TALIŞLARIN ƏCDADI KİMDİR?

Məşhur tədqiqatçılar bu sahədə hansı qənaətə gəliblər?
Elmi ədəbiyyatda bu suala indiyədək çoxlu və bir o qədər də müxtəlif cavablar verilmişdir. 
Rus tədqiqatçılarından V.S. Leqkobıtov (1806-1860) talışları farsların bir hissəsi hesab etmişdir.
İ.İ. Şopen 1840-cı ildə çap etdirdiyi rəyində göstərmişdir ki, V.S. Leqkobıtovun talışları farsların bir hissəsi hesab etməsi elmi cəhətdən səhvdir. (Bax: Qəmərşah Cavadov. Talışlar. B., 2004, S.36) 
Azərbaycan tarixçilərindən Aydın Balayevin də fikirincə, talışların əcdadı farslardır. (Bax: 1985-ci ildə Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar .B. 1986, S.115). 
Məşhur rus şərqşünası professor İ. Berezin Q. Klarpotun talışların əcdadının midiyalılar olması haqqındkı mülahizəsinə qarşı çıxmış, bu mülahizəni təsdiq edəcək qədər faktın olmadığını bildirmişdir. (Q.Cavadov. Talışlar... S.38). 
Rus tədqiqatçlarından D.A. Kistenyev talışları ərazinin aborigen əhalisi saymış, onları bir-birindən müəyyən qədər fərqlənən - talışlara, pornaimlərə, alarlara, orandlılara və zuvandlılara bölmüşdür. D. Kistenyev göstərirdi ki, talışlar meşəlik ərazilərdə, zuvandlılar Zuvand dağlarının cənub-qərbində, pornaimlər Viləş və Şaqratük çaylarının arasında yaşayırlar. Orandlılar və alarlar köçəri tayfalar olub, yayda öz yaylaqlarında, qışda orandlılar meşələrdə, alarlar isə indiki Cəlilabad rayonundakı Qarayar çayı boyundakı qışlaqlarda yaşayıblar. (Bax: Q. Cavadov. Talışların... S. 42-43).
Talışların mənşəyi ilə bağlı professor B.V. Miller də maraqlı mülahizələr irəli sürmüşdür . B.V Millerin mülahizələrindən birinə görə, sünni talışlar dilini itirib talışlaşmış türklərdir. Onlar Orta Asiyadan gətirdikləri sünnilik məzhəbi ilə bərabər, kiçik fonetik dil xüsusiyyətlərini də qoruyub saxlamışlar. Talışların fiziki tipinin müxtəlifliyi – düzən və meşəlik yerlərdə yaşayanların qarabuğdayı olması, dağlıq və meşəsiz ərazilərdə isə bir qədər ağbənizliyi ola bilsin ki, türklərin talışlaşmasının və onlarla qaynayıb – qarışmasının nəticəsidir. Bu mülahizələrin düzgün olub-olmadığını müəyyənləşdirmək talışların hərtərəfli öyrənilməsi nəticəsində mümkün olacaqdır. (Bax: Q.Сavadov. Talışlar... S. 29-30).
XIX əsrdə yaşamış bəzi rus almiləri talışların əcdadının türkdilli olması və onların sonralar irandilli tayfalar tərəfindən assimilyasiya edilməsi mülahizəsini irəli sürmüş, lakin bu mülahizəni təsdiq edəcək əsaslı dəlillər göstərə bilməmişlər.
Talışların əcdadının Qafqaz mənşəli olması mülahizəsini isə ilk dəfə akademik N.Y. Marr irəli sürmüş, tədqiqata çoxlu linqvistik material cəlb etsə də, öz məqsədinə nail ola bilməmişdir. (Bax: 1985-ci ildə Azərbaycanda... S.115). 
Filologiya elmləri doktoru Əbülfəz Rəcəbov göstərir ki, talışların əcdadı Kadusi , Gel və Hirkan tayfalarıdır. Lənkəran rayonundakı Hirkan qoruğu və Hirkan meşəsi hirkanların yaşadığı yerlərdir.(Ə.Rəcəbov. Talışlar. “Tolışi sədo” qəzeti, 7. III, 1992). 
Filologiya elmləri doktoru Məsud Məmmədovun da fikirincə, talışların əcdadı kadusilərdir. Lakin Astara rayonunun Uti, Miki və Ambaran kəndlərinin əhalisi Uti, Miki və Apir (Aparn) tayfalarının nəsilləridir və antropoloji quruluşlarına görə, Talış zonası əhalisinin qalan hissəsindən fərqlənirlər. Sakaşon kəndinin adı isə Sak tayfası ilə bağlıdır. (Bax: Azərbaycan SSR EA-nın Xəbərləri. Yer haqqında elmlər ser., 1974,№ 6 , S.105-108). 
İran alimlərindən Məhəmməd Həsənxanın, Əhməd Kəsrəvinin, Əli Əbdolinin , Azərbaycan tarixçilərindən Qiyasəddin Qeybullayevin, Abdulla Fazilinin və Seyidağa Onullahinin fikrincə, talışların əcdadı Kadusi tayfasıdır. Onlara bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır. İran tarixçisi Həsən Pirniya bu mülahizə ilə bağlı yazmışdır: “Kadusilər Gilanda yaşayan xalq olmuşlar. Bəzilərinə görə, onlar müasir talışların əcdadı imişlər. Kadus sözü müasir taluş, yaxud talış sözünün yunanlaşmış formasından ibarət olmuşdur. Hələlik əlimizdə elə bir sənəd yoxdur ki, bu faktı isbat etsin”. (Abdulla Fazili. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında. B. 1970. S.118). 
Mənsə, apardığım tədqiqat əsasında belə bir nəticəyə gəlmişəm ki, talışların soykökündə qədim dünyanın Skif, Sak, Sarmat tayfalarının irandilli hissəsi və türklər dayanır və növbəti məqalələrimizdə bu haqda bəhs edəcəyik.

Tofiq Əzizov, tarixçi, arxeoloq 
Masallı r-nu, Tatyan kəndi

24-06-2014 11:11 Baxılıb: 135980    

Şərh müəllifi: sabarz                 Tarix: 1 fevral 2015 20:33                 [ Cavabla ]
"...talışların soykökündə qədim dünyanın Skif, Sak, Sarmat tayfalarının irandilli hissəsi və türklər dayanır". Бу бир ҹүмлә илә Азәрбајҹанда мөвҹуд тарих елминин сәвијјәси о саат ајдын олур. Мүәллифдән сорушун: а) скифлә сакын фәргини, б) бу тајфаларын ичиндә "..irandilli hissə.." дән башга даһа һансы дилли һиссәнин олмасыны, в) "...və türklər dayanır " фикриндән чыхан мәнтиги нәтиҹәни. Сонра да она Гумилјовун бу ҹүр "тарихлә алвер едәнләрә" вердији бу мәсләһәти чатдырын; " Книгу надо читать, молодой человек"

                        

Şərh müəllifi: TOFİQ ƏZİZBƏYLİ (ƏZİZOV).                 Tarix: 27 mart 2016 11:26                 [ Cavabla ]
SAYIN SABARZ,ÖTƏN MÜDDƏTDƏ YAZDIĞIM MƏQALƏLƏRİMDƏ SORĞULARINIZIN ƏKSƏRİYYƏTİNƏ CAVAV VERMİŞƏM. OXUMUSUNUZMU?

                        

Şərh müəllifi: ilkin                 Tarix: 20 aprel 2016 22:54                 [ Cavabla ]
Skif elə sakdır də. Talışlar Aryan köklü xalqdır. Dilləri də İrani bir dildir. Sak dili İrani olmuyub. Saklarn içində bir çox tayfalar o cümlədən türklər olub. Talışların adı 2800 illik məbələrdə Talus olaraq keçir. Amard gel və kadus bunlar qohum tayfalar olub. Savromatlarda əksərən türk olub. Savar tayfasıdır. Talışlarda türk genetikası axtarmaq yalnışdır. Amma azda olsa qarşılıqlı ailə qurmalar nəticəsində qarışıqlıq olub. Hətta seyid əsilli insanlarda talıların içində bəlkədə 30 % yer tutur.

                        

Şərh müəllifi: GUNEL                 Tarix: 8 noyabr 2016 10:11                 [ Cavabla ]
Hörmətli Tofiq m.

Siz Talış dilini bilisinizmi?Zənnimcə toponimlərin aid olduğu dillər tədqiqatların daha dəqiq olmasına kömək göstərə bilər

                        

Şərh müəllifi: Mərdan                 Tarix: 11 fevral 2017 19:46                 [ Cavabla ]
Mən ixtisasca tarixçi deyiləm. Ona görə də tarixçilərdən üzr istəyirəm. Amma fikrimcə, talışların əcdadının "kadusi" olması fikri daha aölabatandır. Digər faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, bütün dünya xalqlarının xəritələrində Xəzər dənizi KASPİ adı ilə tanınır. Kaspi sözü talış dilində "ka" -"köpük","sipi" "ağ",yəni "kaspi"--"ağ köpük", ya da "ağ köpüklü dəniz" mənasını verir. Bu da yerli dildə danışanların olduqca qədim xəritənin tərtib olunduğu dövrdə bu ərazidə məskunlaşdığına dəlalət edir.

                        

Şərh müəllifi: Mərdan                 Tarix: 12 fevral 2017 08:18                 [ Cavabla ]
Bir daha salam. Bir məsələdə sizinlə razəlaşa bilmirəm, hörmətli müəllif. Yazırsınız ki, sünni talışlar köçəri türklərdir talışlaşıblar. Amma biz tarix kitablarından oxumuşuq ki, indiki Azərbaycan Respublikası ərazisində yaşayan yerli xalqlar, o vaxtkı tarixçilərin təsvirinə görə, sarışın, göygöz olmuşlar. Lakin indi biz, əsasən qarasaçlı, tünddərili kimi tanınırıq. Səbəbini ərəb xilafəti və köçəri türk tayfalarının bu əraziyə gəlişi ilə əlaqələndirilməlidir. Aydın məsələdir ki, bu əraziyə soxulan yadellilər və ya köçənlər, ilk olaraq düzən yerlərdə məskunlaşmışlar. Və yerli xalqla qaynayıb-qarışdıqları üçün onların genetik tərkibi daha çox dəyişilmişdir. Ona görə də düzən yerlərdə yaşayan talışlar hazırda qarabuğdayı, əsmər bənizlidirlər. Amma dağlıq ərazidə yaşayanlarda genetik tərkib az dəyişikliyə məruz qalıb və onlar ağbənizdirlər. Mənim dediklərimi təkcə talış zonasına yox Qax-Balakən zonasına da aid etmək olar. Hamı tərəfindən qəbul olunan faktdır ki, Qax-Balakən, Şəki-Zaqatala ərazisindən olanlar qədim tarixçilərin yazdıqları kimi sarışın, göygöz adamlardır. (Əsasən)

                        

Şərh müəllifi: sel                 Tarix: 12 fevral 2017 19:40                 [ Cavabla ]
salam mərdan müəllim zəhmət olmasa mənə yazın profliqa@mail.ru

                        

Şərh müəllifi: Mariana.....                 Tarix: 1 iyun 2018 22:56                 [ Cavabla ]
Salam talish sozlerinin ve talis yemeylerinin coxu hind puncab dilinin sozleriyle ve yemeyleri ile eynidi....meselen ..reqemlerin coxu...levengi ..tendir kabab..tendir corek...ve.s..

                        
Şərh bildir