildinsə, imtahan ver. Bu qədər boş vaxtın var, təkmilləş. Sovet hökumətinin verdiyi töhfələrdən bəhrələn və özünü gücləndir”.
 Stalin “SSRİ-nin iqtisadi problemləri” kitabında yazırdı: “Cəmiyyətin elə bir mədəni inkişafına nail olmaq lazımdır ki, cəmiyyətin bütün üzvlərinin fiziki və əqli qabiliyyətlərinin hərtərəfli inkişafını təmin etsin. İnsanlar onları cəmiyyətin tərəqqisinin aktiv üzvlərinə çevirməyə bəs edəcək təhsil almaq imkanına malik olmalıdırlar. İnsanlar sənət seçməkdə azad olmalıdırlar, mövcud əmək bölgüsü ucbatından bütün həyatı boyu təkcə bir sənətə ilişib qalmamalıdırlar. Bunun üçün nə tələb olunur? Bunun üçün ilk növbədə iş saatını əvvəl 6 saata, sonra isə 5 saata endirmək lazımdır. Bu onunçün lazımdır ki, insanların hərtərəfli təhsil almaqları üçün kifayət qədər boş vaxtları olsun. Ümumi məcburi politexnik təhsil vermək lazımdır ki, insanlar bütün həyatı boyu bir sənətə qandallanıb qalmasınlar və sənət seçməkdə azad olsunlar. Fəhlə və işçilərin mənzil şəraitini köklü surətdə yaxşılaşdırmaq, real maaşlarını minimum 2 dəfə və daha çox qaldırmaq lazımdır. Bunu həm əməkhaqqını birbaşa qaldırmaq yolu ilə, həm də ərzağın qiymətini sistematik aşağı salmaq yolu ilə etmək lazımdır”.
 Çin xalqının lideri Mao Tszedun 1964-cü ildə belə demişdi: “Stalinin vəfatından sonra SSRİ-də hakimiyyətə millətçilər, karyeristlər və rüşvətxorlar gəldilər. Vaxt çatanda onlar maskalarını atacaqlar, partbletlərini tullayacaqlar və açıq-aşkar öz qəzalarını feodallar və mülkədarlar kimi idarə edəcəklər”.
 Stalin göstərirdi ki, ölkəni milli avtonomiyalara bölmək olmaz, belə bölgü onu əvvəl-axır parçalayacaq. Stalin əraziləri tarixən formalaşmış iqtisadi əlaqələr əsasında birləşdirmək istəyirdi. O xalqların müstəqilliyinə qarşı çıxır, bildirirdi ki, xalqlar yalnız Sovet təhlükəsizlik çətiri altında xarici aqressorlara sinə gərə bilərlər və yalnız rus xalqı ilə birgə əmin-amanlıqda yaşaya bilərlər. O deyirdi: “Müstəqillik yalançı görüntüdən başqa bir şey deyil. Müstəqillik adı altında əslində ölkənin imperialistlərdən tam asılılığı gizlədilib”. Qeyd edək ki, 1922-ci ildə Stalin Azərbaycanın da Rusiyanın tərkibinə qəbul edilməsi məsələsini qaldırmışdı, lakin bu işə Trotskinin başçılıq etdiyi yəhudilərdən ibarət qrup mane olmuşdu- onlar Azərbaycanı gələcək Xazariyanın forpostu- alternativ İsrail kimi nəzərdə tutmuşdular.
 Stalin 1990-cı illərdə yenidən start götürmüş, biz də daxil olmaqla dünya xalqlarını zülm və səfalətlə üz-üzə qoymuş başıbəlalı qloballaşmanı 60 il geri atmışdı. 2-3 dekabr 1989-cu ildə Maltada Qorbaçov SSRİ-ni amerikan sionistlərinə satdı və Sovet xalqlarını böyük fəlakətlərə düçar etdi. SSRİ-nin dağılması və respublikaların müstəqil olması köhnə Hitler planı idi ki, nəhayət 1990-cı ildə həyata keçdi. Stalin 9 may 1945-ci ildə Qələbə münasibətilə etdiyi çıxışında demişdi: “Üç il qabaq Hitler xalq qarşısında bəyan etmişdi ki, mənim vəzifəm SSRİ-ni parçalamaq, Qafqazı, Ukraynanı, Belorusiyanı, Pribaltikanı və başqa vilayətləri ondan ayırmaqdır. O birbaşa bildirirdi: “Biz Rusiyanı məhv edəcəyik ki, bir də baş qaldıra bilməsin”. Bu üç qabaq idi. Amma Hitlerin bu gicbəsər ideyaları həyata keçmədi- müharibənin gedişatı onları külə döndərdi”. Hitlerin edə bilmədiyini 1990-cı illərdə hakimiyyətə yiyələnmiş liberal-demokratlar etdilər. SSRİ dağıldı, Sovet xalqları beynəlxalq imperializmin qullarına çevrilərək əzildilər. Stalin bu prosesin proqnozunu 1941-ci ildə belə vermişdi ki, onun dedikləri bütün dəqiqliyi ilə təsdiqini tapdı: “Sovet hökuməti dağılsa, kapitalizm bərqərar olacaq, respublikalar Qərbin xammal koloniyalarına, xalqlar isə dünya imperializminin zavallı qullarına çevriləcəklər. Cinayətkar elementlər hakimiyyəti ələ keçirən kimi bonapartik qaydalar yaradacaqlar. Bu mənfur və alçaq satqınlar ilk əvvəl sosialist mülkiyyətindən imtina edərək ölkənin vacib və gəlirli təsərrüfat obyektlərini kapitalist elementlərə satacaqlar. Sovxoz və kolxozları qeyri-rentabellidir adı qoyaraq ləğv edəcəklər. Traktorları və digər çətin kənd təsərrüfatı maşınlarını fermerlərə verəcəklər ki, bu da kəndlərdə qolçomaq quruluşu yaradacaq. Xalqı xarici kreditlərin sələminə zəncirləyəcəklər. Sənaye müəssisələrini Qərbin imperialist dövlətlərinin konsessiyasına verəcəklər. Nefti xaricilərə bağışlayacaqlar. SSRİ-nin dağılmasına, respublikaların müstəqilliyinə çalışanların kökü xarici kəşfiyyatlara bağlıdır. Əgər bu adamlar vaxtında güllələnməsə, onlar xalqı məhv aparacaqlar”.
 Stalin sosializmi güclü dövlətçilik, fəxr ediləsi imperiya, sosial ədalət, industrializasiya, ekoloji təmiz məhsul, xalqın həqiqi hakimliyi, havayı təhsil, havayı tibb, havayı ev, qiymətlərin ardıcıl enməsi, elmin inkişafı, əmin-amanlıq, nizam-intizam və qanunçuluq demək idi. Müstəqillik isə xammal koloniyası olmaq, sosial bərabərsizlik, yerlibazlıq, tayfabazlıq, zavod və fabriklərin dağıdılması, saxta ərzaq, sahibkarların soyulması, oliqarxların qudurğanlığı, pullu təhsil, pullu tibb, ipotekalı mənzil, bank sələmi, qiymətlərin ardıcıl qalxması və elmi deqredasiya ilə müşayiət olundu.
 Stalin deyirdi: “Rus çarları bir ucu Kamçatkaya çatan böyük bir dövlət yaratdılar. Biz bu dövləti gücləndirdik, mülkədar və kapitalistlərin maraqları çərçivəsində yox, zəhmətkeşlərin, bütün xalqların xeyrinə birləşdirdik. Bu dövlətin mahiyyəti belədir ki, hansısa hissəsi ayrılıb müstəqil olmaq istəsə, avtomatik özgə kabalanın əsarəti altına düşəcək. Odur ki bu birliyi pozan, millətçilik salan, ayrılmaq istəyən hər kəs bu dövlətin və xalqların düşməni, qatı düşməni hesab olunmalıdır. Kimliyindən asılı olmayaraq belə adamlar bütün ailəsi və tayfası ilə birgə məhv edilməlidir”.
 Liberallar Stalinə niyə “tiran” adı qoyublar? Stalin öz “despotizmini” gücləndirmək üçün hər yerdə məktəblər, xəstəxanalar, doğum evləri, teatrlar, stadionlar, kitabxanalar, kənd klubları, universitetlər, fabriklər, zavodlar, kanallar, su və atom elektrik stansiyaları tikmişdi. Stalin öz “diktaturasına” dayaq vermək üçün acından ölən kasıb zümrənin içindən alimlər, mühəndislər, ustalar, arxitektorlar, təyyarəçilər, maşinistlər, həkimlər, müəllimlər, tələbələr, hərbçilər, şaxtyorlar, metallurqlar, kombaynyorlar, traktoristlər, pambıqçılar, rəssamlar, yazıçılar, xarratlar, aqronomlar, mexanizatorlar, ixtiraçılar yetişdirib çıxarmışdı. Əlbəttə bu “demokratik” dünyanın xoşuna gələ bilməzdi; xalqı başlı-başına buraxıb qabağa getməsinə imkan vermək olmaz- onun acından ölmək, bir tikə çörəkdən ötrü min cür əziyyətə qatlaşmaq, bankdan kredit götürüb ağır sələm ödəmək azadlığı olmalıdır.
 Stalinin siyasi fəaliyyəti elə çoxşaxəlidir ki, araşdırmaçılar onun hərəkətlərini hər dəfə bir cür mənalandırırlar və yeni-yeni üfiqlər açırlar. Stalin Sovet hakimiyyətinin ilk illərindən hakimiyyəti tutmuş iudeyləri vəzifələrdən qovub çıxardı və onların yerinə qoy xalqların nümayəndələrini gətirdi. Yəhudi internasionalının 20 illik hegemonluğu nəticəsində dövlət aparatının müəssisə və təşkilatlarında, mədəniyyət, elm, incəsənət və digər imtiyazlı sahələrdə əksər vəzifələrə əsasən yəhudi millətindən olan şəxslər oturmuşdu. Yüksək postlara yiyələnmiş yəhudi məmurlar ətraflarına yalnız öz soydaşlarını yığmaqla məşğul idilər. Nəticədə ruslara və digər qeyri-yəhudi xalqlara yuxarıdan aşağı baxan eqoistik qapalı kasta yaranmışdı. SSRİ əhalisinin 80 faizini slavyanlar təşkil etsələr də, onlar idarəçilikdə ikinci rola atılmışdılar. Apardığı dövlət siyasətində ruslara arxalanan Stalin kadrların milli nizamlanması tapşırığını verdi, rus və qeyri-yəhudi xalqların nümayəndələrini irəli çəkdi. Dövlət müəssisə və təşkilatlarını yəhudi oylaqlarına çevirmiş bəzi ağaların bu əlbəttə xoşuna gələ bilməzdi. Onlar Stalinin həmin ədalətli milli siyasətində “antisemitizm kampaniyası” görürdülər. Kosmopolitlər Stalinin həmin siyasətinə qarşı qızğın mübarizə aparır, uğurlu dövlətçilik işini sabotaj etməyə çalışır və zərbələr endirməyi planlaşdırırdılar.
 Rus xalqına yüksək qiymət verən Stalin özü haqqında belə deyirdi: “Mən gürcü əsilli rusam”. Stalin siyahı tutmuşdu ki, bu siyahıya daxil olan dövlət vəzifələrində yalnız ruslar işləməli idilər. Hərbi dairələrinin komandirləri, qarnizon və sərhəd dəstələrinin rəisləri, respublikalarda təhlükəsizlik, daxili işlər və rabitə nazirləri, dəmir və hava yolları rəhbərləri, ittifaq əhəmiyyətli müəssisə direktorları kimi vacib postlar həmin siyahıya daxil idi. Respublikaların ikinci katibləri hökmən rus olmalı idilər və Moskvadan təyin edilməliydilər. Respublikaların baş nazirlərinin birinci müavinləri də hökmən rus qoyulmalıydı. Liberal şüvənlər belə yanaşmada “velikorus şovinizmi” görsələr də, əslində bu yəhudilərin klan halında yuxarılara dürtülməsinin qarşısını alır, yerli xalqların nümayəndələrinin də irəli getməsinə münbit şərait yaradırdı. Praktika göstərir ki, yəhudi-kürd idarəçiliyindən fərqli olaraq rus idarəçiliyi olan yerdə korrupsiyadan əsər-əlamət olmur, qeyri-yəhudi xalqların nümayəndələri də yüksələrək cəmiyyətdə və dövlət ierarxiyasında öz layiqli yerlərini tuta bilirlər.
 Müharibədən sonra artıq iudey üsul-idarəsindən əsər-əlamət qalmamışdı, SSRİ dövlət mexanizmi daha çox Rusiyanın qədim dövlətçiliyini xatırladırdı. Geopolitoloji cəhətdən SSRİ dünyanın ən nüfuzlu dövlətinə çevrilmişdi. Rus xalqı ölkədə təşkilatçı və rəhbər rola yüksəlmişdi. Stalin Rus xalqına yüksək qiymət verərək deyirdi ki, “bizim hələ də Rusiyanın oynadığı rolu başa düşməyə əzmimiz və vətənpərvərliyimiz çatmır”. Molotovun sözlərinə görə, Stalin deyirdi: “Rusiya olduqca bütün Sovet xalqlarına da yaxşı olacaq”. Stalin başa düşürdü ki, dövlətçilikdə stabilliyyə yalnız Rus xalqının sayəsində nail olmaq mümkündür, ona görə də əvvəlki rəhbərlikdən fərqli olaraq rus kadrların nəinki mərkəzdə, həm də ittifaq respublikalarında irəli çəkilməsi siyasətini həyata keçirir, onlara hərtərəfli dəstək verir və ruhlandırırdı. Onun dövründə SSRİ idarəetmə sisteminin əsas özəyini rus kadrlar təşkil edirdi. Rus xalqı mənəvi və iqtisadi cəhətdən ən qabaqcıl xalq kimi sosializm quruculuğu işində xalqların önündə gedirdi. Rus xalqının mənəvi-əxlaqi dəyərləri dövlətin ideoloji nüvəsini təşkil edir və mətbuatda mədh olunurdu. Hətta SSRİ-ni idarə edən Kommunist Partiyasının Rusiya milli partiyasına transformasiya olunması məsələsi gündəmə gətirilmişdi. Vətənpərvərlik yüksək vətəndaşlıq amalına, Stalin isə xalqçı lider kimi kulta çevrilmişdi. Stalin bildirirdi ki, nə vaxtsa bütün dünyada Sovet hakimiyyəti bərqərar olacaq, onda rus dili bütün dünyada ünsiyyət dilinə çevriləcək. Stalin faktiki olaraq nüvəsində iudeylərin durduğu kommunist diktaturasına əsaslanan Sovet dövlətini dəyişərək nüvəsində rusların durduğu xalqçı Sovet sistemi yaratmışdı. O bu istiqamətdə çalışarkən dövlət aparatını yəhudi kosmopolit elementlərindən təmizləmiş, vəzifələrə vicdanlı, işlək, şəxsi mənfəət güdməyən rus adamlarını gətirmişdi. Stalin yanaşmasına görə, yüksək dövlət postlarına, mərkəzi aparat orqanlarına yalnız ruslar və digər slavyanlar oturmalıydı. Stalinin xüsusən müharibədən sonrakı fəaliyyəti bu istiqamətə yönəlmişdi. Yəqin bu səbəbdən idi ki, Stalinin dövründə dövlət aparatında korrupsiyadan əsər-əlamət belə yox idi.
 Stalin özünkülərdən başqa heç kəsi vəzifələrə buraxmayan yəhudi millətçilərinə tutarlı zərbələr endirdi. Stalinin şəxsi təşəbbüsü ilə Kommunist Partiyasının yəhudi seksiyası bağlandı. Bir çox yəhudi millətçi təşkilatları, eləcə də mətbu orqanları qapadıldı. Kriptoyəhudi demaqoq yazıçıların yığışdığı Rusiya Proletar Yazıçılar Assosiasiyası dağıdıldı və onun rəhbəri Leopold Averbax güllələndi. Proletar Yazıçılar Assosiasiyasının qapadılması onların əlindən cana bezmiş rus yazıçıları tərəfindən sevinclə qarşılandı. Mixail Prişvin, Sergey Klıçkov, Aleksandr Fadeyev kimi yazıçılar bu addımı alqışladılar; yerli ədiblərin yaradıcı fəaliyyəti üçün normal atmosfer yarandı. Aleksandr Fadeyev Yazıçılar İttifaqının sədri təyin olundu və o ətrafına vətənpərvər-dövlətçi mövqedə dayanan yerli ədibləri topladı. Rus milli qəhrəmanlarına həsr olunmuş əsərlər işıq üzü gördü. Rus milliliyi yenidən dirçəldi.
 Londonun “Tayms” qəzeti 8 sentyabr 1959-cu ildə yazırdı: “Sovet ierarxiyasında 1917-ci il inqilabından sonra mövcud olan yəhudilərin nüfuzu indi yox olmuşdur”. Məlum oldu ki, əvvəllər ilkin Sovet hökumətini bəyənən, ondan ağızdolusu danışaraq mədh edən dünya iudeyləri indi ona, amerikan yazıçısı Ceyms Miçenerin dediyi kimi, “messian nifrəti bəsləyirlər”. Niyə? Çünki daha yəhudilər üçün bağda havayı ərik yox idi. Tanınmış yəhudi ravvini Şneyder 29 noyabr 1966-cı ildə yazdığı “Rus iudeylərinin vaxtı sona çatdı” adlı məqaləsində göstərirdi ki, SSRİ iudeylərinin dini həyatında sönüklük yaşansa da, ruslarda xristianlığa böyük həvəs yaranıb. Əlbəttə ki Dünya İudaizmini belə meyllər qane edə bilməzdi. Nəticəsi də o oldu ki, Amerikanın yəhudi strateqi Kissincer (Obama kimi ona da Sülh mükafatı verilmişdir) Rusiyanı atom raketləri ilə bombalayıb dağıtmağa çağırışlar etdi. Digər yəhudi Şlezingerin müdafiə naziri olduğu dövrdə Amerikanın bütün uzaqvuran raketləri Sovet İttifaqının yaşayış məskənlərinə tuşlanmışdı. Çünki Rusiya artıq iudey idarəçiliyindən qurtulub azad olmuşdu. Professor Yevgeni Messner 1971-ci ildə dünya iudeylərinin Sovet hökumətinə münasibəti barədə belə yazırdı: “Dünya hökmranlığı ilə bağlı iki istək yola gedə bilmir, odur ki indi sionistlər (ümumiyyətlə onlarla birgə yəhudilər) bütün dünyada antisovet kampaniyaları aparırlar”.

STALİN – XALQLAR ATASI

 Yazıçı Dimarq Uzoltseff bildirir: “Stalin özündən bir neçə yüz il əvvəl xarici işğalçılar tərəfindən qul halına salınmış 250 milyon zavallını azadlığa çıxardı- Stalin kimi ata olmasaydı, Qərb sivilizasiyası onlardan torpağı gübrələmək üçün peyin kimi istifadə edəcəkdi”.
 Stalinin tarixi səhnəyə çıxması yəhudilərin Bibliya konsepsiyasını alt-üst etdi. İnsanların “Allahın seçilmiş xalqı” tərəfindən istismarı bitdi. Stalin yeni insan sivilizasiyasının formalaşmasına təkan verdi. Stalin dünya tarixində ilk dəfə Yer kürəsində iudey hegemonluğuna son qoydu. Stalin yüz milyonları adamı ölümdən, köləlikdən xilas etdi. Stalin SSRİ-si onlarla əzilmiş Avropa, Asiya və Afrika xalqlarını Qərb imperializminin müstəmləkə boyunduruğundan, əsrlərlə əzdiyi istismardan qurtardı. Stalinin yaratdığı Dünya Sosializm Sistemi iudeylərin Dünya Kolonial Sistemini iflasa uğratdı, onlarla ölkəni kolonial köləlikdən çıxardı.
 13-15 fevral 1945-ci ildə ABŞ və İngiltərə təyyarələri heç bir hərbi ehtiyac olmadığı halda Almaniyanın Drezden şəhərini bombaladılar. Şəhər xaraba qaldı, yüz minlərlə insan yanıb külə döndü. Hətta yollarda geriyə köçən insanlara belə rəhm etmədilər, onları da bombalayıb qırdılar. Sovet əsgərləri Drezdenə girəndən sonra isə almanlara şəhəri yenidən tikməkdə kömək etdilər. Tarixi Drezden şəhəri rusların hesabına tikilib bərpa olunmuşdur. Xatırladaq ki, Drezdendən sonra Almaniyanın Vürtsburq, Xildesxaym, Paderborn, Pfortsxaym şəhərləri də ABŞ və İngiltərə aviasiyası tərəfindən bu cür bombalanıb xaraba qoyuldu, əhalisi məhv edildi. Sionistlər Yer üzündə dinc sakinlərə növbəti cəhənnəm yaşatdılar. Amma heç kəs bunu xolokost saymadı- “dünya ictimaiyyəti” həmişə olduğu kimi sionistlərin amansız cinayətinin üstündən sükutla keçdi.
 Tədqiqatçı jurnalist Vladimir Molçanov yazır: “Müharibənin son günlərində alman xalqına münasibətdə Qızıl Ordusunun göstərmiş olduğu çox görkəmli insani igidliyi qiymətlindərməmək çətindir. Reyxin sərhədlərinə yaxınlaşmış Sovet əsgərlərini bərk həyəcanlandırmış o nifrəti mən təsəvvür edərəm. Almanı və faşisti bir-birindən fərqləndirməyi öyrənmək onlara asanmı idi? Arvadlarını, uşaqlarını, valideynlərini Xatında elliklə yandırdıqları, Babiy Yara, həbs düşərgələrinə saldıqları, yaxud faşist sürgününə göndərdikləri həmin adamlar üçün bu asanmı idi? Ölkəsi hitlerçilərin təqsiri üzündən 20 milyon adam itirmiş həmin adamlara bu asanmı idi? Qisas almaq heç vaxt xalqımızın səciyyəvi əlaməti olmayıb və heç vaxt da olmayacaq. Lakin həmin şəraitdə özündə bu hissiyatı boğmaq asanmı idi? Öz-özlərinə dedilər: “Əvəz əvəzə bizim meyarımız deyil” və hissiyyata üstün gəldilər. 1945-ci ildə Almaniya əhalisinin nə qədər olduğunu bilmək istəyirsinizsə, statistika məlumat kitabçalarına nəzər salın. Əgər o zaman Sovet əsgərləri “Əvəz-əvəzə bizim meyarımız deyil” sözlərini deməsəydi, onda Almaniyanın və onun xalqının başına nə gəlmiş olardı?.. Onlar nasizmin ərpini alman xalqından ayıra bildilər”.
 Stalin müharibədən sonra alman xalqını məhv olmaqdan xilas etdi. Hitlerin müharibəni uduzacağı bəlli olarkən 1944-cü ilin sentyabrında Çerçill və Ruzvelt Kanadanın Kvebek şəhərində gizlicə görüşərək Almaniyanı necə bölüşdürəcəklərini və çökdürəcəklərini müzakirə etmişdilər. Onların tərtib etdiyi proqrama görə, Almaniya bir neçə yerə bölünəcəkdi, Rur və Saar kimi vacib sənaye rayonlarını anqlosaksonlar götürəcəkdi, bütün ağır sanəyesi və ordusu məhv edilərək aqrar ölkəyə çevriləcəkdi. Proqramda hətta o da göstərilirdi ki, Almaniyanın meşələri tam kəsiləcək, əhalisi isə məhv edilərək 25 milyona endiriləcəkdi. Bu sənəd Sovet kəşfiyyatının əlinə keçmişdi və Stalin alman xalqının məhv edilməsinə qarşı çıxmışdı. Stalin tapşırıq vermişdi ki, sənəd dünya mətbuatına buraxılsın və hamı bu gizli plandan xəbər tutsun. Nəticədə böyük skandal yaranmışdı. Almaniyanın təbliğat naziri Gebbels mətbuatda hay-küy qaldırmışdı ki, Qərb yəhudiləri Almaniyanı kartof çölünə çevirmək istəyirlər. Nəticədə Qərb dairələri ictimai qınaqdan çəkinərək proqramın tam həyata keçirilməsindən əl götürməli olmuşdular.
 Amma onlar müharibənin gedişində ələ keçirdikləri Almaniyanın yarısı ilə əsl Qərbin kolonializminə uyğun davrandılar. Onlar Almaniyanın qərbində bütün ağır sənaye müəssisələrini söküb dağıtdılar. İqtisadi inkişafa hesablanmış istənilən cəhd qadağan olundu. Şərqi Almaniyadan fərqli olaraq Qərbi Almaniya əhalisi qul vəziyyətinə salındı. 1949-cu ildə Almaniya Federativ Respublikasının dövlət suverenliyini məhdudlaşdıran müqavilə bağlandı ki, bu müqavilə 2099-cu ilə kimi qüvvədə qalmalıdır. Bu müqaviləyə əsasən Almaniya kanslerini alman xalqı özü seçmir, Vaşinqton təyin edir. Ölkədəki digər bütün ciddi təyinatları ABŞ həyata keçirir. Almaniya ABŞ və NATO hərbi hissələri ilə doludur. Almaniyanın qızıl ehtiyatı özündə yox, ABŞ-da saxlanılır ki, dəfələrlə geri istəsə də ABŞ-ın bu qızılı qaytarmaq niyyəti yoxdur.
 Stalinin məşhur sözləri qalmışdır: “Hitlerlər gəldi gedərdir, alman xalqı isə yaşayacaq”. 1949-cu ildən 1990-cı ilə kimi mövcud olan Sovetlərin nəzarəti altındakı Almaniya Demokratik Respublikasında tam sağlam və savadlı xalq yetişdi. Politoloq və tarixçi Valeri Pyakinin dediyi kimi, “İkinci Dünya müharibəsindən sonra mövcud olan yeganə alman dövləti Almaniya Demokratik Respiblikası idi- Almaniya Federativ Respublikasından fərqli olaraq burda almanlar sözün əsl mənasında azad idilər və milli dövlətçiliklə bağlı arzularını sözün əsl mənasında həyata keçirə bilmişdilər”. Sovetin humanizmi sayəsində hər iki Almaniya 1990-cı ildə, bircə güllə də atılmadan, qan tökülmədən, sülh yolu ilə birləşə bildi. Bu gün alman xalqı Yer üzündən silinmədiyinə görə məhz Stalinə minnətdar olmalıdır. Müharibə dövründə almanlara 4 559 000 Sovet vətəndaşı, Sovetlərə isə 4 376 300 alman əsir düşmüşdü. Alman əsirliyində 44,2 faiz Sovet vətəndaşı sağ qaldığı halda, Sovet əsirliyindən 86,5 faiz alman sağ geri qayıtmışdı. Budur sovetizmlə faşizmin fərqi!
 Avropa ölkələri Napoleonun təcavüzündən sonra son iki əsr ərzində artıq ikinci dəfə rusların hesabına işğaldan qurtarıb müstəqillik qazandılar. Stalinin sayəsində Avstriya, Çexoslovakiya kimi Avropa ölkələri müstəqil ölkələr oldular. Şərqi Avropa xalqları kolonial tale yaşamaqdan qurtulub şad-xürrəm həyat sürdülər. Qələbədən sonra Stalin müharibədə günahkar olan Almaniya və Avstriyanı nəinki cəzalandırmadı, hətta bir müddət sonra almanlar ruslara yox, ruslardan qat-qat az qırılmış yəhudilərə kompensasiya ödəməyə başladılar. Sovet əsgərlərinə Almaniyada talançılıq etmək qəti qadağan olunmuşdu. Sovet aviasiyası dinc sakinləri bombalamırdı, halbuki ingilis-amerikan təyyarələri alman şəhərlərini ağına-bozuna baxmadan şumlayırdılar. Stalin Almaniyanın iki hissəyə bölünməsinə qarşı çıxmışdı. Çexoslovakiya nəinki almanların tərəfində vuruşduğuna görə cəzalandırılmadı, əksinə almanların əlində olan torpaqları özünə qaytarıldı. İşğaldan azad edilən Polşanın torpaqları azalıb SSRİ-yə qatılmaq əzəvinə artdı; Şərqi Prussiyanın üçdə iki hissəsi, Pomeraniya, Sileziya, Qdansk, Peremışl və Belostok Polşaya bağışlandı. Almanlarin tərəfində vuruşan Bolqarıstan, Macarıstan və Rumıniya nəinki cəzalandırılmadı, əksinə Sovetilərn hesabına bu ölkələrdə cənnət yaşayış tərzi quruldu. Almaniyanın tərəfində vuruşan Finlandiya da cəzalandırılmadı; vaxtilə Çar Rusiyasının tərkibində olmasına baxmayaraq müstəqilliyi saxlanıldı. Sovetlərə qarşı müharibədə fəal iştirak etmiş, Leninqradın blokadasına öz “töhfələrini “ vermiş, ələ keçirdiyi ərazidə rus əhalisinin genosidini həyata keçirmiş Litva da cəzalandırılmadı, əksinə Vilnus və Klaypeda ona hədiyyə olundu. Heç bir istehsalı olmayan bu ölkədə böyük industriya yaradıldı. Latviya və Estoniya da almanlara sədaqətli xidmət göstərdiklərinə görə cəzalandırılmadılar. Ukrayna xalqı almanlaşdırmadan xilas oldu və Qaliçina, Zakarpatye, Volın, Şimali Bukovina torpaqlarını pay aldı. Sovet hökuməti alman ordusunda xidmət keçmiş ukraynalıların çoxuna toxunmadı.
 31 mart 1945-ci ildə Sovet ordusu almanlarla qanlı döyüşlər hesabına ələ keçirdiyi Dançiq şəhərini Polşaya bağışladı. Şəhər uğrunda döyüşlərdə Sovet tərəfi 10 min əsgər, 80 tankı və 800 top itirmişdi. Əfsanəvi Sovet generalı Sabir Rəhimov da bu döyüşlərdə həlak olmuşdu. Alman tərəfi 22 min əsgər, 195 tank, 450 top itirmişdi, 3 min alman isə əsir düşmüşdü. Polşa özü olsaydı, bu qədər qurbanlar hesabına tutduğu şəhəri SSRİ-yə bağışlayardımı? Onda polyaklar Sovet ordusunu gül-çiçəklə qarşıladılar, axı almanlar işğal dövründə 5 milyon yarım Polşa vətəndaşını qırmışdılar! Sovet əsgərlərinə pivə gətirən kim, süd gətirən kim, su gətirən kim! Onda belə məsləhət idi, axı bir az da keçsəydi, hitlerçilər sağ polyak saxlamayacaqdılar- Polşa torpaqları “seçilmiş irq” üçün nəzərdə tutulmuşdu, aşağı irqdən olanlara burda yer yox idi. Amma üstündən 50 il keçəndən sonra polyak millətçiləri ruslara kəllə atırdılar, onları borclu çıxardırdılar. Sovet ordusu 500 min qurban hesabına Polşanı faşistlərdən azad etmişdi, amma üstündən 50 il keçməmiş polyak millətçiləri ölkə ərazisində Sovet əsgərlərinə qoyulmuş heykəlləri vurub dağıdırdılar. O vaxt Sovet ordusu Polşanı işğaldan qurtarmaqdan başqa, həm də polyakları acından qırılmağa qoymamışdı. 1944-cü ilin avqustundan 1945-ci ilin mayına kimi Sovet ordusu Polşa əhalisinə 138 ton buğda, 4 ton un, o cümlədən ət, qənd, kartof, pal-paltar, ayaqqabı vermişdi. Stalinin əmri ilə Polşaya kənd təsərrüfatı texnikası və digər maşınlar göndərilmişdi. Onun 23 aprel 1945-ci ildə imzaladığı qərarla polyaklara 150 min baş mal-heyvan, ət, çörək, parça, mahud, dəri, yük maşınları və s. verilmişdi. Daha bir sənəddə SSRİ-nin müdafiə naziri müavini Bulqanin Molotova məruzə edir ki, Polşaya 130 min baş mal-qara və 20 min baş donuz ayrılır, lakin Polşa hökuməti daha çox mal-heyvan verilməsini xahiş etdiyindən marşal Rokossovski yenidən göndərir. Sovet hökuməti tərəfindən Polşanın avtomobil, dəmir yolları, körpüləri bərpa edilmişdi. SSRİ əhalisi özü ac qaldığı, Sovet ordusunun ehtiyac içində olduğu bir vaxtda təkcə Varşavaya 60 ton buğda və un verilmişdi.
 İşğal edilmiş və parça-parça olmuş Çin də SSRİ-nin sayəsində müstəqil olaraq bugünkü inkişaf yoluna qədəm qoymuşdur. 1945-ci ilin avqust-sentyabr aylarında Sovet hökuməti Şərqi Asiya ölkələrini işğal etməyə girişən Yaponiyanı cəzalandırdı. Qısa müddət ərzində yaponların məşhur Kvantun ordusu darmadağın edildi. Rus ordusunun bu qələbəsi Çin, eləcə də Koreya xalqının taleyində həlledici rol oynadı. Çini Çin edən məhz Rus silahının təntənəsi oldu. Rus əsgəri Çin torpaqlarını yapon işğalından qurtardı. Məhz Rus əsgəri Kvantun ordusunu darmadağın edərək Mancuriyanı- Çinin iqtisadi cəhətdən ən vacib regionunu azad etdikdən sonra müasir Çin dövlətçiliyi təşəkkül tapdı. Məhz Rus əsgərinin sayəsində Çin xalqı yırtıcı əsarətdən xilas olaraq stabil inkişaf yoluna qədəm qoydu. Çin ərazisi Sovet əsgərlərinin şərəfinə qoyulmuş heykəl, obelisk və barelyeflərlə doludur. Şimal-şərqi Çində 60-a yaxın rus əsgər qəbiristanlığı var- onlar Çin uğrunda şəhid olmuşlar. 1965-ci ilin 9 mayında Çin dövlət xadimi Lü Şaotsi qeyd etdi ki, “Stalinin rəhbərlik etdiyi SSRİ Almaniya və Yaponiyanın darmadağın edilməsində mühüm rol oynamışdır- indiki və gələcək nəsillər bunu bilməli və unutmamalıdırlar”. Ölkənin əsas qəzeti “Jenmin jibao” yazırdı: “Sovet xalqı Stalinin rəhbərliyi altında Avropa və Asiyanı işğal və əsarətdən qurtarmaq üçün odlu qəhrəmanıq göstərdi. Sovet xalqı dünyanın ən möhtəşəm xalqı, Sovet ordusu isə dünyanın ən güclü ordusudur”. Çin lideri Mao Tszedun 1967-ci ilin noyabrındakı çıxışında minnətdarlıq hissi ilə bildirirdi ki, “SSRİ və Stalin olmasaydı, Çin də olmazdı”. Çin ordusunun rəhbəri marşal Çju De isə 1971-ci ildə deyirdi ki, məhz SSRİ-nin sayəsində region xalqları yapon əsarətindən qurtara bildilər.
 Çin strateqləri qeyd edirlər ki, Çin varlı, qüdrətli və harmonik ölkəyə çevrilməsinə görə Stalin direktivlərinə borcludur. Müasir Çin iqtisadiyyatı Stalin nəzəriyyəsi üzərində qurulmuşdur. Stalinin rekomendasiyaları həyata keçirilən islahatların əsas ideoloji özəyini təşkil edir. Stalinin adı Çində həmişə ehtiramla yad edilir, dövlət sənədlərində o “əsl sosializmin qurucusu” kimi göstərilir. Stalinin həyat yolu və əsərləri bu ölkədə diqqətlə öyrənilir və tədqiq olunur. Ölkənin bir sıra yerləri Stalinin şərəfinə adlandırılmışdır. Bir sıra böyük şəhərlərin küçə və prospektlərinə Stalinin adı verilmişdir. Kənd yerlərində Stalinin portretləri asılmışdır. Xarbində Stalin adına böyük bir park vardır. Çin xalqı Sovet xalqının ona etdiyi yaxşılığı unutmamışdır.
 Çin lideri Mao Tszedun 1961-ci ildə Xruşşova əsəblə demişdi: “Sizin Stalini hədəfə almağınız Sovet İttifaqının məhvinə aparıb çıxaracaq”. Çin tarixçiləri vurğulayırlar ki, SSRİ-nin dağılmasının təməli məhz Sovet Kommunist Partiyasının 10-cu və 12-ci qurultaylarında Stalinə qarşı səsləndirilən bəyanatlarla qoyulmuşdur. 1991-1993-cü illər hadisələrinin analizini aparan Çin politolqlarının və ictimai xadimlərinin gəldiyi yekdil nəticə bu olmuşdur ki, “SSRİ-nin məhvi Stalinin aparıcı prinsiplərindən Moskvanın imtina etməsi nəticəsində baş vermişdir”.
 Stalinin qurduğu Sovet dövlətinin dünya xalqlarına töhfələri ilə bağlı bunları da xatırlatmaq yerinə düşərdi. Yaxın Şərqin müsəlman dövlətləri indiki mövcudluqlarına görə Rusiya dövlətçiliyinə- Stalin mirasına borcludurlar. Məhz SSRİ-nin dəstəyi sayəsində Misir 1956-1957-ci illərdə İsrail, İngiltərə və Fransa ilə müharibədə davam gətirə bildi və müstəqilliyini möhkəmləndirdi. 1956-ci ildə İsrail, İngiltərə və Fransanın birləşmiş qoşunları Misiri mühasirəyə aldılar və ölkəyə təcavüz etmək istədilər. Lakin Moskva raketlərini işə salacağını bildirdi. İudey qoşunları hərbi əməliyyatları dayandırıb qorxularından geri çəkilməli oldular. Sovet hökumətinin sayəsində həmin təcavüzün qarşısı alındı. SSRİ-nin 1967-ci ildə işə qarışması İsrail və Misir arasında müharibəni dayandırdı. Ərəblər 1967-1974-cü illər müharibələrində darmadağın ölmaqdan rusların sayəsində xilas oldular. ABŞ ordusunun ştablar rəisi olmuş admiral Elmo Çumvald öz kitabında sionistlərin Yaxın Şərqdəki hərbi əməliyyatlardan danışarkən bildirir ki, İsrail hər dəfə qələbənin bir addımlığında olanda Sovet hökumətinin qorxusundan geri çəkilməyə məcbur qalırdı. Çumvaldın məlumatlarından aydın olur ki, Yaxın Şərqdəki ərəb ölkələri məhz Sovet hökumətinin işə qarışması ilə İsrailin təzyiqlərinə sinə gərə bilmişlər. Sovetin dəstəyi nəticəsində başıbəlalı Anqola da 1975-ci ildə öz müstəqilliyini qazandı. Eyni qayda ilə Kuba da məhv olmaqdan xilas edildi. ABŞ kəşfiyyatı Fidel Kastronu yıxmaq üçün uzun müddət ölkədəki kubalı mühacirlərə məşq keçib hazırladı. Mühacirlərdən ibarət ordu amerikan gəmilərində Kuba sahillərinə çıxarıldı və döyüşlər başladı. Amerikan gəmilərindəki göyərtə aviasiyası hücumçulara dəstək verməliydi. Lakin birdən birə prezidenti Kennedinin yuxusuna nə girdisə, Kuba avantürasından əl çəkdi. Kennedi bəyan etdi ki, ABŞ hökuməti bundan sonra kubalı mühacirlərə dəstək verməyəcək və onları taleyin ümidinə buraxır. Kastronun ordusu dəstəksiz qalan hücumçuları rahatca darmadağın etdi və çox hissəsini əsir götürdü. Dünya ictimaiyyəti bilmədi ki, Kennedini planını dəyişməyə vadar edən Sovet hökuməti oldu. Sovet hökuməti ABŞ prezidentinə bildirdi ki, əgər ABŞ təyyarələri Kubanı bombalasa, Sovet təyyarələri də eyni qayda ilə İsraili bombalayacaq! Bu ABŞ hökumətinə əsl şok yaşatdı: ABŞ-ı idarə edən yəhudi məmurlarının ana vətəninə toxunmaq olmazdı! ABŞ prezidentinin sionist ətrafı panikaya düşdü və onu məcbur etdi ki, Kubaya təcavüzü dayandırsın. Kennedinin xalq arasında populyarlığı kəskin surətdə aşağı düşdü. Kennedi belə alçalmanı ətrafındakı yəhudilərə heç vaxt bağışlamadı və bu da onunçün faciə ilə qurtardı.
 Stalinin ərsəyə gətirdiyi sovetizmin sayəsində Sovet insanı özünü marksist proletariat və dünya internasionalı ilə yox, böyük Sovet imperiyası ilə, dünyada nüfuza və nəhəng potensiala malik qüdrətli dövlət ilə identifikasiya edirdi. Əslində Stalinin ərsəyə gətirdiyi SSRİ və Sovet adamı yaxınlaşmaqda olan Dünya Xaosunun qarşısını alan qüvvə idi. Məhz SSRİ olmadığına görə sionistlər bu gün Yeni Dünya Nizami layihəsini uğurla həyata keçirməkdədirlər və planetin müxtəlif guşələrində dağıntılar törədirlər. ABŞ-ın dünya avantürasının qabağını SSRİ almışdı. Qlobal Prediktorun qarşısı kəsilmiş, satanist təlatümlər sönmüşdü. SSRİ spesifik dövlət tipi kimi şər qüvvələri təcəvvüzdən çəkindirən bir super güc olmuşdu. Sovet insanı mövcud sivilizasiya strukturunu qoruyan talismana çevrilmişdi. Bu yerdə NATO təyyarələri 2011-ci ildə Liviyanı aramsız bombalayan zaman Qəddafinin hüzn içərisində etdiyi çıxışı yada düşür: “Dörd ay, düz dörd aydır ki, siz bizim ölkəmizi bombalayırsınız. Və heç kim də qorxusundan səsini çıxardıb sizi mühakimə edə bilmir. Əgər dünyada həmin o Rusiya, əsl Rusiya, vahid və böyük Rusiya hələ də olsaydı, hansı ki zəifləri qoruyurdu, sizin buna cəsarətiniz çatmazdı. Amma o yoxdur və siz bayram edirsiniz. Siz bir şeyi unudursunuz: həyat dəyişkəndir və gələcəkdə çox şey baş verə bilər...”

STALİN ÖLƏNDƏ XALQ AĞLAŞIRDI

 Stalinin ölümü Sovet vətəndaşlarına pis təsir etdi və çoxu bunu öz şəxsi faciəsi kimi qarşıladı. Mətam günlərində insanlar depressiyada, affekt vəziyyətində, ağır psixi gərginlikdə oldular. Məktəbdə müəllimlər ağlaşırdılar və şagirdlər də onlara qoşulurdular. Valdimirdən olan məktəbli qız gündəliyində yazmışdı: “Stalin yoxdur. Mən heç bir işlə məşğul ola bilmirəm, heç nə yapışmır. Bütün günü ağlayıram”. Taqanroqlu biri matəmi belə xatırlayırdı: “Qorxu bürümüşdü. Atam deyirdi ki, indi sonumuz çatıb, amerikanlar ölkəni tutacaqlar”. Stalini amerikan agentlərinin öldürdüyü söz-söhbətlərinin təsiri altına düşən Moskva məktəblərindən birinin şagirdləri ABŞ səfirliyinin qarşısına gəlmişdilər və aksiya keçirmişdilər. Stalinin matəmi ilə bağlı keçirilən mitinqlərdə çıxış edərkən jitomirli həkim, xarkovlu fəhlə və “Qlavelektrosbıt”ın məmuru əsəb sarsıntısı keçirərək ölmüşdülər. Çoxlu yerlərə təcili yardım maşınları çağırılmışdı. Odessada keçirilən mitinqdə depressiyaya düşən kursant özünü tramvayın altına atmışdı. Zaporojyedə komsomolçu qız özünü öldürmüşdü və platyasının cibindən rəhbərin ölümünə həsr etdiyi şeiri yazdığı kağız çıxmışdı. Dövlət Təhlükəsizliyi Nazirliyinə insanların yeməkdən imtina etməsu barədə saysız-hesabsız məlumatlar daxil olmuşdu. Vinniçada bir fəhlə bildirmişdi ki, radioda gedən verilişdən sonra “boğazımdan çörək getmir”. Çoxları üçün Stalinin ölümü adi həyatın sonu demək idi və bu ton mətbuat səhifələrində də öz əksini tapmışdı. “Böyük mənəvi və ictimai güc yox oldu”- Rusiya patriarxı 1-ci Aleksiy I bəyan edirdi. Tanınmış yazıçı və ictimai xadim Serqey Mixalkov təəssüf hissi ilə yazırdı ki, Stalinə “öz qəlbimin döyüntüsünü və nəfəsimi verə bilmədim”.
 Tədqiqatçı Vladimir Brovko bildirir ki, Stalinin ölümünü araşdıran tibbi komissiya onun zəhərləndiyini bəyan etsəydi, Sovet xalqı yəhudiləri linç edəcəkdi. Dövlət Təhlükəsizliyi Nazirliyinin hökumət rəhbərlərinə ünvanladığı məruzədə göstərirdi ki, sadə Sovet vətəndaşları Stalinin ölümündə yəhudi həkimlərini günahlandırırlar, buna görə də nəinki yəhudilərin Moskvadakı dükan və mağazalarını dağıtmağa çağırırlar, hətta İsrailə müharibə elan olunmasını istəyirlər. Çerniqov vilayətindən vətəndaş E.Petrenko Xruşşova yazdığı məktubda deyirdi ki, xalqın 90 faizi Stalinin öz əcəli ilə ölməsinə inanmır: “Hökumətdən yəhudiləri rədd edin, xalq onlara inanmır, belə ki buna tam əsas var. Onların hökumətdə olması hələ çox fəsadlara yol açacaq”.
 Həmin dövrdə çoxları başa düşürdü ki, Stalinin ölümü xalq hakimiyyətinin sonu olmaqla yanaşı həm də Ümumdünya İudey Hegemonluğunun başlanğıcı deməkdir. Stüart Koqanın yazdığı kimi, Stalinin likvidasiyası və Xruşşovun hakimiyyətə gəlməsi neotrotskistlərin revanşı idi. Bu SSRİ-nin dağılmasının başlanğıcı oldu. Təsadüfi deyil ki, Stalin kultuna qarşı mübarizə aparan həmin Xruşşovun oğlu Sergey sonradan Amerikaya köçmüşdü və orada yüksəkmaaşlı işlə təmin olunmuşdu. Fakt budur ki, Stalin güclü qoy dövləti yaratmışdı və sionistlərin planlarını alt-üst etmişdi. Stalinin formalaşdırdığı Sovet hökuməti Ümumdünya Sionist Hegemonluğunun yaradılmasına mane olan əsas faktor idi. Ona görə də sionistlərə Sovet hökumətinin aradan aparılması üçün ilk növbədə Stalinin ölümü vacib idi.
 Məhz bu səbəbə görə də xalq matəm içində idi. Moskva hərbi dairəsi ştabının zabiti demişdi: “Mənim ailəmdə Stalinin ölümü ölkəmizin düçar olduğu ağır dərd kimi qarşılandı”. Hərbi-Dəniz Qüvvələri ştabının rəisi demişdi: “Necə qəmlənməyəsən, axı bu bir ailənin dərdi deyil, bütün bəşəriyyətin dərdidir”. Hərbi-Dəniz Qüvvələri ştabının zabiti demişdi: “İnanmaq çətindir ki, başımıza belə bir bəla gəldi. Partiya bundan sonra gərək öz dəmir əli ilə xalqımızı parçalamaq istəyən ən xırda səylərin belə qarşısını alsın, xüsusən düşmənlərə qarşı amansız olsun”. Hərbçi mayor demişdi: “İndi diqqətli olmaq lazımdır, belə ki düşmənlər baş qaldıracaqlar”. Havadan müdafiə qüvvələrinin zabiti demişdi: “Stalini əvəz edəcək adam yoxdur”. Motoatıcı diviziyasının yeməkxana müdiri demişdi: “Nəsə bir şey olanda deyirdilər ki, yoldaş Stalinə şikayət edəcəyik. İndi daha şikayətlənməyə adam yoxdur”. Motoatıcı diviziyanın ştabının maşinistkası demişdi: “Birdən onun yerinə oturan adam xalq düşməni oldu, onda necə olacaq?” Moskva aeroportunun sərhədçisi demişdi: “Bu işdə hökmən qatil həkimlərin əli var”. Sərhəd qoşunları məmuru demişdi: “Stalinin ölüm xəbəri verildikdən sonra sanki ölkədə hər şey dayanıb”. Kreml Komendantının işçisi demişdi: “Bu həkimlərin əməlidir. Əgər bu təsdiq olunsa, xalqın yəhudilərə qarşı hiddəti daha da artacaq”. Mühafziə zabiti demişdi: “Deyirlər ki, əvəzedilməz adam yoxdur, amma Stalin- əvəzedilməzdir”. Hərbi hava qüvvələri məmuru demişdi: “Stalin öldüsə, Rusiyanı tikə-tikə edib parçalaycaqlar”. Həmin dövrdə insanlar belə düşünürdülər və bu Dövlət Təhlükəsizliyi Nazirliyinə göndərilən donoslarda öz əksini tapmışdı. Stalinin ölümü hamını sarsıtmışdı. Ümidlərin üstündən xətt çəkilmişdi, ölkədə sanki həyat dayanmışdı.
 Stalinin Moskvada dəfninə 100 minlərlə adam yığışmışdı. Çoxu göz yaşlarını saxlaya bilmirdi. Dünya tarixinin ən avtoritetli xadimlərindən birinin, ölkəni yəhudi bolşeviklərinin genosidindən, bəşəriyyəti isə “Yeni Dünya Nizamı” adlı tiraniyadan xilas etmiş qəhrəmanın həyatdan getməsi insanları sarsıtmışdı. Sovet mətbuatı Stalinin ölümünü belə təsvir edirdi: “Səhər, 9 mart, 1953-cü il. Boz, qəmli gün. Stalinin sevdiyi və əzizlədiyi paytaxtımız Moskva matəm içərisində donub qalıb. Ölkə öz atasını və rəhbərini yola salır. Milyonlarla insan başlarını aşağı salaraq kədərli susqunluqla dayanıblar. Küçə və meydanlarda, zavod və fabriklərdə, İrtış hidroelektrik stansiyasında, neft Bakısında, Azərbaycanın Mingəçevir hidroşəbəkəsində fəhlələr, Donbasda şaxtyorlar, Alma-Atada zəhmətkeşlər, Tacikistanda kolxozçular, Minsk, Leninqrad, Stalinqrad, Çelyabinsk, Sverdlovsk, Yerevan sakinləri- dünyanın bütün xalqları böyük Stalinlə vidalaşırlar. Çoxsayli mitinq və yığıncaqlarda zəhmətkeşlər yoldaş Stalinin vəsiyyət etdiyi böyük kommunizm quruculuğunu başa çatdırmağa and içirlər. Yoldaş Stalin həyat üçün, gələcək nəsillər üçün işlədi və çalışdı. Onun adı öz Vətəninə və xalqına sevgi simvolu kimi göz qapaqlarımızda daim parlayacaq”.
 Tanınmış ictimai-siyasi xadim və publisist Nikolay Starikov yazır: “Stalinin ölümünü eşidəndə xalq ağlaşırdı. “Totalitar rejim” haqda çox danışmaq olar, amma fakt faktlığında qalır: Stalin öləndə milyonlarla insan ağlayırdı. Brejnev öləndə belə şey yox idi. Bu mənim yaxşı yadımdadır. Leonid İliç öləndə mənim 12 yaşım vardı, 6-cı sinif şagirdiydim və 1982-ci ilin noyabrını yaxşı xatırlayıram; çaşqınlıq, hətta qorxu, hansısa dumanlı anlaşılmazlıq vardı, amma heç kəs ağlamağa hazırlaşmırdı, hətta bu hissin özü də insanlara qəribə gələrdi”.
 Stalinin ölümündən sonra onun sürgünə göndərdiyi iudeylər həbsdən azad edildilər. Ölkədə liberal reformalar həyata keçirildi ki, bu da SSRİ-nin dağılmasına gətirib çıxardı. 1990-cı illərdə hakimiyyətə gələn demokratlar isə Stalin dövründə həbs olunmuş Vətən xainlərini- vlasovçuları, polisayları, faşistlərin əlinin altında işləmiş cəlladları, burqomistrləri, alman diversiya-kəşfiyyat məktəblərinin məzunlarını, gestapo agentlərini belə repressiya qurbanları siyahısına aid edərək onlara bəraət verdilər.

STALİN DAİM QƏLBLƏRDƏ YAŞAYACAQ

 Tanınmış din xadimi Dmitriy Dudko deyir: “Rusiyanı necə qorumağı yaxşı başa düşmək üçün Stalin mirasını öyrəndikcə öyrənməliyik. Düşmənlər bunu bizdən əvvəl başa düşüblər, ona görə də Stalinin üstünə çirkinliklər yağdırırlar ki, onun kim olmasını görə bilməyək”.
 1937-ci ildə Moskvada olmuş alman yazıçısı Lion Feyxtvanger Stalin haqqında təəssüratlarını belə bölüşür: “Kütlənin Stalinə nəinki hörmətlə yanaşmasının, həm də onu sevməsinin səbəbini başa düşmək olur. Stalin özü kütlənin içindən çıxmışdır. Stalinlə söhbət edərkən qarşında təkcə dövlət xadimini, sosialisti, təşkilatçını yox, ilk növbədə əsl insanı görürsən”.
 Görkəmli antifaşist, məşhur fransız yazıcısı Anri Barbüs Stalini qısaca ilə belə xarakterizə edirdi: “Stalin alim başlı, fəhlə sifətli, sadə əsgər paltarında bir şəxsiyyətdir. Stalin Moskvadan bütün dünyaya yayılan şəfəqlərin mərkəzidir, ürəyidir”.
 Stalin öz dövrü üçün yüksək, hətta bəzi cəhətlərdə müasir təhsili üstələyən təhsil almışdı. Qori və Tiflis seminariyalarını əla qiymətlərlə bitirmişdi. O bütün həyatı boyu öz üzərində işləmişdi, daim mütaliə ilə məşğul olaraq elmin müxtəlif sahələrinə yiyələnmişdi. Stalin sürətli oxuma qabiliyyətinə malik idi; 2 saat ərzində 500 səhifə oxuya bilirdi və oxuyaraq mənasını qavrayırdı. Onun oxuduğu kitablar əsasən tarix, siyasət, fəlsəfə və təbiət elmlərini əhatə edirdi. Kremldəki otağında və daçalarında böyük kitabxanaları vardı. 
 Stalinin savadının diapazonunu qiymətləndirmək üçün onun oxuduğu və öyrəndiyi kitablara baxmaq lazımdır. Tədqiqatçıların fikrincə kitabxanasında 40 min kitab vardı. Kremldəki mənzilindəki kitabxanada bir neçə min, Blijni daçasında isə 10 min kitab cəmlənmişdi. Blijnidəki kitabxanada lüğətlərdən və coğrafiyaya aid kitablardan başqa qədim və müasir tarixçilərin əsərləri də vardı. Məsələn, Herodot, Ksenofot, P.Vinoqradov, R.Vinner, İ.Velyaminov, D.İlovayskov, K.A.İvanov, Herero, N.Karayev, “Rusiya Dövlət tarixi” kitabının 12 cildi, “Rusiya və qədim dünya tarixi” kitabının 6 cildi, “Rusiya ordusu və donanması tarixi” kitabının 5 cildi, “Knyaz Bismarkın memuarları” və s. kitablar.
 Bu günkü kriteriyalarla baxanda Stalin hələ 1920-ci ildə fəlsəfə doktoru olub. Oxuduğu kitabların səhifələrinə daim karandaşla qeydlər aparırdı. Stalinin yazdığı məktubları, məqalələri və qətnamələri oxuyanlar onun intellektual səviyyəsinin dərinliyinə heyran qalırlar. Kitabxanasındakı yüzlərlə kitabın səhifələrində apardığı çoxsaylı maraq doğuran qeydlər onun dünya tarixi, ədəbiyyatı və mədəniyyəti ilə yaxın tanışlığından xəbər verir.
 Stalin həm də mühasibat kursunu bitirmişdi; bildiyimiz kimi, mühasibat uçotu iqtisadiyyat elminin əsasını təşkil edir ki, bu da ona Stalinə ölkənin xalq təsərrüfatı kompleksini ustalıqla idarə etməyə imkan vermişdi. Stalinin iqtisadiyyatdakı parlaq uğurları bu gün də çox araşdırılmayıb. Stalinin və ətrafındakı insanların hazırladıqları iqtisadi plan o qədər güclü idi ki, nə Xruşşov, nə də Brejnev onu həyata keçirə bilməzdi. Əgər Stalinin planı saxlansa və mükəmmələşsəydi, ilk növbədə xalqın həyat səviyyəsinin yaxşılaşdırılması Stalin tempi ilə davam etdirilsəydi, Rusiya hələ 1970-ci illərdə dünyada ən yüksək həyat səviyyəsinə malik ölkə olacaqdı.
 Amerikanın məşhur “Taym” jurnalı 1939-cu ildə Stalini “İlin adamı” seçərək yazmışdı: “Bu ayaqqabıtikənin və paltaryuyanın oğlu- özü özünü yetişdirib. O misilsiz intellektual qabiliyyətlərə malikdir. O Bibliyadan bütöv paraqrafları və Bismarkın əsərlərini əzbər bilir, Ptatonu originalda oxuyur, öz nitq və məqalələrini özü yazır. Özü də onun stili dürüstlüyü və zərifliyi ilə seçilir”.
 İngilis ədəbiyyatşünası və tarixçisi Donald Reyfild deyir: “Stalin hərtərəfli oxumuş adam idi. O mətnləri diqqətlə oxuyurdu, redaktor və ya korrektor kimi oxuyurdu, səhvlər tapırdı və həmişə soruşurdu müəllif niyə bu və ya digər məsələ barədə yazmayıb. O stili tənqid edirdi, təkcə rus deyil, gürcü mətnlərində də səhvləri düzəldirdi, detalına kimi hallandırılmasını istəyirdi. O güclü təhsil almışdı. Bütün Qərbi Avropa ədəbiyyatını oxumuşdu. Hətta düşmənlərinin kitablarını- emiqrant mətbuatını da oxuyurdu. Əlinin altında lüğət ingiliscə, fransızca və almanca da oxuya bilirdi. Bu dilləri pis bilsə də, kifayət qədər məlumatlı idi”.
 Stalin haqda film çəkən rejissor Aleksey Pimanov jurnalistin “Sizi Stalin şəxsiyyətində ən çox təəccübləndirən, heyrətləndirən nə oldu?” sualına belə cavab vermişdi: “Onun kitabxanası. O bütün həyatı boyu öyrənmişdir, oxumuşdur. Mən şəxsən bir neçə min kitab gördüm ki, bunların 90 faizində öz əli ilə karandaşla qeydlər aparmışdı. Bunlar isə fəlsəfədən, təbiət elmlərdən tutmuş bədii ədəbiyyata kimi olan kitablar idi”. Stalin bircə antidini ədəbiyatı sevmirdi. O ateist ədəbiyyata nifrətlə yanaşırdı və onu “antidini makulatura” adlandırırdı.
 1898-ci ildə Tiflisdə fəhlə dərnəyinə rəhbərlik edərək böyük təcrübə toplamışdı. 1905-1907-ci illərdə partiya tapşırığı ilə göndərildiyi zaman Bakıda fəhlələr arasında iş aparmışdı. Özünün dediyi kimi, fəhlə kütlələrinə rəhbərlik etməyi də burda öyrənmişdi. Stalin Azərbaycan xalqına böyük hörmətlə yanaşırdı. 1926-cı ildə Tiflisdə etdiyi çıxışında o bakılıları öz müəllimi adlandırırdı. “Mən sadə Bakı təbliğatçısıyam”- o özü haqqında belə deyirdi. 8 iyul 1920-ci il teleqramında bildirirdi ki, Qarabağ konfliktində Azərbaycanın tərəfini tutmaq lazımdır. 4 iyul 1921-ci ildə Mərkəzi Komitənin Qafqaz bürosu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etmişdi, lakin elə səhəri gün, 5 uyul 1921-ci ildə Stalinin məsələyə sərt müdaxiləsi sayəsində qərar ləğv olunmuşdu. Qarabağ məhz Stalinin sayəsində Azərbaycanın tərkibində qalmışdı. 16 iyul 1923-cü ildə trotskist-bolşeviklər Qarabağda Kürdistan vilayəti qurmuşdular. Bu vilayət gələcəkdə yaradılacaq Böyük Sion imperiyasının forpostu kimi Azərbaycanı böyük fəlakətlərlə üz-üz qoymaq üçün yaradılmışdı. Kürdistan vilayət 1937-ci ildə Stalinin əmri ilə ləğv olunmuş, kürdlər xalq düşmənləri kimi nəinki Azərbaycandan, bütün Qafqazdan Qazaxıstan çöllərinə sürgün olunmuşdular. Onun Azərbaycana münasibəti aşağıdakı fikirlərində öz əksini tapmışdır: “Moskvanın marağındadır ki, Azərbaycanı yəhudilər və kürdlər deyil, azərbaycanlılar idarə etsinlər. Azərbaycan Şərqin qapısıdır”.
 Stalin sırf dövlət adamı və dahi siyasətçidir. Onu həyatı- başdan başa qəhrəmanlıq yoludur. Hitler əbəs yerə demirdi: “Rus xalqının gücü onun sayında və ya təşkilatçılığında deyil, onun Stalin masştabında şəxsiyyətlər yetirmək qabiliyyətindədir. Öz hərbi və siyasi qabiliyyətinə görə Stalin Ruzvelt və Çerçeldən qat-qat üstündür. Stalin yeganə hörmətəlayiq dünya siyasətçisidir. Bizim vəzifəmiz Rus xalqını elə parçalayıb dağıtmaqdır ki, bir də Stalin masştabında adamlar meydana çıxmasın”.
 Onunla bir yerdə çalışanlar bildirirlər ki, Stalin gecəni gündüzə qatıb, şənbə-bazar günü istirahət bilmədən işləyirdi. O ölkədə iqtisadiyyat və hərbi sahədə edilən bütün kəşflərin başında dururdu və yeniliklərlə yaxından maraqlanırdı. Əyalətlərdəki idarəçlərdən tutmuş konstruktorlara, aktiv partiyaçılardan tutmuş mühəndislərə kimi hamısının adını atasının adına kimi yadında saxlayırdı. Cəmiyyətin bütün sahələrinə baş vurur, incəsənət və mədəniyyət xadimləri ilə söhbətlər aparır, teatrlara gedirdi. Təbliğatın cəmiyyətdəki rolunu dərindən başa düşdüyündən hətta bütün pyes və ssenariləri şəxsən özü oxuyurdu. O yüksək intellektli, hərtərəfli bilik və bacarıqlı idarəçi idi. Yəhudi bolşeviklərdən fərqli olaraq o kinolarda açıq-saçıq səhnələr görəndə əsəbləşirdi.
 Müasirləri Stalinin şəxsi keyfiyyətlərini çox yüksək qiymətləndirirlər. Vyaçeslav Molotov deyir: “Ona nə qədər çox hücum edirlərsə, o bir qədər çox ucalır. Stalin qədər ardıcıl, təfəkkürlü, dahi insan olmayıb və yoxdur”.
 Stalin deyirdi: “Kadrlar hər şeyi həll edir”. O bacarıqlı və işlək kadrlara üstünlük verirdi və onlara qarşı diqqətli idi. Öz işini bilənlərə hörmətlə yanaşırdı, onların qabiliyyətlərinə yüksək dəyər verirdi. Admiral İvan İsakovu bir ayağı olmaya-olmaya Hərbi-Dəniz Donanmasına rəhbər təyin etmişdi; demişdi ki, başı işləməyəndənsə ayağı işləməyən yaxşıdır. Müharibə dövründə Stalinlə birgə Baş Qərargahda işləmiş marşal Nikolay Yakovlev deyirdi ki, Stalin onlarla sakit danışırdı, heç vaxt səsini qaldırmırdı və insanlara xırda səhvlərə görə irad tutmurdı; Stalin Qərargahda sadəlik və intelligent atmosferi yaratmışdı. O dəyərli kadrları göz bəbəyi kimi qoruyurdu. İl-2 hücumçu təyyarəsinin yaradıcısı, Sosialist Əməyi Qəhrəmanı general-polkovnik Serqey İlyuşin deyirdi: “Stalinin yaxşı cəhəti vardı: o əclafları sevmirdi, Rusiyanı isə çox sevirdi. O düz adamlar üçün idi. O etibarlıları tərbiyə edib yetişdirirdi. Məhz buna görə də qalib gəldik”.
 Stalin dövründə orduya böyük diqqət vardı və hərbçilərə ümumxalq ehtiramı yaranmışdı. Ali Baş Komandan öz işçilərinə qarşı da diqqətli və qayğıkeş idi. Müharibə zamanı Yeryomenko və Xruşşov tank qoşunları komandiri general Trofim Tanasçişini işdən çıxarmaq istəyəndə Stalin bunun qarşısını almışdı və bildirmişdi ki, onu öz zaminliyimə götürürəm. Tanasçişin müharibədə göstərdiyi igidliklərə görə bir çox mükafatlar almış, 1944-cü ildə Voznesensk şəhərində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Stalinin öhdəsinə götürdüyü zabitlər onun etimadını tam doğrultmuşdular. Belələrindən biri də tank qoşunları komandiri general Vasili Volski idi; marşal Vasilevski döyüş əməliyyatlarının uğurla yerinə yetirilməsinə görə Stalin adından onu mükafatlandıranda general körpə uşaq kimi hönkür-hönkür ağlamışdı.
 Stalin hərbi kadrların hazırlanmasına böyük diqqət göstərirdi; Onun vaxtında ölkədə onlarla hərbi məktəb, Baş Qərargah Akademiyası da daxil olmaqla bir neçə hərbi akademiya fəaliyyət göstərirdi. Baş Qərargah Akademiyasının rəisi vəzifəsinə tanınmış hərbi mütəxəssis Boris Mixayloviç Şapoşnikov təyin olunmuşdu. Stalin onu yüksək qiymətləndirirdi və böyük hörmətlə yanaşırdı. Bir dəfə Akademiyaya gəlib zabitlərə keçilən dərslərlə tanış olarkən siyasi dərslərin o biri dərsləri üstələdiyini görüb, onların yerinə hərbi nizam-intizam dərsləri keçirilməsinə tapşırıq vermişdi. Stalin üçün belə yanaşmalar adi hal idi.
 SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazov öz müsahibəsində bildirir ki, biz müharibə veteranları Stalini müqəddəs hesab edirik. O deyir: “Stalinə “xalqlar atası” deyilməsi bəzilərinə qəribə gəlir. Amma o əsl xalq atası idi. İndinin özündə də insanların rəhbər ilə dərin əlaqəsi hiss olunmaqdadır. Bütün maneələrə baxmayaraq ona səs verirlər, rəsmini ikonaya çəkirlər, heykəlini qoyurlar. İnsanlar ölkənin əzəmətli keçmişinin, Stalinin başçılığı ilə əldə olunmuş qələbələrin, xalqın öz gələcəyinə inamlı baxışının, həmin dövrdə cəmiyyətdə olan haqq-ədalətin həsrətindədirlər. Birisi xalqın belə vəziyyətini “atasızlıq dövrünün ata axtarışı” adlandırmışdır və düzgün də qiymətləndirmişdir”.
 Stalin hərbçilər tərəfindən şəksiz avtoritetə malik idi. 1962-ci ildə banket zamanı ölkə rəhbəri Nikita Xruşşov marşal Konstantin Rokossovskiyə təklif etmişdi ki, Stalinə qarşı kəskin bir məqalə yazsın. Rokossovski demişdi ki, Stalin mənimçün müqəddəsdir və əsəbindən Xruşşov ilə stəkan stəkana vurmaqdan imtina etmişdi. Xruşşov buna görə elə səhəri gün Rokossovskini SSRİ müdafiə nazirinin müavini vəzifəsindən çıxartmışdı. Təzyiqlərə məruz qalsa da marşal həyatının axırına kimi ulu öndərə sadiq qaldı. Sovet xalqı öz rəhbərini belə sevirdi. Müharibə veteranları xatirələrində bildirirlər ki, həyatımızda olan bütün yaxşı şeylər onun adı ilə bağlıdır. Sovet şairlərindən biri ona həsr etdiyi şeirində yazırdı ki, “biz çətin vəziyyətimizdə anamızı və oğlumuzu yox, səni xatırlayırıq”. Xruşşov Stalini qaralama kompaniyasına başlayanda Frunze adına Hərbi Akademiyanın rəisi general Pavel Kuroçkin açıq şəkildə bəyan etmişdi: “Stalin bizimçün böyük rəhbər və dahi Ali Baş komandan olub, həmişə də belə qalacaq”.
 Stalinin həyat yoldaşı Nadejda Alliluyeva dərzilik məktəbində oxuyanda o qədər sadə həyat tərzi keçirirdi ki, hətta ən yaxın qrup yoldaşları belə onun ölkə başçısının həyat yoldaşı olduğunı bilmirdilər. Stalinin oğlu Vasili hərbi məktəbdə oxuyarkən atasına belə bir məktub yazmışdı: “Ata! Mən burdakı yeməkləri yeyə bilmirəm! Ona görə də ac qalıram! Burda zabitlərin yeməkxanasında biskvit və şirniyyat satırlar. Bir az pul göndər, onlardan alım”. Stalin məktubun üzərində belə bir dərkənar qoymuşdu: “Mənə elə gəlir ki, Fəhlə-Kəndli Qızıl Ordusunun nizamnaməsində Stalinin oğlu üçün ayrıca yemək nəzərdə tutulmayıb”.
 Stalin öz oğullarını vəzifəyə qoymamışdı, hər iki oğlu müharibə dövründə ön cəbhədə vuruşmuşdu. Bir oğlu Yakov əsir düşərək öldü. Diviziya komandiri onu mühasirədən çıxarmaq üçün maşın göndərmək istəsə də, Yakov öz döyüş yoldaşlarını qoyub getməyəcəyini bildirmişdi. Almanlar Sovetlərə əsir düşmüş general Paulsu oğlu Yakov ilə dəyişmək barədə Stalinə xəbər göndərəndə, Stalin qəti şəkildə bildirmişdi: “Mən əsgəri marşala dəyişmirəm”. Digər oğlu Vasili təyyarəçi kimi xidmət edirdi. Vasilini qoruyurdular, uçmağa qoymurdular, amma o özü təkidlə döyüşlərə girir, düşmən təyyarələrini vurub salırdı. Stalinin özü kimi silahdaşlarının, komandasında olan dövlət məmurlarının da övladları ön cəbhədə vuruşurdular. Müdafiə naziri Klim Voroşilovun oğlu da təyyarəçi idi, 1942-ci ildə 18 yaşında həlak oldu. Mərkəzi Komitənin katibi Andrey Andreyevin oğlu müharibədə bombardmançı təyyarənin bort mühəndisi idi. Xarici ticarət naziri Anastas Mikoyanın dörd oğlu müharibədə vuruşurdu; onlardan biri Stalinqrad ətrafındakı döyüşlərdə həlak oldu. Moskva Partiya Komitəsinin katibi Mixail Kulkovun iki oğlunun ikisi də müharibəyə getdi; biri ayağını itirib qayıtdı, digəri isə 20 yaşında cəbhədə itkin düşdü...
 5 mart 1953-cü ildə “Xalqlar Atası” adı qoyulmuş böyük insan dünyasını dəyişdi. Dəfn prosesləri gedərkən dövlət işçiləri Stalinin mühafizə xidmətinin generalını çağırıb xahiş etdilər ki, tabuta qoyulacaq rəhbərin botunkalarını dəyişdirsin, axı onun ayağındakı botinkalar olduqca köhnə idi, hətta dabanları yeyilmişdi. General: “Onun başqa ayaqqabısı yoxdur”- deyib ağladı. Böyük dövlət başçısının, qarşısında bütün dünyanın baş əydiyi hökmdarın öləndə cəmi 1 şineli, 1 mundiri və 1 sapoqu qalmışdı. Canını xalq yolunda qoymuş bu adam ömrü boyu asketik həyat tərzi sürmüşdü.
 26 iyun 1946-cı ildə Stalin “Pravda” qəzetində oxumuşdu ki, ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. O Mixail Kalinini yanına çağırtdırıb əsəb içində demişdi: “Siz Sovet İttifaqı Qəhrəmanı haqqında əsasnaməni oxumusunuzmu? Siz bilirsinizmi ki, bu orden müharibə zamanı döyüş iştirakçısı olan sıravi və komandir heyətini təltif etmək üçün nəzərdə tutulub? Bu orden Kremlin isti divarları arasında gününü keçirən sizə və mənə aid deyildir. Siz ən ağır cəzaya layiqsiniz. Sizi uzun illər tanıdığıma və namusla işlədiyinizə görə cəzadan azad edirəm. Mən bu ordeni qəbul edə bilmərəm”. Stalin tabuta qoyulanda Mərkəzi Komitə işçiləri həmin ordeni Ali Sovetin təltiflər şöbəsindən götürüb onun kitelinin yaxasına taxmışdılar.

SON

 Yazıçı Dimarq Uzoltseff deyir: “Stalini qəbul etməyənlər tibbi nöqteyi nəzərdən, özü də antropoloji cəhətdən debillərdir”.
 Tədqiqatçı Serqey Lopatnikov yazır: “Ölümündən sonra Stalinin diskreditasiyasına on milyardlarla dollar pul xərclənmişdir. Minlərlə psevdotarixi filmlər çəkilmiş, külli miqdarda yalan quraşdırılmış, minlərlə “tarixçi” Stalindən “qaniçən” obrazı yaradaraq insanların beynini yumaqla məşğul olmuşlar. İndustrial istehsalatı nə az nə çox 70 dəfə artırmış, ölkəni Afrika vəziyyətindən çıxarıb dünyanın ilk superdövlətinə çevirmiş bir adamı alçaqların görməyə gözü yoxdur. Stalin və onun epoxası barədə faktlarla tanış olduqca bu Böyük Dühanın qüdrətli şəxsiyyəti önümüzdə canlanır. Mənim üçün Stalinə münasibət- ağıl və düzlük kriteriyasıdır: əgər adam Stalinə qarşıdırsa, ya savadsız gicbəsər, ya da şərəfsiz alçaqdır- üçüncü yol yoxdur!”
 Publisist Oleq Artyuşenki Stalini “Rusiya tarixinin görkəmli şəxsiyyəti” adlandıraraq yazır: “Stalin zəhmət adamlarının arxasında dayanmışdı, təbiidir ki zəhmət adamlarına qarşı olanların onu görməyə gözü yoxdur. Stalin büdcəni dağıtmağa imkan vermirdi, odur ki korrupsionerlər və büdcəni talayanlar Stalinə nifrət edirlər. Stalin sələmçiliyi, bankçılığı, birjaları və piramidaları qadağan etmişdi. Stalin insan hüquqlarına sözdə deyil, reallıqda hörmətlə yanaşırdı. O insanlara havayı ev verirdi, xəstəxanalar, məktəblər, uşaq bağçaları tikirdi. Onun dövründə insan çəkdiyi zəhmətin müqabilində layiqli maaş alırdı, fərq qoyulmadan insanlar irəli çəkilirdi, adi fəhlə oğlu nazir vəzifəsinə kimi yüksələ bilirdi. Bu gün xarici dairələrdən tula payı alanlar Stalinə hədyanlar yağdırırlar. Stalin xalqı əsl sevgi ilə sevirdi, odur ki millətçilərin, sionistlərin, faşistlərin, irqçilərin, öz klan-tayfa mənsubluğuna və yerliçiliyə üstünlük verənlərin, eləcə də milli məsələdən xəbəri olmayanların onu görməyə gözü yoxdur. Stalin öləndə xalq ağlayırdı, onun dəfnində kütlələr göz yaşı tökürdü- belə hal nə Neronun, nə Ceffersonun, nə Kayzerin, nə Bokasanın, nə də Pinoçetin vaxtında olmayıb. Stalin tiran idisə, xalq niyə ağlayırdı? Xalq ona görə ağlayırdı ki, Stalin sərt olsa da düzgün, ədalətli, öz xeyrini güdməyən və igid hökmdar idi. Arxivlər göstərir ki, Stalinin adına yazılmış repressiyalar onun yox, trotskistlərin əməlləridir. Stalin 1947-ci ildə ölüm hökmünü ləğv etmişdir. O yaratdığı idarəçilik mexanizmi ilə şəxsi qazanc, klançılıq və elita kultunu sındırmış, ümumi işin misli görünməmiş enerjisini bütün ölkənin, ən əsası zəhmətkeş insanın maraqlarına yönəltmişdir. Yeganə mümkün ideya və xilas obrazı- Stalindir. Stalin siyasi metod kimi yaşayacaq və qalib gələcək. Bax buna görə düşmənlərin Stalini görməyə gözü yoxdur, bizim çoxmillətli xalqımızın çox hissəsi isə onu sevir və hörmətlə yanaşır”.
 1983-cü ildə fransız filosofu və sosioloqu Edqar Morenin “SSRİ-nin mahiyyəti haqda: Totalitar kompleks və yeni imperiya” kitabı işıq üzü görmüşdü. Kitabda belə bir epiqraf var: “Stalin keçmişdə qalmadı- bir çoxların kədərinə rəğmən, o gələcəkdə yaşayır”. Çoxlu siyasətçilər, tarixçilər, yazıçılar yenidən Stalin fenomenindən bəhs etməyə başlamışlar. Stalin qayıdacaq- onun qayıtması labüddür.
 Yazıçı, kəşfiyyat general-polkovniki Validimir Juxray yazır: “1953-cü ilin martında İ.V.Stalin öldü. Onun dəfni ümümxalq hüznünə çevrildi. Həmin dövrün kinoxronikasında bütün ölkə boyunca keçirilən matəm mitinqlərində ağlaşan kişi və qadınlar görünür. Movkvaya öz sevimli rəhbərləri ilə vidalaşmağa ucsuz-bucaqsız Vətənin hər tərəfindən insanlar axışırdı. Öz iştirakı ilə İ.V.Stalinin işıqlı xatirəsini yad etmək istəyən on milyonlarla insan şəhərə sığmırdı. Məcbur qalıb Moskvaya qatar və təyyarələrin bilet satışını qadağan etdilər. İnsanlar isə piyada gəlirdi, yol maşınlarına minib paytaxta çatmağa çalışırdı. Sovet adamlarının bitib-tükənməz axını İttifaqlar Evinin Sütunlu Zalına yönəlirdi ki, vəfat etmiş Stalinlə vidalaşsınlar. İllər keçəcək, Sovet İttifaqı yenidən dirçələcək, əmək adamlarının işıqlı cəmiyyət- kommuniz haqqında məhrəm arzuları yenidən gerçəkləşəcək. Və bütün həyatı zəhmətkeşlərin xoşbəxtliyi uğrunda mübarizəyə həsr olunmuş İosif Vissarionoviç Stalinin alicənab obrazı daim yaşayacaq”.
 Bəli, Stalin yaşayacaq, daim qəlblərdə yaşayacaq.
 Fikirlərimizi mübarək peyğəmbərimiz Həzrəti Məhəmmədin sözləri ilə bitirmək istəyirəm: “Bəzən insanlar, bir kimsə haqqında onun cənnət əhlinin əməllərini etdiyini sanır, lakin o cəhənnəm əhlindəndir. Bəzən də bir kimsə haqqında onun cəhənnəm əhlinin əməllərini etdiyini sanır, ancaq o cənnət əhlindəndir. Həqiqətən əməllər son olaraq qiymətləndirilir”.
шаблоны для dle 11.2
11-06-2020 03:18 Baxılıb: 3 3610    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}