Ən yeni tariximizin ən acı həqiqətləri

Laçın Məmişov
 
Azərbaycan "Wikileaksı"ı - Oxuyun, amma havalanmayın lütfən, bir az sakitləşin, bir də oxuyun və görün kimi neçə illərdir başımıza gələn müsibətlər hardan və necə başlayıb.
Dostlar, qarşıma Sevinc Osmanqızının 1992-93-cü illərdə AXC hakimiyyəti dövründə DİN naziri İskəndər Həmidovdan aldığı müsahibəsi çıxdı. Müsahibədə İskəndər Həmidov bildirir: "İndiyə qədər cəmisi bir dəfə adam vurulub, o da posta hücum ediblər". Yəni polisə qumbara atıblar, yəni məcbiriyyətdən polis özünü qoruyub. Sevinc xanım bəlkə də bu videonu öz arxivindən paylaşanda düşündü ki, millət baxacaq, like like dalınca gələcək və deyəcəklər ki, "əhsən Sevinc xanım!". Amma həmin bu reklam etdiyiniz nazir, Azərbaycanda jurnalistin döyülməsini, canlı efirə soxularaq söyüş və təhqir səsləndirilməsinin banisidir. İnanmırsınız? Zəhmət olmas Şahin Rzayevdən soruşun ki, onu necə döyürdülər? Bu hərəkətlərinə də "əcəb edirəm" deyən İskəndər Həmidov isə polisin "cəmisi bircə dəfə" silah tətbiq etməsinin səbəbini isə çox absurd izahatla verir. Guya polisə hücum edən şəxslər polisin sayıqlığını yoxlayırmış...
Əslində İskəndər Həmidov və AXC hökuməti hansı nahaq qanları töküb? Bunun üçün aşağıda yazdıqlarımı diqqətlə oxuyun. Bu bir epizoddur. Amma Azərbaycanın ən yeni tarixinin "dövlət terroru" kimi qara səhifəsidir. Ən nəhayəti bir şeyi unutmayın ki, son 25 ilin riyakar siyasətçilərinin heç biri bunu heç vaxt yazmayacaq və bu haqda danışmayacaqlar.
 
Əbülfəz Əliyevin 17 il saxladığı kin və qisasını 12 yaşlı günahsız uşaq qanına bais olmaqla necə aldı?
 
Demək hamımıza bəllidi ki, 1992-ci ilin iyun ayında Əbülfəz Əliyev Azərbaycan prezidenti oldu. Yəni "de jure" prezident oldu, amma "de fakto" prezident Əliyev idi. Əbülfəz Əliyev yox, Heydər Əliyev "de fakto" prezident idi. 17 iyun 1993-c il tarixində andiçmə mərasimi keçirildi. Əbülfəz Əliyev xalqa sədaqətlə xidmət edəcəyinə əlini Qurana və Konstitusiyaya basaraq and içdi. Lakin heç kimin ağlına belə gəlməzdi ki, Əbülfəz Əliyevin xalqı, da milləti də, kumiri də Heydər Əliyev idi. Bu andiçmədən heç bir ay keçməmiş, yəni 16 iyul 1992-ci il tarixində öz qisasını almaq üçün Daxili İşlər Naziri İskəndər Həmidova göstəriş verdi. Bu qisasın tarixçəsini açıq aydın yazmıram, yəni qətlə yetirilən bir ailə ilə Əbülfəz Əliyevin hansı şəxsi qərəzliyi və ya düşmənçiliyi var idi - bunu bağlı saxlayaq.
1975-ci ilin yanvar ayında "dissident" kimi həbs olunan Əbülfəz Əliyev hansısa möcüzə nəticəsində Sibirə, Maqadana deyil, Qaradağda cəzaçəkmə müəssəsində onun üçün ayrılmış xüsusi "yerdə" (jarqonla desək "burjuyski") 1976-cı ilin iyul ayına kimi saxlanıldı və nə qədər təəcüblü olsa da azadlığa buraxıldı. Elə həmin ilin dekabr ayında AMEA-nın Əlyazmalar İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və bir az da böyük vəzifələrə yüksəldi. Hansı ki, KQB həbs edən dissident ən yaxşı halda 10 il azadlıqdan məhrub edilməli və yaxud TV vasitəsi ilə xalqa peşmançılıq nitqini söyləməli, yanlış yolda olduğunu etiraf etməli idi. Necə ki bunu Gürcüstanın ilk prezidenti və elə həmin ərəfədə həbs olunmuş Zviad Qamsaxurdiya etdi. Amma Əbülfəz Əliyev bunların heç birini etmədi və həbsdən azad olunandan sonra işsiz də qalmadı. Birbaşa Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda vəzifə aldı.
1975-ci ildə həbs olunan Əbülfəz Əliyev cəzaçəkmə müəssisəsində Astaranın Şahdağçı kəndindən olan digər məhkum Gülağa Quliyev tərəfindən şübhəli davranışlarına görə cəzalandırıldı. Cəzanın hansı formada verilməsini köhnələr bilir, mən bunu açıb ağartmıram. O vaxtdan da Əbülfəz Əliyev Gülağa Quliyevin yanında gözükölgəli idi.
Əlinə prezident səlahiyyətləri keçən Əbülfəz Əliyevin ilk işi işğal olunan Şuşaya, Laçına deyil, Astaranın Şahağacı kəndinə hücum planı hazırlamaq oldu. İskəndər Həmidovun rəhbərliyi ilə "Subtropik əməliyyatı" keçirildi. 16 iyul 1992-cü il tarixində Gülağa Quliyevin evinə 6 RAF markalı maşınla "xüsusi təyinatlı" polislər yaxınlaşdı. Evi heç bir xəbərdarlıq verilmədən gülləbarana tutudular. Ev sahibi Gülağa Quliyev, xanımı Səmayə Quliyeva və ən dəhşətlisi isə Gülağa Quliyevin yeganə oğlu 12 yaşlı Sadıq Quliyev qanına qəltan edilərək öldürüldü. Həmin gecə ailənin qonağı olan bir nəfər İran İslam Respublikasının vətəndaşı da ailə ilə birlikdə öldürüldü. Evi talan etdikdən sonra qumbara atanlarla evin külünü göyə sovurdular. Bununla ürəkləri soyumayan İskəndər Həmidov və onun dəstəsi həmin rayonda talış millətindən olan digər imkanlı şəxslərin də evini qarət etdilər.
Bu da Əbülfəz Əliyev və Heydər Əliyevin "Böyük Oyun"unun tərkib hissəsi idi. Çünki ölkənin cənub bölgəsində talış problemini qaldırmaq lazım idi. Az sonra ölkədə hərcmərclik, xaos və üsyanlar başlamalı idi ki, bu iki Əliyevlər şahmatdakı qalarurmanı etsinlər. Bir Əliyev Naxçıvandan Bakıya, digəri isə Bakıdan Kələkiyə qaçsın. Uzun sözün qısası, bu hadisə Astarada eləcə də cənub bölgəsində böyük etirazla qaşrılandı. Qarabağda vuruşan milliyyətcə talış olan döyüşçülərin çoxu bu qətliamı eşidərkən əllərindəki silahla geri, öz rayonlarına döndülər. Cənub bölgəsinin 50-60 ağsaqqalı Bakıya prezident Əbülfəz Əliyevlə görüşmək üçün gəldilər. Lakin Əliyev onları qəbul etmədi. Çünki bu qətliamın sifarişçisi şəxsən Əbülfəz Əliyev cənabları idi. Ağsaqqalları Prezidentin hüquq işləri üzrə müşaviri İxtiyar Şirinov (sabiq baş prokuror) qəbul edərək bu hadisə ilə bağlı hər hansı bir addım atmağın onun səlahiyyətlərindən kənar olduğunu bildirdi. Bu həmin İxtiyar Şirinovdur ki, 1993-cü il Gəncədə Əbülfəz Əliyev və Fərəc Quliyevin hazırladığı provokasiya nəticəsində qaldırılan "qiyam" vaxtı elə Əbülfəz Əliyevin həbsi üçün baş prokuror olaraq Surət Hüseynovun təkidi ilə sanksiya vermişdi.
Yazdıqlarıma şübhəsi olanlar bu suallarla İxtiyar Şirinova və İskəndər Həmidova müraciət edə bilərlər. Yəni Əbülfəz Əliyevdən fərqli olaraq onlar hər ikisi həyatdadırlar.
Əbülfəz Əliyevə isə, istər Gülağa Quliyev və onun ailəsinin qətliamı, istərsə də 25 ildir xalqımızın başına gətirilən faciələrlə bağılı sualları yəqin ki, İnkir və Minkir çoxdan verib və layiqli cəzasını da alıb.
Bir də təkrar edirəm, dostlar, ictimaiyətimizdə, xüsusilə də siyasi arenada indilərdə "o günlər" haqqında ağız dolusu danışanların 99%-i qabaqcadan əlbir olmuş cinayətkar dəstənin üzvləridirlər. Kimi iştirakçı, kimi icraçı, kimi təşkilatçı qismində məsuliyyət daşıyır. Kimisinin isə "hərəkətsizlik" ittihamı ilə cəzası nə vaxtsa veriləcək.
P.S.: Çox murdarısınız, həddindən artıq düzlükdən danışıb, əyri oyunlar oyanayanlar!
16-06-2018 09:54 Baxılıb: 3400    
Şərh bildir